Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-202/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin İddiaçı A-nın cavabdeh "B"-yə və qarşılıqlı iddiaçı "B"-nin qarşılıqlı iddia üzrə cavabdeh "A"-ya qarşı iş üzrə QƏRARI açar sözlər: (alqı-satqı müqaviləsi üzrə yaranmış 47.001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10 % miqdarında pul məbləğinin tutulması və 01.10.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı A-n ın cavabdeh B-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış 47.001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10 % miqdarında pul məbləğinin tutulması” barədə ilk iddiasına və Bnin A-ya qarşı “01.10.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2-2(107)-ŞAM/2020 saylı qətnaməsindən B və onun vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı A cavabdeh B-yə qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış 47.001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnaməni n tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, B (alıcı) ilə iddiaçı "Q" MMC (satıcı) (indiki "İddiaçı" A) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəyyən edilmiş şərtlər əsasında malları "Satıcı" satmağı, "Alıcı" isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə iddiaçı tərəfindən tamamilə icra olunsa da, B öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Belə ki, B müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 47.001 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. 21 yanvar 2017-ci il tarixli "Hesablaşmaların qar şılıqlı üzləşdirilməsi aktı"na əsasən, B-nin iddiaçıya 60.380 manat məbləğində borcunun mövcud olduğu müəyyən edilmişdir. Müəyyən ödənişlər edilsə də, tərtib edilmiş 23 aprel 2018-ci il tarixli "Üzləşdirmə aktı"na əsasən, cavabdehin iddiaçıya 48.460 manat borcu qalmışdır. 26 noyabr 2018-ci il tarixli kassa ödəniş aktına, eyni tarixli 32488 №-li kassa mədaxil orderinə əsasən, sonuncu ödəniş edilməklə hal-hazırda cavabdehin 47.001 manat məbləğində icra olunmamış pul öhdəliyi mövcuddur. Tərəflər arasında əldə edilmiş razılığa əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəqd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Məsələni həll etmək məqsədilə dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, göstər ilən xəbərdarlıqları cavabsız qoyaraq, borcu ödəməmişdir. Cavabdeh iddiaçının tikinti materiallarını sataraq gəlir əldə etməklə, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla iddiaçının pul vəsaitindən faydalanmışdır. Halbuki həmin vəsaiti iddiaçı istifadə etmiş olsaydı, ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Odur ki, əldən çıxmış fayda əsası ilə borc məbləğinin 10%-i də qətnamənin icra ediləcəyi günədək cavabdehdən tutulmalıdır. İlkin iddia üzrə cavabdeh isə İddiaçıya qarşı "01.10.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi" barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, o, həmin müqaviləni im zalamamışdır. Bundan başqa, müqavilənin nömrəsi yoxdur, həm də müqavilənin tarixi 01.10.2012-ci il kimi göstərilsə də, müqavilədə onun 31.12.2011-ci ilədək qüvvədə olması qeyd edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(84)-Şİİ/2019 saylı 04.11.2019-cu il tarixli qətnaməsi ilə (hakim: V.Q) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh B-dən 47.001 manat məbləğində pul alınaraq İddiaçı A-ya ödənilməsi qət edilmişdir. İlkin iddianın əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması hissəsində təmin edilməmişdir. Qarşılıqlı iddia təmin edilmiş, "C" MMC ilə B arasında bağlanmış 01.10.2012-ci il tarixli müqavilə (Həvəsləndirmə kampaniyası) etibarsız hesab edilmiş, məhkəmə xərcləri Byə aid edilmiş, ondan 30 manat dövlət rüsumu alınaraq ilkin İddiaçıya, 140 manat ekspertiza tədqiqatının dəyəri isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi 2-2(107)-ŞAM/2020 saylı 05.03.2020-ci il tarixli qətnaməsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli e-2-2(084)Şİİ/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakim: V.M). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05.03.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və onun vəkili və nümayəndəsi tərəfindən kassasiya şikayəti verilərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh hesab edir ki, məhkəmə kollegiyası 23 aprel 2018-ci il tarixli üzləşdirmə aktına istinad etməkdə haqlı olmamışdır. Belə ki, ilkin sənəd olan 01 oktyabr 2012-ci il tarixli müqavilə etibarsız hesab edildikdə ondan sonrakı sənədlər etibarlı hesab edilə bilməz. Bundan əlavə cavabdeh bildirmişdir ki, məhkəmə 47.001 manat məbləğində pulun alınaraq İddiaçı A-ya ödənilməsini qət etsə də həmin pulun yaranma mənbəyini müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında İddiaçı A tərəfindən Cavabdeh B-yə hər hansı bir məbləğdə malın verilməsinə dair hər hansı qaimə faktura əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin borcun doğrudan da olub olmaması ilə bağlı sorğu verilməmiş və malların cavabdehə verilməsinə dair qaimə fakturalar tələb edilməmişdir. Bundan əlavə, məhkəmə qarşılıqlı iddianı təmin edərək həmin müqaviləni etibarsız hesab etsə də ilk iddianı təmin etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilə etibarsız sayıldığı andan həmin müqavilədən əmələ gələn öhdəliklər də etibarsız hesab olunmalı idi. Bundan əlavə, iddia ərizəsinə nəzər saldıqda görünmüşdür ki, İddiaçı A 1 oktyabr 2012-ci il tarixli müqaviləyə istinad edərək iddia tələbində qeyd edilmiş 47.001 manat pulu tələb etmişdir. Həmin müqavilə də etibarsız hesab edildikdə iddiaçının həmin pulu tələb etmək üçün heç bir subyektiv hüququ belə olmur. Həmçinin müvafiq ekspertiza rəyi i lə 23 aprel 2018-ci il tarixli aktda “Müştəri” hissəsində “QEYD” qrafasında “yerində 100 AZN verildi” yazılar, “Müştəri tərəfindən:” hissəsində “Profili:, Ünvan (tic.), Ünvan (fakt.), Əlaqə TEL.” qrafasındakı yazılar ilkin cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edildiyi müəyyən edilmişdir. Belə olan halda həmin akta sübut kimi istinad edilməsi yolverilməzdir. Beləliklə işdən göründüyü kimi, məhkəmə kollegiyası işin faktiki hallarını araşdırmamış və düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə cavabdeh bildirmişdir ki, Şəki İnzibati İqtisadi məhkəməsində işə baxılarkən məhkəmə aidiyyatı qaydaları da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı ərazi vergilər idarəsinin 11 mart 2020-ci il tarixli “Fəaliyyətin dayandırılması haq qında” arayışdan görünür ki, məlumat bazasına əsasən vergi ödəyicisi B-nin (VÖEN **********) vergi orqanında fəaliyyəti 27.08.2012-ci il tarixdə dayandırılmış, 21.08.2018-ci il tarixdə aktivləşmişdir. Vergi ödəyicisinin 01.04.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti həmin tarixdən dayandırılmışdır və hazırda fəaliyyəti passivdir. İş materiallarında nəzər saldıqda görünür ki, iddia ərizəsi məhkəməyə 23 may 2019-cu il tarixdə daxil olmuşdur. Ancaq Cavabdeh B vergi orqanında fəaliyyəti isə vergi ödəyicisinin 01.04.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti həmin tarixdən dayandırılmışdır. Məhkəmə işə baxarkən aidiyyət qaydalarını pozmuş, işə ümumi məhkəmədə baxılmalı olduğu halda Şəki İnzibati İqtisadi məhkəməsində baxılmaqla qanunsuz qətnamə qəbul edilmiş və apellyasiya instansiyas ı məhkəməsi də işin bu hallarını nəzərə almamışdır. Kassasiya şikayətinə etiraz İlkin iddiaçı kassasiya şikayətinə aşağıda qeyd edilənlərə əsaslanaraq əsassız hesab etdiyi üçün etiraz etmişdir. İlk olaraq bildiririk ki, cavabdeh iddianı qəbul etməyərək 01.10.2012-ci il tarixli alqısatqı müqaviləsini imzaladığını və heç bir borcunun olmadığını iddia edir. Lakin özü işin halları ilə bağlı birinci instsansiya məhkəməsinə izahat verərəkən, borcunun olduğunu, 15 ilə yaxın müəssisə ilə alqı-satqı etdiyini və malları təhvil alaraq üzləşdirmə aktlarını imzaladığını təsdiq etmişdir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2019-cu il tarixli, 21621 nömrəli ekspert rəyinə əsasən, 24.01.2017-ci il tarixli "Müştəri" hissəsində "qalıq kreditor borc" qrafasında "алтмыш мин уч jyз cəkcəh" yazıları ndan, "İmza" qrafasındakı "imzadan" və "Əлиjев Б" yazılarından, 23.04.2018-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kreditor borc" qrafasında "гырх сəккиз мин дорд jyзалтмыш" yazılarından, "İmza" qrafasındakı "imzadan" və "Əлиjев" yazısı – Cavabdeh B tərəfindən icra olunmuşdur. Bundan başqa cavabdeh uzun illər müəssisədən mal alıb satdığını etiraf etsə də, ödənişlərlə bağlı heç bir sübut təqdim etməmişdir. İkinci bir tərəfdən, alıq-satqı müqaviləsinə imza etmədiyini bildirsə də, digər tərəfdən müəssisə ilə aralarındakı razılaşmaya əsasən, bonus kampaniyasına düşməli olduğunu, hər satılan kisəyə görə ona müəyyən miqdarda endirimlər edilməli olduğunu tələb etmişdir. Cavabdehin izahatındakı uyğunsuzluq məhkəməyə yalan izahat verməsinin və müqaviləni etiraf etməsinin aşka r sübutudur. Yazılı müqavilənin olduğunu təkzib etsə də, izahatında bunu aşkar şəkildə etiraf etmiş sayılır. Belə ki, tərəflər arasında bağlanmış 01.10.2012-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavənin (Spesifikasiya) qeyd hissəsində "Alıcı" aşağıdakı qrafaya uyğun müddətdə adı çəkilən malları satarsa, qoyulmuş müddət ərzində ödəmə edib borcunu tam bağlayarsa, satılmış məhsulun miqdarına uyğun hədiyyəni qazanacaq. Bonus kampaniyasının müştəri Cavabdeh B-yə tətbiq edilməməsinə səbəb isə borcunu vaxtında ödəməməsi olmuşdur. Bildiririk ki, yazılı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş bonus kampaniyası olmadan müştərilərə müəyyən endirimlərin edilməsi mümkünsüzdür. Endirimlərin həcmi və tətbiqi qaydası yalnız müqavilədə qeyd olunmuş qrafik əsasın da tətbiq olunur. Üçüncüsü, işin hallarının hərtərəfli araşdırılması məqsədilə üzləşdirmə aktlarını imzalayan müəssisənin əməkdaşlarının (audit-təftişçi və satış təmsilçisinin) şahid qismində dindirilməsi məhkəməyə təklif olunmuşdur. Lakin yekun məhkəmə aktının qəbul edilməsi üçün yetərincə sübut olduğundan nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bunu zəruri hesab etməmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasassiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 mart 2020-ci il tarixli q ətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan: İddiaçı A-nın Nizamnaməsindən görünür ki, həmin Nizamnamə 19.11.2004-cü ildə "C" MMC kimi dövlət qeydiyyatına alınmış, 28.09.2015-ci ildə "Q" MMC adlandırılmış, 05.06.2018-ci ildə isə "İddiaçı" A adlandırılmış cəmiyyətin Nizamnaməsinin dördüncü redaksiyasıdır. "C" MMC ilə Cavabdeh B arasında bağlanmış 01.10.2012-ci il tarixli "Müqavilə (Həvəsləndirmə kampaniyası)"ndan görünür ki, bu müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları göstərilən (qeyri-sement məhsulları) malları satıcı satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndindən görünür ki, müqavilə imzalandığ ı tarixdən qüvvəyə minir və 31 dekabr 2011-ci ilə qədər qüvvədədir. Tərəflər arasında tərtib edilmiş 24.01.2017-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh B iddiaçı A-ya 60.380 manat borcu var. Tərəflər arasında tərtib edilmiş 23.04.2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh B-nin iddiaçı A-ya 48.460 manat borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli 21621 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş, mülki işin 83-cü vərəqəsində olan 24 yanvar 2017-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kredit borc" qrafasında "Атмыш мин уч jyз cəkcəн" yazılarından, "Müştəri tərəfindən:" hissəsində "İmza:" qrafasındakı imzadan və "Ə лиjев Б" yazılarından; 84-cü vərəqəsində olan 23 aprel 2018-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kredit borc" qrafasında "гых-сəккиз мин дöрд jyз Атмыш" yazılarından, "Müştəri tərəfindən" hissəsində "İmza:" qrafasındakı imzadan və "Əлиjeв" yazısı Cavabdeh B tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, mülki işin 79-80-ci vərəqələrində "C" MMC ilə Cavabdeh B adından bağlanmış olan 01 oktyabr 2012-c il tarixli müqavilədə "Alıcı" hissəsində "SAAA" qrafasında "Cavabdeh B" yazıları və "Alıcı" qrafasındakı imza, 83cü vərəqəsində olan 24.01 2017-ci il tarixi üzləşdirmə aktında "Müştəri tərəfindən" hissəsində "Profili:”, “Ünvan (tic)”, “Ünvan (hüq.)”, "Əlaqə TEL." qrafalarındakı yazılar, 84-cü vərəqəsində olan 23 aprel 2018-ci il tarixli üzləşdirmə aktındakı "Müştəri" hissəsində "QEYD" qrafasında "yerində 100 AZN verildi" yazılar, "Müştəri tərəfindən:" hissəsində "Profili:”, “Ünvan (tic.)”, “Ünvan (fakt.)”, “Əlaqə TEL." qrafalarındakı yazılar Cavabdeh B tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə 01.10.2012-ci il tarixli "Müqavilə (Həvəsləndirmə kampaniyası)"nın etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddianın əsaslılığına qiymət verilməsini zəruri hesab etmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədə Cavabdeh B-nin adının qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdik ləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Sadalanan normalara görə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq qənaətə gəlmişdir ki, sözügedən yazılı müqavilə cavabdeh tərəfindən imzalanmadığı üçün etibarsız hesab edilməlidir. İlkin iddiaya gəldikdə isə apellyasiya qay dasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında tərtib edilmiş 24.01.2017-ci il tarixli üzləşdirmə aktına görə, cavabdeh iddiaçıya 60.380 manat borcunun olmasını, 23.04.2018-ci il tarixli üzləşdirmə aktına görə isə, 48.460 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehin nümayəndəsi izahatında bu üzləşdirmə aktlarını belə izah etdi ki, iddiaçının işçiləri cavabdehi gələcəkdə satış üçün tikinti materialları ilə təmin edəcəyini vəd edərək onu aldadıb aktları imzalatmışlar. Lakin cavabdehin nümayəndəsi nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu xüsusatı təsdiq edən hər hansı sübut təqdim edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. İşin materiallarından görünür ki, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxsi sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmada n varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya 23.04.2018-ci tarixə 48.460 manat borcunun olduğunu etiraf etdiyinə, həmin məbləği qaytarması barədə sübut təqdim edə bilmədiyinə görə, 47.001 manat pulun cavabdehdən tutulması barədə iddiaçının tələbi təmin edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həm ilkin iddia, həm də qarşılıqlı iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmiş, ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən, iş üzrə sübutları qiymətləndirilməklə düzgün nəticəyə gəldiyindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 mart 2020-ci il tarixli, 22(107)-6/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kassasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin ilkin sənəd olan 01 oktyabr 2012-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən ondan sonrakı sənədlərin eti barlı hesab edilməsinin mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, üzləşdirmə aktları bir tərəfdən, tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edən sübutdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində alqı-satqı müqaviləsinin yazılı qaydada bağlanmalı olmasına dair imperativ tələb nəzərdə tutulmamışdır. Digər tərəfdən, üzləşdirmə aktlarının özləri də hər iki tərəfin imzaladığı və Cavabdeh B-nin İddiaçı A qarşısında borc öhdəliyinin mövcudluğunu təsdiq edən razılaşma sənədi, yəni müstəqil əqd kimi qəbul oluna bilər. Göründüyü kimi, istənilən halda 01 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üzləşdirmə aktlarının da etibarsız olmasına dəlalət etmir. Şikayətçinin digər dəlilinə görə, məhkəmə 47.001 manat məbləğində pulun alınaraq İddiaçı A -ya ödənilməsini qət etsə də həmin pulun yaranma mənbəyini müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında İddiaçı A tərəfindən Cavabdeh B-yə hər hansı bir məbləğdə malın verilməsinə dair hər hansı qaimə faktura əlavə edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin borcun doğrudan da olub olmaması ilə bağlı sorğu verilməmiş və malların cavabdehə verilməsinə dair qaimə fakturalar tələb edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin materiallarında mübahisə predmeti olan alqı-satqı münasibətindən başqa, tərəflər arasında hər hansı digər işgüzar münasibət lərin olduğunu təsdiq edən sübut yoxdur. Əgər cavabdeh bunun əksini iddia edirsə, öz mövqeyini təsdiq edən sübutlar təqdim etməli idi. Malın verilməsini təsdiq edən qaimə fakturaların olmamasına gəldikdə isə, üzləşdirmə aktlarına imza etməklə cavabdeh B iddiaçı A-ya borclu olmasını etiraf etmişdir. Hətta son üzləşdirmə aktında Cavabdeh B-nin imzasından əvvəl müştəri kimi onun adından qeyd olunmuşdur ki, “Təsdiq etdiyim qalıq kreditor borcu dəqiqləşdirmişəm. Gələcəkdə bu qalıq kreditor borcda hər hansı fərqin olması ilə bağlı iddiam olmayacaq”. Qeyd olunanlar alınan malların alıcıya təqdim olunmasını, başqa sözlə satıcının öz öhdəliklərini icra etdiyini, aldığı malın dəyərini ödəməyən alıcının isə öz öhdəliklərini icra etmədiyini güman etməyə kifayət qədər əsas verir. Həmçinin şikayətçi hes ab edir ki, müvafiq ekspertiza rəyi ilə 23 aprel 2018-ci il tarixli aktda “Müştəri” hissəsində “QEYD” qrafasında “yerində 100 AZN verildi” yazılar, “Müştəri tərəfindən:” hissəsində “Profili:, Ünvan (tic.), Ünvan (fakt.), Əlaqə TEL.” qrafasındakı yazılar Cavabdeh B tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edildiyi müəyyən edilmişdir. Belə olan halda həmin akta sübut kimi istinad edilməsi yolverilməzdir. Lakin elə həmin ekspert rəyində bildirilmişdir ki, 24 yanvar 2017-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kredit borc" qrafasında "Атмыш мин уч jyз cəkcəн" yazılarından, "Müştəri tərəfindən:" hissəsində "İmza:" qrafasındakı imzadan və "Əлиjев Б" yazılarından; 84-cü vərəqəsində olan 23 aprel 2018-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kre dit borc" qrafasında "гых-сəккиз мин дöрд jyз Атмыш" yazılarından, "Müştəri tərəfindən" hissəsində "İmza:" qrafasındakı imzadan və "Əлиjeв" yazısı Cavabdeh B tərəfindən icra olunmuşdur. Ekspert rəyindən göründüyü kimi, qalmış borcun məbləği sözlərlə məhz Cavabdeh B-nin özü tərəfindən tərəfindən yazılmış, habelə aktların müvafiq qrafalarındakı imzalar da onun tərəfindən çəkilmişdir. Deyilənlər borc öhdəliyinin Cavabdeh B tərəfindən etiraf olunduğu təsdiq edən tutarlı dəlillərdir. Şikayətçi hesab edir ki, vergi ödəyicisi kimi Cavabdeh B-nin fəaliyyəti 01.04.2019-cu il tarixdən rəsmi qaydada dayandırıldığından məhkəmə işə baxarkən aidiyyət qaydalarını pozmuş, işə ümumi məhkəmədə baxılmalı olduğu halda Şəki İnzibati İqtisadi məhkəməsində baxılmışdır. Məhkəmə kollegiyası şikayətçinin bu dəlil i ilə də razılaşmır. Vergilər Məcəlləsinin 16.3cü maddəsindən görünür ki, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılması müvəqqəti xarakter daşıyır. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılması vergi ödəyicisinin vergi uçotundan çıxarılmasına, sahibkar statusunun itirilməsinə səbəb olmur. Belə ki, həmin Məcəllənin 34.7.3-cü maddəinə görə, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması fəaliyyətinə xitam verildikdə; məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; vəfat etdikdə mümkündür. Beləliklə, hazırkı mübahisə Şəki İnzibati İqtisadi məhkəməsində icraata qəbul olunarkən və bu işə baxılarkən aidiyyət qaydaları pozulmamışdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.