Məhkəmə qərarları › İş №2-2(102)-222/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-222/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-222/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi “xxxx” ASC-nin X2 qarşı iddiasına dair iş üzrə QƏRARDAD (Açar sözlər: məhkəmə aidiyyətinə dair məsələ) GİRİŞ HİSSƏ 26.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı “xxxx” ASC-nin cavabdeh X3 qarşı lizinq müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh V.Muroadov tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli KTA-DM-20/0001 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi”nə əsasən 9.560,97 manat əsas borcun, 2.078,56 manat faiz borcunun, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 20.065,40 manat sığorta haqqının, ümumilikdə 32.723,24 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsi; tərəflər arasında bağlanmış xx. xx.2020-ci il tarixli KTA-DM-20/0001 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş “Simmental” cinsli damazlıq heyvanın sağlam şəeildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə icraatına qəbul edilərək xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində məhkəmə iclasları keçirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən məhkəməyə vəsatət verilərək, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin VÖEN-i olsa da, O, həmin VÖEN vasitəsilə kənd təssərüfatı fəaliyyəti ilə deyil, başqa istiqamətdə olan fəaliyyətlə məşğul olur. Buna görə də, cavabdehə qarşı iddia onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Ağdam rayonu da inzibati ərazi vahidi kimi Ağdam rayon Məhkəməsinin yurisdksiyasına aiddir. Bu səbəbdən işi məhkəmə aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim A.Əliyeva; iş No e-2-2(113)-944/2021) vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin izinq müqaviləsinin 17.1-ci maddəsinə əsasən, lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yer üzrə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll olunur. Müqavilənin 17.2-ci bəndinə müvafiq olaraq müqavilənin icra yeri lizinq verənin yerləşdiyi ünvan hesab olunur. Buna görə də, iddiaçı ASC-nin cavabdehə qarşı iddiasına dair işə iddiaçı ASC-nin yerləşdiyi ünvan üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı və cavabdehin vəsatəti təmin edilməməlidir. Həmin qərardaddan narazı qalan cavabdeh, ondan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin Ağdam rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasındən xahiş etmişdir etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin VÖEN-i olsa da, O, həmin VÖEN vasitəsilə kənd təssərüfatı fəaliyyəti ilə deyil, başqa i stiqamətdə olan fəaliyyətlə məşğul olur. Buna görə də, cavabdehə qarşı iddia onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Ağdam rayonu da inzibati ərazi vahidi kimi Ağdam rayon Məhkəməsinin yurisdksiyasına aiddir. Bu səbəbdən işi məhkəmə aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim (hakim A.Əliyeva; iş No e-2-2(113)-944/2021) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə müəyyən edilir ki, işin məhkəmə aidiyyəti ilə bağlı Bakı Kommersiya Məhkəməsini n xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin şikayət təmin edilməmiş və yaranmış məhkəmə aidiyyəti məsələsinin həlli üçün iş Ali Məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bakı Kommersiya Məhkəməsi işi Ali Məhkəməyə göndərərkən, qərardadını onunla əsaslandırmışır ki, tərəflər arasında yaranmış mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqəd ar yarandığından hazırki işə kommersiya mübahisəsi kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. X4 Bakı Kommersiya Məhkəməsinin qərardadında gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan (iddiaçı ASC ilə cavabdeh arasında lizinq müqaviləsi münasibətləri mövcuddur, iddiaçı ASC həmin müqailə üzrə cavabdehə lizinqə verdiyi damazlıq heyvanları və yaranmış borcu tələb edir), habelə iş üzrə tərəflərin subyektiv tərkibi də (iddiaçı ASC kommersiya hüquqi şəxsdir, cavabdeh isə fərdi sahibkar qisməində ********** No-li VÖEN-lə vergi uçotuna alınmışdır) kommersiya işinin əlamətləridir. Belə olan halda iş mülki məhkəmə icraatında baxılmalı deyil. Cavabdehin nümayəndəsi öz şikayətində təmsil etdiyi şəxsin həqiqətən də fərdi sahibkar statusuna malik olduğunu etiraf etsə də, göstərir ki, cavabdeh, vergi uçotuna alınarkən onun gələcəkdə həyata keçirəcəyi sahibkarlıq fəaliyyəti növü kənd təsərrüfatı fəaliyyəti kimi qeydə alınmış, lakin tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən cavabdeh faktiki olaraq damazlıq fəaliyyəti ilə məşğul olmuş, bu da sahibkarlığın başqa istiqamətidir, nəticə də isə tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsi ola bilməz. X4 cavabdehin nümayəndəsinin şikayətində gətirdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddədən göründüyü kimi, işin kommersiya məhkəməsinə aid olması üçün mübahisənin ümumiyyətlə sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur, maddənin məqsədləri üçün sahibkarlıq fəaliyyətinin konkret o və ya bu növdə həyata keçirilməsi vacib deyil. Ümumiyyətlə ölkədə sahibkarlıq statusu almış şəxslərin sahibkarlıq fəaliyyətinin hər hansı bir növündə və ya bütün növlərdə həyata keçiriməsinə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. VÖEN almış fiziki və ya hüquqi şəxs istənilən sahədə və növdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Sahibkarlıq fəaliyyətinin sahələrə, növlərə və ya formalara bölünməsi yalnız sahibkarların vergi uçotuna alınması, onların dövlət qeydiyyatna alınması, gömrük işinin, statistikanın aparılması və bu cür sair texniki məsələlərin həyata keçirilməsi üçün vacibdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Odur ki, Bakı Kommersiya Məhkəməsi hazırki işə düzgün olaraq kommersiya işi kimi hüquqi qiymət vermiş, iş baxılmağa davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan X4ndə tərəflər in təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.7-ci maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 403-1.8.2-ci maddəsinə görə, kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh X1 nümayəndəsi və vəkili o lan Vəkil2 şikayəti təmin edilməsin. Hazırki kommersiya işi olaraq mahiyyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar