Məhkəmə qərarları › İş №2-2(102)-21/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-21/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X4 Malzameleri Ticaret Limited” Şirkətinin cavabdeh "xxxx" Şirkətinə qarşı “öhdəliyin icra edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: daşıma müqaviləsi, malın təhvil alınmaması, dəymiş zərərin əvəzinin ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bəhram Məmmədli və Aqil Abbasovdan ibarət tərkibdə, Lətifov Elgün Nazim oğlunun katibliyi, iddiaçı “X4 Malzameleri Ticaret Limited” Şirkətinin nümayəndəsi Hacı Öztürkün və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “X4 Malzameleri Ticaret Limited” Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2-2(103)-520/2020 qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. saylı İŞİN HALLARİ

1. Türkiyənin hüquqi şəxsi olan yük göndərən “Elite DİŞ TİC. LTD” ŞTİ-dən aldığı 10 ton yükün Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınması üçün yük alan "xxxx" MMC (bundan sonra – cavabdeh) ilə “Rey-Nak Limited” şirkəti arasında (bundan sonra – Şirkət) müqavilə bağlanmış, müqavilədə yüklərin yüklənmə tarixi 2018-ci il 6 sentyabr, daşımanın həyata keçiriləcəyi nəqliyyat vasitəsinin qeydiyyat nişanı 61 K3570/61 K 3571, sürücünün adı və soyadı Hacı Öztürk (bundan sonra – H.Öztürk), daşıma xərci 2600 ABŞ dolları, daşıma müddəti 5 gün olaraq göstərilmiş, ödəniş şərti –Bakı gömrüyündə Şirkətin hesabına köçürülməsi nəzərdə tutulmuşdur (iş.v31, c1). 2. 2018-ci il 6 sentyabr tarixdə “X3 Ticaret Limited” Şirkəti ilə (bundan sonra – iddiaçı) Şirkət arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Şirkət tərəfindən daşınmalı olan cavabdehə aid yüklərin daşınmasını öz üzərinə götürmüş, həmin müqavilədə daşıma xərci kimi 2600 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilədə malların çatdırılacağı yer kimi “Bakı – İL MMC” olaraq göstərilmişdir (iş.v153, c İ).

3. Şirkət tərəfindən cavabdehə 2018-ci il 13 sentyabr tarixdə elektron poçt göndərilərək müqavilənin ləğv olunduğu və Şirkətin cavabdehin mallarını daşımayacağı bildirilmişdir (iş.v73 c İ)

4. Cavabdehin tarixi və nömrəsi qeyd edilmə yən məktubunun surətində göstərilmişdir ki, 2018-ci il 6 sentyabr tarixli müqaviləyə əsasən N10860 sürücü H.Öztürkə 2000 dollar nəqliyyat vasitəsi cavabdehin anbarında olduğu zaman veriləcəkdir (iş.v77, c İ).

5. İddiaçı ilə cavabdeh arasında daşıma xidmətinin həyata keçirilməsi ilə bağlı yazılı və ya şifahi formada müqavilə mövcud olmamışdır.

6. İddiaçı ilə H.Öztürk arasında 2017-ci il 13 dekabr tarixli, 243 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən H.Öztürk sürücü vəzifəsində işləyir, iş yeri Azərbaycan Respublikası ərazisi olaraq göstərilmişdir (iş.v60, c İ).

7. İddiaçı tərəfindən H.Öztürkə 2018-ci il 5 dekabr tarixli və 2020-ci il 18 dekabr tarixli etibarnamələr verilmiş, etibarnamə ilə H.Öztürkə iddiaçının adından Azərbaycan Respublikası məhkəmələrində təmsil olunm aq, iddiaçının adından iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi, məhkəmə iclaslarında iştirak etmək və digər bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər verilmişdir (iş.v 67, cild İ, iş.v 252, cild İİ).

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı X1 göndərilmiş 2019-cu il 16 iyul tarixli, 1000-210/003-23/015506 saylı məktubda göstərilmişdir ki, qanunvericiliyə əsasən, H.Öztürk “sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan idarə etdiyi “DAF” markalı, 61K3570/61K3571 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanca qoymaqla çıxarıla bilər (iş.v283, cİ).

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002 )-1453/2019 saylı 2019-cu il 8 oktyabr tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh H.Öztürkə qarşı “pul tələbi, həmçinin sahibliyin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasının qadağan olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir (iş.v276, c İ). 10. "xxxx" MMC-nin 2020-ci il 20 avqust tarixli nöksan aktının surətindən görünür ki, “Daf” markalı, 61K 2570/61 K 3571 saylı Türkiyə qeydiyyat nişanlı tırın 2018-ci il 23 sentyabr tarixdən Azərbaycan Respublikasının Gömrük Terminalının dayanacağında parklanaraq istifadəsiz qaldığı üçün ümumilikdə 36.430 manat dəyərində hissələri yararsız vəziyyətə düşmüşdür (iş.v96, c İİ). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı 2018-ci il 26 dekabr tarixdə m əhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2000 ABŞ dolları borcun, gömrükdə gecikməyə görə 736 ABŞ dolları, 177 ABŞ dolları, 3000 ABŞ dolları, 11.250 ABŞ dolları olmaqla ümumilikdə 17.163 ABŞ dolları, əlavə olaraq yük maşınına dəymiş ziyana görə 15.000 ABŞ dolları və dəymiş maddi ziyana görə 30.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsində tələb (iddiaçı tələb olunan məbləğlərin ayrı-ayrılıqda nə ilə bağlı olmasını iddia ərizəsində göstərməmiş, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələrində açıqlamışdır).

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə Şirkət arasında bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına cavabde hin mallarını gətirmişdir. Yüklər Azərbaycan Respublikasının gömrük orqanına 2018-ci il 23 sentyabr tarixdə daxil olmuş, cavabdeh razılaşdırılmış məbləğdən H.Öztürkə 1600 ABŞ dolları ödəmiş, H.Öztürk 2018-ci il 10 dekabr tarixədək artıq 78 gün Bakıda olmasına baxmayaraq, ona 2000 ABŞ dolları vəsaiti ödəməmişdir. Buna görə də cavabdehdən 2000 ABŞ dolları daşıma xidmətinə görə borc, maşının gömrükdə qalması ilə əlaqədar dəymiş ziyan, vizanın bitməsinə görə ödənilməli olan xərc, maşına dəymiş ziyanın əvəzi, H.Öztürkə vurulmuş maddi və mənəvi ziyanın əvəzi, Gürcüstanda yaranan keçid pulu, sürücünün otel, yemək və digər xərclərinə görə, vəkilə hüquqi xidmətə və digər məhkəmə xərcləri üçün ödənilmiş vəsaitlər, Türkiyə Respublikası gömrüyündən keçərkən ödənilməli olan, habelə hüquqi şəxsin gəlird ən məhrum olmasına görə əldən çıxmış faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 13. 2019-cu il 14 may tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən Azərbaycanda günlük maşının gömrükdə qalma pulu – gününə 150 dollardan 232 günə 36.000 dollar, gömrük çıxış pulu 3600 dollar, vizaya görə 235 dollar, arabaların qaldığı yerdə zərərə uğraması, yəni çürümə pulu 30.000 dollar, maddi və mənəvi zərərə görə təzminat 100.000 dollar, Gürcüstanda yaranan keçid pulu 2000 dollar, otel pulu 232 günə 13.920 dollar, bir gün yemək pulu üçün 60 dollar olmaqla 232 gün üçün 4640 dollar, hüquqi xidmətə görə ödənilmiş 500 dollar, əlavə yol xərcləri 9000 dollar, 30 manat ödənilmiş dövlət rüsumu, yükunda 2019-cu il 15 may tarixə dəymiş maddi v ə mənəvi ziyan üçün ümumilikdə 199.395 ABŞ dolları və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Daha sonra 2019-cu il 14 oktyabr tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavandehdən 1.301.472 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Daha sonra 2020-ci il 11 fevral tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 1.327.306 ABŞ dolları və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 fevral tarixli, 2-2(113)365/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli, 9/402 nömrəli məlumat məktubu məhkəməyə göndərilmişdir (iş.v27, c2).

17. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-365/2020 saylı, 2020-ci il 10 avqust tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim – Səbinə Nuriyeva).

18. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmadığına görə cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyi də mövcud olmamışdır. İddiaçı Şirkətlə cavabdeh arasında bağlanan müqaviləni təqdim etsə də, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona ziyan dəyməsi barədə məhkəməyə h ər hansı sübut təqdim etməmişdir. İddiaçı həmçinin, zərərin yaranma əsasını, miqdarını və ya dəyərini sübut edən sənədləri də təqdim etməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 14.1, 21.1, 21.2, 385.1, 386.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 89.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2-2(103)-520/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).

22. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının öz işçisi H.Öztürkün adından və onun hüquqlarının müdafiəsi üçün iddia qaldırmağa subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi vizaya görə 401 manat, H.Öztürkün iki il Azərbaycan Respublikasında qalması ilə əlaqədar maddi və mənəvi ziyana görə 1.000.000 ABŞ dolları, otel, yemək və digər xərclərinə görə 22.740 ABŞ dolları pulun cavabdehdən tutulmasını tələlərini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibəti olmadığından və cavabdeh yüklərin daşınmasına görə müqaviləni iddiaçı ilə deyil, Şirkətlə bağladığından, iddiaçının Şirkətlə bağlanmış müqaviləyə istinad edərək cavabdehdən müqavilə üzrə borcun ödənilməsini tələb etmək hüququ yoxdur. Şirkətin cavabdehlə bağladığı müqavilə üzrə tələbetmə hüquqlarını iddiaçıya ötürməsi barədə hər hansı hüquqi sənəd də mövcud olmamışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şirkət ekspeditor olaraq qəbul edilərsə onun daşıyıcı və yük göndərələnlə ayrı-ayrılıqda öz adından bağladığı müqavilələrdə daşıma xərcinin ekspeditorun muzdu da daxil olmaqla cəmi 2600 ABŞ dolları olduğu müəyyən olunmuşdur. İddiaçı bu məbləğdən 1600 ABŞ dollarının ödənildiyini iddia ərizəsində etir af etdiyindən cavabdehin yük daşıma müqaviləsinin şərtlərinə görə daşıma dəyərinin qalıq hissəsi 1000 ABŞ dolları olduğu müəyyən edilir ki, bu zaman iddiaçının yükün təhvil verilməsi üçün 2000 ABŞ dolları ödəniş tələb etməsi əsassız olmuşdur. Belə ki, daşımanın ümumi dəyərinin 3600 ABŞ dolları təşkil etdiyinə dair tərəflər arasında əvvəlcədən razılaşma olduğu da mötəbər sübutlarla təsdiqini tapmamışdır. Cavabdehin yük ona təhvil verildikdən sonra H.Öztürkə 2000 ABŞ dolları ödəniş edəcəyinə dair tarixi, nömrəsi, kimə ünvanlandığı məlum olmayan məktubun surətini isə məhkəmə kollegiyası mötəbər sübut hesab etməmişdir. Belə olan halda, cavabdehə məxsus yükün əlavə ödəniş tələb edilməsi ilə əlaqədar təhvil verilməməsinə görə məsuliyyət iddiaçının üzərinə düşdüyündən yüklə birlikdə nəqliyyat vas itəsinin gömrük orqanının park yerində saxlanılmasına görə xərclərin cavabdehdən tələb olunması əsaslı olmamışdır.

24. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Mülki Məcəllənin 850.1, 851, 852.1, 852.4-cü, MPM-in 4.1, 5.2, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəməsinin qətnaməsi 2020-ci il 16 noyabr tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

26. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv olunması, iş üzrə toplanmış sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində göstərilmi şdir ki, əqddə razılıq dedikdə əqddə iştirak etməyən üçüncü şəxsin əqdin bağlanmasına icazə verməsi başa düşülür. O, əqdin bağlanması prosesinin əlavə mərhələsidir. Əqd bağlananadək üçüncü şəxsin əvvəlcədən icazə verməsi əqdin etibarlı sayılması üçün əsas olur. Sonradan verilən razılığın mahiyyəti isə bundan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd qüvvəyə minir. Əqdin bağlanmasına verilən razılığın forması həmin əqdin formasından asılı deyildir. Əgər əqd üçün qanunla müəyyən forma nəzərdə tutularsa, onda həmin əqdin bağlanmasına verilən razılığın göstərilən formaya uyğun gəlməsi tələb edilmir və məcburi deyildir. Hazırki halda, belə razılıq malın daşınması, pulun ödənilməli olduğu subyektin kimliyi və vasitəçilik anlayışı mal sahibi olan yükü qəbul edən tərəfindən verilmiş, məh kəmə isə pul vəsaitinin daşımanı həyata keçirən şəxsə verilməsinə dair mal sahibinin imzalı və möhürlü məktubunu nəzərə almamışdır. 28. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən, sifarişçi ilə daşıyıcı arasında əldə olunmuş razılıq əsasında yüklər daşınmaya daşıma haqqı ödənilənədək qəbul edilə bilər. Bu halda daşıma haqqı məbləğindən gecikdirmənin hər gününə görə sifarişçidən dəbbə pulu tutulur. Həmçinin, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müavilədə nəzərdə tutulmuş müddətlərdə yükün avtonəqliyyat vasitəsindən boşaldılmasını yerinə yetirmək, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulduq da, daşıma haqqını tam həcmdə ödəmək yük sahibinin vəzifəsidir.

29. İddiaçı kassasiya şikayətində “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”-nın 9, 39, 41, 46-cı bəndlərinə, Mülki Məcəllənin 355, 357, 358-ci, MPM-in 14, 77.1, 88, 175-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

30. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onu müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər.

31. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat ver ilsə də, cavabdeh tərəf məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.

32. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

33. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi ), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yo xlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmudur Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunverici likdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

49. Hüquqi şəxsin orqanları... 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar ə ldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər....” “Maddə

355. Əqdlərdə razılıq anlayışı 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur....” “Maddə

357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Maddə

860. Yükə girov hüququ 860.1. Daşıyıcı o na çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. 860.2. Əgər daşıyıcı öz girov hüququnu həyata keçirirsə, yükün çatdırılması yalnız mübahisəli məbləğin məhkəmədə depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin girov hüququ barəsində yükü əvəz edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 saylı Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qayda ları

9. Yükün daşınmasına görə ödəmələr 9.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmadıqda, avtomobil nəqliyyatı ilə yük daşınmasına görə haqqın ödənilməsi qaydası müqavilə ilə müəyyən edilir. 9.2. Yükün daşınmasına və göstərilmiş digər xidmətlərə görə daşıyıcıya sifarişçi tərəfindən ödənilməli olan daşıma haqqı avans şəklində müvafiq ödəniş sənədləri (ödəniş tapşırıqları və ya tələbləri, çeklər, veksellər, akkreditivlər) vasitəsilə və ya nağd pul şəklində ödənilməlidir. Sifarişçi ilə daşıyıcı arasında əldə olunmuş razılıq əsasında yüklər daşınmaya daşıma haqqı ödənilənədək qəbul edilə bilər. Bu halda daşıma haqqının məbləğindən gecikdirmənin hər gününə görə sifarişçidən dəbbə pulu tutulur. Dəbbə pulunun miqdarı müqavilə ilə müəyyən edilir. 9.3. Daşıyıcı 3 g ün ərzində sifarişin icrasına başlamadıqda, sifarişçinin avans olaraq ödədiyi daşıma haqqı növbəti 3 bank günü ərzində sifarişçiyə qaytarılmalıdır. 9.4. Baş tutmayan yük daşınmasına görə əvvəlcədən ödənilmiş daşıma haqqı vaxtında qaytarılmadıqda, daşıyıcı qaytarılmalı olan ödəniş məbləğindən gecikdirmənin hər günü üçün sifarişçiyə dəbbə pulu ödəyir. Dəbbə pulunun miqdarı müqavilə ilə müəyyən edilir. 9.5. Yüklərin daşınması üçün yekun hesablaşma daşıyıcının təqdim etdiyi hesab əsasında sifarişçi tərəfindən yerinə yetirilir. Yerinə yetirilmiş daşımaya görə hesab əmtəənəqliyyat qaiməsi əsasında, xidmətin saathesabı ilə göstərildiyi hallarda isə yükgöndərən (yükalan) tərəfindən təsdiq olunmuş yol vərəqələrində olan məlumatlar əsasında tərtib edilir. 9.6. Müqavilə ilə digər hesablaşma qaydası n əzərdə tutulmadıqda, daşıyıcı yekun hesablaşma üçün 10 gün müddətində sifarişçiyə hesab təqdim etməli və həmin hesaba müvafiq sənədləri əlavə etməlidir. 9.7. Yerinə yetirilmiş daşımaya görə sifarişçinin daşıyıcıya vaxtı keçmiş debitor borcu olduqda, daşıyıcı daşınan yükləri özündə saxlaya bilər.

39. Daşımalara görə hesablaşmalar 39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.

41. Daşıyıc ının hüquqları 41.1. Daşıyıcı aşağıdakı hüquqlara malikdir: 41.1.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsini bağlamaq; 41.1.2. sifarişçi daşıyıcının çəkdiyi xərclərin ödənilməsinə təminat vermədikdə və ya həmin xərclərin ödənilməsindən imtina etdikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə daşıma qadağan edildikdə, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsindən, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədən və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsindən imtina etmək; 41.1.3. bir avtonəqliyyat vasitəsi ilə daşınmaq üçün təqdim edilən yükün kütləsi onun yükgötürmə qabiliyyətindən artıq olduqda və avtomobil yolları ilə daşımaların müvəqqəti məhdudlaşdırılması və ya dayandırılması səbəblərindən yük çatdırılmadıqda, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsindən imtina etmək; 41.1.4. əmtəə təyinatlı yük əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədikdə, sifarişçi daşıma şərtlərini nizamlayan sanitar və ya digər qaydalara uyğun olaraq, daşıma üçün zəruri olan sənədləri təqdim etmədikdə və ya təhvil vermədikdə, yük keyfiyyətinə görə texniki normativ hüquqi aktlara uyğun olmadıqda, yük daşıma zamanı onun salamatlığını təmin etməyən lazımsız vəziyyətdə qablaşdırmada və ya tarada təqdim edildikdə, yük icraya qəbul edilmiş müqavilədə nəzərdə tutulm adıqda, ölkədaxili daşımalarda isə digər təyinat məntəqəsi üçün nəzərdə tutulduqda və xırda partiyalarla daşımaya təqdim edilmiş müxtəlif növ yüklərin öz xüsusiyyətlərinə görə eyni nəqliyyat vasitəsində birgə daşınmasına yol verilmədikdə, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsindən imtina etmək; 41.1.5. yük düzgün plomblanmadıqda və ya onun üzərində aydın olmayan iz olduqda, daşımanın yerinə yetirilməsinə başlamamaq; 41.1.6. yükləmə üçün gözləmədən 1 saat keçəndən sonra avtonəqliyyat vasitəsini dayanacaq yerinə qaytarmaq və ya ondan digər daşımalarda istifadə etmək; 41.1.7. yükləri daşınmaya qiyməti elan olunmaqla qəbul etmək; 41.1.8. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin yerinə yetirilməsi ü çün zəruri olan avtonəqliyyat vasitələrinin növünü və sayını müəyyən etmək; 41.1.9. yükün xarici görünüşünün vəziyyətinə və ya onun qablaşdırılmasına aid olan məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil etmək; 41.1.10. yükün avtonəqliyyat vasitəsinin banına düzgün yüklənməsini və yerləşdirilməsini yoxlamaq və yükgöndərəndən nəzərə çarpan qüsurların aradan qaldırılmasını tələb etmək; 41.1.11. daşıyıcıya daşınmaq üçün təhvil verilmiş yükü daşıma haqqı və digər ödənişlər hesabına qanunvericiliklə digər hal nəzərdə tutulmadıqda və ya müqavilə ilə öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmədikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada saxlamaq; 41.1.12. yük daşıyıcıdan asılı olmayan səbəblərdən yükalana təhvil verilə və ya yükgöndərənə qaytarıla bilmədikdə qan unvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə yükü satmaq; 41.1.13. yükün əskik çıxması, korlanması və ya zədələnməsi səbəblərini və ya miqdarını, o cümlədən onun dəyərinin azaldığı məbləği müəyyən etmək üçün ekspertiza təyin etmək; 41.1.14. sifarişçinin təqsiri üzündən yaranmış ziyanın (itkinin) əvəzinin ödənilməsini tələb etmək.

46. Yükalanın vəzifələri 46.1. Yükalanın vəzifələri aşağıdakılardır: 46.1.1. yükün yüklənməsi yerinə gediş hüququna dair daşıyıcı üçün buraxılış vərəqəsi hazırlamaq; 46.1.2. ilin istənilən vaxtında və günündə avtonəqliyyat vasitələrinin yüklənmə və manevretmə yerinə maneəsiz gedişini təmin etmək; 46.1.3. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulmuş müddət lərdə yükün avtonəqliyyat vasitəsindən boşaldılmasını yerinə yetirmək; 46.1.4. boşaltma işlərini yerinə yetirərkən, texniki təhlükəsizlik qaydalarına riayət etmək; 46.1.5. doldurulma təlimatına uyğun olaraq, yükə dair əmtəə-nəqliyyat qaimələrini və digər əlavə sənədləri rəsmiləşdirmək; 46.1.6. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində digər hal nəzərdə tutulmadıqda, avtonəqliyyat vasitələrini yük qalıqlarından təmizləmək və zərurət yarandıqda, banları sanitariya baxımından təmizləmək; 46.1.7. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzə rdə tutulduqda, daşıma haqqını tam həcmdə ödəmək; 46.1.8. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində nəzərdə tutulduqda, avtonəqliyyat vasitəsindən istifadə haqqını tam həcmdə ödəmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştira k edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

39. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, pul vəsaitinin daşımanı həyata keçirən şəxsə verilməsinə dair mal sahibinin imzalı və möhürlü məktubu mövcud olsa da, apellyasiya məhkəməsi həmin məktubu nəzərə almamışdır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıda qeyd olunanlara əsasən razılaşdığını bildirir.

41. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehlə “Rey-Nak Limited” şirkəti arasında daşıma müqaviləsi mövcud olmuş, müqavilədə yüklərin yüklənmə tarixi 2018-ci il 6 sentyabr, daşımanın həyata keçiriləcəyi nəqliyyat vasitəsinin qeydiyyat nişanı 61 K3570/61 K 3571, sürücünü adı və soy adı Hacı Öztürk, daşıma xərci 2600 ABŞ dolları, daşıma müddəti 5 gün olaraq göstərilmiş, ödəniş şərti – Bakı gömrüyündə Şirkətin hesabına köçürülməsi nəzərdə tutulmuş, daha sonra isə, iddiaçı ilə “Rey-Nak Limited” şirkəti arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Şirkət tərəfindən daşınmalı olan cavabdehə aid yüklərin daşınmasını öz üzərinə götürmüş, həmin müqavilədə də daşıma xərci kimi 2600 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Hər iki müqavilə eyni tarixdə bağlanmış, yükü daşımalı olan avtomobilin nömrəsi və sürücünün adı eyni olmuş və yükün boşaldılmalı olduğu yer kimi ilk müqavilədə Bakı gömrüyü, digərində isə “Bakı-İL MMC” olaraq göstərilmişdir.

42. Bundan başqa, cavabdehin iş materiallarında olan məktubunda 2018-ci il 6 sentyabr tarixli müqaviləyə əsasən, sürücü Hacı Öztürkə 2000 ABŞ dolları vəsaitin ödəniləcəyi göstərilmişdir (bax §4).

43. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

44. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır.

45. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlay a və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (Mülki Məcəllənin 49.2-ci maddəsi). 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaş dırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Mülki Məcəlləninin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

47. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq “Rey-Nak” Limited şirkəti ilə müqavilə bağlamış, daha sonra sonuncu ilə iddiaçı arasında yükün iddiaçı tərəfindən daşınması barədə birinci müqavilə ilə eyni mahiyyət daşıyan müqavilə bağlanmış, cavabdeh isə bunu bəyənərək etiraz etməmişdir. Beləliklə aydın olur ki, tərəflər arasında cavabdehə məxsus yükün daşınması ilə bağlı müqavilə mövcud olmuş, yük Azərbaycan Respublikasının gömrük sərhədinə çatdırılmış, cavabdeh tərəfindən buna etiraz və irad bildirilməmiş, mübahisə yalnız ödənilməli olan məbləğlə bağlı yaranmışdır.

48. Bundan başqa, iş materiallarında olan iddiaçı tərəfindən “Elite Dış Ticaret Limited ŞTİ”-yə göndərilmiş 2018-ci il 18 sentyabr tarixli “Fatura” adlanan sənəddə İstanbul şəhərindən Bakı şəhərinə çatdırılma üçün 1600 ABŞ dol larında vəsaitin ödənilməsi öz əksini tapmışdır (iş.v 82, cild İ). Məhkəmə kollegiyası hesab edir ki, “Fatura” adlanan sənəddə göstərilən məbləğin kimin tərəfindən və nə üçün ödənilməsinin aydınlaşdırılması da əhəmiyyət kəsb edən amildir. Həmçinin, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə iclasında H.Öztürk 1000 ABŞ dolları vəsaitin gömrük üçün 600 ABŞ dolları vəsaitin isə onun özü üçün Elit şirkəti tərəfindən göndərildiyini bildirərək daşıma üçün 2000 ABŞ dolları borcun qaldığını qeyd etmişdir. Həmçinin, məhkəmə iclası protokollarından da görünür ki, cavabdehin nümayəndəsi 1600 ABŞ dollarının nağdsız qaydada ödənildiyini, lakin bu vəsaitin kimə ödənildiyini bilmədiyini, 1000 ABŞ dolları borcun qaldığını, daha sonra isə H.Öztürklə mal anbara gələrsə ona 2000 ABŞ dolları ödəniləcə yi barədə danışıq olduğunu bildirmişdir (bax cild 2, iş.v 111, 116). Cavabdeh həmçinin, 2000 ABŞ dolları vəsaitin sürücü H.Öztürkə ödəniləcəyini göstərən məktub da göndərmişdir ki, əvvəlki məhkəmə araşdırmaları zamanı onun direktorunun göstərilən müqavilədəki və bilavasitə həmin müqavilə ilə əlaqədar olaraq göndərilmiş məktubdakı imzasının və müəssisənin möhürünün həqiqiliyi mübahisələndirilməmişdir (iş.v 77, cild İ).

49. Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məhkəmə kollegiyası hesab edir ki, H.Öztürkə 2000 ABŞ dolları ödəniləcəyi barədə danışığın olması və 1600 ABŞ dolları nağdsız ödəniş barədə cavabdehin ifadəsinə istinad olunan normanın göstərişi baxımından qiymət verilməsi, ümumiyyətlə cavabdeh tərəfindən hər-hansı məbləğin “Elite Dış Ticaret Limited ŞTİ”-yə, iddiaçı və yaxud cavabdehə köçürülüb-köçürülməməsi, həmçinin 1600 ABŞ dolları vəsaitinin kimin tərəfindən və ya kimin göstərişi əsasında verilməsi, H.Öztürkün qeyd etdiyi kimi 1000 ABŞ dollarının hansı gömrüyə, nə vaxt və nə üçün ödənilib-ödənilmədiyi müəyyənləşdirilməklə qiymətləndirilməsi işin tam, obyektiv və hərtərəfli aydınlaşdırılması prinsipi baxımından əhəmiyyət kəsb edən amillərdir.

50. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

52. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.2-ci maddəsi).

53. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

54. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxıl an iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

57. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

58. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, H.Öztürkün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun avtomobili ilə birlikdə və ya avtomobilsiz ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati məhkəmə icraatı qaydasında iş üzrə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 noyabr tarixli, 2-2(112) -931/2020 saylı qərarı ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-1(103)-1224/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-1(102)-2191/2021 saylı qərarı ilə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, H.Öztürkün Azərbaycan Respublikası ərazisini öz iradəsindən asılı olmayan səbəblərdən tərk edə bilməməsi məhkəmə qərarı ilə öz təsdiqi ni tapmış, habelə həmin inzibati icraat çərçivəsində H.Öztürk tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tədbirinin tətbiq olunması da müəyyən edilməmişdir.

59. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı həmçinin işgüzar nüfuza dəymiş zərərin və H.Öztürkə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini də tələb etdiyindən, cavabdeh tərəfindən müqavilə üzrə borcun qanunsuz və əsassız olaraq ödənilmədiyi müəyyən olunarsa bu zaman iddia tələbinin göstərilən hissələri ilə bağlı ədalətli məhkəmə araşdırmasının aparılması zərurəti meydana çıxacaqdır. Belə ki, iddiaçı ona məxsus olan avtomobilin və onunla əmək münasibətlərində olan H.Öztürkün uzun müddət başqa bir ölkənin ərazısində qalaraq oradan çıxarıla bilməməsinin onun işgüz ar nüfuzuna təsir etməyəcəyindən sığortalana bilməzdi.

60. Həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli, 7 saylı qərarında qeyd edilir: məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”nı, bu Konvensiyaya dair protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəx sin təqsiri və əmlak vəziyyəti, zərərçəkənin şəxsi fərdi hüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

62. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

64. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2-2(103)520/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 noyabr tarixli, 2-2(103)-520/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar