Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-196/2023 28.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" QSC BOKT və "xxxx" ASC) qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin alınma sı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 22(103)-1099/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ: 1. 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsindən görünür ki, lizinq verən – “X3” QSC (hazırki "xxxx" QSC) 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) lizinq alan – “İnter Textile" ASC-yə təhvil vermiş və sonuncu qeyd edilən müqavilə üzrə lizinq haqqının ödənilməsini öz öh dəsinə götürmüşdür. 2. 2015-ci il 2 mart tarixli “X1” müqaviləsinə 2 Saylı əlavədən görünür ki, “X3” QSC ilə Cavabdeh2 ASC arasında imzalanmış 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinin müddəti 2018-ci il 25 fevral tarixədək uzadılmışdır. 3. 2015-ci il 2 mart tarixli “X1” müqaviləsinin ödəniş cədvəlindən görünür ki, avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri 410.000 manat, sığorta haqqı 6.970 manat və maliyyə lizinqi üzrə kreditin məbləği 410.000 manat məbləğində təşkil etmişdir. 4. 2014-cü il 24 noyabr tarixli təhvil-təslim aktından görünür ki, lizinq müqaviləsinin predmeti olan 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz ör gü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) lizinq verən tərəfindən təslim edilmiş və lizinq alan tərəfindən təhvil alınmışdır. 5. 2020-ci il 6 avqust tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ASC-nin əsas borcu 410.000 ABŞ dolları, faiz borcu 177.821,58 ABŞ dolları olmaqla ümumilikdə 592.467,58 ABŞ dolları və sığorta borcu 4.646 ABŞ dolları təşkil etmişdir. 6. 2014-cü il 17 iyul tarixli 627 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin –Cavabdeh1 Cavabdeh2 ASC-nin öhdəliklərinin tam icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə İddiaçı QSC qarşısında məsuliyyət daşıyır. Cavabdeh2 ASC tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yetirilmədiyi təqdirdə Cavabdeh1 və “İnter Textile“ ASC İddiaçı QSC qarşısında birgə məsuliyyət daşıyırlar.
7. Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin 2016-cı il 6 oktyabr tarixli, 2-2(85)1607/2016 saylı qətnaməsi ilə 86.252.284,49 manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-dən "xxxx" QSC BOKT-un xeyrinə tutulması və tutmanın müəssisəyə məxsus əmlaklara yönəldilməsi qət edilmişdir. 8. 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktına və əlavə olunmuş siyahıya əsasən ümumi dəyəri 1.620.519 manat olan – binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, digər əsas vəsaitlər, o cümlədən toxuculuq maşınları "xxxx" QSC tərəfindən Cavabdeh2 ASC-nin iştirakı ilə "xxxx" ASC-yə təhvil verilmişdir.
9. İddiaçı QSC tərəfindən Cavabdeh2 ASC-yə və Cavabdeh1 ünvanlanmış 2020ci il 23 sentyabr tarixli, 280 saylı pretenziya məktubu ilə tərəflər arasında 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinə əsasən yaranmış 592.467,58 ABŞ dolları məbləğində pul vəsaitini 5 gün müddətində ödənilməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 ASC-yə (bundan sonra – “cavabdeh”) və Cavabdeh1 (bundan sonra – “zamin”, birgə işlədildikdə “cavabdehlər”) qarşı 2021-ci il 12 yanvar tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsi üzrə yaranmış 410.000 ABŞ dolları əsas borc, 177.821,58 ABŞ dolları faiz borcu, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4.646 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 592.467,58 ABŞ dolları pul vəsaitinin cavabdehdən və zamindən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi və 2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinə əsasən 2 ədəd HP2/52C modelli, sp esifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri) cavabdehə lizinqə təhvil verilmiş və qeyd edilən müqavilə üzrə cavabdeh lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüş, zamin ilə iddiaçı arasında 2014-cü il 17 iyul tarixli, 627 saylı zaminlik müqaviləsi bağlanılmış və zamin cavabdeh ilə birgə məsuliyyət daşıdığını öhdəlik olaraq qəbul etmişdir.
12. İddiaçı müqavilə üzrə ödəliklərini tam icra etmiş olsa da, cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bundan qərəzli olaraq boyun qaçırmışlar. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi il ə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, pretenziya məktubu göndərilsə də nəticəsi olmamışdır. Cavabdehə pretenziya göndərilmiş tarixədək 6xx/xx/2014 saylı “X1” müqaviləsi üzrə əsas borc 410.000 ABŞ dolları, faiz borcu 177.821,58 ABŞ dolları, sığorta haqqı üzrə borcu 4.646 ABŞ dolları təşkil etmişdir.
13. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 470.1, 472.1, 472.2, 747.1, 748-1.12.4-cü maddələrinə istinad edilmişdir.
14. Zamin tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, iddiaçının cavabdehə qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun və lizinq obyektinin alınması tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinin 1.4-cü bəndinə görə lizinq müqaviləsinin müddəti 36 ay təşkil etmiş və müddəti 2017-ci il tarixdə başa çatmışdır. Daxili lizinq müqaviləsinə 2 nömrəli əlavəyə əsasən lizinq verən iddiaçı və lizinq alan cavabdeh arasında lizinq müqaviləsinin müddəti 2018-ci il 25 fevral tarixədək uzadılmışdır. Zamin şəxsin zamin qismində həmin əlavəyə razılığı olmamış və zamin qismində lizinq verənlə zamin arasında və ya həmin əlavənin özündə onun razılığının ifadəsinə yer ayrılmamışdır. Bu səbəbdən, zaminlik müqaviləsi üzrə tələb etmə hüququ zaminə münasibətdə lizinq verən üçün ötürülmüş hesab olunmuşdur.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, e-2-2(113)-942/2021 saylı qərardadı ilə məhkəmə - mühasibatlıq eksperti zası təyin edilmişdir (hakim – F.Qasımov).
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 9 iyul tarixli, 9/2149 rəyinə əsasən, 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı daxili lizinq müqaviləsi və daxili lizinq müqaviləsinə edilmiş 2015-ci il 2 mart tarixli 2 saylı əlavə üzrə cavabdehin lizinq müqaviləsinin müddətinin bitdiyi 2018-ci il 25 fevral tarixə iddiaçıya olan borcunun ümumilikdə 520.034 ABŞ dolları məbləğində olması müəyyən olunmuşdur, həmçinin əsas borc üzrə 410.000 ABŞ dolları, lizinq şirkətinin gəliri üzrə 110.034 ABŞ dolları təşkil etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 mart tarixli, e-2-2(113)-77/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 nömrəli “X1” müqav iləsi üzrə yaranmış əsas borc 410.000 ABŞ dolları, lizinq mükafatı üzrə 110.034 ABŞ dolları olmaqla ümumilikdə 520.034 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur (hakim – F.Qasımov).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən işin mübahisələndirilməyən hallarına görə müqavilə üzrə heç bir ödəniş olunmamış və qeyd olunan avadanlıqlar: 2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən roliklə ri və iynələri) tam işlək vəziyyətdə 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktına və əlavə olunmuş siyahıya əsasən, üçüncü şəxs "xxxx" QSC (bundan sonra – “QSC”) tərəfindən digər üçüncü şəxsə "xxxx" ASC-yə (bundan sonra – “ASC”) təhvil verilmişdir. Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin 2016-cı il 6 oktyabr tarixli, 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən cavabdehdən 86.252.284,49 manat məbləğində pul vəsaitinin QSC-nin xeyrinə tutulması və müəssisəyə məxsus əmlaklara yönəldilməsi qət edildikdən sonra həmin qətnamənin icrasının həyata keçirilməsi məqsədilə mübahisə predmeti olan avadanlıqlar 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktına əsasən, QSC tərəfindən ASC-yə təhvil verilmişdir. Cavabdeh həmin aktı yalnız iştirakçı kimi imzalamış, avadanlıqların təhvil verilməsində onun ira də ifadəsi mövcud olmamışdır.
20. Üçüncü şəxslər tərəfindən götürülmüş avadanlıqların iddianın predmetini təşkil edən avadanlıqlar olması mübahisiləndirildiyindən avadanlıqların yerləşdiyi (əvvəllər cavabdehə məxsus olmuş) binada yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, orada olan yeni avadanlıqların həm sayı, həm də xüsusiyyətləri (2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları) iddia ərizəsində qeyd olunan avadanlıqlarla eynilik təşkil etmiş və başqa yeni avadanlığın olması müəyyən olunmamışdır. Keçmiş “X3” QSC (hazırkı iddiaçı) tərəfindən təsdiq olunmuş 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktına əlavə edilən siyahıda 41 0-429cu sıralarda əmlakların xüsusiyyətləri qeyd olunmasa da, 20 ədəd toxuyucu maşının təhvil verildiyi əksini tapmışdır. Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə heç bir ödəniş aparılmadığı və həm müqavilənin 5.4-cü bəndində, həm də maddi hüquq normasının tələblərinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ olduğu halda bu hüquqlarından və məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş, iddia müddətinin bitməsinə təxminən 1 ay qalmış iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zərərin həcminin artmasına şərait yaratmışdır. Lakin lizinq obyektinin lizinq verən tərəfindən sığortalanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
21. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə zamin arasında bağlanmış 2014-cü il 17 iyul tarixli, 627 nömrəli zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin şəxs cavabdehin öhdəliklərinin tam icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “Lizinq verən” qarşısında məsuliyyət daşıyır. “Lizinq alan” tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinin 1.4-cü bəndinə əsasən lizinq müqaviləsinin müddəti 36 ay müəyyən olunmuş və 2015-ci il 2 mart tarixdə bağlanmış “X1” müqaviləsinin 2 nömrəli əlavəsinə əsasən müqavilənin müddəti 2018-ci il 25 fevral tarixinədək uzadılmışdır. Belə olduğu təqdirdə zaminliklə təmin olunan öhdəliyin başa çatması vaxtı müvafiq olaraq 2017-ci il 17 iyul və 2018-ci il 25 fevral hesab edilmişdir. MM-in 477.0.4-cü maddəsinin tələblərinə görə bu müqavilənin icrası ilə bağlı zaminə qarşı iddia həmin tarixlərdən 1 il ərzində irəli sürülə bilərdi. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2021-ci il 12 yanvar tarixdə müraciət etmişdir. 2015-ci il 2 mart tarixdə “X1” müqaviləsinin 2 nömrəli əlavəsi bağlanılarkən müqavilənin müddəti uzadılması ilə bağlı zamin şəxslə müqavilə bağlanmalı olduğu halda, bu tələbə riayət olunmamışdır.
22. Məhkəmə öz mövqeyini MM-in 425.1, 470.1, 472.1, 472.2, 477.0.4, 747.1, 747.2, 748-1.12, 748-1.12.4, 748-6, 748-9, 748-10.1-ci maddələrinə, “Banklar haqqın da” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 25 iyul tarixli Qərarına, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2020-ci il 12 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etmişdir.
23. İddiaçı həmin qətnamə dən apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq cavabdehlərdən lizinq mükafatı (faiz) borcunun tam tutulması, sığorta haqqı olan 4.646 ABŞ dollarının tutulması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış 2 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən geri alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-1099/2022 saylı qətnaməsi ilə id diaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq lizinq mükafatı üzrə borcun məbləğini ekspert rəyinə uyğun olaraq 110.034 ABŞ dolları məbləğində müəyyən etmişdir. Belə ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilmiş, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və prosessual hüquq norması ilə üzərinə düşən sübut etmə v əzifəsini yerinə yetirə bilməmişdir. Kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıb-aparılmamasından asılı deyil. Yəni, ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla). Hazırkı işdə müqavilə üzrə cəmi ödənilməli olan lizinq mükafatı 110.034 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Sığorta haqqı əvəzi olaraq ödənilmiş 4.646 ABŞ dolları pulun tutulması hissəsində iddia tələbi əsassız olmuşdur.
26. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində qeyd olunmuş tələblərlə bağlı prosessual hüquq normasının tələbinə əsasən iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Lizinq verənin həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin geri qaytarılmasını tələb etməsi əsassız olmuş və hazırki qətnamə ilə də müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinqalandan tutulması qət edilmişdir. Lizinq verən iddiaçı ilə lizinq alan cavabdeh arasında 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinə 2015-ci il 2 mart tarixli 2 nömrəli əlavə bağlanılan zaman zaminin razılığı alınmamışdır. Belə olan təqdirdə 2015-ci il 2 mart tarixli 2 nömrəli əlavənin bağlanması ilə lizinq müqaviləsinin müddəti 2018-ci il 25 fevral tarixinədək uzadılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-in 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyə xitam verilməsi səbəbi ilə zamin duran şəxsə qarşı irəli sürülmüş tələblər əsassız olmuşdur.
27. Məhkəmə qətnam əni əsaslandırmaq üçün MM-in 477.0, 477.0.1, 747.1, 7481.12, 748-1.12.4, 748-11.1, 748-11.1.5-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 25 iyul tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etmişdir.
28. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 16 dekabr tarixdə tərəflərə göndərilmiş və proses iştirakçılarının elektron kabinetində yerləşdirilmişdir.
29. İddiaçı 2023-cü il 17 yanvar tarixdə kassasiya şikayəti verməklə, qətnamənin qismən – iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
30. MM-in 747.1, 747.2, 747-1, 748, 748-1.12, 748-1.12.4, 748-6, 748-9, 748-10.1ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sadalanmış maddi hüquq normalarını pozaraq səhv hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı lizinq mükafatını (faiz) tamamilə azaltmış, sığorta haqqını isə tamamilə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv etməmiş, əksinə həmin qətnaməni qüvvədə saxlamışdır. Məhkəmələr müq avilə əsasında məsuliyyəti lizinq alanın daşıdığını, lizinq obyektinə olan məsuliyyətin lizinq alanda olduğunu vurğulamış, digər tərəfdən isə lizinq avadanlıqlarının tamam kənar şəxslər tərəfindən lizinq alanın iştirakı ilə alınıb istifadə edilməsinə heç bir hüquqi qiymət verməmişdir.
31. Həmçinin apellyasiya instansiyası məhkəməsi sığorta haqqı olmuş 4.646 ABŞ dolları məbləğində pulun tutulması hissəsində iddia tələbini təmin etməmişdir. Lizinq verəndən şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə müəyyənləşdirilmiş dövriliklə muzd ödəmək qarşılığında dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini muzdunu ödəmədən qanunsuz istifadə edən cavabdeh və digər şəxslərin gəlir əldə etməsini etirafedici izahat əsasında aşkar bilən məhkəmələrin mövqeyi qərəzliliyin əyani sübutu olmu şdur.
32. MPM-in 14, 88, 217.1, 217.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının ziddinə olaraq öz qərəzliyini və iş üzrə maraqlı olmasını aşkar olaraq sübuta yetirmiş və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Həmçinin sadalanan prosessual hüquq normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməyərək pozulmuşdur və iddiaçının tam əsaslı iddia tələbinin tam deyil qismən təmin edilməsi ilə qətnamə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ. ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
34. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayə tinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə tərəflərə eyni olaraq yanaşmış, s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kredito ru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zam inliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; … 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Mad də
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ö dəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-6. Lizinq obyektinin və sahibkarlıq (maliyyə) risklərinin sığortası 748-6.1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. 748-6.2. Sahibkarlıq (maliyyə) risklərinin sığortası lizinq müqaviləsi tərəflərinin razılığı ilə həyata keçirilə bilər. 748-6.3. Sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. 748.6.4. Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesin də digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. 748-6.5. Lizinq alanın lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyətinin riskini lizinq verənin xeyrinə sığortalamaq hüququ vardır.” “Maddə 748-9. Lizinqin obyektinin itirilməsi zamanı lizinq alanın vəzifələri Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişlə ri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:... 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;...” 38. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 25 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir....” 39. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2020-ci il 12 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...... maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur....”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-1099/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, iş üzrə verilmiş rəy ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparıldığına görə mötəbər sübut kimi qiymətləndirilməlidir, iddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı müvafiq sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, lizinq verən iddiaçı ilə lizinq alan cavabdeh arasında 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinə 2015-ci il 2 mart tarixli 2 nömrəli əlavə bağlanılan zaman zaminin razılığı alınmamışdır. Hazırki işdə müqavilə üzrə cəmi ödənilməl i olan lizinq mükafatı 110.034 ABŞ dolları məbləğində müəyyən olunmuş, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4.646 ABŞ dolları pulun tutulması hissəsində isə iddia tələbi əsassız olmuşdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 2014-cü il 17 iyul tarixli, 6xx/xx/2014 saylı “X1” müqaviləsinin 4.1-ci bəndinə əsasən “Lizinqalan lizinq obyektinin icbari sığortasını öz vəsaiti hesabına həyata keçirməli, Lizinqverən bu müqavilənin müddəti üçün benefisiar və sığorta olunmuş qismində (özünün seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) lizinq obyektini sığorta edir. Bu zaman lizinqverən həyata keçirdiyi bütün sığorta ödənişlərinin əvəzini lizinqalandan heç bir məhdudiyyətsiz tələb etmək hüququna m alikdir.” Hazırkı müqavilənin bəndindən göründüyü kimi, lizinqverən yalnız həyata keçirdiyi sığorta ödənişlərinin əvəzini tələb edə bilər, lakin lizinq obyektinin lizinq verən tərəfindən sığortalanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
44. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçının mükafat (faiz) borcu 110.034 ABŞ dolları təşkil etdiyindən, aşağı instansiya məhkəmələri mübahisəyə baxarkən haqlı olaraq həmçinin məhkəmə ekspertizasının rəyinə istinad etmiş, bu zaman hər hansı pozuntuya yol verməmişlər.
45. Tərəflər arasında bağlanmış 2014-cü il 17 iyul tarixli, “X2” müqaviləsinin 1.4-cü bəndinə əsasən lizinq müqaviləsi 36 ay müddətinə bağlanmış, 2015-ci ilin 2 mart tarixli “X2” müqaviləsinə 2 saylı Əlavə ilə tərəflər arasında bağlanmış müqavilənin müd dəti 2018-ci ilin 25 fevral tarixinədək uzadılsa da, müqavilənin müddətinin uzadılması yalnız iddiaçı ilə cavabdeh arasında razılaşdırılmış, həmin müqaviləyə 2 saylı Əlavə tərtib olunarkən zamin Cavabdeh1 iştirakı təmin edilməmiş, zamin olaraq sonuncunun razılığı alınmamışdır.
46. Beləliklə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildiyi və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı üçün məhkəmələr düzgün olaraq MM-nin 477-ci maddəsinə istinadla Cavabdeh1 zaminliyinə xitam verildiyi barədə qanuni nəticəyə gəlmişlər.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin 2016-cı il 6 oktyabr tarixli, 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən cavabdehdən 86.252.284,49 manat məbləğində pul vəsaitinin QSC-nin xeyrinə tutulması və müəssisəyə məxsus əmlaklara yönəldilməsi qət edildikdən sonra həmin qətnamənin icrasının həyata keçirilməsi məqsədilə mübahisə predmeti olan avadanlıqlar 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktına əsasən, "xxxx" QSC tərəfindən digər üçüncü şəxsə "xxxx" ASC-yə təhvil verilmişdir.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417- 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-1099/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.