Məhkəmə qərarları › İş №2-2(102)-219/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-219/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-219/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A"-nın cavabdeh "B"-yə qarşı iş üzrə QƏRARI (açar sözlər: cavabdehdən 1.071.960 manat məbləğində əsas borcun, 612.029 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.684.019 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti olan avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiya ilə birlikdə geri alınması). GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı A-nın cavabdeh B- yə qarşı “cavabdehdən 1.071.960 manat məbləğində əsas borcun, 612.029 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.684.019 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-2(103)-4/2020 saylı qətnaməsindən cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehə qarşı "cavabdehdən 1.071.960 manat məbləğində əsas borcun, 6 12.029 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.684.019 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması" barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmini haqqında ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdehin X1 Bankında olan h/h: AZ81AZEN******************** saylı bank hesabına həbs qoyulması və lizinqə götürülmüş texnoloji avadanlıqların istismarının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 mart 2017-ci il ta rixli qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdehin X1 Bankında olan h/h: AZ81AZEN******************** saylı bank hesabına iddia tələbi həcmində həbs qoyulması və lizinqə götürülmüş texnoloji avadanlıqların istismarının qadağan edilməsi qərara alınmış, ərizənin qalan hissəsi təmin edilməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçıya məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci ilk tarixli 45-LA/12 nömrəli m üqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.191.700 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2017-ci il tarixədək ödəməli olduğu 1.034.100 məbləğdən 433.940 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə həmin tarixəd ək 1.071.960 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyi tam yerinə yetirilməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddia tələbinin dəyişdirilərək “cavabdehdən 1.028.430 manat məbləğində əsas borcun, 517.805 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması” kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə təmin edilərək iddia tələbi “cava bdehdən 1.028.430 manat məbləğində əsas borcun, 517.805 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması” kimi müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim: İB) İddiaçının iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 14-LA/12 nömrəli lizinq müqaviləsi ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığı İddiaçıya qaytarılm ası, avadanlıq üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 5 dekabr 2012-ci il tarixli, 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli, D1-45-LA/12 dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borc Cavabdehdən İddiaçının xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-691/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(82)354/2017 saylıqətnaməsidəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)264/2018 saylı 15 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.D, hakimlər: A.H, S.H) İddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-4/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: M.T, hakimlər: Ü.M, K.A) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-2(82)-354/2017 saylıqətnaməsiləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2008-ci il tarixli, 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli və 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli müqavilələr ləğv edilmiş, Cavabdehdən İddiaçının xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat, cəmi 1.131.270 manat tutulmuşdur. Lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə İddiaçıya qaytarı lması,ekspert tədqiqatına görə 200 manat xərc Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab:AZ 34 CTRE ********************, VÖEN**********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin qismən (iddia tələbinin təmin edilməsi hissəsində) ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi barəsində şikayət olunan qətnaməni qəbul edərkən cavabdeh olaraq Cavabdehin iştirakını təmin etməmişdir. Cavabdeh hesab edir ki, Apellyasiya məhkəməsi iş üzrə cavabdeh qismində cəlb olunmuş Cavabdehin iştirakını təmin etməməklə hüquqi şəxsin Konstitusiyanın 60-cı, 127ci maddələrində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması, tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinin təmin olunması hüququnu pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin iştirakını təmin etməməklə, iddiaya və apellyasiya şikayətinə onun münasibətini, dəlillərini irəli sürməsinə şərait yaratmadan, yalnız iddiaçının subyektiv mülahizələrini nəzərə almış, işin hallarının tam, obyektiv və qərəzsiz araşdırılması vəzifəsini yeri nə yetirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ödənilməli olan məbləği müəyyənləşdirərkən 12.12.2019-cu il tarixli ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə iclasında iştirakımız təmin olunmadığına görə ekspertiza rəyi ilə də tanış ola bilməmişik. Lakin məhkəmə qətnaməsində ekspertiza rəyi ilə müəyyən olunan borc məbləğinə dair rəqəmləri sadə riyazi hesablamalarla müqayisə etdikdə, məhkəmə kollegiyasının ziddiyyətli rəqəmlərə istinad etdiyi məlum olur. Məhkəmə kollegiyasının qətnaməsində ekspertiza rəyinə dair bu nəticə ziddiyyətlidir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki: 1.Cavabdeh tərəfindən hər 2 müqavilə üzrə lizinq ödənişləri hazırki iş üzrə mübahisənin məhkəmənin icraatında olduğu dövrdə - 21.12.2018-ci ilədək davam etdirilmişdir. Lakin ek spertiza rəyinə istinad edən məhkəmə kollegiyası 01.04.2017-ci ilədək ödənilmiş məbləğləri nəzərə almışdır, sonrakı müddətdə - 21.12.2018-ci ilədək ödənilmiş məbləğlər qalıq borcdan çıxılmadığına görə, təbii olaraq borc məbləği əsassız şişirdilmişdir. Halbuki iş materiallarında cavabdeh tərəfindən 2018-ci il 21 dekabr tarixində sonuncu ödənişi təsdiq edən qəbzlər mövcuddur.

2. Digər tərəfdən, məhkəmə kollegiyası cərimə borcu - 517.805 manat olduğunu qeyd etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 102.840 manat tutulması qənaətinə gəlmişdir. Hesab edirik ki, cərimə məbləğinin tutulmasına dair nəticəyə gələrkən məhkəmə kollegiyası maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apel lyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını bildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-2(103)-4/2020 saylı qətnaməsi qismən ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarından görünmüşdür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçıya məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib h issəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.191.700 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 17.07.2008-ci il tarixli 14-LA nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə ümumi dəyəri 1.390.000 manat olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı cavabdehə lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən, lizinq alan texnoloji avadanlığın dəyə rindən 287.000 (iki yüz səksən yeddi min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1 bəndində göstərilir ki, müqavilədə göstərən Texnoloji xətti satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlər (texniki pasport, istismar təlimatı) birlikdə Lizinq alana verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetirilməsini təmin edir. Tərəflər arasında bağlanmış 05.12.2012-ci il tarixli 45-LA/12 nömrəli müqaviləyə əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə ümumi dəyəri 2.321.700 manat olan 800 ha sahədə çiləmə üsulu ilə dair əvi suvarma sistemi üçün avadanlıqlar (quraşdırılması ilə birlikdə) cavabdehə lizinqə verilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, südün emalı və təkrar emalı avadanlığına 21 iyun 2017-ci il tarixdə Cəmiyyətin əməkdaşı və Cavabdehin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın hal-hazırda sökülmüş vəziyyətdə olduğu, lakin istifadə edildiyi göstərilmiş, beləliklə, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlərin həyata keçirildiyi halda birinci instansiya məhkəməsi bu avadanlıqların ümumiyyətlə istifadə olunmadığı barədə iş materialları ilə təsdiq olunmayan bir nəticəyə gəlmişdir. Digər tərəfdən, kassasiya məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, i şə baxmış məhkəmələr tərəfindən isə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 17 iyul 2008-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığın İddiaçıya qaytarılması, avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 05 dekabr 2012-ci il tarixli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçının iddia tələblərində, avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələ r 05 dekabr 2012-ci il tarixli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qrafik tərtib edilməsi barədə hər hansı tələb olmamış, birinci instansiya məhkəməsi belə bir tələb olmadığı halda MPM-nin 218.3-cü maddəsinin tələblərini pozaraq irəli sürülməmiş və qanunda müstəsna hal olaraq nəzərə tutulmamış tələblərlə bağlı qətnamə qəbul etmişdir. İş materiallarına əsasən apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdehin də avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələrin 05 dekabr 2012-ci il tarixli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli, D 1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni-qrafik tərtib edilməsi barədə hər hansı qarşılıqlı iddia tələbi olmamış, sonuncunun bu məzmunda olan, işin 66-67-ci vərəqlərindəki ərizəsi də qarşılıqlı iddia ərizəsi kimi qəbul edilə bilməzdi. Beləliklə, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya icraatında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddianı verilmiş tələb həddində-cavabdeh "Cavabdeh”-dən 1.028.430 manat məbləğində əsas borcun, 517.805 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265 manat məbləğində pul vəsaitinin tutula raq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması həddində baxılıb həll edilməsini zəruri saymışdır. Azərbaycan Respubikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş va xtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərə kətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq za manı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən l izinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Məhkəmə kollegiyası ilk öncə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyinə dair kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, MPM-nin 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində deyilir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər (MPM-nin 138.1-ci və 138.2-ci maddələri). Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (MPM-nin 134.1.4 və 135.1-ci maddələri ). MPM-nin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar o lmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Lakin işin İİ cildinin 116-cı səhifəsindəki xəbərnamədə məhkəmə bildirişinin Kərimova soyadlı şəxs tərəfindən 08 yanvar 2020-ci il tarixdə imzalanıb alındığı görünsə də, iş materiallarında Kərimovanın adı, atasının adı, işə bağlılığı, cavabdehə münasibəti və ya tutduğu vəzifə müəyyən edilmir. Bu da prosessual qanunun pozulmasıdır. Belə vəziyyətdə bildirişi lazımi ünvana çatdırılmış hesa b etmək mümkün deyildir. Həmçinin işin İİ cildinin 111-ci səhifəsindəki SMS bildiriş də cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsi kimi qəbul edilə bilməz. Belə ki, SMS bildiriş 08 yanvar 2020-ci il tarixdə əvvəllər cavabdehin nümayəndəsi olmuş Nümayəndə 2-yə göndərilmişdir, halbuki onun etibarnaməsinin müddəti 08 may 2019-cu ildə bitmiş (işin İ cildinin 59-cu səhifəsi) və ona yeni etibarnamə verilməmişdir. MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, cavabadehə keçirilmiş sonuncu məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməmişdir. Belə ki, 22.01.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin cavabdehə çatd ırılması barədə sübut işdə yoxdur. Bu halda bildiriş MPM-nin 135.2-ci və 135.3cü maddələrində nəzərdə tutulmuş qaydada rəsmi verilmiş hesab oluna bilməz. Bu da qətnamənin ləğv edilməsi üçün əsaslardan biridir. Belə ki, MPM-nin 418.4.5-ci maddəsinə əsasən, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahid liyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-2(103)-4/2020 saylı qətnaməsi qismən- iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar