Məhkəmə qərarları › İş №2-2(102)-205/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-205/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-205/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 16.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli 2-2(105)-156/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “TQ”) 2021-ci il 16 may tarixdə Cavabdeh MMC-nə (bundan sonra – “PK”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, PK-dan 97.416,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun TQ-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli e-2-2(119)663/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Z.Sadıqov).

3. PK 2021-ci il 30 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli 2-2(105)-156/2021 say lı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli e-2-2(119)-663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).

5. Həmin qətnamə 2021-ci il 24 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixdə PK-ya məktubla göndərilmiş və 27 noyabr tarixində təqdim olunmuşdur.

6. PK 2022-ci il 27 yanvar tarixində kassasiya şikayəti vermiş, həmin qətnaməni ləğv edərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəaların da aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135. 2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şi kayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Hazırkı iş üzrə MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq hazırkı iş üzrə verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Halbuki MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 7) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

10. Belə ki, həmin Əlavədə qeyd edilir ki, kassasiya şikayətinin 5-ci bəndində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

11. Lakin hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğu iddia edilən hüquq normaları sadalansa da, onların qarşısındakı qrafada həmin pozuntulara dair dəlillərin ayrı-ayrılıqda göstərilməsi, bununla bağlı kassatorun mövqeyinin əsaslandırılması əvəzinə, yalnız qanunun müddəalarının mətni qeyd edilmişdir.

12. Eyni zamanda, kassasiya şikayətinin “Digər məsələlər” hissəsində də, apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğu hesab edilən bir sıra digər hüquq normalarına istinad edilmiş, lakin yenə də pozuntuların nədən ibarət olması ayrı-ayrılıqda konkretləşdirilməmişdir.

13. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

14. Bundan başqa, iş materiallarında olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabi netinə yerləşdirilməsinə dair” 2021-ci il 24 noyabr tarixli çıxarışdan (i/v 186) görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli 2-2(105)-156/2021 saylı qətnaməsi PK-nın direktoru “elektron kabinet”inə 2021-ci il 24 noyabr tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, Nümayəndənin “Elektron məhkəmə” informasiya sistemində təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (Elektron ünvan ).

15. Bu o anlama gəlir ki, qətnamə PK-ya 2021-ci il 24 noyabr tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda §7) tələblərinə uyğun şəkildə rəsmi qaydada çatdırılmış hesab olunur.

16. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kab inetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

17. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində müəyyən edilmiş 2 aylıq müddət (bax yuxarıda §7) cavabdeh tərəfə münasibətdə 2022-ci il 24 yanvar tarixində bitmişdir.

18. Hazırkı kassasiya şikayəti isə məhkəməyə həmin müddət bitdikdən 3 gün sonra – 2022-ci il 27 yanvar tarixində daxil olmuşdur.

19. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 24 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməklə yanaşı, həmçinin eyni tarixdə PK-ya məktubla göndərilmiş və 27 noyabr tarixində sonuncuya təqdim olunmuşdur (i/v 187-188).

20. MPM-in 10-1.3, 10-1.5, 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda §7) məzmunundan aydın olur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə sənədləri tərəflərə onların “elektron kabinet”lərində yerləşdirilməklə rəsmi qaydada çatdırılır.

21. Belə olan halda, hazırkı kassasiya şikayətinə münasibətdə həmin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımının hansı tarixdən başlayaraq hansı tarixdə bitmiş olması barədə məhkə mənin mövqeyi MPM-in 10-1.3, 10-1.5, 135.5 və 135.8-ci maddələri baxımından aydın olmur.

22. Göstərilənlərə əsasən, kassasiya şikayəti MPM-in 404-1.2-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: PK tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması Məhkəməsinə göndərilsin. məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar