Məhkəmə qərarları › İş №2-2(102)-211/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-211/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-211/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsi, müqavilə üçün qanunvericiliklə müəyyən olunmuş forma tələbi, əhəmiyyətsiz əqd, iddia müddəti, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmdəlidən ibarət tərkibdə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-936/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİ N HALLARİ

1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) 2019-cu il 19 aprel tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, 2013-cü il 30 dekabr tarixdə "xxxx" ASC-nin yenidən təşkili nəticəsində yaradılmış iddiaçının adı 2016-cı il 27 sentyabr tarixdə dəyişdirilərək "xxxx" MMC olmuş, sonradan adı yenidən dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. İddiaçı Nizamnaməsinin 1.3.2-ci bəndinə görə "xxxx" MMC-nin 2016-cı il 27 sentyabr tarixdə və "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onların tam hüquqi varisidir.

2. Cavabdeh MMC-nin 2018-ci il 13 noyabr tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 nömrəli ərazi vergilər idarəsi tərəfindən 2015-ci il 23 sentyabr tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X3” MMC 2018-ci il 13 noyabr tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC (bundan sonra – cavabdeh) adlandırılmış, nizamnamə hazırda cavabdehin nizamnaməsidir.

3. Satıcı iddiaçı ilə alıcı cavabdeh “X4” MMC arasında 2016-cı il 1 avqust tarixdə QSZS 61/0816 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 327.352,22 manat təşkil edir. Müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 6 ay ərzində, hissə-hissə o laraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin müvafiq olaraq 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Həmin müqaviləyə dair 1№-li əlavədən müəyyən edilir ki, bu əlavəyə əsasən tərəflər cəmi 196.255,4 6 manat qiymətə aşağıdakı 17 ədəd nəqliyyat vasitəsinin alğısatqısı ilə bağlı razılaşmışlar: 2007-ci il buraxılışlı, şassi nömrəsi 13GJ070283, dövlət nömrə nişanı 10A617 olanXCMGZL30G markalı Frontal yükləyici; 2007-ciil buraxılışlı, şassi nömrəsi XGL71423127, dövlət nömrə nişanı 10E763 olan JCB540 markalı teleskop yükləyici; 2014-cü il buraxılışlı, şassi nömrəsi ET614495 olan LiuGongCPCD35 markalı avtokar; 2008-ci il buraxılışlı, şassi nömrəsi C82331321, dövlət nömrə nişanı 90JL043 olanKamaz 43253 markalı manipuliator; 2008-ci il buraxılışlı, şassi nömrəsi ZCFA1RF**********, dövlət nömrə nişanı 90JK361 olan İVEKO 170 E2 markalı su daşıyan; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC **********6075, dövlət nömrə nişanı 90JD261 olan Kamaz 43114 markalı yanacaq daşıyan; 2007-ci il buraxılışlı, şassi nömrəsi LGHX3BLD7600146, dövlət nömrə nişanı 90JE313 olan Donn Feng 1045 markalı Bortlu; 2007-ci il buraxılışlı, şassi nömrəsi 54115N72305995, dövlət nömrə nişanı 90JL830 olan Kamaz 54115 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NMOD19TEDE7M67096, dövlət nömrə nişanı 90JD891 olan Ford Cargo 3430 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi NL9Y4LB758T00464, dövlət nömrə nişanı 10ZF012 olan Yalcın DORES Lider markalı y/q dayman; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC54115N72305858, dövlət nömrə nişanı 90JB426 olan Kamaz 54115 markalı y/dartıcı; 2007-ci il buraxılışlı, şassi nömrəsi XTC54115N72311103, dövlət nömrə nişanı 90JE469 olan Kamaz 54115 markalı y/dartıcı; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9GMS02S08108076, dövlət nömrə nişanı 10ZF342 olan G üven markalı y/qoşqu s/bunker; 2008-ci il buraxılışlı, şassi nömrəsi NP9NA308TYD015667, dövlət nömrə nişanı 10ZF343 olan CARRİER markalı y/qoşqu s/bunker; 2007-ciil buraxılışlı, şassi nömrəsi XTF**********9110, dövlət nömrə nişanı 10ZF246 olan NEFAZ markalı y/q bortlu; 2007ci il buraxılışlı, şassi nömrəsi X1F**********9266, dövlət nömrə nişanı 10ZF244 olan NEFAZ markalı y/q bortlu; 2007-ci il buraxılışlı, şassi nömrəsi WJMM1VPN004217114, dövlət nömrə nişanı 90JK383 olan İVEKO 440E35T markalı bortlu. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. Satıcı "xxxx" MMC ilə alıcı “X4” MMC arasında 2016-cı il 1 oktyabr tarixdə QSZS 85/1016 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricil ərinə uyğun olan vəziyyətdə malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 267.160 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 6 ay ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin müvafiq olaraq 2.1.1-ci yarımbəndi, 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. Satıcı "xxxx" MMC ilə alıcı “X4” MMC arasında bağlanmış 2016-cı il 1 noyabr tarixdə QSZS 99/1116 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə malları (90 ədəd nəqliyyat vasitəsi) satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 955.769,56 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqda n sonra 6 ay ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin müvafiq olaraq 2.1.1-ci yarımbəndi, 3.1 və 5.2-ci bəndləri).

7. Satıcı "xxxx" MMC ilə alıcı “X4” MMC arasında 2016-cı il 28 dekabr tarixdə QSZS 125/ 1216 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı isə cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə aşağıdakı malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 267.160 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 6 ay ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün s atıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin 2.1.1-ci yarımbəni, 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Satıcı iddiaçı ilə alıcı “X4” MMC arasında 2017-ci il 1 may tarixdə QSZS 63/0517 saylı alğı-satqı müqaviləsinin bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 304.452,59 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 6 ay ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin 2.1.1-ci yarımbəndi, 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzas ı və möhürü ilə təsdiq edilmişdir.

9. Satıcı iddiaçı ilə alıcı “X4” MMC arasında 2018-ci il 30 iyul tarixdə QSZS 115/0718 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 4.130 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 30 gün ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra üç gün ərzində ödənilməlidir Müqavilənin 2.1.1-ci yarımbəndi, 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Satıcı iddiaçı ilə alıcı “X4” MMC arasında 2018-ci il 3 sentyabr tarixdə QSZS 152/0918 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı cədvəldə göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərinə uyğun olan vəziyyətdə aşağıdakı malalrı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti ƏDV daxil 67.606,24 manat təşkil edir. Alıcı ödənişi, bu müqavilə üzrə malları təhvil aldıqdan sonra 1 ay ərzində, hissə-hissə olaraq bank köçürmə yolu ilə və ya nağd qaydada satıcıya ödəyir. Malın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdikdə hər gecikən gün üçün satıcıya bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 20% çox olmamalıdır. Bu dəbbə pulu alıcı satıcıdan dəbbə pulunun ödənilməsi ilə bağlı bildirişi aldıqda n sonra üç gün ərzində ödənilməlidir (Müqavilənin 2.1.1-ci yarımbədi, 3.1 və 5.2-ci bəndləri). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 11. 2016-cı il 30 dekabr tarixli 246 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, “X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2016-cı il 21 yanvar, 2016-cı il 28 dekabr tarixli müqavilələr üzrə 103.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2016-cı il 12 dekabr tarixli 217 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, “X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2016-cı il 21 yanvar, 2016-cı il 1 avqust, 2016-cı il 1 oktyabr, 2016-cı il 1 noyabr tarixli müqavilələr üzrə 3.042.413 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2017-ci il 24 may tarixli 295 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, “X4” MMC tərəfindən "xxxx" MMC -nin hesabına 063/0517 saylı müqaviləyə əsasən 130.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2017-ci il 26 may tarixli 300 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, “X4” MMC tərəfindən "xxxx" MMC-nin hesabına 063/0517 saylı müqaviləyə əsasən 128.010 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2018-ci il 10 avqust tarixli 515 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, “X4” MMC tərəfindən iddiaçının hesabına 115/0718 saylı müqaviləyə əsasən 3.500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2018-ci il 13 sentyabr tarixli 1548 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, “X4” MMC tərəfindən iddiaçının hesabına 152/0918 saylı müqaviləyə əsasən 67.606 manat pul vəsaiti məbləğində köçürülmüşdür. Köçürmənin aparılması barədə 2016-cı il 14 dekabr tarixli bildirişlə təsdiq edilir ki, cavabdehin ƏDV subhesabından iddiaçıya 315.991,29 manat məbləğində ƏDV ödənilmişdir. Köçürmənin aparılması barədə 2016-cı il 16 dekabr tarixli bildirişlə təsdiq edilir ki, cavabdehin ƏDV subhesabından iddiaçıya 516.085 manat məbləğində ƏDV ödənilmişdir. Köçürmənin aparılması barədə 2017-ci il 2 may tarixli bildirişlə təsdiq edilir ki, cavabdehin ƏDV subhesabından iddiaçıya 47.000 manat məbləğində ƏDV ödənilmişdir. Köçürmənin aparılması barədə 2018-ci il 10 avqust tarixli bildirişlə təsdiq edilir ki, cavabdehin ƏDV subhesabından iddiaçıya 43.396,11 manat məbləğində ƏDV ödənilmişdir. Köçürmənin aparılması barədə 2018-ci il 13 sentyabr tarixli bildirişlə təsdiq edilir ki, cavabdehin ƏDV subhesabından iddiaçıya 310.000 manat məbləğində ƏDV ödənilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanla nmış 2020-ci il 14 iyul tarixli məktubla cavabdehə tərəflər arasında bağlanılmış müqavilələrə xitam olunması barədə razılaşmanın bağlanılması, həmin müqavilələr üzrə satıcı tərəfindən alıcıya verilmiş bütün malların 7 gündən gec olmayaraq satıcıya geri qaytarılması təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi tərəfindən qeydiyyata alınmış nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışlarına və alğı-satqı müqavilələrinə əsasən, hazırkı mübahisə predmeti olan 171 ədəd nəqliyyat vasitələrindən 141 ədədi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılmışdır. Sözügedən 141 ədəd avtomobillərə dair “X4” MMC-nin mülkiyyət hüququ müba hisə predmeti olan alğı-satqı müqavilələri əsasında deyil, iddiaçı ilə “X4” MMC arasında bağlanmış 2016-cı ilin 6, 7, 8, 12 və 13 dekabr, 2017-ci il 8 may, 2017-ci il 22 avqust, 2018-ci il 21 avqust tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 2021-ci il 16 aprel tarixli AXA 25/01-07-936 nömrəli məktubdan müəyyən olunur ki, iddia ərizəsində göstərilmiş nəqliyyat vasitələrinin (xüsusi texnikaların) 27 ədədi üzrə əmlak hüquqlarının dövlət qeydiyyatı Agentlik tərəfindən aparılmış, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində əldə edilmiş məlumata əsasən həmin xüsusi texn ikaların 23 ədədi üzərində mülkiyyət hüququ alğı-satqı əsasında "xxxx" ASC-nin mülkiyyətindən “X3” MMC-yə keçmişdir. Siyahıda göstərilmiş qalan 4 ədəd xüsusi texnika isə “Akkord Sənaye Tikinti Korporasiyası ASC-nin mülkiyyətində olmaqla “X3” MMC-nin mülkiyyətinə verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı 2020-ci il 22 sentyabr tarixdə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2016-cı il 1 avqust tarixli QSZS 61/0816 saylı, 2016-cı il 1 oktyabr tarixli QSZS 85/1016 saylı, 2016-cı il 1 noyabr tarixli QSZS 99/1116 saylı, 2016-cı il 28 dekabr tarixli QSZS 125/1216 saylı, 2017-ci il 1 may tarixli QSZS 63/0517 saylı, 2018-ci il 30 iyul tarixli QSZS 115/0718 saylı və 2018-ci il 3 sentyabr tarixli QSZS 152/0918 saylı al ğı-satqı müqavilələrinin ləğv edilməsi və müqavilə predmeti olan 36 ədəd yəhərli dartıcı, 35 ədəd yarımqoşqu, 7 ədəd avtobus, 10 ədəd frontal yükləyici, 2 ədəd su daşıyan, 2 ədəd yanacaq daşıyan, 1 ədəd sement daşıyan, 1 ədəd teleskop yükləyici, 2 ədəd manipulyator, 41 ədəd özüboşaldan, 1 ədəd avtokran, 1 ədəd mikro avtobus, 8 ədəd ekskavator, 2 ədəd buldozer, 1 ədəd avtoqreyder, yanacaq və su maşını və digər nəqliyyat vasitələrinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında 2016-cı il 1 avqust tarixli QSZS 61/0816 saylı, 2016-cı il 1 oktyabr tarixli QSZS 85/1016 saylı, 2016-cı il 1 noyabr tarixli QSZS 99/1116 saylı, 2016-cı il 28 dekabr tarixli QSZS 125/1216 saylı, 2017ci il 1 may tarixli QSZS 63/0517 saylı, 2018-ci il 30 iyul tarixli QSZS 115/0718 saylı və 2018-ci il 3 sentyabr tarixli QSZS 152/0918 saylı alğı-satqı müqavilələri bağlanmış, iddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək müqavilələrin predmeti olan nəqliyyat vasitələri və texnikaları cavabdehə təhvil vermişdir. Cavabdeh 2016-cı il 1 avqust tarixli müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, aldığı malların dəyərini təşkil edən 523.607,68 manat vəsaiti malları təhvil aldıqdan sonra 6 ay ərzində iddiaçıya ödəməli olduğu halda ödəməmişdir. Eyni qaydada cavabdeh 2016-cı il 1 oktyabr tarixli müqavilə üzrə 267.160 manat, 2016-cı il 1 noyabr tarixli müqavilə üzrə 955.769,56 manat, 2016-cı il 28 dekabr tarixli müqavilə üzrə 59.350,15 manat, 2017-ci il 1 may tarixli müqavilə üzrə 304.452, 59 manat, 2018-ci il 30 iyul müqavilə üzrə 4.130 manat, 2018-ci il 3 sentyabr tarixli müqavilə üzrə 67.606,24 manat ödəməli olduğu vəsaitləri ödəməmişdir. İddia tələbinin hüquqi əsası kimi tərəflər arasında bağlanmış müqavilələrin 2.2.1, 4.1.3, 4.4.2-c bədlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.1, 423.2, 600.4-cü maddələrinə istinad olunmuşdur. 17. 2020-ci il 18 noyabr tarixdə cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, QSZS 61/0816 nömrəli 2016-cı il 1 avqust tarixli müqavilə, həmçinin müqaviləyə 2016-cı il 16 avqust tarixli 1 nömrəli Əlavə üzrə 523.607,68 manat, QSZS 85/1016 nömrəli 2016-cı il 1 oktyabr tarixli müqavilə üzrə 267.160 manat, QSZS 99/1116 nömrəli 2016-cı il 1 noyabr tarixli müqavilə üzrə 955.769,56 manat, QSZS 1 25/1216 nömrəli 2016-cı il 28 dekabr tarixli müqavilə üzrə 59.350,15 manat, QSZS 63/0517 nömrəli 2017-ci il 1 may tarixli müqavilə üzrə 304.452,59 manat, QSZS 115/0718 nömrəli 2018-ci il 30 iyul tarixli müqavilə üzrə 4.130 manat, QSZS 152/0918 nömrəli 2018-ci il 3 sentyabr tarixli müqavilə üzrə 67.606,24 manat olmaqla, ümumilikdə 2.182.076,22 manat məbləğdə əsas və 392.773,72 manat ƏDV məbləğinin və 2017-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi həmin məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi - illik 8%-lə hesablanmış 823.929 manat məbləğdə faizlərin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilələr üzrə cəmi 2.182.076,22 manat əsas və 392.773,72 manat ƏDV məbləğini bank və vergi depozit hesablarından ödəyərək sözügedən müqavilələr üzrə tam ödənişi həyata keçirməsinə baxmayaraq iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, nəticədə cavabdehə əsaslı şəkildə maddi ziyan dəymişdir. Cavabdehə məlum olmuşdur ki, iddiaçı həmin texnika və nəqliyyat vasitələrinə sahib olmadan öz maliyyə-böhran vəziyyətini yaxşılaşdırmaq məqsədilə belə texnikaların onda olmasını bildirərək öncədən ödəniş tələbi irəli sürmüş, bu yolla müqavilələrin imzalanmasına və avans olaraq cavabdehdən maliyyə vəsaitinin əldə edilməsinə nail olmuşdur. Beləliklə, müqavilə predmeti olan əşyalar onda heç bir zaman mövcud olmamış, habelə imzalanmış müqavilələr qanunvericiliyin tələbinə əsasən dövlət qeydiyyatına alınmamışdır. Həmçinin, müqavilənin malın çatdırılmas ı və təhvil verilməsi qaydalarını əks etdirən bəndlərinə uyğun olaraq təhvil-təslim aktları tərtib edilməmiş və iddiaçı tərəfindən onlara təhvil verilməmişdir. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən müəyyən olunur ki, həmin nəqliyyat vasitələri tərəflər arasında bağlanılması bildirilən müqavilələr əsasında deyil, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən rəsmiləşdirilmiş başqa şəxslərdən digər nömrəli və digər tarixli alğı-satqı müqavilələrinə əsasən əldə edilmişdir. Mübahisə predmeti olan nəqliyyat vasitələrinin hazırda başqa şəxslərin mülkiyyətində olması müqavilələrin icrasının mümkünsüz olmasına dəlalət edir. Mübahisə predmeti olan müqavilələrin notariat qaydada təsdiq edilməməsi əhəmiyyətsiz əqd olmasına və iddia ərizəsinin əsassız olmasına dəlalət edir. Azərbaycan Respub likası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin tələblərinə əsasən mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində” qeydiyyata alınmalıdır. Cavabdeh qeyd etmişdir ki, nəqliyyat vasitələri üzərində sa hiblik hüququnu təsdiq edən sənəd DYP tərəfindən və ya ona bərabər tutulan orqanın təqdim etdiyi şəhadətnamə ilə müəyyən edilir. Lakin, iddiaçı belə hüququ olmadan nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələri bağlamışdır. Cavabdehə dəymiş ziyanın məbləği 823.929,00 manat olmuşdur. Beləliklə də, həmin müqavilələr etibarsız hesab olunmaqla ödənilmiş 2.182.076,22 manat əsas və 392.773,72 manat ƏDV məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Qarşılıqlı iddia tələbi Mülki Məcəllənin 39.2, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddələrinə istinad olunmaqla əsaslandırılmışdır.

19. İş üzrə hər iki tərəf qarşı tərəfin iddia tələbinə iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə ərizə də təqdim etmişdirlər. 20. 2021-ci il 12 may tarixdə ilk iddia tələbi ü zrə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək 2016-cı il 1 avqust tarixli QSZS 61/0816 saylı, 2016-cı il 1 oktyabr tarixli QSZS 85/1016 saylı, 2016-cı il 1 noyabr tarixli QSZS 99/1116 saylı, 2016-cı il 28 dekabr tarixli QSZS 125/1216 saylı, 2017-ci il 1 may tarixli QSZS 63/0517 saylı, 2018-ci il 30 iyul tarixli QSZS 115/0718 saylı və 2018-ci il 3 sentyabr tarixli QSZS 152/0918 saylı alğı-satqı müqavilələrinin ləğv edilməsi, müqavilə predmeti olan avtomobil və texnikaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 may tarixli, e-2-2(113)-238/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilmişdir (hakim – L.Əliyeva).

22. Həmin məhkəmə bildirmişdir ki, müba hisəli alğı-satqı müqavilələri qanunvericilik aktlarında müəyyən edilmiş forma tələblərinə riayət etməkə bağlanmadığından əhəmiyyətsiz əqdlər olmuşdur. Belə olduqda, qarşılıqlı iddia tələbi mahiyyətinə görə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddia olmuşdur. Qanunverici əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi (pulun qaytarılması) haqqında tələblərin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Belə ki, maraqlı şəxs əqdin icrasına başlanıldığı vaxtdan bir il keçdikdən sonra əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Hazırkı işdə qarşılıqlı i ddia üzrə iddiaçının özünün də qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi onun tərəfindən QSZS 61/0816 saylı 2016-cı il 1 avqust tarixli,; QSZS 85/1016 saylı 2016-cı il 1 oktyabr tarixli; QSZS 99/1116 saylı 2016cı il 1 noyabr tarixli, QSZS 125/1216 saylı 2016-cı il 28 dekabr tarixli alğı-satqı müqavilələri üzrə ödənişlər 2016-cı ildə, QSZS 63/0517 saylı, 2017-ci il 1 may tarixli müqavilə üzrə 2017-ci ildə, QSZS 115/0718 saylı 2018-ci il 30 iyul tarixli və QSZS 152/0918 saylı 2018-ci il 3 sentyabr tarixli alğı-satqı müqaviləsi üzrə isə sonuncu ödəniş 2018-ci il 13 sentyabr tarixdə həyata keçirilmişdir. Göründüyü kimi mübahisəli əqdlərdən sonuncunun icrasına 2018-ci ildə başlanıldığı halda əhəmiyyətsiz əqdlərin etibarsızlığı nəticələrinin tətbiqi tələbinə dair iddia 2020-ci ildə irəli sürül müş, yəni göstərilən tələbin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddət buraxılmışdır. Mübahisəli əqdlər əsasında ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə qarşılıqlı iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçının geri qaytarılmasını tələb etdiyi pul vəsaitinin saxlanmasına görə faizlərin tutulması hissəsində də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.

23. Məhkəmə ilk iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Mübahisəli alğı-satqı müqavilələri etibarlı əqdlər olmadıqlarından həmin əqdlər əsasında tərəflərin hüquq və öhdəlikləri yaranmamışdır. Buna görə də ilk iddia üzrə iddiaçı cavabdehin həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsinə əsaslanaraq müqavilələrin ləğv edilməsi və alınmış malın geri qaytarılması tələbini irəli sürməkdə haqlı olmamışdır. İlk iddia tələbi üzrə iddiaçının cavabdehin mübahisəli müqavilələr üzrə öhdəliklərini icra etməməsi əsası ilə qaytarılmasını tələb etdiyi nəqliyyat vasitələrinin və xüsusi texnikaların üzərində cavabdehin mülkiyyət hüququ isə mübahisəli müqavilələr əsasında deyil, başqa alğı-satqı müqavilələrinə əsasən dövlət qeydiyyatına alınmışdır.

24. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 144.1, 329.1, 354.1, 421.2, 600.4, 650-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada d övlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”-nin 2.9-cu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2000-ci il 21 fevral tarixdə təsdiq edilmiş (2018-ci il 1 mart tarixədək qüvvədə olmuş) “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol – tikinti maşınlarının dövlət qeydiyyatı haqqında Təlimat”-ın 2.7-ci, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2018-ci il 1 mart tarixli, Q-02-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”-ın 2.11.2.2.5-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv, ilk iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Qətnamədən həmçin in cavabdeh də apellyasiya şikayəti verərək onun qismən – qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-936/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

28. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsaslara istinad etməklə həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 354.1, 3 54.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 12 oktyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmin tarixdə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

31. Apellyasiya məhkəməsinin qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı kassasiya şikayəti verərək onun qismən – ilk iddia tələbinə münasibətdə ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olu nmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

32. Müqavilələrin 4.1.3-cü bəndinə görə, alıcı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək satıcının hüquqlarına aid edilmişdir. Cavabdeh satıcıdan aldığı nəqliyyat vasitələrinin dəyərini müəyyən olunmuş müddətdə ödəməmiş, nəticədə müqavilələrin əhəmiyyətli dərəcədə pozuntusuna yol vermiş, iddiaçının Mülki Məcəllənin 421 və 423-cü maddələrindən irəli gələn hüququ yaranmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən müqavilənin pozuntusuna yol verilməsi hallarını, ümumi yyətlə araşdırmamış nəticədə həmin maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, iddiaçının malın dəyərinin ödənilməməsinə görə verilmiş malın qaytarılmasını tələb etmək hüququ olduğu halda, məhkəmə iddiaçının bu hüququnu da təmin etməmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv və hərtərəfli baxmamış, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

33. Kassasiya şikayətində Mülki Məcəllənin 421.1, 421.2, 423.2, 600.4, MPM-in 88ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəru ridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı ü çün məsuliyyət daşıyır. Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyət siz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində ir əli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə

650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqi Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə” 2.9-cu bəndinə görə nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: Nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2000-ci il 21 fevral tarixdə təsdiq edilmiş (01.03.2018-ci il tari xədək qüvvədə olmuş) “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol – tikinti maşınlarının dövlət qeydiyyatı haqqında Təlimat” 2.7-ci bəndinə əsasən texnikalara sahiblik, nömrəli aqreratların alınması və əldə edilməsini qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud texnikaya mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2018-ci il 1 mart tarixli Q-02-18 nömrəli qərarı ilə təsdiq edilmiş "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qe ydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat" 2.11. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmasına və digər qeydiyyat hərəkətlərinin aparılmasına dair müraciətlər və müvafiq qeydiyyat hərəkətlərin aparılmasına dair sənədlər aşağıdakılardır: 2.11.2. nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması üzrə: 2.11.2.2. nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və aşağıda sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.11.1-ci yarımbəndə müvafiq qaydada aparılır: 2.11.2.2.5. nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasın da yazılı şəkildə tərtib edilmiş və DAİM-də təsdiq olunmuş alqı-satqı (5 nömrəli Əlavə), yaxud dəyişmə müqaviləsi (6 nömrəli Əlavə). Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti DAİM-də satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarı Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılm amasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz. “... əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş id dia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi z ədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmi ş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarı “... MM-nin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, M M-nin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. İlk iddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən müqaviləni n pozuntusuna yol verilməsi hallarını, ümumiyyətlə araşdırmamış nəticədə həmin maddi hüquq normalarının pozuntusuna yol vermiş, həmçinin işdə olan sübutlara obyektiv və hərtərəfli baxmamış, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin maddi hüquqi əsasını Mülki Məcəllənin 421.1, 421.2 və 600.4-cü maddələri təşkil etmişdir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsas landırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

42. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi).

43. Həmin Məc əllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

44. Hazırki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qaytarılmasını tələb etdiyi nəqliyyat vasitələrinin və xüsusi texnikaların üzərində cavabdehin mülkiyyət hüququ hazırki iş üzrə mübahisəli müqavilələr əsasında deyil, başqa alğı-satqı müqavilələrinə əsasən dövlət qeydiyyatına alınmışdır.

45. Bundan başqa, Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notariu s və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 650-ci maddəsi).

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.9-cu bəndinə görə nəqliyyat vasitələrinə sahi blik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1-imtahan məntəqələrində təsdiq olunmuş alğı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi ilə təsdiq edilir:. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. 47. 2018-ci il 1 mart tarixədək (tərəflər arasında 01.08.2016, 01.10.2016, 01.11.2016, 28.12.2016, 01.05.2 017 saylı müqavilələr bağlanan zaman) qüvvədə olmuş “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol – tikinti maşınlarının dövlət qeydiyyatı haqqında Təlimat”ın 2.7-ci bəndinə əsasən texnikalara sahiblik, nömrəli aqreratların alınması və əldə edilməsini qanuniliyi qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud texnikaya mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələrlə təsdiq edilir.

48. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2018-ci il 1 mart tarixli Q-02-18 nömrəli qərarı ilə təsdiq edilmiş "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitə lərinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat"ın (tərəflər arasında 2018-ci il 30 iyul tarixli və 2018-ci il 3 sentyabr tarixli müqavilələr bağlanan zaman qüvvədə olan) 2.11.2.2.5-ci bəndinə görə nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması üzrə nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və DAİM-də təsdiq olunmuş alqı-satqı (5 nömrəli Əlavə), yaxud dəyişmə müqaviləsi (6 nömrəli Əlavə). Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti DAİM-də satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən normativ hüquqi aktların müddəaları baxımından və işin hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisəli alğı-satqı müqavilələrinin qanunvericilik aktlarında müəyyən edilmiş forma tələblərinə riayət olunmamaqla bağlanması səbəbindən əhəmiyyətsiz əqdlər olmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

50. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

51. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli alğı-satqı müqavilələri etibarlı əqdlər olmadığından ilk iddiaçının kassasiya şikayətində də etibarlı olmayan əqdin müddəalarına istinad etməklə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirməsi əsaslı olmamışdır.

53. MPM-in tələblərinə maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və mad di sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

54. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

55. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

56. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət ve rilmiş və düzgün nəticəyə gəlinmişdir və ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-936/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

58. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia tələbi üzrə iddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-936/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar