Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-193/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə malların qaytarılması 15.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(103)-210/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə yazılı ic raat qaydasında baxılmışdır. İşin halları
1. Alıcı İddiaçı İB ilə satıcı "xxxx" MMC arasında tender nəticəsi haqqında 2022-ci il 15 iyul tarixli yekun protokola əsasən 2022-ci il 25 iyul tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı malların qiymətinin razılaşdırılması haqqında protokolda qiyməti, çeşidi və sayı razılaşdırılmış 9 adda 1040 ədəd polietilendən metala keçidi alıcıya təhvil vermiş, alıcı malların dəyərini təşkil edən ƏDV daxil 112.412,70 manat məbləğində pulu cavabdehə ödəmişdir.
2. Müqavilənin: - 2.2.1-ci bəndinə əsasən malların qiymətinin razılaşdırılması haqqında protokolda göstərilmiş malları müqavilə bağlandıqdan sonra satıcı tərəfindən alıcının ünvanına 60 təqvim günü ərzində təhvil verməyi öhdəsinə götürür. - 2.1.3-cü bəndinə əsasən mallar alıcının anbarında təhvil ve rilir - 2.1.5-ci bəndinə əsasən mallarla bir vaxtda onlara aid olan sənədləri – malların göndərilməsini təsdiq edən sənəd – nəqliyyat qaiməsi, malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi, qaimə-faktura alıcıya təqdim edilir; - 4.3-cü bəndinə əsasən mallar alıcının anbarına təhvil verildikdən sonra onların dəyəri qaimə faktura üzrə 30 iş günü ərzində ödənilir.
3. Malların qiymətinin razılaşdırılması haqqında protokolda polietilendən metala keçidlərin texniki xüsusiyyəti qrafasında QOST P 58121.3-2018, İSO 4437-3:2014, İSO 17885- 2021 standartları qeyd olunmuşdur. 4. "xxxx" MMC tərəfindən təqdim olunan uyğunluq sertifikatında göstərilmişdir ki, verilmə tarixi 2022-ci il 28 yanvar, qüvvədə olma tarixi 2023-cü il 28 yanvar olan sertifikatla PE 100 polietilen borular üçün metal keçiricilərin İSO 4437-1:2014 standartlarının tələblərinə cavab verir. Sertifikat 2022-ci il 28 yanvar tarixli sınaq protokolu əsasında verilmişdir. 5. "xxxx" MMC-nin 2023-cü il 25 sentyabr tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 17 yanvar tarixli sifarişdə məhsulların sertifikatlaşdırılması üçün İSO 4437-3.2014 standartı qeyd olunmuş, məhsulun sınaqları sifarişdə qeyd olunan standartın tələbləri əsasında həyata keçirilmiş, lakin məhsulun verilmiş uyğunluq sertifikatı çap edilərkən texniki səhv nəticəsinə İSO 4437-3.2014 standartı əvəzinə İSO 4437.1-2014 qeyd edilmişdir.
6. İddiaçı İB-nin "xxxx" MMC-yə ünvanladığı 2022-ci il 13 dekabr tarixli məktubda göstərilmişdir ki, iddiaçı 2022-ci il 21 noyabr tarixdə SOCAR-ın X1 keçirilən sınaq nəticəsində pol ietilendən metala keçiddə sızma olduğunda istinad edərək malların geri götürülərək hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrıayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir.
7. İddiaçı İB-nin "xxxx" MMC-yə ünvanladığı 2023-cü il 17 fevral tarixli məktubunda göstərilmişdir ki, seçmə üsulu ilə polietilendən metala keçidlərin X1 2023-cü il 21 fevral tarixdə sınağının aparılacağı bildirilmiş, cavabdehin nümayəndəsinin iştirakının təmin olunması xahiş olunmuşdur.
8. İddiaçı İB-nin "xxxx" MMC-yə ünvanladığı 2023-cü il 5 may tarixli məktubda göstərilmişdir ki, polietilendən metala keçidlərin istismara verilərkən qaz sızmasının aşkarlandığına istinad edilərək malların geri götürülərək uyğun sınaq sənədləri ilə birlikdə yeni mallarla əvəzləşdirilərək təqdim edilməsi, bu mümkün olmadıqda əvəzinin ödənilməsi tələb edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra İddiaçı İB) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 9 çeşid, 466 ədəd polietilendən metala keçidlərin iddiaçının Anbar Təsərrüfat İdarəsindən geri götürülərək malların dəyərini təşkil edən ƏDV daxil 47.231 manat məbləğində pulun ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 1500 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,69 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 25 iyul tarixində SOCAR**********20370861X00064 nömrəli 9 adda 1040 ədəd polietilendən metala keçidlərin satın alınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən satıcı mallarla birlikdə “malların sınaq” sənədlərini təqdim etmə öhdəliyi daşısa da, bu öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndinə görə alıcı malların yoxlanılması və ya sınaqdan keçirilməsi hüququna malikdir. Müqavilənin 6.2ci bəndində isə spesifikasiyalara uyğun gəlməyən mallardan imtina hüququ təsbit olunmuşdur. Müqavilənin 6.3-cü bəndinə əsasən, keyfiyyət göstəricilə ri uyğun gəlmədikdə malların geri qaytarılması və müqaviləyə xitam verilməsi mümkündür. Malların sınaq sənədləri təqdim edilmədiyi üçün onların istismara yararlılığı şübhə doğurmuş və 2022-ci il 18 noyabr və 2022-ci il 21 noyabr tarixlərində SOCAR “Azneft” X1 test-sınaq yoxlamaları aparılmışdır. Yoxlamalar nəticəsində keçidlərin metal hissələrində sızmalar aşkar edilmiş və mallar yararsız hesab edilmişdir. 2022-ci il 13 dekabr tarixində uyğunsuzluqlar barədə satıcıya yazılı məlumat verilmiş, lakin cavab alınmamışdır. 2022-ci il 27 dekabr tarixində satıcının SOCAR-ın etibarsız malgöndərənlər siyahısına salınması üçün müraciət edilmiş və 2022-ci il 29 dekabr tarixli qərarla 1 il müddətinə qadağa qoyulmuşdur. “Azərekspertiza” Birliyinin 2023-cü il 10 mart tarixli ekspertiza aktına əsasən, keç idlərin qaynaq zonalarında boşluqlar, sızmalar və digər qüsurlar aşkar edilmiş, malların standartlara uyğun olmadığı təsdiqlənmişdir. İddiaçı, 466 ədəd keçidin geri götürülməsi və standartlara uyğun yeni mallarla əvəzlənməsini və ya mümkün olmadıqda, ödənilmiş məbləğin geri qaytarılmasını, bundan əlavə, yoxlama-sınaq işləri üçün ödənmiş 1500 manatın da qarşı tərəfdən alınması tələb etmişdir. Danışıqlar nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz göndərərək tərəflər arasında bağlanmış 2022-ci il 25 iyul tarixli müqavilənin şərtlərinə uyğun olaraq, 18% ƏDV daxil olmaqla 112.412,70 manat dəyərində polietilendən metala keçidləri iddiaçıya təhvil verdiyini və müqavilənin tam icra edildiyini bildirmişdir. Mallar müqavilənin 2.1.5 -ci bəndində göstərilən sənədlərlə birlikdə təhvil verilmişdir. İddiaçının 2022-ci il 13 dekabr tarixli məktubunda isə müqavilədə nəzərdə tutulmayan tələblər irəli sürülmüşdür. İddiaçı yalnız 2022-ci il 13 dekabr tarixli məktubla mallarda ehtimal olunan qüsurlar barədə məlumat vermişdir və bu məktubda da qüsurlar yalnız ehtimal şəklində ifadə edilmiş, konkret sübutlar təqdim olunmamışdır. Cavabdeh tərəfindən bu məktuba cavab olaraq bir neçə məktub göndərilmiş və orada mallarda qüsur aşkar olunarsa, onların müvafiq standartlara uyğun yeni mallarla əvəz ediləcəyinə dair təminat verilmişdir. Həmin məktublar həm poçt vasitəsilə, həm də “AVİS” sistemi ilə iddiaçıya göndərilmişdir. Müqavilənin 7.1-7.3-cü bəndlərinə əsasən, alıcı mallarda qüsur aşkar etdiyi halda bunu 15 gün ərzində yazılı şəkild ə satıcıya bildirməli idi. Lakin iddiaçı bu müddət ərzində heç bir yazılı etiraz təqdim etməmişdir. Bundan başqa 2022-ci il 21 noyabr tarixində aparılan sınaq zamanı sızma yalnız DN315xDN325 ölçülü keçidlərdə aşkarlanmış, digər ölçülərdə isə belə bir problem olmamışdır. Sınaq zamanı keçidlərə normadan yüksək təzyiq tətbiq edildiyi üçün sızma yaranmışdır. Bu barədə video çəkiliş də mövcuddur. Cavabdehin istehsal etdiyi məhsullar müvafiq İSO standartlarına uyğunluğu təsdiq edən uyğunluq sertifikatlarına malikdir və həmin sertifikatlar mallarla birlikdə alıcıya təqdim olunmuşdur. Sözügedən sertifikatlarla malların sınaqdan keçirildiyi də təsdiqlənir. Lakin iddiaçı bu sertifikatları nəzərə almadan yalnız ehtimallara əsaslanaraq qüsur iddiasını irəli sürmüşdür. İddiaçının 2022-ci il 13 dekabr tarixli məktubu əsasında qəbul edilmiş 2022-ci il 29 dekabr tarixli qərarla cavabdehə qarşı tətbiq olunan 1 illik qadağa əsasızdır. Çünki qərar qəbul edilərkən müqavilənin 7.1-7.3-cü bəndlərində nəzərdə tutulan prosedurlar gözlənilməmişdir. Həmçinin, iddiaçının müqavilədə nəzərdə tutulmayan sınaq və uyğunluq sertifikatlarının təqdim edilməsi ilə bağlı tələbi də əsassızdır. Beləliklə cavabdeh iddiaçının irəli sürdüyü tələblərin heç bir əsaslı dəlilə söykənmədiyini və yalnız subyektiv mülahizələrə əsaslandığını bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə icraatı gedişində Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyul tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsası ilə imtina edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 noyabr tarixli e-2-2(113)-2927/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 483,30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim N.Əhmədova).
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanan 2022-ci il 25 iyul tarixli müqavilə malların satın alınması müqaviləsi olub mahiyyətcə Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra-“MM”) nəzərdə tutulmuş alqı-satqı müqaviləsidir. Mübahisə də məhz “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanunu, MM-də nəzərdə tutulmuş imperativ maddi hüqu q normaları və tərəflərin razılaşdırdıqları şərtlər əsasında həll edilməlidir.
15. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı tələbinin faktiki əsası kimi lazımi keyfiyyətli olmayan əşyanın verilməsinə istinad edir, iddia ərizəsində isə tələbinin faktiki əsası kimi müqavilədə razılaşdırılmış sınaq sənədinin təqdim olunmamasına istinad edir.
16. MM-də əşyaya aid olan, qanunvercilikdə və ya müqavilədə nəzərdə tutulan sənədlərin təqdim edilməməsinin və lazımi keyfiyyəfli olmayan əşyanın verilməsinin hüquqi nəticələrinə dair müstəqil tənzimləmələr əks olunmuşdur.
17. Belə ki, əgər alqı-satqı müqaviləsində ayrı qayd a nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.
18. Hazırkı iş üzrə müqavilənin 2-ci bəndinə əsasən “Malların qiymətinin razılaşdırılması haqqında protokol”da göstərilmiş malları müqavilə bağlandıqdan sonra satıcı tərəfindən alıcının ünvanına 60 təqvim günü ərzində təhvil verməyi öhdəsinə götürür (2.1.1), mallar alıcının anbarında təhvil verilir (2.1.3), mallarla bir vaxtda onlara aid olan sənədləri – malların göndərilməsini təsdiq edən sənəd – nəqliyyat qaiməsi, malların mənşə sənədi, uyğunluq sertifikatı və sınaq sənədi, qaimə-faktura alıcıya təqdim edilir (2.1.5), mallar alıcının anbarına təhvil verildikdən sonra onların dəyəri fakt üzrə 30 iş günü ərzində ödəniləcəkdir (4.3).
19. Malların təhvil verilməsi işin mübahisəsiz halıdır, lakin təhvil verilmə tarixi barədə tərəflər məhkəməyə dəqiq məlumat verə bilməmiş, bunu təsdiq edən sənəd təqdim etməmişlər. İddiaçının cavabdehə ünvanladığı 2023-cü il 5 may tarixli pretenziya məktubunda iddiaçı malların sentyabr ayının sonu, oktyabr ayının əvvəlində təhvil verildiyinə istinad etmiş, cavabdeh tərəf bu fakta dair iddiaçıya etiraz ünvanlamamışdır. Belə olan halda, malların təhvilinin oktyabr ayının əvvəlində yekunlaşdığı qənaətinə gəlmək olar.
20. İddiaçı sınaq protokolunun ona təhvil verilmədiyini, uyğunluq sertifikatı və sertifikata əlavə edilmiş akkreditasiya attestatı-protokolun sınaq sənədi hesab edilə bilmədiyini qeyd etmiş və hər bir təhvil verilən malın sınaq sənədinin verilməli olduğunu bildirmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, tərəflər müqavilədə mallarla bir vaxtda uyğunluq sertifikatı və sınaq sənədinin təqdim edilməli olmasını razılaşdırmışlar. Həmçinin malların qiymətinin razılaşdırılması haqqında protokolda polietilendən metala keçidlərin texniki xüsusiyyəti qrafasında QOST P 58121.3-2018, İSO 4437-3:2014, İSO 17885- 2021 standartları qeyd olunmuş dur. İddiaçı sentyabr ayının sonu oktyabr ayının əvvəlində malları təhvil alsa da, razılaşdırılmış hər hansı sənədin verilmədiyinə istinad edərək verilməsini tələb etməmiş, qeyd etdiyi hal mövcud olduğu halda əşyadan imtina hüququ barədə təşəbbüs göstərməmişdir. 2022-ci il 13 dekabr tarixli məktubunda isə yoxlama nəticəsində sızma aşkar olunmasına istinadla hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartın tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsini, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir. Lakin, tərəflər arasında bağlanmış müqavilədə ayrı-ayrılıqda sınaqdan keçirilməsi tələbi müəyyən edilməmişdir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən təqdim olunan uyğu nluq sertifikatından görünür ki, verilmə tarixi 2022-ci il 28 yanvar, qüvvədə olma tarixi 2023-cü il 28 yanvar olan sertifikatla PE 100 polietilen borular üçün metal keçiricilərin İSO 4437-1:2014 standartlarının tələblərinə cavab verdiyi, sertifikatın 2022-ci il 28 yanvar tarixli sınaq protokolu əsasında verildiyi təsbit olunmuşdur. 22. "xxxx" MMC-nin 2023-cü il 25 sentyabr tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 17 yanvar tarixli sifarişdə məhsulların sertifikatlaşdırılması üçün İSO 4437-3.2014 standartı qeyd olunmuş, məhsulun sınaqları sifarişdə qeyd olunan standartın tələbləri əsasında həyata keçirilmiş, lakin məhsulun verilmiş uyğunluq sertifikatı çap edilərkən texniki səhv nəticəsinə İSO 4437-3.2014 standartı əvəzinə İSO 4437.1-2014 qeyd edilmi şdir.
23. Cavabdehin təqdim etdiyi akkreditasiya attestatı – AZ 01.0398.01.19 nömrəli protokollardan görünür ki, cavabdehdə istehsal olunan PE 100 polietilen borular üçün metal hissəli “fiting”lər QOST P 58121.3-2018 (İSO 4437-3:2014) üzrə sınaqdan keçirilmiş və hər parametr üzrə uyğun hesab olunmuşdur. “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 oktyabr tarixli Qərarının 3.1-ci bəndinə əsasən uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.
24. Satılan mallar müvafiq standartların tələblərinə əsasən sınaqdan keçirilmiş və uyğunluq sertifikatı verilmişdir. İddiaçı malları təhvil almış, müqavilədə razılaşdırılan sənədlərin təqdim edilməməsinə dair cavabdehə müraciət etməmiş, təqdim edilmiş sənədləri mübahisələndirməmiş, son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi qanunun tələbi olmuş, lakin malların qeyd olunan tələblərə və standartlara uyğun olmamasına dair cavabdehə hər hansı etiraz irəli sürməmiş və malların dəyərini tam ödəmişdir. Təqdim olunan mallardan isə 574 ədədini istifadə etmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
26. Həmçinin, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməl i və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
28. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir.
29. Mülki hüquq mün asibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkar yönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Bu mənada hazırkı iş üzrə iddiaçının son haqq-hesab aparılanadək təqdim edilmiş malların texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq vəzifəsi olduğu halda malları təqdim olunan sənədlərlə təhvil alaraq etiraz bildirməməsi, 574 ədəd malı istifadə etməsi, sonradan sınaq sənədinin təqdim edilməməsinə, hər mala görə sınaq sənədinin təqdim edilməli olmasına istinad etməsi estoppel prinsipinə ziddir. Həmin prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir.
30. İddiaçının tələbinin faktiki əsası kimi qeyd etdiyi bu hal sınaq sənədi təqdim olunmadığından 466 ədəd malın keyfiyyətsiz hesab olunaraq dəyərinin cavabdehdən alınması əsaslı hesab olunaraq iddianın təmin olunması üçün əsas hesab oluna bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut qismində iddia ərizəsinə 2022-ci il 18 noyabr və 2022-ci il 21 noyabr tarixli anbara daxil olmuş mal-material barədə aralıq aktlarını və “Azərekspertiza” Birliyinin 2023-cü il 10 mart tarixli ekspertiza aktını təqdim etmişdir. Məhkəmə icraatının gedişində isə iddiaçı "xxxx" MMC şirkətinin 2023-cü il 13 oktyabr tarixli ekspertiza rəyini təqdim etmişdir.
31. Tərəflər arasında bağlanmış 2022-ci il 25 iyul tarixli müqavilənin 5-ci bəndinə əsasən, satıcı malların keyfiyyətinə istehsalçının təlimatına müvafiq olaraq saxlandığı və istifadə etdiyi təqdirdə mal təchiz edildiyi tarixdən 1 il ərzində zəmanət verir.
32. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur.
33. İddiaçının cavabdehə ünvanladığı 2022-ci il 13 dekabr tarixli məktubdan görünür ki, iddiaçı 2022-ci il 21 noyabr tarixdə SOCAR-ın X1 keçirilən sınaq nəticəsində polietilendən metala keçiddə sızma olduğunda istinad edərək malların geri götürülərək hər bir polietilendən metala keçidin milli və ya beynəlxalq akkreditasiya qurumu tərəfindən müvafiq standartların tələblərinə uyğun olaraq ayrı-ayrılıqda sınaqdan keçirilməsi, nömrələnərək sınaq (uyğunluq) sertifikatı ilə birlikdə təqdim edilməsini tələb etmişdir. İddiaçının cavabdehə ünvanladığı 2023-cü il 17 fevral tarixli məktubdan görünür ki, seçmə üsulu ilə polietilendən metala keçidlərin X1 2023-cü il 21 fevral tarixdə sınağının aparılacağı bildirilmiş, cavabdehin nümayəndəsinin iştirakının təmin olunması xahiş olunmuşdur. İddiaçının cavabdehə ünvanladığı 2023-cü il 5 may tarixli məktubdan görünür ki, polietilendən metala keçidlərin istismara verilərkən qaz sızmasının aşkarlandığına istinad edilərək malların geri götürülərək uyğun sınaq sənədləri ilə birlikdə yeni mallarla əvəzləşdirilərək təqdim edilməsi, bu mümkün olmadıqda əvəzinin ödənilməsi tələb edilmişdir.
34. Göründüyü kimi, iddiaçı təqdim olunan polietilendən metala keçiddə sızma olduğuna istinad etmiş, keyfiyyət tələbinə dair etirazını bunun üzərindən etmiş, tərəflərin razılaşdıqları standartların tələblərinə uyğun mal verilmədiyinə istinad etməmişdir. Həmçinin görünür ki, iddiaçı 2022-ci il 21 noyabr tarixdə SOCAR-ın X1 keçirilən sınaq nəticəsinə istinad edərək 2023-cü il 21 fevral tarixdə sınağın aparılacağı bildirilmişdir.
35. Qeyd olunan sınağın keçirildiyinə dair sənəd təqdim etməmiş, bundan fərqli olaraq məhkəməyə “Azərekspertiza” Birliyinin 2023-cü il 10 mart tarixli ekspertiza aktı təqdim etmişdir. Həmçinin məhkəmə icraatının gedişində də məhkəməyə "xxxx" MMC şirkətinin 2023-cü il 13 oktyabr tarixli ekspertiza rəyini təqdim etmişdir. 2023-cü il 10 mart tarixli ekspertiza aktından görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, 2023-cü il 13 oktyabr tarixli ekspertiza rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilən polietilendən metala keçidlərə (“fiting”lərə) vizual baxış keçirilməklə, daha sonra hissələrə bölünərək baxış keçirməklə rəylər verilmişdir.
36. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan rəylərin verilməsi üçün təqdim olunan malların cavabdehdən alınan mallar olması adıçəkilən rəylərdən müəyyən olunm ur. Həmçinin mallara baxış keçirilən zaman cavabdehin iştirakı təmin olunmamışdır. 2023-cü il 13 oktyabr tarixli ekspertiza rəyi isə mallar təqdim olunan tarixdən 1 il sonra, yəni qarantiya verilən tarixdən sonra verilmişdir.
37. Bundan başqa, məhkəmə icraatı gedişində Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyul tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsası ilə imtina edilmişdir.
38. İddiaçı əşyaların keyfiyyətini sızma olması əsası ilə mübahisələndirdiyinə görə məhkəmə hazırlıq və sonuncu baxış iclasında polietilendən metala keçidlərdə sızmanın olub-olmamasının müəyyən edilməsi ü çün SOCAR-ın X1 tərəflərin iştirakı ilə sınağın keçirilməsini təklif etsə də, iddiaçı sınağın keçirilməsi, dəyərinin ödənilməsi ilə razılaşmamış, sonuncu baxış iclasında məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sınaq keçirilərək keçidlərin kipliyi müəyyən olunduğu halda standartların tələblərinə uyğunluğuna baxacaqlar, sınaq sənədi olmadığından mallar keyfiyyətsizdir.
39. Halbuki sübutetmə ilə bağlı mülki icraatda müəyyən olunan tələblərə əsasən iddiaçı öz tələbinin əsasını təşkil edən bu halı, yəni cavabdeh tərəfindən təqdim olunan məhz 466 ədəd polietilendən metala keçidlərdə sızma olması, kipliyində qüsurların olması ilə bağlı sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır.
40. İddiaçının iddia ərizəsində və cavabdehə ünvanladığı 2022-ci il 13 dekabr, 2023cü il 17 fevral tari xli məktublarda sınaq protokolunun təqdim olunmamasına, təqdim olunan keçidlərdə sızmanın olduğuna, test-sınaq aparılmalı olmasına istinad etdiyi halda məhkəməyə təqdim etdiyi 2023-cü il 10 mart tarixli və 2023-cü il 13 oktyabr tarixli ekspertiza sənədlərində fərqli əsasa istinad etməsi anlaşılan deyildir.
41. Həmçinin iddiaçı 2023-cü il 17 fevral tarixli məktubda SOCAR-ın X1 sınağın keçiriləcəyini bildirsə də, 2023-cü il 10 mart tarixli ekspertiza aktı mallara vizual baxış keçirilməklə aparılmışdır. İddiaçı isə cavabdehə ünvanladığı 2023-cü il 5 may tarixli məktubda yenə də polietilendən metala keçiddə sızma olduğunda istinad etmişdir.
42. Məhkəmə hüquqdan sui-istifadə və estoppel prinsipinin tələblərinə və işin hallarına əsasən bildirmişdir ki, iddiaçının özünün istinad etdiyi (keçidlərd ə sızmanın olduğu, sınaq protokolunun təqdim olunmadığı) hallara uyğun olmayan, mübahisələndirmədiyi hallara sonradan istinad edərək təqdim etdiyi 2023-cü il 10 mart tarixli və 2023-cü il 13 oktyabr tarixli ekspertiza aktı və rəyi digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi olmaqla hüquqdan suiistifadəni qadağan edən qanunvericiliyin tələbinə ziddir və hüquqdan suiistifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
43. Qeyd olunanlara əsasən məhkəmə 2023-cü il 10 mart tarixli və 2023-cü il 13 oktyabr tarixli ekspertiza aktı və rəyini iddianın əsasını təşkil edən halı təsdiq edən mötəbər sübut kimi nəzərə almamışdır.
44. Məhkəməyə təqdim olunan 2022-ci il 18 noyabr tarixli anbara daxil olmuş malmaterial barədə aralıq aktına münasibətdə m əhkəmə qeyd etmişdir ki, akt birtərəfli – iddiaçının nümayəndələrinin iştirakı ilə tərtib olunmuş, cavabdehin nümayəndəsinin iştirakı təmin olunmamış, iddiaçının cavabdehə ünvanladığı 2022-ci il 13 dekabr və 2023-cü il 17 fevral tarixli məktublarında da qeyd olunan sınaq nəticələrinə istinad olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan aralıq aktını mötəbər sübut kimi qəbul etməmişdir.
45. Məhkəməyə təqdim olunan 2022-ci il 21 noyabr tarixli anbara daxil olmuş malmaterial barədə aralıq aktından görünür ki, akt hər iki tərəfin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş, akta əsasən DN160xDN159 ölçülü polietilendən metala keçiddə sızma və təzyiq düşküsünün aşkarlanmadığı, DN315xDN325 ölçülü polietilendən metala keçiddə sızma olduğu və təzyiq düşküsünün müşahidə edildiyi təsbit olunmuşdur. 4
6. İddiaçı əşyanın keyfiyyətsiz olduğuna istinad edərək müqavilə üzrə təqdim olunan əşyaların bir qisminin dəyərinin ödənilməsini xahiş etmişdir. Məhkəmə 2022-ci il 21 noyabr tarixli aktı mötəbər sübut kimi nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan akt ilə keyfiyyətsiz olduğu müəyyən olunan DN315xDN325 ölçülü polietilendən metala keçidin dəyərini təşkil edən ƏDV daxil 483,80 manat (410 manat + 73,8 manat ƏDV) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. İddia tələbinin əsasını cavabdeh tərəfindən təqdim edilmiş mallar üzrə sınaq sənədinin təqdim edilməməsi səbəbindən qeyd olunan malların Müqaviləyə Əlavə 1-də verilmiş texniki göstərici, standart və spesifikasiyaya uyğun olaraq yüksək keyfiyyətlə istehsal olunmasına şübhələr yarandığı üçün geri götürülərək pulun qaytar ılması təşkil edir. İddiaçı əsaslı şübhə yarandığı üçün malların test-sınaq yoxlamasını həyata keçirmiş və müvafiq sübutlar vermişdir. Lakin, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş və aparılmış araşdırma nəticəsində malların keyfiyyətsiz olması müəyyən edilməmişdir.
48. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 16.1, 21.1, 425, 560, 567, 576, 568.2, 581.1, 581.4, 582.2, 583.1, 586.1, 587.1, 587.1.1, 587.2, 587.2.1-ci, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.4, 40-1.4, 40-2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 9.1, 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
49. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ddianın təm in olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(103)-210/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər-L.Əliyeva və T.Mahmudova).
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, apellyasiya icraatı zamanı məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılmasından Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən SOCAR-ın X2 mütəxəssis rəyinin təqdim edilməməsi və qərardadda qoyulan suallara cavabın müəyyən edilməsinin hər hansı ekspertiza növünə aid olmadığı əsasları ilə imtina edilmişdir.
52. Həmin məhkəmənin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə təyin olunan mühəndis-texniki ekspertizanın aparılması SOCAR-ın X3 həvalə edilmiş, lakin həmin zavod tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, qərardadda qeyd edilən avadanlıqların istismarı və təmiri və s. üzrə bu sahədə xüsusi biliyə və kvalifikasiyaya malik olan mühəndistexniki mütəxəssislərin olmadığı, bu tipli avadanlıqların keyfiyyət göstəricilərinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olub-olmamasının və bu barədə müvafiq ekspert rəyinin verilmə sinin zavodun imkanları xaricində olması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
53. Göründüyü kimi iddiaçı tərəfindən SOCAR-ın X4 sınaq keçirilməsi üçün cəlb edilmiş, zavod buna etiraz etməmiş, lakin məhkəmə tərəfindən ekspertizaya cəlb olunduqda ekspertizanın aparılmasından imtina etmişdir. İddiaçı və qeyd olunan zavodun hər ikisi SOCAR-a tabe olan qurumlardır.
54. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur.
55. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 581.1 və 581.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
56. Qətnamədən verilmş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkə məsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. MM-in 568.2 və 576-cı maddələri üzrə-2022-ci il 25 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh mallarla birlikdə “malların sınaq” sənədlərini təqdim etməli idi. Lakin müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, bu sənədlər təqdim olunmamışdır. MM-in 568.2-ci maddəsinə görə, satıcı qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri təqdim etməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən, alıcı malların müqavilə şərtlərinə uyğun olub-olmadığını yoxlamaq və sınaqdan keçirmək hüququna malikdir. Əgər mallar spesifikasiyalara uyğun gəlməzsə, alıcı mallardan imtina edə bilər. Müqavilədə nəzərdə tutulan sənədlərin təqdim olunm aması səbəbindən malların istismara yararlılığı şübhə doğurmuş və bu səbəbdən 18 noyabr və 21 noyabr 2022-ci il tarixlərində SOCAR “Azneft” İB-nin X1 test-sınaq yoxlamaları keçirilmişdir. Bu yoxlamalarda cavabdehin nümayəndəsi də iştirak etmişdir. Yoxlamalar nəticəsində polietilendən metala keçidlərin metal hissələrində sızmalar aşkar edilmiş və mallar yararsız hesab olunmuşdur. 2022-ci il 13 dekabr tarixində cavabdehə yazılı məlumat verilmiş və uyğunsuzluqların aradan qaldırılması tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülmədiyi üçün 2022-ci il 27 dekabr tarixində cavabdehin SOCAR-ın etibarsız mal göndərənləri siyahısına daxil edilməsi üçün müraciət edilmişdir. SOCAR-ın Satınalmalar Komitəsinin 2022-ci il 29 dekabr tarixli qərarı ilə cavabdeh 1 il müddətinə bütün sat ınalma prosedurlarında iştirakdan məhrum edilmişdir. Cavabdehin bu qərarla bağlı şikayəti də rədd edilmişdir. Mallarda aşkarlanan qüsurlar və uyğunsuzluqlar Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 2023-cü il 10 mart tarixli ekspertiza aktı ilə də təsdiqlənmişdir. Ekspertiza nəticəsində keçidlərin qaynaq yerlərində boşluqlar, sızmalar, korroziyadan qorunmama və digər ciddi qüsurlar müəyyən edilmişdir. Ekspertiza həmçinin, malların QOST R 58121.3-2018, İSO 4437-3:2014 və İSO 17885-2021 standartlarına uyğun olmadığını göstərmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş faktlardan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə cavabdehin müqavilə şərtlərini pozduğu halda yalnız DN315xDN325 ölçülü k eçidlər üçün məbləğin ödənilməsinə qərar vermiş, digər tələbləri əsassız olaraq rədd etmişdir. Halbuki, sınaq sənədlərinin təqdim olunmaması və ekspertiza nəticələri əsasında bütün malların geri götürülməsi və ödənilmiş məbləğin qaytarılması tələb edilməli idi.
58. MM-in 581.1 və 586.3-cü maddələri üzrə-cavabdeh MMC, mübahisə predmeti olan malların test sınaq sənədlərinin mövcud olduğunu iddia edərək məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 28 yanvar tarixli “Uyğunluq Sertifikatı” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 7 iyul tarixli “Ekspertiza Aktı”nı təqdim etmişdir. Cavabdeh, uyğunluq sertifikatının malların sınaq protokolu əsasında verildiyini və bunun sertifikatda xüsusi qeyd olunduğunu bild irmişdir. Lakin uyğunluq sertifikatına əlavə edilmiş akreditasiya attestatı (AZ01.0398.01.19 saylı protokol) sınaq sənədi hesab edilə bilməz. Çünki bu protokolda mübahisə predmeti olan 1040 ədəd 9 çeşid malın sınaqdan keçirildiyini təsdiq edən heç bir məlumat yoxdur. Buna görə də, cavabdehin məhkəməyə təqdim etdiyi bu dəlil əsaslı sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 oktyabr tarixli 377 nömrəli Qərarına əsasən, uyğunluq sertifikatı yalnız malların texniki reqlamentlərə və standartlara uyğunluğunu bildirir, lakin hər bir malın ayrıca testsınaqdan keçirildiyini sübut etmir. Müqaviləyə əlavə nömrə 1-də isə hər bir malın ayrıca test-sınaq protokolu ilə təsdiqlənməli olduğu göstərilmişdir. Buna görə də uyğunluq sertifikatı özlüyündə təqdim olu nan malların hər birinin test-sınaq olunduğu mənasını vermir. Cavabdeh tərəfindən təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2023-cü il 7 iyul tarixli “Ekspertiza Aktı” da əsaslı sübut kimi qəbul edilə bilməz. Bu akt istehsal olunan malların mənşə ölkəsini və ixrac üçün nəzərdə tutulduğunu göstərən sənəddir. Aktda göstərilən ifadələrdən görünür ki, cavabdeh tenderin nəticələrinə görə istehsal etməyi nəzərdə tutduğu mallar haqqında bəhs edir. Lakin aktın 2022-ci il 7 iyul tarixində, yəni tərəflər arasında müqavilə imzalanmazdan 18 gün əvvəl verildiyi üçün bu sənədin malların mövcud olduğu və test-sınaqdan keçirildiyi barədə sübut olaraq qəbul edilməsi mümkün deyil. Bundan əlavə, “Ekspertiza Aktı” malların keyfiyyətini və standartlara uyğun istehsal olunduğunu təsdiqləyə n sənəd deyil. Bu akt yalnız tenderdə iştirak edən yerli istehsalçılara 20% güzəşt tətbiq olunması üçün tələb olunan sənəddir. Buna görə də, bu sənədin malların test-sınaq olunduğunu sübut edən rəsmi sənəd kimi qəbul edilməsi qanunsuzdur.
59. MPM-in 88-ci maddəsi üzrə-apellyasiya məhkəməsi yalnız birinci instansiyanın qərarını təsdiq etməklə kifayətlənməməli, təqdim olunan bütün sübutları yenidən obyektiv və ətraflı şəkildə araşdırmalı idi. Eyni zamanda, apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə dair maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli idi. Xüsusilə, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin pozulması, malların sınaq sənədlərinin təqdim olunmaması və ekspertiza nəticələrinə dair sübutların düzgün qiymətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilməlid ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
61. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yo xlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar....” “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
567. Alq ı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
576. Əşyaya aid ləvazimatı və sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi... 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda o nun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.... 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər....” Maddə
582. Malın keyfiyyəti üçün qarantiya... 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya ver məsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir....” “Maddə
583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır....” “Maddə
586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər....” Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi al ıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması;... 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;...” 64. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
40. Satınalm aya dair hesabat... 40.2. Hesabata aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:... 40.2.7. təchizatçılar tərəfindən təqdim edilən uyğunluq sənədləri və təkliflər; 40.2.11. çərçivə sazişi bağlandıqda, həmin sazişlərin surəti; 40.2.12. bağlanan satınalma müqaviləsinin surəti; 40.2.13. satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatlar; 40.2.14. satınalan təşkilatla təchizatçı arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər; 40.2.15. satınalma müqaviləsinin tam icra edilməsi haqqında satınalan təşkilatla təchizatçı arasında imzalanan təhvil-təslim aktı.... 40.4. Bu Qanunun 40.2.7-ci, 40.2.11–40.2.15-ci maddələrində qeyd olunan sənədlər (məlumatlar) istisna olmaqla, 40.2 -ci maddədə nəzərdə tutulan digər sənədlər (məlumatlar) təklifin akseptindən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma yekunlaşdıqdan sonra 7 (yeddi) iş günü ərzində sorğu əsasında təklif təqdim edən təchizatçılara verilir....”
65. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarında qeyd olunmuşdur ki: “... Vicdanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır....”
66. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə t utulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r (MPM-nin 416.1-ci maddəsi). 68. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-c i maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
69. İşin mübahisəsiz hallarına görə tərəflər arasında tender nəticəsi haqqında 15 iyul 2022-ci il tarixli yekun protokola əsasən 25 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh malların qiymətinin razılaşdırılması haqqında protokolda qiyməti, çeşidi və sayı razılaşdırılmış 9 adda 1040 ədəd polietilendən metala keçidi iddiaçıya təhvil vermiş, iddiaçı malların dəyərini təşkil edən ƏDV daxil 112.412,70 manat məbləğində pulu cavabdehə ödəmişdir.
70. İddiaçı hazırki iddiasında təqdim olunan 1040 ədəd polietilendən metala keçidin sınaq sənədi cavabdeh tərəfindən təqdim olunmamasına, həmin malların 574 ədədinin sınaq sənədi olmadan istifadə olunmasına, daha sonra keçidlərdə sızmalar olduğu müəyyən edildi kdən sonra istifadəsinin dayandırılmasına istinad edərək, hesab edir ki, malların hamısı qüsurludur və 466 ədəd polietilendən metala keçidin geri götürülərək malların dəyərinin ödənilməsini xahiş edir.
71. Məhkəmə kollegiyası iddianın rədd edildiyi hissədə məhkəmələrin gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarının tələblərinə uyğun hesab edir. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
72. Kollegiya iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiy yəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax § 14-47, 51-54).
73. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
74. Gö stərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
75. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-210/2024 nömrəli 2024-cü il 28 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.