Məhkəmə qərarları › İş №2-2(102)-212/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-212/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-212/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi malın çeşidi ilə bağlı tələblərə əməl edilməməsi, ağlabatan müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə ödənişin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-558/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli ***nömrəli alqı-satqı müqaviləsinə və qiymətlərin razılaşdırılması protokoluna əsasən cavabdeh tərəfindən iddiaçıya hər birinin dəyəri 600 manat olan 186 ədəd 60 dəqiqə yanğına davamlı qapı satılmışdır. Qapıların ümumi məbləği 111600 manat olmuş, müqaviləyə əlavədə ölçüləri 1000-2200 mm olaraq nəzərdə tutulmuşdur. Müqavilə və müqaviləyə 1 saylı əlavə Cavabdeh MMC-nin direktoru Nümayəndə1 faksimile imzası ilə imzalanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş forması nəğd yolu ilə müqavilə imzalandıqdan sonra ümumi məbləğin 30 %-i, qalan məbləin 30 %-i avadanlıq istehsalçının ölkəsindən çıxanda, 20 %-i gömrüyə daxil olan za man, 10 %-i avadanlıq sahəyə gətirildikdə, qalan 10 %-i avadanlığın quraşdırılma işləri bitdikdən sonra ödənilməlidir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən malın keyfiyyətsizliyi aşkar olunarsa, satıcı 1 ay ərzində malı keyfiyyətlisi ilə əvəz etməli və ya müqavilənin 2-ci bəndinə müvafiq olaraq dəyərini geri qaytarmalıdır. 3.2.2-ci bənddə qeyd edilir ki, malı satıcıdan təhvil aldıqdan sonra onlarda hər hansı nasazlıq aşkar olunarsa alıcı satıcıya bu barədə 3 iş günü ərzində məlumat verməyi öhdəsinə götürmüşdür

3. Təqdim edilmiş ödəniş qəbzlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 18 fevral tarixində 15.000 manat, 2022-ci il 3 fevral tarixində 21.500 manat, 2022-ci il 12 aprel tarixində 45.000 manat, 2022-ci il 15 iyul tarixində 20.000 manat, ümumilikdə 101.500 manat pu l ödənilmişdir (ödəniş qəbzləri).

4. Müqaviləyə əsasən qapılar Türkiyə Respublikasının Kayseri şəhərindən 2022-ci il 8 iyul tarixində göndərilmişdir (gömrük sənədləri).

5. İddiaçı MMC tərəfindən 2022-ci il 1 dekabr tarixində Cavabdeh MMC-yə pretenziya göndərilərək, qapılar 2022-ci il 1 fevral tarixli ***nömrəli alqı-satqı müqaviləsi və qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş meyarlarda və keyfiyyətdə təhvil verilmədiyi üçün ödənilmiş vəsaitin 10 gün ərzində geri qaytarılması xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 101.500 manat pulun, ödənilmiş 400 manat mediasiya xərci olmaqla, ümumi likdə 101.900 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 1 fevral tarixində 60 dəqiqə yanğına davamlı (ölçüsü 1.000x2.200) 186 ədəd qapıların alqısatqısına dair ***nömrəli müqavilə (bundan sonra-“müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə əlavələrdə qeyd olunan malları iddiaçıya satır, iddiaçı isə öz növbəsində malın dəyərini ödəyir. Eyni zamanda, mallar haqqında məlumat qiymətlərin razılaşdırılması protokolunda qeyd olunmuşdur. İddiaçı tərəfindən müqavilədə qeyd olunmuş ümumi məbləğdən ƏDV daxil 101.500 manat pulun cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh müqavilənin və qiymətlərin razılaşdırılması protokolunda göstərilən meyarl ara və keyfiyyətə uyğun malları iddiaçıya təhvil verməmiş, ödənişi geri qaytarmamışdır. Bu səbəbdən, 2022-ci il 1 dekabr tarixində cavabdehə vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya ünvanlanmış, lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, ona cavab verilməmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etirazında qapıların müqavilə şərtlərinə uyğun şəkildə iddiaçıya təhvil verildiyini, qapıların 60 dəqiqə ərzində yanğına davamlı qapılar olduğunu, iddiaçı tərəfindən əsassız iddialar irəli sürüldüyünü göstərmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli e-2-2(113)-969/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Ü.Həsənova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş 2022-ci il 27 yanvar tarixli EH-093 nömrəli yanğına davamlı qapı avadanlıqlarına dair kommersiya təklifindən müəyyən olunanlara görə, yanğına davamlı qapıların qurulması üçün “Dooray” (Türkiyə) istehsalı olan və “Doorhan” (Avropa) istehsalı olan yanğına davamlı qapıların texniki xüsusiyyətləri və müəyyən ölçülərdə qiymətləri təqdim edilmişdir. Təqdim olunan cədvəllərə əsasən, Dooray 60 dəqiqə yanğına davamlı qapının (1.000*2.000 mm ölçüdə) ümumi qiyməti 72.800 manat, Doorhan 60 dəqiqə yanğına davamlı qapının (1.000*2.000 mm ölçüdə) ümumi qiyməti 76.160 manat təşkil edir.

11. Türkiyə istehsalı olan 60 dəqiqə yanğına davamlı 186 ədəd qapının iddiaçıya satılması razılaşdırılmış, qapılara görə iddiaçı tərəfindən ümumilikdə 101.500 manat pul əvvəlcədən avans ola raq ödənilmiş, qalan pulun isə qapılar cavabdeh tərəfindən quraşdırıldıqdan sonra ödənilməsi razılaşdırılmış, qapılar iddiaçıya təhvil verilmiş, lakin quraşdırılmamışdır.

12. Cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında əvvəlcə təkcə müqavilənin əlavəsində olan imzanın ona məxsus olmadığını bildirsə də, daha sonra izahatının davamında işin materiallarında olan müqavilədəki imzanın da ona məxsus olmadığını iddia etmişdir. Cavabdehin qanuni təmsilçisi müqaviləni və onun əlavəsini yalnız sonuncu məhkəmə iclasında mübahisələndirmiş, bunun səbəbini həmin müqavilə və onun əlavəsindən yalnız məhkəmə iclasından öncə xəbər tutması ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin qanuni təmsilçisinin müqavilə və onun əlavəsində olan imzaların ona məxsus olmaması, həmin şərtlərlə müqavi lə bağlanmasına onun iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab etmişdir. Belə ki, iddia ərizəsi 2023-cü il 23 yanvar tarixində məhkəməyə daxil olmuş, müqavilə və onun əlavəsi iddia ərizəsi ilə eyni vaxtda elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş, cavabdeh tərəfindən 2023-cü il 22 fevral tarixində iddiaya dair yazılı etiraz təqdim edilmiş, etiraz cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır.

13. Cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış yazılı etirazın özündə müqavilənin bağlanması və onun əlavəsi olan qiymətlərin razılaşdırılması protokolunun olması faktı təsdiq olunmuş, cavabdehin öz öhdəliklərini icra etdiyi göstərilmiş, həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilən ödəniş qəbzlərində də ödənişin təyinatı kimi məhz müqavilə göstərilmişdir. Bund an əlavə, tərəflər arasında müqavilə bağlanmamışdan əvvəl cavabdehin iddiaçıya göndərdiyi ofertada cavabdeh qapıların ölçüsünü özü 1.000*2.200 mm ölçüdə göstərmiş, bundan əlavə, müqavilənin əlavəsində qapıların yanğına davamlı olmaqla bərabər 1.000*2.200 mm ölçüdə olması müqavilənin mühüm şərti kimi razılaşdırılmışdır.

14. Cavabdehin qanuni təmsilçisi qapıların ölçülərinə dair tələblərin, yəni sifarişin iddiaçı tərəfindən sonradan dəyişdirildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin qanuni təmsilçisi materiallarda olan qəbzlərdə olan imzaların ona məxsus olduğunu, onun göstərişi ilə həmin qəbzlərin onun imzasının faksimilesi vasitəsilə cavabdehin işçiləri tərəfindən imzalandığını bildirmişdir.

15. Müqavilənin hər iki səhifəsi və onu n əlavəsi olan qiymətlərin razılaşdırılması protokolu cavabdeh tərəfindən ödəniş qəbzlərində, habelə yazılı etiraz və etibarnamədə olan formada imzalanmış, müqavilənin şərtləri - qapıların sayı, qiymət, ödənilmə şərtləri, qapıların 60 dəqiqə ərzində yanğına davamlı olması, pulun qalan 10 faiz hissəsinin qapılar quraşdırıldıqdan sonra ödənilməli olması, qapıların cavabdeh tərəfindən quraşdırılmalı olması da tərəflərin iradə ifadələrini əks etdirmişdir.

16. Hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir. Müqavilə şərtlərinə uyğun malın təhvil verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Cavabdeh bununla bağlı 2021-ci il 20 iyun tarixli X1 Test və Belgelendirme A.Ş. tərəfindən verilmiş EEA-2000-0161-rev nömrəli sınaq sertifikatını təqdim etmişdir. Həmin sınaq sertifikatına əsasən, bir tərəfə açılan KİP X2 Ticaret zavodu tərəfindən istehsal olunan qapıların yanğına davamlılıq təsnifatı E90, Eİ245, Eİ120-dir. Hazırkı sınaq sertifikatı sınaq nəticələri haqqında bəyənnamədir və məhsulun hər hansı təsdiq və ya sertifikasiyasını bildirmir.

17. Məhkəmə həmin sınaq sertifikatını qapıların müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 186 ədəd qapının məhz bu uyğunluq sertifikatının tələblərinə uyğun gəldiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş qapıların yanğına davamlı olmasını təsdiq edən sənədlərin (texniki pasp ort, keyfiyyət sertifikatı və s.) təqdim olunmasını cavabdehin nümayəndəsinə təklif etsə də, cavabdehin nümayəndəsi və vəkili həmin sənədlərin iddiaçıya qapılarla birlikdə təhvil verildiyini bildirmiş, cavabdehin qanuni təmsilçisi isə qapıların üzərində hər hansı sənədin olmadığını bildirmişdir.

18. Bundan əlavə, qapıların fotoşəkillərindən görünür ki, qapıların üzərində zədələr mövcud olmaqla təhvil verilmiş qapılar, qapı üçün nəzərdə tutulmuş çərçivədəki ölçüyə uyğun gəlməmişdir. Cavabdehin nümayəndəsi izahatında qapıların üzərində olan zədələrin onların daşınması zamanı yarandığını və aradan qaldırılması mümkün olan zədələr olduğunu bildirmiş, qapıların 1.000-2.200 mm ölçüdə deyil, daha az ölçüdə olduğunu təsdiq etmiş, bunun səbəbinin qapıların çatdırılmasının bir ay yubandığını, sonrad an iddiaçı tərəfindən ölçülərin dəyişdirilməsi ilə əlaqəli olduğunu bildirmişdir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən isə, satıcı malı müqavilənin şərtlərinə uyğun vəziyyətdə alıcıya çatdırmaq vəzifəsini daşıyır. Malın keyfiyyətsizliyi aşkar olunarsa, satıcı bir ay ərzində malı keyfiyyətlisi ilə əvəz etməli və ya müqavilənin 2-ci bəndinə müvafiq olaraq dəyərini geri qaytarmalıdır (müqavilənin 3.1.2-ci bəndi).

19. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmədiyindən, eləcə də müqavilədə razılaşdırılmış ölçüdə və keyfiyyətdə mallar iddiaçıya təhvil verilmədiyindən, iddiaçı müqavilənin icrasından imtina etməkdə və cavabdehə ödənilmiş pulun geri ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157, 385.1, 386.1, 398.1, 399.1, 405.1, 406.3, 436, 442, 452.1, 452.2, 567, 568.1, 581.1, 581.2, 587.2, 587.2.1, 587.5, 588.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdehin vəsatəti əsasında apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin 2023-cü il 8 avqust tarixli 5/997 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, müqaviləyə qiymətlərin razılaşdırılması protokolunda olan cədvəlin “ölçüsü (mm)” sütunundakı “1.000x2.200” rəqəmləri və sənədin çap mətninin digər yazıları eyni elektrofotoqrafik çap üsulu ilə çap edilmiş, həmin rəqəmlərin sonradan əlavə edilməsinin əlamətləri müəyyən olunmamışdır.

23. Cavabdehin vəsatəti əsasında apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 oktyabr tarixli 10/5091 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, mübahisə predmeti olan qapıların eni 0,99 metr, hündürlüyü 2,06 metrdir, qapıların EEA-200-0161-rev nömrəli uyğunluq serti fikatında göstərilən standartlara uyğun olub-olmadığının yoxlanılmasının tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərə aid olmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-558/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunaraq, iddia təmin olunmamışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə tərəfindən araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tərəflər arasında b ağlanmış müqavilənin 3.2.2-ci bəndinin tələbini nəzərə almamış, nəticədə mübahisə düzgün həll edilməmişdir.

26. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında Türkiyə Respublikasından qapıların alqı-satqısı ilə bağlı 01 fevral 2022-ci il tarixli ***nömrəli müqavilə (göndərmə müqaviləsi) bağlanmışdır. İddiaçı hazırda iddia ərizəsində satıcıya alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edərkən iki əsasa- ona satılmış qapıların müqavilədə şərtləşdirilmiş keyfiyyət və razılaşdırma protokolunda göstərilən meyara cavab vermədiyinə istinad etmişdir. İddia ərizəsində malların hansı səbəblərdən keyfiyyətsiz və müqaviləyə uyğun olmadığı əsaslandırılmamış, hazırlıq iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, qap ılar sifariş edildiyi kimi yanğına davamlı qapı olmamış və ölçüləri müqavilədəki ölçülərə uyğun olmamışdır.

27. Mülki Məcəllədə malın ölçüləri, modeli və növü keyfiyyətlə bağlı göstəricilərə deyil, çeşidlə bağlı göstəricilərə aid edildiyindən məhkəmə hesab etmişdir ki, mübahisə MM-nin 579, 580-ci, 634-cü maddələri tətbiq edilməklə həll edilməli idi. Belə ki, iddiaçıya satılmış qapı keyfiyyətli olsa da, sifariş edilmiş növə ( “yanğına davamlı qapı”) uyğun olmaması müqavilə şərtinin pozulması kimi qiymətləndirilə bilər.

28. Tərəflərin nümayəndələrinin izahatları və işin materialların əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, qapıların üzərində metal örtük mövcuddur. Qapıların gömrük sənədlərində idxal edilən malın yanğın qapısı olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən biri nci instansiya məhkəməsinə qapıların yanğına davamlı olmasına dair EEA-2000-0161-rev sertifikatı təqdim edilmişdir. Satılmış qapıların sifariş edilmiş növdə qapı olmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu barədə hər hansı sübut təqdim edilməmişdir. 29. 03 mart 2023-cü il tarixində keçirilmiş hazırlıq iclasında iddiaçının nümayəndəsi qapılara baxış keçirilməsi üçün mütəxəssis dəvət edildiyini və mütəxəssisin qapıların yanğına davamlı olmadığını bildirdiyini qeyd etsə də, məhkəməyə bu barədə mütəxəssis rəyi təqdim edilməmişdir.

30. İşə apellyasiya qaydasında baxılarkən satılmış qapıların yanğına davamlı olubolmamasının müəyyənləşdirilməsi üçün (birinci instansiya məhkəməsinə cavabde h tərəfindən bu barədə vəsatət verilsə də, hər hansı əsas göstərilmədən təmin edilmədiyi nəzərə alınaraq) iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli rəyində qapıların EEA-200-0161-rev nömrəli uyğunluq sertifikatında göstərilən standartlara uyğun olub-olmadığının yoxlanılmasının tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı göstərilmişdir. Xüsusi bilik tələb edilən bu halın işdəki fotoşəkillər əsasında müəyyənləşdirilməsi mümkün olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının bu mülahizəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

31. İddiaçının çeşidlə bağlı şərtin pozulması kimi istinad etdiyi ikinci hal təhvil verilmiş qapıların sif ariş edilmiş ölçüyə uyğun olmamasıdır. İşə apellyasiya qaydasında baxılarkən bu dəlilin yoxlanılması üçün iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş qapıların eni 0,99 metr, hündürlüyü 2,06 metrdir. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavədə isə qapıların eninin 1 metr, hündürlüyünün 2,20 metr olması nəzərdə tutulmuşdur.

32. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən müqaviləyə 1 saylı əlavənin mətninə ölçülərin sonradan əlavə edildiyini göstərərək bu halın yoxlanılması üçün sənədlərin texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Vəsatət təmin edilərək iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, 01 fevral 2022-ci il tarixli ***№-li müqaviləyə qiymətlərin razılaşdırılması protokolunda olan cədvəlin “Ölçüsü (mm)” sütünundakı “1000x2200” rəqəmləri və sənədin çap mətninin digər yazıları eyni elektrofotoqrafik çap üsuli ilə çap edilmiş, həmin rəqəmlərin sonradan əlavə edilmənin əlamətləri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdehin bu mülahizəsinin əsaslı olmadığı və qapıların müqavilədə razılaşdırılmış ölçüdə idxal edilmədiyi müəyyən edilmişdir.

33. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, qapıların ölçüləri şifahi qaydada telefonla razılaşdırılmış və sifariş edilmiş ölçüdə çatdırılmışdır. Cavabdeh iddiaçı tərəfindən qapıların ölçülərinin sonradan dəyişdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmışdır ki, qapıların alıcı şərtləşdirilmiş çeşidə (ölçüyə) uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya bildirməmişdir. Hər iki tərəfin nümayəndəsinin 03 mart 2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, qapılar 15 iyul 2022-ci il tarixində alıcıya faktiki olaraq təhvil verilmişdir. MM-nin 580.4-cü maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onl arı qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Tərəflər arasında bağlanmış müqavilədə bu müddətin 3 iş günü olduğu razılaşdırılmışdır.

34. İddiaçı tərəfindən isə satılan malın razılaşdırılmış çeşidə uyğun olmadığına dair satıcıya pretenziya məktubu 01 dekabr 2022-ci il tarixində, malı təhvil aldığı tarixdən 4 ay 15 gündən sonra göndərilmişdir. İddiaçının nümayəndəsi satıcı ilə bu tarixədək malın müqavilə şərtlərinə uyğun olmaması ilə bağlı şifahi və yazılı danışıqlar aparıldığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

35. Məhkəmə hesab etmişdir ki, 4 ay 15 gün MM-nin 580.4-cü maddəsinin tələbləri baxımından ağlabatan müddət hesab olmadığından iddiaçı müqaviləyə əlavə 1-də qeyd edilmiş ölçüyə uyğun olmayan qapıları qəbul etmiş sayılır. MM-nin 580.5-ci maddəsinin tələbinə əsasən əgər alıcı çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Bu normada da alıcının “imtina etməməsi” ifadəsi alıcının təhvil aldığı maldan ağlabatan müddət ərzində imtina etməməsini nəzərdə tutur.

36. İşdən görünür ki, qapılar təqdim edildiyi gün alıcı tərəfindən nəinki ölçülərə hər hansı pretenziya bildirilməmiş, hətta müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada malı təhvil aldıqdan sonra satıcıya 120.000 manat ödəniş də etmişdir. Halbuki sonuncu ödənişi həyata keçirənədək alıcının təhvil verilmiş malın sifarişə uyğun olubolmadığını yoxlamaq imkanı olmuş və MM-nin 634.2-ci maddəsində də alıcının malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamalı və qüsurlar barədə bildiriş verməli olduğu, əks halda malın qəbul olunmuş hesab edildiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi sifarişə uyğun olmadığı halda qapıların təhvil verildiyi gün hansı səbəbdən satıcıya ödəniş edildiyinə dair məhkəməyə məntiqli izahat verə bilməmişdir.

37. MM-nin 595.2-ci maddənin məzmunundan aydın olur ki, alıcı müqavilədən imtina etməzdən əvvəl satıcıya ağlabatan müddət ərzində şərtləşdirilmiş çeşidə uyğun olmayan malın dəyişdirilməsinə dair bildiriş verməli idi. Nəzərə alınmalıdır ki, alıcı müqavilədə nəzərdə tutulduğu kimi, 3 iş günü ərzində və ya mülki qanunvericilikdə nəzərdə tutulmuş ağlabatan müddət ərzində satıcıya malın sifarişə uyğun olmamasına dair pretenziya bildirmiş olsaydı, satıcı istehsalçı şirkətə müraciət edərək sifarişə uyğun göndərilməmiş malın dəyişdirilməsini təmin etmək imkanına malik olardı. Məhz bu səbəbdən mülki qanunvericilikdə şərtləşdirilmiş çeşidə uyğun olmayan mal satıldığı halda alıcının pretenziya bildirməsi üçün ağlabatan müddət şərti nəzərdə tutulmuşdur.

38. Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdeh tərəfindən Türkiyə Respublikasından idxal edilmiş qapıları hər hansı pretenziya bildirmədən qəbul etdikdən 4 ay 15 gün sonra çeşidlə bağlı şərtlərin pozulduğuna istinad etməklə alqı-satqı müqaviləsindən imtina etməsi və ödənişi geri tələb etməsi MM-nin normalarına və müqavilə şərtlərinə uyğun olmadığından iddia əsassız hesab edilərək rədd edilməlidir.

39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 567, 579.1, 580.1, 580.3, 580.4, 580.5, 580.6, 595.1, 595.2, 627.1 və 634-cü maddələrinə, MPM-nin 77-ci maddəsinə istinadla əsaslandırmışdır.

40. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. MM-nin 399.3, 425.1 və 442-ci maddələrinin tələbləri pozulmuşdur-cavabdeh müqavilənin şərtini pozmaqla vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin ona sifariş verilən malın sifarişə uyğun hazırlanmasına nəzarət etməməsi və malın qüsuru barədə iddiaçıya məlumat verməməsi vicdanlılıq prinsipinə uyğun gəlmir. Cav abdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, yəni sifariş verilən malı lazımi ölçüdə və lazımi keyfiyyətdə təhvil verməmişdir. Müqavilənin 3.2.2-ci bəndində 3 gün ərzində bildirişin verilməli olduğu hal-malın nasaz olması ilə əlaqədardır. Ölçü və keyfiyyətin nasazlığa aidiyyəti olmadığı halda, apellyasiya məhkəməsi “nasazlıq” sözünün hərfi mənasını düzgün şərh etməmişdir. Müqavilənin 1 nömrəli əlavəsinə əsasən, cavabdeh iddiaçıya ödəniş müqabilində sayı 186 ədəd olmaqla eni 1 metr, hündürlüyü 2.20 metr 60 dəqiqə yanğına davamlı qapıların təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Lakin Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 17 oktyabr tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş qapıların eni 0.99 metr, hündürlüyü isə 2.06 metrdir. İddi açı isə cavabdehə məhz müqavilədə göstərilən qapı ölçülərinə görə ödəniş etmiş, cavabdeh öhdəliyini lazımınca icra etməməklə, müqavilənin müvafiq şərtlərini pozmuş, lakin bu fakt da apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

42. MM-nin 445.2, 448 və 568.2-ci maddələrinin tələbləri pozulmuşdur- cavabdeh müqavilə və təklifdə nəzərdə tutulan malı iddiaçıya verməmişdir. Cavabdehin qanuni təmsilçisi verilən sifarişin yerinə yetirilməsi üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyini gizlətməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki cavabdeh öhdəliyinin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nət icələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Lakin cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Cavabdeh müqavilənin 5.3-cü maddəsinə uyğun olaraq müqavilənin həyata keçirilməsinə təsir edən maneə haqqında iddiaçıya bildiriş verməmişdir. Müqavilədə alınacaq mala dair texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatının və s. verilməsini istisna edən bənd qeyd edilməmişdir. Ona görə də cavabdeh malı iddiaçıya verərkən onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də verməyə borclu olduğu halda, onları iddiaçıya verməmişdir. İddiaçı standartlara cavab verən malın təqdim olunacağına inanmışdır.

43. MM-nin 570.1.1, 579.1, 581, 582, 586 və 587.1-ci maddələrinin tələbləri p ozulmuşdur-müqavilədə cavabdehin üzərinə təhvil-təslim aktı əsasında qapıların çatdırılması vəzifəsi qoyulmuşdur. Mal çatdırılsa da, təhvil-təslim aktı imzalanmamış, cavabdeh aktın imzalanmasından yayınmışdır. Qətnamədə malın çatdırılması yanlış olaraq təhvil-qəbul kimi şərh edilmişdir. Cavabdeh iddiaçı tərəfindən sifariş olunan forma, ölçü və keyfiyyətdə qapıları verməyə borclu olduğu halda, bunu yerinə yetirmiş, əksinə çatışmazlıqları iddiaçıdan gizlətmişdir. Müqavilə bağlanarkən iddiaçı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində cavabdehə məlumat vermişdir və cavabdeh iddiaçıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Cavabdeh keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərlə bir araya sığmayan keyfiyyətsiz qapıları iddiaçıya vermişdir. Bundan başqa, qa pıların ölçüsünün aşağı olması iddiaçını üçüncü şəxslər qarşısında məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Qapılar tələblərə cavab vermədiyindən istismara qəbul edilməmişdir. Cavabdeh qapıların qüsurları barəsində iddiaçıya qabaqcadan məlumat vermədiyindən, lazımi keyfiyyətdə və ölçüdə olmayan qapıların yenisi ilə əvəz edilməsi cavabdehdən tələb edilmişdir. Bütün bu hallara dair sübutlar (“whatsapp” yazışmaları, video çəkilişlər) mövcuddur. Cavabdeh qapıları yenisi ilə əvəz etmədiyindən, iddiaçı üçüncü şəxs qarşısında öhdəliyinin icrası məqsədilə standartlara cavab verən qapıları almağa məcbur olmuş və cavabdehdən ona ödənilmiş pulun qaytarılmasını tələb etmişdir.

44. MM-nin 588, 589.2, 595.3, 596 və 597-ci maddələrinin tələbləri pozulmuşdurqapıların qüsurlu olması iddiaçıya verilməzdən əvvəl olmuşdur. Bu qüsurlar istehsal qüsurları olmaqla, qapıların iddiaçıya verilməsindən sonra yaranmamışdır. Qapıların qüsurlarına cavabdeh məsuliyyət daşıyır. İstehsalçı şirkətin cavabdehə təqdim etdiyi “invoice”-də qapıların ölçüsü və hansı dərəcədə yanğına davamlılığı qeyd edilməmiş, cavabdeh isə qapıları yerində yoxlamamışdır. Cavabdeh tərəfindən qapılarla bağlı qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməmişdir. Bununla da, iddiaçı qapıların qüsurları ilə bağlı tələblərini həmin həmin qapıların ona verildiyi gündən iki il ərzində irəli sürə biləcəyi halda, o bu hüququndan da istifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi MM-in 595.1 və 595.2-ci maddələrini tətbiq edərkən 595.3-cü maddənin tələbini nəzərə almamışdır. Belə ki, cavabdeh iddiaçıya verilmiş qapıların müqavi lənin şərtlərinə uyğun gəlmədiyini bilirdi (və ya bilməli idi). Buna görə də, məhkəmə mübahisə üzrə MM-in 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad etməməli idi. İddiaçı ona verilən qapını qəbul etsə də, onun qapını dəyişdirməyi tələb etməyə və ya müqavilənin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Bununla yanaşı, iddiaçı sifariş verdiyi qapıların verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətləri etmişdir. Belə ki, iddiaçı üçüncü şəxs qarşısında öhdəliyinin icrası məqsədilə, sifarişinə uyğun qapıların verilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh verilməli ölçüdə və keyfiyyətdə olan qapıları verməmiş, məhkəmə qüsurlu qapıların qiymətləndirilməsi ilə bağlı tədbirlər görməmişdir. 45. “İstehlakçıların hüquqlarının müdaf iəsi haqqında” Qanunun 1, 3 və 7-ci maddələrinin tələbləri pozulmuşdur- qüsur dedikdə malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Apellyasiya instansiyası məhkəməsi istehlakçı olaraq iddiaçının hüquqlarını nəzərə almamışdır. Cavabdehə keyfiyyətsiz və ölçüsü uyğun gəlməyən qapıların verdiyini bildirmiş və bu nöqsanların aradan qaldırılmasını müqavilənin 6.1-ci bəndinə uyğun olaraq danışıqlar yolu ilə həll etməyə çalışsa da, bu mümkün olmamışdır. Cavabdeh iddiaçının aldığı mala zəmanət vermişdir və zəmanət müddəti ərzində iddiaçı aldığı malda qüsur və saxtalaşdırma aşkar etmişdir. Bu səbəbdən, cavabdehdən qapıların lazımi ke yfiyyətli qapılar ilə dəyişdirilməsini, qapıların qüsurlarını cavabdehin hesabına aradan qaldırılmasını, qapıların həmin qapılara uyğun dəyəri yenidən hesablanmaqla digər modelli qapılarla əvəz edilməsini tələb etsə də, çatışmazlıqlar aradan qaldırılmamışdır.

46. MPM-nin 76.1, 79.1, 88 və 103-cü maddələrinin tələbləri pozulmuşdur -iddiaçının tələb və etirazlarını əsaslandıran hallar sənədlərlə sübut olunur, cavabdehin isə bu sübutların əksini təsdiq edən sübutu yoxdur. Tərəflərin nümayəndələrinin iştirakı ilə qapının yanğın sınağının keçirilməsinə dair çəkilmiş video görüntü, şahid ifadələri vardır və bunlar da sübutlar hesab olunur. Mübahisənin düzgün həlli məqsədilə məhkəmə qapıların olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilərdi. Qapıların qüsurlu olmasını yerində tədqiq etməklə aşkar etmək mümkündür. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı malı təhvil aldıqdan sonra cavabdehə tam həcmdə ödəniş etmişdir. Lakin ödəniş qəbzlərinin tarixlərindən də görünür ki, bütün ödənişlər cavabdehə mallar tırdan boşaldılanadək, yəni 2022-ci il 15 iyul tarixinə kimi olunmuşdur. Cavabdehə ödənilmiş və iddia tələbi olan ümumi məbləğdən (101.500 manat) yalnız 20.000 manat həmin gün, o da mallar boşaldılana qədər iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin qanuni təmsilçisi Nümayəndə1 bu faktları çıxış etdiyi zaman təsdiq etmişdir.

47. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı malları təhvil almış, 4 ay 15 gündən sonra malların keyfiyyət və ölçü baxımından uyğun olmaması barədə cavabdehə məlumat verməklə ödə nişləri geri tələb etmişdir. Lakin mallar tırdan boşaldıqdan dərhal sonra hər iki tərəfin nümayəndəsi mallara baxış keçirmiş, iddiaçı məhz həmin gün tırdan boşaldılan malların müqavilənin şərtlərinə uyğun olmaması barədə cavabdehə şifahi məlumat vermişdir. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş tərəflərin yazışmaları, birinci instansiyası məhkəməsində cavabdehin təsdiqedici ifadələri və tərəflər arasında təhviltəslim aktının olmaması faktı apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, bu kimi sübutlara qeyri-obyektiv qiymət verilmişdir. Məhkəmə qapıların 60 dəqiqə ərzində yanğına davamlı olub-olmamasını müəyyən etmək üçün, ixtisaslaşmış müəssisələri işə cəlb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edə rək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

49. Etirazda göstərilmişdir ki, kassasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla öz təsdiqini tapmır. İddiaçı iddianın əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 2023-cü il 3 mart tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi qapılara baxış keçirilməsi üçün mütəxəssis dəvət edildiyini və mütəxəssisin qapıların yanğına davamlı olmadığını bildirdiyini qeyd etsə də, məhkəməyə bu barədə hər hansı mütəxəssis rəyi təqdim edilməmişdir. Həmçinin, əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi satıcı ilə malın müqavilə şərtlərinə uyğun olmaması ilə bağlı şifahi və yazılı danışıqlar aparıldığını bildirsə də, bu barədə də məhkəməyə sübut təqd im edə bilməmişdir. 50. 2022-ci il 27 yanvar tarixli yanğına davamlı qapı avadanlıqlarına dair təklifə gəldikdə, iddiaçı qeyd edilən təkliflə razılaşmayaraq, hər birinin qiyməti 600 manat olan 186 ədəd qapı sifariş vermişdir Yanğın qapılarının EN 1634-1 normasına uyğun olaraq 60, 90, 120 dəqiqə üçün yanğına davamiyyəti vardır. Yanğın əleyhinə qapıların təyinatı yanğın zamanı müəyyən zaman intervalında binalardakı bölmələr arasında yanğının keçməsinin qarşısını almaq, insanların eyni vaxtda keçməsini təmin etməkdən ibarətdir. Həmin qapıların yanmamaq kimi bir xüsusiyyəti yoxdur. İddiaçının istinad etdiyi halları sübut etmək vəzifəsi olduğu halda, qapıların yanğına davamlı olub-olmaması barədə sübut təqdim etməmişdir.

51. Bundan başqa, qapılar 2022-ci il 15 iyul tarixində alıcıya faktiki ola raq təhvil verilmişdir. MM-in 580.4-cü maddəsinin tələbinə əsasən, alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar, o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.2-ci bəndində isə bu müddətin 3 iş günü olduğu razılaşdırılmışdır. İddiaçı qeyd edilən qapıları qəbul etmiş və cavabdehə ödəniş etmişdir. Halbuki, ödənişi həyata keçirənədək iddiaçının təhvil verilmiş malın sifarişə uyğun olubolmadığını yoxlamaq imkanı olmuşdur.

52. İddiaçının nümayəndəsinin bildirdiyinə görə, qapılardakı ölçü ilə bağlı qüsurlar gözlə görünə bilən olmuşdur. Belə olan halda, iddiaçının hansı səbəbdən dərhal bu barədə cavabdehə rəsmi müraciət etməməsi sual edilir. MM-in 63 4.2-ci maddəsində də alıcının malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamalı və qüsurlar barədə bildiriş verməli olduğu, əks halda malın qəbul olunmuş hesab edildiyi qeyd edilmişdir. Qeyd edilən qapıların təqdim edildiyi gün alıcı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada malı təhvil aldıqdan sonra satıcıya qalıq məbləğdən 12.000 manat ödəniş də etmişdir. Bütün bunlar iddiaçının sözügedən malları keyfiyyət baxımdan hər hansı qüsur olmadan qəbul etdiyini təsdiq edir.

53. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələb lər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (MM-in 425.1-ci maddəsi). İndiki halda isə cavabdeh bu hüququndan məhrum olmuşdur. Qeyd edilən qapıların təhvil verilməsindən 4 ay 15 gün keçdikdən sonra, yəni 2022-ci il 1 dekabr tarixində satılan malın razılaşdırılmış çeşidə uyğun olmadığına dair iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Halbuki, iddiaçının iddia etdiyi kimi qapılar keyfiyyətsiz olsaydı, bu barədə dərhal satıcı-cavabdehə müqavilə şərtlərinə uyğun məlumat verə bilərdi. MM-in 580.4-cü maddəsinin tələbləri baxımından, 4 ay 15 gün ağlabatan müddət hesab olunmamalı və qapılar iddiaçı tərəfindən qəbul edilmiş hesab olunmalıdır. Belə ki, MM-in 580.5-ci maddəsinin tələbinə əsasən, əgər alıcı çeşid i alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Bu normada da alıcının “imtina etməməsi” ifadəsi alıcının təhvil aldığı qapılardan ağlabatan müddət ərzində imtina etməməsini nəzərdə tutur. Kassasiya baxışının hədləri

54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara isti nad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

579. Əşyaların çeşidi 579.1. Əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.... ” “Maddə

580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri 580.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.... 580.3. Alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4. Alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya ö z imtinasını bildirməsin. 580.5. Əgər alıcı çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir. 580.6. Bu maddənin qaydaları alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.” “Maddə

595. Alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, mü qavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəm əyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin....” “Maddə

627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən-sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür....” “Maddə

634. Alıcı tərəfindən malların qəbul edilməsi 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2. Mallar ın qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.”

57. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 59. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətin in fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

61. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hall arına əsasən, tərəflər arasında bağlanmış 2022-ci il 1 fevral tarixli müqaviləyə əsasən Türkiyə istehsalı olan 60 dəqiqə yanğına davamlı, 186 ədəd qapının iddiaçıya satılması razılaşdırılmış, qapılara görə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 101.500 manat pul ödənilmişdir.

62. İddiaçı sözügedən müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiasında və hazırki kassasiya şikayətində ona istinad edir ki, cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etməmiş, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, keyfiyyət və ölçü baxımından müqaviləyə uyğun olmayan mallar iddiaçıya təhvil verilmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasını düzgün müəyyən edərək göstərmişdir ki, MM-də malın ölçülər i, modeli və növü (hazırki halda «yanğına davamlı qapı») keyfiyyətlə bağlı deyil, çeşidlə bağlı tələblərə aid olduğundan, mübahisə MM-nin nin 579, 580 və 634-cü maddələri tətbiq olunmaqla həll edilməlidir.

64. Həmin maddələrin tələbləri baxımından satıcı alıcıya tərəflərin müqavilədə razılaşdıqları çeşiddə (növdə) əşya verməyə borcludur. Əgər satıcı, alqı-satqı müqaviləsinə uyğun gəlməyən çeşiddə malı verərsə, alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər. Lakin bunun üçün qanun müvafiq imtinanın ağlabatan müddət ərzində bildirilməsinin zəruriliyini müəyyən etmiş, əks halda müqavilənin çeşid haqqında şərtinə uyğun gəlməyən mallar qəbul edilmiş sayılır.

65. Baxılan işdə, hər iki tərəfin nümayəndəsinin 2023-cü il 3 mart tarixində məhkəmənin hazırlıq iclasında verdiyi izahatına əs asən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilə üzrə qapılar iddiaçı tərəfə 2022-ci il 15 iyul tarixində faktiki olaraq təhvil verilmişdir. Nəzərə alınmalıdır ki, müqavilə şərtlərinə uyğun olmayan qapıların təqdim edilməsinin yerində müayinə edilməklə də müəyyən edilməsinin mümkün olduğunu iddiaçı kassasiya şikayətində də təsdiq etmişdir (bax bu qərarın 46-cı bəndi). Lakin alıcı malları faktiki olaraq qəbul etdikdən sonra, müqavilə üzrə hissəvi ödənişin aparılması davam etdirilmiş (12.000 manat), habelə satıcıya 2022-ci il 1 dekabr tarixində satılan malın müqaviləyə uyğun olmamasına dair 4 ay 15 gündən sonra müracət edilməklə, MM-nin 580.4-cü maddəsi ilə müəyyən edilmiş «ağlabatan müddət ərzində imtina edilməsi» tələbinə əməl edilməmişdir. Bundan əlavə, s atılan malların Türkiyə Respublikasından idxal edildiyi nəzərə alınsa, MM-in 634.2-ci maddəsinin tələbi baxımından alıcı (iddiaçı) malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamalı və qüsurlar barədə bildiriş verməli idi, əks halda mal qəbul olunmuş hesab edilir.

66. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş ağlabatan müddət ərzində satıcıya malın sifarişə uyğun olmamasına dair pretenziya bildirmiş olsaydı, satıcı istehsalçı şirkətə müraciət edərək sifarişə uyğun göndərilməmiş malın dəyişdirilməsini təmin etmək imkanına malik olardı. Məhz bu səbəbdən mülki qanunvericilikdə şərtləşdirilmiş çeşidə uyğun olmayan mal satıldığı halda alıcının pretenziya bildirməsi üçün ağlabatan müddət şərti nəzərdə t utulmuşdur.

67. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyini MM-nin 579, 580 və 634cü maddələrinin, eləcə də MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun hesab edir. Kollegiya hesab edir ki, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

69. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-558/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov M.T.Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar