Məhkəmə qərarları › İş №2-2(102)-201/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-201/2019

28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-201/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» MMC-yə, «xxxx» MMC-yə qarşı iqtisadi iş üzrə QƏRAR (iş № 2-2(102)-201/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı1, vəkili Vəkil1 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» MMC-yə, «xxxx» MMC-yə qarşı lizinq müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələr üzrə ödənilmiş pulların qaytarılması, iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması, «xxxx» MMC-dən 389.730 manatın və faiz məbləğinin iddiaçılara qaytarılması və digər tələblərinə dair ilkin iddiası, «xxxx» MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq haqqı və faiz borcunun ödənilməsi, lizinq obyektlərinin «xxxx» MMC-yə qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin X1 xxx 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil1, «xxxx» MMC və onun vəkili Vəkil2 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar (fərdi sahibkarlar) İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» MMC-yə, «xxxx» MMC-yə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavələr ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçılarla cavabdeh «xxxx» MMC arasında bağlanmış xxx 2012-ci il tarixli, xxx 2012-ci il tarixli, xxx 2012-ci il tarixli, xxx 2012-ci il tarixli, xxx 2013-cü il tarixli X2 müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçılar tərəfindən «xxxx» MMC-yə ödənilmiş pulların iddiaçılara qaytarılması, iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıl arın mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, həmin müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq iddiaçılar tərəfindən cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin cavabdeh «xxxx» MMC-yə həvalə edilməsi, iddiaçılar tərəfindən «xxxx» MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun «xxxx» MMC-dən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xxx 2012-ci il tarixində «xxxx» MMC ilə İddiaçı1 arasında ****** N-li; xxx 2012-ci il tarixli, ******** N-l; 01 noyabr 2012-ci il tarixli, ****** N-li X2 müqavilələri bağlanmış və ümumi dəyəri 425.000 manat olan müqavilələrə 1 N-li əlavədə göstərilən əmlaklar mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı1 tərəfindən ilkin ödəniş kimi 259.580 manat, sonralar isə lizinq ödənişi kimi xxx2012-ci il tarixdən xxx2014-cü il tarixədək mütəmadi olaraq 241.010 manat, hər üç müqavilə üzrə isə cəmi 500.590 manat ödəniş aparılmışdır. xxx 2013-cü il tarixində «xxxx» MMC ilə İddiaçı2 arasında ***** N-li, xxx 2012-ci il tarixində ******** N-li X2 miqaviləsi bağlanılmış, ümumi dəyəri 460.000 olan əmlak sonuncunun mülkiyyət hüququ ilə əldə edilməsi üçün muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan müqavilələr üzrə İddiaçı2 tərəfindən ilkin ödəniş kimi 263.500 manat, sonralar isə lizinq ödənişi kimi xxx 2012-ci il tarixdən xxxx 2014-cü il tarixədək mütəmadi olaraq 208.400 manat, cəmi isə 471.900 manat məbləğində ödəniş aparılmışdır. Sözügedən müqavilələr üzrə iddiaçılar cavabdehdən 20 ədəd yük avtomobilini lizinqə götürmüşlər. Həmin müqavilələrin şərtlərinə əsasən avtomaşınların lizinq ödənişləri tam bitdikdən sonra avtomaşınlar iddiaçıların mülkiyyətinə keçməli idi. İddiaçı1 və İddiaçı2 birlikdə cəmi 972.490 manat məbləğində lizinq ödənişi etmişlər və 321.400 manat borc qalmışdır. Sonradan İddiaçı1 tərəfindən əlavə olaraq 28.550 manat və İddiaçı2 tərəfindən 32.380 manat lizinq ödənişi edilmişdir. 2014-cü ilin əvvəllərin də iddiaçıların yükdaşıma müqavilələrinin müddəti başa çatdığından və yeni müqavilə bağlamaq və iş götürməklə bağlı problemlər olduğundan ödənişlərin vaxtında ödənilməsində gecikmələr olmuşdur. Cavabdeh avtomaşınları iddiaçılardan almaq istəmiş, tərəflər arasında mübahisə yarandığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli nəqliyyat vasitələləri üzərində iddiaçıların 2/5 hissədə mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, ödəniş sənədlərindən və kassa mədaxil orderlərindən də müəyyən olunur ki, iddiaçılar həmin nəqliyyat vasitələrinin dəyərinin 40 %-ni ilkin olaraq lizinq müqavilələri bağlanmamışdan əvvəl avtomaşının satıcısına, yəni «xxxx» MMC-yə ödəmişlər. Tərəflər arasında imzalanmış X2 müqavilələrinin 1-ci bəndində də göstərilmişdir ki, lizinq verən müq avilələrin ayrılmaz tərkib hissəsi olan 1 N-li əlavədə göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lakin göründüyü kimi lizinq verən həmin öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, lizinq verən həmin lizinq obyektlərini özü alıb mülkiyyətinə keçirməli və mülkiyyətində olan əmlakı lizinqə verməli olduğu halda, lizinq obyektlərinin 40 %-dən də bir qədər artıq məbləği, yəni cəmisi 523.080 manatı lizinq obyektini satan - satıcı (mal verən) «xxxx» MMC-yə ödəmişdir. Cavabdeh iddiaçıları aldadaraq onların öz pulları ilə şərikli aldığı avtomaşınları lizinq müqaviləsi adı altında ağır şərtlərlə iddiaçılara lizinqə vermişdir. Həmin müqavilələrin surətləri iddiaçılara yalnız 2014-cü ilin sentyab r ayında təqdim edilmişdir. Əslində isə sözügedən müqavilələr tam olaraq lizinq müqaviləsi hesab edilə bilməz. Avtomaşınların yalnız 60 faizinə münasibətdə lizinq müqaviləsindən söhbət gedə bilər. Belə olan təqdirdə həmin lizinqə verilmiş 20 ədəd avtomaşınların 2/5 hissəsi iddiaçıların mülkiyyətinə keçirilməli, lizinq ödənişinin ödənilməmiş qalan 60 % hissəsi hesablanaraq, həmin məbləğin ödənilməsi üçün iddiaçılara əlavə müddət verilməlidir. «xxxx» MMC tərəfındən sözügedən lizinq müqavilələri imzalanarkən faktiki olaraq İddiaçı1 və İddiaçı2 aldadılmışlar, onlar razılaşdıqları şərtlərlərlə razılığa gəldikləri müqaviləni deyil, tamamilə başqa şərtlərlə və tamamilə başqa lizinq müqaviləsi bağlamışlar. Belə ki, «xxxx» MMC hansı maliyyə vəsaiti hesabına avtomaşınları əldə edəcəyini, hansı bankd an hansı faizlərlə kredit götürdüyünü onlara bildirməmişdir. Avtomaşınların dəyərinin 40 %-i əvvəlcədən lizinq verən «xxxx» MMC-nin tapşırığına əsasən satıcı «xxxx» MMC-yə lizinq götürən şəxslər tərəfindən ödənildiyi halda tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi deyil, üçtərəfli alqı-satqı müqaviləsi ola bilərdi. Qüvvədə olan mülki qanunvericiliyə əsasən lizinq müqaviləsi lizinq verənin maliyyə vəsaiti hesabına əldə etdiyi lizinq obyektinin müəyyən şərtlərlə lizinq alana verilməsindən ibarətdir. Hazırkı müqavilələrdə isə lizinq verən lizinq alanın pul vəsaitləri və özünün yuxarı faizlə götürdüyü kreditlər hesabına əldə etdiyi avtomaşınları lizinq alanın vəziyyətini əvvəlcədən ağırlaşdıran şərtlərlə lizinq verənə verilməsindən ibarət olmuşdur ki, bununla da lizinq verən lizin q alanı aldatmış, onun vəziyyətini ağırlaşdıran şərtlərlə müqavilə imzalamışdır. İddiaçı1 və İddiaçı2 vacib əhəmiyyətli yanılmanın təsiri altında lizinq müqavilələri bağlamışlar. Əslində onlar avtomaşınları əldə etmək üçün kifayət qədər pulları olmadığına görə «xxxx» MMC-yə müraciət edərək öz pullarının hesabına alınan avtomobilləri onların adına almağı, qalan avtomaşınları isə ya kreditlə, ya da avtomaşınların yalnız bir hissəsinin lizinqlə alınmasını xahiş etmişlər. «xxxx» MMC və «xxxx» MMC isə iddiaçılara bildirmişlər ki, verdikləri 528.080 manat məbləğində maşınlar alqı-satqı yolu ilə alınaraq iddiaçıların mülkiyyətinə keçiriləcək, qalan avtomobillər isə kredit müqaviləsi və ya lizinq müqaviləsi əsasında iddiaçılara təhvil veriləcəkdir. Lakin sonradan «xxxx» MMC iddiaçıları aldadaraq i ddiaçılar üçün əlverişsiz şərtlərlə lizinq müqavilələri bağlamış, əlavə olaraq onları xəbərdar etmədən zaminlik müqavilələrinə də imza etdirmiş, iddiaçıların pul vəsaiti hesabına əldə etdiyi avtomaşınları iddiaçılara lizinqə verməklə qanunun tələblərini pozmuşdur. Ona görə də müqavilələr etibarsızdır və onların hüquqi qüvvəsi və hüquqi nəticəsi ola bilməz. Eyni zamanda «xxxx» MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pul və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində «xxxx» MMC-dən əlavə olaraq Mülki Məcəllənin 439, 449-cu maddələrinə əsasən hesablanmış bank uçot dərəcəsi və 5 faiz məbləğ (389.730x5%x3il=19486,5x3il)-58.459,50 manat pul tutularaq iddiaçılara qaytarılmalıdır. «xxxx» MMC cavabdehlər İddiaçı1 və İddiaç ı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun «xxxx» MMC-nin xeyrinə tutulması, «*********» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «**********» markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ*** dövlət nömrə nişanlı lizinq obyektlərinin «xxxx» MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə cavabdehlər arasında bağlanmış lizinq müqavilələrinə və onlara müvafiq təhvil-təslim aktlarına əsasən «xxxx» MMC 20 ədəd lizinq obyektini qarşılıqlı iddia üzrə cavabdehlərin müvəqqəti sahibliyinə və istifadəsinə təhvil vermişdir. Bunun müqabilində, qarşılıqlı iddia üzrə cavabdehlər lizinq obyektlərindən istifadə etdiklərinə görə xxxxx 2012-ci il tarixli, ***** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla, 09 iyul 2012-ci il tarixli, ***** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, xxxxx 2012-ci il tarixli, ****** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 170.040 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, xxx 2012-ci il tarixli, ******* saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 42.510 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, xxx 2013-ci il tarixli, ****** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 209.200 manat başlancıq balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla «xxxx» MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda, lizinq müqavilələri üzrə öhdəliklərinin tam icrasına görə «xxxx» MMC ilə qarşılıqlı iddia üzrə cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən qarşılıqlı iddia üzrə cavabdehlər lizinq müqaviləsi üzrə öhdəlikl ərinin tam icrasına görə «xxxx» MMC qarşısında öhdəlik götürmüşlər. Qeyd olunan lizinq müqavilələrini maliyyələşdirmək üçün lizinq layihəsinin ümumi məbləğini təşkil edən 860.250 manat vəsait tələb olunurdu. Bunun üçün 720.000 manat vəsait «xxxx» MMC ilə QSC «xxxxxxx» KB arasında 36 ay müddətinə, 1 illik faiz dərəcəsi 16% olmaqla bağlanmış 5 (beş) ədəd kredit müqaviləsi hesabına, qalan 140.250 manat isə «xxxx» MMC-nin daxili vəsaiti hesabına cəlb edilmişdir. Kredit müqavilələrinin 5.2-ci bəndinə əsasən gecikdirilmiş kredit məbləğinə illik 26% olmaqla cərimə faizlərinin ödənilməsi nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehlər lizinq ödənişlərini vaxtı-vaxtında təmin etmədiklərinə görə «xxxx» MMC QSC «xxxx» KB-ya cərimə faizlərini ödəməli olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehlər bir ildən artıq lizinq ödənişlərini ödəməmiş, bununla da müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş və nəticədə xxx 2014-cü il tarixə (lizinq müqavilələrinə xitam verilmə tarixinə) «xxxx» MMC qarşısında 441.487 manat vaxtı keçmiş borc, o cümlədən 359.571 manat lizinq ödənişləri və 81.916 manat lizinq ödənişlərinin gecikdirdiyi üçün dəbbə pulu borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə «xxxx» MMC tərəfindən cavabdehlərə yazılı bildiriş göndərilmiş, eyni zamanda dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Lakin bundan sonra da, qeyd olunan müqavilələrin şərtləri qarşılıqlı iddia üzrə cavbdehlər tərəfindən nəinki yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmiş, onların yerinə yetirilməsi və icra ed ilməsindən müxtəlif bəhanələr ilə boyun qaçırılmışdır. «xxxx» MMC tərəfindən cavabdehlərə göndərilən xxx 2014-cü il tarixli, 474 saylı xəbərdarlıqla lizinq müqavilələrinə xitam verilmiş və Cəmiyyətin mülkiyyətində olan lizinq obyektlərinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər xxx 2015-ci il tarixli aktı imzalamaqla, lizinq obyektlərini qaytarmaqdan imtina etmişlər və lizinq obyektlərinə görə verilən müvafiq etibarnamələrin müddətinin bitməsinə baxmayaraq bu günə qədər 13 ədəd lizinq obyektlərini qanunsuz olaraq məlum olmayan məqsədlərlə idarə edilməsini davam etdirlər. Bu günə qədər 13 ədəd lizinq obyekti «xxxx» MMC-yə qaytarılmadığına görə Lizinq Müqaviləsinin 10.3-cü bəndinə və MM-nin 748-1.9-cu maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün lizinq obyektinin cari dəyərini n (lizinq müqaviləsinin 5.8 bəndi) 0,5% məbləğini təşkil edən 308.758 manat dəbbə pulu cavabdehlər tərəfindən «xxxx» MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehlərin davranışı nəticəsində, habelə «xxxx» MMC qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiklərinə görə «xxxx» MMC-yə hər ay zərər dəyir. Belə ki, 13 ədəd lizinq obyektləri bu günə qədər «xxxx» MMC-yə qaytarılmamış, bununla Cəmiyyət mülkiyyətində olan əmlakından məhrum olmuş, onun istifadəsindən gəlir əldə edə bilməmiş, habelə mülki hüquqları pozulmuşdur. «xxxx» MMC lizinq obyektlərini digər müştərilərə lizinqə vermiş olsaydı, bunun müqabilində xxx 2014 - xxx 2015-ci il dövrü üçün orta hesabla 208.025 manat məbləğində gəlir əldə edə bilərdi. Bu isə əldən çıxmış fayda kimi başa düşülməlidir. 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı, xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri-«*******» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair «xxxx» MMC-nin adına olan xxx 2012-ci il, xxx 2012-ci il və xxx 2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması, ilkin iddianın qalan hissədə rədd edilməsi, «xxxx» MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcu nun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun «xxxx» MMC-yə ödənilməsinin təmin edilməsi üçün «*******» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq «xxxx» MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun 25 manatının müştərək qaydada İddiaçı1 və İddiaçı2, 25 manatının «xxxx» MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir (hakim V.Baxışova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-07/2018 saylı qətnaməsi ilə (Ü.Mayılov-sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və K.Abi yeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, «xxxx» MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2016-cı il tarixli qətnaməsi qismən - iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «*********» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair «xxxx» MMC-nin adına olan xxx 2012-ci il, xxx 2012-ci il və xxx 2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və «xxxx» MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun «xxxx» MMC-yə ödənilməsinin təmin edilməsi üçün «******» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «*******» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq «xxxx» MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, «xxxx» MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçıllar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulmuş və «*********» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «*******» markalı **-JU-***; **-JV***; **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri «xxxx» MMC-yə qaytarılmaqla qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin X1 xxx 2018-ci il tarixli qətnaməsindən həmçinin «xxxx» MMC və onun vəkili Vəkil2 oğlu tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçılar İ ddiaçı1 və İddiaçı2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanun heç bir halda iddia müddətinin başlanğıcını müqavilənin bağlandığı günlə əlaqələndirmir, əhəmiyyətsiz əqdlər üçün bu müddət əqdin icrasına başlandığı gündən, mübahisələndirilən əqdlər üçünsə bu halda əqdin etibarsız sayılmasına əsas verən halları iddiaçının bildiyi və ya bilməli olduğu gündən başlanır, əqdin etibarsızlığına əsas verən hallar, o cümlədən satıcıya ödənilmiş məbləğin lizinq verənə köçürülməməsi iddiaçılara 2014-cü ilin xxx məlum olub və onlar qanunla müəyyən edilmiş bir illik müddət ərzində-2015-ci ilin xxx məhkəməyə müraciət ediblər, iddia tələbləri təkcə əqdin etibarsızlığından ibarət deyil, həmçinin müqavilələr üzrə ödənilmiş pulların geri qaytarılması, iddiaçılara lizinqə erilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və maşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması və.s. dən ibarətdir ki, bu tələblərə də 373.2-ci maddə ilə nəzərdə tutulmuş üç illik müddət təbiq edilməlidir, iddiaçılar dəfələrlə cavabdehə müraciət edərək, müqavilənin dəyişilmiş şəraitə uyğunlaşdırılmasını, heç olmazsa onun icrası müddətini uzatmağı xahiş etsələr də cavabdeh bu təkliflərin heç biri ilə razılaşmayıb və lizinq ödənişlərinin verilməsini tələb etmiş, o, öhdəliyin vaxtında və layiqli icrası üçün əməkdaşlıqdan imtina etməklə, öhdəliyin icrası üçün təhlükə yaradan hərəkətlərdən çəkinmək vəzifəsini pozub, lizinq obyektlərinin lizinq verənə qaytarılması, bütün lizinq ödən işlərinin (521.900 manat) lizinq verəndə saxlanılması, üstəlik lizinq alanın üzərinə daha 473.168 manat pul ödəmək vəzifəsinin qoyulması lizinq verənin əsassız varlanması deməkdir, lizinq müqavilələrinə xitam verilərkən heç bir müqavilənin müddəti başa çatmamışdı, apellyaisiya məhkəməsi öhdəliyin pozulmasına görə məsuliyyəti iddiaçıların üzərinə qoyarkən MM-nin 448-ci maddəsinin tələbini pozub, iddiaçılar, Yuqa-Hodinqə pul ödənilməsinə dair qəbzlərin əsllərini məhkəməyə təqdim etsələr də, ona baxış keçirərək iddiaçılara qaytarmış məhkəmələr sonradan yanlış olaraq bu sənədlərin əslinin tədim edilmədiyini göstərmişlər, halbuki iqtisadi işin 2-ci cildinin 330-cu səhifəsindəki protokola əsasən bu sənədlərə baxış da keçirilmiş, Yuqa-Hodinqin məhkəmədə iştirak edən nümayəndəsi 528.080 manatın on lara köçürüldüyünü də etiraf etmişdir, sonuncu müqavilənin icra müddətinin 2016-cı ilin xxx başa çatmış, iddiaçılar isə vaxtilə ödədikləri bütün məbləğin cavabdehə ödənilmədiyindən yalnız 2014-cü ilin xxx xəbər tutmuş, 2015-ci ilin mart ayında isə məhkəmədə iddia qaldırmışlar. «xxxx» MMC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia çərçivəsində tələb edilən lizinq obyektlərinin vaxtında mülkiyyətçiyə təhvil verilmədiyinə görə 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın tutulması rədd edilmiş, lizinq müqavilələri 2014-cü ilin xxx xitam edilsə də, dörd il ərzində qarşılıqlı iddia üzrə cavabdehlər başqasının pul vəsaitindən qeyri-qanuni faydalanmış və bu günədək 13 nəqliyyat vasitəsini «xxxx» MMC-nə qaytarmamaqla ziyan vurmaqda davam ed irlər və əldən çıxmış faydanın günahkarı olmaqdadırlar, işə baxılarkən MM-nin 449.1-ci və MPM-nin 88 və 386-cı maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçılardan İddiaçı1 və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh «xxxx» MMC son məhkəmə iclasında hər hansı üzrlü səbəb olmadan iştirak eməmiş, onun vəkili Vəkil3 isə məhkəməyə teleqramla müraciət edərək, tərəflər arasında barışıq sazişi bağlanması üçün vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-ni n 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh «xxxx» MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətlərinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsalandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı1 və vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçıların kassasiya şikayəti tam, cavabdehin ka ssasiya şikayəti isə qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC ilə İddiaçı1 arasında xxx 2012-ci il tarixli **** saylı; xxx 2012-ci il tarixli **** saylı; xxx 2012-ci il tarixli ****saylı X2 Müqavilələri, «xxxx» MMC ilə İddiaçı 2 arasında xxx 2012-ci il tarixli **** saylı; xxx 2013-ci il tarixli ***** saylı X2 Müqavilələri bağlanmış, Müqavilələrin şərtlərinə əsasən lizinq alanlar lizinq obyektlərindən istifadə etdiklərinə görə xxx 2012-ci il tarixli **** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla, xxx 2012-ci il tarixli **** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, xxx 2012-ci il tarixli, ***** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 170.040 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, xxx 2012-ci il tarixli **** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 42.510 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 04 fevral 2013-ci il tarixli ****** saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 209.200 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla «xxxx» MMC-yə ödəməyi öhdəliyinə götürmüşlər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, satıcı «xxxx» MMC, «xxxx» MMC, İddiaçı1 arasında xxx 2012-ci il tarixli ***** saylı; xxx 2012-ci il tarixli ****saylı; xxxx 2012-ci il tarixli **** saylı, «xxxx» MMC, «xxxx» MMC, İddiaçı 2 arasında xxxx 2012-ci il tarixli, ***** saylı; xxx 2013cü il tarixli, ***** saylı 3 tərəfli alqı-satqı müqavilələri bağlanmış, həmin xxx 2012-ci il tarixli, ***** saylımüqaviləyə əsasən lizinqobyektinin qiyməti 200.000 AZN, xxx 2012-ci il tarixli, **** saylımüqaviləyə əsasən lizinq obyektinin qiyməti 200.000 AZN, xxx 2012-ci il tarixli, *** saylımüqaviləyə əsasən lizinq obyektinin qiyməti 180.000 AZN, xxx 2012-ci il tarixli, ***** saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 45.000 AZN, xxxx 2012-ci il tarixli, ***** saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 260.000 AZN təşkil etmiş, İddiaçı1 və İddiaçı2 «xxxx» MMC tərəfindən «******» markalı **-JU-***; **-JU-***; **-JU-***; **- JU-***; **-JU-*** dövlət nömrə nişanlı, «*******» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JU-***; **JU-***; 90-JV-, **-JU-***; **-JU-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı, cəmi 20 ədəd yük avtomobili təhvil verilmiş, lizinqə verilmiş bir ədəd ******* markalı **-JZ*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində məhv olduğuna görə sığorta şirkəti tərəfindən qalıq dəyəri «xxxx» MMC-yə ödənilmiş və mübahisə predmetinə aid olunmamış, lizinq müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 və İddiaçı2 ilə «xxxx» MMC arasında xxx 2012-ci il tarixli, ***** saylı; xxx 2012-ci il tarixli, ***** saylı; xxx 2012-ci il tarixli, ***** saylı, xxxx 2012-ci il tarixli, ***** saylı; xxxxx 2013-ci il tarixli, ***** sayl ı zaminlik müqavilələri bağlanmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «*******» markalı, **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «********» markalı **-JU***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri istisna olmaqla digər lizinq obyektləri «xxxx» MMC tərəfindən iddiaçılardan geri alınmış, İddiaçı1 və İddiaçı2 xxx 2014-cü il tarixli bildiriş göndərilərək, «xxxx» MMC-yə olan 333.540 manat məbləğində borcun 5 bank günü ərzində ödənilməsi tələb edilmiş, lizinq müqavilələri üzrə borclar ödənilmədiyindən, ödənişlərdə gecikmələr olduğu üçün xxx 2014cü il tarixdən etibarən tərəflər arasında bağlanmış X3 müqavilələrinə «xxxx» MMC tərəfindən birtə rəfli qaydada xitam verilmiş, İddiaçı1 422.154 manat borcun ödənilərək, 10 ədəd lizinq obyektlərinin təhvil verilməsi, İddiaçı2 402.102 manat borcun ödənilərək, 9 ədəd lizinq obyektinin təhvil verilməsi tələb edilmiş, «xxxx» MMC tərəfindən İddiaçı1 və İddiaçı2 göndərilmiş 03.06.2015-ci il tarixli bildirişlə, lizinq ödənişlərinin həyata keçirilməsi ardıcıllığı pozulduğu üçün müqavilələrə birtərəfli qaydada xitam verildiyindən cavabdehlərdən geri götürülmüş «******» markalı **-JV-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobilləri satın almaq təklif edilmiş, əks halda avtomobillərin satılacağı bildirilmiş, ilk iddia üzrə iddiaçılar 13.10.2015-ci il tarixdə «iddia ərizəsinə əlavə» təqdim edərək «xxxx» MMC-yə ödənilmiş və lizinq ödənişləri zamanı hesaba alınmamış 389.730 manatın və həmin məbləğə 5 % məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin tələbin əsası kimi istinad edilən «xxxx» MMC-yə ödənişlər edilməsi barədə mədaxil qəbzlərinin əsilləri sübut qismində məhkəməyə təqdim edilməmiş, «xxxx» MMCyə avans olaraq ödənilmiş məbləğdən 120.000 manatı ilkin ödəniş qismində, 18.350 manatı bank mükafatı və bank xidmət haqqı kimi iddiaçıların adından «xxxx» MMC-yə ödənilmiş, qalan hissəsi iddiaçılara qaytarılmış, lakin pulun iddiaçılara qaytarıldığına dair qəbzlər cinayət işinin istintaqı zamanı istintaqı həyata keçirən orqana təqdim edildiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətlədirilməməsi ilə gəldiy i nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin möhürü ilə təsdiq edilmiş mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı1 tərəfindən «xxxx» MMC-yə lizinq obyekti olan lizinq obyektlərinin alqı-satqısı üzrə avans olaraq xxx 2012-ci il tarixdə 23.580 manat, xxx 2012-ci il tarixdə 111.000 manat, xxx 2012-ci il tarixdə 115.000 manat, xxx 2012-ci il tarixdə 10.000 manat, İddiaçı2 tərəfindən xxx 2012-ci il tarixdə 105.000 manat, xxx 2012-ci il tarixdə 2 0.000 manat, xxx 2012-ci il tarixdə 10.000 manat, xxx 2013-cü il tarixdə 100.000 manat, xxx 2013-cü il tarixdə 10.000 manat, xxx 2013-cü il tarixdə 10.000 manat, xxx.2013-cü il tarixdə 7.000 manat xxx 2014-cü il tarixdə 1.000 manat, xxx 2014-cü il tarixdə 500 manat – cəmi isə 528.000 manat ödəniş edilmişdir. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən «xxxx» MMCyə qarşı iddia tələblərinin əsasını təşkil edən qəbzlərin əsilləri məhkəməyə təqdim edilmədiyindən, o cümlədən avans olaraq «xxxx» MMC-yə 2012-ci ilin oktyabr ayınadək alqısatqı müqavilələri üzrə ödənilmiş 389.730 manat pulun tələb edilməsi üçün 2015-ci ilin oktyabr ayında iddia qaldırılaraq müqavilə tələbləri üzrə qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçılar tərəfindən ötürüldüyündən, ilkin iddia tələbi «xxxx» MMC-yə qarşı hissədə əsassız hesab edilərək, rədd edilməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əsasən 528.000,0 (389.730 + 138.000) manatın iddiaçılar tərəfindən avans olaraq üçtərəfli müqavilələrə əsasən «xxxx» MMC- yə ödənilməsi işin mübahisələndirilməyən halıdır və bu halı tərəflər təkzib etmirlər, pulların ödənişi barədə qəbzlərin surətləri iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən həmin qəbzlərin əsillərinə baxış keçirilərək iddiaçılara qaytrılmış və bu barədə məhkəmə iclas protokolunda da müvafiq qeydlər vardır (2-ci cild, səh 330). Beləliklə, iddiaçılar MPM-nin 77.1-ci maddəsinin tələblərinə riayət edərək, tərəflərindən 528.000 manatın «xxxx» MMC-yə ödənilməsini sübut etdiklərindən, bunun əksi ni, pulların qaytarılmasını zəruri bank, yaxud məxaric sənədlərinə istinad və onları təqdim etməklə sübut etmək isə cavabdehlərin vəzifəsidir. İş materiallarında isə həmin məbləğdən 138.000 manatın aidiyyəti üzrə ödənilməsinə dair sənəddən və maraqlı tərəfin heç bir konkret sübuta söykənməyən izahatından başqa heç bir mötəbər sübut olmasa da məhkəmələrin buna dair gəldiyi nəticə anlaşılan deyildir. Həmin məbləğin tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyü barədə gəlinən nəticə də iş materialları ilə təsdiq edilmir. «xxxx» MMC tərəfindən müqavilələrə birtərəfli qaydada xxx 2014-cü ildə xitam verildiyi və iddiaçıların 2015-ci ilin xxx ayında məhkəməyə müraciət etdikləri nəzərə alaınarsa iddia müddətinin ötürülmədiyi aydın olur. İddia müddətinin ötürüldüyü nəticəs inə gələn məhkəmələr isə həmin müddətin axımının başlanması anını dəqiq müəyyən etməli olduqları halda bunu etməmiş, bununla da Mülki Məcəllənin buna dair normalarının tələblərini pozmuşlar. Beləliklə, iş materiallarına əsasən 528.000 manatın iddiaçılar tərəfindən avans olaraq üçtərəfli müqavilələrə əsasən məhz lizinqə götürülmüş yük avtomobilləri üçün «xxxx» MMC-yə ödənildiyi təsdiq edildiyindən, kifayət qədər yüksək məbləğlərin həmin avtomobillərin dəyəri üzrə lizinq ödənişlərinə nə üçün aid edilməli olmadığı da məhkəmə əsaslandırmasından kənarda qalmışdır. Belə ki, iş üzrə müxtəlif lizinq müqavilələri bağlanmış olsa da həmin müqavilələrin obyektləri konkret dəyərə malik (52.000,0 manat, 45.000,0 manat və 40.000,0 manat dəyərində yük avtomobilləri), fərdiləşdirilə bilən, hər birinin ayrı ca rəsmi qeydiyyatı aparılan yük avtomobilləridir. Müqavilələr üzrə bu müddət arzində aparılmış ümumi ödənişlərin məbləği və lizinq obyektlərinin həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomobillərin lizinq müqavilələrinin şərtlərinə müvafiq olaraq iddiaçıların mülkiyyətinə verilməsi məsələsi də apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir və işə yenidən baxılarkən bu məsələ də hərtəfərli araşdırılaraq, işdəki sübutlar əsasında qanuni həllini tapmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi qismən - iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «*****» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair «xxxx» MMC-nin adına olan xxxx 2012-ci il, xxxx 2012-ci il və xxxx 2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması» və «xxxx» MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun «xxxx» MMC-yə ödənilməsinin təmin edilməsi üçün «*******» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «******» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobill ərin iddiaçılardan alınaraq «xxxx» MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilsə də, sonda yalnız «xxxx» MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçıllar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulmuş və müvafiq lizinq obyektləri «xxxx» MMC-yə qaytarılmaqla qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «******» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair «xxxx» MMC-nin adına olan xxx 2012-ci il, xxx 2012-ci il və xxx 2013cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması hissəsində apellyasiya məhkəməsi tərəfindən iddia tələbi faktiki həll edilməmiş qalmışdır. Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarına əsasən, ödənişlərdə gecikmələr olduğu üçün tərəflər arasında bağlanmış X2 müqavilələrinə xxx 2014-cü il tarixdən Cavabdeh” MMC tərəfindən birtərəfli qaydada xitam verilmiş, tərəflərin izahatlarına əsasən apellyas iya məhkəməsi müəyyən etmişdir ki, “******” markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “*****” markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri istisna olmaqla digər obyektlər Cavabdeh tərəfindən iddiaçılardan geri alınmış, iddiaçılar tərəfindən Cavabdeh-yə lizinq müqavilələri üzrə ilkin ödəniş, bank mükafatı və xərcləri olaraq 138.350 manat, lizinq ödənişləri üzrə 521.900 manat ödəniş edilmiş, iddiaçılar tərəfindən lizinq müqavilələri üzrə Cavabdeh-nə 660.250 manat ödəniş edildiyi halda dəyəri tam ödənilmiş lizinq obyektlərinin iddiaçıların mülkiyyətinə verilməsi təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş “İddia məbləğinin hesabatı” adlı sənədə əsasən məlum olur ki, müqavilələrə xitam verilən tarixə (28.11.2014-cü il) iddiaçıların Cavabdeh-nə 5 müqavilə üzrə ödəməli olduğu məbləğ 820.150 manat təşkil etmiş, iddiaçılar tərəfindən ödənişlərdə gecikmələri olduğundan ödənilmiş 521.900 manat məbləğin 460.579 manatı lizinq ödənişlərinə, 61.321 manatı dəbbə puluna aid edilmiş, həmin tarixə iddiaçıların lizinq ödənişləri üzrə 359.571 manat, dəbbə pulu üzrə 81.916 manat, cəmi 441.487 manat vaxtı keçmiş borcu olmuşdur. Apellyasiya Məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçıların müqavilələrə xitam verilən tarixə cəmi 304.736,85 manat əsas borc qalığı olmuş, lizinq ödənişlərinin gecikdirilməsi ilə əlaqədar iddiaçılara ümumilikdə 143.237 manat dəbbə pulu, o cümlədən müqavilələrə xitam verildikdən sonra lizinq obyektlərinin təhvil verilməməsi ilə əlaqədar 308.758 manat dəbbə pulu hesablanmışdır. Lizinq müqavilələrinin 10.1.3-cü və 10.2-ci bəndlərinə əsasən, “Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Müqavilələrin 10.3-cü bəndinə əsasən, lizinq verənin müəyyən etdiyi müddət ərzində Lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Lizinq verənə verilməyibsə, Lizinq verən Lizinq obyektini m əcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunu tələb edə bilər. Lizinq müqavilələrinin 5.7-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,1% məbləğində dəbbə pulununödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Müqavilələrin 10.5-ci bəndinə əsasən, lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. Müqavilə ləğv olunduğu andan 3 təqvim günü ərzində lizinq alan lizinq obyektinin alınması nda ük hüququna və lizinq obyektinin alıcısını göstərmək hüququna malikdir. Müqavilələrin 10.6-cı bəndinə əsasən, lizinq obyektinin satışından əldə edilmiş məbləğ müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, lizinq ödənişləri qrafıkinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə lizinq alan tərəfindən ödənilməli olan cərimə və ya dəbbə pulu, lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq verənin 3-cü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərinin ödənilməsi ilə bağlı lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa lizinq verən liz inq alandan bu fərqin ödənilməsini tələb edə bilər. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən qeyd edilmişdir ki, Cavabdeh müqavilələrin şərtinə uyğun olaraq müqavilələrə xitam verərək lizinq obyektlərini iddiaçılardan tələb etməklə yanaşı, eyni zamanda müqavilələr üzrə ödənilməli olan borcları da tələb etmiş, müqaviləyə zidd olaraq iddiaçıların borclarının bağlanılması üçün geri götürülmüş lizinq obyektlərinin satışını həyata keçirməmiş, halbuki, müqavilə şərtlərinə əsasən müqaviləyə xitam verildikdən sonra iddiaçılar onlardan geri alınmış lizinq obyektlərini əldə etməkdə üstünlük hüquqlarından istifadə etmədikdə müqavilələrin bəndinə əsasən lizinq obyektləri lizinq verən tərəfindən satışa çıxarılmalı, əldə edilmiş məbləğ müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldil məli, satışdan əldə edilmiş məbləğ borcun bağlanması üçün kifayət etməzsə borc iddiaçılardan tələb edilməli idi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılardan müqavilələr üzrə həm borcun, həm də lizinq obyektlərinin tələb edilməsi müqavilə şərtlərinə uyğun deyil, qarşılıqlı iddia pul tələbi ilə bağlı hissəsi məhkəmə tərəfindən düzgün dəyərləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilələrə xitam verilən tarix ə iddiaçıların ödədiyi 521.900 manat məbləğin 61.321 manat hissəsi dəbbə pulu borcuna çıxılmasa iddiaçıların 28.11.2014-cü il tarixə vaxtı keçmiş borcu cəmi (820150-521900=298250) 298.250 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xxx 2016-cı il tarixli 2374 saylı rəyi ilə dəbbə pulu borcu nəzərə alınmadan iddiaçıların xxx 2014-cü il tarixə vaxtı keçmiş borc məbləğinin cəmi 346.338,89 manat olduğu müəyyən edilmiş, Məhkəmə isə iddiaçıların vaxtı keçmiş borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğinin qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş hesabatdakı rəqəmlərlə uyğun olmadığını nəzərə alaraq ekspert rəyi ilə razılaşmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iki dəfə təyin edilmiş məhkəmə ekspertizaları nəticəsində də müxtəlif rəylər verilsə də, apellyasiya məhkəməsi tərəfindən bu rəylərin MPM-nin 88-ci və 103-cü maddələri baxımından düzgün qiymətləndirilməsi təmin edilməmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə uyğun olaraq bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verə n müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən qla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq -ququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur, izinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdə liyə əsasən bir şəxs zorclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanı n şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlid ir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, təxminən bir milyona yaxın məbləğdə pul ödəmiş iddiaçıllar İddiaçı1 və İddiaçı2 həm 473.168,91 manat məbləğində borcun «xxxx» MMC-nin xeyrinə tutulması, həm də faktiki dəyərləri ödənilmiş yük avtomobilləri ilə birlikdə bütün avtomaşınların-«******» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «*****» markalı **-JU-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin «xxxx» MMC-yə qaytarılması barədə nəticəyə gəlməklə apellyasiya məhkəməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, qanunsuz və ədalətlə tam səsləşməyən bir qətnamə qəbul etmişdir. İşə yenidən baxılarkən q eyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıların lizinq müqavilələri üzrə apardıqları bütün ödənişlər nəzərə alınmaqla onların faktiki borcları, bu borcların yaranması və gecikdirilməsi səbəbləri dəqiq müəyyən edilməli, yeddi il ərzində iddiaçıların sahibliyində və istifadəsində olan yük avtomobillərinin faktiki və real dəyərləri müəyyən edilməli, sübutların MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilməsi aparılmaqla mübahisənin obyektiv, qanuni və ədalətli həlli təmin edilməlidir. Cavabdehin kassasiya şikayəti faktiki olaraq borcun məbləği ilə bağlı olduğundan və iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi zərurəti olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçılar İddiaçı1 və İddiaçı 2 kassasiya şikayəti tam, cavabdeh «xxxx» MMC-nin kassasiya şikayəti isə qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-07/2018 saylı qətnaməsi ləğv ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti tam, cavabdeh «xxxx» MMC-nin kassasiya şikayəti isə qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar