Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-198/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinin icra olunmaması, avansın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2- 2(103)-1042/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 25 yanvar tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 21 yanvar tarixli 01/2022 saylı müqavilə və 1 saylı Əlavə razılaşmaya əsasən 100.000 manat pul köçürülmüşdür. 2. 2022-ci il 25 yanvar tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC özünə məxsus ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 2022-ci il 21 yanvar tarixli RAxx-xx/2022 saylı müqavilə və 2022-ci il 21 yanvar tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən 18000 manat ƏDV ödənişi etmişdir.
3. Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə EBBQ 460321 nömrəli 2022-ci il 31 yanvar tarixli (11.487,21 manat), EBBQ 460177 nömrəli 2022-ci il 31 yanvar tarixli (11.380.07 manat), EBBS 079267 nömrəli 2022-ci il 28 fevral tarixli (7.430,08 manat), EBBS 079313 nömrəli 2022-ci il 28 fevral tarixli (9.442,08 manat), EBBS 079301 nömrəli 2022-ci il 28 fevral tarixli (7.572,44 manat), EBBS 079288 nömrəli 2022-ci il 28 fevral tarixli (5.053,61 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında 2022-ci il 21 yanvar tarixində bağlanmış RAxx-xx/2022 nömrəli alqısatqı müqaviləsi üzrə ödənilmiş 65.634,51 manat məbləğində vəsaitin və ödənilmiş 287 manat dövlət rüsumunun, ümumilikdə 65.921,51 man at məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətin əsas fəaliyyət istiqaməti maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq bağladığı müqavilələrdən biri də cavabdeh ilə 2022-ci il 21 yanvar tarixində imzaladığı RAxx-xx/2022 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh sifariş edilmiş malları (qara metal qırıntıları) iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə tərəflər arasında əldə edilən razılığa əsasən müvafiq sifariş ü zrə iddiaçı tərəfindən məhsulların qiymətinin əvvəlcədən avans formasında ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə 2022-ci il 25 yanvar tarixindən ümumilikdə 118 000 AZN ödəniş (100 000 AZN əsas məbləğ və 18 000 ƏDV) bank köçürməsi yolu köçürülmüşdür. Avans məbləğinin köçürülməsindən sonra cavabdeh tərəfindən sifarişin yalnız bir qismi təhvil verilmişdir. Belə ki, 2022-ci ilin yanvar və fevral ayları ərzində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 52 365,49 AZN dəyərində metal qırıntısı təhvil verilmişdir. Bundan sonra cavabdeh iddiaçıya daha 65 634,51 AZN dəyərində məhsul təhvil verməli idi. Lakin qeyd edilən tarixdən indiyə qədər bu məhsullar təhvil verilməmiş, nə də müvafiq məbləğ iddiaçının hesabına geri qaytarılmışdır. Ödənilmiş avansın qalıq məbləğinin, yəni 65 634,51 AZN-in iddiaçıya geri qaytarılması ilə bağlı tərəflərindən cavabdehə 2023-cü il 31 dekabr tarixdə elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. 6. 2024-cü il 27 avqust tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən, 7000 manat (ƏDV daxil olmadan) hissədə qəbul etdiklərini bildirib, qalan hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ödənilmiş vəsaitin müqabilində malların bir qismi elektron qaimələr əsasında təhvil verilmiş, qalan qismi isə təhvil verilsə də, təhvil-təslimi rəsmiləşdirilməmiş, ödənilmiş 10000 manat vəsait isə nağd qaydada iddi açının təsisçi olan Cəmaləddin İsmayılova qaytarılmışdır. Belə ki, əgər mallar iddiaçıya təhvil verilməsə idi, iddiaçı onlardan həmin malların təhvil verilməsini tələb edərdi. İddiaçı isə öz iddia tələbini əsaslandıra bilmir, iddia tələbi ilə bağlı kifayət qədər sübut təqdim edə bilməmiş, iddiasının əsaslılığını sübut edə bilməmişdir. Belə ki, müqavilə 2020-ci ilin yanvar ayında bağlanılıb. İddiaçı tərəfə müqavilə şərtlərinə uyğun olaraq mal verilməsə idi, onlar məhkəməyə daha tez verərdilər.
7. Məhkəmə iclasında şahid Nümayəndə2 ifadəsində göstərmişdir ki, cavabdeh MMC-nin təsisçisidir, müqavilə bağlanan zaman iddiaçının direktoru Sehran müəllim idi, müqaviləni o bağlamışdır. Müqavilə üzrə 100.000 manat (ƏDV daxil olmadan) vəsait ödənilib, 93.000 manatlıq mal verilib, 7.000 borcları vardı r (ƏDV daxil olmamaqla), 7000 manat pulu iddiaçı ilə aralarındakı problemi həll edəndən sonra verəcəkdilər. Bundan əlavə, cavabdehin təsisçisinə (C.İsmayılov) nağd şəkildə 10000 manat pul qaytarmışlar. Lakin heç bir qəbz imzalanmamışdır.
8. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, İddiaçı ASC-dəki işindən 2023-cü ildə may ayında öz ərizəsi ilə çıxmışdır, 2022-2023-cü illərdə İddiaçı ASC-də idarə heyətinin üzvü kimi işləmişdir. Cavabdeh MMC ilə müqavilə 2022-ci ilin yanvar ayında bağlanmışdır. 100000 (yüz min) manat avans ödənilmişdir. 2023-cü ilin yanvar, fevral və may aylarında 8 maşın metal təhvil verilib, bununla bağlı hesabatları görmüşdür. Maliyyə hesablaşma prosesində iştirak etmədiyi üçün mal təhvil verilən zaman qarşı tərəfə hansı sənədlərin təqdim olunduğunu bilmir. 125 (yüz iyirmi beş) ton civarında metal təhvil edilib. Nə qədər borc qaldığını bilmir. Gündəlik hesabatları maliyyə ilə dəqiqləşdirirdi, tərəzi məlumatları haqqında çeklər və gündəlik hesabatlarını ona göndərirdilər. 129 ton metalın 527 manatdan təhvil verildiyi (ümumilikdə 67983 manat) barədə məlumatı dəqiqləşdirmişdir, təsdiq edir. Ola bilər ki, o, bəzən malın gəldiyini bilməmişdir. İşdən ayrılan vaxta qədər tərəflər arasında mübahisə yaranıb yaranmamasını bilmir. 2023-cü ilin may ayına qədər nə məhsul gəlmişdisə onun məlumatı olmalı idi. Təhvil aktları olmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 avqust tarixli e-2-2(113)-1576/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 65.634,51 manat məbləğində pul, ödənilmiş 287 manat dövlət rüsumu, ümumilikdə 65.921,51 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək, malların dəyərini ödəmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. İddiaçı hazırda təhvil verilməmiş mallara görə ödəmiş olduğu vəsaitin geri qaytarılmasını tələb edir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 118.000 manat vəsaitin qarşılığında ümumilikdə 52.365,49 manat dəyərində mal təhvil verilmişdir.
12. Cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə təhvil verilməli malları vaxtında iddiaçıya verməsi, 10.000 manat ödənişi geri qaytarması, qalıq borcunun 7.000 manat olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir.
13. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, alqı-satqı müqaviləsi üzrə malların əksər hissəsinin təhvil verildiyini, habelə iddiaçıya ödənilmiş vəsaitdən 10.000 manat vəsaitin geri qaytarıldığını cavabdeh sübut e tməlidir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə malların təhvil verildiyini, habelə 10.000 manat vəsaitin geri qaytarıldığını təsdiq edən belə bir sənəd təqdim edə bilməmişdir.
14. Məhkəmə cavabdehin təqdim etdiyi şahidlər ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahidlər alqı-satqı müqaviləsi üzrə malların iddiaçıya təhvil verildiyini bildirsələr də, həmin malların konkret olaraq kimə, hansı ünvana, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi, habelə təhvil verilmiş malların həcmi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda, həmin şahidlərdən biri (Nümayəndə2) hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdehin təsisçisi olmaqla) maraqlı olan şəxsdir.
15. Odur ki, cavabdehin təqdim etd iyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 567, 598.1, 598.2, 599.1, 599.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiy asının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1042/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və bildirmişdir ki, cavabdehin 65.921,51 manat məbləğində avansın müqabilində iddiaçıya malları təqdim etmədiyini, belə olan halda isə iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin avansın qaytarılmasını tələb etmək hüququnun yarandığı nəzərə alınaraq, avansın qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
20. Məhkəmə avans məbləğindən 10.000 manat məbləğində pul vəsaitini iddiaç ıya qaytarılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin halı təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 599.3-cü və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 442-ci maddəsi üzrə - cavabdeh müqavilə üzrə öz öhdəliklərini vicdanlılıq prinsipi çərçivəsində yerinə yetirmişdir və iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə ü zrə təhvil verilməli malları vaxtında iddiaçıya vermiş, 10000 manat ödənişi geri qaytarmış, qalıq borc isə 7000 manat təşkil etmişdir. Lakin iddiaçı əsassız olaraq 65634,51 manat ödənilməsini tələb etmişdir. İddiaçının tələbinin əsassız olduğunu sübut edən hallardan biri iki il müddətində hərəkətsizlik göstərməsidir. Əgər həqiqətən iddiaçının iddia eydiyi kimi 2022-ci ilin fevral ayından sonra məhsul təhvil verilməmişdirsə, iddiaçının keçən iki il müddətində heç bir tədbir görməməsi, yalnız 2023-cü il 31 dekabr tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərməsi ağlabatan deyildir. Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qərəzli xarakter daşımaqla bərabər, cavabdehin hüquqlarının pozulmasına səbəb olur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi işə formal yanaşmış, hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini olduğu kimi saxlamışdır.
25. MPM-in 9, 77, 88, 217 və 220.4-cü maddələri üzrə - qanunvericilik iddia tələbinin iddiaçı tərəfindən əsaslandırılmasını tələb kimi müəyyən etməsinə baxmayaraq, icraat zamanı bu tələbə əməl edilməmişdir. Belə ki, müqa vilə üzrə təhvil verilməli mallar vaxtında iddiaçıya verilmiş, əslində mövcud borc sadəcə 7.000 manat təşkil etmiş, məhz bu səbəblə iddiaçı keçən iki il müddətində heç bir tədbir görməmişdir. Həmçinin sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü nəzərə alsaq, iddiaçı 65 634,51 AZN dəyərində məhsul təhvil verilmədiyini sübut etməlidir. Göstərilən halların sübut olunmamasına baxmayaraq, apellyasiya məhkəməsi əsassız şəkildə iddia tələbini təmin etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxla nılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”
30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhk əmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin mə hkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.
34. Hazırda iddiaçı bildirir ki, o üzərinə düşən öhdəliyi icra edərək, malların də yərini ödəmiş, lakin cavabdeh tərəfindən dəyəri ödənilmiş mallar təhvil verilmədiyinə görə ödənilmiş 65.634,51 manat vəsait cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Cavabdeh isə öhdəliklərini icra edərək müqavilə üzrə təhvil verilməli malları vaxtında iddiaçıya verdiyini, 10000 manat ödənişi geri qaytardığını, qalıq borcun isə 7000 manat təşkil etdiyini bildirir. Göründüyü kimi, tərəflər arasındakı mübahisəli məsələ malların təhvil verilib-verilməməsi, habelə borc məbləğinin miqdarı ilə bağlıdır.
35. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
36. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin istinad olunan tələblərinə əsasən baxılan işdə, alınmış ödənişin müqabilində malların təhvil verilməsini, habelə 10.000 manatın iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh sübutetmə vəzifəsini yerinə yetirməmiş, işin faktiki hallarını araşdıran məhkəmələrə iddia tələbinə etirazını təsdiq edən sübutları təqdim etməmişdir.
37. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırkı kass asiya şikayətində məhkəmələrin iş üzrə gəldiyi nəticəni təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 10-15, 19-20). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. 38.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qə naətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1042/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.