Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-219/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-in Cavabdeh MMC-ə qarşı müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya baxışından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynli Cavid Əli katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(103)-1 10/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi
1. İddiaçı xxxx Cavabdeh-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 2019-cu il *****tarixli, ***** nömrəli müqavilənin ləğv olunmasına və həmin müqavilə üzrə Cavabdeh-ə ödənilmiş 1.646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də hazırki iş üzrə ödənilmiş 30 manat məbləğində pulun xxxx-ın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli e-2-2(113)1533/2020 saylı qətnaməsi ilə iddiaçı xxxx-ın 2019-cu il 4 oktyabr tarixli, 16-K-2019 saylı müqavilənin ləğv olunması və həmin müqavilə üzrə Cavabdeh-ə ödənilmiş 1.646,10 euro məbləğində pul vəsaitinin (ƏDV daxil), eləcə də ödənilmiş 30 manat məbləğində pulun geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir (hakim E.Əliyev).
3. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(103)-110/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli, 2-2(113)1533/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən –R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı xxxx həmin qətnamədən 2021-ci il 16 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. K assasiya şikayətinə əsasən iş 16 aprel 2021-ci il tarixli, 2-2(102)-219/2020 saylı qərardadla icraata qəbul edilmişdir. məhkəmə icraatı iştirakçılarının izahatları
6. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər.
7. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
8. Belə ki, hər iki tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM)-415.3-cü maddəsi). hüquqi məsələlər
9. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərin i araşdıraraq hesab edir ki, iddiaçı “xxxx” MMC-nin verdiyi kassasiya şikayətinin kassasiya icraatına qəbul edilməsi barədə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti kassasiya baxışından çıxarılmaqla iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.
10. Belə ki, iddiaçı xxxx Cavabdeh-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 2019-cu il ***** tarixli, ****** nömrəli müqavilənin ləğv olunmasına və həmin müqavilə üzrə Cavabdeh-ə ödənilmiş 1.646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də hazırki iş üzrə ödənilmiş 30 manat məbləğində pulun xxxx-ın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İş materiallarında olan 2019-cu il ***** t arixli, ****** nömrəli müqavilənin 2.10cu bəndinə əsasən satıcı öhdəliyini müqavilənin 2.9-cu bəndində göstərilən tarixədək icra etmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,5%-i məbləğində cərimə tətbiq olunur.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)110/2021 saylı 02 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin olunmamsını xahiş etmiş və bildirmişdir ki, sifariş sentyabr ayının 26-sı verilib, onlar malı isə 10 gün gecikdirmişlər. Amma müqaviləni icra etmişlər və qarşı tərəfə də bildirmişlər ki, 10 gün gecikməyə görə dəbbə pulunu ödəməyə hazırdırlar.
13. Həmçinin iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin mə hkəmə iclasında məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, Cavabdeh MMC tərəfindən proqram təminatı sonradan “xxxx” MMC-yə təqdim olunmuş, lakin “xxxx” MMC gec təqdim olunduğuna görə həmin proqram təminatından istifadə etməkdən imtina etmişdir (məhkəmə iclasının audiovideo yazısı, 6-cı dəqiqə). Göründüyü kimi iddiaçının nümayəndəsi proqram məsullarını gec də olsa, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə verildiyini etiraf etmişdir.
14. Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılı r ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan maddənin məzmunundan görünür ki, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Məhkəmə kollegiyası vurğulayır ki, nə qədər ki, müqavilə tərəfi müqavilə öhdəliyini gec də olsa yerinə yetiribsə tərəflərdən birinin tələbi ilə həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanunamüvafiq deyildir.
16. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddianın müqavilə üzrə Cavabdeh-ə ödənilmiş 1.646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də hazırki iş üzrə ödənilmiş 30 manat məbləğində pulun xxxx-ın xeyrinə tutulması hissəsi kassasiya baxışından çıxarılmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
18. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, xxxx” MMC-in Cavabdeh MMC-ə qarşı müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iş üzrə iddianın qiyməti on min manatdan azdır, ona görə kassasiya şikayəti kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytararılmalıdır.
19. Azərbaycan Respublikası MPM-nin 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunma sı, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
20. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işin kassasiya icraatına qəbul edilməsi haqqında 16 aprel 2021-ci il tarixli, 2-2(102)-219/2020 saylı qərardad ləğv olunmaqla, hazırki iş kassasiya kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 407, 404-1, 408, 417 və 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı İşin kassasiya icraatına qəbul edilməsi haqqında 16 aprel 2021-ci il tarixli, 2-2(102)219/2020 say lı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(103)-110/2021 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.