Məhkəmə qərarları › İş №2-2(102)-213/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-213/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-213/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkili Vəkil Bəhram oğlunun iştirakı ilə, iddiaçının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh4 MMCyə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə cavabdeh "xxxx" MMC tərəfində n Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 25 noyabr tarixli, 22(106)-119/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 (yüz bir min beş yüz) manat məbləğində kredit verilməsi ilə bağlı tərəflər razılığa gəlmiş, hesabdan çıxarışa görə, kredit borcu kimi verilən 101.500 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. 2. 22 iyun 2018-ci il tarixli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə görə, "xxxx" AS C (BANK), İddiaçı (BOKT) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti (Xidmət) arasında kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair 22 iyun 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmentini bank ilə xidmət arasında bağlanmış 12 may 2017ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində və 01 avqust 2017-ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində kredit vəsaitindən istifadə üzrə “Bank”ın “Xidmət” qarşısında yaranan ümumilikdə 1.862.436 manat məbləğində istifadə olunmuş əsas borc və bu kredit müqavilələri əsasında hesablanmış faiz və cərimə (dəbbə pulu) pulu borcu üzrə öhdəliklərin idarəçiliyini və kreditor lardan tələb hüququnun qəbuluna razılığı təşkil etmişdir. 3. 22 iyun 2018-ci il tarixli müqavilənin əlavəsi olan təhvil-təslim aktına görə, "xxxx" ASC, İddiaçı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında 22 iyun 2018-ci il tarixli üç tərəfli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən Dövlət Xidmətinin vəsaiti hesabına “İmişli rayon X3” MMC-nin "xxxx" ASC-dən götürmüş kredit üzrə 22 iyun 2018-ci il tarixinə əsas borc qalığı 96.705,57 manat, MMC-nin “Günay Bank" ASC-yə ödəməli olan 1.065,73 manat məbləğində faiz borcu gələcəkdə Dövlət Xidmətinə ödənilmək üçün “BOKT "xxxx" MMC-yə təhvil verilmişdir. 4. “X4” MMC ilə "xxxx" MMC arasında b ağlanmış 08 avqust 2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsinə görə, “X4” MMC 2017-ci ilin məhsulu üçün ayrı-ayrı icarəçilərlə 900 hektar ərazidə qismən ödənişlə pambıq məhsulunun əkilib, yetişdirilib MMC-yə təhvil verilməsi barədə müqavilənin yerinə yetirilməsinin davamı olaraq özündə olan müvafiq sənədləri "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC “X4” MMC-nin icarəçilərlə bağladığı müqavilə əsasında icarəçilərin əkib becərdiyi pambıq məhsulunun pambıq məhsulu məntəqəsinə verilmiş çəkisinə uyğun olaraq yığım pullarını bankdan verilmiş kredit hesabına icarəçilərə ödəməyi öhdələrinə götürmüşdürlər. Bankın verdiyi kreditə görə illik 6% və 1,5% bank xərci icarəçinin satdığı pambıq məhsulunun dəyərində banka ödəniləcəkdir.

5. Cavabdeh4 MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04 sen tyabr 2018-ci il tarixli, 06 saylı məktuba görə, 2017-ci il təsərrüfat ilində İmişli pambıq istehsalı tədarükü və qəbulu məntəqəsinə kondisiya çəkidə 1.715.576,3 kiloqram xam pambıq qəbul edilmişdir. Qəbul edilmiş xam pambığın 951.674 kiloqramı İmişli rayon Kənd Təsərrüfatı MMC tərəfindən tədarük edilmişdir. Qalan xam pambığın 764.089 kiloqramı "xxxx" MMC tərəfindən tədarük edilib İmişli pambıq istehsalı, tədarükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. "xxxx" MMC təhvil verdiyi xam pambığın əllə dəriminə 76.304,02 manatı "xxxx"dan götürülmüş kredit hesabına fermerlərə nağd şəkildə ödəmişdir. 19.07.2018-ci il tarixdə İmişli rayon Kənd Təsərrüfatı MMC-nin fəaliyyətinə xitam verilmiş və cavabdeh4 MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq cavabdeh4 MMC-yə realizasiya olunmuşdur. Ona g örə də, "xxxx" MMC-nin "xxxx"dan götürülmüş 76.304,03 əsas və faiz məbləği cavabdeh4 MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir.

6. Cavabdeh4 MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 aprel 2019-cu il tarixli, 01/214 saylı məktubunda qeyd edilmişdir ki, “sizin 01 saylı 15.02.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 28.02.2019-cu il tarixli, 03/14-08397 saylı məktubu ilə baxılması üçün Cavabdeh4 MMC-yə göndərilmiş, “X4” MMC ilə 08.08.2017-ci il tarixli razılaşma və pambıq tədarükü ilə bağlı "xxxx"dan götürdüyünüz 101.500 manat kreditlə əlaqədar sənədlər tərəfimizdən araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, tərəfinizdən alınmış kreditin 76.304,02 manat məbləğini "xxxx" MMC-nin İmişli filialına təhvil verilmiş 764.089 kiloqram xam pambığın əl ilə yığımına sərf etmisiniz. Həmin pambığın Cavabdeh4 MMC-nin İmişli filialına təhvil verilməsini nəzərə alaraq, onun tədarükünə çəkdiyiniz 76.304,02 manat məbləğində vəsaiti və həmin məbləğə hesablanmış 4.695,98 manat faiz məbləği, cəmi 81.000 manatın "xxxx"a ödənilməsi tərəfimizdən təmin edilmişdir”. 7. 10.10.2018-ci il tarixli 2092 saylı, 16.10.2018-ci il tarixli 2403 saylı və 23.10.2018-ci il tarixli, 2657 saylı ödəniş tapşırıqlarına görə, Cavabdeh4 MMC tərəfindən İddiaçı "xxxx" ASC-nin Nəsimi filialında olan hesabına ümumilikdə 81.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 8. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış 04.09.2018- ci il tarixli, 01 saylı məktuba görə, "xxxx" MMC-nin "xxxx" tərəfindən götürülmüş kredit xam pambığın əl ilə yığımına verilmişdir. Tədarük olunan xam pambıq Cavabdeh4 MMC-nin nəzdində olan pambıq məntəqəsinə verilmişdir. Əldə olunan vəsait pambıq satıldıqdan sonra həmin vəsaitin ödənilməsini "xxxx" MMC öz üzərinə götürmüşdür.

9. Maliyyə arayışına görə, "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMCnin 12.864,17 manat əsas borcu, 358,03 manat faiz borcu, cərimə borcu 15.021,80 manat, ümumilikdə 28.244 manat borcu və "xxxx" MMC-nin 38.135,83 manat əsas borcu, 2.078,39 manat faiz borcu, 24.940,03 manat cərimə borcu, ümumilikdə 65.154,25 manat borcu yaranmışdır.

10. Bank olmayan Kredit Təşkilatı İ ddiaçı2 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 06 iyun 2019-cu il tarixli, 065/19 saylı xəbərdarlıq məktubuna görə, "xxxx" MMC "xxxx" ASC ilə bağlanılmış 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi əsasında aldığı kreditə görə 51.000 manat əsas borc, 1.470,29 manat faiz borcu, 13.250,26 manat borcunun olması barədə xəbərdar edilmiş və həmin borcun ödənilməsi ondan tələb olunmuş, əks təqdirdə borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 11. 06 dekabr 2019-cu il tarixli, 27867 saylı ekspert rəyinə görə, 22.09.2017-ci il tarixli, KT/2517 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin 22 sentyabr 2019-cu il tarixədək “borc verən”ə olan borcu 130.940,31 m anat, o cümlədən əsas borc üzrə 51.000 manat, faiz borcu üzrə 1.460,19 manat, dəbbə pulu borcu üzrə 78.480,12 manat, ümumi borcu üzrə 130.940,31 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh4nə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51.000 manat əsas borcun, 1.460,19 manat faiz borcunun və 78.480,12 manat dəbbə pulunun, ümumilikdə 130.940,31 manat borc məbləğindən cavabdeh "xxxx" MMC-dən əsas borcdan 12.864,17 manat hissəsinin, faiz borcundan 358,03 manat hissəsinin, dəbbə pulunun 26.347,15 manat hissəsinin, ümumilikdə 39.569,35 manat pulun və borc məbləğinin proporsiyasına müvafiq olaraq 9,07 mana t dövlət rüsumunun, cavabdeh "xxxx" MMC-dən əsas borcdan 38.135,83 manat hissəsinin, faiz borcundan 1.102,16 manat hissəsinin, dəbbə pulunun 52.132,97 manat hissəsinin, ümumilikdə 91.370,96 manat pulun və əsas borc məbləğinin proporsiyasına müvafiq olaraq 20,93 manat dövlət rüsumunun tutulub Bank Olmayan kredit təşkilatı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının icrası təyinatı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsa iti hesabına, “Pambıq Tədarükü" təyinatı ilə KT/2517 saylı, 22.09.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə bu müqavilənin 1.2-ci və 1.3-cü bəndinə müvafiq olaraq 101.500 manat məbləğində, 7 ay müddətinə illik 6 faiz ödənişi, 4.3-cü bəndinə görə "Borcalan" kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirilən borc məbləğinə hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi şərti ilə "xxxx" ASC-dən təminatsız kredit verilmişdir. "xxxx" MMC-yə və ölkənin müxtəlif rayonlarında pambıqçılığın tədarükü ilə məşğul olan digər müəssisələrə pambıqçılığın inkişafı məqsədi ilə "xxxx" ASC-nin vasitəsi ilə verilmiş güzəştli kreditlərin qalıq borclarının idarəçiliyi və tələb hüquqları Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə 22 iyun 2018-ci il tarixli “Kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsi”nə dair üçtərəfli müqavilə və təhvil-təslim aktına əsasən iddiaçı MMC-yə ötürülmüşdür. Kreditdən istifadənin 4 ay güzəşt müddəti bitdikdən sonra, yəni 22 yanvar 2018-ci il tarixdən sonrakı üç ay ərzində 22 aprel 2018-ci il tarixinə kimi kredit borcu üzrə öhdəliyin icrası "xxxx" MMC təmin etməli idi. 16.04.2018-ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilmədiyinə görə 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti 22 yanvar 2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarı nda cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Cavabdeh yalnız 16.04.2018-ci tarixdə "xxxx" ASC-dəki ssuda hesabının qalığından 4.794,43 manat əsas kredit borcunun və 3.451,08 manat faiz ödəməklə, ümumilikdə 8.245,45 manat kredit borcuna ödəniş etmişdir. Bu ödənişdən sonra 16.04.2018-ci il tarixə cavabdehin KT/2517 saylı, 22.09.2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə 96.705,57 manat məbləğində əsas kredit borcu qalmışdır. Borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə qədər pretenziya proseduru üzrə iddiaçı tərəf olaraq cavabdeh tərəflə aparılmış sorğular və sənədlər üzrə monitorinqlə müəyyən edilmişdir ki, birinci tərəf kimi "xxxx" MMC və ikinci tərəf kimi "xxxx" MMC arasında 08 avqust 2017-ci il tarixdə “Qarşılıqlı razılaşma müqaviləsi” bağlanmışdır. Birinci t ərəf öhdəlik götürür ki, ayri-ayrı icarəçilərlə pambıq məhsulunu əkilib, yetişdirilib MMC-yə təhvil verilməsi barədə müvafiq sənədləri ikinci tərəfə "xxxx" MMC-nin direktoru X1 təhvil verəcək. İkinci tərəf öhdəlik götürür ki, birinci tərəfin icarəçilərlə bağladığı müqavilələr əsasında pambıq məhsulunun pambıq qəbulu məntəqəsinə verilmiş çəkisinə uyğun olaraq yığım pullarını bankdan verilmiş kredit hesabına icarəçilərə ödəyəcəkdir. İddiaçının "xxxx" MMC-yə göndərdiyi pretenziyadan sonra cavabdeh 04.09.2018-ci il tarixli, 01 saylı məktubu ilə bildirmişdir ki, "xxxx" dan götürdüyü kredit xam pambığın əl ilə yığımına verilmişdir. Tədarük edilən xam pambıq Cavabdeh4 MMC-nin nəzarətində olan pambıq məntəqəsinə verilmişdir. Əldə olunan vəsait pambıq satıldıqdan sonra Cavabdeh4 MMC-nin öz üzərinə götürülmüşdür. "xxxx" MMC-yə təhvil verdiyi xam pambığın əllə dəriminə 76.304,02 manatını Günay bankdan götürülmüş kredit hesabına fermerlərə nəğd şəkildə ödəmişdir. 19.07.2018-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmiş və Cavabdeh4 MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq cavabdeh4 MMC-yə realizasiya olunmuşdur. "xxxx" MMC-nin "xxxx"dan götürülmüş 76.304,02 manat əsas məbləğ, faiz və məbləğ cavabdeh4 MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir. Cavabdehin istifadəsində olan 101.500 manat kredit borcu və faiz ödənişləri üzrə öhdəliklərinin icrası üç ay ərzində 22 yanvar 2018-ci il tarixindən 22 aprel 2018-ci il tarixinədək "xxxx" MMC tərəfindən təmin etməli idi. Müqavilənin 2.4-cü bəndinin şə rtinə görə “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit faizlərinin, ikinci növbədə dəbbə pulunun və üçüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. 16.04.2018-ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilməmişdir. 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti 22 yanvar 2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən "xxxx" ASC-yə KT/2517 saylı 22.09.2017-ci il tarixli Kredit Xətti Müqaviləsinin 4.4-cü bəndinin tələbinə görə əsas borc məbləği və faiz ilə yanaşı ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Kreditin 76.304,02 manat məbləği hesabına təd arük edilmiş 764.089 kiloqram xam pambıq "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 08 avqust 2017-ci il tarixdə “Qarşılıqlı razılaşma” müqaviləsinə əsasən "xxxx" MMC satış üçün məntəqəyə qəbul etmişdir və kreditin bu məbləğə görə illik 6 faiz və 1,5 faiz bank xərcinin icrası satışdan daxil olacaq vəsait hesabına borc öhdəliyinin icrasını öhdəsinə götürmüşdür. Bu məbləğ üzrə yaranan öhdəliklərə görə cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh4 MMC-nin üzərinə düşmüş hesab edilir. Kreditin verildiyi 22.09.2017-ci il tarixdən etibarən bu məbləğ üzrə borc öhdəliyi yaranmış və uzun müddət 22.09.2017-ci il tarixdən 24.10.2018-ci il tarixədək və son ödəniş tarixindən bu günə kimi heç bir ödəniş olunmamışdır. Cavabdeh4 MMC-nin əsas borc üzrə 38.135,83 manat, faiz borcu üzrə 2.078,39 manat, cərimə borcu üzrə 24.940,03 manat təşkil edir.

14. Məhkəmə ekspertizasının 27867 saylı, 06 dekabr 2019-cu il tarixli rəyi üzrə 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin 22 sentyabr 2019-cu il tarixədək borcverənə olan 130.940,31 manat ümumi borc məbləğinin cavabdehlərin sərəncamında və istifadəsində olmuş məbləğlərin proporsiyalarına, yəni 25.195,58 manat məbləğə və 76.304,03 manat məbləğə mütənasib faizinə uyğun hesabatı ilə bölgüsü üzrə "xxxx" MMC-nin əsas borc üzrə 12.864,17 manat, faiz borcu üzrə 358,03 manat, cərimə borcu üzrə 26.347,15 manat, Cavabdeh4 MMC-nin əsas borc üzrə 38.135,83 manat, faiz borcu üzrə 1.102,16 manat, cərimə borcu üzrə 52.132,97 manat təşkil edir.

15. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 04 iyun tarixli, e-2- 2(121)-19/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 12.864,17 manat əsas borc, 358,03 manat faiz borcu, 200 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 3 manat olmaqla, cəmi 13.425,20 (on üç min dörd yüz iyirmi beş manat, 20 qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manatın 70 (yetmiş) manatı "xxxx" MMC-dən, 130 (yüz otuz) manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – R.İsmayılov).

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 manat məbləğində kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur (bax yuxarıda §§ 1, 3-4).

17. Cavabdeh "xxxx" MMC tərəfindən götürülmüş kredit müqavilə üzrə müəyyən olunmuş məbləğdə və qaydada ödənilməmiş, beləliklə də, sonuncu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

18. İddiaçı 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə 51.000 manat əsas borcun, 1.460,19 manat faiz borcunun və 78.480,12 manat dəbbə pulunun, ümumilikdə 130.940,31 manat borcun qaldığını bildirir. Həmin borc məbləğinin qaldığı iş materiallarında olan 06 dekabr 2019-cu il tarixli, 27867 saylı ekspert rəyində də qeyd olunmuşdur.

19. BOKT "xxxx" MMC ilə (və ya Günaybank ASC) Cavabdeh4 MMC (və ya onun hüquqi varisi olduğu "xxxx" MMC) arasında hər-hansı müqavilənin bağlanıldığı, Cavabdeh4 MMC-nin iddiaçı qarşısında hər-hansı öhdəliyinin mövcud olması iş materialları ilə müəyyən olunmur.

20. İddiaçı, "xxxx" MMC-nin həm iddiaçıya, həm də Cavabdeh4 MMC-yə ünvanladığı müraciətlərə, Cavabdeh4 MMC-nin (həm də hüquqi varisi olduğu "xxxx" MMC-nin) məktublarına, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə pambığın təhvil verildiyinə və bunun əvəzi kimi Cavabdeh4 MMC tərəfindən 10.10.2018-ci il, 16.10.2018-ci il və 23.10.2018-ci il tarixlərdə "xxxx" MMC-nin borcundan iddiaçıya 81.000 manat məbləğində pul vəsaitinin ödənildiyinə istinad etməklə, qalıq borcun müvafiq hissəsinin məhz Cavabdeh4 MMC tərəfindən ödənilməli olmasını qeyd etsə də, Cavabdeh4 MMC tərəfindən "xxxx" MMC-nin borcundan iddiaçıya ümumilikdə 81.000 manat məbləğində pul ödənilməsi, borcun qalan hissəsinin və ya qalan borcun bir hissəsinin də Cavabdeh4 MMC tərəfindən ödənilməli olması anlamına gələ bilməz. Cavabdeh4 MMC (və ya onun hüquqi varisi olduğu "xxxx" MMC) iddiaçıdan (və ya Günaybank ASC-dən) hər-hansı məbləğdə kredit götürməmiş, tərəflər arasında müqavilə bağlanmamış, öhdəlik münasibətləri yaranmamışdır. 21. "xxxx" MMC ilə Cavabdeh4 MMC (və ya onun hüquqi varisi olduğu "xxxx" MMC) arasında olan münasibətlər və mübahisələrin hazır ki kredit borcunun Cavabdeh4 MMC tərəfindən ödənilməli olması qənaətinə gəlməyə əsas deyildir.

22. İddiaçı borc məbləğinin bir hissəsini, yəni əsas borcun 12.864,17 manat hissəsini, faiz borcunun 358,03 manat hissəsini, dəbbə pulunun (cərimə borcunun) 26.347,15 manat hissəsini və ödənilmiş 30 manat dövlət rüsumunun 9,07 manat hissəsini "xxxx" MMC-dən tələb edir.

23. Cavabdeh "xxxx" MMC-nin 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə 12.864,17 manat əsas və 358,03 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin qeyd olunan ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcu, hazırda "xxxx" MMC-dən tələb edilən əsas və faizi borcunu əhatə etdiyindən, iddia həmin hissədə təmin edilməlidir.

24. Həmçinin, 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinin 4.3-cü bəndinə əsasən, borcalan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin 1% həcmində cərimə ödəyir.

25. Hazırki iş üzrə tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 200 manat dəbbə pulu (cərimə) tutulmalıdır.

26. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 442, 443.1, 448.1, 448.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

28. Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 25 noyabr tarixli, 2-2(106)-119/2020 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən), T.Heydərov və Q.Kərimov) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 04 iyun tarixli, e-2-2(121)-19/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsini bağlayan zaman müqavilənin şərtlərindən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən geri almaq hüququ vardır.

30. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 6.2. 14.1, 14.2.1, 385.1, 386.1, 739.1, 739.2, 443.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 32. "xxxx" MMC olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı və İmişli rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə 2017-ci ilin sentyabr ayında "xxxx"dan 101.500 manat kredit götürm üşdür. KT/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli kredit xətt müqaviləsinə əsasən kreditin 3 ayı faizsiz, 4 ayı isə 6 faiz hesabı ilə götürülmüşdür. Kredit pambığın əl yığımına verilmək üçün götürmüşdür. Sonra həmin pulun 434 tonuna qədər pambığın əl yığımına dekabr ayının sonunadək 76.354 manat pul ödəmişdir və tədarük edilmiş məhsul "xxxx" MMC-nin özünə aid məntəqəsi olmadığına görə “X5" MMC-nin məntəqəsinə təhvil verilmişdir. Bu barədə “X4” MMC ilə aralarında razılıq müqaviləsində göstərilir ki, həmin kredit pambığın satışından sonra əldə olunmuş pul vəsaitinin hesabına ödəniləcəkdir. Beləliklə, "xxxx" MMC-nin 300 tondan yuxarı maşınla yığılmış pambıq da daxil olmaqla, cəmi 760 ton pambıq “X4” MMC-yə təhvil vermişdir. Bunu "X4" MMC-nin "xxxx" MMC-yə, banka və "xxxx"MMC-yə ünvanlanmış olduğu rəsmi məktub da təsdiq edir. 33. "xxxx" MMC-ilə "xxxx" ASC arasında bağlanmış 22.09.2017-ci il tarixli KT/2517 saylı müqavilənin 4.3-cü bəndində gecikdirilən hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə tətbiq edilir. Lakin, "xxxx" MMC "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 22.09.2017-ci il tarixli KT/2517 saylı müqavilənin 4.3 bəndinə əsasən yox, dövlət əmlakını mənimsəmək üçün gecikdirilən hər təqvim günü üçün ödənilməli olan məbləğin günlük 0,2%-lə əvəz etmişdir. Bununla da 4 ay ərzində "xxxx" MMC ödədiyi kreditin 40905,87 manatı mənimsəyərək MMC-ni dövlət qarşısında borclandırmışdır.

34. Bundan başqa, BOKT "xxxx" MMC-yə "xxxx" MMC ödədiyi 99.245,45 qəpik kredit ödənişini 48.745,45 qəpik pulu faiz və cərimə faizinə silmişdir.

35. Apelyasiya Məhk əməsi kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının iddiaçıya ötürüldüyü 22 iyun 2018-ci il tarixdən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli, KT/2517 saylı Kredit Xətti müqaviləsinə əsasən ödənilmiş kredit ödənişlərini və həmin müqavilənin 4.3 bəndini nəzərə almaqla (gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə tətbiq edilir) Mərkəzi Bankın təlimatlarına və qaydalarına əsasən yenidən hesablanması üçün iş üzrə təkrar ekspertiza keçirməklə, cərimə faizinin düzgün olub-olmamasını müəyyən etməli idi.

36. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 388, 418.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasi ya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

38. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

39. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

40. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

41. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. İş üzrə cavabdeh "xxxx" MMC apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. "Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşya lar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. "Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkü nsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi”; İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 25 noyabr tarixli, 2-2(106)-119/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Cavabdehin kassasiya şikayətinin dəlillərində həmçinin qeyd edilmişdir ki, 22.09.2017-ci il t arixli müqavilənin 4.3-cü bəndində gecikdirilən hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə tətbiq edildiyi qeyd edilsə də, "xxxx" MMC müqavilənin həmin bəndinə əsasən yox, dövlət əmlakını mənimsəmək üçün gecikdirilən hər təqvim günü üçün ödənilməli olan məbləğin günlük 0,2%-lə əvəz etməklə 4 ay ərzində "xxxx" MMC ödədiyi kreditin 40.905,87 manatı mənimsəyərək MMC-ni dövlət qarşısında borclandırmış, Apelyasiya Məhkəməsi kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının iddiaçıya ötürüldüyü 22 iyun 2018-ci il tarixdən 22 sentyabr 2017-ci il tarixli Kredit Xətti müqaviləsinə əsasən ödənilmiş kredit ödənişlərini və həmin müqavilənin 4.3 bəndini nəzərə almaqla Mərkəzi Bankın təlimatlarına və qaydalarına əsasən yenidən hesablanması üçün iş üzrə təkrar eksperti za keçirməklə, cərimə faizinin düzgün olubolmamasını müəyyən etməli idi.

49. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 manat məbləğində kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən götürülmüş kredit vəsaiti müqavilə üzrə müəyyən olunmuş müddətdə, məbləğdə və qaydada ödənilməmiş, beləliklə, sonuncu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

50. Cavabdeh "xxxx" MMC-nin kredit xətti müqaviləsi üzrə 12.864,17 manat əsas və 358,03 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçinin qeyd olunan ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcu, hazırda "xxxx" MMC-dən tələb edilən əsas və faiz borcunu əhatə etdiyindən, məhkəmələrin işə baxarkən qanunsuz olaraq ondan 13.425,20 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etdikləri barədə cavabdehin dəlilinin əsassız olduğu təsdiq edilir.

51. Bundan əlavə 22 sentyabr 2017-ci il tarixli kredit xətti müqaviləsinin 4.3-cü bəndinə əsasən, borcalan kredit müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin 1% həcmində cərimə ödəyir. Buna görə də, məhkəmələr tərəfindən isə işə baxılarkən Mülki Məcəllənin 467-ci maddəsinin müddəalarına əsasən iddia ərizəsi ilə tələb edilən yüksək dəbbə pulu azaldılaraq, yalnız 200 manat həddində cərimə məbləği tutulduğundan, kassasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlilləri də uğurlu hesab edilmir.

52. Kassasiya şikayəti əsasən işin faktiki hallarına istinad etməklə əsaslandırıldığından məhkəmə tərkibi bu dəlillərə ayrı ayrılıqda müfssəl hüquqi qiymət verilməsinə zərurət görmür. İşə baxmış məhkəmələr tərəfindən tərəflərin çəkişmə prinsipinin pozulduğu, iddia tələbinə etiraz üçün şərait yaradılmadığı barədə dəlillər isə iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilmir.

53. Beləliklə, məhkəmələr iş materiallarına istinad e tməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə kredit müqaviləsini bağlayan zaman müqavilənin şərtlərindən məlumatlı olduğunu, müqavilədə kredit veriləcək valyutanın məbləği, növü, müqavilənin müddəti və ödəniləcək faiz dərəcəsinin dəqiq müəyyən edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

54. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-c i il 25 noyabr tarixli, 2-2(106)-119/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

56. Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 25 noyabr tarixli, 2-2(106)-119/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar