Məhkəmə qərarları › İş №2-2(102)-205/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-205/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-205/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Rövşən Mərəndskiyin iştirakı ilə, İddiaçı-nin cavabdeh “xxxx” ASC-yə qarşı istifadə olunmuş təbii qaza görə yaranmış 108950,02 manat borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-42/2019 saylı iş üzrə 17.01.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və cavabdeh hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərirlər. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə əsasında “xxxx” ASC-ni qazla təmin edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etrnəmış, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində “İddiaçı" İB-yə 01 noyabr 2017- ci il tarixə 108950,02 manat məbləğində borc yaranmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər aparılsa da, 108950,02 manat borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında 356 nömrəli 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilir ki, işlədilən hər bir kub metr təbii qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qətnaməsi ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2. 1-ci bəndinə görə qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktla istinad edilmiş müvafiq yazılı, göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilməlidır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci maddələrinə, MPM-in 149-cu, 150-ci maddələrinə əsaslanmışdır. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı istifadə olunmuş təbii qaza görə yaranmış 108950,02 manat borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutulara q ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 21.06.2018-ci il tarixli iş № 2-2(82)-110/2018, (sədrlik edən hakim Rüstəm Kərimli) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, istifadə olunmuş təbii qaza görə yaranmış 50161,66 manat borc məbləği və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsinin təmin olunmamış hissəsi ndə ləğv edilməsini, iddia tələblərinin isə tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17.01.2019-cu il tarixli iş № 2-2(103)-42/2019 (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,sözügedən akt iddiaçı tərəfindən “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tərtib edilmiş, vahid formalı və nömrələnmiş rəsmi sənəddir. Həmin aktl arın iddiaçının möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Belə ki, MPM-nin 89.3cü maddəsində qeyd edilir ki, lazımi sübutlarınəsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Belə olan halda məhkəmənin sözügedən aktların məhz notariat qaydasında təsdiq edilmiş surətlərinin olmamasına görə həmin sənədləri mötəbər sübut kimi qəbul etməməsi ilk növbədə MPM-nin tələblərinə ziddir.Həmçinin məhkəmə qətnaməni əsaslandırarkən yenə sübutları səhv qiymətləndirmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar MPM-də nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Halbuki MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla da həmin qətnamə ilə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Hesab edirik ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə bütün faktiki halları araşdırmamış və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia tələbi tam həcmdə təmin edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2-2(103)-42/2019 saylı qətnaməsinin iddia tələbi təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhk əmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qətnaməsinin iddia tələbi təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərarınAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Mərəndskiy kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhk əməsinin 17.01.2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının M PM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,sözügedən akt iddiaçı tərəfindən "Qazda n istifadə Qaydaları”na uyğun olaraq tərtib edilmiş, vahid formalı və nömrələnmiş rəsmi sənəddir. Həmin aktların iddiaçının möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Belə ki, MPM-nin 89.3-cü maddəsində qeyd edilir ki, lazımi sübutlarınəsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Belə olan halda məhkəmənin sözügedən aktların məhz notariat qaydasında təsdiq edilmiş surətlərinin olmamasına görə həmin sənədləri mötəbər sübut kimi qəbul etməməsi ilk növbədə MPM-nin tələblərinə ziddir. Həmçinin məhkəmə qətnaməni əsaslandırarkən yenə sübutları səhv qiymətləndirmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları MPM-də nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Halbu ki MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla da həmin qətnamə ilə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Hesab edirik ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə bütün faktiki halları araşdırmamış və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddia tələbi tam həcmdə təmin edilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsass ızdır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC təbii qazdan 14.04.2017-ci il tarixdə bağlanmış müqavilə əsasında istifadə edən istehlakçıdır. Cavabdehin qaz sayğacı istehlakçının təqsiri olmadan sıradan çıxmış, işlək vəziyyətdə olmayan sayğac akt əsasında 04.05.2017-ci ildə çıxarılmış, 09.06.2017-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Sayğacın olmadığı 36 gün üçün iddiaçı tərəfindən cavabdehə 94708,8 manat borc hesablanmışdır. İstehlakçının təqsiri olmadan qaz sayğacı zədələndiyi halda sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı qaydada nəzərdə tutulmuşdur. Həmin Qaydaların 5.4-cü bəndinə əsasə n qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışda n keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçının istinad etdiyi aktın işə əlavə edilmədiyini müəyyən etmişdir. Bununla yanaşı həqiqətən aktın 04.05.2017-ci il tarixdə tərtib və təsdiq edildiyi qeyd edildiyi halda məzmununda müəssisənin yeni qaz sayğacının 09.06.2017-ci il tarixdə quraşdırıldığı qeyd edilmiş, 2017-ci ilin may ayında 27 gün, iy un ayında 9 gün sayğacın olmadığı göstərilərək 36 gün üçün sərfiyyat hesablanmışdır. Halbuki 04.05.2017-ci il tarixdə aktı imzalamış şəxslərin yeni qaz sayğacının 09.06.2017-ci ildə quraşdırılacağını əvvəlcədən bilməsi mümkün deyildi. Bu da akta imzalandıqdan sonra əlavələr edildiyinə dair cavabdehin mülahizələrinin əsaslı olduğunu təsdiq edir. Belə olan halda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndi imperativ norma olduğundan İddiaçı İstehsalat Birliyinin istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının olmadığı dövr üçün istifadə edilmiş qazın dəyərini məhkəməyə məlum olmayan hər hansı başqa qaydada hesablamaq və tələb etmək hüququ olmamışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 17.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1.,419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.01.2019-cu il tarixli 2-2(103)-42/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar