Məhkəmə qərarları › İş №2-2(102)-220/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-220/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-220/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 22(103)-1151/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşi n halları

1. Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində 0.06014 ha torpaq sahəsində yerləşən 86b nömrəli binanın yarımzirzəmisi, 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardında 2.536,8 kv.m ümumi, 2.194,2 kv.m əsas, 342,6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 2022-ci il 6 dekabr tarixində saat 14 radələrində ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus “Riva” mehmanxanasında yanğın baş vermiş, nəticədə mehmanxananın çardağı qismən yanaraq yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 20 23-cü il 24 fevral tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən).

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 6 fevral tarixli 10/8429 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 86B ünvanında yerləşən “Riva” mehmanxanasına tikinti üzrə dəymiş maddi ziyan 24.140 manat təşkil edir.

4. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 86B ünvanında yerləşən daşınmaz əmlaka 2022-ci il 6 dekabr tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 3.500 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şə rtləri əsas götürülərək azadolma məbləği hesablanmış zərər məbləğindən çıxılaraq 3.300 manat məbləğində sığorta ödənişi hesablanmışdır ("xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş 2023-cü il 17 mart tarixli sığorta ödənişinin verilməsinə dair bildirişə əsasən).

5. İddiaçı məxsus əmlak 200 manat azadolma məbləği müəyyən edilməklə 53.518 manat məbləğində sığorta edilmişdir (Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 9 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC (bundan sonra – “cavabdeh”) tərəfindən ödənilməmiş, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mehmanxanada (bundan sonra – “mehmanxana”) 2022-ci il 6 dekabr tarixində sa at 14 radələrində baş vermiş yanğın nəticəsində oraya vurulmuş 37.800 manat məbləğində ziyanın və 204 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, mülkiyyətində olan mehmanxanada baş vermiş yanğın nəticəsində mehmanxananın çardağı və çardağın alt hissəsində yerləşən iş otağı, yataq otaqları, yeməkxana, mətbəx yanaraq yararsız hala düşmüş, nəticədə ona 37.800 manat ziyan dəymişdir. Mehmanxana cavabdeh tərəfindən sığortalanmasına baxmayaraq ona dəymiş ziyan ödənilməmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sığorta hadisəsinin baş verməsini qəbul edirlər, dəymiş ziyan (3.500 manat) tərəflərindən hesablanmış, iddiaçıya bu barədə məlumat verilmiş, ona azadolma məbləği çıxılmaqla 3.300 manat sığorta ödənişi təklif edilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmamışdır. Ona görə də iddia tələbinin qismən, 3.300 manat hissədə təmin edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)-1526/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək cavabdehdən 23.940 manat məbləğində pul, 150 manat dövlət rüsumu, ümumilikdə 24.090 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

10. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə 2022-ci il 6 dekabr tarixində sığorta hadisəsinin baş verməsi sübut olunur. Ona görə də iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb e tməkdə haqlıdır. Sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

11. Cavabdeh etirazının əsası kimi məhkəməyə əmlak üzrə ekspert İlqar Zeynalov tərəfindən tərtib edilmiş 2022-ci il 13 dekabr tarixli 1797 saylı hesabatı təqdim etmişdir. Cavabdehin istinad etdiyi həmin sənəd məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin sənəd kifayət qədər güclü, aydın və konkret deyil, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermir. Belə ki, həmin hesabatda zədələnmiş əmlakın ölçüləri və qiymətlərinin hansı qaydada müəyyən edilməsi, ümumiyyətlə, əmlaka baxış keçirilib-keçirilməməsi və ekspert tərəfindən hansı qaydada tədqiqatın aparılması müəyyən olunmur.

12. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddi açı məhkəməyə daha artıq məbləğdə zərər dəyməsini təsdiq edə bilmədiyi üçün sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 6 fevral tarixli 10/8429 nömrəli ekspert rəyi əsas götürülməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 883.1, 922, 926.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, iddia ərizəsinin 3.300 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1151/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində istinad edilən dəymiş zərər barədə hesabat adlandırılan 1 səhifədən ibarət olan sənəd hazırkı iş üzrə mötəbər sübut hesab edilə bilməz. Sübut kifayət qədə r aydın, şübhədən kənar və kifayət qədər müəyyənliyi özündə əks etdirən olmalıdır. Lakin qeyd olunan sənədə nəzər yetirdikdə bu əlamətlərin mövcudluğu müşahidə edilmir. Belə ki, həmin hesabat cinayət məsuliyyətinin olması barədə xəbərdarlıq edilmiş və bu barədə iltizama imza etmiş ekspert tərəfindən imzalanmamışdır. Hesabat, ümumiyyətlə, heç bir faktiki və statistik sənədlərə və məlumatlara əsaslanmamış, səthi formada məlumatların qeyd edildiyi bir kağız daşıyıcıdır.

17. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bilə-bilə yanlış rəy verməsi halında cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş səlahiyyətli ekspertinin kifayət qədər əsaslandırılmış şəkildə verdiyi rəylə bir səhifədən ibarət olan heç bir əsaslandırılma aparılmayan hansı subyekt tərəfindən verilməsi qeyri-müəyy ən olan hesabatı müqayisəli təhlil edərkən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 324.1, 390.1, 390.2, 883.1, 922, 926.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, iddia ərizəsinin 3.300 manat hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Konstitusiyasının 26, 71-ci maddələri və Konstitusiyası Məhkəməsinin Plenumunun “Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə m əhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı üzrə - Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normaları və Plenum Qərarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

22. MM-in 914.1 və 914.2-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi adı çəkilən normaların tələblərini pozaraq heç bir əsas olmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 fevral tarixli 10/8429 nömrəli rəyini onun tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına münasibətdə üstün hesab etmişdir. Qeyd edilməlidir ki, iş materiallarında ekspert rəyi də mövcud deyil, belə bir rəyin olması yalnız Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük tədqiqatçısı, ma yor Nuruyev Rüfət Babaş oğlunun 2023-cü il 24 fevral tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında müəyyən edilir. Belə olduğu halda məhkəmənin həmin rəyi tədqiq etmədən, onun hansı tədqiqat üsulları və metodlarına, hansı məlumat mənbələrinə əsaslanaraq verildiyini müəyyən etmədən rəyin mötəbərliyi barədə nəticəyə gəlməsi maraq doğurur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 2-ci bəndi üzrə - kassator bildirmişdir ki, yuxarıda göstərilən hallar məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və qeyd olunan bəndin tələblərinin pozulduğunu deməyə əsas verir.

24. MPM-in 76, 88, 89, 101, 101-1, 217.4-cü maddələri üzrə - Birinci instansiya məhkəməsinin 2024-cü il 3 aprel tarixli qərard adı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, həmin ekspertizanın aparılmasından imtina edilmiş, imtinanın əsası kimi obyektdə yanğın hadisəsindən sonra təmir-bərpa işlərinin aparılması və buna görə də tikililərin hansı hissələrinin yanğına məruz qalmasının müəyyən edilməməsi göstərilmişdir. Belə olduğu halda məhkəmə iş materiallarında mövcud olmayan sənədə - yuxarıda adı çəkilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda istinad edilmiş ekspert rəyinə əsaslanmaqla iş üzrə yekun nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə heç bir əsas olmadan yuxarıda qeyd edilən qərarda istinad edilən rəyə cavabdeh tərəfindən MM-in 914.1 və 914.2-ci maddələrinə müvafiq qaydada verilmiş qiymətləndirmə hesabatına münasibətdə üstünlük verməklə qanunvericiliyin tələblərini po zmuşdur.

25. Göründüyü kimi, məhkəmə göstərilən halları nəzərə almamaqla işdə mövcud olmayan və qanunvericilikdə sübut kimi qiymətləndirilməsi müəyyən edilməmiş rəyə istinad etməklə göstərilən hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd o lmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin ə vəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdı r”. “Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....” 30. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi;...”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

33. Məhkəmənin iş materiallarında mövcud olmayan ekspert rəyinə istinad etməklə həmin rəyə qiymət vermədən iş üzrə yekun nəticəyə gəlməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, hazırkı işin materiallarına əsasən, sözügedən ekspert rəyi birinci instansiya məhkəməsinin məktubuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük tədqiqatçısı, mayor Nuruyev Rüfət Babaş oğlunun 2024-cü il 14 mart tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir (İİ cild, i/v 2731).

34. Məhkəmənin qanunun tələblərini pozaraq heç bir əsas olmadan həmin ekspert rəyini cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına münasibətdə üstün hesab etməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, cavabdehin təqdim etdiyi dəymiş zərər barədə hesabat adlandırılan 1 səhifədən ibarət olan sənəddə zədələnmiş əmlakın ölçüləri və qiymətlərinin hansı qaydada müəyyən edilməsi, ümumiyyətlə, əmlaka baxış keçirilib-keçirilməməsi və ekspert tərəfindən hansı qaydada tədqiqatın aparılması müəyyən olunmur; həmin hesabat cinayət məsuliyyətinin olması barədə xəbərdarlıq edilmiş və bu barədə iltizama i mza etmiş ekspert tərəfindən imzalanmamışdır; hesabat, ümumiyyətlə, heç bir faktiki və statistik sənədlərə və məlumatlara əsaslanmamış, səthi formada məlumatların qeyd edildiyi bir kağız daşıyıcıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bilə-bilə yanlış rəy verməsi halında cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş səlahiyyətli ekspertinin kifayət qədər əsaslandırılmış şəkildə verdiyi rəylə bir səhifədən ibarət olan heç bir əsaslandırılma aparılmayan hansı subyekt tərəfindən verilməsi qeyri-müəyyən olan hesabatı müqayisəli təhlil edərkən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

35. Göründüyü kimi, işə baxan məhkəmələr cavabdehin təqdim etdiyi hesabatı məhz konkret əsaslandırma aparmaqla qeyri-mötəbər sübut kimi qiymətləndirmiş və iş materia llarında olan ekspert rəyinə istinad etmişlər. Cavabdeh isə özünün kassasiya şikayətində məhkəmələrin istinad etdiyi ekspert rəyinin qeyri-mötəbər olmasını, apellyasiya instansiyası məhkəməsinin həmin rəyə istinad edərkən hansı hüquq pozuntularına yol verdiyini konkret dəlillərlə tutarlı şəkildə əsaslandıra bilməmişdir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM -in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1151/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1151/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar