Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-214/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh XXX qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Ra uf Nəriman oğlunun, Cavabdeh XXX qızı və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh XXX qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2-2(103)-191/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2008-ci il **** tarixli, ***** saylı İddiaçı ASC (bundan sonra-ASC) ilə XXX qızı (bundan sonra-XXX) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən borc verən borc alana 198.000 manat məbləğində 2013-cü il 25 mart tarixinədək illik 7% ödənilmək şərtilə heyvandarlığın inkişafı məqsədilə kredit verir.
2. Həmin müqavilənin 2-ci maddəsinə əsasən borc verən tərəfindən xəzinədən nəğd vəsaitin verilməsinə görə 1% komisyon haqqı tutulur. Kreditdən istifadəyə gör ə faizlər borc alanın ssuda hesabı üzrə borcun yarandığı gündən başlayaraq hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır və axırıncı iş günündən gec olmayaraq borc alan tərəfindən ödənilməlidir. Borc alan tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən 2013-cü il 25 mart tarixinədək kreditin və ona borc verən tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda borc alan borc verənə vaxtı ötmüş borc məbləği üçün illik 14% məbləğində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2018-ci il 30 avqust tarixli, 2(010)4393/2018 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25296 saylı, 2019-cu il 13 fevral tarixli ekspert rəyindən görünür ki, hesabdan çıxarış materiallarında əks olunan XXX tərəfindən kredit xəttindən istifadə etdiyi pul vəsaitlərini və mədaxil olunan məbləğləri nəzərə alaraq, borc alanın 2008-ci il 24 aprel tarixli, 003 saylı kredit müqaviləsi üzrə 2017-ci il 19 dekabr tarixinə ASC-ə olan əsas borcu 198.000 manat, faiz borcu 62.734,24 manatdır. 5. 2019-cu il 28 oktyabr tarixli, **********618 saylı maliyyə araışından görünür ki, XXXnin kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 198.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 16.450 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 49.677,93 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği 27.50 manat və gecikdirilmiş gün sayı 2338, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 64.295 manat, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 328.422,93 manat təşkil edir.
6. ASC tərəfindən XXXyə ünvanlanmış 2017-ci il ***** tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya 2017-ci il 24 avqust tarixinədək hesablanmış 198.000 manat əsas, 66.127,93 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığor talanması Fondu cavabdeh XXXyə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh XXXdən 2017-ci il 19 dekabr tarixinə kredit öhdəliyi üzrə qalan 198.000 manat əsas borc, 66.127,93 manat faiz borcu olmaqla, cəmi 264.127,93 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2(010)170/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur (hakim L.Talıbova).
9. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2(010)170/2019 saylı qətnaməsindən hər iki tərəf tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2019-cu il 21 avqust tarixli, 2(103)9713/2019 saylı qə rardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2(010)-170/2019 saylı qətnaməsi ləğv olunaraq iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov).
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə XXX arasında bağlanmış 2008ci il 24 aprel tarixli, 003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 2013-cü il 25 mart tarixinədək illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 198.000 manat məbləğində sahibkarlıq krediti verilmişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməyi öz üzərinə götür müşdür. Müqavilənin 3.2.8-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi ilə əlaqədar borc verən tərəfindən öz hüquqlarının bərpası üçün çəkilmiş məhkəmə və digər xərcləri banka ödəməlidir. Lakin, buna baxmayaraq borclu XXX kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun 2017-ci il 19 dekabr tarixinə hesablanmış banka ödənilməmiş borcu 198.000 manat əsas, 66.127,93 manat faiz borcu olmaqla, cəmi 264.127,93 manat təşkil edir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli, 2-2(82)1050/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh XXXdən 198.000 manat məbləğində əsas borc, 16.450 manat məbləğ ində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 64.295 manat məbləğində faiz borcu, 4.900 manat məbləğində cərimə, cəmi 283.645 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan ASC-ə ödənilmiş, qalan hissədə iddia rədd olunmuş, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul məbləğinin 120 manat hissəsi cavabdehdən, 25 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür (hakim L.Əliyeva).
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh XXX 2008-ci il 24 aprel tarixli, 003 saylı kredit müqaviləsi üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə hesablanmış 64.295 manat məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarın da da ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin olunmalıdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 49.677,93 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 4.900 manat məbləğində müəyyən edilməlidir.
13. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 462.1, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 399.4 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən ASC-in ləğvedicisi Əmanətlərin Sığortanması Fondu 2019cu il 27 dekabr tarixində apellyasiya şikayəti verərək qətnamənin cərimə hissəsində ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Həmin qətnamədən N.Bünyat-zadə 2020-ci il 27 yanvar tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iş üzrə məhkəmə-mühasibatlıq eksp ertizası keçirilərək alınmış ekspert rəylərinə müvafiq yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli, 2-2(103)-191/2020 saylı qətnaməsi ilə iddiaçı ASC-in və cavabdeh XXXnin apellyasiya şikayətləri qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli, 2-2(82)-1050/2019 saylı qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdeh XXXdən iddiaçı ləğv prosesində olan ASC-in xeyrinə 198.000 manat əsas borc, 16.450 manat faiz borcu, 19.800 manat cərimə borcu, 49.500 manat məbləğində illik 5% və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 283.775 manat məbləğində pul vəsaiti tutulmuş, iddia qalan hissə də rədd edilmiş, 345 manat məbləğində ekspert tədqiqatının dəyəri cavabdeh XXXdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki hesabına ödənilmişdir (sədrlik edən –C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).
17. Cavabdehin apellyasiya şikayətində əlavə ekspertiza təyin olunması barədə dəlilləri nəzərə alınmaqla, məhkəmə iddiaçının borcuna faiz və cərimə məbləğləri hissəsində aydınlıq gətirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 5 mart tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspert tədqiqatının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
18. Məhkəmə Eksper tizası Mərkəzi tərəfindən həmin qərardad icra olunmuş, aparılmış tədqiqatın nəticələrinə dair ekspert rəyi 2020-ci il 13 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş və məhkəmənin 2020-ci il 16 oktyabr tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
19. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş materiallarında olan sənədlərə əsasən aparılmış tədqiqatın nəticələrinə verilmiş 2020-ci il 7 oktyabr tarixli, 9/995 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə borc alan N.Bünyadzadənin 2013-cü il 25 mart tarixinədək banka olan borcu 245.766,61 manat təşkil edir. O cümlədən: 2013-cü il 25 mart tarixinə (yəni kredit müqaviləsinin bitdliyi tarixə) əsas borc üzrə - 198.000 manat, faiz borcu üzrə 47.766,61 manat (Eksp ert onun qarşısında qoyulan ödənişin gecikdirilməsinə görə cərimə (dəbbə) və illik 5 faizlə bağlı suallar iddiaçının hesabından çıxarış məlumatlarında müvafiq hesablamalar olmadığından cavablandırılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən göründüyü kimi, kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcu müəyyənləşdirilərkən hərtərəfli ekspert tədqiqatı aparılmış, qrafik şəkilində onun müqavilə müddətinə, yəni 2008-ci il 24 aprel tarixindən 2013-cü il 25 mart tarixinədək olan əsas və faiz borcu aylar üzrə araşdırılıb müəyyənləşdirilmiş və borc alan tərəfindən banka, cəmi 20.455,39 manat məbləğində ödəniş olunduğu və həmin məbləğin də onun faiz borcuna silinmiş və həmin ödəniş nəzərə alınmaqla, onun müqavilə müddətinin so nuna olan faiz borcu 47.766,61 manat müəyyən olunmuş, əsas borc isə ilkin ekspert rəyində olduğu kimi - 198.000 manat təşkil etdiyi təsbit olunmuşdur. Belə ki, bank tərəfindən cavabdehin ödənişləri üzrə aparılmış silinmənin faizə aid edilməsi mülki qanunvericilyin tələblərinə uyğundur. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bil mirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məcəllənin qeyd olunan norması baxımından, əsas borcdan hesablanmalı olan illik beş faiz məbləğinin hesablanması, adi riyazi üsulla hesablanması heç bir çətinlik doğurmur. Bu mənada, müqavilə müddəti bitdiyi 2013-cü ilin mart ayından 2018-ci ilin may ayınadək məhkəmədə iddia qaldırıldırılana qədər ötən 5 il üçün hesablama aparıldıqda, cavabdehin qeyd olunan 198.000 manat məbləğində əsas borcundan hesablanan illik beş faiz 49.500 ((198.000 x 5% ) x 5) manat təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ilə illik 5 faizə görə 14.795 (64.29549.500) manat məbləğində pulun tutulması əsassız olmuşdur.
21. Daha sonra bu məhkəmə vurğulamışdır ki, iddiaçının 49.677,93 m anat məbləğində cərimə tələbi müqabilində, cavabdehdən Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə, həmin cərimə məbləği 4.900 manata qədər endirilmişdir. Belə ki, tərəflər arasındakı müqavilənin 2.9-cu bəndi ilə tərəflər razılığa gəlmişlər ki, borc alan 2013-cü il 25 mart tarixinədək krediti və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini pozduqda borc verənə 14 faiz illik cərimə ödəyir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ödəniş qrafiki üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə görə müqavilə müddəti üçün ona 49.677,93 manat məbləğində cərimə hesablanmış və işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin tələbi 10 dəfədən də çox, yəni, 4.900 manata qədər azadılmışdır. Birinci instansiya məhkəməsi tərə findən həmin norma düzgün təfsir edilməmiş, iddiaçının, yəni, kreditorun həm əmlak, həm də əsaslı mənafeyi qətiyyən nəzərə alınmamışdır. İddiaçı bank halhazırda ləğvetmə prosesindədir və bankın özünün borclu olduğu çoxlu sayda kreditorları mövcuddur. Həmin kreditorların tələblərinin təmin edilməsi baxımından, bankın aktivlərinin, o cümlədən, debitor borclarının yığılması onun əsaslı mənafelərinə toxunmaya bilməz. Ona görə də iddia tələbində tutulması tələb olunan 49.677,93 manat cərimə məbləğinin tənasübsüzlüyünə, həmin cərimə tələbinə münasibətdə deyil, cavabdehin 198.000 manat əsas borc tələbinə münasibətdə aydınlıq gətirilməli idi. Bu baxımdan, məhkəmə kollegiyası cərimə məbləğinin əsas borcun 10 faizi miqdarında, yəni 19.800 (198.000 x 10%) manat həddində müəyyənləşdirilməsini tərəfl ərin əmlak və əsaslı mənafeyinə mütənasib hesab edir.
22. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 432.4, 445.7, 739.1, 739.2, 741-ci maddələrinə, MPM-in 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh N.Bünyadzadə həmin qətnamədən 2021-ci il 10 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən iş üzrə məhkəmə proseslərində cavabdeh və onun nümayəndəsinin iştirakını təmin etməmişdir.
25. Mülki Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci madd ələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
26. Lakin, apellyasiya instansiyası məhkəməsi məhkəmə sənədlərini cavabdehə göndərməmişdir, əgər göndərmişdirsə belə, onda həmin sənədlərin cavabdehə çatdırılmasını araşdırmamışdır.
27. Bununla da, apellyasiya instansiyası məhkəməsi MPM-in 9, 14, 135 və digər maddələrində müəyyən edilmiş qaydalara əməl etməmiş, nəticədə məhkəmə araşdırmaları cavabdehin iştirakı olmadan aparılmışdır.
28. Məhkəmə prose slərində cavabdehin iştirakı təmin olunmadığından, əlavə ekspertizanın keçirilməsi ilə bağlı cavabdehə məlumat verilməmişdir.
29. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır.
30. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir.
31. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı m üqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
32. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
33. Kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq e dilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.
34. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
35. Bu baxımdan məhkəmələrin cavabdehdən i ddiaçı ləğv prosesində olan ASC-in xeyrinə 198.000 manat əsas borc, 16.450 manat faiz borcu, 19.800 manat cərimə borcu, 49.500 manat məbləğində illik beş faiz əsas borc məbləğinin tutulmasına dair qətnaməsini əsassız hesab olunmalıdır.
36. Belə ki, həmin cərimə məbləğləri müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrası müddətindən sonrakı dövrü əhatə edir. Məhkəmələrin cavabdehdən iddiaçının xeyrinə həmin pul məbləğinin tutulması barədə qərara gələrkən cavabdehin maliyyə və iqtisadi vəziyyətini nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
37. Cavabdeh XXX qızı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, 2-2(103)-191/20 saylı qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. İddiaçının vəkili ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, 2-2(103)-191/20 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.
40. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəll ənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşya lara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MPM-in müvafiq müddəa larında aşağıdakılar nəzərdə tutulur: Maddə
117. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğin tərəflərdən alınması 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
42. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunmasını yoxlayır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
44. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “məhkəmə proseslərində cavabdeh və onun nümayəndəsinin iştirakının təmin edilməməsi” dəlili ilə bağlı vurğulayır ki, iş materiallarından görünür ki, XXXyə 2020-ci il 4 noyabr tarixində SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildiriş göndərilmişdir. Həmçinin cavabdehin nümayəndəsi Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə qeyd olunan bildiriş yerləşdirilmişdir. MPM-in 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmədə iştirak edən şəx slər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “cavabdehin maliyyə və iqtisadi vəziyyətinin nəzərə alınmaması” dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Mə cəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Pl enumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
47. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh XXXnin qeyd olunan dəlili əs assızdır və təmin oluna bilməz.
48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “iddia müddətinin ötürülməsi” dəlili ilə bağlı vurğulayır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. XXX məhkəmə qərarı çıxarılana qədər, yəni 2019-cu il 28 noyabr tarixinə qədər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməmişdir. Bundan başqa, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 371-ci maddəsi). Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh iddia müddətinə dair dəlillə bağlı birinci instansiya məhkəməsinə və apellyasiya instansiyası məhkəməsinə müraciət etmədiyinə görə onun dəlili əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “cərimə məbləğinin müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrası müddətindən sonrakı dövrü əhatə etməsi” dəlili ilə bağlı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 198.000 manat əsas borc tələbinə münasibətdə cərimə məbləğinin əsas borcun 10%-i miqdarında - 19.800 manat müəyyənləşdirilməsi ədalətli və qanuna müvafiqdir.
50. Beləlikl ə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2-2(103)-191/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
51. MPM-in 418.1ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2-2(103)-191/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.