Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-220/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması 24.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)-1033/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır: I. İŞİN HALLARİ
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı”) 2020-ci il 2 dekabr tarixində cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı (bundan sonra birlikdə – “cavabdehlər”) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 18 may tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (sədrlik edən hakim – R.Səmədov).
3. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 8 okty abr tarixli, 2(103)7389/2021 nömrəli qərardadı ilə iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1405/2021 saylı, 2021-ci il 18 may tarixli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir(sədrlik edən hakim İ.Şirinov).
4. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli, 2(103)7389/2021 nömrəli qərardadından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 27 aprel tarixli, 2(102)-2265/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - Ə.Əliyev, hakimlər – B.Qəribov, İ.Hüseynov).
5. Bakı Kommersiya Məhkəməsinin 2 022-ci il 15 iyul tarixli 2-2(113)-493/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (sədrlik edən hakim A.Əliyeva).
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli, 22(105)-1033/2022 saylı qətnaməsi ilə iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommer siya Məhkəməsinin 2-2(113)-493/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2022-ci il 15 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
9. İddiaçı 2023-cü il 24 fevral tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli, 2-2(105)-1033/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh2 2023-cü il 13 fevral tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli, 2-2(105)-1033/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 404-1. 3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10- cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər; 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin t ələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
12. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
13. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
14. İstinad edilmiş müddəanın hazırki halda tətbiqi zamanı belə nəticəyə gəlinir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə tərəf yalnız onun tələbinin qətnamə ilə təmin olunmadığı halda şikayət verə bilər.
15. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi kassasiya şikayəti yuxarıda göstərilən maddənin tələbləri baxımından məqbul hesab edilə bilməz.
17. Göstərilən səbəblərdən, hazırki iş üzr ə Cavabdeh2 kassasiya şikayəti mümkün hesab olunmamalıdır.
18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403.1, 404- 1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 22(103)-1033/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 mart tarixli 2-2(102)-220/2023 saylı qərardadı qismən-həmin şikayətə aid hissədə ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.