Məhkəmə qərarları › İş №2-2(102)-221/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-221/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-221/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı ilk, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: yükdaşıma müqaviləsi, müqavilə öhdəliklərinin qarşılıqlı icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “pul” tələbi barədə ilk, Cavabdeh MMC-nin İddiaç ı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1171/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında daşınma və yükdaşıma xidmətləri haqqında 2024-cü il 12 fevral tarixli ** nömrəli müqaviləyə əsasən bu razılaşma tərəflər arasında münasibətləri idarə edir və müştərinin sifarişləri əsasında ekspeditor tərəfindən daşınmanın təmin edilməsi və/və ya yük daşıma xidmətləri və yardımçı xidmətlərin həyata keçirilməsi məsələlərini tənzimləyir. Ekspeditor beynəlxalq qanunlara və hazırkı razılaşmaya müvafiq olaraq, yüklərin daşınmasını təşkil edir ( 1.3-cü bənd). Müştəri bu razılaşmada nəzərdə tutulan vaxtda və müəyyən edilmiş qaydada ekspeditor tərəfindən icra olunan xidmətlərə görə ödəniş edir (2.2.1-ci bənd). Hər bir göndəriş üçün xidmətlərin dəyəri müəyyən edilir və tərəflər arasında ayrı-ayrı qiymət təklifləri kimi, bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan və yüklərə və partiyalara müvafiq olaraq tərtib edilən qoşmada razılaşdırılır (3.1-ci bənd). Qoşmalarda (əlavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora ödəyir (3.2-ci bənd). Ekspeditor icra olunan xidmətlərə görə müştəriyə ABŞ dolları ilə invoys (hesab faktura), Azərbaycan manatı ilə elektron-qaimə göndərir. Ehtiyac olarsa, qaimədə ayrıca bir maddə kimi ƏDV məbləğləri də göstərili r (3.3-cü bənd). Tərəflərdən hər hansı birinin mülkiyyət maraqları və ya nüfuzu digər tərəflə razılaşdırılan öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində pozularsa, sözügedən tərəf vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir (4.1.3-cü bənd). Razılaşma tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır (7.1-ci bənd).

2. Cavabdeh MMC tərəfindən 004199, 075162, 076601, 075160, 000066, 073858, 073830, 245014, 064473, 087526, 084293, 082919, 082960, 078476, 078482, 081927, 081928, 07383000 nömrəli beynəlxalq qaimələrə əsasən müəyyən edilir ki, 2024-cü il 25 mart, 2024-cü il 22 mart, 2024-cü il 12 mart, 2024-cü il 21 mart, 2024-cü il 21 mart, 2024cü il 19 mart, 2024-cü il 14 mart, 2024-cü il 5 aprel, 2024-cü il 1 aprel, 2023-cü il 30 mart tarixli hesab-faktura üzrə mallar daşınmışdır. 3. 2024-cü ilin mart və aprel ayları üzrə olan gömrük bəyannamələri və bəyannamələrin qoşma vərəqlərinə əsasən ilə müəyyən edilir ki, göndərən (ixracatçı) OOO “PO” “NVTZ” RF OOO “VTE” tapşırığı ilə (təmsilçi) "xxxx" MMC (idxalatçı) İddiaçı MMC-yə ünvanlanmış müxtəlif çəkidə olan borular AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir. 4. 2024-cü il 12 fevral tarixli ** saylı müqavilənin 11/24 saylı 2024-cü il 15 aprel tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-661) müştəri ekspeditora 5400 ABŞ dolları, 10/24 saylı 2024-cü 6 aprel il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-665) m üştəri ekspeditora 1800 ABŞ dolları, 09/24 saylı 2024-cü il 3 aprel tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-645) müştəri ekspeditora 3600 ABŞ dolları, 08/24 saylı 2024-cü il 6 aprel tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-624) müştəri ekspeditora 19.800 ABŞ dolları, 07/24 saylı əlavəsinin 2024-cü il 15 aprel tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-491) müştəri ekspeditora 1400 ABŞ dolları, 06/24 saylı əlavəsinin 2024-cü il 28 mart tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-611) müştəri ekspeditora 9000 ABŞ dolları, 05/24 saylı əlavəsinin 2024-cü il 27 mart ta rixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-600) müştəri ekspeditora 1750 ABŞ dolları, 04/24 saylı əlavəsinin 2024-cü il 27 mart tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-505) müştəri ekspeditora 1750 ABŞ dolları ödəyir.

5. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2024-cü il 15 aprel tarixli, 11.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (3 ədəd konteyner üçün) 5400 ABŞ dolları, 2024-cü il 6 aprel tarixli, 10.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1800 ABŞ dolları, 2024-cü il 3 aprel tarixli, 09.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 3600 ABŞ dolları (2 ədəd konteyner üçün), 2024-cü il 6 aprel tarixli, 08.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (11 ədəd konteyner üçün) 19.800 ABŞ dolları, 2024-cü il 15 aprel tarixli, 07.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1400 ABŞ dolları, 2024-cü il 28 mart tarixli, 06.24 saylı hesabfaktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (5 ədəd konteyner üçün) 9000 ABŞ dolları, 2024-cü il 27 mart tarixli, 05.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları, 2024cü il 27 mart tarixli, 04.24 saylı hesab-faktura (invoys) əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları təşkil edir. İş ü zrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan və *; ** qeydiyyat nişanlı nəqliyyat vasitələrində qanunsuz saxlanılan iddiaçıya məxsus malların təhvil verilməsinə, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 30.723 manat məbləğində pulun və yüklərin təhvil veriləcəyi vaxtadək yaranacaq maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2024-cü il 12 fevral tarixli ** nömrəli müqavilə üzrə cavabdeh iddiaçının ixrac və idxal yüklərinin daşınması və ona təhvil verilməsi öhdəliyini üzəri nə götürmüşdür. Cavabdehin əmək münasibətlərindən irəli gələn səbəblərlə əlaqədar sürücülərin iddiaçıya məxsus malları boşaltmaqdan imtina etməsi nəticəsində iddiaçının mülkiyyətində olan mallara qanunsuz məhdudiyyətlər qoyulmuş, bu isə iddiaçının mülkiyyət hüququnun pozulmasına, istehsalat prosesinin dayanmasına və maddi ziyanın yaranmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən malların qanunsuz saxlanılması nəticəsində həm müqavilə öhdəliklərinin icrası ləngimiş, həm də tender əsasında bağlanmış yüksək məbləğli müqavilənin pozulması riski yaranmışdır. Nəticədə iddiaçıya 30.000 manatdan artıq maddi ziyan dəymişdir. Ərizəyə əlavə olunmuş gömrük bəyannamələrindən də görünür ki, cavabdehin qanunsuz sahibliyində saxladığı mallar iddiaçıya məxsusdur, iddiaçı tərəfindən ölkəyə gətirilmiş, iddiaçı tərəfindən idxal gömrük rəsmiləşdirilməsi aparılmışdır. Bununla belə, iddiaçı tərəfindən satın alınmış, ölkəyə gətirilmiş, idxal edilmiş, bütün vergi, gömrük və s. icbari ödənişləri icra edilmiş mallar əsassız və qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılmışdır. Belə ki, 10UX210/99ZB210 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları 3 gün ərzində, 42BZ438/42ZA698 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25512,09 manat dəyərində malları 3 gün ərzində, 99HH253/10ZD253 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25443,19 manat dəyərində malları 13 gün ərzində, 99UU769/20ZA669 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları 3 gün ərzində qanunsuz sahibliyində saxlamışdır. 77XF897/15ZB897 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları və 99BO373/99ZX285 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları hələ də iddiaçıya təhvil verməkdən imtina edir və qanunsuz mülkiyyətində saxlayır. İddiaçının gecikdirilmiş yükləri digər müqavilə tərəfdaşlarına çatdırmaq öhdəliyi vardır. İddiaçı Azərbaycanın ən böyük şirkətindən olan "xxxx" MMC tərəfindən keçirilən tenderdə qalib gələrək, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilənin ümumi dəyəri 9 rəqəmlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC iddiaçı öhdəliklərini icra etmədiyi təqdirdə, müqaviləyə dərhal və birtərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olan halda aydın olur ki, cavabdehin iddiaçının mülkiyyət hüququnu pozması nəticəsində kiçik sahibkarlıq subyekti olan iddiaçı həcminə və mahiyyətinə görə indiyə qədər bağlamış olduğu ən böyük müqavilədən, iri və nüfuzlu biznes tərəfdaşından məhrum ola bilər, bu isə iddiaçının kommersiya maraqlarına, bazardakı işgüzar nüfuzuna bərpası mümkün olmayan zərər vurmaqla, onun sahibkarlıq fəaliyyətinin sonlanması ilə nəticələnə bilər, məhvinə gətirib çıxara bilər. Bu мüqavilənin 3.2-ci bəndinə görə, mallar "xxxx" MMC-yə gec çatdırıldıqda "xxxx" MMC iddiaçıya hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5%-i miqdarında cərimə tətbiq edir. Hazırda bu günə hesablanan cərimə məbləği 10.723 manat təşkil edir. Yuxarıda sadalanan 4 nəqliyyat vasitəsindəki mallar isə iddiaçı tərəfindən cavabdehə xidmət göstərən sürücülərə ümumilikdə 20.000 manat məbləğində xidmət haqqı ödənildikdən sonra iddiaçıya təhvil verilmişdir. Odu r ki, iddiaçıya ümumilikdə 30.000 manatdan çox ziyan dəymişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli qərardadı ilə "xxxx" MMC (bundan sonra-“üçüncü şəxs”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə verərək, cavabdehdən 33.571,26 manat məbləğində cərimə, 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının və 30.000 manat məbləğində maddi ziyanın, cəmi 72.571,26 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı üçün metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə tərəflər arasında 2024-cü il 12 fevral tarixli, ** saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb gətirilməsi üçün cavabdeh tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi cavabdehə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X1” MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh həmin şirkətlərlə müvafiq müqavilə bağlamaqla onların yük avtomobillərini iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib-25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar iddiaçıya təqdim olunsa da, iddiaçı həmin aktları imzalayıb 1 surətini cavabdehə təqdim etməkdən i mtina edib. Buna baxmayaraq, iddiaçı təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhvil-təslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi, bununla iddiaçının təhvil-təslim aktını imzalamaması və onun bir surətini təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar göndərilsə də iddiaçının 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddia ərizəsində iddiaçı “yükün çatdırılmasının gecikdirilməsinə görə” cavabdehə 10.723 manat cərimə hesabladığını qeyd edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Lakin iddi açı iddia ərizəsində yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı iddia ərizəsində yükün çatdırılması ilə bağlı xidmət haqqını bilavasitə müqavilə bağladığı cavabdehə müqavilə şərtlərinə uyğun olaraq rəsmi şəkildə bank vasitəsilə deyil, cavabdehə xidmət göstərən sürücülərə nağd şəkildə ödədiyini, bu məqsədlə 20.000 manat xidmət haqqı ödədiyini qeyd edir və bunun nəticəsində ona həmin həcmdə maddi ziyan dəydiyini bildirir. İddiaçının qeyd etdiyi bu hallar bir sıra suallar yaradır: - əgər bu doğrudursa nə üçün iddiaçı xidmət haqqını rəsmi müqavilə bağladığı və xidmət haqqını ödəmək öhdəliyinin olduğu cavabdehə deyil, yük avtomobilinin sürücüsünə ödəyib? - Nə üçün iddiaçı xidmət haqqını bank vasitəsilə rəsmi qaydada deyil, nağd şəkildə ödəyib? - İddiaçı ödədiyi vəsaiti yükün daşınmasına görə xidmət haqqı hesab edirsə, onda niyə eyni zamanda həmin məbləği maddi ziyan hesab edir və cavabdehdən tələb edir. İddiaçı yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, iddiaçı faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhvil - təslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək əvəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib.

11. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçıya qarşı iddia tələbinin təmin edilməsi, iddiaçıdan 75.650 manat yükdaş ıma xidmətlərinin haqqının, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 316,95 manat dövlət rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 76.286,95 manat pul vəsaitinin tutulub cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfər arasında metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə 2024-cü il 12 fevral tarixli, ** saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb gətirilməsi üçün cavabdeh tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi cavabdehə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X1” MMC-yə, 1 ədədi "xxxx" MMC-nə, 1 ədədi "xxxx" MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh həmin şirkətlərlə mü vafiq müqavilə bağlamaqla onların yük avtomobillərini iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib - 25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar iddiaçıya təqdim olunsa da iddiaçı həmin aktları imzalayıb 1 surətini cavabdehə təqdim etməkdən imtina edib. Buna baxmayaraq, iddiaçı təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhviltəslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi iddiaçının təhvil-təslim aktını imzalamaması və onun bir surətini cavabdehə təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar göndərilsə də iddiaçı cavabdehin 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddiaçı ilk iddia üzrə iddia ərizəsində cavabdeh tərəfindən ona ziyan vurulduğunu göstərsə də yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, cavabdeh faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhviltəslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək ə vəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib.

13. İddiaçı qarşılıqlı iddia tələbinə qarşı etiraz göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.6-cı bəndinə əsasən, ekspeditor, yəni cavabdeh bu müqavilə üzrə xidmətlərin icrasına cəlb etdiyi subpodratçılar və üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə müştəri qarşısında vurulmuş real zərərə görə məsuliyyət daşıyır. Bu üçüncü şəxslər tərəfindən təqdim olunmuş bildirişlərdə müxtəlif nəqliyyat vasitələri ilə daşınmış yüklərin iddiaçıya təhvil verildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, üçüncü şəxslər tərəfindən bu təhvil-təslim barədə, malların iddiaçının hər hansı əməkdaşına təhvil verilməsinə dair heç bir təsdiqedici sənəd təqdim olunmamışdır. Həmin şirkətlər tərəfindən təqdim edilmiş bu bildirişlər yüklərin iddiaçıya təhvil verilmiş olmasına dair təsdiqedici sənəd kimi çıxış etmir və məhkəmə tərəfindən sübut olaraq qəbul edilməməlidir. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş bildirişlərdə qeyd olunan nəqliyyat vasitələri isə, ümumiyyətlə, hazırda mübahisə predmeti kimi çıxış etmir və iş üzrə əlaqəsizdir. Mübahisə predmeti olan nəqliyyat vasitələri yalnız “X1” MMC tərəfindən verilmiş bildirişdə öz əksini tapsa da, bu nəqliyyat vasitələrindəki yüklərin təhvil verilməsinə dair məlumatlar və tarixlər tamamilə əsassızdır. Bildirişdə qeyd edilən tarixlərin doğruluğunu təsdiq edə bilən heç bir konkret sübut və ya sənəd məhkəməyə təqdim edil məmişdir. Habelə, direktorları ayrı-ayrı şəxslər olan bu şirkətlər tərəfindən verilmiş bildirişlərin mətnlərinin hamısının eyni məzmunda, eyni cümlə quruluşunda, identik olaraq eyni formada yazılması bu bildirişlərin görünüş üçün, sırf cavabdeh tərəfindən məhkəməyə təqdim olunması üçün verildiyini göstərir. Bildirişlərin bu qədər oxşar (eyni) olması onların müstəqil şəkildə və obyektiv tərtib edilmədiyini göstərməklə, cavabdehin iddiasının etibarlılığına və obyektivliyinə ciddi şübhələr yaradır. Cavabdeh tərəfindən təqdim edilən sənədlərlə bağlı: Cavabdeh elektron məhkəmə sisteminə çoxlu sayda müxtəlif sənədlər yükləmişdir. Bu sənədlərin əksəriyyətini CMR sənədləri təşkil edir ki, onlar avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi ol ub, malların daşıyıcı tərəfindən yükgöndərəndən yaxşı vəziyyətdə qəbul edilməsini və daşımanın müəyyən edilmiş şəraitdə həyata keçirilməsini əks etdirir və beynəlxalq daşımaların hüquqi çərçivəsində vacib rol oynasa da, malların təhvil-təslim prosesində təhvil-təslim aktını əvəz etmir və malların təhvil alınması ilə bağlı hər hansı bir əhəmiyyətə malik deyil. Malların iddiaçı tərəfindən təhvil alınmasını təsdiqləyə bilən yeganə hüquqi sənəd təhvil-təslim aktıdır. Yalnız bu akt malların iddiaçıya faktiki olaraq təhvil verildiyini və qəbul edildiyini rəsmi şəkildə sənədləşdirə bilər. Bu səbəbdən, cavabdehin CMR sənədlərinə əsaslanaraq malların təhvil verildiyini iddia etməsi əsassızdır. Bundan əlavə, cavabdeh öz ərizəsində xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar g öndərildiyini və iddiaçının cavabdehə 75.650 manat borcu olduğunu iddia edir. Müqavilənin 3.2-ci bəndinə əsasən, qoşmalarda (əlavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri (yəni iddiaçı) xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora (yəni cavabdehə) ödəyir. Bu müqavilə bəndi açıq şəkildə göstərir ki, xidmət haqqının ödənilməsi təhvil-təslim aktlarının imzalanması və malların faktiki olaraq qəbul edilməsi ilə şərtləndirilmişdir. İddiaçı tərəfindən yalnız təhvil alınan malların ödənişləri mütəmadi olaraq icra olunmuşdur və müqavilə öhdəliklərinə uyğun şəkildə həyata keçirilmişdir. Cavabdehin iddia etdiyi 75.650 manat məbləğində borcun yaranması üçün heç bir hüquqi əsas yoxdur, çünki həmin məbləğə dair təqdim edilən elektron qaimə-fakturalar tə hvil-təslim aktları ilə təsdiqlənməmişdir.

14. İddiaçının nümayəndəsi 2024-cü il 12 avqust tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, çatdırılma xidmətinə görə ödəniş etməmişlər. Bu mübahisəsiz haldır. Bu hissədə qarşılıqlı iddianı qəbul edirlər. Hazırkı mübahisənin predmetini təşkil edən problem çatdırılmanın vaxtları ilə bağlıdır. Vaxtında çatdırılma olmayıb.

15. İddiaçının nümayəndəsi 2024-cü il 4 sentyabr tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqı nağd formada ödənilmişdir. Bununla bağlı sübutları yoxdur.

16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 sentyabr tarixli e-2-2(113)3382/2024 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı pulun tutulması t ələbinə dair iddiasının rədd edilməsi, iddia verilərkən ilkin iddiaçı tərəfindən artıq ödənilmiş 193 manat məbləğində dövlət rüsumunun ona qaytarılması, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, iddiaçıdan ƏDV daxil 75.650 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 316,95 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (hakim L.Əliyeva).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında daşınma və yükdaşıma xidmətləri haqqında 2024-cü il 12 fevral tarixli ** saylı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının sifarişi ilə yükdaşımanın həyata keçirilməsini təşkil etməyi, iddiaçı isə göstərilmiş xidmətlər in dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

18. Hazırkı halda cavabdeh tərəfindən iddiaçı üçün 25 ədəd yükmaşını vasitəsilə yükün daşınması təşkil edilsə də, yükmaşınlarının bir neçəsinin AR-in gömrük sərhədindən keçirildikdən sonra boşaldılmasının gecikdirilməsi və sonuncu yükmaşınının hazırkı mübahisə ilə bağlı müvəqqəti təminat tədbiri tətbiq edildikdən sonra icra məmurlarının iştirakı ilə boşaldılaraq iddiaçıya təqdim edilməsi, yəni cavabdehin müqavilə üzrə öhdəliklərinin vaxtında icra etməməsi işin mübahisəsiz hallarıdır.

19. Məhkəmə ilk iddia tələbinə qiymət verərkən qeyd etmişdir ki, həmin tələb mahiyyət etibarilə ilkin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməsi nəticəsində ilkin iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Həmin iddianın qanuni əsaslarını təşkil edən Mülki Məcəllənin 443.1 və 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi müqavilə öhdəliklərinin pozuntusundan irəli gələn maddi zərərin ödənilməsi tələbləri məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, iddiaçıya maddi zərər vurulması, müqavilə öhdəliklərinin pozulması ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, cavabdehin müqavilə üzrə öhdəliyinin pozulmasında təqsiri müəyyən edilsin.

20. Öhdəliyinin pozuntusunun (lazımi qaydada icra edilməməsinin) baş verməsində ilkin cavabdehin təqsirinin mövcud olub-olmaması ilə bağlı məhkəmə bildirmişdir ki, mülki hüquqda təşəkkül tapmış borclunun təqsirlilik prezumpsiyaya əsasən öhdəliyin pozulmasında borclunun təqsirli olması ehtimal edilir və bu halda təqsirsiz olmasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Hazırkı halda isə ilkin cavabdeh yükmaşınlarının vaxtında boşaldılmasının ilkin iddiaçının təqsirli əməli, yəni ilkin iddiaçı tərəfindən təhvil verilmiş yüklərə dair təhvil-təslim aktlarının imzalanmaması ilə bağlı olmasını iddia etsə də, təhvil-təslim aktlarının imzalanması ilə bağlı ilkin iddiaçıya müraciət etməsini, ilkin iddiaçının isə aktları imzalamaqdan imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır. Belə olan halda ilkin cavabdehin müqavilə üzrə öhdəliyinin pozulmasında təqsirli olmamasını sübuta yetirmədiyini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, müqavilə öhdəliyinin pozuntusu ilkin cavabdehin təqsirindən baş vermişdir.

21. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya zərər dəyib-dəyməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində ona real zərər və əldən çıxmış fayda formasında zərər dəyməsini sübuta yetirə bilməmişdir.

22. İddiaçının ona maddi zərər dəyməsini əsaslandırdığı daşındıqdan sonra təhvil verilməsi gecikdirilmiş malların alıcısı olan "xxxx" MMC tərəfindən ona müqavilə üzrə öhdəliklərin pozulmasına görə dəbbə pulu hesablanması, malları tez zamanda təhvil almaq üçün yükmaşınlarının sürücülərə pul ödəməsi, eləcə də "xxxx" MMC ilə bağladığı müqavilə üzrə layihənin uğursuzluğundan dolayı ona zərər (qoyduğu investisiyalar, işçi resursları və itirilmiş gəlirlər) vurulması barədə dəlillərinə mün asibətdə məhkəmə göstərmişdir ki, iddiaçı nə "xxxx" MMC-nin ona dəbbə pulu hesablamasını, nə də yükmaşınlarının sürücülərinə malların təhvil verilməsi üçün pul ödəməsini, nə də ki layihənin uğursuzluğu ilə bağlı ona real maddi zərər və ya əldən çıxış fayda formasında zərər vurulması təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. "xxxx" MMC tərəfindən gələcəkdə dəbbə pulunun hesablanması “ehtimalı” isə iddiaçıya maddi zərər vurulması, yəni baş vermiş fakt kimi qiymətləndirilə bilməz.

23. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək göstərmişdir ki, iş materiallarına əlavə edilmiş müqaviləyə əlavələr, invoyslar və elektron qaimələrlə təsdiq edilir ki, tərəflər 25 ədəd yükmaşını vasitəsilə malların daşınmasının təşkilinə görə qarşılıqlı iddiaçıya ödəniləcək xidmət haqqının cəmi ƏDV daxi l 75.650 manat (44.500 ABŞ dolları) təşkil etməsi barədə razılaşmışlar.

24. Məhkəmənin qənaətinə görə, işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən mübahisəli malların yük daşınması təşkili xidmətinin göstərilməsi və həmin xidmətlərə tərəflərindən ödəniş edilməməsi faktları etiraf edildiyindən cavabdeh MPM-in 106.3-cü maddəsinə əsasən həmin halları sübuta yetirməkdən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, 75.650 manat məbləğində xidmət haqqı iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 385.1, 386, 442, 443.1, 448.1, 850.1, 852.1, 852.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1171/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və E.Həsənov).

28. Apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış daşınma və yükdaşıma adlı müqavilədə malların gecikdirilməsinə görə hər hansı bir maliyyə sanksiyasının tətbiq olunacağı ilə bağlı müddəa qeyd olunmayıb. Belə olan halda ilkin iddia üzrə iddiaçı zərərin əmələ gəlməsini ümumi əsaslarla sübut etməli, bu barədə məhkəməyə sübutlar təqdim etməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı formal həqiqət prinsipi rol oynayır, məhkəmə işdə olan sübutlar əsasında işə baxır və məhkəmənin işin bütün hallarını öz xidməti vəzifəsinə görə araşdırmaq vəzifəsi yoxdur.

29. Apellyasiya şikayətinin sürücülərə ödənişlərin edilməsi, "xxxx" MMC tərəfindən iddiaçıya də bbə pulu hesablanması, əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 2024-cü il 2 sentyabr tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan da görünür ki (2-ci cild, 108-ci səhifə), ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının nağd formada ödənilməsini və bununla bağlı sübutlarının olmadığını qeyd etmişdir. Bu səbəblə ilk iddia üzrə iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi, sürücülərə ödəniş edildiyinə dair aktlar sübut kimi qəbul olunmamalıdır; çünkü yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığın ı əsaslandırdığı halda qəbul oluna bilər.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 442, 443.1, 850.1, 851-ci, MPM-in 106.3, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın rədd, ilk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 441.2, 442-ci maddələri üzrə - cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçıdan xidmət haqqı tələb edilə bilməz. Hazırkı işdə cavabdeh yükü vaxtında razılaşdırılmış təslimat məntəqəsinə gətirmədiyinə və yükü gömrük ərazisində iddiaçıya təqdim etməkdən boyun qaçırdığın a görə öhdəliyini lazımınca icra etməmişdir. Hüquq nəzəriyyəsində rast gəlinən prinsiplərdən biri də exceptio non adimpleti contractusdur (hərfi tərcüməsi: icra edilməmiş müqavilə üçün istisna). Bu prinisipə əsasən əgər tərəf müqavilə öhdəliyini icra etmirsə, digər tərəf öhdəliyinin icrasını dayandırır və bununla “qarşılıqlılıq” balansı qorunur. Bu prinisip mülki qanunvericiliyimizin hazırlanmasında istifadə edilən Rusiya və Almaniya qanunvericiliyində də öz əksini tapmışdır. Beləliklə, hazırkı halda iddiaçı öhdəliyin icrasından imtina etdiyinə görə iddiaçıdan xidmət haqqının ödənilməsi tələb edilməməlidir. Əlavə olaraq, aşağı instansiya məhkəmələri iddiaçının işgüzar nüfuzuna və onun biznes fəaliyyətinə dəymiş zərəri də “görməzdən gəlmişlər”. Hazırkı işdə cavabdehin təqsirinə görə malla r gecikmişdir və şübhəsiz ki, bu, "xxxx" MMC ilə iddiaçının arasında bağlanan müqavilə üzrə tərəflərin münasibətinin pisləşməsinə səbəb olacaq və gələcək biznes maraqlarına birbaşa mənfi təsir edəcəkdir. Həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya vurduğu zərər öncədən proqnozlaşdırıla bilən zərər idi. Çünki cavabdeh iddiaçı ilə müqavilə münasibətlərinə daxil olarkən onun beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkət olduğunu, digər nüfuzlu biznes subyektlərinə xidmətlər və mallar təklif etdiyini bilməli idi. İddiaçıya göstərilən xidmətdə istənilən gecikmə, nöqsan onun digər biznes subyektləri ilə münasibətlərinə zərər vuracağı aydın idi. Hazırkı işdə bu zərər həm "xxxx" MMC tərəfindən tətbiq ediləcək cərimələr, həm də iddiaçıya zərər dəyməsəydi, gələcək biznes fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlərdir. İddiaçı bu layihənin uğursuzluğundan dolayı 30000 (otuz min) manat dəyərində maddi zərərə məruz qalmışdır. Bu məbləğə iddiaçının layihəyə qoyduğu investisiyalar, işçi resursları və layihənin uğursuz həyata keçirilməsi nəticəsində itirilən gəlirlər daxildir.

33. MM-in 21, 443, 448.2-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə onun iddia tələbi əsassız olaraq rədd edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə malların gecikdirilməsinə görə sanksiya nəzərdə tutulmadığını əsas gətirərək iddiaçının zərər tələbinə rədd cavabı versə də, zərərin əvəzinin ödənilməsinə dair əsasların müqavilədə deyil, MM-də yer alması kifayət edir. MM-in 21.1 və 21.2-ci maddələrinə əsasən, zərər ə məruz qalmış şəxs ona dəymiş real zərəri və əldən çıxmış faydanı tələb edə bilər. Eyni zamanda, MM-in 448.2-ci maddəsinə görə, borclunun təqsiri olduqda onun məsuliyyətdən azad edilməsi yolverilməzdir. Bu baxımdan, cavabdehin öhdəliklərini təqsirli şəkildə pozduğu hallarda onun məsuliyyətdən azad edilməsi qanunsuzdur. Hər iki instansiya məhkəməsi cavabdehin müqavilə öhdəliyini pozduğunu müəyyən etsə də, bu pozuntuya görə zərərin ödənilməsinə dair tələb təmin edilməmişdir. Bu, həm də MM-in 425-ci maddəsində əks olunan vicdanlılıq prinsipinə ziddir. Vicdanlı davranış tələbi hüquqi münasibətlərdə tərəflərin ədalətli mövqe tutmasını, öhdəlikləri şərtlərə uyğun icra etməsini zəruri edir. Cavabdehin təqsiri nəticəsində malların təhvil verilməsində yaranmış gecikmələr ona qarşı üçüncü tərəf – " xxxx" MMC tərəfindən 33.571,26 manat məbləğində cərimə tətbiqi ehtimalına səbəb olmuş, əlavə xərclər yaratmış və layihənin icrasına zərər vurmuşdur. Bu çərçivədə iddiaçı cavabdehin hərəkətlərinə görə 10.650 ABŞ dolları həcmində nağd ödəniş etdiyini, gömrük prosedurlarında problemlərlə üzləşdiyini və yalnız məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbirləri nəticəsində malların boşaldılmasına nail olduğunu qeyd edir. Zərərin ödənilməsi tələbinin hüquqi əsasları ölkə qanunvericiliyində və Ali Məhkəmənin presedentlərində geniş şəkildə tanınmışdır. Xüsusilə, Ali Məhkəmənin 2-2(102)-300/2020 və 2-2(102)-243/2024 nömrəli qərarlarında müqavilə öhdəliklərinin təqsirli pozulması halında zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi mexanizmi ətraflı izah olunmuşdur. Apellyasiya instansiya sı məhkəməsi cavabdehin təqsirli hərəkətlərini və nəticədə yaranmış zərəri nəzərə almadan qətnamə qəbul etmiş, bu isə həm qanunvericiliyin, həm də hüququn əsas prinsiplərinin pozulmasına səbəb olmuşdur.

34. MPM-in 418-ci maddəsi üzrə - maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Ali Məhkəmənin 2024-cü il 19 dekabr tarixli 2(102)-3196/2024 nömrəli qərarında məhkəmə təcrübəsinin vahidliyi yetərincə əsaslandırılmadan pozulduğuna görə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin maddi və prosessual ma ddələrini düzgün tətbiq etməyərək pozmuş, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.

35. MPM-in 217-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamə əsaslandırma tələblərinə cavab vermədiyi üçün ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarında da vurğulandığı kimi, məhkəmə qərarlarının yetərli əsaslandırılmaması tərəflərin mövqelərinin dinlənilməsi və prosessual bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilir. Apellyasiya instansiyası yalnız müqavilədə gecikməyə görə maliyyə sanksiyası nəzərdə tutulmamasına istinad etməklə iddianı rədd etmiş, lakin cavabdehin təqsirli davranışı və zərərin qanunvericilikdə nə zərdə tutulmuş əsaslarla tələb edilməsi məsələlərini qiymətləndirməmişdir. Bu isə məhkəmə aktının hüquqi müəyyənlik prinsipinə uyğun olmamasına, qərarda ziddiyyətlərin və natamamlığın qalmasına gətirib çıxarmışdır. Həmçinin, Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin presedentlərində məhkəmə aktlarında işin bütün zəruri məsələlərinə aydınlıq gətirilməsinin, qərarların şübhə doğurmamasının və əsaslandırılmış olmasının hüquqi dövlət və hüquqi müdafiə hüququnun əsas şərtlərindən biri kimi tanındığı qeyd edilmişdir (məsələn, Konstitusiya Məhkəməsinin 2008-ci il 13 iyun və 2013-cü il 23 iyul tarixli qərarları; Avropa Məhkəməsinin Bratyakin, Radçikov və Lenskaya işləri üzrə qərarları). Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamədə hüquqi əsaslandırm a yetərsiz olmuş, bu da məhkəmə qərarlarının legitimliyi və hüquqi müəyyənlik prinsipi baxımından ciddi pozuntu hesab edilməlidir. Bu səbəbdən birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri ləğv edilməli, iş üzrə yenidən və ədalətli araşdırma aparılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2024-cü il 12 fevral tarixli ** saylı müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra olunmuş, 25 yük avtomobili ilə bütün yüklər Azərbaycan Respublikasına gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Yalnız bir avtomobil üzrə yükün təhvili iddiaçının təhvil-təslim aktını imzalamamasına görə gecikmişdir. İddiaçı daşınmış malları qəbul etd iyini və daşıma haqqını ödəmədiyini həm birinci, həm də apellyasiya instansiyasında açıq şəkildə etiraf etmişdir. İddiaçı kassasiya şikayətində dəfələrlə yükün “gecikdirilməklə çatdırılması” ifadəsini işlədir. Lakin müqavilə şərtlərinə və konkret olaraq onun hansı bəndinə əsasən yükün nə vaxt çatdırılmalı olmasını, hər bir avtomobildə olan yükün neçə gün gecikdirildiyini qeyd etmir. Müqavilədə ümumiyyətlə, yükün gecikdirilməsinə görə məsuliyyət müəyyən edən hər hansı müddəa yoxdur. İddiaçı iddia ərizəsində yükü qəbul etmək üçün yük avtomobillərinin sürücülərinə nağd şəkildə 20.000 manat, apellyasiya şikayətində bu məbləği bir qədər azaldaraq 9.000 manat, kassasiya şikayətində isə bir qədər artıraraq 10.650 ABŞ dolları pul verdiklərini qeyd edir. Lakin kassasiya şikayətində nə məbləğin 20.0 00 manatdan 9.000 manata enməsinin, nə 9.000 manatdan 10.650 ABŞ dollarına qalxmasının səbəbləri göstərilmir, nə də konkret olaraq hansı yük avtomobilinin sürücüsünə və nə qədər nağd pul verildiyi qeyd olunmur. İddiaçı “sürücülərin cavabdeh tərəfindən əmək haqlarının gecikdirilməsini əsas gətirərək yükü boşaltmaqdan və təhvil verməkdən imtina etdiyini” dəfələrlə vurğulasa da məhkəməyə bu faktın mövcudluğuna dair hər hansı sübut təqdim etməyib. İddiaçı həmçinin, müqavilənin 2.1.10-cu bəndinə əsasən müəyyən edilmiş “təyin edilmiş təslimat məntəqəsinin” gömrük ərazisi deyil, iddiaçıya məxsus ərazi olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməyib. İddiaçı həmçinin ona maddi ziyan dəyməsinə, məsələn "xxxx" MMC-nə dəbbə pulu ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Bundan b aşqa iddiaçı iddia ərizəsində dəymiş maddi ziyanın 30.723 manat təşkil etməsi, İ instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən isə maddi ziyan məbləğinin artaraq 72.571,26 manat təşkil etməsinin, kassasiya şikayəti verilərkən isə ona dəyən ziyanın azalaraq 33.571,26 manat məbləğində qeyd olunmasının səbəblərinə aydınlıq gətirməyib və maddi ziyan məbləğini necə hesabladığını göstərməyib. Tərəflər arasında imzalanmış daşınma və yükdaşıma adlı müqavilədə malların gecikdirilməsinə görə hər hansı bir maliyyə sanksiyasının tətbiq olunacağı ilə bağlı müddəa qeyd olunmayıb. Belə olan halda ilkin iddia üzrə iddiaçı zərərin əmələ gəlməsini ümumi əsaslarla sübut etməli, bu barədə məhkəməyə sübutlar təqdim etməlidir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.” “Maddə

851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilmə si rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardı r. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelly asiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasın da bağlanmış daşınma və yükdaşıma xidmətləri haqqında 2024-cü il 12 fevral tarixli ** saylı müqaviləsinə əsasən cavabdeh iddiaçının sifarişi ilə yükdaşımanın həyata keçirilməsini təşkil etməyi, iddiaçı isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən yükdaşıma xidmətləri həyata keçirilmiş, lakin iddiaçı göstərilmiş xidmətin dəyərini ödəməmişdir.

44. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin, qarşılıqlı iddiaya qarşı etirazın və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

45. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə m ahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 17-24, 28-29-cu bəndləri). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

46. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 dekabr tarixli 2-2(103)-1171/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar