Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-2/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-2/21 Bakı şəhəri 2021-ci il 11 avqust Açar sözlər: arabağlantı münasibətlərindən yaranan borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkilləri Vəkil3, X1, Cavabdeh MMC-nin vəkili Vəkil2 və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “arabağlantı mün asibətlərindən yaranan borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 dekabr tarixli 2-2(103)-799/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ:
1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında “arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında” 2007-0059 saylı 2007-ci il 28 fevral tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə tərəflər arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar qarşılıqlı arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərini tənzimləyir.
2. Cavabdeh MMC ilə İddiaçı MMC arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı 2007-ci il 28 fevral tarixli müqavilənin 11.2-ci maddəsinə dəyişiklik edilməsi haqqında” 2009-cu il 1 sentyabr tarixli 1 nömrəli Sazişin surətindən görünür ki, 11.2-ci maddə dəyişdirilərək, aşağıdakı redaksiyada təsdiq olunmuşdur: “11.2. Tərəflərin şəbəkələri arasında birbaşa (mobil-mobil) və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq (mobil-sabit-mobil) mübadilə olunan trafikin hər dəqiqəsi üçün Cavabdeh “Azercell”ə 0,02 AZN, “Azercell” Cavabdeha 0,05 AZN ödəyir.” Sazişin 2ci bəndinə əsasən bu Sazişin 1-ci bəndində nəzərdə tutulan dəyişiklik 2009-cu il 6 aprel tarixindən etibarən tətbiq edilməli olması, 3-cü bəndinə əsasən, 2010-cu ilin dekabr ayı ərzində hər iki operatorun və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri nin iştirakı ilə İddiaçı MMC və Cavabdeh MMC şəbəkələri arasındakı trafik nisbətləri və mövcud vəziyyət nəzərə alınmaqla assimetrik tariflərin hansı müddətədək və hansı nisbətdə tətbiqi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulmuşdur.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 2014-cü il 21 noyabr tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Sazişin 3-cü bəndinin və “Azercell”, Cavabdeh və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin 2009-cu il 19 avqust tarixdə Nazirlikdə keçirilmiş iclasının Protokolunun 3-cü bəndinin ikinci abzasının şərtinə görə 2010-cu ilin dekabr ayı ərzində hər iki operatorun və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakı ilə asimmetrik ta riflərin hansı müddətədək və hansı nisbətdə tətbiqi ilə bağlı təkliflər hazırlanmalı idi. Lakin dəfələrlə edilmiş yazılı müraciətlərə baxmayaraq, Sazişin və Protokolun bəhs edilən şərti Cavabdeh tərəfindən bu günədək təmin edilməmişdir. Halbuki, Cavabdehun ünvanladığı AZF/GM/264/11 saylı 2011-ci il 28 yanvar tarixli məktubda asimmetrik arabağlantı tariflərinin daha 2 (iki) il qüvvədə qalması xahiş edilirdi və RYTN-in 2011-ci il 11 fevral tarixli TŞ-145/142 saylı məktubunda bu istək nəzərə alınmaqla, problemin həll edilməsi tövsiyyə edilirdi. Lakin 2 (iki) illik müddətin 2013cü ilin əvvəlindən bitməsinə baxmayaraq, bu günədək Cavabdeh tərəfindən heç bir yeni təşəbbüs irəli sürülməmişdir. Asimmetrik tariflərin təqbiq edilməsinin nəticəsidir ki, 2014-cü ilin əvvəlindən etibarən balans ciddi ş əkildə Cavabdeh MMC-nin xeyrinə dəyişməkdə və bu fərq aydan-aya böyüməkdədir. Vəziyyətin bu şəkildə davam etməsinin qəbuledilməz olduğundan, əməkdaşlığın asimmetrik tariflər əsasında davam etdirilməsi mümkünsüzdür. Qeyd edilənlər nəzərə alınaraq, 2007-ci il 28 fevral tarixli 2007-0059 saylı müqaviləyə, həmin müqavilənin 16.1-ci bəndinə əsasən, bu müraciətin Cavabdeh MMC-yə daxil olduğu gündən hesablanmaqla 2 ayın tamam olduğu gündən etibarən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. 4. 2018-ci il 12 aprel tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya göndərilərək tərəflər arasında olan münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə ƏDV daxil 11.579.187 (on bir milyon beş yüz yetmiş doqquz min bir yüz səksən yeddi) manat məbləğində borcun 2018-ci il 16 aprel tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə, hüquqların müdafiəsi məqsədi ilə borcun, borc məhkəmə qaydasında tutulacağı halda qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə, faizlərin, hüquqların pozulmasının aradan qaldırılması üçün xərclərin, o cümlədən hüquq və məhkəmə xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. 2018-ci il 18 aprel tarixində İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə, 2019-cu il 21 iyun tarixdə isə sonuncu iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2015-ci il 21 yanvar - 2018-ci il 31 yanvar tarixləri üzrə arabağlantı trafikinin mübadiləsinə görə ƏDV daxil 16.086.923 (on altı milyon səksən altı min doqquz yüz iyirmi üç) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı 2007-ci il 28 fevral tarixli müqavilə əsasında tərəflər arasında arabağlantı mübadiləsi barabərəsaslı (simmetrik) hesablaşma qaydasında aparılmışdır. Daha sonra Nazirliyin 2009-cu il 3 aprel tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya ope ratorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndi əsas götürülməklə müqaviləyə 2009-cu il 1 sentyabr tarixli 1 saylı Saziş imzalanmışdır (bax yuxarıda mətndə 2-ci bənd).
7. Qeyd olunan Sazişin 3-cü bəndinin şərtinin icrası barədə dəfələrlə edilən yazılı müraciətlərə baxmayaraq, həmin şərt cavabdeh tərəfindən təmin edilməmişdir. Halbuki, cavabdehin AZF/GM/264/11 saylı 2011-ci il 28 yanvar tarixli məktubunda asimmetrik arabağlantı tariflərinin daha 2 (iki) il qüvvədə qalması xahiş edilirdi və Nazirliyin 2011-ci il 11 fevral tarixli TŞ-145/142 saylı məktubunda bu istək nəzərə alınmaqla, problemin həll edilməsi tövsiyə edilirdi. Lakin 2 (iki) illik müddətin 2013-cü ilin əvvəlindən bitməsinə baxmayaraq, məsələ həllini tapmamış dır. Sazişin 3-cü bəndinin şərtinin icrası barədə məktublar nəticə vermədiyindən, müqaviləyə həmin müqavilənin 16.1-ci bəndi əsas götürülməklə, cavabdehə ünvanlanmış 2014-cü il 21 noyabr tarixli 25382 saylı məktubla 2015-ci il 21 yanvar tarixdən etibarən xitam verilmişdir. 8. 2015-ci il 21 yanvar tarixdən sonra arabağlantının operatorlar arasında dayanıqlı bağlantını təmin edilməsi, arabağlantının hər iki operatorun müştərilərinin telekommunikasiya xidməti ilə təmin olunmaları üçün fasiləsiz həyata keçirilməsi kimi əsas prinsipləri, zənglərin zəng edən və zəngi qəbul edən tərəflərə fasiləsiz ötürülməsinin təmin olunmalı olması, tənzimləyici orqanın kanalların kəsilməsinə sərt mövqeyi nəzərə alınmaqla şəbəkələr arasındakı mövcud birbaşa arabağlantı kanalları onlar tərəfindən birtərəfli qayd ada bağlanmamış və abunəçilər hüquqları pozulmadan, telekomunikasiya xidmətlərindən istifada etməkdə davam etmişlər.
9. Nəticədə, 2015-ci il 21 yanvar - 2019-cu il 31 may tarixləri üzrə cavabdeh şəbəkədən daxil olmuş danışıq trafiki 2.017.760.211 dəqiqə, SMS trafiki 80.994.548 ədəd, MMS trafiki 62.496 ədəd, cavabdeh şəbəkəyə daxil olmuş danışıq trafiki 1.204.887.816 dəqiqə, SMS tarfiki 97.904.994 ədəd, MMS trafiki 133.521 ədəd olmaqla, qarşılıqlı trafik mübadiləsi olmuşdur. SMS və MMS trafiki ilə bağlı arabağlantı üzrə tərəflər arasında bərabərəsaslı hesablaşmada mübahisə olmaması (1 SMS - ƏDV daxil, 0,01 manat, 1 MMS - ƏDV daxil 0,02 manat) və “Qaydalar” (1 danışıq dəqiqəsi bərabərəsaslı tariflə ƏDV daxil, 0,02 manat) əsas götürülməklə, qeyd edilən trafik mübadiləsi üzrə cavabdehin borc u ƏDV daxil, 41.166.400 manat, iddiaçının borcu isə ƏDV daxil, 25.079.477 manat olmuşdur. Beləliklə, göstərilən tarixlər üzrə tərəflərin bir-birinə olan borcunun fərq nisbəti iddiaçının xeyrinə ƏDV daxil, 16.086.923 manat təşkil etmişdir.
10. İddiaçı hesab edir ki, 2007-ci ilin mart ayından etibarən (10 ildən artıq müddət) fəaliyyət göstərən cavabdeh “bazara yeni daxil olmuş” operator hesab edilməməli və 2015-ci il 21 yanvar tarixdən sonra arabağlantı münasibətləri üzrə hesablaşmalar üzrə simmetrik (bərabərəsaslı) qaydada ƏDV daxil borc tutularaq ödənilməlidir. Çünki; - cavabdehin rəsmi internet səhifəsində yerləşdirilmiş çoxsaylı məlumatlardan müəyyən edilir ki, cavabdeh “Nar Mobile” ticarət nişanı ilə ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilə rinin istifadəsinə vermiş, ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir; - cavabdehin sabiq baş icraçı direktorunun işdən ayrılması ilə bağlı yayılmış pres relizdə qeyd edilmişdir ki, K.Maknilinin şirkətə rəhbərlik etdiyi 4 illik dövr ərzində şirkət həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olmuşdur; - 2017-ci il 5 dekabr tarixdə cavabdehin yeni baş icraçı direktorun təyin olunması ilə bağlı yayılmış pres relizdə qeyd edilmişdir ki, şirkətinin sabiq baş icraçı direktoru K.Müllerin şirkətə rəhbərlik etdiyi dövr ərzində cavabdeh biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyy ətli nailiyyətlərə imza atmışdır; - 2017-ci ilin nəticələri barədə press relizdə “Nar" şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə - Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və "Nar" LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (X2) transmissiya xətlərinin müasir tələblərə cavab verən İP (İnternet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “5011 məntəqələr arasındakı tutum" (X6) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilmişdir; - son pres relizlərdən birində qeyd edilmişdir ki, “Nar” 2018-ci i ldə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır. Ümumilikdə, ötən ilin sonuna olan mövcud baza stansiyalarının sayı ilə müqayisədə şəbəkədə baza stansiyalarının 25%-dək artımı nəzərdə tutulmuşdur.
11. Göstərilənlər təsdiq edir ki, 2015-ci il 21 yanvar tarixindən sonra davam etmiş münasibətlərdə cavabdehin bazara yeni daxil olmuş GSM operatoru statusu yoxdur. Onun bazara yeni daxil olmuş GSM operatoru statusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü (haqsız sahibkarlıq fəaliyyətini haqsız rəqabətin formalarından biri kimi nəzərdə tutur) və 7-ci (“müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması”nı haqsız sahibkarlıq hərəkəti he sab etməklə, buna yol verilməsini qadağan edir) maddələrinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 6-cı bəndinin (əsassız olaraq ayrı-ayıı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin verilməsini qeyri-qanuni hesab edir) və 8-ci maddəsinin 7-ci bəndinin (təsərrüfat subyektinə digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsini qadağan edir və bu halı təsərrüfat subyektlərinin inhisarçılığı hesab edir) şərtlərinə də ziddir. Bu mövqe Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 17 noyabr tarixli 2- 2(103)-671/2017 saylı qətnaməsi ilə də təsdiq edilmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1, 425.1, 442, 445.1, 445.2, 448.2, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7, “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5.6, 8.7-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilməmişdir. 14. 2018-ci il 31 may tarixdə cavabdeh iddiaçıya qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, ilk iddiaçıdan ƏDV daxil 5.775.661 (beş milyon yeddi yüz yetmiş beş min altı yüz altmış bir) manat məbləğində əsas borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 mart tarixli 2-2(81)87/2019 saylı qərardadı ilə “borcun ödənilməsi” tələbinə dair ilk, “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Fərid Mədətli).
16. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 14 may tarixli 2-2(103)-303/2019 saylı qəradadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov). 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 sentyabr tarixli 2-2(81)87/20190 saylı qərardadı ilə cavabd eh tərəfindən verilmiş “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanılması” barədə ərizə təmin edilmiş və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Fərid Mədətli). 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 sentyabr tarixli 2-2(81)87/20190 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Fərid Mədətli).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, arabağlantı münasibətlərinin tənzimlənməsi dövlətin səlahiyyətinə aid edilməklə, müvafiq sahədə fəaliyyət göstərən subyektlər (operatorlar) üçün bir-biri ilə arabağlantı müqaviləsinin bağlanması qanunla tələb edilir.
20. Bundan başqa, eyni tərəflər arasında artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan mübahisə zamanı iddiaçı tərəfindən cavabdehə qarşı iddi a qaldırılmış və məhkəmədən 2007-ci il 28 fevral tarixli, 2007-0059 nömrəli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqaviləyə xitam verildiyi 2015-ci il 21 yanvar tarixindən etibarən yaranmış münasibətlərə tətbiq edilməklə, tərəflərin telekommunikasiya şəbəkələri arasında simmetrik (bərabərəsaslı) arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
21. Qarşılıqlı iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 iyul tarixli, 2-2(81)-576/2018 nömrəli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 17 noyabr tarixli, 2-2(103)-671/2017 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərardad şikayət verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasındakı arabağlantı münasibətlərinə simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə və nəticədə hazırki borcun bir qismini tələb etmək hüququ və imkanı olan ilkin iddiaçı bunu etməmiş, telekommunikasiya şəbəkələri arasında simmetrik (bərabərəsaslı) arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə bağlanması vəzifəsinin ilkin iddia üzrə cavabdehin (Cavabdeh MMC-nin) üzərinə qoyulmasını xahiş etmişdir. Bununla da, iddiaçı tərəflər arasında arabağlantı münasibətlərində müqavilə münasibətlərinin imperativliyinin əhəmiyyətini anlamışdır.
22. Hazırki halda qeyd edilən qərardad qüvvəyə mindiyindən və orada qeyd edilmiş faktlar preyüdisial xarakter daşıdığından məzmunca eyni, form aca fərqli iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Simmetrik (bərabərəsaslı) arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi, simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə hesablanmış borcun tələbi ilə mahiyyətcə bir-birini tamamlayan tələblərdir.
23. Həmçinin, simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə hesablanmış borc tələbi yalnız buna dair tərəflər arasında arabağlantı müqaviləsinin olduğu halda mümkündür. Tərəflər arasında olan mövcud vəziyyət üzrə arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında bağlanmış 2007-ci il 28 fevral tarixli, 2007-0059 nömrəli müqaviləyə 2015-ci il 21 yanvar tarixindən xitam verilməsinin həmin müqavilənin 16.1-ci maddəsinə uyğun olmasına dair Ali Məhkəmə nin 2018-ci il 3 oktyabr tarixli, 2-2(102)210/18 nömrəli qanuni qüvvəyə minmiş qərarı vardır. Müqaviləyə xitam verildikdən sonra yeni müqavilə münasibətlərinin yaradılması istiqamətində razılıq əldə edilməsi iş materialları ilə sübuta yetirilmir.
24. Eyni zamanda, şərti olaraq simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə borcun tələbi üçün tərəflər arasında arabağlantı müqaviləsinin bağlanmasının məcburi olmaması nəzərə alınsa belə, iddiaçı iddia tələblərinin qanuni əsasını sübut edə bilməmişdir. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi” Qaydalarının 5.3-cü bəndində qeyd edilmişdir ki, asimmetrik sonl andırma qiymətinin tətbiqi barədə qərara telekommunikasiya bazarındakı vəziyyət (iqtisadi və texnoloji) nəzərə alınmaqla tərəflərin müraciəti və ya Nazirliyin təşəbbüsü ilə növbəti təqvim ilində yenidən baxıla bilər.
25. İddiaçı simmetrik sonlandırma qiymətlərinin tətbiq edilməklə hesabladığı borcun əsasını təşkil edən sübut kimi yalnız cavabdehin rəsmi internet səhifəsindən baza stansiyalarının sayına, şəbəkənin inkişafına dair bir neçə pres relizəyə istinad etməklə nə cavabdehin iqtisadi vəziyyətinə, nə iddiaçının iqtisadi və texnoloji vəziyyətinə dair hər hansı əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, telekommunikasiya bazarındakı vəziyyət müqayisəli təhlil edilməli və bunun üçün iddiaçı tərəfindən hər iki tərəfə dair iqtisadi və texnoloji məlumatlar təqdim edilməli i di. Qanunvericiliyə müvafiq olaraq asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə qərara yenidən baxılmanı hər iki meyar, həm iqtisadi, həm də texnoloji vəziyyət nəzərə alınmaqla mümkün hesab edir.
26. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasın a, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
27. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 324.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 12.1, 12.3-cü maddələri, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi” Qaydalarının 4.1.2-ci bəndinin a və b yarımbəndləri, 3.1, 5.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən apelly asiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2019-cu il 11 dekabr tarixli 2-2(103)-799/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 sentyabr tarixli 2-2(81)-87/20190 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova).
30. Apellyasiya instansiyası məhkəmsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, arabağlantı münasibətlərinin tənzimlənməsi dövlətin səlahiyyətinə aid edilməklə, müvafiq sahədə fəaliyyət göstərən subyektlər (operatorl ar) üçün bir biri ilə arabağlantı müqaviləsinin bağlanması qanunla tələb edilir. Qanun birmənalı olaraq operatorlar arasında arabağlantı münasibətlərinin müqavilə əsasında tənzimlənməsini nəzərdə tutmuşdur. Lakin tərəflər arasında şəbəkələrarası arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqaviləyə 2015-ci il 21 yanvar tarixdə xitam verilmişdir. Odur ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
31. Həmçinin, şərti olaraq simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə borcun tələbi üçün tərəflər arasında arabağlantı müqaviləsinin bağlanmasının məcburi olmaması nəzərə alınsa belə, iddiaçı tərəfindən iddia tələbinin qanuni əsasını sübut edə bilməmişdir (bax yuxarıda mətndə 24-cü bənd).
32. Bundan başqa, eyni tərəflər arasında artıq qanuni qüvvə yə minmiş məhkəmə qərarı mövcuddur. Hazırkı halda iddiaçı məzmunca eyni, formaca fərqli iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (bax yuxarıda mətndə 21-22-ci bəndlər).
33. Məhkəmə öz qərarını Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 4.2, 6.1, 12.1, 12.3-cü maddələri, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi” Qaydalarının 4.1.2-ci bəndinin a və b yarımbəndləri, 3.1, 5.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. 34. 2020-ci il 27 yanvar tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya təqdim edilmişdir. 35. 2020 -ci il 7 fevral tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
36. Aşağı instansiya məhkəmələri tərəfindən tərəflər arasındakı münasibətlərin mahiyyəti, onun yaranma tarixi, cavabdehin hüquqdan sui-istifadəsi nəzərə alınmamış, sadəcə və yeganə olaraq müqavilənin mövcud olmaması əsas götürülərək yanlış qərar qəbul edilmişdir. Arabağlantı müqaviləsinə xitam verildikdən sonra (səbəblərə bax yuxarıda mətndə 6-7-ci bəndlər) 2015-ci il 26 fevral tarixli 4846 saylı və 2015-ci il 2 iyul tarixli 15367 saylı məktublarla cavabdehə müraciət edilərək, asimmetrik tariflərdən simmetrik tariflərə keçidlə bağlı müzakirələrin aparılmalı olması barədə təkliflər nəticəsiz qalmışdır.
37. Asimmetrik arabağlantı tariflərinin tətbiqinə dair dünya təcrübəsində rast gəlinsə də, bu təcrübənin mövcud olduğu ölkələrin heç birində hazırki mübahisənin tərəfləri arasında olan 250%-lik fərq (2 qəpik və 5 qəpik) yoxdur. Avropa Biriliyinin 2009-cu il 7 may tarixli, 2009/396/EC saylı Rekomendasiyalarına (on the Regulatory Treatment of Fixed and X3 in the EU) (2) əsasən müəyyən edilmişdir ki, sonlandırma tarifləri simmetrik olmalıdır, asimmetrik tariflər yalnız adekvat əsaslandırılmaqla, özü də yeni operatorun bazara daxil olduğu vaxtdan maksimum 4 il ərzində tətbiq edilə bilər. Hazırki işdə i sə cavabdeh şirkətin 2007-ci ildə təsis olmasına baxmayaraq, 2009-cu ildə onun xeyrinə asimmetrik tarif müəyyən edilmişdir. Cavabdehin bazara daxil olmasından 8 il sonra, yəni 2015-ci ildə iddiaçı məsələnin qarşılılıqlı razılıqla həllinə yönəlmiş bütün səyləri nəticəsiz qaldığını gördükdən sonra, asimmetrik tarif nəzərdə tutan müqaviləyə xitam verilmişdir.
38. Uzun müddət qeyri-müəyyən formada qarşı tərəfin “bazara yeni daxil olmuş operator” statusunun saxlanılması və bu statusdan irəli gələrək asimmetrik arabağlantı tariflərindən yararlanması iddiaçının mülkiyyət hüququnu pozmuşdur.
39. Cavabdeh bir çox yazışmalarında özünün bazar payının 18 %, iddiaçının bazar payının isə 50 %-dən çox olduğuna istinad edərək, asimmetrik tariflərin zəruriliyini əsaslandırmağa çalışır. Lakin cavabdeh və "xxxx" MMC bütün şəbəkə idarəetməsini və bir çox əməliyyat struktur vahidlərini ləğv edərək, bu sahədə idarəetməni özlərinin təsisçisi olduğu törəmə müəssisələri “Azerconnect" MMC-nə ötürmüşdür. Belə olan halda 18 %-lik bazar payı barədə məlumat natamam olmaqla, faktiki bazar payını, asimmetrik arabağlantı tətbiqi üçün əhəmiyyət kəsb edən operatorun telekommunikasiya bazarındakı mövqeyi, texniki və iqtisadi imkanları, spesifik tezlik resurslarından istifadə üzrə qeyri-bərabər imkanları, şəbəkənin qurulmasına çəkilən xərclərdəki fərqləri, tətbiq edilən avadanlığın texnoloji xüsusiyyətlərini tam əks etdirmir. Faktiki olaraq bazarda 3 mobil operator olsa da, rəqabətdə 2 tərəf: bir tərəfdə iddiaçı, digər tərəfdə bazarı öz aralarında bölmüş "xxxx" (orta və nisbətən iri seqment) və cavabdeh (nis bətən kiçik seqment) vardır.
40. Telekommunikasiya bazarındakı vəziyyətə cavabdehin özünün yaydığı press relizlərdəki münasibəti və həmin press relizlərdəki operatorun telekommunikasiya bazarındakı mövqeyi, texniki və iqtisadi imkanları barədə açıqladığı məlumatlar təsdiq edir ki, ən azı 2015-ci il 21 yanvar tarixindən sonra davam etmiş münasibətlərdə onun bazara yeni daxil olmuş GSM operatoru statusu yoxdur (bax yuxarıda mətndə 10-cu bənd). 20152019-cu illəri əhatə edən dövrdə 50-yə yaxın bu qəbildən olan xəbər paylaşılmışdır.
41. Məhkəmələr iddia tələblərinin rədd edilməsinin əsası kimi tərəflər arasında müqavilənin olmamasına istinad etməklə mülki məhkəmə icraatının məqsəd və vəzifələri ilə bir araya sığmayan nəticəyə gəlmiş, iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuş, hüququn tətbqində səhvə yol vermişdir. Tərəflər arasında müqavilənin olmamasının iddianın rədd edilmə əsası kimi çıxış etməsi özü-özlüyündə heç bir hüquq normasına əsaslanmamaqla yanaşı mülki qanunvericiliyin pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinə ziddir.
42. Tərəflər arasında mövcud olmuş əvvəlki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 17 noyabr tarixli 2-2(103)-671/2017 saylı qətnaməsi ilə cavabdehin asimmetrik arabağlantı tarifləri tətbiq edilməklə 2015-ci il 1 yanvar - 2017-ci il 1 aprel dövrü üçün hesabladığı ƏDV daxil, 7.477.011,95 manat tələbi rədd edilmişdir. Mübahisələndirilən qətnamə ilə isə iddiaçının simmetrik arabağlantı tarifləri tətbiq edilməklə 2015-ci il 21 yanvar – 2019-cu il 31 may dövrü üçün hesabladığı Ə DV daxil, 16.086.923 manat tələbi rədd edilmişdir. Halbuki, işin mübahisəsiz halıdır ki, 2015-ci il 21 yanvar tarixdən etibarən arabağlantı üzrə trafik mübadiləsi faktiki olaraq aparılmaqdadır.
43. Belə olan halda mübahisəli dövr üçün asimmetrik arabağlantı tarifləri tətbiq edilməklə vəsaitin cavabdehin xeyrinə tutulması iddiasının rədd edildiyi və bu mübahisənin qanuni qüvvəyə minmiş qətnamə ilə qəti olaraq həll edildiyi bir hüquqi şəraitdə, mübahisəli dövr üçün simmetrik arabağlantı tarifləri tətbiq edilməklə vəsaitin iddiaçının xeyrinə tutulması iddiasının da rədd edilməsi daxilən ziddiyyətli olmaqla, mübahisəli dövr üçün iqtisadi ixtilafı mahiyyəti üzrə həll etməmiş, 2015-ci il 21 yanvar – 2019-cu il 31 may tarixləri üzrə cavabdeh şəbəkədən iddiaçı şəbəkəyə daxil olmuş ********** dəqiq ə danışıq trafiki, 80994548 ədəd SMS trafiki, 62496 ədəd MMS trafiki, iddiaçı şəbəkədən cavabdeh şəbəkəyə daxil olmuş ********** dəqiqə danışıq trafiki, 97904994 ədəd SMS tarfiki, 133521 ədəd MMS trafiki üzrə qarşılıqlı trafik mübadiləsinə görə tərəflərin necə hesablaşacağı məsələsini açıq saxlamışdır.
44. Məhkəmələr mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasının müqavilədən başqa digər əsaslarının olmasını nəzərə almamışdır. İki operator arasında aparılmış və iqtisadi dəyərə malik olan arabağlantı trafiki kimi bir əməliyyat üzrə hesablaşma barədə mübahisənin tərəflər arasında müqavilənin olmaması əsası ilə həll edilməməsi qanunsuzdur və məhkəmənin belə passiv mövqeyi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmaqla ədalət mühakiməsinin həyata keçirilmə si hesab edilə bilməz, həm mülki qanunvericiliyin, həm də mülki-prosessual qanunvericiliyin prinsip və tələblərinə ziddir.
45. Məhkəmələr mübahisə üzə tətbiq etməli olduğu hüququ tətbiq etməmişdir. MM-də mülki hüquq münasibətlərinin mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədiyi və onlara tətbiq edilə bilən işgüzar adət olmadığı halda həmin münasibətlərin qanunun və ya hüququn analogiyası əsas götürülməklə tənzimlənməsi imkanını nəzərdə tutmuş, həmçinin qeyd etmişdir ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz
46. Məhkəmələr tərəflər arasında mövcud olmuş digər iş üzrə qərardadı Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələblərinə zidd olaraq preyudisial hesab etməklə hüququn tətbiqində səhvə yol vermişdir. Məhkəmənin işi mahiyyəti üzrə həll etməyən qərardada preyudisial qüvvə verməsi prosessual qanunvericiliyə ziddir. Prosessual əsaslarla mahiyyəti üzrə baxılmamış “müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinin predmeti ilə hazırkı iş üzrə irəli sürülmüş “pul tələbi” iddiasının predmeti fərqli olmuşdur. Predmeti hazırkı iddianın predmetindən fərqli olan qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad mübahisəni mahiyyəti üzrə həll etməmişdir və preyudisial əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, apellyasiya instansiya məhkəməsi isə bu hüquqi səhvi aradan qaldırmamış, əksinə təkrar etmişdir.
47. Məhkəmələrin iddiaçının öz tə ləblərinin qanuni əsasını sübut edə bilməməsi barədə möqveyi əsassızdır və tərəflər arasında mövcud olmuş digər iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş preyudisial əhəmiyyət kəsb edən hallarla tam təkzib edilir. Məhkəmələr iş üzrə sübutetmə yükünü düzgün müəyyən etməmiş, iddiaçının üzərinə icrası mümkün olmayan və bu növ icraat üçün spesefik olmayan ifrat sərt sübutetmə standartı tətbiq etmişdir. İddiaçının istinad etdiyi halları ağlabatan dərəcədə mötəbər şəkildə təsdiq edən aşkar və inandırcı “prima facie” dəlillərinə qarşı cavabdeh ən azı eyni keyfiyyətdə sübutları məhkəməyə təqdim etmədiyindən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” qaydası iddiaçının deyil, cavabdehin əleyhinə şərh edilməli idi.
48. Apellyasi ya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmış birinci instansiya məhkəmənin zəruri hesab etdiyi İddiaçı MMC-nin iqtisadi və texnoloji vəziyyətinə dair məlumatlara ümumiyyətlə ehtiyac yoxdur. Belə ki, mövcud qanunvericiliyə görə şəbəkələrarası arabağlantı ya simmetrik, ya da asimmetrik ola bilər. İddiaçının mövqeyi cavabdehin asimmetrik hesablaşmanı tələb etmək hüququna malik olmamasıdır. Simmetrik sonlandırma tariflərinin tətbiqi isə arabağlantı münasibətləri üzrə bazis prinsip olduğundan bu prinsipin tətbiqi üçün əlavə əsaslandırmaya ehtiyac yoxdur.
49. Məhkəmələr tərəflər arasında mövcud olmuş digər iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş, hazırkı iş üzrə mühüm sübutetmə əhəmiyyətinə malik olan və məhkəmənin sübuetmə yükününün bölüşdürülməsi barədə mövqeyini tə kzib edən preyudisial halları ümumiyyətlə nəzərə almamışdır. Hazırkı işə baxmış məhkəmənin 2018ci il 30 iyul tarixli 2-2(81)-655/2018 saylı qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmışdır. Dayandırılmanın əsasını yuxarıda istinad edilmiş qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılması və 2-2(102)-210/2018 saylı işin yekunlaşmaması təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-2(102)-210/2018 saylı iş üzrə qərarı ilə yuxarıda istinad edilmiş qətnamə qanuni qüvvəsini almış, hazırkı işin baxılması bərpa edilmişdir. Belə olan halda tərəflər arasında mövcud olmuş digər iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş preyudisial halın (2015-ci il 21 yanvar tarixindən sonra cavabdehin xeyrinə asimmetrik arabağlantı tarifinin tətbiqi üçün əsasın olmamasının) tamamilə inkar edilməsi anlaşılmazdır.
50. Əgər tərəflər arasında asimmetrik arabağlantı tarifləri tətbiq edilmirsə, bu zaman tətbiq edilməli yeganə hesablaşma qaydası simmetrik arabağlantı tarifləridir. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin a yarımbəndinə əsasən qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün “mobil-mobil” şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edi lir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini apellyasiya şikayətində irəli sürülümüş dəlillər baxımından əsalandırmamış, bununla da, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin məhkəmə qərarlarının əsaslandırılması hüququ pozulmuşdur. İşə baxmış apellyasiya instansiya məhkəməsi onun qarşısında qaldırılmış məsələlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, qərarını əsaslandırmamışdır.
51. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-in 13.4, 13.5, 14.1, 14.2, 82.3, 263.1-ci maddələrinə, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas ş ərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin “a” yarımbəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 avqust tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair”2019cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarlarına, “Məhkəmə qətnaməsi haqqında” 2 005-ci il 24 noyabr tarixli 4 №-li, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 №-li qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında “Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Cavabdeh kassasiya şikayətinə dair etirazında göstərmişdir ki, bazara sonuncu daxil olan maobil operator olaraq iddiaçı digər mobil operatorlarla assimmetrik arabağlantı münasibətlərindədir. Belə assimetrik arabağlantı üçün normativ-hüquqi əsas “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya ş əbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”dır. Həmin normativ sənədə əsasən, tətbiq olunan assimterik arabağlantı münasibətləri üçün konkret müddət müəyyən edilməmiş və assimetrik arabağlantı şərtlərinə yenidən baxılarkən telekommunikasiya bazarındakı vəziyyətin (iqtisadi və texnoloji) nəzərə alınmalı olması təsbit edilmişdir. Bazardakı iqtisadi vəziyyətə nəzər saldıqda iddiaçının hazırda təqribən 18% bazar payına malik olduğunu qeyd etmək olar. Ümumi qəbul edilmiş təcrübəyə əsasən, bu göstərici bazara sonradan daxil olan operatorun rəqabətə davamlılığı üçün zəruri olan bazar payının minimum həddindədir.
53. Əgər kassasiya şikayətində göstərildiyi kimi cavabde h və "xxxx" Şirkətləri bazarı öz aralarında bölmüş olsaydılar, onda bir-birlərinin fəaliyyət göstərdiyi ərazidə xidmət göstərməz, cavabdehin makro sahibkarlıq subyekti olan abunəçiləri olmazdı.
54. İddiaçının məhkəmələr tərəfindən iddia tələblərinin rədd edilməsi əsası kimi tərəflər arasında müqavilənin olmamasına istinad etmələrinin hüququn tətbiqində səhvə yol vermələri kimi mövqeyinə gəldikdə qeyd edilməlidir ki, tərəflər arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-ci il tarixli 28 fevral tarixli müqaviləyə 2015ci ilin 21 yanvar tarixindən xitam verilmişdir. Qanunvericiliyin tələbinə görə qarşılıqlı arabağlantı münasibətləri operatorlar arasında bağlanan arabağlantı müqavilələri ilə tənzimlənir.
55. Telekommunikasiya bazarındakı vəziyyət nəzərə alınmaqla ara bağlantı münasibətlərinin tənzimlənməsi Nazirliyin səlahiyyətidir. Əgər iddiaçı telekommunikasiya bazarındakı iqtisadi və texnoloji vəziyyətin dəyişməsini hesab edirsə, asimmetrik sonlandırma qiymətlərinin tətbiqi məsələsinə baxılmasına dair müraciət etməli, müraciət müsbət nəticə vermədiyi halda müvafiq icra hakimiyyəti orqanının hərəkət və hərəkətsizliyi məhkəmə qaydasında mübahisələndirilməli idi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
56. İddiaçının vəkilləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
57. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilmə məsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
58. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
59. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mü lki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.6. Başqa şəxsə zərər vurulması.... 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri....” 62. “Telekommunikasiya haqqında” Azərbaycan müddəlarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanunun müvafiq “ M a d d ə
4. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri 4.1. Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri və qurğuları telekommunikasiya obyekti hesab edilirlər. 4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur....” “ M a d d ə
6. Telekommunikasiya fəaliyyətinin dövlət tənziml ənməsi 6.1. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:... 6.1.7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;...” “Maddə tənzimlənməsi 1
2. Operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin 12.1. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər. 12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nə zərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır. 12.3. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir....” 63. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanı “Müəyyən edilsin ki:... 2.3. həmin Qanunun 12.2-ci, 12.3-cü, 12.4-cü və 56.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;...” 64. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi” Qaydasının (bundan sonra mətndə Qaydalar) müvafiq müddəlarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar Bu Qaydanın məqsədi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində GSM standartında fəa liyyət göstərən mobil telekommunikasiya operatorları (bundan sonra – operatorlar) arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsindən ibarətdir. Qarşılıqlı arabağlantı münasibətləri operatorlar arasında bağlanan arabağlantı müqavilələri ilə tənzimlənir. Öz şəbəkələri arasında qarşılıqlı arabağlantını həyata keçirmək üçün operatorlar arasında müqavilələr (bundan sonra – arabağlantı müqaviləsi) bağlanan zaman bu Qaydayla müəyyən edilmiş şərtlər əsas götürülür.” “3. Arabağlantının tələbləri 3.1. Zənglərin, aidiyyəti şəbəkə vasitəsilə və (və ya) şəbəkədən keçməklə (tranzit) zəng edən və zəngi qəbul edən tərəflərə fasiləsiz ötürülməsi təmin olunmalıdır. 3.2. Operator digər operatoru qarşılıqlı razılıq əsasında birbaşa və tranzit qaydada arabağlantı xidməti ilə təmin etməlidir. 3.
3. Arabağlantı şəbəkənin istənilən mümkün və tərəflər üçün ən səmərəli və ya əlverişli texniki nöqtəsində aşağıdakı şərtlərlə həyata keçirilməlidir: - qüvvədə olan standartlar nəzərə alınmaqla operatorların hüquqlarının qorunması; - arabağlantıda iştirak etməyən şəbəkə komponentlərinə görə operatorun ödənişinin yolverilməzliyi. 3.4. Telekommunikasiya xidmətləri bazarında inhisarçılığa yol verilməməsi məqsədilə operatorun digər operatorlar üçün tətbiq etdiyi arabağlantı şərtləri, onun özünün struktur bölmələri və/və ya törəmə müəssisələri üçün müəyyən etdiyi arabağlantı şərtlərindən az əlverişli olmamalıdır.” “4. Arabağlantı müqavilələrinin əsas şərtləri 4.1. Arabağlantının prinsipləri nəzərə alınmaqla aşağıdakılar arabağlantı müqavilələrinin əsas şərtlərinə dair minimum tələbləri təşkil ed ir:... 4.1.2. İqtisadi şərtlər (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və digər ödənişlər): a. şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli və mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir. Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün “mobil-mobil” şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edilir; b. GSM standartlı mobil telefon şəbəkələri arasındakı trafik mübadiləsi üzrə aparılan hesablaşmalarda bazara yeni daxil olmuş GSM operatorunun şəbəkəsində sonlanan zənglərin hər dəqiqəsi üçün digər mobil operatorları tərəfindən əlavə 0,02 manatdan 0,03 manatadək ödənilməklə asimmetrik sonlandırma qiymətləri (asimmetrik sonlandırma qiymətləri zənglərin sonlandırılması üçün eyni xidmətləri göstərən operatorlar tərəfindən fərqli (əlavə) sonlandırma qiymətlərinin tətbiq edilməsi) tətbiq edilir.” “5. Arabağlantı müqavilələrinin bağlanması 5.1. Hər bir operator 2 ay müddətindən gec olmayaraq bazara yeni daxil olmuş GSM operatorunun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi üçün qarşılıqlı arabağlantı müqaviləsi bağlamalıdır. 5.2. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə (arabağlantı müqaviləsi bağlanmadıqda) bazara yeni daxil olmuş operator Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra - NRYTN) müraciət edir. NRYTN tərəfindən mübahisə predmeti araşdırılarkən aşağıdakılar nəzərə alınır: - müraciət etmiş tərəfin telekommunikasiya bazarındakı mövqeyi, texniki və iqtisadi imkanları; - spesifik tezlik resurslarından istifadə üzrə qeyri-bərabər imkanlar; - şəbəkənin qurulmasına çəkilən xərclərdəki fərqlər; - tətbiq edilən avadanlığın texnoloji xüsusiyyətləri. Bazara yeni daxil olmuş operatorun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə NRYTN tərəfindən 10 (on) gün müddətində qərar qəbul edilə bilər. NRYTN tərəfindən müəyyən olunmuş şərtlər əsasında tərəflər arasında 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsi bağlanılır. 5.3. Asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə qərara telekommunikasiya bazarındakı vəziyyət (iqtisadi və texnoloji) nəzərə alınmaqla tərəf lərin müraciəti və ya NRYTN -in təşəbbüsü ilə növbəti təqvim ilində yenidən baxıla bilər. 5.4. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. 5.5. Arabağlantı müqaviləsinin müddəti operatorlara verilən xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə məhdudlaşır....”
65. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”sində nəzərdə tutulmuşdur: “... 3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:... 3.0.44. operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşıl ıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək;...”
66. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
67. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşması onlar arasında bağlanmış 2007-ci il 28 fevral t arixli müqavilə ilə tənzimlənmiş, həmin müqaviləyə 2015-ci il 21 yanvar tarixində xitam verilməsinə baxmayaraq, arabağlantı münasibətləri davam etmişdir.
68. Bu zaman münasibətlərin faktiki əsaslarda davam etdiyini bildirən cavabdeh assimmetrik arabağlantıya, müqavilənin artıq birtərəfli qaydada ləğv olunduğunu iddia edən iddiaçı isə simmetrik arabağlantıya istinad edir.
69. İddiaçı arabağlantının simmetrik olduğunu iddia edərkən tərəflər arasında arabağlantı münasibətlərini tənzimləyən müqavilənin birtərəfli qaydadada 2015-ci ilin 21 yanvar tarixində ləğvinə, 2017-2018-ci illərdə eyni tərəflər arasında olan mübahisə üzrə qəbul olunmuş məhkəmə aktlarının preyudisiallığına, habelə cavabdehin kifayət qədər inkişaf etməsinə dair həmin şirkətin press-relizlərinə əsaslanır və tələbində 2015-ci il 21 yanvar - 2019-cu il 31 may tarixləri üzrə arabağlantı trafikinin mübadiləsinə görə ƏDV daxil 16.086.923 (on altı milyon səksən altı min doqquz yüz iyirmi üç) manat məbləğində fərqin ödənilməsini xahiş edir.
70. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında şəbəkələrarası arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqaviləyə 2015-ci il 21 yanvar tarixində xitam verilmişdir. Şərti olaraq simmetrik sonlandarma qiymətləri tətbiq edilməklə borcun tələbi üçün tərəflər arasında arabağlantı müqaviləsinin bağlanmasının məcburi olmaması nəzərə alınsa belə, iddiaçı tələbinin qanuni əsasını sübut edə bilməmişdir. Simmetrik sonlandırma qiymətləri tətbiq edilməklə hesablanmış borcun tələb olunması yalnız buna dair tərəflər arasında arabağlan tı müqaviləsinin olduğu halda mümkündür və əsaslıdır.
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada hüquqi qiymtləndirmənin aparılmasını zəruri hesab edir.
72. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ayrı-ayrı vaxtlarda tərəflərə ünvanladığı məktublarında operatorlar arasında trafik mübadiləsinə görə assimetrik tariflərlə bağlı yaranmış problemin “Telekommunikasiya haqqında” Qanuna və müvafiq Qaydalara uyğun olaraq ilk növbədə tərəflər arasında birgə müzakirələr etməklə qarşılıqlı razılıq əsasında həll edilməsi tövsiyyə olunmuşdur. Lakin həmin tövsiyyələr, arabağlantı ilə bağlı operatorlar arasında münasibətlərin tənzimlənməsi sahəsində qanunvericiliklə Az ərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrasını ifadə etmir.
73. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının təhlilindən göründüyü kimi, operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi dövlətin səlahiyyətindədir. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər. Arabağlantı müqaviləsinin bağlanması ilə bağlı hər hansı operatorla razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respubblikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra mətndə Nazirlik) tərəfindən mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında arabağlantı müqaviləsi bağlanmalıdır. Operatorlar arasında arabağlantı məsələləri üzrə yaranan mübahisələr Nazirlik tərəfindən həll edilir. Operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək Nazirliyin vəzifəsidir (bax yuxarıda §5457).
74. Bu baxımıdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında arabağlantıya simmetrik və ya assimmetrik hesablaşmaların tətbiqindən yaranan borc tələbi üzrə qəbul ediləcək qərar telekommunikasiya sahəsində dövlət siyasətini və nəzarətini həyata keçirən Nazirliyin hüquq və vəzifələrinə toxunur.
75. Lakin apellyasiya instansiyası məhkəməsi Nazirliyi məhkəmə icraatına cəlb etməmiş, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq, sonuncunun mübahisəyə münasibətini aydınlaşdırmam ış, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərinin tələbləri ilə bağlı onun konkret rəyini almamışdır.
76. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, operatorlar arasında arabağlantı ilə bağlı mübahisələr üzrə tənzimləyici dövlət orqanı olan - Nazirlik işdə iştiraka cəlb edilməli, qeyd olunan Qaydaların 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərinin tələbləri ilə bağlı (bax §64 ) soununcunun rəyi alınmaqla, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
77. Nəzərə alınmalıdır ki, operatorlar aralarındakı arabağlantı münabisətlərini tənzimləmədikləri (arabağlantı yaratmadıqları) halda, son nəticədə zərər, istehlakçı kimi sadə abunəçilərin üzərinə düşür. Belə ki, arabağlantı olmadığından bir operatorin abunəçiləri digər operatorun abunəçiləri ilə telefon əlaqəsi saxlamaq imkanından məhrum olurlar. Bu zaman operatorların özlərinin də böyük maliyyə itkilərinə məruz qalması qaçılmaz, normal fəaliyyəti isə qeyri-mümkündür. Məhz bu baxımdan arabağlantı münasibətlərinin dayandırılması yolverilməzdir.
78. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinin pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəmə yə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 dekabr tarixli 2-2(103)-799/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev