Məhkəmə qərarları › İş №2-2(102)-220/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-220/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-220/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun ödənilməsi 16.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı Cavabdeh MMC-nin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun qaytarılması” tələbinə dair kommersiya işi üzrə ayrı-ayrılıqda iddiaçı və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 2-2(103)-506/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan “X” İstehsalat Birliyinin (bundan sonra – “X”) və Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında 20 il müddətinə bağlanmış kabel-kanalizasiya qurğularından və paylayıcı rabitə şkaflarından birgə istifadə haqqında 2009-cu il 5 oktyabr tarixli müqavilədən (bundan sonra – “2009-cu il müqaviləsi”) görünür ki, birgə əməkdaşlıq çərçivəsində X-in xidməti sahəsində olan kabel-kanalizasiya qurğularının və paylayıcı rabitə şkaflarının cavabdeh ilə birgə qarşılıqlı istifadəsi ilə əlaqədar texniki, iqtisadi, hüquqi, maliyyə və kommersiya münasibətlərini tənzimləyir.

2. İş materiallarında olan 2009-cu il müqaviləsinə dair 2009-cu il 9 noyabr ta rixində tərəflər arasında imzalanmış 2 saylı əlavə protokoldan görünür ki, bu protokolla 2009-cu il müqaviləsinin “Xin öhdəlikləri” adlanan 2.1-ci maddəsinə 3 bəndin əlavə edilməsi razılaşdırılmışdır. Əlavə edilən 2.1.14-cü bəndə əsasən, “X öhdəlik götürür ki, cavabdeh mənfəətlə işləməyə başlayana qədər öz kabel kanalizasiya qurğularından cavabdeh-in istifadə etməsinə şərait yaradır, müqavilə üzrə müvafiq ödənişlər cavabdeh mənfəətlə işləməyə başladıqdan sonra aparılır.”

3. İş materiallarında olan iddiaçıİB ilə cavabdeh arasında 1 il müddətinə bağlanmış kabelkanalizasiya qurğularından istifadə haqqında 2014-cü il 12 mart tarixli müqavilənin (bundan sonra – “2014-cü il müqaviləsi”) ödəniş şərtlərinin icrası ilə bağlı əlavə sazişdən görünür ki, cavabdeh tərəfindən müvafiq kabel-kanalizasiya qurğularından istifadə olunmasına görə iddiaçıİB-ə həmin müqavilənin Əlavə-1-də göstərilən ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. 4. 2014-cü il müqaviləsinin şərtlərinə görə: 4.1. Bu müqavilənin məqsədi X-in xidmət sahəsində və balansında olan kabel-kanalizasiya qurğularından cavabdeh-ə məxsus kabellərin çəkilməsi ilə əlaqədar tərəflər arasında yaranan texniki, iqtisadi, hüquqi, maliyyə və kommersiya münasibətlərini tənzimləməkdir (1.1-ci bənd). 4.2. cavabdeh tərəfindən qurğulardan istifadə edərək çəkdiyi kabellərin texniki göstəriciləri və istifadə haqları bu müqaviləyə əlavələr kimi daxil edilir və bu əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur (1.2-ci bənd). 4.3. Kabel-kanalizasiya qurğularından istifadə etməklə çəkilmiş kabellərə görə bu müqavilənin əlavələrində göst ərilən məbləğdə cavabdeh X-ə hər ay ƏDV daxil olmaqla xidmət haqqı ödəyir (3.1ci bənd). 4.4. Təqdim olunmuş vergi hesab fakturasına əsasən, xidmət haqqı hesabat ayından sonrakı ayın 15-nə qədər ödənilir (3.3-cü bənd). 4.5. Müqavilə müddətinin bitməsinə bir ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyi halda, müqavilənin müddəti tərəflərin razılığı ilə növbəti eyni dövr üçün uzadılmış sayılır (4.1-ci bənd).

5. İş materiallarında olan cavabdeh-in iddiaçıİB şəbəkəsinin kabel kanalizasiya qurğularından keçən kabellərinin aktlar əsasında siyahısı barədə məlumatdan (əlavə 1) görünür ki, 2014-cü il müqaviləsinin tətbiq olunduğu tarixdən (2014-cü il 1 yanvar tarixindən 2015-ci il 1 yanvar tarixinədək) kabel kanalizasiya qurğularından istifadə haqqı 359.592,60 manat, aylı q xidmət haqqı ƏDV ilə 29.966,1 manat məbləğində müəyyən edilmişdir.

6. İş materiallarında olan 2014-cü il müqaviləsinin 1 saylı əlavəsinin dəyişdirilməsi haqqında tərəflər arasında təsdiqlənən protokoldan görünür ki, həmin müqaviləyə daxil olan 1 saylı əlavənin 2015-ci il 1 yanvar tarixindən ləğv edilməsi, bu müqaviləyə 2 saylı əlavənin 2015-ci il 1 yanvar tarixindən təsdiq edilərək daxil edilməsi və hesablaşmaların 2 saylı əlavədəki kabellərə görə aparılması, həmin tarixdən 2 saylı əlavənin 2014-cü il müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunması qərara alınmışdır.

7. İş materiallarında olan 2014-cü il müqaviləsinə 2015-ci il 1 yanvar tarixindən daxil edilən əlavə 2-dən görünür ki, həmin tarixdən 2016-cı il 5 yanvar tarixinədək, yəni əlavə 3 qəbul edilənədək, kabel kanalizasiya qu rğularından istifadə haqqı 325.789,8 manat müəyyən edilmişdir.

8. İş materiallarında olan 2014-cü ildə müqaviləsinə 2016-cı il 5 yanvar tarixindən daxil edilən əlavə 3-dən görünür ki, həmin tarixdən 2017-ci il 1 yanvar tarixinədək kabel kanalizasiya qurğularından istifadə haqqı aylıq olaraq 10.440,20 manat müəyyən edilmişdir.

9. İşin materiallarından görünür ki, cavabdeh ilə iddiaçı-in tabeliyində olmuş, ayrıca vergi ödəyicisi kimi qeydə alınaraq fəaliyyət göstərmiş A Telefon Qovşağı ilə 2016-cı il 6 iyun tarixli Ava25 saylı, B Telefon Qovşağı ilə 2016-cı il 1 mart tarixli 7 saylı, C Telefon Qovşağı ilə 2016-cı il 1 iyul tarixli 36 saylı “ATS binalarında avadanlıqların quraşdırılması üçün yerlərin ayrılması, avadanlıqların qorunub saxlanılması barədə tərəflərin hüquq və məsuliyyətinin müəy yənləşdirilməsi haqqında” müqavilələr bağlamışdır.

10. İş materiallarında olan eyni tərəflər arasında bağlanmış 2011-ci il 1 aprel tarixli FOL 27 saylı, 1 iyul tarixli FOL 28 saylı, 2015-ci il 3 avqust tarixli FOL 46 saylı müqavilələrdən görünür ki, Xə məxsus fıberoptik kabel cütlüklərindən MMC tərəfindən istifadə ayrıca olaraq həmin müqavilələrlə tənzimlənmişdir.

11. İş materiallarında olan tərəflər arasında imzalanmış 2017-ci il 24 yanvar tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 2017-ci il 1 yanvar tarixinə fiber-optik kabel cütləri və kabelkanalizasiya qurğuları üzrə cavabdeh-in X-ə ödənilməmiş istifadə haqqı 1.153.368,14 manat, internetə qoşulma xidmətləri ilə təmin edilmə ilə bağlı X-in cavabdeh-ə ödənilməmiş istifadə haqqı 484.773,93 manat təşkil edir.

12. İş materiallarında o lan 2017-ci il 8 fevral tarixli 006XOH********** saylı, 14 fevral tarixli 006AZ**********1 saylı, 16 fevral tarixli 006AZ**********2 saylı, 21 fevral tarixli 006AZ**********2 saylı, 2018-ci il 24 yanvar tarixli 006AZ**********6 saylı, 000BUDG180240042 saylı ödəniş tapşırıqlarından və 2017-ci il 8 fevral tarixli **********981795 saylı, 13 fevral tarixli **********988519 saylı, 20 fevral tarixli **********000021 saylı köçürmənin aparılması haqqından bildirişlərdən görünür ki, iddiaçıİB tərəfindən təqdim olunmuş 2014-cü il 26 sentyabr tarixli Hİ 015627 saylı, 24 oktyabr tarixli Hİ 157311 saylı, Hİ 323529 saylı, 26 noyabr tarixli Hİ 380479 saylı, 5 dekabr tarixli HJ 191446 saylı, 2015-ci il 22 yanvar tarixli Hİ 608196 saylı, 9 fevral tarixli Hİ 696202 saylı, 16 mart Hİ 892763 saylı, 20 aprel tarixli HJ 051173 saylı, 15 may tarixli HJ 344228 saylı, 16 iyun tarixli HJ 496223 saylı, 15 iyul tarixli HJ 650594 saylı, 18 avqust tarixli HJ 803035 saylı, 18 sentyabr tarixli HK 217270 saylı, 16 oktyabr tarixli HF 059691 saylı, HF 186404 saylı, HF 333277 saylı, HF 452407 saylı, HF 622161 saylı, HF 772262 saylı, 10 dekabr tarixli HL 609238 saylı, 2016-cı il 21 iyul tarixli HJ 942694 saylı elektron vergi hesab fakturalar əsasında cavabdeh tərəfindən 570.609,73 manat məbləğində ödəniş həyata keçirilmişdir.

13. İş materiallarında olan debit haqqında arayışlardan və ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, X 2017-ci il 13, 15 və 17 fevral tarixlərində cavabdeh-ə ümumilikdə 484.773,93 manat məbləğində pul vəsaitini ödəmişdir.

14. İşin materiallarından görünür ki, X sonradan yenidən təşkil edilmiş, adı dəyişərək hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MMC (bundan sonra – “iddiaçı”) olmuşdur.

15. İş materiallarında olan 2018-ci il 3 may və 2019-cu il 17 aprel tarixli pretenziya məktublarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kabel-kanalizasiya qurğularından istifadə haqqında müqaviləyə istinad edərək müqavilə əsasında yaranmış borc məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 16. iddiaçı 2019-cu il 30 iyul tarixində cavabdeh-ə qarşı iddia ərizəsi və sonradan 6 sentyabr tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında 2009-c u il müqaviləsinə 2009-cu il 9 noyabr tarixində daxil edilmiş 2 saylı əlavə protokolun cavabdeh-in ödəniş öhdəlikləri ilə bağlı təxirəsalıcı şərt müəyyən edən bəndinin cavabdeh-in mənfəətlə işlədiyi 2014-cü maliyyə ilinin sonundan qüvvədən düşməsi, cavabdeh-in iddiaçı-in infrastrukturundan istifadəyə görə hər ay ödənişlər etməli olan və ondan 2019-cu il 1 avqust tarixinədək icra edilməmiş öhdəlikləri üzrə yaranmış 1.973.101,85 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia yuxarıda §§ 1-11 və 15-də göstərilən hallarla, habelə əlavə olaraq aşağıdakılarla əsaslandırılmışdır. 18. 2017-ci il 24 yanvar tarixində tərəflər arasında yaranmış borclara dair “Qarşılıqlı üzləşmə aktı” tərtib edildik dən sonra borcların qalan hissəsinin ödənilməsi tələbinə qarşı cavabdeh 2009-cu il müqaviləsinə 2 saylı əlavə protokola istinad edərək bundan imtina etmişdir. 2009-cu il 9 noyabr tarixində müqavilə üzrə cavabdeh-in ödəniş etmək vəzifəsi müqavilənin qüvvəyə mindiyi andan, yəni 4.1-ci maddəyə əsasən, imzalandığı andan yaranmışdır, lakin ödənişlərin edilməsi cavabdeh-in mənfəətlə işləməyə başladığı ilədək təxirə salınmışdır. cavabdeh 2014-cü maliyyə ilini mənfəətlə başa vurmuşdur, bu da o deməkdir ki, cavabdeh həmin ilədək yaranmış borclarını ödəməklə yanaşı, o ildən sonra istifadə etdiyi xidmətlərin haqqını müqavilənin 3-cü maddəsində göstərilən qaydada, hər ay ödəmək öhdəliyi daşıyırdı, çünki müqavilənin 2.1.14-cü bəndindən (protokolla dəyişdirilmiş versiya) göründüyü kimi, həmin bənddə müə yyən edilən təxirəsalıcı şərt yalnız cavabdeh-in mənfəətlə işlədiyi ilədək qüvvədə olmuşdur. Yəni, cavabdeh mənfəətlə işləməyə başladıqdan sonra yenidən zərərlə fəaliyyət göstərdiyi halda da 2009-cu il müqaviləsi üzrə ödəniş öhdəliyini icra etməli idi (2009-cu il müqaviləsi üzrə müəyyən edilən hüquq münasibətlərinin dəyişdirilməsi məqsədi ilə bağlanılmış və hazırda hüquqi qüvvədə olan 2014-cü il müqaviləsinin 3.1 və 3.3-cü bəndləri).

19. Lakin cavabdeh ötən müddət ərzində xidmət haqqlarının yalnız kiçik bir qismini ödəmişdir, son bir neçə il ərzində isə xidmət haqqları ümumiyyətlə ödənilməmişdir. Nəticədə cavabdeh-in iddiaçı-ə infrastrukturdan istifadəyə görə 2019-cu il 1 apretl tarixinə 1.461.787,17 manat borcu yaranmışdır.

20. Bundan əlavə, cavabdeh Xətai, Yasamal və Xəzər telefon qovş aqları ilə müqavilələr bağlamışdır (bax yuxarıda § 9). 2018-ci ilin fevral ayında qeyd edilən telefon qovşaqları vergi uçotundan çıxarılmışdır və onların hüquqi varisi kimi iddiaçı çıxış edir. cavabdeh-in avadanlıqların EATS binalarında yerləşdirilməsinə görə borclarını cavabdeh bu günədək ödəməmişdir.

21. Bundan başqa, cavabdeh ayrıca bağlanmış və “Fol” başlığı ilə nömrələnmiş müqavilələr (bax yuxarıda § 10) üzrə fıberoptik cütlüklərdən istifadə ilə bağlı borclarını da ödəməmişdir və 2019cu il 1 aprel tarixinə həmin müqavilələr üzrə cavabdeh-in iddiaçı-ə 309.944,11 manat ödənilməmiş borcu vardır.

22. Ümumilikdə, 2019-cu il 1 avqust tarixinə cavabdeh-in kabel kanalizasiya qurğularından istifadəyə görə 1.574.946 manat, fiberoptik kabellərin çəkilməsi ilə bağlı 363.568,86 manat, avadanlıqlar ın EATS binalarında yerləşdirilmiş avadanlıqlara görə 25.434,72 manat, telefon rabitəsindən istifadəyə görə 697,85 manat, portdan istifadəyə görə 8.453,92 manat olmaqla cəmi 1.973.101,85 manat borcu vardır.

23. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 328.6, 425.1, 442, 443.1, 445.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. 24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli e-2-2(81)-1048/2019 saylı qərardadı ilə iddianın 2009-cu il müqaviləsi üzrə kabel kanalizasiya qurğularının istifadəsinə dair borc məbləğinə aid hissəsində icraata xitam verilmişdir (hakim – A.Oruczadə). 25. 1-ci instansiya məhkəməsinin qərardaddakı mövqeyi aşağıdakı kimi olmuşdur.

26. Novasiya tərəflərin razılığı ilə icra edilməmiş öhdəliyin yeni icra üsulu və predmeti nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsidir. Lakin hazırkı mübahisədə 2009-cu il müqaviləsi qüvvədə ola-ola 2014-cü il müqaviləsinin bağlanması nəticəsində yeni fərqli icra üsulu və ya predmeti müəyyən edilməmiş, tərəflər bu barədə razılığa gəlməmişlər.

27. Nə qədər ki, 2009-cu il müqaviləsinin qüvvədə olma müddəti 20 il müəyyən edilmiş, müqavilənin vaxtından əvvəl xitamı və ya yeni öhdəliklə əvəz edilməsi barədə tərəflər razılığa gəlməmiş, həmçinin, 2014-cü il müqaviləsi 1 il müddətinə bağlanmış, 2014, 2015 və 2016-cı illər üzrə hər il əlavələr imzalanmış və bu əlavələr tərəflərin müqaviləni növbəti dövr üzrə uzadılması hesab edilmiş, 2016-cı ildən sonra müqavilənin şərtinə əsasən növbəti əlavə imzalanmamış, ya da müqavilənin uzadılması barədə razılıq əldə e dilmədiyindən 2014-cü il müqaviləsi 2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək qüvvədə olmuşdur. Tərəflər arasındakı münasibətlərdən aydın olur ki, tərəflər hazırda da qarşılıqlı fəaliyyət göstərir, 2009-2014-cü illər, həmçinin 2017-ci il 1 yanvar tarixindən sonra iddia qaldırılanadək olan dövr üzrə 2009-cu il müqaviləsi üzrə münasibətlər davam edir. 28. 2009-cu il müqaviləsinin 7.2-ci bəndində tərəflər arasında mübahisənin Beynəlxalq Ticarət Palatasının Arbitrajının reqlamenti əsasında təyin edilmiş arbitr tərəfindən İsveçrədə baxılması razılaşdırıldığından, ən əsası həmin müqavilə hazırkı gündə qüvvədə olduğundan, müqavilə üzrə tərəflər arasında razılaşdırılmış aidiyyət tətbiq olunmalı və mübahisəyə müvafiq olaraq İsveçrənin Cenevrə şəhərində baxılmalıdır.

29. Məhkə mə bu qərardadını MM-in 531.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 40.2, 261.0.1, 262.1, 262.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 30. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin eyni tarixli eyni saylı digər qərardadı ilə iddia fiber optik kabel cütləri və ATS binalarında avadanlıqların yerləşdirilməsinə dair borc məbləğinə aid hissəsində baxılmamış saxlanılmışdır (hakim – A.Oruczadə). 31. 1-ci instansiya məhkəməsinin qərardaddakı mövqeyi aşağıdakı kimi olmuşdur.

32. Tərəflərin məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasında riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutduqda 2) tərəflər arasındaki müqavilə ilə nəzərdə tutduqda. Mübahisələrin həllinin pretenzi ya qaydasına riayət olunmasının məcburiliyi mübahisə tərəfləri arasında bağlanmış müqavilədə də nəzərdə tutula bilər. Nəzərə almaq lazımdır ki, qüvvədə olan mülki prosessual qanunvericilik pretenziyanın məzmununa dair hər hansı tələb müəyyən etmir. Digər tərəfdən, mübahisənin məhkəməyə verilməsindən əvvəl onun həlli üçün tərəflərin qarşılıqlı razılığının əldə olunacağına dair müqavilədə göstərilənlər mübahisə tərəflərinin iradəsinin ifadəsi olduğu üçün onların müqavilədə bağlanan zaman gələcəkdə yarana biləcək mübahisəni məhkəməyə qədər nizamlamaq arzusunu bildirir. Ona görə də buradan belə nəticəyə gəlmək olar ki, mübahisə tərəfləri arasında bağlanmış müqavilədə nəzərdə tutulan mübahisələrin qarşılıqlı razılıqla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunmasına dair müddəa mü bahisənin həllinin pretenziya qaydasının tətbiqi haqqında tərəflərin razılaşması kimi qiymətləndirilməlidir. 33. iddiaçı kabel-kanalizasiya qurğularından istifadəsi barədə müqavilədən yaranmış mübahisənin məhkəmədənkənar həlli üçün cavabdeh-ə müraciət etmiş, bu zaman tərəflər arasında bağlanmış kabel-kanalizasiya qurğularından istifadə haqqında müqaviləyə istinad etmiş, lakin yaranmış mübahisənin fiber-optik kabel cütlərindən istifadəsi və ATS binalarında avadanlıqların quraşdırılması ilə bağlı hissədə ümumiyyətlə, hər hansı bir tədbir görməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından da aydın olmuşdur ki, məhkəmədə iddia qaldırılanadək, tərəflər arasında bir neçə dəfə kabel-kanalizasiya qurğularından istifadəyə görə yaranmış borc məbləğləri ilə bağlı dəyirmi masa keçirilmiş, lakin danışıqlar baş tutmamışdır. iddiaçıin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatından qeyd etmişdir ki, pretenziya məktublarında sadəcə kabel-kanalizasiya qurğularından istifadəyə dair müqaviləyə istinad edilsə də, son olaraq infrastrukturdan istifadəyə görə yaranmış borc tələb edilmişdir.

34. Qanunvericiliyin ruhundan, həmçinin, tərəflər arasında bağlanmış ikitərəfli müqavilələrin məzmunundan aydın olduğu kimi, tərəflər hər iki növ predmet üzrə bağlamış olduqları müqavilələrdə məhkəmədənkənar danışıqların həyata keçirilməsini razılaşdırmışlar. iddiaçı-in qaldırdığı bir növ müqavilə üzrə göndərilmiş pretenziyanın olmasına görə, qanunvericiliyin bu tələbinə riayət edilməsi anlamına gəlməməlidir. Tərəflər arasında müqavilə azadlığı, iradə sərbəstliyi prinsipinə uyğun olar aq müxtəlif predmetə dair çox sayda müqavilələr bağlanıla bilər, həmin müqavilələrdə əgər məhkəmədənkənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdursa, bu zaman tərəflər hər bir mübahisə yaranmış müqavilələrə dair pretenziya qaydasına riayət etməli, ayrı-ayrılıqda məktublar şəklində olmasa da, bir müraciətdə bütün mübahisə yaranmış müqavilələr üzrə danışıqlara cəhd edilməlidir.

35. Qanunvericiliyin iddia tələbinin fiber-optik kabel cütlərindən istifadəsi və ATS binalarında avadanlıqların quraşdırılması barədə müqavilələr üzrə iddiaçı mübahisənin məhkəmədənkənar qaydasına riayət etmədiyindən, iddia həmin hissədə baxılmamış saxlanılmalıdır.

36. Məhkəmə bu qərardadını MM-in 531.1-ci, MPM-in 4.2, 4.3, 150.0.7, 259.0.1, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu nun ““Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”” 2011-ci il 31 mart tarixli 3 saylı qərarının 4.1-ci bəndinə istinad edərək əsaslandırmışdır. 37. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin eyni tarixli eyni saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh-dən 593.487,52 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq iddiaçı-ə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – A.Oruczadə).

38. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

39. İddia tələbləri iki hissəyə ayrılır: 1) kabel-kanalizasiya qurğularından; 2) telefon rabitəsi və portdan istifadəyə görə yaranmış borc tələbi. 40. 1-ci iddia tələbi üzrə müəyyən edilmişdir ki, 2014-cü il müqaviləsi üzrə yaranmış qarşılıqlı öhdəliklər iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən isə qismən icra edilmişdir.

41. Kabel-kanalizasiya qurğularından istifadəsi barədə tərəflər arasında 2009 və 2014-cü il müqavilələri bağlanmışdır. iddiaçı iddia tələbində hər iki müqaviləyə istinad etsə də, məhkəmə araşdırması zamanı iddiaçı-in nümayəndəsinin verdiyi izahatlarında 2014-cü il müqaviləsinin bağlanması ilə 2009-cu il müqaviləsi üzrə öhdəliyə novasiya nəticəsində xitam verildiyini, 2014-cü il müqaviləsinin hazırda da qüvvədə olduğunu qeyd etmiş, cavabdeh tərəfindən kabel-kanalizasiya qurğularından istifadəyə görə 2019-cu il 1 avqust tarixinə yaranmış 1.574.946 manat borc məbləğini tələb etmişdir. Məhkəmə 2009-cu il müqaviləsinə 19 dekabr tarixli e-2-2(81)-1048/2019 saylı q ərardadla münasibət bildirmişdir.

42. Tərəflər arasında sonrakı dövrlərdə hər hansı bir yazılı razılıq olmasa da, müqaviləyə edilmiş əlavələr müqavilənin uzadılmasına səbəb olan tərəflərin razılığı kimi qəbul edilməlidir. Təsadüfi deyildir ki, 2014-cü ildən başlayaraq hər il növbə ilə 3 əlavə imzalanmışdır. Belə ki, müvafiq olaraq hər üç əlavə, müqavilənin 2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək əhatə edən dövr üzrə kabel kanalizasiya qurğularından istifadə nəticəsində aylıq və illik olaraq istifadə haqqını müəyyən etmişdir. Belə halın olması isə birbaşa olaraq sübut etmişdir ki, tərəflər arasında yazılı razılıq olmasa belə, tərəflər müqavilə münasibətlərini əlavələr bağlayaraq davam etdirmiş və müqavilənin şərtlərinə əsasən öhdəliklərini müəyyən hissələrdə icra etmi şdirlər. Tərəflər arasında bağlanmış əlavə 3, 2017-ci il 1 yanvar tarixinədək qüvvədə olduğuna görə və həmin əlavədən sonra müqaviləyə digər əlavə daxil edilmədiyindən, eləcə də yazılı razılıq mövcud olmadığından, 2014-cü il müqaviləsi üzrə kabel-kanalizasiya qurğularından istifadə barədə müqavilənin qüvvədə olduğu müddət 2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək müəyyənləşdirilmişdir.

43. Göstərilən dövrlər (2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr) üzrə cavabdeh-in kabel-kanalizasiya qurğularından istifadəsi nəticəsində mövcud olan istifadə haqqı əlavələr əsasında müəyyən edilir. Belə ki, işdə olan əlavə 1-ə əsasən, 2014-cü il 1 yanvar tarixindən 2015-ci il 1 yanvar tarixinədək istifadə haqqı 359.592,60 manat; əlavə 1 ləğv olunduqdan sonra qəbul edilmiş əlavə 2-yə əsasən, 2015-ci il 1 yanvar tarixindən 2016-cı il 5 yanvar tarixinədək istifadə haqqı 325.789,8 manat; əlavə 2 ləğv edilmədən bağlanmış əlavə 3-ə əsasən, 2016-cı il 5 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixədək istifadə haqqı 125.282,4 manat (10.440,2 x 12 ) və həmin dövr üçün qüvvədə olan əlavə 2-yə əsasən istifadə haqqı 325.789,8 manat müəyyən edilmişdir. Göründüyü kimi, 2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək kabel kanalizasiya qurğularından istifadə haqqı ümumilikdə, 1.136.454,60 (359.592,60+325.789,8 +(125.282,4+325.789,8)) manat təşkil etmişdir.

44. Belə ki, 2017-ci il 24 yanvar tarixinə iddiaçı-in cavabdeh-ə 484.773,93 manat məbləğində borcu qalmışdır. Qeyd olunan borc üzrə iddiaçı ödənişlər həyata keçirmiş və bu ödənişləri təsdiq edən ödəniş tapşırıqlarını məhkəmə iclasında təqdim etmişdir. Həmin ödəniş tapşırığlarında qeyd olunan 484.773,93 manat borcun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmışdır. Belə olan halda üzləşmə aktında göstərilən 484.773,93 manat borcun iddiaçı tərəfindən ödənilməsi sübuta yetirildiyindən cavabdeh-in borcların əvəzləşdirilməsi ilə bağlı irəli sürdüyü mülahizəsi tam əsassızdır. 45. 2017-ci il 1 yanvar tarixinə cavabdeh-in iddiaçı-ə 1.153.368,14 manat borc məbləği olsa da, sırf kabel-kanalizasiya qurğularından istifadəyə görə borc məbləği həmin dövrədək qüvvədə olan 2014-cü il müqaviləsinə, onun əlavələrinə əsasən 1.136.454,60 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı cavabdeh borcun ödənişinin təsdiq kimi ödəniş tapşırıqlarını təqdim etmiş, iddiaçı də həmin dövrə olan borcdan cavabdeh-in qismən ödəniş etdiyini etiraf etmişdir. Lakin bu ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən 570.609,73 manat məbləğində ödənişlər həyata keçirilmişdir. iddiaçı bu ödənişlərin 542.967,08 manat hissəsinin kabel-kanalizasiya qurğularından istifadəyə əsasən edildiyini qeyd etmiş, cavabdeh-in nümayəndəsi isə öz izahatında həmin ödənişlərdən 553.440 manat hissəsinin kabel-kanalizasiya qurğularından istifadəyə əsasən ödənildiyini, qalan məbləğin FOL müqavilələri üzrə yaranmış borc məbləği ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 570.609,73 manat məbləğində pulun ödənilməsi ödəniş tapşırığlarında öz əksini tapsa belə, həmin ödənişlərin yalnız 542.967,08 manat hissəsi kabel-kanalizasiya qurğularından is tifadəsi nəticəsində yaranmış istifadə haqqının ödənilməsidir. Belə ki, ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər kabel kanalizasiya qurğuların və fiber-optik kabel cütlərindən istifadəsi barədə müqavilələr əsasında həyata keçirilmişdir. 46. cavabdeh ödənişlərin 553.440 manat hissəsinin kabel-kanalizasiya qurğularından istifadəyə görə həyata keçirdiyini qeyd etsə belə, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bununla da ödənilmiş məbləğin 542.967,08 manat hissəsi kabel-kanalizasiya qurğularından istifadəyə aid olması iddiaçı-in izahatı, iş materiallarına əlavə edilmiş vergi hesab fakturaları, həmçinin iddiaçı-in təqdim etdiyi kontokorrent vərəqəsi ilə təsdiq olunduğundan və həmin ödənişin artıq olması cavabdeh tərəfindən s übuta yetirilmədiyindən kabel-kanalizasiya qurğularından istifadəsi barədə müqavilə üzrə 2014-cü il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə cavabdeh tərəfindən 542.967,08 manat ödəniş edilmişdir.

47. Beləliklə, kabel-kanalizasiya qurğularından istifadəyə görə cavabdeh ödənilməmiş məbləğ 593.487,52 manat (1.136.454,60-542.67,08) təşkil edir. tərəfindən

48. Telefon rabitəsindən və portdan istifadəyə görə yaranmış borca gəldikdə isə, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında mütəmadi olaraq telefon rabitəsindən və portdan istifadə ilə bağlı müqavilələrin layihələri barəsində yazışmalar, müzakirələr aparılsa da, müvafiq müqavilə bağlanmamış, tərəflər arasında ümumiyyətlə müqavil ə münasibətləri mövcud olmamışdır. cavabdeh öz izahatında telefon rabitəsindən və portdan istifadəni təsdiq etsə belə, istifadənin hansı şərtlər əsasında həyata keçirildiyini, həmçinin hansı qiymət normasının tətbiq olduğunu bildirməmişdir. Sübutetmə yükü iddiaçı-in üzərinə düşdüyündən iddiaçı telefon rabitəsindən və portdan istifadənin hansı şərtlər əsasında həyata keçirildiyini sübuta yetirilməli və göstərilmiş məbləğlərin 697,85 manat və 8.453,92 manatın hansı qiymət norması əsasında hesablandığını göstərməli idi. Lakin iddiaçı bununla bağlı hər hansı sənədi, borcun hesablanma qaydası barədə sübutu məhkəməyə təqdim etməmişdir.

49. Məhkəmə bu qənaətini MM-in 324.5, 373.2, 375.2, 377.2, 380.1, 380.2, 385.1, 404.1, 404.2, 442, 448.1-ci, MPM-in 14.2, 77.1, 107, 119.1, 217.3-cü maddələrinə i stinad edərək əsaslandırmışdır. 50. cavabdeh 2020-ci il 12 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 51. iddiaçı 2020-ci il 13 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

52. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 22(103)-506/2020 saylı qətnaməsi ilə iddiaçı-in apellyasiya şikayəti təmin edilməmiş, cav abdeh-in apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-2(81)-1048/2019 saylı qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdeh-dən 451.073 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 54. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2019 tarixli 19 dekabr tarixli iki qərardadı ilə iddianın 2009-cu il müqaviləsi üzrə kabel-kanalizasiya qurğularının istifadəsinə dair borc məbləğinə aid hissəsində icraata xitam verilmiş, idda fiberoptik kabel cütləri və ATS binalarında avadanlıqlar ın yerləşdirilməsinə dair borc məbləğinə aid hissəsində isə baxılmamış saxlanılmışdır. Həmin qərardadlar şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Bu baxımdan, iddiaçı-in şikayətinin həmin hissələri mübahisələndirən dəlillərinin araşdırılması və onlara qiymət verilməsi zərurəti aradan qalxmışdır. Belə olan halda iddiaçı-in apellyasiya şikayətinin qətnaməni – “2009-cu il 9 noyabr tarixdə daxil edilmiş 2 saylı əlavə protokolun cavabdeh-in ödəniş öhdəlikləri ilə bağlı təxirəsalıcı şərt müəyyən edən bəndinin cavabdeh-in mənfəətlə işlədiyi 2014-cü maliyyə ilinin sonundan qüvvədən düşməsi və fiberoptik kabellərin çəkilməsi ilə bağlı 363.568,86 manat, EATS binalarında yerləşdirilmiş avadanlıqlara görə 25.434,72 manat məbləğində borc tələbi hissələrində” mübahisələndirən dəlilləri əsassız dır. Ona görə də qeyd olunan qərardadlar nəzərə alınmaqla, qətnamə ilə həmin hissələrdə iddiaçı-in tələblərinin rədd olunması əsaslıdır.

55. Tərəflər arasında telefon rabitəsindən və portdan istifadə ilə bağlı müqavilə olmadığından birinci instansiyası məhkəməsinin qətnamsi iddianın 697,85 manat və 8.453,92 manat borc məbləğləri hissələrdə rədd olunması hissəsində də əsaslıdır. 56. cavabdeh-in şikayətinin dəlilləri aşağıdakılara görə əsaslıdır. 57. 2014-cü il müqaviləsinə tərəflər arasında həmin müqaviləyə müəssisə rəhbərləri səviyyəsində imzalanıb müəssisənin möhürləri ilə təsdiq olunmuş 2014-cü il 8 aprel tarixində 1 saylı Əlavə ilə 359.592,60 manat, 2015-ci il 1 yanvar tarixində həmin 1 saylı Əlavə ləğv edilərək 2 saylı Əlavə qəbul edilməklə 325.789,80 manat, 2016-cı il 5 yanvar tarix ində isə 3 saylı Əlavə ilə 10.440,20 manat illik istifadə haqqı müəyyənləşdirilmişdir.

58. Daha sonra, 2017-ci il 24 yanvar tarixində tərəflər müəssisə rəhbərləri səviyyəsində qarşılıqlı üzləşmə aktına imzalayıb, müəssiənin dairəvi möhürləri ilə təsdiq etmiş və həmin akta əsasən cavabdeh-in “kabel-kanalizasiya qurğularından istifadəyə görə” iddiaçı-ə 2017-ci il 1 yanvar tarixinə 484.773,93 manat məbləğində borcu olması təsbit olunmuşdur.

59. Bundan sonra, 2014-cü il müqaviləsinə başqa bir Əlavə edilməmiş, beləliklə də müqavilə münsibətləri faktiki olaraq 2017-ci il 1 yanvar tarixinə kimi davam etmişdir. 60. cavabdeh-in 2017-ci il 1 yanvar tarixindən etibarən müqavilə müddətinin uzadılması barədə razılığa gəlmədiyi və belə bir qüvvəyə minmiş müqaviləyə Əlavənin mövcud olmadığı mübahisələndi rildiyi halda və həmin tarixdən sonrakı dövr üçün faktiki olaraq onun ödənişlərdən imtina etdiyi nəzərə alındıqda 2014-cü il müqaviləsinin müddətinin uzadılması barədə razılaşma bağlanmış hesab edilə bilməz.

61. Digər tərəfdən, nə qədər ki, cavabdeh tərəfindən 2017-ci il 1 yanvar tarixindən etibarən 2014-cü il müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlinmədyi mübahisələndirilir, belə razılaşma mövcud olsa belə, cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməyərək mübahisələndirildiyinə görə, MM-in 337.2-ci maddəsi baxımından etibarsızdır.

62. Ona görə də qeyd olunanlar nəzərə alınaraq iddiaçı-in 2014-cü il müqaviləsinin 2017-ci il 1 yanvar tarixindən sonra da uzadılmış hesab edərək həmin tarixdən sonrakı dövr üçün cavabdeh-ə hesabladığı borc məbləğləri işin hallarına və mülki qanunvericilyin tələblərinə uyğun deyildir. Belə olan halda, həmin müqavilədən irəli gələn borc münasibətləri 2017-ci il 24 yanvar tarixində tərəflər arasında imzalanmış qarşılıq üzləşmə aktında təsbit olunan göstəricilərə uyğun həll olunmalıdır. Həmin üzləşmə aktına əsasən isə cavabdeh-in iddiaçı-ə fiber-optik kabel cütlərindən və kabel kanalizasiya quruğularından istifadə haqqına görə yaranmış borcu ümumilikdə 1.153.368,14 manat təşkil edir. Göründüyü kimi, burada ayrı-ayrılıqda adı çəkilən komponentlər üzrə istifadə haqqı göstərilməmişdir.

63. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə kabelkanalizasiya qurğularından istfadə haqqını müəyyənləşdirərərkən 2014-cü il müqaviləsinə edilmiş əlavələrdə təsbit olunan göstəricini (1.136.454,60 manat) əsas götürməklə, b u zaman iddiaçı-in müvafiq ödənişlərini və qarşılıqlı üzləşmə aktında tərəflər arasında mübahisələndirilməyən borcun miqdarını nəzərə almamış və 2014-2016-cı illər üzrə kabel-kanalizasiya qurğularından istifadəyə görə yaranmış borcuna görə, iddiaçı-in təqdim etdiyi vergi hesab fakturaları, ödəniş sənədəlri və kontokorrent vərəqsinə istinadən, cavabdeh tərəfindən 542.967,08 manat məbləğində ödəniş edidiüyini qeyd edərək hesab etmişdir ki, cavabdeh-in qeyd olunan xidmətə görə iddiaçı-ə olan borcu 593.487,52 (1.136.454,60-542.967,08) manat təşkil edir.

64. Halbuki məhkəmənin istinad etdiyi həmin ödəniş sənədləri, əsasən sub-hesaba aid ödənişlərə aiddir. Kontorkorrent vərəqinə əsasən isə qeyd olunan məbləğ alınmır. Vergi-hesabfakturalarına gəldikdlə isə, ümumiyyətlə, müvafiq ödənişin həyata keçirildini təsdiq edən bank sənədi sayılmır. 65. cavabdeh-in apellyasiya şikayətinin qeyd olunan hissəni mübahisələndirən dəlillərinin tamamilə əsaslı olduğu sübuta yetirilir.

66. Bununla yanaşı, cavabdeh-in apellyasiya şikayətinin qarşıqılı üzləşmə aktında təsbit olunan iddiaçı-in ona olan, internetə qoşulma xidmətləri ilə təmin edilmə haqqı kimi 484.773,93 manat məbləğində borcunun, cavabdeh-in kabel-kanalizasiya qurğularından istifadəyə görə iddiaçıə yaranmış 451.073 manat borcu ilə əvəzləşdirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı-ə qarşı hazırıkı iş üzrə qarşılıqılı iddia tələbi movcud olmadığı halda, məhkəmə tərəfindən belə bir əvəzləşdirilmənin həyata keçirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından mümküns üzdür.

67. Birinci instansiya məhkəməsi işə baxarkən kabel kanalizasiya qurğularından istifadə ilə bağlı işdə olan sübutlara lazımınca hüquqi qiymət verməmiş, həmin hissədə işin bütün faktiki halları aydınlaşdırılmamış, 2014-2016-cı illər üzrə 2014-cü il müqaviləsi üzrə cavabdeh-in iddiaçı-ə olan borcu 451.073 manat təşkil etdiyi halda, sonuncunun xeyrinə cavabdeh-dən 593.487,52 manat tutuluması barədə səhv nəticəyə gəlmişdir.

68. Məhkəmə bu qənaətini MM-in 324.4, 337.2, 405.1-ci, MPM-in 149.1, 149.2.3, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra –“İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır. 69. cavabdeh həmin qətnamədən 2021-ci il 21 yanvar tarixində kassasiya şikayəti verərək qətnamənin id dianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 70. iddiaçı həmin qətnamədən 2021-ci il 5 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 71. iddiaçı eyni zamanda məhkəməyə həmin tarixdə kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli 2-2(103)-506/2020 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri 72. 2014-cü il müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə əsasən, müqavilə 2014-cü il 1 yanvar tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədə olacaqdır. Bu müddətdə hesablaşmalar təhlil olunmaqla və telekommunikasiya sektorunun mövcud durumu nəzərə alınmaqla müqavilənin müddətinin bitməsinə bir ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyi halda, müqavilənin müddəti tərəflərin razılığı ilə növbəti eyni dövr üçün uzadılmış sayılır. Müqavilənin hər bir tərəfi Müqavilənin digər tərəfinə ən azı 2 təqvim ayı əvvəlcədən yazılı surətdə müvafiq bildiriş göndərməklə Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 2015-ci il 1 yanvar tarixində müqavilənin qüvvədə olma müddəti yekunlaşsa da, tərəflərdən heç biri müqaviləyə birtərəfli qaydada xitam verilməsi haqda müraciət etmə miş və beləliklə, müqavilənin qüvvədəolma müddəti növbəti bir il müddətinə, yəni 2016-cı il 1 yanvar tarixinə qədər uzadılmışdır. 2016-cı il 1 yanvar tarixinə bir ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyindən müqavilənin qüvvədə olma müddəti tərəflərin razılığı ilə növbəti eyni dövr üçün də uzadılmış sayılmalı və bu qayda növbəti illərdə də eyni şəkildə tətbiq edilmişdir.

73. Müqaviləyə edilən əlavələr, müqaviləyə daxil edilmə tarixi göstərilməklə ardıcıllıq əsasında nömrələnir və hər iki təşkilat tərəfindən təsdiqlənir. Ona görə də müqaviləyə edilmiş müvafiq əlavələr, Əlavə 3 də daxil olmaqla müqavilənin ayrılmaz tərkib hissəsi və tərəflərin həmin müqavilə üzrə münasibətlərini davam etdirmək iradəsinin ifadəsi hesab olunmalıdır. Əlavə 3 onu göstərir ki, tərə flərin iradəsi müvafiq münasibətlərin 2016-cı il 1 yanvar tarixindən sonra da davam etdirilməsinə yönəldilmişdir. Yəni müqavilədə qeyd edilən “növbəti eyni dövr üçün uzadılmış sayılır” ifadəsi yalnız müqavilənin onda nəzərdə tutulan müddətin bitməsindən dərhal sonra gələn müddətə münasibətdə deyil, eyni qaydada növbəti eyni müddətlərə də şamil edilməlidir.

74. Bundan əlavə, tərəflər 2016-cı il 4 iyul tarixində yeni akt imzalayaraq müqaviləyə 2016-cı il 5 yanvar tarixində daxil edilən əlavəyə düzəliş etmişlər. Yəni, 2016-cı il 4 iyul tarixində tərəflər 2014cü il Müqaviləsinin qüvvədə olmasını (2016-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün qüvvəsinin uzadılmasını) təsdiq etmişlər.

75. Həmçinin 2017-ci il 24 yanvar tarixli qarşılıqlı üzləşmə aktı onun imzalandığı anadan tərəflər arasındakı qarşılıqlı borcları müəyyən etmiş, bu zaman həmin borcların hesablanması məhz 2014cü il müqaviləsi və ona əlavələrə uyğun aparılmışdır. Yəni 2017-ci il 24 yanvar tarixində cavabdeh öz imzası və möhürü ilə təsdiq etmişdir ki, tərəflər arasındakı münasibətlər 2014-cü il tarixli müqavilə və ona əlavələrlə tənzimlənməkdə davam edir. cavabdeh bu qarşılıqlı üzləşmə aktının məzmununu heç vaxt mübahisələndirməmiş, ondan irəli gələn öhdəliklərini məhkəmədə də qəbul etmiş və hətta iddia etmişdir ki, həmin aktı tam icra etmişdir. Tərəflər bu üzləşmə aktında 2014-cü il müqaviləsi üzrə aralarındakı hesablaşmaların davam etdiyini qəbul ediblər, bu da o deməkdir ki, həmin müqavilə 2017-ci il üçün də tərəflər arasındakı münasibətləri tənzimləmişdir.

76. Maraqlıdır ki, cavabdeh 2014-cü il müqaviləsinin ya lnız 2016-cı il 1 yanvar tarixinədək qüvvədə ola biləcəyini iddia etdiyi halda, apellyasiya instansiya məhkəməsi bu müqavilənin 2017-ci il 1 yanvar tarixinədək qüvvədə olduğunu qəbul edir.

77. Kassasiya şikayəti MM-in 324.5, 337.2, 404.1, 404.2, 527.1, 531.1, 560-cı maddələrinə, Beynəlxalq Ədalət Məhkəməsinin “Nikaraqua ABŞ-a qarşı” iş üzrə qərarına istinad etməklə əsaslandırılmışdır. a) cavabdehin kassasiya şikayətinin dəlilləri 78. 2017-ci il 24 yanvar tarixli qarşılıqlı üzləşmə aktına əsasən, iddiaçı-in internetə qoşulma xidmətləri ilə təmin edilmə haqqı kimi cavabdeh-ə 484.773,93 manat məbləğində borcu müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinə əsasən, həmin üzləşmə aktı üzrə kabelkanalizasiya qurğularından istifadə haqqı kimi cavabdeh-in iddiaçı-ə 451.073 manat qalıq bor cunun olduğu müəyyən edilmişdir. cavabdeh iddiaçı-ə 451.073 manat qalıq borcunun iddiaçı-in cavabdehə olan 484.773,93 manat borcunun müvafiq hissəsi, yəni 451.073 manata bərabər hissəsi ilə əvəzləşdirildiyini və bu səbəbdən cavabdeh-dən iddiaçı-in xeyrinə heç bir məbləğ tutulmamalı olduğunu bildirsə də, apellyasiya məhkəməsi MPM-in 149.1, 149.2.3 və 218.3-cü maddələrinə istinad edərək, cavabdeh-in bu dəlillərini ümumiyyətlə nəzərə almamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmişdir.

79. Apellyasiya məhkəməsi qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair iddiaçı-in ərizəsini üzrlü səbəb olmadan təmin etmiş, bununla da mübahisənin qanunauyğun və ədalətli həllinə mane olan prosessual pozuntuya yol vermişdir.

80. Kassasiya şikayəti MPM-in 133.1, 135.5, 386, 402, 405.0.1, 416, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

81. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

82. Məhkəmə iclasında iştirak edən cavabdeh-in vəkili kassasiya şikayətini müdafiə etdiyini, iddiaçı-in kassasiya şikayəti ilə razı olmadığını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

83. İddia tərəfi məhkəmə iclasının va xtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

84. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

85. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı bütövlükdə və cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

86. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallar ı yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

87. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanad ək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün müh üm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada ba ğlanır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləş dirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.” “Maddə

545. Tələblərin əvəzləşdirilməsinin yolverilməzliyi 545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edi lməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir. 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.”

88. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.”...” “Maddə

133. Prosessual müddətlərin bərpası... 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.... 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.... 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardadda n işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə

149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslə rin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam veril məsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir....”

89. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit prob ation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§ 68). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

90. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 2-2(103)-506/2020 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddiaçı-in kassasiya şikayəti qismən təmin edilməli, cavabdeh-in kassasiya şikayəti təmin edilməməlidir. 91. iddiaçı-in dəlilləri (bax yuxarıda §§ 72-76) 2014-cü il müqaviləsinin hazırda da qüvvədə olmasının əsaslandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin bu məsələ i lə bağlı mövqeyini əsassız hesab edir.

92. Apellyasiya instansiyası məhkəməsi 2014-cü il müqaviləsinin 2017-ci il 1 yanvar tarixinədək davam etməsinə dair nəticəni əsaslandırarkən aşağıdakı dəlillərə istinad etmişdir: 2016-cı il 5 yanvar tarixli 3 saylı Əlavədən sonra 2014-cü il müqaviləsinə başqa Əlavənin edilməməsi, 2017-ci il 24 yanvar tarixində tərəflərin müəssisə rəhbərləri səviyyəsində qarşılıqlı üzləşmə aktını imzalayıb, müəssisənin dairəvi möhürləri ilə təsdiq etməsi, həmin akta əsasən cavabdeh-in “kabel-kanalizasiya qurğularından istifadəyə görə” iddiaçı-ə 2017-ci il 1 yanvar tarixinə 484.773,93 manat məbləğində borcunun olmasının təsbit edilməsi, beləliklə də həmin müqavilə üzrə münasibətlərin faktiki olaraq 2017-ci il 1 yanvar tarixinə kimi davam etməsi, cavabdeh-in 2017-ci il 1 yanvar tarixindən etibarən müqavilə müddətinin uzadılması barədə razılığa gəlmədiyi, belə bir qüvvəyə minmiş müqaviləyə Əlavənin mövcud olmadığını mübahisələndirdiyi, həmin tarixdən sonrakı dövr üçün faktiki olaraq onun ödənişlərdən imtina etdiyi halda 2014-cü il müqaviləsinin müddətinin uzadılması barədə razılaşmanın bağlanmış hesab edilə bilməməsi, digər tərəfdən, belə razılaşma mövcud olsa belə, cavabdeh tərəfindən 2017-ci il 1 yanvar tarixindən etibarən 2014-cü il müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlinmədyi faktiki olaraq qəbul edilməyərək mübahisələndirildiyinə görə, MM-in 337.2-ci maddəsi baxımından etibarsız olması.

93. Əvvəla, MM-in 421.1 və 423.1-ci maddələrinə (bax yuxarıda § 87) görə, müqavilənin ləğv edilməsi, əgər MM-də və ya müqavilədə ayrı qayda nəzərdə t utulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi haqqında razılaşma, əgər MM-dən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

94. Bundan başqa, hazırda mübahisə predmeti olan 2014-cü il müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə görə, müqavilə 1 il müddətinə qüvvədə olacaq, müddətin bitməsinə 1 ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyi halda, müqavilənin müddəti tərəflərin razılığı ilə növbəti eyni dövr üçün uzadılmış sayılır. Hər bir tərəf digər tərəfə ən azı 2 təqvim ayı əvvəlcədən yazılı surətdə müvafiq bildiriş göndərməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 95. 2014-cü il müqaviləsində bu müqaviləyə xitam verilməsinin başqa qaydası nəzərdə tutulmamışdır.

96. Hər h ansı tərəfin digər tərəfə müqaviləyə xitam verilməsi haqda müraciət etməsi, yaxud müqaviləyə birtərəfli qaydada xitam verilməsi haqda yazılı bildiriş göndərməsi işin materialları ilə müəyyən olunmur.

97. Göründüyü kimi, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gələrək 2014-cü il müqaviləsini imzalamış, müqavilənin xitam edilməsi qaydasını, bununla bağlı hüquqlarını müqavilədə müəyyən etmiş, lakin həmin hüquqlardan istifadə etməmişlər.

98. Halbuki cavabdeh əgər həqiqətən də 2014-cü il müqaviləsinin xitam olunmasını arzulayırdısa, müvafiq qaydada iddiaçı-ə bu barədə müraciət edərək və ya yazılı bildiriş verərək asanlıqla müqavilənin xitamına nail ola bilərdi. Hər halda bu hərəkətin edilməsi üçün hər hansı maneənin olması işin materialları ilə müəyyən edilmir.

99. Eyni zamanda, işi n materiallarından görünür ki, tərəflər MM-in 421.1 və 423.1-ci maddələrinə uyğun olaraq, müqavilənin ləğv edilməsi barədə yazılı razılaşma da imzalamamışlar.

100. Beləliklə, tərəflər nə MM-ə, nə də 2014-cü il müqaviləsinə uyğun olaraq bu müqavilənin xitamı və ya ləğvi barədə iradə ifadə etmiş, bu istiqamətində birlikdə və ya ayrı-ayrılıqda real addımlar atmışlar. 101. 2016-cı il 5 yanvar tarixli 3 saylı Əlavədən sonra 2014-cü il müqaviləsinə başqa Əlavənin edilməməsi isə yuxarıda göstərilən səbəbdən MM və 2014-cü il müqaviləsinin istinad olunan müddəaları baxımından müqavilənin xitam edilmiş kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. 102. 2017-ci il 24 yanvar tarixli qarşılıqlı üzləşmə aktına gəldikdə, həmin akt yalnız 2017-ci il 1 yanvar tarixinə tərəflərin bir-birinə olan borcların ın təsbit edilməsi üçün tərtib edilmişdir, ona görə də tərəflər arasında müqavilə münasibətlərinə son verən sənəd kimi qiymətləndirilə bilməz. Qeyd etmək lazımdır ki, müasir işgüzar təcrübədə tərəflər arasında müqavilələr qüvvədə ola-ola belə aktların tərtib olunması hallarına tez-tez rast gəlmək mümkündür.

103. Eyni zamanda, cavabdeh tərəfindən müqaviləyə Əlavənin mövcud olmadığının mübahisələndirilməsi, həmin tarixdən sonrakı dövr üçün faktiki olaraq onun ödənişlərdən imtina etməsi də müqavilənin xitamına dəlalət etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh ötən dövr ərzində müqavilənin xitamı (ləğvi) üçün MM-ə və müqaviləyə uyğun real addımlar atmamış, qarşı tərəfə müraciət etməmiş, yazılı bildiriş verməmişdir. Halbuki həmin hərəkətlərin edilməsi üçün heç bir maneə olmamışdır. Eyni zamanda, tərəflər arasında bu istiqamətdə yazılı razılıq da əldə olunmamışdır.

104. Müqavilənin ləğvi barədə razılaşma mövcud olsa belə, cavabdeh tərəfindən 2017-ci il 1 yanvar tarixindən etibarən 2014-cü il müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlinmədyi faktiki olaraq qəbul edilməyərək mübahisələndirildiyinə görə, MM-in 337.2-ci maddəsi baxımından etibarsız olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə isə, məhkəmə kollegiyası bu qənaəti hazırkı mübahisə üçün keçərli hesab etmir. Belə ki, etibarsız əqd MM-in 337.1-ci maddəsinə görə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir. Hazırkı işdə hər iki tərəfin belə əqd bağlamdıqları halda, bu əqdin etibarsız olacağı barədə əvvəlcədən gəlinmiş nəticə əsassızdır. Ən azından, ona görə ki, həmin razılaşmanın əldə olunması MM-in və 2014-cü il müqaviləsinin tələbidir. Bu razılaşma o zaman etibarsız hesab edilə bilər ki, qanunda nəzərdə tutulmuş tələbləri pozmaqla bağlansın.

105. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin 2014-cü il müqaviləsinin 2017-ci il 1 yanvar tarixindən qüvvəsini itirməsi barədə gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, işin materiallarından görünür ki, həmin müqavilə, MM və bu müqavilənin özü ilə müəyyən edilmiş qaydada xitam edilmədiyindən (ləğv olunmadığından) hazırda da qüvvədə hesab olunmalı, bu səbəbdən də yeni apellyasiya baxışı zamanı iddiaçı-in borc tələbinə 2017-ci il 1 yanvar tarixinədək deyil, iddia ərizəsində qeyd edilən 2019-cu il 1 avqust tarixinədək olan dövr üzrə qiymət verilməli dir.

106. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, nəticədə MPM-nin 217.1-ci maddəsinin (bax yuxarıda § 88) tələblərinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

107. MPM-nin 386, 418.1 və 481.2-ci maddələrinə (bax yuxarıda § 88) uyğun olaraq maddi hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Tətbiq edilməli olan normativ hüquqi aktın məhkəmə tərəfindən tətbiq edilməməsi maddi hüquq pozuntularından biridir.

108. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan hissədə qüvvədə saxlan ıla bilməz, buna görə də həmin hissədə ləğv edilməlidir.

109. Yeni apellyasiya baxışında, yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmalı, mübahisəyə qanunvericiliyin tələblərinə uyğun qiymət verilməlidir.

110. Məhkəmə kollegiyası tərəflərinin borclarının qarşılıqlı əvəzləşdirilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamasına dair cavabdeh-in dəlilləri (bax yuxarıda § 78) ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə mövqeyini əsaslı hesab edir.

111. Borcların əvəzləşdirilməsinin mümkünlüyü MM-də nəzərdə tutulmuşdur. Belə ki, MM-in 540-cı maddəsinə (bax yuxarıda § 87) görə, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. T ələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür.

112. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin 2017-ci il 24 yanvar tarixli qarşılıqlı üzləşmə aktında 2017-ci il 1 yanvar tarixinə bir-birinə olan borcları təsbit etdikləri qarşılıqlı borcların mövcudluğu hazırda da heç bir tərəfdə mübahisə doğurmursa (mübahisəsizdisə), tərəflər məhkəmənkənar danışıqlar yolu ilə razılaşaraq qarşı tərəfin müvafiq həcmdəki öhdəliklərinə (tələblərinə) xitam verə bilərlər.

113. Lakin işin materiallarından görünür ki, cavabdeh-in borcların əvəzləşdirilməsinə dair gətirdiyi dəlillər bütün proses boyu müzakirə predmeti olmuş, birinci instasniya məhkəməsi isə həmin dəlilləri ümumiyyətlə əsassız h esab etmişdir.

114. Bununla bağlı birinci instansiya məhkəməsi öz qətnaməsində belə münasibət bildirmişdir ki, iddiaçı 2017-ci il 24 yanvar tarixinə cavabdeh-ə olan 484.773,93 manat məbləğində borcu üzrə ödənişlər həyata keçirmiş, bu ödənişləri təsdiq edən ödəniş tapşırıqlarını məhkəmə iclasında təqdim etmişdir. Həmin ödəniş tapşırıqlarında qeyd olunan 484.773,93 manat borcun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmışdır. Belə olan halda üzləşmə aktında göstərilən 484.773,93 manat borcun iddiaçı tərəfindən ödənilməsi sübuta yetirildiyindən cavabdeh-in borcların əvəzləşdirilməsi ilə bağlı irəli sürdüyü mülahizəsi tam əsassızdır.

115. Bundan narazı qalan cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də gətirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə borcların qarşıl ıqlı əvəzləşdirilməsini prosessual baxımdan mümkün hesab etməmiş, bunu cavabdeh tərəfindən iddiaçı-ə qarşı hazırkı iş üzrə qarşılıqlı iddia qaldırmaması ilə izah etmişdir.

116. Lakin cavabdeh borcların əvəzləşdirilməsinə dair dəlilləri hazırda kassasiya şikayətində də gətirmişdir.

117. Göründüyü kimi, cavabdeh iddiaçı-in ona olan borcunu ödəməsinə dair mövqe ilə faktiki olaraq razılaşmır. Bu o anlama gəlir ki, həmin məsələ hazırda cavabdeh tərəfindən mübahisələndirilməkdədir.

118. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılmadığından borcların məhkəmədə əvəzləşdirilməsi prosessual baxımdan mümkün deyildi. Ona görə də apellyasiya instansiyası məhkəməsi bu məsələdə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

119. Eyni zama nda, məhkəmə kollegiyası qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair iddiaçı-in ərizəsinin üzrlü səbəb olmadan təmin edilməsinə dair cavabdeh-in dəlilinə (bax yuxarıda § 79) dair aşağıdakıları bildirməyi zəruri hesab edir. Həmin məsələ MPM-in 133-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə həll olunur. Lakin MPM-in 402-ci maddəsinə (bax yuxarıda § 88) görə, apellyasiya instansiyası məhkəməsinin belə qərardadlarından kassasiya şikayəti verilə bilməz

120. Bununla belə, MPM-nin 133.2, 133.4 və 133.6-cı maddələrinin (bax yuxarıda § 88) tələblərinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəmənin iclasında baxılır. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməs ində, qərardadında və qərarında göstərilməlidir. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan tərəflər şikayət verə bilər.

121. Beləliklə, istinad olunan prosessual normalardan görünür ki, prosessual müddətlərə dair məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından həmin məhkəmənin özünə şikayət verilməsi mümkündür.

122. İşin materiallarından görünür ki, cavabdeh-in nümayəndəsi və vəkili ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı-in ərizəsinə 2021-ci il 4 aprel tarixində baxılarkən məhkəmə iclasında iştirak etmiş, ərizənin təmin edilməsinə dair çıxarılan qərardaddan məlumatlı olmuş, habelə qərardad 7 aprel tarixində həmin vəkilin (hazırda cavabdeh tərəfindən kassasiya şikayətini verən də məhz həmin vəkildir) “Elektron Məhkəmə” informasiya sistemindəki kabineti nə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən bu qərardaddan şikayət verilməmişdir.

123. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair iddiaçı-in ərizəsinin üzrlü səbəb olmadan təmin edilməsinə dair cavabdeh-in dəlilinin əsaslı olub-olmaması ilə bağlı münasibət bildirməyə prosessual baxımdan lüzum görmür.

124. Yuxarıda göstərilənlərə əsasən cavabdeh-in kassasiya şikayət əsaslı hesab edilə və orada göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

125. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı-in kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müvafiq hissədə ləğv edilməlidir. Bu, prosessual baxımdan ca vabdeh-in kassasiya şikayətinin nəticə (kassasiya məhkəməsindən xahiş) hissəsi ilə qismən üst-üstə düşsə də (belə ki, cavabdeh də həmin qətnamənin qismən ləğvini tələb edir), ümumilikdə cavabdeh-in kassasiya şikayətinin (onun dəlillərinin) mahiyyət etibarilə əsaslı olması anlamına gəlmir.

126. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçınin kassasiya şikayəti qismən təmin olunsun. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. iddiaçının kassasiya şikayətinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 2-2(103)-506/2020 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün həmin Bakı Apellyas iya Məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 2-2(103)506/2020 saylı qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar