Məhkəmə qərarları › İş №2-2(102)-204/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-204/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-204/2022 30.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Sumqayıt-X1 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "Sosial Xidmətlər Agentliyi"nə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Sumqayıt-X1 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Sosial Xidm ətlər Agentliyi"nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-1017/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 10 mart tarixli 01 saylı malların satınalma müqaviləsinə görə, “sifarişçi” 225411 - “İnventarın alınması” xərc maddəsi üzrə malların satın alınması üçün icraçının 24.992,40 (iyirmi dörd min doqquz yüz doxsan iki manat 40 qəpik) manat məbləğində kotirovka təklifini qəbul etmişdir.

2. Müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən, “icraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “sifarişçi”yə satınalınan malların təhvil verilməsini öhdəsinə götür ür, mallar icraçının kotirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir, “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “icraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

3. Müqavilənin 8-ci bəndinə əsasən, mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır.

4. Müqavilənin 9-cu bəndinə əsasən, müqavilə “sifarişçi” və “icraçı” tərəfindən imzalandığı andan qüvvəyə minir, 2017-ci il 30 dekabr tarixədək qüvvədə qalır.

5. Müqavilənin 9.3-cü bəndinə əsasən, müqavilənin ic rası “sifarişçi” tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda “icraçı”nın müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 6. 2017-ci il 30 mart tarixli təhvil-təslim aktına görə, 24.992,40 manat məbləğində – 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər "xxxx"yə təhvil verilmişdir.

7. Sumqayıt-X1 Səhmdar Cəmiyyətinin Müharibə və əmək əlilləri üçün Pansionata ünvanladığı 2020-ci il 13 noyabr tarixli pretenziya məktubu ilə tərəflər arasında bağlanmış 2017-ci il 10 mart tarixli 1 saylı Malların satınalma müqaviləsi üzrə yaranmış 24.992,40 manat borc məbləğinin və 20.000 manat maddi zərərin (əldən çıxm ış faydanın) 5 gün ərzində ödənilməsi təklif olunmuş, əks halda tələb olunan dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Sumqayıt-X1 Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh “Müharibə və əmək əlilləri üçün Pansionat”a (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.992,40 manat məbləğində borcun (mebellərin dəyəri), 27.367 manat cərimə borcunun və 50.000 manat əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2017-ci il 10 mart tarixli, 01 saylı malların satınalma müqaviləsi nə əsasən 24.992,40 manat məbləğində 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər hazırlanmış, sifariş etdiyi mebellər cavabdehə təhvil verilsə də, sonuncu tərəfindən ödəniş edilməmişdir. Ona ünvanlanmış pretenziya məktubu ilə vaxt verilməsinə baxmayaraq, borc hal-hazıradək ödənilməmişdir. Müqavilənin 12-ci bəndinə əsasən sifarişçi ödəmələri həyata keçirmədikdə icraçının cərimə sanksiyası tətbiq etmək hüququ vardır. Cavabdeh sifariş etdiyi mebellərin dəyərini ödəməsini gecikdirmiş, nəticədə iddiaçıya zərər vurmuş və qazancı iddiaçının əlindən çıxmışdır (bax yuxarıda §§ 3-4, 7).

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(113)-597/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişd ir (hakim – A.Əliyeva).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilənin şərtlərinə əsasən həmin tarixdən 30 bank günündən gec olmamaq şərti ilə ödəmə aparılmalı idi, iş materiallarındakı təhvil-təslim aktına görə, icraçı tərəfindən mallar sifarişçiyə 30 mart 2017-ci il tarixdə təhvil verilmiş, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə 2020-ci il 30 noyabr tarixdə verilmiş, cavabdeh tərəfindən isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

12. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair müraciəti nəzərə alınaraq, bu mübahisə üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 372.2, 375.2, 373.2, 377.2, 380.1-ci mad dələrinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-1017/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(113)-597/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 24.992,40 manat əsas borcun, 2.499 manat cərimə borcunun, cəmi 27.491,4 manat pulun tut ulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə “Müharibə və əmək əlilləri üçün Pansionat” arasında bağlanmış 2017-ci il 10 mart tarixli 01 saylı “Malların satınalma müqaviləsi” əsasında iddiaçı tərəfindən alıcıya kotirovka təklifinə müvafiq olaraq 24.992,40 manat dəyərində müxtəlif mebellər satılmışdır.

17. İddiaçı tərəfindən “Müharibə və əmək əlilləri üçün Pansionat”a malların dəyərinin ödənilməsi barədə 2017-ci il 30 mart tarixdə göndərilmiş 074984 saylı qaimə-fakturanın kötüyü iş materiallarına əlavə edilmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirləri haqqında” fərmanına əsasən, "Sosial Xidmətlər Agentliyi"nin nizamnaməsi təsdiq edilmiş, Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 2019-cu il 22 iyul tarixli məktubuna görə, Fondun tabeliyində olan pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin borcunun yaxın vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur.

20. İddiaçı tərəfindən 2017-ci il 30 mart tarixdə müqavilə əsasında təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı iddia müddətinin axımı 2017-ci il 30 aprel tarixdən başlasa da (müqavilə şərtlərinə əsasən malın dəyərinin təhvil verildiyi vaxtdan ən geci 30 gün ərzində ödənilməli olduğu nəzərə alınaraq), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin iddiaçıya göndərdiyi 2019-cu il 22 iyul tarixli borcun etirafı və ödəniləcəyi vədi barədə məktubu iddia müddətinin axımını kəsdiyi üçün iddiaçı 2020-ci il 30 noyabr tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir.

21. İddiaçı iddia ərizəsində iddianın hüquqi əsası kimi podrat müqaviləsi ilə bağlı hüquq münasibətlərini tənzimləyən normalara istinad etsə də, tərəflər arasında bağlanmış müqavilə satınalma müqaviləsi olduğundan, mübahisə alqı-satqı müqaviləsi ilə bağlı hüquq normaları əsasında həll edilməlidir.

22. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilir ki, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, icraçı müqavilə qiymətinin 10 %-i miqdarında cərimə sanksiyası tətbiq edə bilər.

23. İddiaçının 2017-ci il 10 mart tarixli 01 saylı “Malların satınalma müqaviləsi” üzrə öhdəliyini icra edərək, 24.992,40 manat dəyərində malı cavabdehin hüquq varisliyi qaydasında öhdəliklərinə görə məsuliyyət daşıdığı “Müharibə və əmək əlilləri üçün Pansionat”a təhvil verdiyi işdəki sübutlarla təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin malların dəyərinin ödənildiyi sübut olunmadığından, iddia 24.992,40 manat əsas borcun və müqavilən in 12.2.-ci bəndində nəzərdə tutulmuş qaydada 2.499 manat cərimənin cavabdehdən tutulması hissəsində təmin edilməli, cərimə tələbi qalan hissədə rədd edilməlidir.

24. İddiaçı iddia ərizəsində 50.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etsə də, bu məbləğin hansı qaydada hesablandığını iddia ərizəsində əsaslandırmamış və əldən çıxmış fayda tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 380.1, 443.4, 567, 598.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” 2018-ci il 28 noyabr tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 27. 2017-ci il 10 mart tarixində bağlanmış malların satınalma müqaviləsinin 8-ci bəndinə əsasən "mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır”. Belə olduğu halda, ödənişin sonuncu günü 2017-ci il 28 aprel tarixi hesab olunur və iddia müddətinin axımı həmin tarixdən he sablanmağa başlanmışdır. Lakin məhkəməyə iddia ərizəsi 2020-ci il 30 noyabr tarixində daxil olmuşdur.

28. İddia tələbinin istinad edildiyi müqavilə hüquqi baxımından etibarsızdır və satınalma prosedurunun qanunvericilikdə nəzərdə tutulduğu şərtlərinə əməl edilməyərək, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur.

29. Qeyd olunan müqavilənin 2.1 və 2.2-ci bəndlərində kotirovka təklifinin qəbul edilməsinə istinad edilsə də, satınalma proseduru və hər hansı kotirovka sorğusu elanı həyata keçirilməmişdir.

30. Həmçinin "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beyn əlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə 2013-cü il 20 may tarixli, Q-12 saylı qərarına əsasən dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat, dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilmişdir.

31. Kassasiya şikayəti Mülki Məcəllənin 372, 375-ci, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2, 5, 16, 20, 37.5, 49-cu maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarş ı iddiaçı tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, cavabdeh kassasiya şikayəti vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürərək kassasiya şikayəti vermişdir. Hazırkı iş üzrə məhkəmənin 2021-ci il 22 sentyabr tarixli qətnaməsi 2021-ci il 01 oktyabr tarixdə elektron kabinetdə yerləşdirilmiş, iş üzrə tərəflər həmin tarixdən, yəni 2021-ci il 01 oktyabr tarixdən 2 ay ərzində kassasiya şikayəti vermək hüququ yaranmışdır. Kommersiya mübahisələri üzrə icraat, sənədlərin rəsmi qaydada verilməsi və şikayətlərin verilməsi ancaq elektron qaydada aparılır. Hazırda kassasiya şikayətini hansı qaydada vermişdirsə, o qaydada da cavabdehin vaxtında kassasiya şikayəti vermək imkanı olmuşdur.

33. Vəkil tərəfindən Bakı Apelyasiya Məhkəməsinə kommersiya mübahisələri üzrə elektron kabineti olmayan fiziki və hüquqi şəxslərin kommersiya mübahisələri üzrə apelyasiya şikayətlərinin, kassasiya şikayətlərinin kağız daşıyıcıda qəbul edilməsi mümkün olub-olmaması barədə məlumat verilməsi barədə sorğu verilmişdir.

34. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədrinin 2022-ci il 15 fevral tarixli, 31-124 saylı məktubu ilə bildirilmişdir ki, sənədlərin göndərilməsi, qəbulu, çatdırılması məhz elektron kabinet vasitəsi ilə həyata keçirilir. Sənədlərin digər qaydada verilməsi üçün hər hansı istisnanın olmadığı qeyd edilmişdir. Ziddiyyət isə ondan ibarətdir ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi V.Baxışova 2022-ci il 14 yanvar tarixli məktubu ilə cavabdeh Sosial Xidmətlər Agentliyinin qətnaməni 2021-ci il 13 dekabr tarixdə əldə etdiyini vurğulamışdır. Cavabdeh də kassasiya şikayətində qətnaməni 2021-ci il 13 dekabr tarixdə əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 10-1, 405.0.1, 408.1.4, 408.1.7-ci maddələrinə əsasən cavabdeh kassasiya şikayətini müddəti ötürməklə verdiyindən geri qaytarılmalıdır.

35. Həmçinin iddiaçı tərəfindən 2017-ci il 30 mart tarixdə müqavilə əsasında təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı iddia müddətinin axımı 2017-ci il 30 aprel tarixdən başlasa da (müqavilə şərtlərinə əsasən malın dəyərinin təhvil verildiyi vaxtdan ən geci 30 gün ərzində ödənilməli olduğu nəzərə alınaraq), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin iddiaçıya göndərdiyi 2019-cu il 22 iyul tarixli borcun etirafı və ödəniləcəyi vədi barədə məktub iddia müddətinin axımını kəsdiyi üçün iddiaçı 20 20-ci il 30 noyabr tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. İş materiallarında olan sübutlar təsdiq edir ki, cavabdeh kassasiya şikayətində qeyd etdiyi halları sübut edə bilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.

40. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir”. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır”. “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı m üqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir”. “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 2019-cu il tarixli 22 iyul tarixli **********3 nömrəli məktubunda, iddiaçı tərəfindən göstərilmiş xidmətə görə “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi”nin borcunun yaxın zamanlarda ödənilməsinin nəzərdə tutulduğu göstərilmiş, apelyasiya məhkəməsi də bununla bağlı o nəticəyə gəlmişdir ki, cavabdeh (sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərin hüquq varisliyi qaydasında cavabdehə keçməsi nəzərə alınmaqla) tərəfindən iddiaçıya göndərilmiş borcun etiraf edilməsi və ödənilməsi vədi haqqında məktubla iddia müddətinin axımı kəsilmişdir.

43. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmiş satınalma müqaviləsi və həmin müqavilənin əlavəsi olan təhvil-təslim aktı ilə iddiaçı tərəfindən cavabdehə 24.992,40 manat dəyərində mal təhvil verilməsi təsdiq edilir, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliyin müddəalarına əsasən “satınalma müqaviləsi malgöndərən və satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Buna görə də məhkəmə cavabdehin şikayətinin “iddia tələbinin istinad edildiyi müqavilənin hüquqi baxımdan etibarsız olması”na dair dəlillərinin əsassız olm ası qənaətinə gəlir, digər tərəfdən Müqavilənin 9-cu bəndinə əsasən, müqavilənin “sifarişçi” və “icraçı” tərəfindən imzalandığı andan qüvvəyə mindiyi, 30 dekabr 2017-ci il tarixədək qüvvədə olduğu razılaşdırıldığından və iddiaçı tərəfindən məhkəməyə 2020-ci il 30 noyabr tarixdə müraciət edildiyindən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin “iddia müddətinin ötürülməsi” ilə bağlı dəlilləri ilə razılaşmır.

44. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 22(103)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

46. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar