Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-207/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Rəfiyev Şahin Hamlet oğlunun iştirakı ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “pul tələbi”nə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 22(103)-3/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hiss ə: İşin halları: Tərəflər arasında bağlanmış 2014-cü il 23 sentyabr tarixli, QA 174/0914 nömrəli alğısatqı müqaviləsinə əsasən, ümumi dəyəri 52.200 ABŞ dolları olan mal iddiaçı tərəfindən cavabdehə satılmışdır. İddiaçı 2017-ci il 8 noyabr tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 52.200 ABŞ dolları məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2018-ci il 10 yanvar tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 52.200 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən 42.250 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, eləcə də iddiaçıya məxsus olan pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə iş üzrə məhkəmə qətnaməsi çıxarılan gün bank faizinin uçot dərəcəsi əsas götürülməklə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan faizlərə görə 10.400 ABŞ dolları məbləğdə pulun, həmçinin 3.000 ABŞ dolları məbləğdə hüquqi xidmət xərcinin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2014-cü il 23 sentyabr tarixli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spes ifikasiyada göstərilən tərkibdə və texniki göstəricilərə uyğun malları satmağı, alıcı isə həmin malları almağı öz öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı çəkisi 20000 kq və 1 kiloqramının dəyəri 2.61 ABŞ dolları olmaqla, ümumi dəyəri 52.200 ABŞ dolları təşkil edən “İdea CS1 1 133” markalı məhsulu cavabdehə satmışdır. Lakin cavabdeh satılmış malın dəyərini hazırkı vaxtadək tam ödəməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 avqust tarixli 2-2(82)-200/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 42.250 ABŞ dolları, 1.476 ABŞ dolları hüquqi xidmət haqqı borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra edərək ümumi dəyəri 52.200 ABŞ dolları məbləğində malı cavabdehə versə də, cavabdeh aldığı malın müqabilində borcu iddiaçıya ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, ilkin ödəniş olaraq iddiaçının hesabı na cavabdeh tərəfindən 2015-ci il 3 noyabr tarixdə 9.950 ABŞ dolları ödənilmiş, lakin iddiaçı məhsulu hazıradək alıcıya təhvil verməmiş, gətirdiyi malın çeşidi və markası uyğun olmadığından özlərinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-2(103)-3/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh 2014-c ü il 23 sentyabr tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirərək malın dəyərini qismən iddiaçıya ödəmişdir. Lakin Müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Çünki, müqavilənin şərtlərinə görə, mal müqavilə imzalandıqdan sonra 15 gün ərzində çatdırılmalı olduğu halda, cavabdehə təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyam alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələbləri nəzərə alınsa, iddiaçı tərəfindən malın (əşyanın) cavabdehin mülkiyyətinə verilməsi mütləq şərtdir. Hazırkı iş materiallarında olan gömrük sənədlərindən məlum olur ki, mal cavabdehin adın a göndərilərək gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Lakin malın gömrük sənədlərində cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq, malın məhz cavabdehə (“Qazax Sement” Zavoduna) təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki, MM-in 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etsə də, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini nəzərə alma mışdır. MM-in 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin q ətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandıncı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qa nunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçı larına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arşında etibarlı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin m üqaviləyə görə, satıcı satır, alıcı bu müqavilənin tərkib hissəsi sayılan Spesifikasiyada göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə malın adı İDEA CSİ 1133, 20.000 kq, vahidinin dəyəri 2.61 ABŞ dolları ümumi dəyəri 52.200 ABŞ dolları olan mal iddiaçı tərəfindən cavabdehə satılmışdır. MM-in 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən 2014-cü il 10 oktyabr tarixdə “Buraxılsın” qeydli ştamp vurulmuş 000034 nömrəli Beynəlxalq daşıma sənədinə əsasən göndərən x3 x4 vasitəsilə alıcı x2-yə göndərdiyi ümumi çək isi 21.200 kg olan mal 2014-cü il 30 sentyabr tarixli, 15300 nömrəli invoysa əsasən (gömrük nömrəsi 38.24.40.00.00.00) 21.200 kq olan malı Tovuz gömrük idarəsi respublika ərazisinə buraxmışdır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; MM-in 427.3-cü maddəsinə əsasən, əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür döv r ərzində istənilən an icra edilməlidir. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına və yuxarıda istinad edilən maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinin mübahisələndirilən hissədə əsaslı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Apellyasiya instansiyası məhkəməsi, həmçinin düzgün olaraq qeyd etmişdir ki: 1) işdə olan beynəlxalq daşıma sənədinə əsasən, mübahisəli mallar cavabdehin adına göndərilmiş və gömrük nəzarətindən keçməklə 2014-cü il 10 oktyabr tarixdə respublika ərazisinə buraxılmışdır; 2) iddiaçının gətirdiyi malın çeşidi və markası uyğun olmadığından onun özünə qaytarılması barədə cavabdeh Məhkəməyə heç bir sübut təqdim etməmişdir; əksinə, müqavilə üzrə mal 2014-cü il 10 oktyabr tarixdə r espublika ərazisinə buraxıldıqdan bir il sonra 2015-ci il 3 noyabr tarixdə iddiaçıya 9.950 ABŞ dolları məbləğində pul ödəmişdir; 3) iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair cavabdehin dəlilləri əsassızdır, belə ki, cavabdehin 2015-ci il 3 noyabr tarixdə iddiaçının hesabına ödədiyi 9.950 ABŞ dolları məbləğində pul məhz 2014-cü il 23 sentyabr tarixli QA 174/0914 nömrəli alğı-satqı müqaviləsinə əsasən icra edilmiş, bu ödənişlə iddia müddətinin axımı kəsilmiş və müddətin axımı yenidən başlanmışdır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 380-ci maddəsinin müddəalarına əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Həmin normaların tələbləri hazırkı işdə pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-2(103)-3/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-207/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-207/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver