Məhkəmə qərarları › İş №2-2(102)-220/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-220/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-220/2020 12.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bəhman Qəribov Cavabdeh-in nümayəndəsi X1 şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh-ə (bundan sonra-MMC) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “xxxxxxxxx” Şirkəti (bundan sonra-Şirkət) qarşısında x xxx 2011-ci il tarixli “avtonəqliyyat vasitələrinin alqı-satqısına dair” ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, 2009-cu il buraxılış ili olan “Daewoo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı və ** TG *** dövlət qeydiyyat nişanlı avtobusların Şirkətin balansına keçirilməsi üçün m üvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət ilə cavabdeh MMC arasında bağlanmış x xxx 2011-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ilkin müqaviləyə əsasən cavabdeh MMC ona məxsus olan iki ədəd 2009-cu il buraxılış ili olan “DAEWOO” markalı ** TG *** dövlət qeydiyyat nişanlı və ** TG *** dövlət qeydiyyat nişanlı avtobusları Şirkətə ilkin olaraq 37.000 manat, x xxx 2011-ci il tarixdən x xxx 2013-cü il tarixədək həmin iki ədəd avtobus üçün hər ay 4.993 manat məbləğində vəsaiti banka ödəmək şərti ilə satmağı, həmçinin kredit borcları tamamilə ödənildikdən sonra həmin avtobusları Şirkətin balansına keçirməyi öhdəsinə götürmüşdür. Şirkət həmin müqavil ə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmişdir. Belə ki, Şirkətin təsisçi direktoru X5 x xxxxxxx 2010-cu il tarixli “xxxxxxxxxxxxxxxxxx” ASC ilə cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri qeyd olunmuş alqı-satqı müqaviləsində nəzərdə tutulduğu kimi avtobusların kredit öhdəliklərini tam olaraq ödəmiş, həmçinin bank qarşısında öhdəliklərin icrasının təminatı kimi alqı-satqı müqaviləsindən sonra əlavə olaraq, zaminlik müqaviləsi də imzalanmışdır. Hazırda həmin avtobuslara görə hər hansı kredit öhdəlikləri qalmamış, lakin bütün bunlara baxmayaraq cavabdeh MMC x xxx 2011-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqaviləsinin şərtlərini yerinə yetirməkdən yayınaraq həmin avtobusları Şirkətin balansına keçirməkdən boyun qaçırır, hətta D övlət Yol Polisinə şikayət edərək həmin avtobusların ona məxsus olduğunu inandıraraq avtobusların Şirkət tərəfindən istifadə olunmasına maneçilik törətmək məqsədilə həmin avtobusların cərimə meydançasında saxlanılmasına nail olmuş, Şirkət həmin avtobuslara görə müqavilələrdə göstərildiyi külli miqdarda vəsait ödəməsinə baxmayaraq haqsızlığa uğramışdır. Cavabdehin bu hərəkətləri Şirkətin işgüzar nüfuzuna da ziyan vurmaqdadır. Baş verənlərin əsl səbəbi cavabdeh təşkilatın rəhbərinin iddiaçı təşkilatın rəhbərinə fiziki şəxs kimi olan külli miqdarda borcudur. Hal-hazırda pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələr inə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)322/2017 saylı qiyabi qətnaməsi ilə (hakim Aida Hüseyn) iddia təmin olunmuşdur. Həmin qətnamədən Sərdar Hətəmov şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə (hakim Aida Hüseyn) Sərdar Hətəmov tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Həmin qərardaddan Sərdar Hətəmov şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)322/2017 saylı qərardadı ilə (hakim Aida Hüseyn) şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının x xxxxxx 2017-ci il tarixli, 2-2(103)-506/2017 saylı qərardadı ilə (sədrlik edən S.Seyidova, hakimlər S.Hüseynov və V.Məmmədov) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması barədə qiyabi qətnaməsinin ləğv olunmasına dair Sərdar Hətəmovun şikayətinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(102)428/2017 saylı qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər R.Nəbizadə və A. Hüseynov) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-2(103)-844/2017 saylı qərardadı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyevə və C.Yusifov) Sərdar Hətəmovun şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla Sərdar Hətəmov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatında cəlb edilmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən verilmiş şikayət mümkün hesab olunmuş və apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2018-ci il tarixli, 2-2(103)-164/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə texniki ekspertizası təyin olunmuşdur. Ekspert tərəfindən x xxx 2018-ci il tarixli, 10244 saylı və xx xxx 2018-ci il tarixli, 9953 saylı rəylər tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-2(103)-164/2018 saylı qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A. Nuriyevə və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv olunmaqla iddia təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-2(102)-421/2018 saylı qərarı ilə (sədrlik edən N.Rəsulbəy ova, hakimlər Z.Quliyev və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019- cu il tarixli, 2-2(103)-71/2019 saylı qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər E. Nəbiyev və K.Abiyeva) iddiaçının vəsatəti təmin edilərək iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin olunmuşdur. Ekspert tərəfindən xx xxxx 2019-cu il tarixli, 5641 saylı rəy tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxx 2019-cu il tarixli, 2-2(103)-71/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü. Mayılov və K.Abiyeva) üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)-322/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxxxx 2019-cu il tarixli, 2-2(102)-375/2019 saylı qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov) kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-841/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(81)-322/2017 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Şirkətin cavabdeh MMC-ə qarşı cavabdeh tərəfindən Şirkət qarşısında x xxx 2011-ci il tarixli “avtonəqliyyat vasitələrinin alqı-satqısına dair” ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, 2009-cu il buraxılış ili olan “Daewoo” markalı ** TG *** dövlət qeydiyyat nişanlı və ** TG *** dövlət qeydiyyat nişanlı avtobusların Şirkətin balansına keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-841/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-2(103)-841/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına izah verilməsi barədə cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş ərizə təmin edilməmiş və qərardad göstərilmişdir ki, ondan kassasiya şikayəti verilmir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-841/2019 nömrəli qərardadından MMC-in nümayəndəsi X3 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmişdir. Həmin qərardadan kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə onun verdiyi ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-2(103)-841/19 nömrəli qərardadı ilə təmin edilməmişdir. Bu qərardadda apellyasiya instan siyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 402, 405.0.2, 128.1, 128.3, 129.3, 130.1, 135.1,135.2 və 130.3- cü maddələrinə istinad edərək göstərmişdir ki, iş üzrə cavabdehin qəraradadı aldığı tarixdən kassasiya şikayəti vermək üçün 10 günlük prosessual müddət xx xxxx 2019-cu il tarixdə tamam olsa da, cavabdehin nümayəndəsi həmin müddəti ötürərək kassasiya şikayətini x xxx 2020-ci il tarixdə poçt orqanına vermişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 2-2(103)-841/2019 saylı xx xxxx 2020–ci il tarixli qəraradadı kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulan qəraradadlar kateqoriyasına aid olmadığından və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət buraxıldığından cavabdehin kassasiya şikayəti geri qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-2(103)-841/19 nömrəli qərardadından verilmiş kassasiya şikayətində göstərilir ki, həmin məhkəmənin xx xxxx 2020 –ci il tarixli qərardadında MPM-in 402-ci maddəsində qeyd olunmuşdur ki, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün onun qəbulundan imtina edilməlidir. MPM-in 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. İş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı cavabdeh MMC-ə xx xxxxx 2020-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xx xxxxx 2020-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti x xxx 2020-ci il tarixdə poçta təhvil verilmiş, xx xxx 2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edi lmiş 10 günlük prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Bundan başqa hətta müddət ötürülməsə də belə apelyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(103)-841/2019 saylı qərardadı bilavasitə həmin məhkəmə instansiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-841/2019 saylı qərardadı ilə əlaqəlidir. Bu qərardad isə yuxarıda göstərildiyi kimi xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)841/2019 saylı qətnamədən izah verilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizənin təmin olunmaması ilə bağlıdır. MPM-in 402-ci maddəsinə görə yalnız apellyasiya instansiyası məhkəmələrinin apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(103)841/2019 saylı qərardadından kassasiya şikayəti verilməsi bu maddənin tələbləri baxımından istisna olunur. Belə olan təqdirdə hesab edirəm ki, apelyasiya instansiyası məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(103)-841/2019 tarixli qərardadından verilmiş kassasiya şikayəti bilavasitə barəsində kassasiya şikayəti verilməsi MPM-in 402-ci maddəsinin tələbləri baxımından qeyri-mümkün sayılan apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(103)-841/2019 saylı qərardadı ilə bağlı olduğundan həmin maddəyə əsasən ge ri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 402 və 408.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh MMC-in nümayəndəsi X1 şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar