Məhkəmə qərarları › İş №2-2(102)-216/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-216/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-216/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı XXX MMC-nin cavabdeh XXX MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-908/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Satıcı XXX MMC (bundan sonra – iddiaçı) ilə alıcı XXX MMC (bundan sonra – cavabdeh) arasında 2018- ci il 15 sentyabr tarixdə AL 005 saylı alğı-satqı müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilədən görünür ki, satıcı bu müqaviləyə uyğun olaraq alüminium posa satmağa, cavabdeh isə bu malı qəbul etməyə razılaşır.

2. Malın bir ton qiyməti 500 ABŞ dolları + ƏDV manat müəyyən edilir. Satılan malın ümumi illik həcmi 50 ton müəyyən edilir, ayrı-ayrılıqda satışların həcmi hər satış üçün müvafiq qaimələrlə müəyyənləşdiriləcəkdir. Təhvil verilən malın dəyərinin 100%-i alıcı tərəfindən malın təhvil götürdüyü gündən 30 gün ərzində ödənilməlidir (Müqavilənin 2.1, 3.1, 3.2-ci bəndləri)

3. İddiaçı tərəfindən ƏDV daxil 44.352,66 manat dəyərində alüminium posa adlı malın təqdim edilməsinə dair 2018-ci il 8 oktyabr tarixli, 68 8000 saylı qaimə-faktura tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir.

4. İddiaçı tərəfindən cavabdehə 2020-ci il 21 avqust tarixli məktub ünvanlanaraq 26.089,8 ABŞ dolları (44.352,66 manat) məbləğində borcun növbəti 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 26 avqust tarixli məktub ilə iddiaçının 2020-ci il 21 avqust tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 2018-ci il 15 senyabr tarixli, AL005/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı alüminium posa malının zavoda boşaltma ərəfəsində firma tərəfindən yararsız alümena tozu ilə birgə yüklənib göndərildiyi aşkar edilmiş, həmçinin 3100 kq istehsal prosesi nəticəsində mə hsulun 40% yararsız alümena tozu olduğu məlum olmuş, bu barədə iddiaçının nümayəndəsi xxx və xxx bildirilmiş, qeyd edilmişdir ki, 3100 kq çıxmaq şərti ilə geri qalan 40.900 kq malın geri qaytarılmasına hazırdırlar.

6. İddiaçı tərəfindən cavabdehə ünvalanmış 2020-ci il 24 noyabr tarixli məktubda xxx adında məsul şəxsin XXX MMC-də çalışmadığı bildirilmiş, həmçinin yararsız posanın geriyə təhvil alınma mümkünlüyü istisna edilmiş və cavabdehdən 26.089,8 ABŞ dolları (44.352,66 AZN) məbləğində borcun ödənilməsi bir daha xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 2021-ci il 17 mart tarixdə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək müqavilə üzrə cavabdehdən 26. 089,8 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı 50 ton alüminium posa məhsulunu hər 1 tonuna 500 ABŞ dolları olmaqla cavabdehə satmağı, cavabdeh isə malı qəbul etməyi və ümumilikdə 26 089.8 ABŞ dolları məbləğini ödəməyi üzərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə müəyyən edilmiş həcmdə və müddətdə malı cavabdehə göndərmiş, cavabdeh isə öz növbəsində malı tam həcmdə qəbul etmiş, lakin müqavilənin şərtlərini pozaraq ümumi məbləği ödəməmiş və bu günə qədər ödəməkdən imtina edir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, e-2-2(113)-1884/2021 saylı qətnaməs i ilə iddia tələbi təmin olunmuş – cavabdehdən 26 089.8 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

10. Məhkəmə təqdim edilmiş malın keyfiyyətsiz olması və buna görə malın qiymətinin azaldılaraq mala görə cəmi 15.653 ABŞ dolları məbləğində pulun ödənilməsini və ya malın geri qaytarılmasını iddiaçıya təklif etməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə bildirmişdir ki, cavabdeh nə ümumiyyətlə alınmış malın qüsurlu (keyfiyyətsiz) olmasını, nə də malın ehtimal olunan qüsurunun iddiaçının malı cavabdehə təhvil verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdə n əmələ gəldiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən mübahisəli mal 2018-ci ilin oktyabr ayında cavabdehə təqdim edildiyi halda cavabdeh yalnız 2020-ci ilin avqust ayında malın keyfiyyətsiz olması ilə bağlı qiymətin azaldılmasını və ya malın qaytarılmasını iddiaçıya təklif etmişdir. XXX adlı şəxsə ünvanlanmış e-mail məktubuna münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla həmin məktubun həqiqiliyi məhkəmə tərəfindən müəyyən edilməmiş, ikincisi, həmin məktubun ünvanlandığı şəxsin iddiaçı şirkətə hər hansı bir aidiyyətinin olması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin mal təqdim edildiyi vaxtdan iki ilə yaxın müddət keçdikdən sonra malın keyfiyyətsizliyi barədə iddiaçıya məlumat verməsi nin ağlabatan müddətdə verilmiş bildiriş kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə iddiaçıya 26.089,8 ABŞ dolları (qətnamənin çıxarıldığı tarixə olan məzənnə ilə 44.352,66 manat) məbləğində borcunun yarandığını, iddiaçının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 26.089,8 ABŞ dolları məbləğində borc tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 567, 588.1, 595.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonr a – MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)-908/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 21 oktyabr tarixli, 6/4660 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sualların həlli materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyil, mərkəzdə müvafiq maddi-texniki baza yoxdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-908/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

16. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

15. Apellyasiya məhkəməsi gəldiyi qənaətini Mülki Məcəllənin 567, 588.1, 598.3-cü, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 8 dekabr tarixdə iddiaçının nümayəndələrinə və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

17. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkə məsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının təqdim etdiyi alüminium posa məhsulu keyfiyyətsiz, həmin malın 40 %-i yararsız alümena tozundan ibarət olmuşdur. Yəni iddiaçı cavabdehə posa əvəzinə 40% heç bir işə yaramayan alümena tozu satmışdır. Bununla bağlı iddiaçı tərəflə şifahi danışıqlar aparılmış, onlar da vəziyyəti nəzərə alacaqlarını bildirsələr də hazırkı iddia ərizəsi ilə müraciət etmişlər. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı keyfiyyətsiz mal verdiyindən malın qiyməti müvafiq qaydada azaldılmalı idi. Cavabdeh hazırda da malın keyfiyyətini nəzərə alaraq iddiaçı qarşısında öhdəliyini icra etmək niyyətində olduğunu b ildirsə də, aşağı instansiya məhkəmələri bunu nəzərə almamış və malın keyfiyyəti ilə bağlı maddi hüquq normalarını tətbiq etməmişdir. Odur ki, iş araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, cavabdehə satılmış malların keyfiyyətinin yoxlanması ilə bağlı müvafiq (ekspert və ya mütəxəssis rəyinin alınması istiqamətində) aidiyyəti qurumlardan rəy alınmaqla işə yenidən qiymət verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edilmiş, cavabdehin isə kassasiya şikayətində qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hansının mövcud olması göstərilməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdiri lmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir....” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir....” “Maddə

598. Alınmış əşyanın ödən ilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerin də müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” İV Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

25. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən keyfiyyətsiz mal verilmiş, apellyasiya məhkəməsi isə malın keyfiyyəti ilə bağlı ələvə araşdırma və qiymətləndirmə aparmamışdır.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas ola n prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında 2018-ci il 15 sentyabr tarixdə AL005 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin 3.2-ci bəndində satıcı iddiaçı tərəfindən təhvil verilən malın dəyərinin 100 faizinin alıcı cavabdeh tərəfindən malın təhvil götürüldüyü gündən 30 gün ərzində ödənilməli olması nəzərdə tutulmuşdur.

28. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məb ləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

30. Bu Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

31. Göründüyü kimi, alıcı tərəfindən alğı-satqı müqaviləsi əsasında əldə olunmuş malın yalnız onun tərəfindən əldə olundu ğu məqamadək qüsurlu olduğu sübuta yetirildiyi təqdirdə həmin malın qüsurları üçün satıcının cavabdehlik daşıması, habelə müqavilənin onun predmetinə dair müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildirişin verilməsi nəzərdə tutulmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iş materiallarında olan 688000 saylı qaiməyə əsasən, iddiaçı tərəfindən alğı-satqı müqaviləsinin predmeti olan malların cavabdehə 2018-ci il 8 oktyabr tarixdə verilsə də, cavabdeh tərəfindən iddiaçıya malın keyfiyyətsiz olması barədə yalnız iddiaçı tərəfindən ondan pulun ödənilməsi tələb olunduqdan sonra iddiaçının həmin müraciətinə cavab kimi 2020-ci il 26 avqust tarixdə müraciət olunmaqla tərəflər arasında bağlanmış müqavilənin tə ləblərinə zidd olan davranış nümayiş etdirilmişdir. Belə ki, müqaviləyə əsasən malın dəyərinin onun təhvi alındığı tarixdən məhz 30 gün ərzində ödənilməsi nəzərdə tutulduğundan, cavabdeh malın keyfiyyətisiz olması barədə də iddiaçıya müvafiq olaraq həmin zaman çərçivəsində məlumat verməli idi. Həmçinin iş materiallarından da görünür ki, işə birinci instansiyası məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi malın qüsurlu olması barədə şifahi olaraq iddiaçının nümayəndəsinə məlumat verildiyini göstərmişdir (iş.v 62).

33. Bundan başqa, iddiaçı tərəfindən malın təqdim edildiyi vaxtdan iki ilə yaxın müddət keçdikdən sonra cavabdehin malın keyfiyyətsizliyi barədə iddiaçıya məlumat verməsinin Mülki Məcəllənin 595.1-ci maddəsi baxımından ağlabatan müddətdə verilmiş bildiriş kimi qiymətləndirilməs i üçün əsaslar müəyyən olunmamışdır.

34. Həmçinin, MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

35. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçü n məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

36. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

37. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallar la əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

38. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş və düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-908/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-908/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar