Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-212/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Açar sözlər: əmtəə nişanından qanunsuz istifadə; dəymiş zərərin əvəzinin ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)-177/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2015 1510 saylı şəhadətnaməyə əsasən, ("xxxx" ********* nömrəli, ilkinlık tarixi 28.09.2015 olan əmtəə nişanı ünvan 1 ünvanında yerləşən “İddiaçı (bundan sonra- İddiaçı) adına qeydiyyata alınmışdır. Həmin şəhadətnaməyə əsasən, əmtəə nişanı kafe restoran xidmətləri (43-cü sinif) üçün qeydiyyata alınmış və 28 sentyabr 2025-ci il tarixə qədər qüvvədədir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya X5 Reyestrindən Çıxarışa əsasən, "Manqal Dönər” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- MMC) (VÖEN **********) 05 may 2017-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X1 göndərilmiş pretenziya məktubundan görünür ki, "xxxx" əmtəə nişa nının istifadəsindən könüllü olaraq imtina olunması, işlətdikləri bütün restoranlarının (kafelərin) "Manqal Dönər” adını dəyişdirmək cavabdehdən tələb edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X1 (bundan sonra mətndə S.Xəlilov) və "Manqal Dönər” MMC-yə (bundan sonra mətndə MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh S.Xəlilov tərəfindən İddiaçı məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması, cavabdeh MMC tərəfindən İddiaçı məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçıya dəymiş 26.971 manat məbləğində maddi zərərin ödənilməsi və əmtəə nişanından qanunsuz istifadənin qada ğan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı cavabdeh iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən İddiaçı məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması, cavabdeh MMC tərəfindən İddiaçı məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçıya dəymiş 26.971 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbəsinin sənaye mülkiyyəti obyektlərinin Qeydiyyatı sektoru tərəfindən Əmtəə və Xidmətlərin (Beynəlxalq Təsnifatının 43-cü sinfi üzrə kafe və restoran xidmətləri) 30 oktyabr 2015-ci il tarixd ə İddiaçı adına dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq Şəhadətnamə təqdim olunmuşdur. 17 dekabr 2015-ci il tarixdə həmin əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq çıxarış verilmiş və "xxxx" əmtəə nişanı altında İddiaçı “kafe və restoran” fəaliyyətləri ilə məşğul ola biləcəyi barədə müstəsna hüququ təsdiq olunmuşdur. 11 mart 2016-cı il və 20 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış məktublar əsasında da "xxxx" söz işarəsi müstəqil hüquqi mühafizə obyekti kimi müəyyənləşdirilməklə ona məxsusluğu bir daha təsdiqlənmişdir. Göründüyü kimi İddiaçı tərəfindən mövcud qanunvericilikdə təsbit olunmuş bütün nor malara əməl olunmuş sözügedən əmtəə nişanının öz adına rəsmiləşdirilməsi məqsədilə bütün lazımı addımlar atılmışdır. Lakin, "xxxx" əmtəə nişanının İddiaçı məxsus olması kifayət qədər sübutlarla təsdiq olunmasına baxmayaraq, restoran (kafe) fəaliyyətini icra edərək "xxxx" əmtəə nişanından qanunsuz istifadəni həyata keçirir. MMC iddiaçının ona məxsus əmtəə nişanı 4. ilə qazandığı nüfuzdan öz mənafeyi üçün istifadə edərək qazanc əldə edir, nəticədə qeyriqanuni hərəkətləri ilə iddiaçıya maddi zərər vurulmasına gətirib çıxarır. MMC tərəfindən İddiaçı münasibətdə həyata keçirilən fəaliyyət Azərbaycan Respublikası ərazisində qüvvədə olan bir çox qanunvericilik aktlarının pozuntusu kimi qiymətləndirilməlidir. İstehlakçı əmtəə nişanına görə malın hansı istehsalçıya məxsus olduğunu asanlıqla fərql əndirməlidir. Qeydə alınmış əmtəə bazarın digər iştirakçıları tərəfindən icazəsiz istifadə edə bilməz. Əks təqdirdə, bu cür qanunsuz istifadə edə həm əmtəə nişanının sahibinin hüquqlarını pozur, həm də istehlakçıların çaşdırılması ilə onların hüququnun pozulmasına səbəb olur. Qanunvericiliyə müvafiq olaraq hər bir sahibkar digər sahibkarın artıq qeydə alınmış əmtəə nişanına olan müstəsna hüquqlarına hörmətlə yanaşmalı, eyni cinsli əmtəələrin xidmətlərin göstərilməsində istehlakçıların əmtəəni qarışdırmasına səbəb ola biləcək hərəkətlərə yol verməməli və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı haqsız rəqabət kimi qiymətləndirilən üsul və vasitələrdən istifadə etməməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, cavabdeh tərəfindən istifadə edilən əmtəə nişan ları iddiaçıya qanun çərçivəsində təqdim edilmiş əmtəə nişanı ilə eynilik təşkil edir. Halbuki, “Mangal Steakhouse” əmtəə nişanına verilmiş şəhadətnamə ilə iddiaçının həmin nişandan istifadə etmək üçün müstəsna hüququ təsdiq edilmişdir. Bu halın mövcudluğu istehlakçı tərəfindən əmtəə nişanının qarışdırılması nəticəsində iddiaçıya maddi zərər vurulmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanına oxşar əmtəə nişanlarının qəsdən seçilərək istifadə edilməsi mövcud qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, istehlakçıları çaşdırır. Cavabdeh tanınmış əmtəə nişanı ("xxxx") ilə qarışdırılan əmtəə nişanından istifadə etməklə istehlakçıların diqqətini cəlb etmək niyyətini güdür. Əmtəə nişanına olan hüquq-əqli mülkiyyət hüqu qudur. Əmtəə nişanının qanunsuz istifadəsi də əqli mülkiyyət hüququnun oğurlanması, mənimsənilməsidir. Ona görə də əmtəə nişanının qanunsuz istifadəsi mülki, inzibati, cinayət məsuliyyəti yaradır. Yəni başqasının əmtəə nişanına olan hüququnu pozan şəxs(lər) hüquq pozuntusunun dərəcəsindən asılı olaraq məsuliyyət daşıyır. MMC iddiaçının ona məxsus əmtəə nişanı ilə qazandığı nüfuzdan öz mənafeyi üçün istifadə edərək qazanc əldə edir, nəticədə qeyri-qanuni hərəkətləri ilə iddiaçıya maddi zərər vurulmasına gətirib çıxarır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019- cu il tarixli e-22(81)-731/2019 saylı qərardadı ilə məhkəmə linqvistik ekspertizası və əqli mülkiyyət obyektlərinin məhk əmə ekspertizası təyin edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 21865 nömrəli 25 oktyabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2015 1510 nömrəli şəhadətnamə əsasında beynəlxalq qeydiyyatına malik "xxxx" əmtəə nişanı MMC-nin adından olan "xxxx" sözü ilə fonetik və semantik əlamətlərdə eynilik təşkil edir. MMC-nin adında olan "xxxx" sözü 2015 1510 nömrəli şəhadətnamə əsasında beynəlxalq qeydiyyata malik "xxxx" əmtəə nişanı qarşıdırılacaq dərəcədə oxşardır. 9. “Azərbaycan Respublikasının Əqli Mülkiyyə Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi”nin 2019-cu il 31 oktyabr tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus “Mangal Steakhouse” kombinasiyalı əmtəə nişanı ilə müqayisə edilən "Manqal Dönər” işarəsi dizayn, quruluş və görünüş baxımından fərqli o lmasına baxmayaraq, işarənin əsas element olan "xxxx" transliterasiyada "xxxx" sözü ilə qarışdırılacaq dərəcədə oxşardırlar.
10. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin 20 may 2016cı il tarixli məktubundan görünür ki, "xxxx" sözündən ibarət əmtəə nişanı fərdi sahibkar İddiaçı məxsus olan "xxxx" sözdən ibarət təsviri əmtəə nişanından öncə “Səhliyalı” kiçik müəssisəsinin adına ƏXBT-nin 29,30,41 və 43-cü sinif üzrə əmtəə və xidmətlərə görə 2014-cü ildə qeydiyyata alınmışdır. Bu baxımdan İddiaçı iddia etdiyi əmtəə nişanının ekspertizası zamanı qeydiyyatın aparılmasının mümkün olmadığı tərəfimizdən aşkar olunmuşdur. Lakin, daha sonra tərəflər arasında bu məsələ ilə bağlı razılıq əldə olunm uş və “Səhliyalı” kiçik müəssisəsi tərəfindən İddiaçı iddia etdiyi nişanının qeydiyyata alınmasına etiraz etmədiyi haqqında razılıq məktubu ekspertizaya təqdim edilmişdir. Bu səbəbdən də “Əmtəə nişanları və coğrafi göstəricilər haqqına” Qanunun 15-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq "xxxx" sözündən ibarət təsviri əmtəə nişanının qeydiyyata alınması haqqında qərar qəbul edilmişdir 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-ci il 24 dekabr tarixli, e-22(81)-731/2019 saylı qətnaməsi ilə iddiaçı İddiaçı iddiası qismən təmin olunaraq, iddiaçı ona məxsus "xxxx" əmtəə nişanından cavabdeh MMC tərəfindən qanunsuz istifadənin qadağan olunması qət edilmişdir. İddia qalan hissədə iddia təmin edilməmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizasının tədqiqatının dəyəri 100 manat cavabde h MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur (hakim A.Oruczadə).
12. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı qüvvədə olduğu müddətdə nişan sahibinin razılığı olmadan ondan üçüncü şəxlər tərəfindən ticarətdə istifadə edilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə də tərəflər arasında qeydiyyata alınmış "xxxx" olan əmtəə nişanından cavabdeh tərəfindən istifadəsi üçün razılıq əldə olunmamışdır. Həmçinin, ekspertiza rəylərindən də aydın göründüyü kimi, "xxxx" əmtəə nişanı MMC-nin adından olan "xxxx" sözü ilə fonetik və semantik əlamətlərdə eynilik təşkil edir və "xxxx" sözü ilə "xxxx" əmtəə nişanı qarşıdırı lacaq dərəcədə oxşardır. Belə olduğu halda cavabdeh iddiaçıya məxsus əmtəə nişanından istifadəsi üçün hüquqa malik deyildir. Belə olan halda, iddiaçının iddia tələbi cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması hissəsində əsaslıdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində ümumiyyətlə, hansı məbləğdə ziyanın dəyməsini, dəymiş ziyanın nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən iddiaçının tələbi bu hissədə təmin edilməməlidir.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2, 1096, 1097.1. 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 88, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 avqust tarixli 2-2(103)-177/2020 saylı qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-731/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24 dekabr 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
17. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmiş dir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı qüvvədə olduğu müddətdə nişan sahibinin razılığı olmadan ondan üçüncü şəxslər tərəfindən ticarətdə istifadə oluna bilməz. Tərəflər arasında iddiaçının adına qeydiyyata alınmış "xxxx" əmtəə nişanından cavabdeh tərəfindən istifadəsi üçün razılıq əldə edilməmişdir. Maddi hüquq normaları qeydə alınmış əmtəə nişanının sahibinin ondan istifadə etməsi üzrə hüquqlarının müdafiəsinə xidmət edir ki, hazırkı halda cavabdehin əmtəə nişanı kimi istifadə etdiyi MMC əmtəə nişanında "xxxx" sözü iddiaçıya məxsus "xxxx" əmtəə nişanı ilə eynilik təşkil etdiyindən iddiaçının əmtəə hüquqlarını pozur və iddiaçının əmtəələrini digər sahibkarın, yəni cavabdehin əmtəələrindən fərqləndi rmək qabiliyyəti funksiyasını itirmiş olur. İddiaçı cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.
18. Məhkəmə bu qənaətini “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
20. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 sentyabr tarixli, 2(81)817/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə "xxxx" və “Mangal" sözlərinin qrafik görüntü etibarı ilə tamamilə fərqlilik təşkil etməsi, onların çaşdıracaq dərəcədə oxşarlıqlarıq əlamətlərinin müşahidə olunmaması və cavabdeh tərəfindən iddiaçının iddia olunan hüquqlarının pozulmaması qənaətinə gəlinmişdir. Həmçinin qətnamədə məhkəmə iş materiallarına istinadən müəyyən etmişdir ki, Cavabdeh MMC 2017-ci il 5 may tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və subicarə əsasında istifadə etdiyi Bakı şəhəri, Azadlıq prospekti 107 ünvanda MMC-nin adına uyğun Cavabdeh yazılan lövhəni obyektin adı olaraq istifadə etməkdə haqlı olmuşdur. Əgər cavabdeh "Manqal Dönər” deyil, məhz “Mangal Steakhouse” yazısından istifadə etmiş olsay dı, o halda iddiaçının tələbi əsaslı sayılardı.
21. Apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normalara riayət etməmiş, düzgün olmayam qətnamə çıxarmışdır. Belə ki, eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisəyə əvvəllər məhkəmədə baxılmış və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin, apellyasiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların iddiaçı tərəfindən yenidən mübahisələndirilməsinə şərait yaratmaqla prosessual hüquq normalarını pozmuşdur.
22. Bundan başqa apellyasiya məhkəməsi cavabdehə Cavabdeh adından istifadə olunmasının qadağan edilməsi barədə qətnamə qəbul etsə də, həmin adın cavabdehin istifadəsində olan konkret olaraq hansı obyektlərdə istifadəsinin qadağan olunması məsələsinə aydınlıq gətirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Mangal" sözündən ibarət təsviri əmtəə nişanı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 43-cü sinfi üzrə (kafe və restoran xitmətləri) 2015-ci il 30 oktyabr tarixində N 2015 1510 nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən isə Cavabdeh adından istifadə olunmaqla plagiatçılığa yol verilməklə haqsız reklamla məşğul olunmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin 2019-cu il 31 oktyabr tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Mangal Steakhouse” kombinasiyalı əmtəə nişanı ilə müqayisə edilən "Manqal Dönər” işarəsi dizayn, quruluş və görünüş baxımından fərqli olmasına baxmayaraq, işarənin əsas elementi olan "xxxx" transliterasiyada "xxxx" sözü ilə qarşılaşdırılacaq qədər oxşardırlar. Tərəflərin izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin bütövlükdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
26. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı biri nin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
27. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisəl əndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini n tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....”. Maddə
47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi ni zamnamə əsasında fəaliyyət göstərir. 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. 47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına isti nad edə bilməzlər. Maddə
48. X5 qeydiyyatı 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan X5 reyestrinə daxil edilir. 48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “X5 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. 48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır. Maddə
50. Hüquqi şəxsin adı 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüqu qi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. 50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. 50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğ u zərərin əvəzini ödəməlidir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər........” Hüquqi şəxslərin dövlər qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; “Haqsız rəqabət haqqında” Azə rbaycan Respublikası Qanunu Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Resp ublikasının Qanunu Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə o lunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2009-cu il tarixli, 145 nö mrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları» kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə, xüsusən də cavabdehin firma adının Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqi şəxs kimi həmin addan öz mülahizəsinə uyğun olaraq istifadə etmək hüququnun tanınması ilə bağlı dəlili ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
35. Mülki Məcəllənin 47.2-ci m addəsində hüquqi şəxsin nizamnaməsində göstərilməli olan məcburi məlumatların sırasında hüquqi şəxsin adı da nəzərdə tutulmuşdur.
36. Həmin məcəllənin 50-ci maddəsi ilə hüquqi şəxsin adı ilə bağlı qaydalar tənzimlənir. Həmin maddəyə əsasən, kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir (50.2, 50.3).
37. Qeyd olunan maddələrin m əzmunu faktiki olaraq kommersiya hüquqi şəxslərinin firma adlarını tanımaqla yanaşı onların müstəsna hüquq kimi qorunması və müdafiəsi təminatını əks etdirir.
38. Təsadüfi deyildir ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun rəqibin təsərrüfat fəaliyyətinin təqlidi ilə bağlı halları müəyyənləşdirildiyi 4-cü maddəsində qanunverici eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halını istisna kimi müəyyənləşdirmişdir.
39. Digər tərəfdən “X5 qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 11ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayənd əlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina hallarının dairəsi göstərilmişdir.
40. Həmin maddənin 11.3-cü bəndinə görə firma adlarının qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması və ya eyni adlı qeyri-kommersiya təşkilatının qeydiyyata alınmış olması, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilməsi imtinanın əsasları dairəsinə aiddir. 41. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı ma ddəsinin ç bəndində müəyyən edilmişdir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.
42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan göründüyü kimi, Cavabdeh MMC 2017-ci il 5 may tarixdə dövlət qeydiyyatına alınmışdır.
43. Belə olan təqdirdə, hazırkı iş üzrə tərəf olan hüquqi şəxs kommersiya təşkilatı kimi Mülki Məcəllənin yuxarıd a göstərilən normasına uyğun olaraq adından istifadə hüququna malikdir və onun belə hüququndan istifadəsinin məhdudlaşdırılması hüquqi nöqteyi nəzərdən qeyri-mümkündür.
44. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsində yuxarıda göstərilən bu hallar kifayət qədər araşdırılmamış və MMC-nin X5 qeydiyyatına alınması ilə bağlı dəlilinə onun hazırkı iş üçün hər hansı əhəmiyyətinin olmaması, mübahisənin predmetini cavabdehin qeydiyyatının qanunsuz olub-olmaması deyil, əmtəə nişanından istifadənin qadağan olunmasının təşkil etməsi göstərilmişdir.
45. Cavabdehin firma adında mövcud olan "xxxx" sözünün onun istifadəsində olan bütün ünvanlarda, yaxud konkret olaraq hansı ünvanda istifadəsinin qadağan olunması da apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2018-ci il 13 sentyabr tarixli qətnaməsində də Cavabdeh yazılan lövhələr hüquqi şəxsə məxsus obyektin adının bildirilməsi kimi qiymətləndirilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, belə hüquqi yanaşma faktiki olaraq bir tərəfdən cavabdehin firma adının qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçirilməsi faktını qəbul etsə də, tanınan və təminat verilən firma adı kimi istifadənin qeyri müəyyənliyini yaradır.
47. Beləliklə, hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması üçün istinad olunan normaların tələbləri baxımından iş hərtərəfli, tam və obyektiv araşdırılmaqla yenidən qiymətləndirilərək qətnamə qəbul olunmalıdır.
48. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obye ktiv tədqiqinə lazımi şərait yaradır.
49. MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli, 22(103)-177/2020 saylı qətnaməsi iddia tələbinin təmin edildiyi hissəsində ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli, 2-2(103)-177/2021 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.