Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-208/2020 30.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri “30” iyul 2020-ci il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bəhman Qəribov iddiaçı xxx oğlu və vəkili Vəkil2 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı XXX oğlunun Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-dən ilkin ödəniş kimi hesablanmış 16.800 manatın, aprel 2011-ci ildən mart 2018-ci ilə qədər dövr üçün 13.944 manat bank uçot faiz məbləğinin, mart 2017-ci il tarixindən cavabdehin ilkin ödənişin məbləğini tam şəkildə ödəyəcəyi tarixə qədər dövr üçün ayda 168 manat bank uçot faizi məbləğinin, 30.000 manat tar aların dəyərinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-868/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2011-ci ildə bağlanmış meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarının yenidən lizinqə verilməsi barədə xxx saylı müqaviləyə əsasən onun tərəfindən edilmiş ilkin ödəniş kimi hesablanmış 16.800 manatın cavabdehdən tutularaq ona qaytarılmasını, aprel 2011-ci ildən mart 2018-ci ilə qədər dövr üçün 13.944 manat bank uçot faizi məbləğinin, mart 2017-ci il tarixindən cavabdehin ilkin ödənişin məbləğini tam şəkildə ödəyəcəyi tarixə qədər dövr üçün ayda 168 manat bank uçot faizi məbləğinin, 30.0 00 manat taraların dəyərinin, iddia qaldırarkən ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)155/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)868/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(102)-437/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-155/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-155/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onu vermiş şəxsə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx xxx 2019-cu il tarixdə alınmış (ştrix kod-xxxxxx), vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti isə xx xxxx 2019-cu il t arixində rabitə orqanına təhvil verilmiş, xx xxxx 2019-cu il tarixində isə Bakı Apellyasiya Məhkəməsinə poçt vasitəsilə daxil olmuşdur. Beləliklə, iddiaçı kassasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür. Bu səbəbdən həmin kassasiya şikayəti qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2-2(103)-155/19 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-155/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməyərək göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-155/2019 nömrəli, xx xxxxx 2019- cu il tarixli qətnaməsi iddiaçının ünvan 1 ünv anına göndərilmiş və xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən (ştrix kod-xxx) qəbul edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti isə xx xxxx 2019-cu il tarixində poçta verilmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra poçt vasitəsilə apellyasiya məhkəməsinə göndərilmiş,hazırkı iş üzrə iddiaçının qətnamədən kassasiya şikayəti verilməsi ilə bağlı prosessual müddətin bərpa edilməsi barədə ərizəsini əsaslandırdığı hal (şikayəti göndərməyi unutması) üzrlü səbəb kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpası üçün qanuni əsas olmadığından ərizə təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2-2(103)-155/19 nömrəli qərardadından iddiaçı x xx oğlu və vəkili Vəkil2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasınakassasiya şikayəti verilmişdir. Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-155/2019 saylı qərardadının ləğv olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin bərpa olunması barədə verilmiş ərizə əsassız olduğundan və iddiaçı xxx oğlunun vəkilinin əsaslandırdığı hal üzrlü səbəb kimi qəbul edilmədiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiy a şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. İş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı iddiaçı xxx oğluna xx xxxxxx 2020-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xx xxxx 2020-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx xxxx 2020-ci il tarixdə poçta təhvil verilmiş, xx xxxx 2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edi lmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən... qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı xxx oğlu və vəkili Vəkil2 kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-208/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-208/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver