Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2019 29.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili oğlunun, cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna qarşı faizlərin azaldılması, faiz hesablanmasının dayandırılması, Fonda ödənilmiş vəsaitin öhdəliyin icrası kimi nəzərə alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-2(103)-324/2018 saylı iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə ayrılmış kredit üzrə hesablanmış faizin Sahibkarlığa Kömək Milli Fondunda hesablanmış faiz həddinə salınması, faizlərin hesablanmasının dayandırılması, İddiaçı MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzin ə hesabına köçürülmüş ödənişin 05.08.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə Qaydaları»nın 1.2-ci və 1.4-cü bəndinə əsasən Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. İstixana təsərrüfat fəaliyyətinin genişləndirilməsi məqsədilə 2015-ci ildə lisenziyalı bank olaraq Fondun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərən Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi nə əsasən müqavilənin əlavəsi olan qrafik üzrə 84 ay, o cümlədən 42 ay güzəşt müddəti olmaqla illik 6% dərəcəsilə İddiaçı MMC-yə 5.000.000 (beş milyon) güzəştli kredit ayrılmışdır. Sahibkarlığa Kömək Milli Fondundan əldə olunmuş məlumata əsasən MMC-nin investisiya layihəsinə Cavabdeh2 ASC vasitəsilə 05 avqust 2015-ci il tarixində 1.000.000 manat, 11 avqust 2015-ci il tarixində 1.500.000 manat, 22 sentyabr 2015-ci il tarixində 2.500.000 manat vəsait köçürülmüşdür. Azəbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarına əsasən Cavabdeh2 ASC-nin bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya geri alınmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh2 ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Bununla əlaqədar olaraq, MMCyə ayrılmış güzəştli kreditin 850.000 manat hissəsi onun bankda olan hesabında məxaric olunmadan qalmışdır. Belə ki, MMC tərəfindən hesabda qalmış 850.000 manat vəsaitin öhdəliyin icrasına yönəldilməsi və yaxud əvəzləşdirilməsi ilə bağlı banka ünvanlanmış çoxsaylı məktublara baxmayaraq, bu proses həyata keçirilməmiş, hətta 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən 05 avqust 2015-ci il tarixində 5.000.000 manat güzəştli kreditin köçürülməsinin nəzərdə tutulmasına baxmayaraq, ayrı-ayrı tarixlərdə kreditor tərəfindən cəmi 4.150.000 manat vəsait köçürülmüş, nəticədə isə kredit müqaviləsi üzrə 05 avqust 2015-ci il tarixindən etibarən 5.000.000 manat vəsaitin qrafik üzrə faiz hesablanması həyata keçirilmiş və buna uyğun gecikdirilmiş faiz borcu yaranmışdır. Qeyd olunanlarla əlaqədar, MMC-nin bank hesabında bloklaşdırılmış formada qalan 850.000 manat vəsaitin əvəzləşdirilməsi və ya borcun geri qaytarılmasına yönəldilməsi tələbi üzrə mübahisəyə hal-hazırda aidiyyəti məhkəmə tərəfindən baxılmaqdadır. Eyni zamanda, müqavilə üzrə 5.000.000 manat dövlət büdcəsindən güzəştli kreditin ayrılması nəzərdə tutulsa da, həmin dövrdə bank tərəfindən ayrı-ayrı tarixlərdə 850.000 manat hissəsi bankda saxlanılmaqla cəmi 4.150.000 manat vəsaitin ayrılması təmin edilməsinə və bununla müqavilə tarixindən etibarən qrafik üzrə 5.000.000 manat vəsaitin hesablanmasına baxmayaraq, investisiya layihəsi MMC tərəfindən uğurla icra olunmuş və hətta həmin qrafikə uyğun vəsait üzrə hesab lanmış faizlərin ödənilməsi ilkin vaxtlarda gecikdirilmədən həyata keçirilmişdir. Hal-hazıra kimi Cavabdeh2 ASC-yə ümumilikdə 186.837 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Eyni zamanda, Cavabdeh2 ASC-nin lisenziyasının alınması səbəbindən Sahibkarlığa Kömək Milli Fondunun bankla müvəkkil kredit təşkilatı kimi fəaliyyətinin dayandırılması, eləcə də bu vəsaitlərin qanunvericiliyə uyğun olaraq bankın aktivi olmamaması qənaətinə gələrək, geri qaytarılma barədə ödənişlərin birbaşa Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına ödənilməsi həyata keçirilmiş, 18.01.2018-ci il tarixində 2000 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin 10.07.2017-ci il tarixli 1838 nömrəli məktubuna əsasən güzəştli kredit üzrə 07.07.2017-ci il tarixinə 5.000.000 manat əsas borc, 386.341 manat faiz borcu mövcuddur. Əldə olunmuş məlumata əsasən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq banka qarşı ayrılmış güzəştli kreditlər üzrə faiz hesablamaları dayandırılmış, eyni zamanda, bankın ləğvi ilə əlaqədar müvəkkil kredit təşkilatı kimi fəaliyyəti dayandırılmışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunda 01.01.2018-ci il tarixinə MMC-yə ayrılmış güzəştli kredit üzrə Fond qarşısında 5.000.000 manat əsas borc və 26.528 manat faiz borcu mövcuddur. Eyni zamanda, mənbəyi dövlət büdcəsi olan və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil banklar vasitəsilə ünvanlı və konkret məqsədlər üçün ayrılan güzəştli kreditlər üzrə əsas kreditorun Fond olmasını və ban kın ləğv prosesində olmasını nəzərə alaraq ödənişlərin birbaşa Fondun xəzinə hesabına edilməsini məqsədəuyğun hesab edilir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 439.4, 446-cı maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-388/2018 saylı, 20 fevral 2018ci il tarixli qətnaməsi (hakim – M.H.Əkbərov) ilə iddia tələbi təmin edilmiş, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə ayrılmış kredit üzrə hesablanmış faizin Sahibkarlığa Kömək Milli Fondunda hesablanmış faiz həddinə salınması, faizlərin hesablanmasının dayandırılması, İddiaçı MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına köçürülmüş 2000 manat məbləğində ödənişin 05.08.2015-c i il tarixli, KM 01 tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə alınması, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-324/2018 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)388/2018 saylı, 20 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı MMC-nin cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin S ığortalanması Fonduna qarşı «faizlərin azaldılması, faiz hesablanmasının dayandırılması, Fonda ödənilmiş vəsaitin öhdəliyin icrası kimi nəzərə alınması» barədə iddia tələbi təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi iş üzrə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki: 1) Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış 05.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən MMC-yə verilmiş 5.000.000 manat məbləğində kredit Bankın aktividir: 2) Kredit müqaviləsi İddiaçı MMC i lə Cavabdeh2 ASC arasında bağlandığına görə, həmin müqavilədə Bank qarşısında öhdəliyin üçüncü şəxsə ödənilməsi nəzərədə tutulmamışdır; 3) Ona görə də, (Fond tərəfindən faizlərin dayandırılmasına baxmayaraq) kredit üzrə faiz borcu Bankın hesabladığı məbləğdə olmalıdır; 4) İddiaçı MMC tərəfindən SKM Fondun xəzinə hesabına ödənilmiş 2000 manat kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsinin tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməyərək iş üzrə yanlış tətbiq etməsi nəticəsində, mahiyyətcə məhkəmə qərarının qanunilik və ədalətlilik tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Bankın lisenziyası Mərkəzi Bankın İH-nin 27.01.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək lisenziyası ləğv olunmuş və müflis elan olunmuş Cavabdeh2 ASC-ə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələbinə görə bank lisenziyasının ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən ona bank lisenziyasına əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Həmin Qanunun 72.1.6-cı maddəsinin tələbinə əsasən isə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından görü nür ki, Cavabdeh2 ASC-nin bank fəaliyyətinə xitam verilməsi səbəbindən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bankın müvəkkil kredit təşkilatı kimi fəaliyyəti dayandırılmış və «Banklar haqqında» 72.1-ci maddəsinə uyğun olaraq Fond tərəfindən faiz hesablamaları 11.08.2016cı il tarixdən etibarən dayandırılmışdır. İş materialları ilə həmçinin müəyyən olunur ki, Sahibkarlığa Kömək Milli Fondundan dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh2 ASC vasitəsilə İddiaçı MMC-ə ayrılmış güzəştli kredit məbləğinin birbaşa Fondun xəzinə hesabına ödənilməsi borclu MMC-dən Fond tərəfindən tələb olunmuşdur. Bununla müəyyən olunur ki, İddiaçı MMC Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına güzəştli kreditdən istifadəyə görə 2000 manat vəsaiti öz mülahizəsi ilə deyil, Fondun tələbi üzrə ödəmişdir. Apell yasiya məhkəməsi nəticəyə gələrkən “Banklar haqqında” Qanunun 18-ci və 72.1-ci maddələrini, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarının təsdiq edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinin 07.10.2009cu il tarixli 162 №-li Fərmanının və Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanının müvafiq müddəalarını iş üzrə tətbiq etməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1-ci maddəsini yanlış təfsir edərək iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh2 ASC ilə İddiaçı ASC arasında bağlanmış müqavilə ilə Fondun vəsaitinin İddiaçı MMC-ə ayrıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək M illi Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.1 və 1.2-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir. Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldilir. Həmin Qaydaların 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulmuşdu ki, Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzal anır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Göründüyü kimi, “Qaydalar”da müvəkkil banklar vasitəsilə verilən güzəştli kredit məbləğləri Fondun vəsaiti hesab olunur. İstinad olunan Fərmanın müddəalarından göründüyü kimi, dövlət büdcəsi və Fərmanda nəzərdə tutulmuş digər mənbələrdən formalaşan Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsində müvəkkil bankların fəaliyyəti yalnız vasitəçi kredit təşkilatının funksiyalarından ibarətdir. Belə ki, güzəştli kredit hesabına maliyyələşdirilən fəaliyyət istiqamətləri, ayrılmalı olan vəsaitlərin həcmi, sahibkarlıq subyektlərinə güzəştli vəsaitlərin ayrılması meyarları, bu meyarların qiymətləndi rilməsi, güzəştli kreditin istifadəsinə nəzarət, qaytarılması şərtləri və qaytarılma ardıcıllığı, güzəştli kreditlərin istifadəsinə görə tətbiq edilən (həmçinin, müvəkkl banka qalan faiz məbləğinin) faiz məbləğinin yuxarı həddi və s. şərtlər və qaydalar Prezident Fərmanı ilə təsdiqlənmiş Qaydalar əsasında müəyyənləşir. Qaydaların 4-cü və digər bəndlərində güzəştli kreditlərə dair müraciətlərin qiymətləndirilməsi meyarlarından da göründüyü kimi, bu kreditlərin ayrılmasında müvəkkil bankların (və kredit təşkilatlarının) funksiyası yalnız Fondun vəsaitlərinin məhz Fond tərəfindən müəyyənləşdirilmiş şərtlərlə kredit şəklində sahibkarlıq subyektlərinə verilməsi və geri yığılmasının təşkilində iştirak etməkdir. İstinad olunan Qaydalarda Fondun vəsaitlərinin müvəkkil kredit təşkilatının aktivi he sab edilib edilməməsinə dair hər hansı konkret müddəa olmasa da, yuxarıda göstərilənlər yəni, həmin vəsaitlərin məhz dövlət büdcəsi hesabına formalaşması, məqsədli təyinatı üzrə Fonda ayrılması və Fond tərəfindən sahibkarlıq subyektlərinə ayrılmasının bütün qayda və şərtlərinin müəyyənləşdirilməsi həmin vəsaitlərin Bankın aktivi sayılmasını istisna edir. Hazırkı işin Bakı Apellyasiya Məhkəməsində baxılması zamanı - 31.07.2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və 4 avqust 2018-ci il tarixdə rəsmi («Azərbaycan» qəzetində) dərc olunmuş «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında» Fərmanda təsbit olunmuşdur ki, AR Sahibkarlığa Kömək Milli Fondunun AR Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 №-li Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası SKMF-in vəsaitlərinin istifadəsi Qaydaları»na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar, verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ...Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə (bundan sonra - Fond) keçir. Sözügedən Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası»nın 1.3-cü bəndində göstərilir ki, güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çat dırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdivi illik faiz dərəcəsi (4 %-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Yuxarıda istinad olunan Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası» normativ-hüquqi aktdır və müvafiq bəndlərindən göründüyü kimi həmin normativ-hüquqi aktda Fondun vəsaiti müvəkkil kredit təşkilatının aktivi hesab edilmədiyi birmənalı və aydın şəkildə ifadə olunmuşdur. Odur ki, apellyasiya məhkəməsinin Fondun vəsaiti hesabına ayrılmış güzəştli krediti “b ankın aktivi” hesab etməsi əsassız olmuşdur və yuxarıda sadalanmış qanunvericiliyin müddəalarına uyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı qüvvəyə minmişdi. Lakin məhkəmə onun tələblərini də nəzərə almayaraq Fondun vəsaiti hesabına ayrılmış güzəştli krediti “bankın aktivi” hesab etmişdir. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə Sahibkarlığa Kömək Milli Fondu (hazırda Sahibkarlığın İnkişafı Fondu) müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlərə münasibətdə ixtiyarlı şəxsdir. Odur ki, Fondun vəsaiti hesabına verilmiş güzəştli kreditin borcalan tərəfindən birbaşa Fondun xəzinə hesabına köçürülməsi Mülki Məcəllənin 433.1 və 435-ci maddələrinə əsasən öhdəliyin ixtiyarı çatan şəxsə ödənilməsi (icra olunması) hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisə üzrə Fond Cavabdeh2 ASC-nin kreditoru, Bank isə İddiaçı ASC-nin kreditorudur. Bu münasibətlərdə Fondun vəsaitlərini onun müəyyənləşdirdiyi meyarlar və şərtlər əsasında, özünün malik olduğu bank funksionallığından istifadə edərək sahibkarlıq subyektinə güzəştli kredit verilməsində vasitəçi qismində iştirak etdiyinə görə qanunla müəyyənləşdirilmiş faiz dərəcəsində qazanc əldə edir. Lakin, “Banklar haqqında” Qanunun tələbinə görə lisenziyası ləğv edilmiş və bank kimi funksionallığını itirmiş ləğvetmə prosesində olan bank artıq malik olmadığı funksionallığa və göstərə bilmədiyi fəaliyyətə görə faiz dərəcəsi, haqq tələb edə bilməz. Qanunun tələbinə görə kreditə hesablan an faiz kredit məbləğindən istifadəyə görə həmin məbləğin mülkiyyətçisinə ödənilən istifadə haqqıdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə bax ılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Azərbaycan Res publikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalarına uyğun olaraq sahibkarlığın inkişafı ilə bağlı bank borcalana 5.000.000 manat məbləğində uzunmüddətli kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndindən müəyyən olunur ki, borcalana verilən kredit vəsaitindən istifadə müddəti illik 6 faiz ödəmək şərtilə 84 aydır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)1594/2016 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, lisenziyası ləğv olunmuş və müflis elan olunmuş Cavabdeh2 ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair gəldiyi nəticəni ilk növbədə belə bir hüquqi mövq eyə istinadla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış 05.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə verilmiş 5.000.000 manat məbləğində kredit Bankın aktividir. Kollegiya aşağıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən verilmiş məbləğ bankın aktivi hesab edilə bilməz. Belə ki, Cavabdeh2 ASC ilə İddiaçı ASC arasında bağlanmış müqavilə ilə Fondun vəsaitinin İddiaçı MMC-ə ayrıldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.1 və 1.2-ci bəndlərində göstərilm işdir ki, bu Qaydalar Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir. Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldilir. Həmin Qaydaların 1.3 və 4.1-ci bəndlərində isə nəzərdə tutulmuşdu ki, Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra — müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Beləliklə, müvəkkil banklar vasitəsilə verilən güzəştli kredit məbləğləri Fondun vəsaitləri hesab olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 №-li Fərmanına əsasən dövlət büdcəsi və Fərmanda nəzərdə tutulmuş digər mənbələrdən formalaşan Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsində müvəkkil bankların fəaliyyəti yalnız vasitəçi kredit təşkilatının funksiyalarından ibarətdir. Odur ki, həmin vəsaitlərin məhz dövlət büdcəsi hesabına formalaşması, məqsədli təyinatı üzrə Fonda ayrılması və Fond tərəfindən sahibkarl ıq subyektlərinə ayrılmasının bütün qayda və şərtlərinin müəyyənləşdirilməsi həmin vəsaitlərin Bankın aktivi sayılmasını istisna edir. Kollegiya hesab edir ki, 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən verilmiş məbləği bankın aktivi kimi qəbul etməyin mümkün olmadığı hazırda qüvvədə olan Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsinin və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydasının müddəaları ilə də bir daha təsdiq olunur. Apellyasiya məhkəməsi işə baxarkən mübahisəyə qeyd edilən normativ-hüquqi aktları tətbiq etməli olduğu halda, etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 224 saylı, 31 iyul 2018-ci il tarixli «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında» Fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik şəxs təsis edilmişdir. Sözügedən Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 №-li Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları»na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında mü vəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar, verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ...Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə (bundan sonra - Fond) keçir. Sözügedən Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsinin 3.1.1-ci bəndinə əsasən Fondun vəzifələrindən biri də Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirməkdən ibarətdir. Yenə həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndində göstərilir ki, güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələr inin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdivi illik faiz dərəcəsi (4 %-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, verilmiş kredit məbləğini bankın aktivi kimi qəbul etməkdə apellyasiya məhkəməsi səhvə yol vermiş, bu zaman maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı MMC tərəfindən Sahibkarlığ a Kömək Milli Fondunun xəzinə hesabına köçürülmüş 2000 manat məbləğində ödəniş 05.08.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə alına bilməz. Məhkəmə bununla bağlı özünün mövqeyini belə əsaslandırmışdır ki, öhdəlik münasibətlərinin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olmalı və ya üçüncü şəxslərin də öhdəliklə bağlı hüquqlarının yaranması üçün tərəflər arasında razılaşma olmalıdır. Kredit müqaviləsi isə İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanılmışdır və həmin müqavilədə öhdəliyin üçüncü şəxslərə icrasını mümkün edən hər hansı hal nəzərdə tutulmamışdır, eləcə də İddiaçı MMC ilə Sahibkarlığa Kömək Milli Fondu arasında hər hansı bir öhdəlik yaradan müqavilə bağlanmamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılışmır. Belə ki, Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Göründüyü kimi ixtiyarlı şəxs kimi yalnız müqavilə tərəfinin qəbul edilə biləcəyinə dair qanunda imperativ norma yoxdur. Əksinə, borclu öz öhdəliyini müqavilə tərəfi olmayan, lakin qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə də ödəyə bilər. Bu mənada, hazırkı halda İddiaçı MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına köçürülmüş 2000 manat məbləğində ödənişin öhdəliyin ixtiyarlı şəxsə icra edilməsi kimi qəbul edilməsinin mümkün olub-olmadığına sadəcə Sahibkarlığa Kömək Milli Fondunun müqavilə tərəfi olmadığından çıxış etməklə qiymət verilə bilməz. Bunun üçün verilmiş kreditin Fondun vəsaiti olduğu və həmin vəsaitin yekunda Fonda qaytarılmalı olduğu halı nəzərə alınmalı, bu vəziyyətdə Fondun Mülki Məcəllənin 433.1-ci maddəsində təsbit edilmiş qanunla icranı qəbul etməyə ixtiyarı çatan şəxs olub-olmadığına qiymət verilməlidir. Kollegiya həmçinin qeyd edir ki, bu məsələyə qiymət verilərkən təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən məhkəməyə ünvanlanmış 25 yanvar 2019-cu il tarixli məktubda göstərilənlər və ona əlavə edilmiş müqavilənin şərtləri də nəzərə alınmalıdır. Belə ki, orada qeyd edilmişdir ki, Sahibkarlığın İnkişafı Fondu ilə Əmanətlərin Sığortalanması Fondu arasında 26 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin birbaşa Sahibkarlığ ın İnkişafı Fondu hesabına ödədiyi 2000 manat vəsait Sahibkarlığın İnkişafı Fondu tərəfindən ləğv prosesində olan bankın hesabına köçürülmüş və bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin vəsaitin Sahibkarlığın İnkişafı Fondunun hesabına geri köçürülməsini təmin etmişdir. İddia tələbinin kredit üzrə hesablanmış faizin Sahibkarlığa Kömək Milli Fondunda hesablanmış faiz həddinə salınması, faizlərin hesablanmasının dayandırılması hissələri ilə bağlı olaraq isə təkrar apellyasiya baxışı zamanı ilk növbədə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən faiz hesablamalarının 11.08.2016-cı il tarixdən etibarən dayandırıldığı nəzərə alınmalıdır. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanlanmış mübahisəyə dair mülahizələr dən görünür ki, Fond iddanın təmin edilməsinin tərəfdarı olmuşdur. Fond qanunvericiliyin bir sıra normalarına istinadla mövqeyini onunla əsaslandırmışdır ki, sahibkarlıq subyektlərinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi mexanizmində müvəkkil banklar kreditin təyinatı üzrə istifadəsinə nəzarət, vəsaitlərin qaytarılması və sair qanunvericilikdə göstərilən vəzifələrin icrasına uyğun xidmət qabiliyyətli olmalıdır ki, bunun müqabilində güzəştli kreditin illik faiz dərəcəsi – 6%-dən 5%-dək hissəsi müvəkkil bankın gəliri kimi nəzərdə tutulmuşdur. Lakin lisenziyası alınmış bank güzəştli kreditlər üzrə vəzifələrini həyata keçirmək qabiliyyətini itirmiş olur. Bu da öz növbəsində lisenziya ləğv olunduqdan sonra güzəştli kredit almış sahibkarlıq subyektlərinə münasibətdə fazi hesablamalar ının dayandırılmasına əsas yaradır. Digər tərəfdən isə “Banklar haqqında” Qanunun 72.1.6-cı maddəsində təsbit edilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göründüyü kimi qanunda yalnız bankın aktivlərinə faizlərin və digər haqların hesablanmasının davam etdiriləcəyi təsbit edilmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-324/2018 s aylı iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-21/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-21/2019
29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver