Məhkəmə qərarları › İş №2-2(102)-201/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-201/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-201/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər 30.03.2022 Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli, 2-2(107)-121/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı il ə Cavabdeh arasında 2017-ci il 5 yanvar tarixli “Taxta altlıq (Paddon) məhsullarının alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı cavabdehə taxta altlıq (Paddon) məhsullarını verməyi, cavabdeh isə bunun əvəzində müqaviləyə əsasən tərtib olunmuş təhvil aktında müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Elektron qaimə-fakturalara əsasən, müqavilədən irəli gələn öhdəliklər üzrə tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 16.000 manat məbləğində borcun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2021-ci il 09 avqust tarixdə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək, cavabdeh tərəfindən 1.900 manat ödəniş edildiyini, 14.100 manat məbləğində borcun qaldığını bildirmiş, həmin məbləğin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2017-ci il 05 yanvar tarixli müqaviləyə əsasən, cavabdeh "taxta altlıq (paddon)" məhsullarını iddiaçıya sataraq həmin məhsulları onun mülkiyyətinə verməyi, iddiaçı isə malları qəbul edərək onun dəyərini cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı 2017-ci il 30 yanvar tarixindən başlayaraq 2017-ci il 09 avqust tarixinə kimi hissə-hissə olmaqla, cəmi 151.576 (bir yüz əlli bir min beş yüz yetmiş altı) manat pul köçürmüş, qarşılığında isə cavabdehdən cəmi 135.576 (bir yüz otuz beş min beş yüz yetmiş altı) manat dəyərində mal qəbul etmişdir (fərq 16.000-on altı min manat). Cavabdeh ona köçürülmüş pula münasibətdə öhdəliklərini qismən yerinə yetirmiş, 135.576 (bir yüz otuz beş min beş yüz yetmiş altı) manat dəyərində malı iddiaçıya çatdırsa da, yerdə qalan 16.000 (on altı min) manat dəyərində malı çatdırmamışdır. İddiaçı sifarişindən imtina etmiş və cavabdehdən son ödənilmiş 16.000 manatını geri tələb etmişdir. Cavabdeh isə pulu digər müştərilərinin sifarişinə xərclədiyini və "imkanı olan kimi ən qısa zamanda pulu qaytaracağını" bildirsə də, hal-hazıradək qaytarmamışdır.

5. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 14.100 (on dörd min yüz) manat borc və öd ənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarındakı sənədlərə əsasən cavabdeh 135.576 manat dəyərində malı iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh 16.000 (ödəniş tapşırığı № 000187) manat dəyərində malı iddiaçıya çatdırmamışdır. Bundan sonra iddiaçı ümumiyyətlə sifarişdən imtina etmiş, cavabdehə son ödənilmiş 16.000 manat pulu geri tələb etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən cavabdeh müqavilə üzrə 1900 manat məbləğində ödəniş etmiş və 14.100 manat borcu qalmışdır (bax yuxarıda § 1).

7. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “Vergi Məcəlləsi”) 71-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bun dan sonra – “Mülki Məcəllə”) 329.2, 385.1, 386.1, 406.1, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 567, 442, 449.1, 578.1, 600-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli, 2-2(107)-121/2021 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən), V.İ.Məlikov və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, e-2-2(117)-432/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəm əsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 1, 6) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

11. Həmçinin Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclası 2021-ci il 14 iyul tarixə təyin edilmiş və cavabdehin adına yazılan 2021-ci il 30 iyun tarixli məhkəmə bildirişi poçt vasitəsilə “ünvan 1 ünvanına göndərilmiş və 2021-ci il 10 iyul tarixdə sözügedən məhkəmə bildirişi cavabdeh tərəfindən poçt xəbərnaməsinə (iş.v.53) imza edilməklə qəbul edilmişdir. Bununla da məhkəmə bildirişi 2021-ci il 10 iyul tarixdə cavabdehə rəsmi qaydada verilmişdir.

12. Bundan sonra eyni qaydada birinci instansiya məhkəməsinin yekun iclası, yəni 2021-ci il 30 iyul tarixə təyin edilmiş və cavab dehin adına yazılan 2021-ci il 14 iyul tarixli məhkəmə bildirişi poçt vasitəsilə yuxarıda göstərilən ünvanına göndərilmiş və 2021-ci il 26 iyul tarixdə sözügedən məhkəmə bildirişi cavabdeh tərəfindən poçt xəbərnaməsinə (iş.v.61) imza edilməklə qəbul edilmişdir.

13. Məhkəmə iclasının 2021-ci il 30 iyul tarixə təyin edilməsi barədə cavabdehin ******-**-** nömrəli telefonuna "AZEMİS" vasitəsilə SMS göndərilmişdir. (iş.v.59) Təyin olunmuş vaxtda cavabdeh gəlməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Belə olan halda, cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak etmək və iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək imkanı olsa da, bunu etməmişdir.

14. Cavabdeh apelyasiya şikayətində iddiaçı i lə aralarında müqavilənin olduğunu, lakin iddiaçının iddia müddətini ötürməklə iddia qaldırdığını göstərsə də, məhkəməyə ünvanladığı ərizəsində iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin hamısının saxta olduğunu və həmin sənədlərin heç birinə imza etmədiyini göstərmişdir.

15. Məhkəmə bu qənaətini Mülki Məcəlləsinin 385.1, 386.2, 389.1, 390.1, 389.3, 399.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Məhkə mə cavabdehin imza atmadığı müqaviləyə əsaslanaraq iddianı təmin etmiş, halbuki, sonuncu ərizəsində xətşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir.

18. Cavabdeh iddiaçı şirkətlə müqavilə bağlamadan işləmiş və müvafiq malı verib pulunu almışdır. Yuxarıda qeyd olunan müqavilə saxtadır. Məhkəmə xətşünaslıq ekspertizası təyin etməli, sonra isə pul tələbinə dair hissəyə qiymət verməli idi.

19. Həmçinin məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi borc məbləği 2017-ci ildə yaranmış və 3 illik iddia müddəti ötürülmüşdür. İş isə məhkəməyə 2021-ci il tarixində verilmişdir.

20. Kassasiya şikayəti Mülki Məcəllənin 372.1, 373.2-ci, Mülki Prosessual Məcəlləni n 9.3, 97-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, apelyasiya şikayəti vermiş cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumatlı olsa da, heç bir üzrlü səbəb olmadan məhkəmə proseslərində iştirak etmədiyi halda, iddiaçı məhkəmə proseslərində iştirak edib, bütün sübutları məhkəməyə təqdim etmiş və toplanmış sübutlar əsasında məhkəmə qanuni qətnamə çıxarmışdır.

22. Apelyasiya şikayətində olduğu kimi cavabdeh iddia müddətinin ötməsinə görə kassasiya şikayətində iddianın rədd edilməsini tələb etmişdir.

23. Ödəniş qəbzlərinə görə, cavabdeh 2019-cu il 22 oktyabr tarixdə 1.000 (bir min) manat, 2019-cu il 26 noyabr tarixdə 700 (yeddi yüz) m anat, sonuncu dəfə 2021-ci il 29 iyul tarixdə isə iddiaçıya 200 (iki yüz) manat pul, cəmi 1.900 (bir min doqquz yüz) manat pul ödəmişdir. Göründüyü kimi iddia müddətinin axımı bitməmişdir.

24. Bundan başqa, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, guya tərəflər arasında imzalanmış müqavilə onun tərəfindən imzalanmamışdır və şirkətdə yeyinti olduğundan pul ondan əsassız tələb edilir. Lakin iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları, qaimə-fakturalar və digər sənədlərdən görünür ki, cavabdeh tərəfindən göstərilən xidmətlərə görə ödəniş məhz onun VÖEN və Bank hesabı əsasında ödənilmişdir.

25. Etiraz Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 157.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən iki ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün i şin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər”. “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır”. “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməmə si anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi”; “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcl u onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli, 2-2(107)-121/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməl idir.

32. İş materiallarında olan cavabdehin elektron qaydada təqdim edilmiş ərizəsindən müəyyən olunur ki, Cavabdeh səhhətində yaranan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə və digər sənədlərin saxta olduğunu, həmin sənədləri imzalamadığını bildirməklə yanaşı, eyni zamanda məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qeyd edilən mövqeyini öz qətnaməsində onun izahatı kimi qiymətləndirmiş, birinci instansiya məhkəməsinin bildirişlərinin qanunla müəyyən edilmiş qaydada cavabdehə çatdırılmasına baxmayaraq, onun məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən MPM-in 185.5-ci maddəsinə uyğun olar aq işə baxan birinci instansiya məhkəməsinin haqlı olduğu qənaətinə gəlmiş, bunun nəticəsi olaraq isə birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmək və iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək imkanı olan cavabdehin ərizəsinin qəbul edilməsini mümkün hesab etməmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi ilkin apelyasiya şikayətində iddiaçı ilə aralarında müqavilə olduğunu, lakin iddia müddətinin ötürüldüyünü qeyd edən cavabdehin sonradan verdiyi ərizədə iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin saxta olması barədə mövqeyini əsaslı hesab etməmişdir.

34. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyini öz qətnaməsində əks etdirmiş və apelyasiya şikayətinin dəlillərinə qiymət verməklə təkzib etmişdir. Belə olan halda, işə kass asiya qaydasında baxan məhkəmə cavabdehin kassasiya şikayətinin “apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl edilməyərək, onun əsasları və izahatı dinlənilmədən qətnamə qəbul edilməsi, iddia müddətinin tətbiqinə dair ərizəyə ümumiyyətlə qiymət verilməməsi” ilə bağlı dəlilləri ilə razılaşmır.

35. Cavabdehin kassasiya şikayətinin “birinci və apelyasiya instansiyası məhkəmələrinin onun imzalamadığı müqaviləyə əsaslanaraq qətnamə qəbul etməsi, məhkəmələr tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməməsi” ilə bağlı dəlilləri üzrə qeyd edilməlidir ki, iş materiallarında olan qaimə-fakturalar, 2017-ci il 07 avqust tarixli, 16.000 manat məbləğində vəsaitin iddiaçı tərəfindən cavabdehin hesabına ödənilməsi ilə bağlı ödəniş tapşırığının mövcudluğu və cavabdeh in kassasiya şikayətindəki “iddiaçı ilə müqavilə bağlamadan işləməsi, mal verib pulunu alması” ilə bağlı mövqeyi tərəflər alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edir. Məhkəmə tərkibi qeyd edilənləri, mülki qanunvericiliklə alqı-satqı müqaviləsinin hər bir halda yazılı formada bağlanmalı olması barədə imperativ norma olmamasını, həmçinin, cavabdehin özü tərəfindən apelyasiya şikayətində müqavilənin mövcudluğunun mübahisələndirilməməsini nəzərə alaraq, kassasiya şikayətinin “alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən imzalanmaması, bunun müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilmədən pul tələbinə dair iddiaya qiymət verilməsinin mülki prosessual qanunvericiliyin pozuntusu olması” barədə dəlillərini əsaslı hesab etmir.

36. Beləliklə, işə kassasiya qaydasında baxan məhk əmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli, 22(107)-121/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

38. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli, 2-2(107)-121/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar