Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-218/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "borcun tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2- 2(103)-1000/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə alıcı Cavabdeh MMC (əvvəlki adı “X1” MMC) arasında 2021-ci il 15 sentyabr tarixində bağlanmış, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən, bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir. - 3.4-cü bəndinə əsasən, ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.
2. Elektron qaimələr və təhvil-qəbul aktlarına əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda qey d olunan mallar təhvil verilmişdir.
3. Elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə təhvil verilməsi barədə qaimələr tərtib edilmiş və imzalanmışdır.
4. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 2022-ci il 4 oktyabr tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh MMC-nin həmin tarixə 25.469,92 manat məbləğində borcu olmuşdur. 5. 2023-cü il 6 aprel tarixli maliyyə arayışına əsasən, 2021-ci il 17 sentyabr tarixindən bu günədək müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə fakturalar əsasında 78.566,73 manat dəyərində süd məhsulları təchiz edilmişdir (qaytarma qaimələri çıxılmaqla net məbləğ). Eyni dövr ərzində Cavabdeh MMC İddiaçı MMC-nin bank hesabına 64.338,06 manat ödəniş etmişdir. 202 3-cü il 6 aprel tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə elektron qaimə fakturalar üzrə borc məbləği 14.228,67 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 iyun tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.228,67 manat məbləğində pulun və mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il 15 sentyabr tarixli 4879/21 saylı təchizat müqaviləsinə (bax § 1) əsasən, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 14.228,67 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilədə qeyd edilən xüsusi şərtlərə əsasən, ödənişlər malın təhvil verildiyi gündən 21 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq, iddiaçı tərəfindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətl əri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
10. Alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən və təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunan mallar təhvil verilmişdir. İş materiallarından görünür ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların iddiaçı tərəfindən alıcı cavabdehə təhvil verilməsi barədə qaimələr tərtib edilmiş və imzalanmışdır.
11. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 2022-ci il 4 oktyabr tarixli malların təhvil-qəbul aktından görünür ki, cavabdehin həmin tarixə 25.469,92 manat məbləğində borcu olmuşdur. Bu hal iddiaçı tərəfindən ən azından həmin dəyərdə olan mallarının cavabdehə verildiyini təsdiq edir.
12. İddiaçı tərəf də cavabdehin müəyyən ödənişlər etdikdən sonra 14.228,67 manat borcunun qaldığını bildirir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, həqiqətən də cavabdehin iddiaçıya qeyd edilmiş məbləğdə borcu qalmışdır.
13. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, m əhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya münasibət bildirməmişdir. Bu hal da cavabdehin iddianı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilməlidir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli 2-2(103)-1000/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
17. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış 2021-ci il 15 sentyabr tarixli müqavilədəki imzanın direktor Nümayəndə2 məxsus olduğunu, malların təhvil alınması barədə aktların tərəflərindən təsdiq edildiyini mübahisələndirsə də, birinci instansiya məhkəməsinə iddiaya etiraz təqdim etməmiş, təqdim edilmiş sübutları mübahisələndirməmiş, o cümlədən əgər tərəflər arasında müqavilə bağlanmamış və mallar təhvil verilməmişdirsə, iddiaçıya ödənişlərin hansı əsasla həyata keçirildiyini göstərməmiş, iddiaçıdan hansı məbləğdə mal alındığını, ha nsı məbləğdə ödəniş edildiyini qeyd etmədən, o cümlədən apellyasiya instansiyası mərhələsində də məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədən iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla bağlı araşdırma aparılmasını xahiş etmişdir.
18. Məhkəmə cavabdeh tərəfindən MPM-in 154.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaya etirazın birinci instansiya məhkəməsinə təqdim edilmədiyini və apellyasiya şikayətində bunun səbəbinin qeyd edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, MPM-in 361-ci və 372-ci maddələrinin tələblərinə əsasən, apellyasiya şikayətində qeyd edilmiş birinci instansiya məhkəməsi tərəfindən araşdırma predmeti olmayan dəlillər əsassız hesab olunmaqla birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilərə k mübahisə üzrə düzgün nəticəyə gəlindiyi müəyyən edilmişdir.
19. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən müqavilə və təhvil-təslim aktlarının əsli məhkəməyə baxış keçirilməsi üçün təqdim edilmiş, həmin sənədlərə baxış keçirilərək sənədlərin həqiqətən cavabdehin möhürü və üzərində Cavabdeh yazısı olan müxtəlif filiallara məxsus (Sumqayıt, Memar Əcəmi, Yasamal, Xırdalan) ştamplarla təsdiq edildiyi müəyyən edilmişdir. Eyni zamanda, işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinə dəyəri tələb edilən malların təqdim edilməsi ilə bağlı elektron qaimələrin cavabdehin özü tərəfindən təsdiq edilib-edilməmədiyinin müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin sistemindən çıxarışın təqdim edilməsi təklif edilmiş, təqdim edilmiş sənədə əsasən EBCD 423693 saylı ele ktron qaimə (334,51 manat) istisna olmaqla, digər bütün qaimələrin cavabdehin özü tərəfindən təsdiq edildiyi və yazılı təhviltəslim aktlarından əlavə, cavabdehin eyni zamanda malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiq etməklə həmin malları qəbul etdiyinin təsdiq olunduğu müəyyən edilmişdir. Sistem tərəfindən təsdiq olunmuş elektron qaimənin ləğv edilməsi barədə sübut olmadığından həmin qaimə üzrə malların da cavabdehə təqdim edildiyi müəyyən olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 567, 600.4-cü, MPM-in 154.1, 154.3, 154.4, 361.4, 372.2, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 329.1, 331.1, 337-ci maddələri üzrə - Məhkəmə apellyasiya şikayətində qeyd edilən halları, yəni müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Ümumiyyətlə, müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Nümayəndə2 tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, imza Orucov adlı şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə2 olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirməli deyildi. Həmçinin aktlardakı ştampların müəssisəyə məxsus olub-olmamasını və üzləşmə aktlarının kimə mə xsus olması araşdırılmamışdır. Bu səbəbdən həmin sənədlər etibarsızdır. Məhkəmə həmin sənədlərin həqiqiliyini araşdırmadan qətnamə qəbul etməməli idi.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə - İddiaçı ilk məhkəmədən mübahisələndirilən aktları təqdim etməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən sənədləri tələb etdikdə məhkəməyə bir neçə iclasdan sonra mübahisələndirilən aktları təqdim etmişdir. Bu da həmin sənədlərin həqiqiliyini şübhə altına alır.
24. MPM-in 1.3, 88, 97, 418.1, 418.2, 418.3-cü maddələri üzrə - Məhkəmənin qətnaməsi ciddi prosessual pozuntularla qəbul edilmişdir. Belə ki, məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də, müqavilədəki imza yoxlanılmamış, aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olması araşdırılmamışdır. Apellyasiya şikayətində bütün bu hallar qeyd edilmiş, lakin məhkəmə heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bununla əlaqədar bildirmişdir ki, kassasiya şikayəti mahiyyət etibarı ilə əvvəl verilmiş apellyasiya şikayəti ilə eynilik təşkil edir, həmin şikayətə iddiaçı öz etirazını bildirir və tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ərizəsini tam təsdiq edir və hesab edir ki, kassasiya şikayəti tam olaraq əsas sızdır və təmin edilməməlidir. Kassasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbay can Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.... 154.3. İddiaya e tirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Mübahisələndirilən aktların iddiaçı tərəfindən ilk məhkəmədə deyil, bir neçə iclasdan sonra məhkəməyə təqdim edilməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əsasən, sözü gedən aktlar birinci instansiya məhkəməsində hazırlıq mərhələsi zamanı təqdim edilmiş və bununla bağlı məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
32. Daha sonra kassator öz dəlillərində bildirir ki, məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də, müqavilədəki imza yoxlanılmamış, həmçinin aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olması araşdırılmamışdır.
33. Halbuki cavabdeh tərəfin məhkəməyə sözügedən vəsatəti verməsi iş materiallarından ümumiyyətlə görünmür.
34. Bundan başqa, məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız müqavilədəki imzaya, həmçinin aktlardakı ştamp və möhürə deyil, həmçinin işdə olan digər mötəbər sübutlara, o cümlədən cavabdehin özünün elektron sistem üzərindən təsdiq etdiyi elektron qaimələrə, eləcə də səbəbin i məhkəməyə izah edə bilmədiyi iddiaçıya etdiyi faktiki ödənişlərə istinad etmişdir.
35. Mübahisəli müqavilənin cavabdehin direktoru deyil, başqa şəxs tərəfindən imzalanmasına gəldikdə isə, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallara görə, həmin müqaviləyə cavabdehin möhürünün vurulması işin mübahisəsiz halını təşkil edir.
36. Qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin tə sdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzalarının çəkilməsi ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur.
37. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.
38. Bu mənada, məhkəmə kollegiyasının mövqeyinə görə, müqavilənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı, hüquqi şəxsin möhürünün də vurulması hüquqi şəxsin rəhbərliyinin həmin aktdan məlumatlı olmasının, sənəddə göstərilənlərə etirazın ın olmadığının, habelə hüquqi şəxsin adından müqaviləni imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
39. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxmış məhkəmələr mübahisəli müqaviləni mötəbər sübut kimi qiymətləndirərkən hər hansı hüquq pozuntusuna yol verməmişlər.
40. O da qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallara görə, mübahisəli müqavilə üzrə iddiaçının müvafiq malları cavabdehə təqdim etməsi və cavabdehin həmin malların dəyərini qismən ödəməsi də işin mübahisəsiz hallarını təşkil edir.
41. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol v erməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(103)-1000/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(103)-1000/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul