Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-20/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRARDAD (Acar sözlər: kassasiya şikayətinin geri qaytarılması) 09.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103) -348/2020 saylı qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi İddiaçı “İddiaçı” Şirkəti “Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* savlı alqısatqı müqaviləsinə əsasən 623,587,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı alqı-satqı müqaviləsinə əsasən 469,583,00 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı alqı-satqı müqaviləsinə əsasən 166,840,00 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı alqı-satqı müqaviləsinə əsasən 1,342,572,00 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı alqı-satqı müqaviləsinə əsasən 1.488.375,00 avro, xx.xx.2018-ci il tarixli, 19/049-ATL-A7F-A saylı alqı- satqı müqaviləsinə əsasən 396.000,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/120-AGR- AZF-A saylı alqısatqı müqaviləsinə əsasən 437,700,00 ABŞ dolları, ümumilikdə 3,436,282.00 ABŞ dolları və 1,488,375.00 avro məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyeva; iş No e-2-2(113)-451/2020) iddianın təmin edilməsi; tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* saylı alqı-satqı müqaviləsinə əsasən 623.587 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı alqı-satqı müqaviləsinə əsasən 469.583 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı alqı-satqı müqaviləsinə əsasən 166.840 ABŞ dolları, xx.xx.2 018-ci il tarixli, 18/158ATL-AFRT-A saylı alqı-satqı müqaviləsinə əsasən 1.342.572 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı alqı-satqı müqaviləsinə əsasən 1.488.375 avro, xx.xx.2018-ci il tarixli, 19/049-ATL-AZF-A saylı alqı-satqı müqaviləsinə əsasən 396.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı alqı-satqı müqaviləsinə əsasən 437.700 ABŞ dolları, ümumilikdə 3.436.282 ABŞ dolları və 1.488.375 avro məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçı Şirkətə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov; iş № 2-2(103)348/2020) cavabdeh MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkə məsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan kassasiya şikayəti verərək, qətnamə ləğv edilərək, və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə əsasən iş xx.xx.2020-ci il tarixli 2-2(102)-351/2020 saylı qərardadla icraata qəbul edilmişdir. məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, hər iki tərəfə təqdim edilmiş məhk əmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində işin faktiki halları sadalanmış, lakin apellyasiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, yəni hüquqi əsaslandırma aparılmamışdır. hüquqi məsələlər Cavabdeh MMC-nin iş üzrə icraata qəbul edilmiş kassasiya şikayətində qey d edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin MMCnin hazırki maddi vəziyyətini və qətnaməni icra etmək iqtidarında olub-olmadığını araşdırmamışdır. Belə ki, cavabdeh MMC iş üzrə tərəflər arasında bağlanmış çoxsaylı alqı-satqı müqavilələrdən irəli gələn borcu mübahisləndirməsə də, apellyasiya instansiyası məhkəməsinə bildirmişdir ki, borc məbləği həddindən artıq böyükdür və onun birdəfəlik ödənilməsi qeyri-mümkündür, bu səbəbdən qətnamənin icrasına 24 ay müddətinə möhlət verilməsini həmin məhkəmədən xahiş etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilənləri formal mülahizə hesab edərək, 1-ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC-nin kassasiya şikayətindən cavabdeh MMC-nin tələbinin və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın deyil. Belə olan halda, kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin hansı qaydada yoxlanılması qeyri-müəyyəndir, çünki kassasiya instansiyasında işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən, ka ssasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Bu səbəbdən cavabdeh MMC-nin kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 408.1.1 maddəsinə müvafiq olaraq kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa kassasiya şikayəti geri qaytarılır. Eyniliklə, Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti geri qaytarılır. Bundan başqa, yuxarıda qeyd edilən hallarda kass asiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 408.5-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 408.1.1— 408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. İş üzrə müəyyən edilir ki, cavabdeh MMC-nin kassasiya şikayəti əvvəl, Azərbaycan Respublikası MPM-nin 211-ci maddəsinə uyğun olaraq hakim tərəfindən icraata qəbul edilmiş və bu haqda xx.xx.2020-ci il tarixli 2-2(102)-351/2020 saylı qərardad qəbul edilmişdir. Ona görə də, həmin qərardad ləğv edilməli və iş kassasiya icraatından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kas sasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işin kassasiya icraatına qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli 2-2(102)-351/2020 saylı qərardad ləğv edilməklə, hazırki iş kassasiya icraatından çıxarılmalı və cavabdeh MMC-yə qaytarılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 407, 408 417 və 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı İşin kassasiya icraatına qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli 2-2(102)351/2020 saylı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 22(103)-348/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti Cavabdeh MMC-yə qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-20/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-20/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver