Məhkəmə qərarları › İş №2-2(102)-218/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-218/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-218/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 14.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkili Cavabdeh MMC-nin nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 22(103)-100/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarına olan Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı (bundan sonra – “iddiaçı”) 2017-ci il 7 sentyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. iddiaçı ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2017-ci il 12 oktyabr tarixli 03 nömrəli müqavilədən (bundan sonra – “03 nömrəli müqavilə”) görünür ki, iddiaçı müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdiriləcək malları cavabdeh-yə təhvil verməyi, cavabdeh isə həmin malları qəbul edərək haqqını ödəməyi öhdələrinə götürmüşlər.

3. Həmin müqavilənin şərtlərinə görə: 3.1. Məbləğ müqaviləni imzaladıqdan sonra %50, qalan %50 təhvil təslim ak tı əsasında 2 iş günündə satıcının bank hesabına köçürmə yolu ilə ödəniləcək (3.3-cü bənd); 3.2. “Alıcı” tərəfindən ödəniş edilməsi üçün, satıcı ödəniş sənədlərini ona təqdim edir. (4.1.2ci bənd); 3.3. “Satıcı” müvafiq razılaşmada göstərilən keyfiyyətdə malları 2017-ci il 1 sentyabr tarixində təhvil verir (4.1.3-cü bənd); 3.4. “Alıcı” bu müqavilədə bəhs edilən alınan malları, təhvil-qəbul sənədi əsasında “Satıcı”dan qəbul edir.(4.3.1-ci bənd). 4. 2017-ci il 12 oktyabr tarixli 1 saylı Əlavə Qiymət razılaşma Protokolundan görünür ki, tərəflər 1 ədəd “industrial type vacuum cleaner” markalı avadanlığın qiymətini 696,30 manat, 1 ədəd “stainless steel wash machine 2500x1500” markalı avadanlığın qiymətini 19.728,5 manat olmaqla cəmi 20.424,8 manat qiymətə razılaşdırmışlar. 5. cavabdeh 2020-ci il 10 iyun tarixində rəsmi surətdə müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. iddiaçı 2020-ci il 24 iyun tarixində cavabdeh-yə qarşı 03 nömrəli müqaviləsinə əsasən 20.424,80 manat məbləğində əsas borcun, 15.000 manat dəymiş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 35.454,80 manat məbləğində pulun cavabdeh-dən tutularaq iddiaçı-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 nömrəli müqavilənin şərtlərinə əsasən, həmin müqavilənin 2017-ci il 12 oktyabr tarixli 1 saylı əlavəsində qeyd olunan mallar alıcıya təhvil verilmiş, lakin cavabdeh bu müqavilə üzrə heç bir ödəniş h əyata keçirməmişdir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə məbləği bu müqavilə imzalandıqdan sonra 50 %, qalan 50% isə təhvil təslim aktı əsasında 2 iş günündə satıcının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Lakin işgüzar adətlərdən irəli gələrək alıcıya etibar olunduğundan müqavilə məbləğinin müqavilə imzalandıqdan dərhal sonra ödənilməsini güzəşt edilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri kobud surətdə pozmuş və müqavilə üzrə bu günə qədər heç bir ödəniş həyata keçirməmişdir. Bu Müqavilədən əvvəl və daha sonra iddiaçı ilə bağlanmış eyni formalı və məzmunlu müqavilələr üzrə işgüzar adətlərə uyğun olaraq cavabdeh malları özü tərəfindən sifariş etdiyi özəl yük daşıma şirkəti (*166) vasitəsilə təhvil almışdır. Həmən işgüzar adətl ərə uyğun olaraq iddiaçı və cavabdeh arasında olan qarşılıqlı etimada əsasən sözügedən müqavilənin 4.3.1-ci bəndində göstərilmiş alıcının üzərinə götürdüyü təhvil-qəbul sənədinin tərtib olunması öhdəliyini yerinə yetirməməsi satıcı tərəfindən alıcının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməmişdir. Əvvəlki və sonrakı (01, 02, 04, 05 Saylı) müqavilələr üzrə ödənişlər cavabdeh tərəfindən bank köçürməsi yolu ilə ödənilmişdir. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh heç bir etiraz etmədən digər müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, 03 nömrəli müqavilə üzrə öhdəliyini heç bir əsas göstərmədən bu günə qədər icra etməmişdir. Göstərildiyi kimi sözügedən müqavilənin 4.3.1-ci bəndinə əsasən təhvil-qəbul adlı bir sənədin hazırlanması alıcının üzərinə öhdəlik kimi qoyulsa da alıcı və satıcı arasında olan işgüzar adətlərə və etimada əsasən bu sənəd alıcı tərəfindən hazırlanmamışdır və bu satıcı tərəfindən alıcının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməmişdir. iddiaçı tərəfindən cavabdeh-yə dəfələrlə elektron qaimə göndərilməsinə baxmayaraq, hər dəfəsində cavabdeh elektron qaimələrin qəbul edilməsindən imtina edərək geri qaytarmışdır. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir.

8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 386.1, 404.2, 425.1, 442, 443.1, 443.2-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

9. Cavabdehin nümayəndəsi və vəkili m əhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında 03 nömrəli Müqavilənin 1.1, 3.3, 4.1.2, 4.1.3-cü bəndlərinə (bax yuxarıda §§ 2-3) istinad edərək bildirdi ki, iddiaçı müqavilə üzrə yuxarıda qeyd edilən müqavilə öhdəliklərini yerinə yetirməmiş, yəni alqı-satqı müqaviləsinin predmetini təşkil edən malları təhvil verməmiş, müqavilə dəyərinin ödənilməsinə dair ödəniş sənədi təqdim etməmişdir, eləcə də 2017-ci il 12 oktyabr tarixində imzalanmış müqavilə üzrə malların təhvil verilməsini öhdəlik kimi 2017-ci il 1 sentyabr tarixində icra etməsini öhdəsinə götürmüşdür. Bundan başqa, iddia ərizəsində tərəflər arasında işgüzar münasibətlərə istinad edilmişdir. Hər hansı münasibətlərə işgüzar adətin tətbiq edilməsi qanunvericikdə, tərəflər arasında olan razılaşmada öz əksini tapmalı, qanunve riciiyə və müqavilə şərtlərinə zidd olmamalıdır. Münasibətlərin tənzimində işgüzar adətlər ancaq o zaman tətbiq edilir ki, mövcud qanunvericilikdə müvafiq qayda olmasın. Hazırkı halda isə tərəflər arasında olan bütün münasibətlər incəliklərinə kimi müqavilədə tənzimlənmişdir. Bundan başqa, iddiaçı ona vurulmuş 15.000 manat həcmində olan ziyanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və ona dair heç bir subut təqdim etməmişdir.

10. Məhkəmə iclasında şahid X2 (bundan sonra – “X2”) ifadəsində bildirdi ki, nasos ustasıdır. 2018-ci ildə nasoslar alınmış və quraşdırılmışdır. Sonra Berkan ona nasoslarda nasazlıq çıxdığını demiş və avadanlıqların olduğu yerə gedərək nasazlığını yerində həll edib geri dönmüşdür.

11. Məhkəmə iclasında şahid X3 (bundan sonra – “X3”) ifadəsində bildi rdi ki, 2016-2018-ci illərdə “AzAqro” şirkətində satış departamentinin direktoru olmuşdur. Avadanlığı quraşdırılan yerdə görmüşdür. Məhsulun düzəlməsi, orada olması, quraşdırılması zamanı əvvəldən axıra qədər iştirak etmiş və görmüşdür. Zavodda meyvə yuyulması üçün avadanlıq cavabdeh-də olmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli 2-2(113)-1774/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı-yə aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 13.1. İddia ərizəsində və məhkəmə iclasında iddiaçı-nin direktoru izahatında müqavilənin 1 saylı əlavəsində qeyd olunan malların cavabdeh-yə təhvil verilməsini göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də malların cavabdeh-yə təhvil verilməsini təsdiq edə bilməmişlər. 13.2. Eyni zamanda iddiaçı cavabdeh-dən 15.000 manat ziyan tələb etsə də, bu ziyanın nəyə əsasən yaranmasını, eləcə də ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 13.3. İş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.

14. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – k“MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 119.1, 217.3, 2 17.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 15. iddiaçı 2020-ci il 26 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 22(103)-100/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli 2-2(113)-1774/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

17. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 17.1. İddia tələblərinin qanuni əsasını MM-in 600.4-cü m addəsi təşkil edir. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı alqısatqı müqaviləsində göstərilən malları cavabdeh-yə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 17.2. iddiaçı-nin məhkəməyə təqdim etdiyi şahidlər X2 və X3in ifadələri isə iddianı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. 03 nömrəli müqavilənin 3.3 və 4.3.1-ci bəndlərindən müəyyən olunur ki, malların təhvil verilməsi və qəbul edilməsi ilə bağlı yazılı sənəd tərtib olunmalı idi. Lakin belə sənəd tərtib olunmamışdır. Bundan başqa, həmin şahidlər ümumi ifadə vermişlər və öz ifadələrində məhz 03 nömrəli müqavilə üzrə k onkret hansı avadanlıqların təhvil verilməsi ilə bağlı halları göstərməmişlər. 17.3. Eyni zamanda, vergi ödəyicisi olan hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura ilə təsdiq olunmalıdır. Lakin hazırkı işdə belə bir elektron qaimə-faktura mövcud deyil. 17.4. Həmçinin iddiaçı özü bildirir ki, onun tərəfindən dəfələrlə elektron qaimə göndərilməsinə baxmayaraq, cavabdeh elektron qaimələrin qəbul edilməsindən imtina edərək geri qaytarmışdır. 17.5. Apellyasiya baxışında təqdim olunmuş yeni sübutlara gəldikdə, iddiaçı tərəfindən MPM-nin 371-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Ona görə də iddiaçı-nin 2021-ci il 27 yanvar tarixli ərizəsinə əlavə olunmuş yeni sənədlər sübut kimi qəbul edilə bilməz. 17.6. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı müqavilədə göstərilən avadanlıqları cavabdeh-yə təhvil verdiyini təsdiq edə bilməmişdir. Bu baxımdan, 20.424,80 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbləri rədd edilməlidir. 17.7. Həmçinin iddia tələbləri zərərin əvəzinin ödənilməsi hissəsində də əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-nin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-nin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zər ər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmir.

18. Məhkəmə bu qənaətini MM-in 21.2, 443-cü, MPM-nin 77.1, 371-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 19. iddiaçı 2021-ci il 8 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

20. Qətnamənin ləğv olunması üçün ən ciddi əsas odur ki, 03 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cəmi 20.424,8 manat dəyərində avadanlıq cavabde h-yə təhvil verilmiş, lakin cavabdeh təhvil verilən avadanlığın ödənişini etməkdən bu günə kimi, heç bir səbəb olmadan imtina etmişdir.

21. Qətnamənin ləğv edilməsi üçün daha bir ciddi əsas odur ki, Bakı Kommersiya Məhkəməsi isə baxarkən araşdırma aparmamış, məhkəmə qətnaməsi çıxarılan zaman avadanlıqların iddiaçı tərəfdən cavabdeh-yə təhvil verməsini nəzərə almamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı-nin avadanlıqların təhvil verilməsinə və ödənişin alınmamasına dair təqdim etdiyi sübutlar nəzərə alınmamışdır.

22. Məhkəmə araşdırması zamanı Bakı Kommersiya Məhkəməsi avadanlıqların hazırlanması və təhvil vermiş avadanlığa görə cavabdeh tərəfindən 2017-ci ildən heç bir ödəniş edilməməsi nəticəsində iddiaçı-yə böyük miqdarda dəymiş ziyanı nəzərə almamışdır.

23. Qətnamənin ləğv edilməs i üçün digər əsas odur ki, birinci instansiya məhkəməsi iddiaçıyə qarşı qərəzli mövqe tutmuş və cavabdeh tərəfdən söylənən formal mülahizələr əsasında qətnamə qəbul etmişdir.

24. Kassator kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, MM-in 21.1, 1096.1, 1096.2, 1115-ci, MPM-in 9.3, 88, 416, 417.0.3, 417.1.2, 417.1.4, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən iddiaçı-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təm in edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

27. Məhkəmə iclasında iştirak edən cavabdeh-nin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 29. iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mali k olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb et mək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bil ər....”

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

371. Apellyasiya instansiyası məhkəməsi ndə yeni sübutların qəbul edilməsi Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

33. VM-in müvafiq müddəasında nəzərdə tutulmuşdur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytar ılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.4. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması i stisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən; 71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

35. Kassatorun bütün dəlilləri ( bax yuxarıda §§ 20-23) olduğu kimi (eynilə) apellyasiya şikayətində də göstərilmiş, apellyasiya baxışının da predmeti olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər əsaslandırılmış şəkildə cavablandırılmışdır.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı iddia etdiyi malların cavabdeh-yə təhvil verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, MPM-in 77.1-ci maddəsi (bax yuxarıda § 32) ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, alqı-satqı müqaviləsinin 3.3 və 4.3.1-ci bəndlərində nəzərdə tutulmuş, malların təhvil-təslimi ilə bağlı yazılı sənəd tərtib olunmadığından, həmçinin məhkəmə iclasında verilmiş şahid ifadələri ümumi xarakterli olduğundan iddia çı-nin məhkəməyə təqdim etdiyi şahid ifadələri bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Habelə VM-in 71-1-ci maddəsində (bax yuxarıda § 33) nəzərdə tutulmuş malların təhvil verilməsini təsdiq edən və cavabdeh tərəfindən qəbul olunmuş elektron qaimə-faktura mövcud deyil. Eləcə də iddiaçı-nin 2021-ci il 27 yanvar tarixli ərizəsinə əlavə olunmuş yeni sənədlər MPM-in 371-ci maddəsinə (bax yuxarıda § 32) görə sübut kimi qəbul edilə bilməz.

37. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, cavabdeh-nin öz öhdəliklərini pozması halı mövcud olmadığından MM-in 21.1 və 443-cü maddələrinə uyğun olaraq, zərərə dair iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

38. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nə ticəyə gəlmişdir ki, iddiaçı müqavilədə göstərilən avadanlıqları cavabdeh-yə təhvil verdiyini, habelə cavabdeh tərəfindən iddiaçı-yə zərər vurulduğunu təsdiq edə bilməmişdir. 39. iddiaçı isə öz mövqeyini əsaslandırmaq üçün apellyasiya icraatı zamanı bildirdiklərindən əlavə, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin nəticəsinin qanunsuz və əsassız olduğunu təsdiq edən başqa (fərqli) tutarlı dəlillər gətirə bilməmişdir.

40. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

41. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 22(103)-100/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar