Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-198/2019 ALİ MƏHKƏMƏ iddiaçı ASC-nin “cavabdeh” Şirkətinə qarşı iş üzrə 15.05.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh “cavabdeh” Şirkətinin vəkili Vəkil iştirakı ilə İddiaçı iddiaçı ASC-nin cavabdeh “cavabdeh” Şirkətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ IDDIAÇI ASC ilə «cavabdeh» Şirkəti arası nda 01 aprel 2015-ci il tarixdə ammonium nitrat gübrəsinin satınalınması barədə 11/15 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, «cavabdeh» Şirkəti iddiaçı ASC-yə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması üçün 8800 ton mineral gübrəni “X” DDP şərti ilə Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq, mineral gübrələr icraçı şirkət tərəfindən Tovuz, Xaçmaz, Yevlax, Biləsuvar Dəmiryol stansiyalarında boşaldılarkən müvafiq gömrük idarələri (Biləsuvar və Yevlax Gömrük İdarələrinin müvafiq olaraq 07.04.2016-cı il tarixli 155-13/02- 24/000260 və 13.04.2016-cı il tarixli 157-11/02-24/000122 nömrəli məktubları) 97942,2 manat məbləğində gömrük rüsumlarının və vergilərin ödənilməsini tələb etmişlər. Cəmiyyət tərəfindən 23 may 2016-cı il t arixdə Tovuz Gömrük İdarəsinə 550 manat xidmət haqqı, 21100 manat ƏDV, Xaçmaz Gömrük İdarəsinə 13917,62 manat ƏDV, Yevlax Gömrük İdarəsinə 13622,77 manat ƏDV, Biləsuvar Gömrük İdarəsinə 750 manat xidmət haqqı və 48001,81 manat ƏDV olmaqla, cəmi- 97942,2 manat məbləğində vəsait köçürülmüşdür. 97942,2 manat pul vəsaitinin geri qaytarılması məqsədi ilə iddiaçı ASC AR Dövlət Gömrük Komitəsinə qarşı pul tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı Inzibati-İqtisadi Məhkəməsinin 11.05.2017-ci il tarixli 2-1 (81 )754/2017 saylı qərarı ilə, gömrük ödənişlərinin iddiaçı ASC-nin «cavabdeh» Şirkəti ilə bağladığı müqavilədə göstərilən “X” DDP şərtinə əsasən “cavabdeh” Şirkəti tərəfindən ödənilməli olduğu qeyd edilməklə, Cəmiyyətin iddiası təmin olunmamış, Bakı Ap ellyasiya Məhkəməsinin 04.08.2017-ci il tarixli 2-1 (103)-1848/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR Ali Məhkəməsinin 13.12.2017-ci il tarixli 2-1(102)-2178/2017 saylı qərarı ilə Cəmiyyətin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.08.2017-ci il tarixli 2-1 (103)-1848/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddiaçı ASC cavabdeh “cavabdeh” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2016-cı il tarixdə Tovuz Gömrük İdarəsinə 550 manat xidmət haqqı, 21.100 manat ƏDV, Xaçmaz Gömrük İdarəsinə 13.917,62 manat ƏDV, Yevlax Gömrük İdarəsinə 13.622,77 manat ƏDV, Biləsuvar Gömrük İdarəsinə 750 manat xidmət haqqı və 48.001,81 manat ƏDV olmaqla, cəmi- 97.94 2,2 manat məbləğində iddiaçı ASCnin ödədiyi pul vəsaiti və 30 manat dövlət rüsumu «CAVABDEH».” Şirkətindən tutularaq iddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X” DDP şərtinə əsasən, «cavabdeh» Şirkəti malın dəyərində nəzərdə tutulmuş bütün gömrük rüsum və vergiləri ödəməklə, malları iddiaçı ASC-nin anbarlarında təhvil verməlidir və bu zaman Cəmiyyət heç bir gömrük rüsumu, vergi ödəməməlidir. Müqavilə şərtlərinə uyğun oiaraq, mineral gübrələr icraçı şirkət tərəfindən Tovuz, Xaçmaz, Yevlax, Biləsuvar Dəmiryol stansiyalarında boşaldılarkən müvafiq gömrük idarələri (Biləsuvar və Yevlax Gömrük İdarələrinin müvafiq olaraq 07.04.2016-cı il tarixli 155-13/02- 24/000260 və 13.04.201 6-cı il tarixli 157-11/02-24/000122 nömrəli məktubları) 97942,2 manat məbləğində gömrük rüsumlarının və vergilərin ödənilməsini tələb etmişlər. Satınalma müqaviləsində mineral gübrələrin 1 tonunun dəyərində rüsum və vergilər nəzərdə tutulduğu üçün iddiaçı ASC tərəfindən əlavə gömrük rüsum və vergiləri ödənilməsi, mineral gübrənin dəyərinin artmasına gətirib çıxaracaq və bu qiymət artımı satış zamanı kərıd təsərrüfatı məhsulları istehsalçılarının haqlı narazılığına səbəb olacağı barədə iddiaçı ASC-nin 22.04.2016-cı il tarixli ASC/2-1036 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinə məlumat verilməsinə baxmayaraq, qeyd olunan vəsaitin ödənilməsi bir daha tələb olunmuşdur. Məhz bu səbəbdən, Cəmiyyət tərəfindən 23 may 2016-cı il tarixdə Tovuz Gömrük İdarəsinə 550 manat xidmət haqqı, 21100 manat ƏDV, Xaçmaz Gömrük İdarəsinə 13917,62 manat ƏDV, Yevlax Gömrük İdarəsinə 13622,77 manat ƏDV, Biləsuvar Gömrük İdarəsinə 750 manat xidmət haqqı və 48001,81 manat ƏDV olmaqla, cəmi- 97942,2 manat məbləğində vəsait köçürülmüşdür. Əsassız olaraq ödətdirilmiş 97942,2 manat pul vəsaitinin geri qaytarılması məqsədi ilə iddiaçı ASC AR Dövlət Gömrük Komitəsinə qarşı pul tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı Inzibati-İqtisadi Məhkəməsinin 11.05.2017-ci il tarixli 2-1 (81)-754/2017 saylı qərarı ilə, gömrük ödənişlərinin iddiaçı ASC-nin «cavabdeh» Şirkəti ilə bağladığı müqavilədə göstərilən X” DDP şərtinə əsasən “«CAVABDEH».” Şirkəti tərəfindən ödənilməli olduğu qeyd edilməklə, Cəmiyyətin iddiası təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 04.08.2 017-ci il tarixli 2-1 (103)-1848/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarında da, gömrük ödənişlərinin, 11/15 nömrəli müqavilədə göstərilən “X” DDP şərtinə əsasən “«CAVABDEH».” Şirkəti tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. AR Ali Məhkəməsinin 13.12.2017-ci il tarixli 2-1(102)-2178/2017 saylı qərarı ilə Cəmiyyətin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.08.2017-ci il tarixli 2-1 (103)-1848/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. MM-nin 1114-cü maddəsinə əsasən iddiaçının reqres hüququ vardır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “X” şərtlərinə əsasən idxal zamanı ödənilməli olan ƏDV satıcının öhdəliklərindən o zam an çıxıla bilər ki, bu barədə tərəflər arasında alqı-satqı müqaviləsində dəqiq qeyd müəyyən olunsun. Lakin tərəflər arasında 01.04.2015-ci il tarixdə ammonium nitrat gübrəsinin satınalınması barədə müqavilədə isə belə qeyd olmadığından iddia tələbi əsassızdır. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(82)-386/2018 saylı iş üzrə qəbul etdiyi 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı iddiaçı ASC-nin cavabdeh «cavabdeh” Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, müqavilənin 18-ci maddəsinə əsasən tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutlmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar. Məhkəm ə qətnamələrinə əsasən iddiaçı ASC 2015-ci il 01 aprel tarixli 11/15 nömrəli müqaviləyə əsasən idxal əməliyyatına görə gömrük ödənişləri ödənilməmiş, eləcə də gömrük bəyyanaməsi müvafiq qaydada malların alıcısı olan iddiaçı ASC tərəfindən verilmiş və bunula da gömrük ödənişlərinin ödənilməsi və gömrük təmizləməsi ilə bağlı digər öhdəlikləri üzərinə götürmüşdür. DDP göndəriş şərtlərinə əsasən malları göndərən şəхs gömrük ödənişlərini o zaman həyata keçir ki, malların idxalı zamanı özü və ya xüsusi qaydada təyin olunmuş səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanlarına idxal əməliyyatı ilə bağlı gömrük bəyyanaməsi təqdim edilir və zəruri olan bütün hərəktələri həyata keçirilir. Həmçinin, həmin şərtlərə görə əgər tərəflər arasında göndərilən mallara ƏDV vergisinin satıcı tərəfindən ödəni lməsi barədə razılq varsa, o zaman bu şərt alqı-satqı müqaviləsində ayrıca göstərilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya çatdırılan malların ƏDV dəyərinin cavabdeh tərəfindən ödənilməsi bağlanmış müqavilədə nəzərdə tutulmamış, həmçin mallar idxal olunan gömrük orqanlarına gömrük bəyannaməsi iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı iddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(82)-386/2018 saylı iş üzrə qəbul etdiyi 27 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətнамə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, 23 may 2016-cı il tarixdə Tovuz Gömrük İdarəsinə 550 manat xidmət haqqı, 21.100 manat ƏDV, Xaçmaz Gömrük İdarəsinə 13.917,62 manat ƏDV, Yevlax Gömrük İdarəsinə 13.622,77 manat ƏDV, Biləsuvar Gömrük İdarəsinə 750 manat xidmət haqqı və 48.001,81 manat ƏDV olmaqla, cəmi- 97.942,2 manat məbləğində iddiaçı ASC-nin ödədiyi pul vəsaiti və 30 manat dövlət rüsumu «CAVABDEH».” Şirkətindən tutularaq iddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya çatdırılan malların ƏDV dəyərinin cavabdeh tərəfindən ödənilməsi bağlanmış müqavilədə nəzərdə tutulmuş məhz ‘X” şərtindən irəli gəlmişdir. Tərəflər iradə azadlığı əsasında öh dəliyin Beynəlxalq Ticarət Palatasının 01 yanvar 2000-ci ildə qəbul etdiyi “X” şərtlərinə uyğun olaraq icra edilməsi barədə razılığa gəldiklərindən belə olan halda idxal əməliyyatı ilə bağlı gömrük ödənişləri də məhz beynəlxalq normaların tələblərinə uyğun olaraq həyata keçirilməlidir və bu hal да daxili qanunvericiliyin tətbiqini istisna edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəliləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə tərəflər arasındakı müqavilənin 3.1-ci bəndini nəzərə almamış, yaranmış mübahisə zamanı müqavilə müddəalarının şərhinin AR-nın mövcud qanunvericiliyə uyğun olaraq aparılmalı olduğuna hüquqi qiymət verməmiş, bununla da “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 1.2, 1.3, 1.5, 24.1, 24.2, 26.1-ci maddələrinin tələblərini nəzərə almamışdır. Beləliklə də, iqtisadi mübahisəyə AR qanunvericiliyini tətbiq etməli olduğu halda, ‘X” şərtlərini tətbiq etmişdir. Bundan əlavə, tərəflər arasında müqavilə bağlanan zaman vergi qanunvericiliyində idxal olunan mineral gübrələrə görə ƏDV ödənilməsi nəzərdə tutulmurdu. Lakin 01.01.2016-cı il tarixdən göstərilən malların idxalına ƏDV tətbiq olunmağa başladı. Müqavilədə nəzərdə tutulan malların idxalı 01.01.2016-cı il tarixdən sonrakı dövrə düşdüyündən və müqavilənin qiyməti müəyyənləşdirilərkən ƏDV nəzərdə tutulmadığından iddiaçı və cavabdeh arasında əldə olunmuş razılığa əsasən malların idxal edilməsi zamanı gömrük bəyannaməsi cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən verilmiş, bununla da gömrük ödənişlərinin ödənilməsi və gömrük tənzimlənməsi ilə bağlı digər öhdəlikləri üzərinə götürmüşdür. Bundan əlavə, 01.04.2016-cı il tarixdən mineral gübrələrin və pestisidlərin idxalı və satışı ƏDV-dən azad edilmişdir. Kassator Müqavilənin 18-ci bəndinə, Gömrük Məcəlləsinin 238.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 217-4, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məh kəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «cavabdeh” Şirkətinin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Hazırkı iş üzrə müqavilə üzrə idxal edilmiş mallara görə ƏDV ödənilməsi işin mübahisəsiz hallarına aiddir. Hazırkı iş ü zrə mübahisə predmeti idxal edilmiş mallara görə ƏDV-nin kim tərəfindən ödənilməli olmasıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “«CAVABDEH» ” iddiaçı ASCyə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması üçün 8800 ton mineral gübrəni X” DDP şərti ilə Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürmüşdür. Beynəlxalq Ticarət Palatasının 01 yanvar 2000-ci ildə qəbul etdiyi “X” şərtlərinə əsasən DDP - (Delivered Duty Paid (... named place of destination)), Azərbaycan dilində Rüsum ödənilməklə göndəriş (...təyinat yerinin adı) mənasına gəlir. «Rüsum ödənilməklə göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyi nat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri, o cümlədən (tələb olunarsa) təyinat ölkəsinə idxal üçün istənilən yığımları («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, щəmçinin, gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumларынын, vergilərin və digər yığımların ödənilməsinə görə мясулiyyət və risklər başa düşülür) ödəməlidir. EXW termini satıcının üzərinə minimal öhdəliklər qoyduğu halda, DDP termini satıcının maksimal öhdəliklərini güman edir. Əgər tərəflər, idxal zamanı ödənilməli olan xərclərdən bəzilərinin satıcının öhdəliklərindən çıxarmaq barədə razılaşarlarsa (məsələn, əlavə dəyər vergisi - ƏDV), bu, alqı-satqı müqaviləsində dəqiq müəyyənləşdirilməlidir. Beləliklə, Beynəlxalq T icarət Palatasının 01 yanvar 2000-ci ildə qəbul etdiyi ‘X” şərtlərindən birbaşa görünür ki, idxal zamanı ödənilməli olan əlavə dəyər vergisi - ƏDV satıcının öhdəliklərindən o zaman çıxıla bilər ki, bu barədə tərəflər arasında alqı-satqı müqaviləsində dəqiq qeyd müəyyən olunsun. Lakin, iddiaçı ASC ilə «cavabdeh» Şirkəti arasında 01 aprel 2015-ci il tarixdə ammonium nitrat gübrəsinin satınalınması barədə 11/15 nömrəli müqaviləsində satıcı “«CAVABDEH».” Şirkətinin idxal zamanı ƏDV-ni ödəməsi öhdəliyindən çıxarılması barədə hər hansı bir qeyd aparılmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya çatdırılan malların ƏDV dəyərinin cavabdeh tərəfindən ödənilməsi bağlanmış müqavilədə nəzərdə tutulmuş məhz ‘X” şərtindən irəli gəlmişdir. Deməli, bu halda idxal zamanı ƏDV vergisi satıcı, yə ni «cavabdeh” Şirkəti tərəfindən ödənilməli idi. Kassator mMüqavilənin 18-ci bəndinə, Gömrük Məcəlləsinin 238.3-cü maddəsinə istinad edərək ƏDV ödənilməsi öhdəliyinin iddiaçıya aid olduğunu hesab edir. Müqavilənin 18-ci maddəsində nəzərdə tutulmuş- “tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutlmuş tələblərə uygun olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar” müddəası gömrük orqanlarına gömrük bəyannaməsini təqdim etmiş iddiaçını daxili qanunvericliyə əsaslanaraq gömrük ödənişlərini həyata keçirmək öhdəliyi yaratmır. Gömrük Məcəlləsinin 238.3-cü maddəsinə əsasən malları bəyan edən şəxs borclu hesab edilir. Gömrük təmsilçiliyi dolayısı ilə həyata keçirilərsə adından gömrük bəyannaməsi verilən şə xs də borclu hesab edilir. Kollegiya hesab edir ki, hazırki iş üzrə adı çəkilən Məcəllənin 238.3-cü maddə və Müqavilənin 18-ci maddəsinin tələblərinə əsaslanaraq cavabdeh ödənilmiş gömrük ödənişlərinin iddiaçıya qaytarılması öhdəliyindən azad ola bilməz. Belə ki, Mülki Məcəllənin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, o nda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər iradə azadlığı əsasında öhdəliyin Beynəlxalq Ticarət Palatasının 01 yanvar 2000-ci ildə qəbul etdiyi “X” şərtlərinə uyğun olaraq icra edilməsi barədə razılığa gəldiklərindən, idxal əməliyyatı ilə bağlı gömrük ödənişləri də məhz beynəlxalq normaların tələblərinə uyğun olaraq həyata keçirilməlidir və bu hal da daxili qanunvericiliyin tətbiqini istisna edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar ə sasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normala rı düzgün tətbiq edilməklə düzgün nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh “cavabdeh” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-68/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-198/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-198/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver