Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-223/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh 6 saylı Uşaq kliniki Xəstəxanasına qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Susən Mehdiyevanın iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Uşaq kliniki Xəstəxanasına qarşı cavabdehdən 17093 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-18/2019 saylı iş üzrə 23.01.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı və cavabdeh hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB müqavilə əsasında 6 saylı X1 təmin edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində İddiaçı” İB-yə 01 aprel 2018-ci il tarixə 7093 manat məbləğində borc yaranmışdır. Cavabdehə pretenziya qaydasında borcla bağlı müraciət olunmasına baxmayaraq, borc ödənilməmişdir. Cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, 17093 manat borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 nömrəli 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilir ki, işlədilən hər bir kub metr təbii qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətind ə ödənilməlidir. İddiaçı cavabdeh 6 saylı Uşaq kliniki Xəstəxanasına qarşı cavabdehdən 17093 manat əsas borc və 30 manat məbləğində dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli iş № 2-2(82)-476/2018, (sədrlik edən hakim Rüstəm Kərimli) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətanamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.01.2019-cu il tarixli iş № 2-2(103)-18/2019 (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr iddia müddətinin ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki işin mübahisəsiz halına görə 2013-cü ildən başlayaraq hər il olmaqla tərəflər arasında üzləşmə aktı imzalanmışdır və həmin aktların hər birində 12010,60 manat borc məbləğinin mövcud olması göstərilmişdir. Mübahisəli bo rc üzrə imzalanmış üzləşmə aktları ilə cavabdehin borcu etiraf etdiyi aşkardır. Bundan əlavə cavabdeh müxtəlif aylarda aylıq qaz sərfiyyatından artıq miqdarda pul ödəmişdir ki, bununla da mübahisəli borcu ödəməyə çalışmışdır. Bu hal da, həmçinin, cavabdehin 12010,60 manat borcu qəbul etdiyini təsdiqləyir. Abunə haqqında sənədin heç bir öhdəlik yaratmaması ilə bağlı dəlilə münasibətdə bildirik ki, bir qayda olaraq paylayıcı ilə abonent arasında borcu təsdiq edən mötəbər sənəd qismində məhz abunə haqqında arayış qəbul olunur. Məhkəmənin sübut qismində daha hansı sənədi nəzərdə tutduğu aydın deyil. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə mübahisəli borcun 2012-ci ilə qədər yaranması və bu səbəbdən də iddianın rədd edilməli olmasını bildirmişdir. Nəticə olaraq cava bdeh özü də həmin borcun mövcudluğunu qəbul etmiş, sadəcə iddia müddətinin ötürülməsinə istinad edərək tələbin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, yuxarıda göstərilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-2(103)-18/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəs ində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Mehdiyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından x ahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəmələr iddia müddətinin ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki işin mübahisəsiz halına görə 2013-cü ildən başlayaraq hər il olmaqla tərəflər arasında üzləşmə aktı imzalanmışdır və həmin aktların hər birində 12010,60 manat borc məbləğinin mövcud olması göstərilmişdir. Mübahisəli borc üzrə imzalanmış üzləşmə aktları ilə cavabdehin borcu etiraf etdiyi aşkardır. Bundan əlavə cavabdeh müxtəlif aylarda aylıq qaz sərfiyyatından artıq miqdarda pul ödəmişdir ki, bununla da mübahisəli borcu ödəməyə çalışmışdır. Bu hal da, həmçinin, cavabdehin 12010,60 manat borcu qəbul etdiyini təsdiqləyir. Abunə haqqında sənədin heç bir öhdəlik yaratmaması ilə bağlı dəlilə münasibətdə bildirik ki, bir qayda olaraq paylayıcı ilə abonent arasında borcu təsdiq edən mötəbər sənəd qismində məhz abunə haqqında arayış qəbul olunur. Məhkəmənin sübut qismində daha hansı sənədi nəzərdə tutduğu aydın deyil. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə mübahisəli borcun 2012-ci ilə qədər yaranması və bu səbəbdən də iddianın rədd edilməli olmasını bildirmişdir. Nəticə olaraq cavabdeh özü də həmin borcun mövcudluğunu qəbul etmiş, sadəcə iddia müddətinin ötürülməsinə istinad edərək tələbin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, yuxarıda göstərilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, müiki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmə lə gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavılələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəflndən yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri et məkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmış digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizli k) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-cı il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etiharlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə görə qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıc ı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir, istehlakçı - alqısatqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 3.2.1-ci bəndinə görə qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktla istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaları n 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfində n qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstəriimişdir. Həmin Qaydaların 5.5-ci bəndinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi borcun 2015-ci ilin aprel ayından sonrakı dövr üzrə yaranmasını təsdiq edən hər hansı sübutun işə əlavə edilmədiyi üçün, həmin borc məbləği üzrə iddia müddəti ötürütmüş sayılmalıdır. “Qazdan ist ifadə Qaydaları”na görə qaz paylayıcısı kimi hazırkı İddiaçı İB təbii qazdan istifadə üzrə yaranmış borcla bağlı istehlakçı kimi hazırkı cavabdehə hər ay qaz sayğacının göstəricilərinə əsaslanmış hesab təqdim etməlidir. Həmçinin həmin son üç il ərzində hesabların tərtib və təqdim olunması ilə bağlı sübut da iş materiallarına əlavə edilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.01.2019-cu il tarixli 2-2(103)-18/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-223/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-223/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver