Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-214/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3 qarşı ilk iddia və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh3 cavab deh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(106)-174/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh2 MMC (Firma) ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında bağlanılmış 2021-ci il 10 avqust tarixli müqaviləyə əsasən, öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
2. Cavabdeh2 MMC (Firma) ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 2021-ci il 10 avqust tarixli müqaviləyə əsasən, öz nizamnaməsi əsasında cəmiyyət beynəlxalq yük daşınmaları təş kil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
3. Cavabdeh1 2029-cu il 12 sentyabr tarixinədək "X2” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 2021-ci il 6 avqust tarixli "Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra - birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26.900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Eyni zamanda, Cavabdeh3 ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 31.000 ABŞ dolları, mənəvi zərərə görə 2.000 ABŞ dolları olmaqla cəmi 33.000 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlk iddia onunla əsaslandırılmışdır ki, yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsi və nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində daşınılan yük ( pomidorlar) tamamilə məhv olmuşdur.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmayıb. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib, iddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O, özünə məxsus avtomobili idarə etmək üçün Cavabdeh1ə etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa, məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı üçün həmin iddia əsassızdır. Cav abdeh3 maşınının qoşqusuna 25.000 ABŞ dolları məbləğində, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün 2.000 ABŞ dolları, maşınını isə Azərbaycana gətirmək üçün 4.000 ABŞ dolları məbləğində pul verdiyini, 31.000 ABŞ dolları məbləğində vəsait xərclədiyini, Cavabdeh1 isə mənəvi stress, əzab-əziyyət çəkdiyini, maddi və mənəvi ziyana düşən onlar olduğu halda iddiaçının onlardan 26.900 ABŞ dolları məbləğində zərərin əvəzi kimi pul tələb etdiyini qeyd etmişdir.
8. MMC-nin direktoru Qanuni nümayəndə ilk iddiaya dair etiraz təqdim edərək iddianın ona qarşı əsassız olduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamışdır. O, MMC-nin direktoru olaraq, sürücü və mülkiyyəti olan maşın sahibləri ilə işləyir, bununla bağlı müqavilələr bağlayır lar. Onlar MMC olaraq maşın sahibi Cavabdeh3 və sürücü Cavabdeh1 ilə müqavilə bağlamışlar. MMC qanunvericiliklə qadağan olmayan bütün fəaliyyət növlərilə məşğul ola bilər. Tək iddiaçıya aid deyil, sürücüyə və maşın sahibinə də zərər dəymişdir.
9. Cavabdeh1 ilk iddiaya dair etiraz təqdim edərək iddianın yalan mülahizələr üzərində qurulduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmamışdır. O, maşının sahibi Cavabdeh3 tərəfindən verilən etibarnamə əsasında sürücü işləyir. Ona Rusiya Federasiyasına gedəndə məhsulun 50 faizini Omsk şəhərinə aparılıb orada boşaldılacağını bildirmişlər. O, Omsk şəhərinə məhsulu sağ salamat çatdırmış, Rusiyada gömrük qeydiyyatından keçirtmişdir. Lakin iddiaçı bütün verdiyi sözü tutmadığı kimi, Omsk şəhərində də məhsulu k imsə təhvil almamışdır. Məhsul avtomobildə yüklü vəziyyətdə bir neçə gün qalmış, telefonla məlumat versə də, daşıdığı məhsulu kimsə boşaltmamışdır. Məhsul yüklənən zaman dəfələrlə bildirməyinə baxmayaraq iddiaçı məhsulu sığorta etdirməmiş, ona da hər hansı sənəd verilməmişdir. Nəticədə də idarə etdiyi avtomobillə qəza törənmiş, avtomobil yoldan çıxmış və avtomobilin qoşqu hissəsi tam yararsız vəziyyətə düşmüş, motor hissəsi tam dağılmışdır. Yararsız vəziyyətə düşən avtomobilə görə dəymiş ziyan 30.000 manatdan çoxdur.
10. Məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq iş materialları baxılmaq üçün sonda Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
11. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli 2-2(121)-1931/2023 nömrəli qətnaməsi ilk iddia qismən təmin edilmiş, MMC-dən vurulmuş zərərə görə 26.900 ABŞ dolları, hüquqi yardım üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumuna görə 227,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, ilk iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim-E.Abdullayev).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2021-ci il 13 noyabr tarixli 123962 nömrəli Beynəlxalq Qaimədə (CMR) göstərilmişdir ki, “yük göndərən” İddiaçı tərəfindən 2.300 ədəd taxta yeşiklərdə 20.100 kq (Brutto), 16.800 kq (Netto) çəkisində olan pomidor məhsulu “Daşıyıcı” Cavabdeh2 MMC-nin vasitəsilə yük alan "xxxx" MMC-yə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini n qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə “Daşıyıcı” Cavabdeh2 MMC tərəfindən 2021-ci il 13 noyabr tarixində Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən İddiaçındən təhvil alınmış və həmin tarixdə Azərbaycan Respublikasının Dövlət X3 Federasiyasının ərazisinə keçirilmişdir. X4 16-cı və 23-cü bölmələrində “Daşıyıcı” və "xxxx" sözlərinin qarşısında bilavasitə Cavabdeh2 MMC-nin adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 mart tarixli 9/1902 nömrəli ekspert rəyində iş materiallarında olan məlumatlardan istifadə edilməklə iddiaçıya məxsus 2.300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16.800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qi yməti ilə ümumi dəyəri təxminən 31.416 manat (16.800 kq * 1,87 manat) müəyyən edilmişdir.
14. Məhkəmə ilk iddia üzrə qeyd etmişdir ki, hazırkı halda MMC-nin hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan vurulduğu həm cavabdehlərin izahatları, həm Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsi, həm də MMC-lə yük avtomobilinin sahibi Cavabdeh3 və Cavabdeh1 arasında beynəlxalq yük daşınmalarının həyata keçirilməsi ilə bağlı müqavilələrin bağlanılması ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) sadalanan normalarında göstərilən halların mövcudluğu tam sübuta yetirilir.
15. Məhkəmə, ilk iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olun an nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Həmçinin Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir.
16. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 mart tarixli 9/1902 nömrəli ekspert rəyi (bax § 12) ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gə ldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
17. Həmçinin məhkəmə MMC-nin və Cavabdeh1 etirazlarında qeyd olunan hallara münasibət bildirərək qeyd etmişdir ki, etirazlarda qeyd olunan hallar ilk iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, MM-in 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər.
18. Məhkəmə qarşılıqlı iddiasına münasibətdə bu tələbin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 14.2.1, 21.1-21.3, 385.1, 390.1, 442, 445.7, 448.1, 448.2, 850.1, 851, 854.1, 858.3, 859.1-859.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2-ci maddələri; “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8-ci maddələri; “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.0.6-cı maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2, 2.1.3, 3.7, 38.1-ci bəndləri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 115.0.1, 115.0.5 115.0.6, 119. 1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı təmin olunmadığı hissəsində ləğv olunması və ilk iddia tələbinin hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə olunmasını xahiş etmişdir.
21. MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir.
22. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi ilə iddiaçının və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - MMC-dən əldən çıxmış faydaya görə 8.420 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, MMC-dən iddiaçıya ödənilməli olan məbləğ 18.480 ABŞ dolları müəyyən edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və S.Mayılov).
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, həm birinci instansiya məhkəməsindəki icraat, həm də apellyasiya baxışı zamanı yük daşıma münasibətləri üzrə tərtib olunmuş sə nədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisinin Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstərişin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
25. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, şikayət tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələlərinin birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. İşin hallarından iddiaçının Cavabdeh3 mülkiyyətində olan yük avtomobilinə ziyan vurulması sübuta yetirilmir. Yəni, həmin avtomobilə ziyan vurma ilə bağlı iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə bu əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 apellyasiya şikayəti əsassızdır.
26. Məhkəmə kollegiyası MMC-nin apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, MMC qə tnamənin ləğv edilməsini xahiş etməklə onu tam mübahisələndirmişdir. Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, yükün son çatdırılma yeri Novosibirsk şəhəri olmuşdur. Bunu iddiaçı, ayrı-ayrılıqda cavabdehlər də məhkəmə iclasında təsdiq etmişlər. Həmçinin iş üzrə yük göndərənin hər hansı təqsirli göstərişinin mövcud olmadığı da müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin Omsk şəhərində avtomobildən yükün yarısının boşaldılmaması və bunun baş vermiş qəzaya səbəb olan hallarla bağlı əsaslandırılması ilə razılaşmadığını qeyd etmişdir. Belə ki, iddiaçı yükün yarısının Omskda boşaldılması ilə bağlı cavabdehlərin fikirlərini inkar etmiş, bunu təsdiq etməmişdir. Həmçinin cavabdeh bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh özü qeyd edir k i, yükün son boşaldılacaq məntəqəsi Novosibirsk şəhəri olmalı idi. Bütün bunlara görə kollegiya apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab etmişdir.
28. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış faydaya dair hissəsinə münasibətdə qeyd etmişdir ki, yük daşınması müqaviləsi üzrə məsuliyyət müəyyənləşdirən nəqliyyat qanunvericiliyinin əsas və başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, məhdud mülkihüquqi məsuliyyət prinsipindən çıxış edir. Bu, müasir nəqliyyat hüququnun ənənəvi prinsipidir. Məhdud məsuliyyət prinsipini həm də beynəlxalq nəqliyyat hüququ tanıyır. Nəqliyyat qanunvericiliyindən fərqli olaraq mülki qanunvericilik tam məsuliyyət prinsipini müəyyənləşdirir (MM-in 21.2-ci maddəsi). Tam məsuliyyət prinsipi hüquq pozuntusu törədən şəxsin (zərərvuran şəxsin) zərərin əvə zinin tam həcmdə, yəni həm real zərərin, həm də əldən çıxmış faydanın əvəzinin ödənilməsini nəzərdə tutur. Nəqliyyat qanunvericiliyinin məhdud məsuliyyət prinsipinə görə isə daşıyıcı öz müqavilə öhdəliyini pozduğu hallarda yük sahibinə vurduğu ziyanın yalnız real zərər adlı hissəsinin əvəzini ödəyir. Həmin ziyanın əldən çıxmış fayda hissəsinin əvəzi isə alınmır.Buna görə də daşıyıcının məsuliyyəti məhdud xarakterə malikdir. Yük daşınması müqaviləsinin istənilən hər hansı şərtinin daşıyıcı tərəfindən pozulmasına görə məhdud məsuliyyət prinsipi tətbiq olunur. Başqa sözlə, nəqliyyat qanunvericiliyi daşıyıcının yük daşınması müqaviləsinin ayrı-ayrı şərtlərini deyil, istənilən şərtini pozmasına görə məhdud məsuliyyət prinsipi nəzərdə tutur. Belə ki, daşıyıcı yükün salamatlığını təmin etməyəndə də, yükün təyinat yerinə çatdırılmasını gecikdirəndə də, eləcə də digər hallarda da məhdud məsuliyyət daşıyır. Qeyd edilənlərdən başqa, ilk iddiaçı əldən çıxmış faydaya münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə yanaşı MM-in 570, 571-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – iddianın əldən çıxmış faydanın təmin edilmədiyi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilmədiyi hissələrində ləğv edib, iddianın hər üç cavabdehə aid hissədə və tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. MMC kassasiya şikayəti verərək qətnamənin qismə n - iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 avqust tarixli 2-2(102)-378/2024 nömrəli qərarı ilə MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisəl əndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – İ.Şəfiyev və M.Əhmədova).
33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya cavabdehlər olan Cavabdeh3 və Cavabdeh1 MMC-nin işçiləri olmadığını qeyd etsə də, daşıma əməliyyatında iştirakı ilə bağlı hüquqi mövqeyini tam açıqlamamış, apellyasiya məhkəməsi isə bu məsələyə toxunmamışdır.
34. İş materiallarında, MMC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış müqavilələr göstərir ki, MMC beynəlxalq daşımaları təşkil edir, sahibkar isə öz sürücüsü ilə bu daşımaları həyata keçirir. Lakin bu müqavilələrə hüquqi qiymət verilməmişdir.
35. Həmin müqavilələrdə malın miqdarı, keyfiyyəti və yol hərəkəti qaydalarının pozulmasına görə mə suliyyətin Cavabdeh3 və Cavabdeh1 üzərində olduğu qeyd edilsə də, bu məqam da hüquqi dəyərləndirməyə məruz qalmamışdır. Məhkəmələr onların konkret olaraq kimin qarşısında məsuliyyət daşıdıqlarına da aydınlıq gətirməmişdir.
36. Beynəlxalq Qaimədə “Daşıyıcı” və "xxxx" sözlərinin qarşısında cavabdeh MMC-nin adının qeyd olunmasına istinad edilsə də, işin yuxarıdakı halları üzrə hüquqi dəyərləndirmə aparılmadığından qətnamə əsaslandırılmış hesab edilə bilməz.
37. Mövcud qeyri-müəyyənliklər şəraitində Cavabdeh3 və Cavabdeh1 da cavabdehlik daşıyıb-daşımaması barədə qəti nəticəyə gəlmək mümkün deyil. Bu səbəbdən, həmin hissədə qətnamə qüvvədə saxlanıla bilməz. Yeni baxış zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı və hüquqi dəyərləndirmə apararaq əsaslandırılmış qərar qəbul etməlidir.
38. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 14.2.1, 21, 385.1, 390.1, 442, 445.7, 448.1, 448.2, 570, 571, 850.1, 851, 854.1, 858.3, 859.1-859.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099, 1113.1-ci; “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8.3-cü; “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.0.6, 40.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2, 3, 38-ci bəndlərinə; MPM-in 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(106)-1 74/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – F.Hüseynov və M.Əsədli).
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı kommersiya işinin mübahisəsiz hallarına əsasən yük daşınması müqaviləsi Beynəlxalq qaimə tərtib edilməsi yolu ilə rəsmiləşdirilmiş və müqavilənin tərəfləri iddiaçı və MMC olmuşdur.
41. Sonradan - 2021-ci il 10 avqust tarixində MMC ilə Cavabdeh3 və Cavabdeh1 ilə ayrı-ayrılıqda müqavilələr imzalanmışdır. Beləcə, digər cavabdehlərlə 2021-ci il 10 avqust tarixində yeni müqavilənin bağlanması yük göndərən iddiaçı ilə daşıyıcı MMC arasında bağlanmış müqavilə üzrə daşımanı həyata keçirmək mə qsədi daşımışdır.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında hər hansı müqavilə bağlanmadığına görə, yəni onlar müqavilə tərəfi olmadığı üçün hazırkı tələb üzrə birbaşa iddiaçı qarşısında cavabdehlik daşımırlar.
43. Bununla yanaşı, qanunun tələbinə görə iddiaçı qarşısında məsliyyət daşıyan daşıyıcı MMC-nin reqres hüququ mövcuddur.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 385.1, 390.1, 850.1, 851, 854.1, 859.1, 859.2, 859.4-cü maddələri və MPM-in 14.2, 77.1, 217.2, 385.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilmədiyi hissəsində ləğv edib, iddianın hər üç cavabdehə aid hissədə təmin edil məsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. MM-in 1113.1, 1113.2, 1114.1, 1114.2-ci maddələri üzrə - iddiaçıya vurulmuş zərər cavabdehlərin birgə hərəkətləri nəticəsində baş vermişdir. Bu baxımdan, MM-in 1113.1 və 1113.2-ci maddələrinə əsasən zərər müştərək şəkildə vurulduğu üçün cavabdehlər arasında hüquqi münasibətlərdən asılı olmayaraq onların hər biri zərərin tam məbləğinə görə məsuliyyət daşımalıdır. Apellyasiya instansiyası bu prinsipə əməl etməyərək yalnız müqavilə münasibətlərinə əsaslanmaqla cavabdehlərdən ikisini məsuliyyətdən azad etmişdir ki, bu da qanun pozuntusudur. MM-nin 1114.2-ci maddəsinə əsasən, birlikdə zərər vurmuş şəxslərdən biri zərəri tam ödədikdə, o digərlərində n onların təqsiri nisbətində ödəniş tələb edə bilər. Əgər təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün deyilsə, məsuliyyət bərabər bölüşdürülür. Apellyasiya məhkəməsi isə təqsirin dərəcəsini araşdırmadan, məsuliyyətin yalnız bir şəxsə MMC-yə aid olduğunu qəbul etmiş və digərlərini məsuliyyətdən tam azad etmişdir ki, bu, ədalət və qanunlara ziddir. Apellyasiya instansiyası cavabdeh MMC-nin digər cavabdehlərə qarşı reqres hüququ olduğunu qəbul etsə də, bu zaman MM-nin 1114.1-ci maddəsinin mənasına zidd hərəkət etmişdir. Həmin norma yalnız əvəz ödəmiş şəxsə zərəri törətmiş digər şəxsə qarşı reqres hüququ verir. Hazırki işdə isə cavabdehlər birbaşa zərərvuran şəxslərdir, buna görə reqres hüququndan deyil, birbaşa müştərək məsuliyyətdən söhbət getməlidir. Apellyasiya məhkəməsi cavabdehlərlə iddi açı arasında birbaşa müqavilə münasibəti olmadığını əsas gətirərək məsuliyyəti inkar etmişdir. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyində delikt (müqaviləxarici hüquqpozma) əsasında da mülki məsuliyyət nəzərdə tutulur. Cavabdehlər faktiki olaraq yükü iddiaçıdan qəbul edərək beynəlxalq daşımada iştirak etmiş, nəticədə zərər yaranmışdır. Bu isə onların mülki məsuliyyətini şərtləndirir, istər müqavilə olsun, istər olmasın. Məhkəmələr, xüsusilə apellyasiya instansiyası, cavabdehlərlə MMC arasında bağlanmış müqavilələrin məzmununa və onların daşıma əməliyyatında oynadığı rola hüquqi qiymət verməmişdir. Həmin müqavilələrdə yükün qorunmasına, qəza və hüquq pozuntularına görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulduğu açıq şəkildə göstərilir. Bu halların araşdırılmaması nəticəsind ə qərar əsassız qəbul edilmişdir. Əvvəlki kassasiya baxışında verilmiş göstərişə əsasən, cavabdehlərin hüquqi statusuna və zərərin yaranmasındakı iştirakına dair məhkəmə aydınlıq gətirməli idi. Lakin apellyasiya instansiyası bu təlimatı yerinə yetirməyərək faktiki hallara və subyektlərin məsuliyyət dərəcəsinə dair lazımi araşdırma aparmamışdır ki, bu da prosessual hüquq pozuntusu hesab olunur.
47. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi kommersiya işində olan sübutlara (tərəflərin izahatlarına, cavabdehlərin biri-biri arasında bağlanmış müqavilələrə) düzgün hüquqi qiymət verməmişdir. Halbuki, həmin sübutlarla müəyyən olunur ki, yükü iddiaçıdan məhz cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qəbul etmiş, yalnız bundan sonra iddiaçı ilə MMC arasında Beynəlxalq Qaimə (SMR) im zalanmışdır. MMC beynəlxalq yükdaşımanı təşkil etsə də, beynəlxalq yükdaşımanı faktiki olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 icra etmiş, sonunculardan sürücü Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı yük məhv olmuş, bunun da nəticəsində iddiaçıya zərər vurulmuşdur. Lakin iş üzrə müəyyən edilmiş bu hallara baxmayaraq apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, nəticədə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
48. MPM-in 420-ci maddəsi üzrə - kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 daşıma əməliyyatında iştirakı, hüquqi statusu və zərərin vurulmasında oynadıqları rola dair məhkəmələr hüquqi dəyərləndirmə apar mamış, bu fiziki şəxslərin konkret olaraq kimin – iddiaçının, cavabdeh MMC-nin, yaxud hər ikisinin qarşısında məsuliyyət daşıdığına aydınlıq gətirməmişdir. Kassasiya instansiyası bu məsələlərin apellyasiya instansiyası tərəfindən yenidən baxılmalı və aydınlaşdırılmalı olduğunu xüsusi göstəriş kimi vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələbini pozaraq kassasiya instansiyası məhkəməsinin qeyd edilən məcburi göstərişlərinə əməl etməmiş, göstərişlərdə apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı zamanı diqqət yetirməli, hüquqi qiymət verməli olduğu məsələlər barədə göstərişlərinə səthi yanaşmış, nəticədə əvvəlki apellyasiya baxışının nəticələri üzrə ləğv edilmiş qətnamə ilə oxşar qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
50. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən - iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilmədiyi hissəsini mübahisələndirmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsində aparılan ikinci icraatın predmeti yalnız həmin hissədən ibarət olmuşdur. Ona görə də, hazırkı icraat çərçivəsində qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.” “Maddə
859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” “Ma ddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.” “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2. Birli kdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.”
52. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanı n hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edil məsi üçün əsaslar mövcüd deyildir.
54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
55. Kassasiya şikayətində istinad olunan MM-in 1113.1, 1113.2, 1114.1, 1114.2-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, həmin maddələr MM-in “Mülki hüquq pozuntuları (deliktlər)” adlı 59-cu fəslində yer almaqla birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət (maddə 1113.) və zərər vurmuş şəxsə reqres hüququ (maddə 1114.) ilə bağlı məsələləri tənzimləyir.
56. Kollegiya izah edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə - zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülk i qanunvericiliyin normalarını pozan əməldir (hərəkət və ya hərəkətsizlikdir). Deliktdən yaranan öhdəliklər müqavilədən kənar – qanundan irəli gələn öhdəliklərə aiddir. Hər hansı müqavilədən yaranan öhdəliklərin pozulması nəticəsində zərərin yaranması isə deliktin törədilməsi hesab edilmir və belə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər müvafiq müqaviləyə aid xüsusi normalar, bununla bağlı xüsusi normalar olmadıqda isə MM-in 443-cü maddəsi ilə tənzimlənir.
57. Bununla yanaşı, müqavilədən yaranan öhdəliklərin pozulmasından əmələ gələn zərərin delikt kimi qiymətləndirilməsi də mümkündür. Lakin belə qiymətləndirmə o vaxt mümkün olur ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun (MM-in 1128.1 -ci maddəsi).
58. Hazırkı iş üzrə ilk iddianın əsasını və predmetini isə delikt nəticəsində yaranmış, o cümlədən MM-in 1128.1-ci madəsində nəzərdə tutulmuş zərərin əvəzinin ödənilməsi deyil, daşıma müqaviləsi üzrə daşıyıcının öz öhdəliyinin (yükün təyinat yerinə çatdırmaq öhdəliyinin) pozulması nəticəsində dəymiş zərərin (yükün məhv olması nəticəsində yaranmış zərərin) əvəzinin ödənilməsi təşkil edir. Bununla bağlı məsələlər də yük daşınması müqaviləsi üzrə xüsusi norma olan MM-in 859-cu maddəsi ilə tənzimlənir və apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq mübahisəni həmin normanı tətbiq etməklə həll etmişdir.
59. Ona görə də, kassasiya şikayətində istinad olunan MM-in 1113.1, 1113.2, 1114.1, 1114.2-ci maddələrinin pozulması barədə dəlillər əsassızdır.
60. Kassasiya şikayətində is tinad edilən MPM-in 420-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
61. Belə ki, işə birinci dəfə kassasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi ilk iddianın cavabdeh MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır və bununla da, həmin hissədə qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamənin həmin hissəsində isə müəyyən edilmişdir ki, yük daşınması müqaviləsi Beynəlxalq qaimə tərtib edilməsi yolu ilə rəsmiləşdirilmiş və müqavilənin tərəfləri iddiaçı və MMC olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də işə ikinci dəfə baxarkən MM-in 859.4-cü maddəsini tətbiq etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 daşıma əməliyyatında iştirakı, hüquqi statusu və zərərin vurulmasına görə kimin qarşısında məsuliyyət daşımalarına aydınlıq gətirmişdir.
62. MPM-in 88-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
63. Belə ki, həmin dəlillər sübutların tam və hərtərəfli araşdırılmaması, işin hallarına və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılmışdır.
64. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
65. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halla rının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olun muş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şika yəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(106)-174/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini