Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-215/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı «A» Şirkətinin cavabdeh «B» Şirkətinə qarşı iş üzrə QƏRARI iş № 2-2 (102)-215/2020 Bakı şəhəri 11 avqust 2020-ci il (açar sözlər:müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı “A” Şirkətinin cavabdeh “B” Şirkətinə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 22 yanvar 2020-ci il tarixli, 22(103)-65/2020 saylı qətnaməsindən iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 fevral 2011-ci il tarixli, № 0402 saylı müqavilənin ləğv edilməsi; cavabdehdən 191.654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro məbləğində ödənişin, 91.000 (doxsan bir min) avro manat məbləğində cərimənin, ümumilikdə 282.654 (iki yüz səksən iki min manat altı yüz əlli dörd) avro məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnə sinə uyğun olaraq Azərbaycan manatı ilə birdəfəlik qaydada tutularaq iddiaçı iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 fevral 2011-ci il tarixli, № 0402 saylı müqavilənin 1.2-ci bəndinə əsasən, “Cavabdeh” Şirkət (bundan sonra – cavabdeh) ünvan 1-də yerləşən dörd blokdan ibarət “A” saylı binada №34 saylı mənzili tikdikdən sonra «X1» şirkətinə (hazırda “İddiaçı” şirkəti, bundan sonra – iddiaçı) təhvil verməyi, iddiaçı isə bu müqavilənin 4-cü hissəsinə əsasən müvafiq ödənişləri həyata keçirməyi üzərinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsə də, cavabdeh indiyə qədər öhdəliklərini tamlıqla yerinə yetirməmişdir. Belə ki, iddiaçı cavabdehə müqavilənin 4.1-ci maddəsinə əsasən 191. 654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro ödəmişdir. Ödəniş qəbzələrinin notarial qaydada təsdiq edilmiş surətləri və tərcüməsi müqavilə ilə birlikdə məhkəməyə təqdim edilir. Lakin cavabdeh müqavilədə göstərilmiş 34 saylı mənzili tiksə də, mənzilin yerləşdiyi “A” saylı bina indiyə qədər Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilərək qəbul edilməmişdir. Hər il cavabdeh iddiaçıya müvafiq dövlət orqanları ilə yazışmaları təqdim edir və artıq yaxın müddət ərzində binanın istifadəyə yararlı olmasını təsdiq edən sənədləri sonuncuya təqdim edəcəyini vəd edir. Lakin 2019-cu ilin əvvəlində cavabdeh iddiaçıya bildirmişdir ki, onun tikdiyi bina istismara qəbul edilmir. Qeyd edək ki, iddiaçı təşkilat Almaniya Federativ Respublikasında yaradılmış və fəaliyyət göstərən şirkətdir. Həmin şirkət hesab edir ki, əgər mənzilin yerləşdiyi bina müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilmirsə, demək ki, orada yaşamaq həyat və sağlamlıq üçün təhlükə törədir. Bu səbəbdən də sözügedən müqavilədə 3.4.1-ci bənd nəzərdə tutulmuşdur ki, həmin bəndə əsasən, iddiaçının ödəniş şərtlərini yerini yetirdikdən sonra mənzili öz mülkiyyətinə və istifadəsinə götürmək hüququ vardır. Lakin cavabdehin tikdiyi bina Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilmədiyindən, iddiaçı həmin mənzildən istifadə etmək riskini üzərinə götürmür, həmçinin onu özəlləşdirə bilmir və qanunvericiliklə mülkiyyətçiyə verilmiş hüquqlardan istifadə edə bilmir. Tərəflər arasında bağlanılmış müqavilənin 4.3-cü bəndinə əs asən, müqavilə predmetini təşkil edən mənzil iddiaçıya istismar üçün 01.11.2011-ci il tarixdə təqdim edilməli idi. Həmçinin həmin müqavilənin 6.2-ci bəndinə əsasən, əgər cavabdeh müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliyini vaxtında yerinə yetirməyəcəksə, cavabdeh iddiaçıya yubanmanın hər bir ayı üçün 1.000 (bir min) avro məbləğində pul ödəməlidir. Lakin 91 aydan artıq müddətdir ki, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları o cümlədən, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisəli mənzilin yerləşdiyi binanı istismara qəbul etməkdən imtina edir, iddiaçı da indiyə qədər həmin mənzildən istifadə edə bilmir. İstənilən halda cavabdeh müqavilənin 3.4.1-ci bəndini pozaraq, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə verilməsi üçün müvafiq hərəkətləri etmir. Bundan ba şqa, işin faktiki hallarından göründüyü kimi, cavabdeh 04 fevral 2011-ci il tarixli, № 0402 saylı müqavilənin 3.4.1-ci bəndi ilə üzrə üzərinə götürdüyü öhdəlikləri indiyə qədər yerinə yetirməmişdir və nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə təklif göndərilmiş, lakin cavabdeh təklif edilən müddət ərzində iddiaçıya hər hansı bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən iddiaçının ona müqavilənin 4.1-ci bəndinə əsasən ödədiyi məbləği geri qaytarmalı, həmçinin müqavilənin 6.2-ci bəndində göstərilmiş cərimə məbləğini iddiaçıya ödəməlidir.Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş et mişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1055/2019 saylı 24.10.2019cu il tarixli qətnaməsi ilə (hakim: AO) iddiaçının cavabdehə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması” barədə iddiası təmin edilməmişdir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-65/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.H, hakimlər: E.N, V.B) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1055/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməs indən iddiaçı “və onun vəkili və nümayəndəsi tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,04 fevral 2011-ci il tarixli, № 0402 saylı müqavilədən və işin hallarından birmənalı olaraq müəyyən edilir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsə də, cavabdeh indiyə qədər üzərinə götürdükləri öhdəlikləri tamlıqla yerinə yetirməmişdir. Belə ki, iddiaçı cavabdehə həmin müqavilənin 4.1-ci bəndinə əsasən 191.654 (yüz doxsan bir min altı yüz əlli dörd) avro ödəmişdir. Lakin cavabdeh müqavilənin 3.4.1-ci bəndi (iddiaçı ödəniş şərtlərini yerini ye tirdikdən sonra mənzili öz mülkiyyətinə götürə bilər) ilə üzərinə götürdükləri vəzifələri yerinə yetirməkdən boyun qaçırır. İddiaçı mübahisəli mənzili özəlləşdirə bilmir və nəticədə həmin mənzilin mülkiyyətçisi ola bilmir. Cavabdehdən üzərinə götürdükləri öhdəlikləri hansı səbəbdən yerinə yetirə bilmədiyi soruşulanda, bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ünvanında yerləşən 4 blokdan ibarət "A" saylı bina müvafiq dövlət orqanları tərəfindən istifadəyə yararlı hesab edilərək qəbul edilməmişdir. Beləliklə, cavabdeh özü etiraf edir ki, mübahisəli mənzilin yerləşdiyi bina müvafiq tikinti qanunvericiliyinə uyğun qaydada inşa edilməmişdir. Beləliklə, 11 ildir ki, iddiaçı müqavilənin 3.4.1-ci bəndində nəzərdə tutulmuş hüququnu reallaşdıra bilmir, yəni həmin mənzili özəlləşdirə və qanunvericiliklə məhz mülkiyyətçiyə verilmiş hüquqlardan istifadə edə bilmir. Tərəflərin izahatları İddiaçının vəkili və nümayəndəsi izahatında kassasiya şikayətini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, apellyasiya instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin dəlillərini, iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, e-2-2(103)-65/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından görünür ki, “cavabdeh” Şirkəti (1-ci tərəf, podratçı) ilə “iddiaçı” Şirkəti (hazırkı: “İddiaçı” Şirkəti) (2-ci tərəf, sifarişçi) arasında 04 fevral 2011 -ci il tarixdə 0402 saylı podrat müqaviləsi bağlanılmış, müqaviləyə əsasən podratçı sifarişçiyə ünvan 1-də yerləşən yaşayış kompleksində bina “A”, mənzil 34 (dörd girişli bina “A”, giriş 3, 5-ci mərtəbə) tikilməsini və sifarişçinin sərəncamına verilməsini, sifarişçi isə müqaviləyə uyğun olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 08 fevral 2011-ci il tarixli hesabdan çıxarışla “X” Şirkəti tərəfindən (hazırkı: “İddiaçı” Şirkəti) “cavabdeh” Şirkətinin bank hesabına 194.654 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı cavabdehə 04 fevral 2011 -ci il tarixli, 0402 saylı müqavilənin ləğv edilməsi və ümumilikdə 282.654 avro məbləğində pulun 15 təqvim günü qaytarılması barədə pretenziya məktubu göndərərək xəbərdarlıq etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1 -ci maddəsinə əsasən, sifarişçi işl ər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 441-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – ŞTM) 3.0.42-ci maddəsinə görə, tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər- sifarişçidir. Həmin Məcəllənin 47.4.6-cı maddəsinə əsasən, tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna o lmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün istər faktiki əsaslar, istərsə də qanuni əsaslar mövcud deyil. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübu tları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qis mən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını tərəflər arasında bağlanmış podrat müqaviləsi təşkil edir. Hazırkı iş üzrə iddiaçı müqavilə t ərəfi kimi “sifarişçi” qismində müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qarşı tərəfə görəcəyi işə görə haqq ödəmiş, cavabdeh isə müqavilənin tərəfi kimi “podratçı” kimi üzərinə düşən öhdəliyi icra edib sifarişçinin sifarişini icra etmişdir. Podratçı bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması vəzifəsini götürməmişdir. Bu hal üçün müraciət edilməli orqan müvafiq icra hakimiyəti orqanı və müraciət etməli şəxs isə sifarişçidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmır və iddiaçının dəlillərini əs aslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki: “iddiaçının tələbinin əsasını tərəflər arasında bağlanmış podrat müqaviləsi təşkil edir. Hazırkı iş üzrə iddiaçı müqavilə tərəfi kimi “sifarişçi” qismində müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qarşı tərəfə görəcəyi işə görə haqq ödəmiş, cavabdeh isə müqavilənin tərəfi kimi “podratçı” kimi üzərinə düşən öhdəliyi icra edib sifarişçinin sifarişini icra etmişdir.”. Əvvəla, tərəflər arasından bağlanmış müqavilədə onun podrat müqaviləsi olması göstərilməmişdir. İkincisi, müqavilənin predmetini müəyyən edən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “Müqavilənin predmeti Azərbaycan Respublikası, Bakı Salyan şossesi 12 ünvanında yerləşən yaşayış kompleksinin tikintisidir.”. Müqavilədən görünür ki, cavabdeh yaşayış kompleksinin tikintisini həyata keçirərək kompleksdəki mənzillərin satışını həyata keçirir. Formalaşmış təcrübəyə görə, yaşayış binaları oradan mənzil almaq istəyən şəxslərin arzusuna uyğun layihə ilə deyil, həmin binanı inşa edən şirkətlər (mənzil tikinti kooperativləri, MMC-lər və s.) tərəfindən tərtib etdirilmiş və aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etdirilmiş layihələrə uyğun olaraq binalar inşa edir və ya etdirir və həmin binalardakı mənzilləri ayrı-ayrı şəxslərə satırlar. Hazırkı mübahisənin predmetini təşkil edən müqavilə də eyni qəbildən olduğundan onun podrat müqaviləsi kimi, tərəflərin isə “sifarişçi” və “podratçı” kimi müəyyən edilməsi nə mövcud təcrübəyə, nə də qanunun tələblərinə uyğundur. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, faktiki olaraq cavabdeh qabaqcadan müvafiq qaydada tərtib edilmiş layihə üzrə tikdiyi, yaxud tikəcəyi yaşayış kompleksindən razılaşdırılmış mənzili iddiaçıya satmağı, gələcəkdə həmin binaya xidmətlər göstərilməsini, iddiaçı isə bu mənzilin haqqını ödəyib onu almağı öz öhdələrinə götürmüşlər. MM-in 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. M M-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-in 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Bundan başqa, ŞTM-nin 3.0.42-ci maddəsinə əsasən, sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən quru lmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. Həmin Məcəllənin 47.4-cü bəndinə uyğun olaraq Sifarişçi: - müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir; - tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; - bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanması nı və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin edir; - bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə həm də texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir; - müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; - tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikint isi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Aydındır ki, hazırkı mübahisə üzrə binadan digər mənzillər alan şəxslərdən biri kimi, iddiaçı cavabdehin tikməli olduğu yaşadığı kompleksindən yalnız bir mənzil almışdır, yəni iddiaçı eyni binadan mənzil alan şəxslərdən biridir. İşin materialları ilə sözügedən yaşayış kompleksinin sifarişçisinin konkret olaraq kim (hansı müəssisə) olması müəyyən edilməsə də, iddiaçının ŞTM-nin tələblərinə uyğun olaraq nə tikinti layihəsini, tikintinin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərini hazırladan, nə həmin sənədlərin ekspertizadan keçirilməsini təmin edən, nə tikintiyə icazə alan, nə tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edən, nə də tik inti başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edən subyekt olmaması şübhə doğurmur. Belə ki, ŞTM-nin tələblərinə görə, binanın (binadakı bütün mənzillərlə birlikdə) tikinsinin sifarişçisi məhz həmin binanın tikintisinə aidiyyəti dövlət orqanından icazə almış subyektdir (MTK, MMC və s). Qeyd olunanlara əsasən, tərəflər arasından bağlanmış müqavilə faktiki olaraq podrat deyil, yaşayış kompleksindəki mənzillərdən birinin alqı-satqı müqaviləsidir, iddiaçı isə həmin mənzilin tikintisinin sifarişçisi deyil, qabaqcadan razılaşdırılmış mənzilin alıcısıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Podratçı bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alı nması vəzifəsini götürməmişdir. Bu hal üçün müraciət edilməli orqan müvafiq icra hakimiyəti orqanı və müraciət etməli şəxs isə sifarişçidir.”. Məhkəmə kollegiyası kasassiya şikayətinin dəlilləri ilə razılaşaraq məhkəmənin bu qənaətini də əsassız hesab edir. Belə ki, məhkəmə mənzilin istismarına icazə alınması üçün aidiyyəti dövlət orqanına sifarişçi tərəfindən müraciət edilməli olması baradə düzgün mülahizə irəli sürsə də, podratçının bağlanan podrat müqaviləsi ilə tikinti obyektinin tikintisi başa çatdıqdan sonra, onun istismarına icazə alınması vəzifəsini götürməməsi barədə yanlış nəticə çıxarmışdır. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi müqaviləni podrat müqaviləsi, iddiaçını isə bu müqavilə üzrə sifarişçi hesab edərkən yuxarıda istinad olun muş maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İkincisi, əgər apellyasiya instansiyası məhkəməsinin yanaşması ilə məsələyə baxsaq, belə məlum olur ki, eyni binadan mənzil alan hər bir şəxs sifarişçi olaraq öz mənzilinin istismarına icazə verilməsi üçün ayrı-ayrılıqda aidiyyəti dövlət orqanına müraciət etməli, həmin orqan da bu müraciətlər əsasında hər bir mənzilin ayrı-ayrılıqda istismarına icazə verməlidir. Bu isə nə mövcud qanunverilicik, nə də formalaşmış təcrübə baxımından mümkündür. Belə olan halda ŞTM-nin 47.4.6-cı maddəsinə əsasən, tikintisi başa çatdıqdan sonra binanın istismarına icazə alınması üçün müraciət etməli şəxs mənzillərin alıcıları deyil, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, məhz binanın layihəsini hazırlat mış, müvafiq sənədlərin ekspertizadan keçirilməsini təmin etmiş və binanın tikintisinə icazə almış sifarişçidir. Lakin hazırkı mübahisə predmeti olan binanın ŞTM-nin tələblərinə uyğun olaraq sifarişçisinin, tikdirənin, habelə satışını, idarəçiliyini həyata keçirənin kim (hansı şirkət) olması, habelə binanın istismarına icazə alınması üçün rəsmi qaydada aidiyyəti üzrə müraciətin edilib-edilməməsi, binanın istismarına icazə veirilməməsinin səbələri, məsələ ilə bağlı səlahiyyətli dövlət qurumlarının mövqeyi işin materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası həmin məsələlərə aydınlıq gətirilmədən iş üzrə tam, hərtərəfli, obyektiv araşdırmanın aparılmasını, əsaslı və ədalətli qərar çıxarılmasını qeyrimümklün hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2011-ci il tarixli Qərarında Plenumunun bu məsələ ilə bağlı hüquqi mövgeyi ifadə edilərək müəyyən edilmişdir ki, “konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbay can Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı)”. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Habelə həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında MPM-in 14.1-ci maddəsinə münasibətdə qeyd edilir ki, “Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.”. Daha sonra həmin Qərarda göstərilmişd ir ki, “Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.”. Qeyd edilənlərə əsasən, yeni apellyasiya baxışı zamanı məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl edərək, lazımi prosessual imkan və vasitələrdən istifadə edərək mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi üçün müvafiq tədbirlər görməli, iş üzrə əsaslı və ədalətli qərar çıxarmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən apellyasiya şikayətinin dəlillərinin, işdəki sübutların araşdırılması və qiymətləndirilməsinə dair, habelə digər prosessual hüquq normalarının, eləcə də maddi hüquq normalarının pozuntularına yol verildiyindən əsaslı hesab oluna bilməz, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-2(103)-65/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şik ayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-2(103)-65/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-215/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-215/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver