Məhkəmə qərarları › İş №2-2(102)-22/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-22/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-22/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)- 109/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı (bunda n sonra mətndə-iddiaçı) Cavabdeh qarşı (bundan sonra mətndəcavabdeh) “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2020-ci il 11 iyun tarixli 20/29 saylı alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən yaranmış və ödənilməmiş 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 56196,14 (əlli altı min yüz doxsan altı manat 14 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhk əməsinin e-2-2(119)-395/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51927,90 (əlli bir min doqquz yüz iyirmi yeddi manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-395/2021 saylı, 2021-ci il 07 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Fuad Məmmədov, hakimlər Rəşadət Ağayev, Hökümə Babayeva). Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Hazırki iş üzrə qəbul edilmiş, yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən cavabdehdən əsas borc və cəri mə tutulmuşdur. Cavabdeh kassasiya şikayətinin nəticə hissəsində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız cavabdehdən 2000 manat məbləğində cərimənin tutulması hissəsində mübahisələndirilərək, həmin hissəyə dair dəlillər irəli sürülmüşdür. Məhkəmə aktının cavabdehdən 49.747,90 manat məbləğində əsas borcun tutulması hissəsinə dair isə hər hansı dəlil irəli sürüməmiş, məhkəmə tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması və pozuntunun nədən ibarət olması göstərilməmişdir. Halbuki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir (MPM-nin 407.1.4-cü maddəsi ). Həmin MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinn nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (2021-ci ilin 01 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, kommersiya mübahisə lərinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası istinad olunan prosessual hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəb ul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası MPM-in 402.1, 408.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli 2-2(102)-651/2021 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayı t Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar