Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-208/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh XXX qarşı iş üzrə QƏRARDAD 25.08.2021 Açar sözlər: lizinq müqaviləsi üzrə borc; iddia məbləği ilə bağlı kassasiya şikayəti verilə bilinməyən; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və Vüqar Həsənovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, tərəflərin iştirakı olmadan Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-2(104)-10/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı XXX QSC-nin hüquqi varisi "xxxx" MMC-nin (bundan sonra- MMC) Cavabdeh XXX (bundan sonra- Cavabdeh) qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyana görə 3468.08 ABŞ dolları əsas, 1438 ABŞ dolları faiz, 98 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 5004.08 ABŞ dolları borcu tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
2. Bərdə rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(021)-1097/2018 saylı qətnaməsi ilə iddiaçı MMC-nin Cavabdeha qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyana görə 3468.08 ABŞ dolları əsas, 1438 ABŞ dolları faiz, 98 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 5004.08 ABŞ dolları borcu tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehdan 02 iyul 2 014-cü il tarixli, TTD01605/1296-10/2011 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma üzrə 3468.08 (üç min dörd yüz altmış səkkiz ABŞ dolları səkkiz sent) ABŞ dolları əsas, 1025.48 (bir min iyirmi beş ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz, 98 (doxsan səkkiz) ABŞ dolları cərimə olmaqla, cəmi 4591,56 (dörd min beş yüz doxsan bir ABŞ dolları 56 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Direkt Kredi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüzəlli) manat Cavabdeh tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarl ığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 KABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim C.Tağıyev).
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(104)4303/2018 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(021)-1097/2018 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (sədrlik edən İ.Şəfiyev, hakimlər L.Süle ymanov və A.Bayramov).
5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-2(83)152/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 02 iyul 2014-cü il tarixli, TTD01605/1296-10/2011 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma üzrə 3468.08 (üç min dörd yüz altmış səkkiz ABŞ dolları səkkiz sent) ABŞ dolları əsas, 1025.48 (bir min iyirmi beş ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları faiz, 98 (doxsan səkkiz) ABŞ dolları cərimə olmaqla, cəmi 4591,56 (dörd min beş yüz doxsan bir ABŞ dolları 56 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Direkt KrediMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüzəlli) manat Cavabdehdan tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 KABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim K.Rzayev).
6. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-2(104)-10/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 fevral tarixli, 2-2(83)-152/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –R.Mamedov, hakimlər – A.Bayramov və Ə.Məmmədov).
8. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.
7. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
9. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xar akterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
11. İstinad edilmiş müddəanın mənasından göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir.
12. Hazırkı halda, iddiaçı tələbinin həcmi ümumilikdə 5004,08 ABŞ dolları təşkil etmişdir.
13. Bu isə, kommersiya mübahisələri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir.
14. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.
15. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 13 aprel tarixli, 2-2(102)208/2021 saylı qərardad ləğv edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-2(104)-10/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti cavabdehə qaytarılmaq üçün işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.