Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-213/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti, alınmış əşyanın dəyərinin ödənilməsi, öhdəliyin icrası müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2- 2(103)-988/ 2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı ASC (bundan sonra – “ASC”) ilə alıcı "xxxx" MMC (bundan sonra – “MMC”) arasında un məhsullarının satışına görə 2018-ci il 5 yanvar tarixli 05/01/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" “alıcı”ya buğda unu satmağı, “alıcı” isə həmin malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "xxxx"ya ödəməyi öz öhdəsinə götürmüşdür.
2. MMC-nin müqaviləyə əsasən qəbul etdiyi un məhsuluna görə 2022-ci il 14 noyabr tarixinə ASC-yə olan əsas borcu barədə arayışda 75.163 manat qalıq borc göstərilmişdir. Maliyyə arayışı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
3. ASC və MMC arasında tərtib edilmiş 2019-cu il 1 iyul tarixli qarşılıqlı üzləşmə aktına əsasən, 2019-cu il 1 iyul tarixinə MMC-nin ASC-yə olan borcu 101.255 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
4. Tərəflər arasında tərtib edilmiş 2020-ci il 5 avqust tarixli qarşılıqlı üzləşmə aktına əsasən, 2020-ci il 1 avqust tarixinə MMC-nin ASC-yə olan borcu 87.415 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
5. Tərəflər arasında tərtib edilmiş 2021-ci il 10 avqust tarixli qarşılıqlı üzləşmə aktına əsasən 2021-ci il 10 avqust tarixinə MMC-nin ASC-yə olan borcu 73.395 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər i ki tərəfin möhürü ilə təsdiq edilmişdir.
6. ASC tərəfindən MMC-yə EBBG seriyalı, 758841 nömrəli, 2021-ci il 20 avqust tarixli (9.576 manat) və EBBH seriyalı, 204739 nömrəli, 2021-ci il 28 avqust tarixli (3.192 manat) elektron qaimə təqdim edilmişdir. 7. 2021-ci il 31 avqust tarixli kassa mədaxil orderi qəbzində MMC tərəfindən 11.000 manat vəsaitin ASC-nin hesabına mədaxil olunması göstərilmişdir.
8. ASC tərəfindən MMC-yə ünvanlanan pretenziya məktubunda 150.326 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 12 may tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75.163 manat əsas borc, 75.163 mana t dəbbə pulu olmaqla, cəmi 150.326 manat məbləğində pul vəsaiti və ödənilmiş 400 manat mediasiya xərci və 41 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh öz üzərinə qəbul etdiyi malın dəyərinin vaxtlı-vaxtında ödənilməsi və müvafiq olaraq müqavilənin yerinə yetirilməsini təmin etmək vəzifəsini götürmüş, lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Mühasibatlıqda olan sənədlərə əsasən 2022-ci il 14 noyabr tarixinə cavabdehin qəbul etdiyi un məhsuluna görə 75.163 manat, müqavilənin 5.3-cü bəndinə əsasən hesablanmış 75.163 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 150.326 manat məbləğində borcu vardır.
11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onun iddiaçıya 150.326 manat dəyərində borcu yoxdur. İddiaçı yalnız öz mənafelərini düşünərək formal rəqəmlər hesablayaraq iddia qaldırmışdır. Belə ki, iddiaçının istinad etdiyi 2021-ci il 10 avqust tarixli üzləşmə aktı sübut kimi qiymətləndirilə bilməz. Həmin üzləşmə aktında qeyd olunan şəxslərin adları imza edən şəxslərlə uyğun gəlmir. Aktın yuxarı hissəsində iddiaçının nümayəndəsi kimi E.Cəfərov göstərilsə də, imza edən şəxs S.Səlimovdur. Cavabdehin nümayəndəsi X.Mustafayeva göstərilsə də, imza edən şəxs Ə.Əsgərovdur. Bundan başqa, həmin üzləşmə aktında imza edən şəxslərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olubolmaması şübhə doğurur. Göstərilən borc məbləğinin hansı dövrlərdə yaranması da şübhə doğurur. Belə ki, borcun mö vcud olmasına dair iddiaçı tərəfindən hər hansı sübutedici sənədlər əlavə edilməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi 2021-ci il 20 avqust tarixli EBBG 758841 saylı elektron qaimə (9.576 manat) və 2021-ci il 28 avqust tarixli EBBH 204739 saylı elektron qaiməyə (9.576 manat) uyğun olaraq, cəmi 12.768 manat məbləğində borcdan 11.000 manat hissə tam olaraq ödənilmişdir. Bütün bunlar ona dəlalət edir ki, iddia tələbi əsassızdır. Belə ki, 2021-ci ilin avqust ayında 73.395 manat məbləğində borcun mövcud olduğu halda bundan sonra yenidən hər hansı məhsulun alqı-satqısının həyata keçirilməsi anlanşılan deyil. Bundan başqa, iddia ərizəsində göstərilən dəbbə pulunun hesablanması özü də qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, 2018-ci il 5 yanvar tarixli alqı-satqı müqaviləsinin 5.3-cü bəndində göstərilmişdir ki, ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 0,5 % miqdarında dəbbə pulu ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən malın dəyəri qabaqcadan ödənilir, yaxud mal alıcıya tam təhvil verildikdən sonra alıcı 15 təqvim günü ərzində malın dəyərini tam ödəniş etməlidir. Belə olan halda iddiaçı borcun yarandığı gündən 15 təqvim günü keçdikdən üzun müddət sonra iddia qaldırmışdır.
12. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianın əsassız olması ilə yanaşı iddia müddəti iddiaçı tərəfindən üzrsüz səbəbdən ötürülmüşdur. Belə ki, tələb olunan borc məbləği 2020-ci ildən əvvəlki dövrü əhatə edir. Bundan başqa, iddiaçının istinad etdiyi 2018-ci il 5 yanvar tarixli müqavilə özü də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələbləri pozulmaqla imzalanmışdır ki, bu halın özü də yolverilməzdir.
13. İddiaçı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 5 yanvar tarixli müqavilənin 8.1-ci bəndinə görə həmin müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Tǝrǝflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilənin müddətinin bitməsinə ən azı 3 gün qalmış tərəflər müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə yenidən qüvvəli sayılır. Ona görə də, cavabdehin idd ia müddətinin ötürülməsi barədə ərizəsi əsassızdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 sentyabr tarixli e-2-2(113)-2873/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 75.163 manat borc, 4.000 manat cərimə, 400 manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 21,60 manat olmaqla, cəmi 79.584,60 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
15. Məhkəmə tərəflər arasında bağlanan 2018-ci il 5 yanvar tarixli 05/01/18 nömrəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd sayılması, etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən etməmişdir.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan hald a isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 75.163 manat məbləğində (üzləşmə aktı üzrə 73.395+9.576+3.192 manat (2021-ci il 20 avqust və 28 avqust tarixli elektron qaimələr üzrə) = 86.163 -11.000 ödəniş = 75.163) pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcunun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapır.
17. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətibiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi 2018-ci il yanvarında bağlanmış, müqavilə əsasında tərəflər arasında m ünasibətlər davam edərək, alqı-satqı əməliyyatları həyata keçirilmiş, əməliyyatlar üzrə iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin borcun mövcud olmasına dair iddiaçı tərəfindən hər hansı sübutedici sənədlərin təqdim edilməməsinə dair mövqeyi ilə razılaşmamışdır. Belə ki, təqdim olunmuş üzləşmə aktları ilə yanaşı 2018-ci ilin yanvar ayından başlayaraq, 2021-ci ilin avqust ayınadək (avqust ayı daxil olmaqla) cavabdehə çoxsaylı müvafiq elektron qaimələrin göndərildiyi müəyyən olunmuşdur. Tərəflər arasında sonuncu üzləşmə aktı 2021-ci il 10 avqust tarixində tərtib olunmuş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmiş, cavabdehin iddiaçıya olan borcunun 73.395 manat təşkil etdiyi təsbit edilmişdir. Məhkəmə üzləşmə aktın da qeyd olunan şəxslərin adlarının imza edən şəxslərlə uyğun gəlməməsi, aktın yuxarı hissəsində ASC-nin nümayəndəsi kimi başqa şəxs göstərilsə də, imza edən şəxsin S.Səlimov olması MMC-nin nümayəndəsi kimi X.Mustafayeva göstərilsə də, imza edən şəxsin Ə.Əsgərov olması, bundan başqa, həmin üzləşmə aktında imza edən şəxslərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olub-olmamasının şübhə doğurmasına dair mövqeyinə münasibətdə qeyd etmişdir ki, imzalayan şəxslərin kimliyindən asılı olmayaraq, tərəflər onları səlahiyyətli nümayəndə kimi tanıyaraq, akta hər iki tərəfdən möhür vurulmuş və akt rəsmi olaraq təsdiq olunmuşdur. İmzalayan şəxslərin kimliyi əvvəllər heç vaxt mübahisə edilməmişdir.
18. Bundan sonra 2021-ci ilin avqust ayında həyata keçirilən daha iki əməliyyat üzrə cavabdehə 12.768 manat məbləğində iki elektron qaimə göndərilmişdir. 2021-ci il 31 avqust tarixində cavabdeh tərəfindən iddiaçıya 11.000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ödənişin son iki elektron qaimə üzrə edildiyini, iddiaçı 11.000 manat məbləğində pulun ümumi borcdan edildiyini bildirmişdir. 2021-ci il 31 avqust tarixli kassa mədaxil orderi qəbzində ödənişin təyinatı yazılmadığına görə məhkəmə həmin ödənişi ümumi borcdan edilən ödəniş kimi qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia müddətinin tətbiq edilməsi üçün əsasların olmaması qənaətinə gəlmişdir.
19. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0.5% miqdarında dəbbə pulu ödənilir. İddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyənləşdirilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 4.000 manat məbləğində müəyyənləşdirilməli, qalan hissədə isə təmin edilməməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 427.1, 427.2, 442, 448.1, 462.1, 467, 567, 598.1, 598.2, 600.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-988/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
24. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflərin bağladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi üzləşdirmə aktları, elektron qaimələr və kassa mədaxil orderi qəbzi ilə təsdiq olunur. Əgər cavabdehin istinad etdiyi kimi onun iddiaçıya heç bir borcu olmasaydı, o, qeyd olunan üzləşdirmə aktlarını və elektron qaimələri təsdiqləməkdən imtina edərdi. Lakin hazırda həmin hal mövcud deyil.
25. Bundan əlavə, cavabdehin mövqeyi özü-özlüyündə ziddiyyətlidir və bir fikir digərini təkzib edir. Belə ki, cavabdeh bir tərəfdən müqavilənin əhəmiyyətsiz olduğunu bildirsə də, digər tərəfdən müqavilə üzrə ödənişlərin bir qismini həyata keçirmişdir. 26. 2021-ci il 10 avqust tarixli aktla bağlı cavabdehin dəlillərinə dair kollegiya qeyd etmişdir ki, əvvəla iddiaçının adından olan imzanın səlahiyyətli şəxs tərəfindən imzalanıbimzalanmaması halına cavabdeh deyil, iddiaçı istinad edə bilər. Bundan əlavə qarşılıqlı üzləşdirmə aktından görünür ki, onu ASC-nin rəhbəri S.Səlimov imzalamış və ASC-nin möhürü ilə təsdiq etmiş, hazırda da həmin akt a istinadən iddia qaldırılmışdır. MMC tərəfindən isə həmin aktı direktor Qanuni nümayəndə imzalamış və MMC-nin möhürü ilə təsdiq etmişdir. Bu baxımdan kollegiya qeyd etmişdir ki, aktın yuxarı hissəsində ASC-nin nümayəndəsi kimi E.Cəfərovun göstərilməsinin, habelə MMC-nin nümayəndəsi kimi Qanuni nümayəndə göstərilməməsinin hər hansı əhəmiyyəti yoxdur. Həmçinin üzləşmə aktından görünür ki, onun yuxarı hissəsində adı qeyd edilən MMC-nin nümayəndəsi X.Mustafayeva da aktı imzalamışdır. Akta imza edən şəxslərin onu imza etmək səlahiyyətlərinin olub-olmamasının şübhə doğurması barədə dəlilər isə tam əsassızdır. Belə ki, həmin akt MMC-nin direktoru Qanuni nümayəndə və mühasib X.Mustafayeva tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir (məhkəmə iclasında cavabdehin nümayəndəsi bu fa ktları təsdiq edib).
27. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 2018-ci il 5 yanvar tarixli müqavilənin 8.1-ci bəndindən görünür ki, həmin müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Tǝrǝflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 8.2-ci bəndində isə göstərilmişdir ki, müqavilənin müddətinin bitməsinə ən azı 3 gün qalmış tərəflər müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə yenidən qüvvəli sayılır. Hazırkı işdə də tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə hər hansı bildiriş verməmiş və müqavilə mün asibətləri növbəti illərdə də davam etmişdir. İşin hallarından da görünür ki, borcun mövcud olmasına dair tərəflər arasında 2021ci il 10 avqust tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunmuş, 2021-ci il 20 və 28 avqust tarixli elektron qaimələr göndərilmiş və 2021-ci il 31 avqust tarixində cavabdeh tərəfindən iddiaçıya ödəniş həyata keçirilmişdir. Hazırkı iddia ərizəsi isə 2023-cü il 12 may tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmiş və iddia ərizəsi vaxtında verilmişdir.
28. Beləliklə, müəyyən olunmuşdur ki, tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə y etirməmişdir.
29. Belə ki, 2021-ci il 10 avqust tarixli qarşılıqlı üzləşmə aktı, 20 və 28 avqust 2021-ci il tarixli elektron qaimələr üzrə ödənilməli olan cəmi məbləğ 86.163 manat (73.395+9.576+3.192=86163) təşkil edir, cavabdeh isə cəmi 11.000 manat məbləğində ödəniş etmişdir. Ona görə də, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 75.163 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (86.163-11.000=75.163).
30. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, cərimənin tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin də yərinin 0,5 % həcmində dəbbə pulu ödəyir. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini, ödənilməyən cəmi məbləği və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi 4.000 manat məbləğində cərimə pulunu tələb etməkdə haqlıdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 373.2, 462.1, 467, 567, 598.3-cü; MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
32. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Azərbaycan Respubli kasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi və 129-cu maddəsinin İİİ hissəsi üzrə - Apellyasiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İddiaçının istinad etdiyi 2012ci il 10 avqust tarixli üzləşmə aktı sübut kimi qiymətlənirilə bilməz. Belə ki, həmin üzləşmə aktında qeyd olunan şəxslərin adları imza edən şəxlərin adları ilə uyğun gəlmir. Aktın yuxarı hissəsində ASC-nin nümayəndəsi kimi E.Cəfərov göstərilsə də, imza edən şəxs S.Səlimovdur. MMC-nin nümayəndəsi X.Mustafayeva göstərilsə də, imza edən şəxs Ə.Əsgərovdur. Bundan başqa həmin üzləşmə aktında imza edən şəxlərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olub-olmaması da şübhə doğurur. İş materiallarından göründüyü kimi nə birinici instansiya məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi bu halın araşdırılması məqsədi ilə ekspertiza təyin etməmişdir.
34. MM-in 442-ci maddəsi üzrə - apellyasiya məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmışdır ki, bu da nəticədə cavabdehin Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsind ə nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur. İş materiallarına nəzər saldıqda cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən hər hansı sənəd, müqavilə və sair mötəbər sübutun olmadığı müəyyən edilir.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli, “Baranovski və Braniovski Polşaya” qarşı işlər üzrə 2000-ci il 28 mart və 2004-cü il 22 iyul tarixli qərarları üzrə - Mülki qanunvericiliklə müəyyən edilmiş, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə müddəası hazırkı hala tətbiq oluna bilməz. Belə ki, daha öncə istinad oluna n MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Başqa sözlə, hazırkı mübahisəyə iddia müddətinin tətbiqinin şamil edilmədiyi halları müəyyən edən MM-in 384-cü maddəsinin tətbiqi istisna olunur. Belə olan halda, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən həm birinci instansiya məhkəməsində icraat zamanı hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verilmiş, həm də apellyasiya şikayətində bu hal əsaslandırılmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı formal sübutlar əsasında əsassız qərar qəbul etmişidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarı üzrə – Məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Bakı Kommersiya Məhkəməsinin müəyyənləşdirdiyi halları təkrarlayaraq eyni məzmunlu qətnamə qəbul etmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarı üzrə - Bakı Apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasınd a düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması il bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzə rə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
385. Öhdəlik anlay ışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliy in icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı -satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
42. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkə məsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §24-31-də verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, şikayətdə göstərilən dəlillər (iddia müddətinin ötürülməsi və üzləşmə aktının sübut qismində qəbul edilməli olmaması) iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı hüquqi qiymət verilmişdir. Odur ki, hazırda həmin hüquqi qiymətləndirmənin təkrarlanmasına lüzum yoxdur.
45. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
46. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
47. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
49. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 22(103)-988/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.