Məhkəmə qərarları › İş №2-2(102)-215/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-215/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-215/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 05.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 2-2(103)-1162/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “A” Şirkəti (bundan sonra – “Şirkət ”) 2021-ci il 31 may tarixində "B" MMC-yə (bundan sonra – "xxxx") qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC-dən 197.750 ABŞ dolları məbləğdə borc və bu borc nəticəsində əldən çıxmış 59.325 ABŞ dolları gəlir məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 iyul tarixli e-2-2(113)-2880/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 197.750 ABŞ dolları məbləğdə pulun ödəniş günü manata uyğun məzənnə ilə Şirkətə ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

3. Şirkət 2021-ci il 12 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin əldən çıxmış faydanın təmin edilməməsi hissəsində ləğv edərək, iddia tələbini n tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. MMC 2021-ci il 8 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 2-2(103)-1162/2021 saylı qərardadı ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

6. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 2021-ci il 9 avqust tarixdə MMC -yə çatdırılmış (i/v 113), MMC-in apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Beləliklə, MMC-in şikayəti qanunun tələbləri pozulmaqla verildiyindən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalıdır.

7. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "MPM") 10-1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. MMC 2021-ci il 13 oktyabr tarixində kağız daşıyıcıda kassasiya şikayəti verərək qərardadın ləğv edib işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli 2-2(103)-1162/2021 saylı qərardadı ilə MMC tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kommersiya mübahisələri üzrə şikayət ərizələrinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan, hazırkı halda cavabdehin nümayəndəsi və vəkili B.İmamvediyev tərəfindən poçt vasitəsilə kağız daşıyıcıda göndərilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada verilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 10-1.3, 407, 408.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. MMC 2021-ci il 16 de kabr tarixində elektron qaydada və Məcəllə ilə müəyyən edilmiş formada təkrar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli qərardadını ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti ilə birgə MMC-in vəkili tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli 2-2(103)-59/2022 saylı qərardadı ilə MMC ərizəsi təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməs i qərara alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov). Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsi MPM-in 10-1.3-cü maddəsini əsas tutaraq kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron kabinet vasitəsilə həyata keçirilməli olduğunu və bu qaydadan istisnanın nəzərdətutulmadığını göstərmişdir. Həmin qənaətlə razı deyilik. Belə ki, MPM-nin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardaddan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar isrisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MMC qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə apellyasiya şikayəti vermişdir.

15. MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməməsi əsasından geri qaytarılması MMC-nin qanunla qorunan məhkəmə müdafiəsi hüquqlarını pozur. b) kassas iya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2-ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

20. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbul u, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin ə vəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabi net”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər (bax yuxarıda §§ 14-15) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.

22. MPM-in 10-1.1 və 10-1.3-cü maddələrinin (bax yuxarıda § 20) tələbləri ondan ibarətdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparı lır, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması həmin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

23. Qanunda bu imperativ qaydadan hər hansı istisna nəzərdə tutulmamışdır.

24. İş materiallarından isə görünür ki, MMC-nin apellyasiya şikayəti qanunun istinad olunan tələbləri pozulmaqla, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda göndərilmiş, məhkəmə də məhz bu səbəbdən şikayəti geri qaytarmışdır.

25. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul olunarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.

26. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 22(103)-1162/2021 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar