Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-206/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı ASC-nin Cavabdeh Kəndli Fermer Təsərrüfatına qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-206/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Cavabdeh X2 nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 yanvar 2019-cu il tarixli, 2-2(105)-04/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ASC Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 108.810 manat əsas borc, 26.080 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 134.920,0 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(82)-322/15 saylı qiyabi qətnaməsi ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(82)322/2015 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) cavabdehin ərizəsi təmin edilmiş, məhkəmənin 2(82)-322 saylı, 20 avqust 2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməklə işin mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli, 2(82)322/2015 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iş üzrə məhkəmə-texniki və məhkəmə-əmttəəşünaslıq ekspertizası təyin edilmiş ekspert tərəfindən 11 may 2016-cı il tarixli, 381 saylı rəy tərtib olunmuşdur. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 616.180 manat əsas borc, 250.268 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 866.478,0 manat vəsaitin iddiaçının xeyrinə tutulması, 08 yanvar 2013-cü il tarixli, 01-LA/13 saylı; 10 sentyabr 2013-cü il tarixli, 21LA/13 saylı; 10 sentyabr 2013-cü il tarixli, 22-LA/13 saylı və 09 yanvar 2014-cü il tarixli, 02-LA/14 saylı müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyul 2016-cı il tarixli, 2-2(82)183/2016 saylı qərardadı ilə (haki Miminat Hacıbəyova) iş üzrə təkrar məhkəmə-texniki və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş ekspert tərəfindən 03 fevral 2017-ci il tarixli, 2 4999/25000 saylı rəy tərtib olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-2(82)377/2018 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayət verərək onun ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibqati-İqtisadi Kollegiyasının 18yanvar 2019-cu il tarixli, 2-2(103)-4/2019 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) iddia qismən, 616.180 manat əsas borc, 60.000 manat cərimə olmaqla ümumilikdə 676.180 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 08 yanvar 2013-cü il tarixli 01-LA/13 saylı; 10 sentyabr 2013-cü il tarixli 21-LA/13 saylı; 10 sentyabr 2013-cü il tarixl i 22-LA/13 saylı və 09 yanvar 2014-cü il tarixli 02-LA/14 saylı lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan texniki avadanlıqların saz vəziyyətdə iddiaçıya geri qaytarılması hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 08 yanvar 2013-cü il tarixdə tərəflər arasında bağlanmış İddiaçı ASC-yə məxsus hər birinin tutumu 57.400 yumurta olan 4 ədəd inqubator kompleksi və 2.000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 01-LA/13 müqavilənin 1.1-ci bəndinə görə, lizinq verən bu müqaviləyə 1-2 nömrəli əlavələrdə göstərilən təsnifata və şərtlərə u yğun ümumi dəyəri 1.221.800 manat, o cümlədən 397.700 manat məbləğdə hər birinin tutumu 57.400 yumurta olan 4 ədəd inqubator kompleksi və 824.100 manat məbləğdə 2.000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə (bundan sonra - texnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (3 nömrəli əlavədə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir. Texnoloji avadanlıq Qəbələ rayonunda quraşdırılmışdır. 10 sentyabr 2013-cü il tarixli İddiaçı ASC-yə məxsus məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsal edən avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 21-LA/13 saylı müqavilənin 1.1-ci bəndindən gö rünür ki, lizinq verən bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 532.000 manat olan, məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsal edən avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir. Texnoloji avadanlıq Qəbələ rayonunda quraşdırılmışdır. 10 sentyabr 2013-cü il tarixli İddiaçı ASC-yə məxsus məhsuldarlığı 20952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 22-LA/13 saylı müqavilənin 1.1-ci bəndinə görə, lizinq verən bu müqavilənin tərkib hissəsi sayıla n 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun dəyəri 121.100 manat, məhsuldarlığı 20.952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir. Texnoloji avadanlıq Qəbələ rayonu Böyük Əmili kəndində quraşdırılmışdır. 09 yanvar 2014-cü il tarixli İddiaçı ASC-yə məxsus məhsuldarlığı saatda 3,5 ton broyler quş əti emalı avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 02LA/14 nömrəli müqavilənin 1.1-ci bəndinə görə, lizinq verən bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 871.200 manat olan, məhs uldarlığı saatda 3,5 ton broyler quş əti emalı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir. Texnoloji avadanlıq Qəbələ rayonunda quraşdırılmışdır. 13 iyul 2016-cı il tarixli ASC/2-2029 nömrəli arayışa əsasən, tərəflər arasında bağlanmış 08 yanvar 2013-cü il tarixli 01-LA/13 nömrəli, 10 sentyabt 2013-cü il tarixli 21- LA/13 nömrəli, 10 sentyabr 2013-cü il tarixli 22-LA/13 nömrəli, 09 yanvar 2014-cü il tarixli 02-LA/14 nömrəli müqavilələrə əsasən cavabdeh lizinqə götürdüyü, ümumi dəyəri 2.746.100 manat olan texnoloji avadanlıqlar üçün 217.000 manat ilkin ödəniş etmiş, qalan 2.52 9.100 manat məbləğə isə ödəniş qrafiki tərtib edilmişdir. Bu ödəniş qrafiki üzrə 01 iyul 2016-cı il tarixədək 628.180 manat ödəməli olduğu halda 12.000 manat ödəniş olunmuşdur. Cavabdehin 13 iyul 2016-cı il tarixə borcu 616.180 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 250.268 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2016-cı il tarixli 381 nömrəli rəyinə görə: 08 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan 4 ədəd inkubator kompleksinə və 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan məhsuldarlığı 20.952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarına ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş, baxışlar zamanı hər hansı texniki qüsur və texnoloji uyğunsuzluq müəyyən edilməmişdir, 08 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan 2.000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqlarının və 09 yanvar 2014-cü il tarixli lizinq müqaviləsinin predmeti olan saatda 3,5 ton broyler quş əti emalı avadanlıqlarının texniki parametrləri müqavilə şərtlərinə uyğundur. Quraşdırılmış avadanlıq faktiki olaraq işlək və saz vəziyyətdədir. Toyuq ətinin su ilə ön soyudulması prosesində soyutma qazanında soyutma suyunun temperaturu 10°C, su çillerindən çıxan toyuq ətinin temperaturu 10-12°C olur, hava çillerindən çıxan ətin temperaturu 3,1°C-ə düşür, toyuq əti karton qutularda qablaşdırılaraq buzlama kamerasına daxil edildikdən sonra təqribən 12 saat müddətində toyuqların şok buzlanması (-35°C temperatur) təmin edilir ki, bu göstəricilər məhkəmə tərəfindən ekspertizaya təqdim e dilmiş sənədlərdəki parametrlərə uyğundur, 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsalı olan avadanlıq işlək və saz vəziyyətdədir. Məhkəmə tərəfindən ekspertizaya göndərilmiş 06 aprel 2016-cı il tarixli akta əsasən, texnoloji sxem və avadanlıqlar müasir standartların tələblərinə uyğundur, avadanlıqların monitorinqi zamanı zavodun dozaj bölməsi, dəyirman və qarışdırma bölümünün (qırma yem bölümünün) məhsuldarlığının istehsalat gücünün saatda 10 tondan yuxarı olduğu, pelet bölümünün presləyici mexanizminin (matrisanın) ölçüsünün 420x138x65 mm olduğu (“Munch Edelstahi GmbH” Alman şirkətinin texniki təsnifatına görə bu parametr presləyici mexanizmin saatda 5 tondan yuxarı istehsal gücü olduğunu göstərir) və pelet bölümünün məhsuldarlığının müqavilədə nəzərdə tutulan parametrlərə uyğunluğu müəyyən edilmişdir. Avadanlıqların baxış zamanı aşkar edilmiş faktiki göstəriciləri müqavilə şərtlərinə, texniki təsnifata və ekspertizaya təqdim edilmiş texniki sənədlərdə nəzərdə tutulan xüsusiyyətlərə (istehsal gücünə, parametrlərə və s.) uyğundur, avadanlıqlar işlək vəziyyətdədir və ümumi texnoloji sxemə uyğun olmayan hal aşkar edilməmişdir, 08 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan 4 ədəd inkubator kompleksi və 2000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqları, 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsalı olan, o cümlədən də məhsuldarlığı 20952 baş olan 4 dəst broyler saxlama və yetişd irmə avadanlıqları, 09 yanvar 2014-cü il tarixli lizinq müqaviləsinin predmeti olan saatda 3,5 ton broyler quş əti emalı avadanlıqları hər hansı bir qüsur olmadan işlədikləri halda istehsal oluna biləcək məhsulun həcmi iş qrafiki və subyektiv faktorlarla bağlı olduğuna görə bu sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert tədqiqatının nəticəsinə görə: iddiaçının təqdim etdiyi sənədlərdə göstərilmişdir ki, cavabdehə lizinqə verilmiş avadanlıqlar “Dövlət standartları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq ümumi dəyəri 1.170.000 avro olan hər birinin tutumu 57.400 yumurta olan 4 ədəd inkubator kompleksi və 2000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlığını 01 iyun 2012-ci il tarixli açıq tender üsulu ilə, dəyəri 650000 ABŞ dolları olan məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsalı avadanlığını 25 fevral 2013-cü il tarixli açıq tender üsulu ilə, məhsuldarlığı 20952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlığını 03 may 2013-cü il tarixli təkliflər sorğusu əsasında və dəyəri 797.000 avro olan məhsuldarlığı saatda 3,5 ton broyler quş əti emalı avadanlıqlarını 05 iyun 2013-cü il tarixli açıq tender üsulu ilə həyata keçirərək, ehtimal olunan qiymətlərdən aşağı təklif verən qalib şirkətlərlə müqavilələr bağlamış, açıq tenderlərin və təkliflər sorğusunun yekun protokolları Satınalmalar üzrə Dövlət Agentliyinə müvafiq qaydada göndərilmişdir. Bununla belə, 08 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan 4 ədəd inkubator kompleksi və 2000 baş/saat məhsuldarlığı ol an kəsim xətti avadanlıqları, 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsalı olan, o cümlədən də məhsuldarlığı 20.952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlıqları, 09 yanvar 2014-cü il tarixli lizinq müqaviləsinin predmeti olan saatda 3,5 ton broyler quş əti emalı avadanlıqlarının real bazar qiymətlərinin müqavilə bağlanan zaman nə qədər təşkil etməsi, həmin avadanlıqlar lizinqə veriləndən sonra təmirlərinə nə qədər vəsait sərf edilməsi barədə qoyulmuş sualın həll edilməsi üçün avadanlıqların istehsal yeri, istehsal tarixi, modeli, texniki xarakteristikası, istismar müddəti, müqavilə bağlanan tarixə müqavilə (quraşdırma xərci daxil edilmədən ayrı-ayrılıqda və yaxud dəst halda) qiymətləri, a lış sənədləri üzrə qiymətlərinə dair məlumatlar (qaimə, faktura, yük gömrük bəyannaməsi və s.) və eləcə də avadanlıqlarda təmir işləri aparılmış hissələrin siyahısının Mərkəzə təqdim olunması barədə 14 yanvar 2016-cı il tarixli 382 saylı vəsatət verilmişdir. Lakin avadanlıqların qiymətləri və təmir işlərinin aparılıb-aparılmaması barədə sənədlər ekspertizaya göndərilməmiş və bununla da vəsatət tam təmin edilməmişdir. Buna görə də qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-texniki ekspеrtizası və təkrar məhkəmə- əmtəəşünаslıq еkspеrtizаsı təyin еdilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2017-ci il tarixli 24999/25000 nömrəli rəyində tədqiqatın nəticəsinə görə 08 yanvar 2013 -cü il tarixli lizinq müqaviləsinin predmeti olan 4 ədəd inkubator kompleksinin, 2.000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqlarının və 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinin predmeti olan məhsuldarlığı 20.952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarının və 09 yanvar 2014-cü il tarixli lizinq müqaviləsinin predmeti olan saatda 3,5 ton broyler quş əti emalı avadanlıqlarının müqavilə şərtlərinə, texniki təsnifata və texniki sənədlərdə nəzərdə tutulan xüsusiyyətlərə uyğun olduğu müəyyən edilmişdir. Lakin avadanlıqların qiymətləri və təmir işlərinin aparılıb-aparılmaması barədə sənədlər ekspertizaya göndərilməmiş və bununla da vəsatət tam təmin edilməmişdir. Buna görə də qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İşin bu hallarına və süb utlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri işin faktiki halları ilə əlaqəli olmuş, aparılmış tədqiqatların təsviri müfəssəl olaraq göstərilmiş və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Bu səbəbdən məhkəmə, həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikində 13 iyul 2016-cı il tarixə hesablanan 616.180 manat məbləğin açıqlaması verildiyi halda, cavabdeh borc üzrə iddiaçının hesablamalarını mübahisələndirməmiş, borcun ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb olunmuş və birin ci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 250.268 manat məbləğində dəbbə pulunun tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, bu məbləğin əsas borcun onda biri həddində azaldılması nəticəsinə gəlmişdir. Həmçinin, lizinq obyekti olan texnoloji avadanlıqların yerləşdiyi binanın iddiaçının mülkiyyətində olması müəyyən edilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin obyektin iddiaçıya qaytarılmasına dair mövqeyini əsaslı hesab etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 393, 404.1, 425.1, 747.1, 748-1.5, 748-1.12, 748-10.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 101.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətİ Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək o nun qismən – iddia tələblərinin təmin olunduğu hissədə ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış 08 yanvar 2013cü il tarixli lizinq müqaviləsinə əsasən, 4 ədəd inkubator kompleksi və 2000 baş/saat məhsuldarlığı oilan kəsim xətti avandanlıqları, 10 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən məhsuldarlığı saatda 10 ton qırma yem və 5 ton pelet yem istehsal edən, o cümlədən məhsuldarlığı 20952 baş olan 4 dəst broiler saxlama və yetişdirmə avadanlıqları, 09 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən isə, 3,5 ton quş əti emalı avadanlıqları caabdehə təhvil verilmişdir. Lakin, ilk baxışdan saz və işlək vəziyyətdə ola n lizinq obyektləri müqavilə və təhvil-təslim aktında göstərilən gücə və parametrlərə uyğun olmadığı sonradan – istehsal zamanı aşkar edilmiş, bununla bağlı iddiaçıya müraciətlər ünvanlanmış, habelə iddiaçının texnoloji avadanlıqlar şöbəsinin baş mütəxəssisinin iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmasına baxmayaraq, iddiaçı lizinq obyektlərinin sənədlərini cavabdehə təqdim etməmiş, həmçinin 20952 baş olan 4 dəst broyler saxlama və yetişdirmə avadanlığını sığortalamamışdır. Cavabdeh hesab edir ki, iddiaçı özü lizinq müqavilələrinin tələblərini pozduğundan və həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, cavadehin lizinq üzrə ödənişləri dayandırmaq hüququ olmuş, iddiaçının isə, lizinq müqav ilələrinin ləğvini, ödəniş və cərimələrin tutulmasını, habelə avadanlıqların qaytarılmasını tələb etmək hüququ olmamışdır. Başqa bir dəlillə bildirilmişdir ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi 03 fevral 2017-ci il tarixli ekspert rəyi avadanlıqlara baxış keçirilmədən və onların işlək vəziyyətdə olub-olmaması yoxlanılmadan, iddiaçı tərəfindən tərtib edilmiş 06 aprel 2016-cı il tarixli akta və iş üzrə 11 may 2016-cı il tarixli ekspert rəyinə istinad edilməklə tərtib olunmuşdur. Həmçinin, ekspert avadanlıqların müqavilələrin bağlandığı 2013, 2014-cü illərdəki real bazar qiymətlərini deyil, 01 noyabr 2016-cı il tarixə olan dəyərini müəyyən etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2, 441.3, 4 42, 446.1, 446.4, 747.1, 748-1.1, 748-1.7, 748-6.1, 751, 676.0.1, 676.0.2, 677.1.1, 677.2, 677.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin, apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla iş ə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin obyekti olan texnoloji avadanlıqların göstəriciləri müqavilələrdə və təhviltəslim aktlarında göstərilmiş texniki parametrlərə uyğun olmuşdur. Apellyasiya məhkəməsinin mövqeyini mübahisələndir ən cavabdeh kassasiya şikayətində göstərmişdir ki, lizinq obyektləri müqavilə və təhvil-təslim aktında göstərilən parametrlərə uyğun olmamış, həmçinin iddiaçı müqavilədə nəzərdə tutulmasına baxmayaraq lizinq obyekti olan avadanlıqları sığortalamamışdır. Bununla da iddiaçı müqavilə üzrə öhdəliklərini düzgün yerinə yetirməmişdir. Bu səbəbdən, cavabdeh müqavilə üzrə ödənişlərin dayandırılması hüququnun olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası göstərilmiş dəlillə bağlı aşağıdakıları qeyd edir. Hazırki mübahisə tərəflər arasında bağlanmış lizinq müqavilələrindən irəli gəlmişdir. Lizinq müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 38-ci fəslində əks olunmuşdur. Mülki Məcəllənin; - 748.2.11-ci mad dəsinə əsasən, əgər müqavilə ilə ayrı hal nəzərdə tutulmayıbsa, tərəflərin lizinq obyektini lizinq müqaviləsi ilə bağlı risklərdən sığorta etməsi vəzifələri lizinq müqaviləsində göstərilməlidir. - 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər-hansı çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqların aradan qaldırılması məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir; Maddələrin tələblərindən göründüyü kimi, lizinq müqaviləsində başqa qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilədə onun obyektinin itirilmə, məhv olma, çatışmazlıq, zədələnmə və s. risklərdən sığorta etdirilməsi üzrə tərəflərin vəzifələri müəyyən edilməlidir. Habelə, lizinq predmetinin lizinq müqaviləsinin şərtlərinə və öz təyinatına müvafiq olmasında xüsusi maraqlı olan lizinq alan əmlakı qəbul edərkən onu diqqətlə yoxlamalı, hər-hansı bir çatışmazlıq aşkar etdikdə əmlakın qəbulu haqqında tərtib olunan qəbul protokolunda bu barədə qeyd aparmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış lizinq müqavilələri eyni mətnli olmuşdur. Müqavilələrin: - 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti əsasında texnoloji avadanlığın sığortalanmış vəziyyətdə lizinqə verilməsini təmin edir; - 3.3-cü bəndinə əsasən, lizinq alan texnoloji avadanlığı qəbul etdikdən sonra təhviltəslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra texnoloji avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itiri lməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir; - 2.2.10-cu bəndinə əsasən, texnoloji avadanlığın itirilməsi və ya öz funksiyalarını itirməsi lizinq alanı müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilələrinin sadalanan bəndlərindən aydın olduğu kimi, müqavilələr lizinq predmeti olan texnoloji avadanlıqların lizinq verən tərəfindən sığortalanmasını lizinq alan tərəfindən bununla bağlı müraciətin edilməsi halı ilə şərtləndirilmişdir ki, hazırkı halda cavabdeh iddiaçıya bununla bağlı müraciətinin olduğunu bildirməmişdir. Bundan başqa, müqavilənin göstərilən tələbləri lizinq alan tərəfindən təhvil-təslim ak tı imzalandıqdan sonra texnoloji avadanlıqların zərərin bütün növlərindən qorunmasını, habelə nasazlıqların aradan qaldırılmasını lizinq alanın öhdəliklərinə aid etmiş, həmçinin texnoloji avadanlıqların itirilməsi və ya öz funksiyalarını itirməsi nəticəsində lizinq alanın müqavilə üzrə öhdəliklərindən azad olunmadığını müəyyən etmişdir. Həmçinin, hazırki halda işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh lizinq müqavilələrinin predmeti olan texnoloji avadanlıqların təhvil alınması barədə aktları imzalamış və həmin avadanlıqlarda hər-hansı çatışmazlıqların olması barədə iddiaçıya məlumat verməmişdir. Cavabdeh ilk baxışdan saz və işlək vəziyyətdə olan lizinq obyektlərinin müqavilələrdə və təhvil-təslim aktlarında göstərilmiş güc və parametrlərə uyğun olmadığının istehsal zamanı a şkar olunduğunu və bununla bağlı iddiaçının texnoloji avadanlıqlar şöbəsinin baş mütəxəssisinin iştirakı ilə müvafiq aktın tərtib olunduğunu bildirsə də, istinad etdiyi 16 noyabr 2014-cü il tarixli həmin aktın hazırkı işlə mübahisə və müqavilə şərtlərinə görə hansı formada əlaqəli olmasını əsaslandırmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi dəlil üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən h əmin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamışdır. Cavabdehin kassasiya şikayətinin üçüncü dəlili isə ondan ibarət olmuşdur ki, məhkəmələrin mötəbər sübut kimi qəbul etdiyi 03 fevral 2017-ci il tarixli ekspert rəyi texnoloji avadanlıqlara baxış keçirilmədən tərtib olunmuşdur. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlar a həmçinin ekspert rəyləri də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, ara şdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadları əsasında məhkəmə-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmiş, apellyasiya instansiya məhkəməsi keçirilmiş ekspertiza nəticəsində təqdim olunmuş ekspert rəylərini əlaqəli şəkildə şərh etməklə onların işin faktiki halları ilə əlaqəli olması və rəylərdə məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabların verilməsi nəticəsinə gəlmiş, cavabdeh isə həmin rəylərin həqiqətə uyğun olmamasına dair məhkəməyə hərhansı sübut təqdim edə bilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X2 nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməsin. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 yanvar 2019-cuil tarixli, 2-2(105)-04/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (im zalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-206/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-206/2019
12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver