Məhkəmə qərarları › İş №2-2(102)-209/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-209/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-209/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması 13.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(103)- 1082/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ET Dİ İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il 10 may tarixli 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 64.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 19.293 manat dəbbə pulunun və 3.215,50 manat əldən çıxmış faydanın, cəmi 86.818,50 manat məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək məhkəmədən cavabdehdən 2023-cü il 10 may tarixli 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 34.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 10.293 manat dəbbə pulunun və 1 715,50 manat əldən çıxmış faydanın, cəmi 46.318,50 məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli e-2-2(113)-3831/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən ƏDV daxil 34.310 manat (24.500 manat əsas məbləğ, 9810 manat məbləğində ƏDV), 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.010 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Nümayəndə). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv, iddianın yalnız 17.500 manat hissəsində təmin edilməsinə, dəbbə pulunun isə 34.310 manat a görə yox, 17.500 manata görə hesablanmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1082/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər E.Həsənov və Z.Şirinov). Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Yuxarıda qeyd edildiyi kimi, birinci inst ansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən ƏDV daxil 34.310 manat (24.500 manat əsas məbləğ, 9810 manat məbləğində ƏDV), 1.700 manat məbləğində dəbbə pulu, cəmi 35.010 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində borcunun 17.500 manat olmasını göstərməklə, qətnaməni qalan hissədə mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin hazırki kassasiya şikayətində formal olaraq apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni əsas borc üzrə 7.000 manat hissəsində mübahisələndirərək göstərmişdir ki, cavabdehin borcu 34.310 manat deyil, 27.310 manatdır (9.810 manat ƏDV daxil olmaqla). Şikayətdə həmçinin göstərilmişdir ki, cavabdeh məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 9.810 manat ƏDV məbləğini birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra-2024-cü il 23 sentyabr tarixində icra edərək dövlət büdcəsinə ödəmişdir. Bu haldan çıxış edərək cavabdeh hesab edir ki, ona münasibətdə dəbbə pulu, ümumi borcdan dəbbə pulu çıxılmaqla yenidən hesablanmalıdır. Beləliklə, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız 8700 manat hissəsində-müqavilə üzrə 7.000 manat borcun və 1.700 manat dəbbə pulunun tutulması hissəsində mübahisələndirilir (7.000+1.700=8.700). Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində mübahisələndirilən məbləğin 8.700 təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiy ası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2025-ci il 21 fevral tarixli 2-2(102)-209/2025 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1082/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2025-ci il 21 fevral tarixli 2-2(102)-209/2025 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı pros essual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar