Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-223/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X2 Turizm Otomotiv Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı “İddiaçı1”nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2-2(103)-926/2022 saylı qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı qismində “İddiaçı1” ilə alıcı qismində Cavabdeh MMC arasında 2020-ci il 1 iyul tarixli, 14 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı1”nin nümayəndəsi və vəkili İddiaçı2 təqdim edilmiş Cavabdeh MMC-nin 2020-ci il 1 iyul tarixindən 2020-ci il 31 dekabr tarixinədək olan dövr ərzində Türkiyənin “İddiaçı1”ndən idxal etdiyi mallar haqqında məlumat” adlı sənəddən görünür ki, Cavabdeh MMC İddiaçı1ndən ümumilikdə dəyəri 77.661,60 ABŞ dolları məbləğində olan malları idxal etmişdir.
3. Cavabdeh MMC tərəfindən ünvanlanmış 2021-ci il 31 mart tarixli, 18 nömrəli məktubda, Cavabdeh MMC “İddiaçı1”ndən idxal etdiyi mallarla əlaqədar borcunun ol duğunu etiraf edərək, ümumilikdə 75.278,60 ABŞ dolları məbləğində olan vəsaiti 2021-ci il 1 iyul - 2021-ci il 30 avqust tarixləri aralığında ödəyəciyini göstərmişdir. 4. “İddiaçı1” tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 14 mart tarixli pretenziya məktubunda borc məbləğinin 2 (iki) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
5. Cavabdeh MMC tərəfindən təqdim olnmuş ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, onun tərəfindən “İddiaçı1”nin hesabına 2021-ci il 4 may tarixində 4593,6 ABŞ dolları, 2021-ci il 2 iyul tarixində 2500 ABŞ dolları, 2021-ci il 27 iyul tarixində 2000 ABŞ dolları, 2021-ci il 13 avqust tarixində 2500 ABŞ dolları, 2021-ci il 10 sentyabr tarixində 2500 ABŞ dolları olmaqla, ümumilikdə 14.093, 6 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı “İddiaçı1” (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75.278,60 ABŞ dolları əsas, 7.527,86 ABŞ dolları faiz və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən cavabdehin satın aldığı mallara görə iddiaçı qarşısında 75.278,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Belə ki, 2020-ci il 13 iyul tarixindən başlayaraq 2020-ci il 7 avqu st tarixinədək iddiaçı tərəfindən cavabdehin ünvanına hissə-hissə, ümumilikdə 77.661 ABŞ dolları məbləğində mal-material göndərilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ünvanına göndərilən malların dəyərini lazımınca ödəməmişdir. Yaranmış borcla bağlı cavabdeh tərəfindən ünvanlanan 2021-ci il 31 mart tarixli rəsmi yazılı məktubla borcun 2021-ci il 30 avqust tarixinədək tam şəkildə ödənilməsi bildirilsə də, müsbət heç bir nəticə olmamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin çətinləşməsinə, pisləşməsinə səbəb olmaqla, sonuncuya ciddi zərər dəymişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 439.3, 445.1, 445.7, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli, e-2-2(113)-911/2022 saylı qərardadı ilə "xxxx" MMC (bundan sonra-“MMC”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)-2240/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 75.278,60 ABŞ dolları məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 5.646 ABŞ dolları olmaqla, cəmi 80.924,60 ABŞ dolları məb ləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Z.Axundova).
12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.
13. Məhkəmə cavabdehdən 75278,60 ABŞ dolları məbləğində əsas borcun tutulması tələbinə MM-nin 385.1, 386.1, 567, 598.1, 598.2-ci maddələrinin tələbləri baxımından qiymət verərək, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehd ən əsas borca görə 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
14. Ödənişin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 7.527,86 ABŞ dolları (yeddi min beş yüz iyirmi yeddi dollar səksən altı sent) faiz borcunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən, iddiaçının həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmış, həmçinin iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi gecikdirilmiş vaxt üçün illik beş faizinin tutulması hissəsində qismən-5646 ABŞ dolları (75278,60 ABŞ dolları əsas bo rcun 5%-i = 3763,93 ABŞ dolları: 12 ay = 313,66 ABŞ dolları X 18 ay = 5645,895) hissəsində əsaslıdır.
15. Məhkəmə iddia tələbinin əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun da cavabdehdən tutulması hissəsini əsassız hesab etmiş, ona istinad etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmamışdır.
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2-2(103)-926/2022 saylı qətnaməsi ilə cavabdeh apelly asiya şikayəti qismən təmin edilmiş, birincin instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmaqla cavabdehdən 61.185 ABŞ dolları məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 4.588,2 ABŞ dolları olmaqla, cəmi 65.773,2 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov hakimlər V.Məmmədov və V.Baxışova).
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia qismən əsaslıdır. Tərəflər arasında MM-nin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Sonuncu iki fakt aşağıdakı sənədlərlə təsdiq olunur.
19. Belə ki, Azərbay can Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş Cavabdeh MMC-nin 2020-ci il 1 iyul tarixindən 2020-ci il 31 dekabr tarixinədək olan dövr ərzində Türkiyənin İddiaçı1ndən idxal etdiyi mallar haqqında məlumat” adlı sənəddən görünür ki, Cavabdeh MMC İddiaçı1ndən ümumilikdə dəyəri 77.661,60 ABŞ dolları məbləğində olan malları idxal etmişdir.
20. Cavabdehin apellyasiya şikayətində də iddiaçı tərəfindən cavabdehə 77.661 ABŞ dolları həcmində mal verilməsi etiraf olunmuşdur. Eyni zamanda, Cavabdeh MMC tərəfindən tərəfindən tərtib edilərək X3 Dairəsi Müdürlüyünə ünvanlanmış 2021-ci il 31 mart tarixli, 18 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçı1ndən idxal etdiyi mallarla əlaqədar borcunun olduğunu etiraf edərək, ümumilikdə 75.278,60 ABŞ dolları məbləğində olan vəsaitin 2021 1 iyul -2021-ci il 30 avqust tarixləri aralığında ödəyəciyini bildirmişdir.
21. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında 75278,60 ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmişdir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, əsas borcun tutulması hissəsində iddia tam təmin edilə bilməz.
22. Belə ki, cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, onun tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci il tarixində 4593,6 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 2500 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 2000 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 2500 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 2500 ABŞ dolları olmaqla, ümumilikdə 14.093,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.
23. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında da iddiaçın ın nümayəndəsi və vəkili həmin sənədlərin həqiqilyini mübahisələndirməmişdir.
24. Eyni zamanda, işin materiallarından müəyyən edilmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etməmişdir (cavabdehin ünvanına yazılı məktublar göndərilsə də, MPM-in 135.8-ci maddəsinə əsasən elektron qaydada məlumatlandırma olmamışdır). Ona görə də, MPM-in 372.2-ci maddəsinə əsasən həmin ödəniş sənədləri sübut kimi qəbul edilmişdir.
25. Cavabdeh tərəfindən edilmiş həmin ödəniş məbləğləri nəzərə alındıqda isə müəyyən olunmuşdur ki, cavabdehin əsas borcu 61.185 ABŞ dolları təşkil edir (75278,614093,6=61.185). Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı MM-nin 598.3-cü maddəsinə əsasən 61.185 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hi ssədə iddia qismən əsaslıdır.
26. MM-nin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 4588,2 ABŞ dolları məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (61185 x 5% / 12 x 18 = 4588,2).
27. Beləliklə yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, cavabdehdən 61.185 ABŞ dolları əsas və 4.588,20 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.
28. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kasssaiya şikayətinin və onar qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 445.5-ci maddəsinin düzgün tətbiq olunmamışdır- tərəflər arasında bağlanmış 2020-ci il 1 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən 2020-ci il 13 iyul tarixindən başlayaraq 2020-ci il 31 dekabr tarixədək müxtəlif mal-material göndərilmişdir. Həmin malların ödənilməsində gecikmə cavabdehin təqsiri üzündən olmamışdır. Belə ki, məlum olduğu kimi, COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə ölkə ərazisində 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, xüsusi karantin rejimi elan edilib. Həmin vaxtdan sonra fasilələrlə iş yerləri qapadılmış, hətta təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdı. Eyni zamanda, ölkəyə giriş-çıxış, Bakı şəhərinə giriş-çıxış məhdudlaşdırılmışdı. Bütün bunların nəticəsində, şirkətin bütün biznes prosesləri, istehsal dayanmış, beləliklə malların dəyərinin tam ödənilməməsi cavabdehin təqsiri olmadan baş vermiş hallar və qarşısıalınmaz hadisələr nəticəsində baş vermişdir. Bununla bağlı, cavabdeh dəfələrlə iddiaçı ilə danışıqlar aparmış, yaranmış borcun dəqiqləşdirilməsini, hissə-hissə ödənilməsi ilə bağlı danışıqlar aparılmasını təklif etmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi MM-in 445.5-ci maddəsini tətbiq etməyərək, borcun vaxtında ödənilməməsində cavabdehin təqsiri olmadığını nəzə rə almamışdır.
30. MM-in 445.7-ci maddi düzgün tətbiq olunmamışdır-borcun ödənilməsinin gecikdirilməsi cavabdehin təqsiri nəticəsində baş vermədiyindən məhkəmənin MM-in 445.7-ci maddəsini tətbiq etməsi əsaslı olmamışdır. Bundan başqa, iddiçı borcun ödənilməsini 2021-ci ildən sonra tələb etməyə başlamışdır. İddia məhkəməyə 2022-ci ildə təqdim edildiyi üçün, gecikdirmə faizi də ən çoxu 1 il üçün hesablana bilərdi. Məhkəmə isə MM-in 445.7-ci maddəsini düzgün tətbiq etməyərək iki il üçün gecikmə faizi hesablamışdır.
31. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbi pozulmuşdur-işə apellyasiya instansiyasında baxılarkən yazılı vəsatət verərək iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Belə ki, həm əsas borcun, həm də faizlə rin hesablanması xüsusi bilik tələb edirdi. Həmçinin, iddiaçının göndərdiyi malların bir hissəsi istifadəyə yararsız olmuş, hətta istifadə olunmayaraq anbarda qalmışdır. Bununla da iddiaçı müqavilə ilə təminat verdiyi malların keyfiyyəti ilə bağlı şərtləri pozmuşdur. Bu səbəbdən məhkəmədən məhkəməəmtəəşnaslıq ekspertizası təyin edilərək, malların keyfiyyəti, istifadəyə yararlı olubolmaması ilə bağlı ekspert rəyinin əldə olunması xahiş edirlmiş, lakin apellyasiya instansiyası məhkəməsi ekspertiza ilə bağlı vəsatəti təmin etməmiş, bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassaiya baxışının hədləri
33. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından iddianın qismən təmin olunduğu hissədə yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhd əliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.5.Əgər öhdəlik borclunun təqsiri olm adan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Ma ddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (q iyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fund amental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
40. Cavabdeh kassasiya şikayətində müqavilə üzrə öhdəliklərin gecikdirilməsinin Koronavirus (Covid-19) pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olduğunu bildirərək, gecikmə hallarının cavabdehin təqsiri olmadan baş verdiyini göstərmiş, bununla da mə hkəmə tərəfindən MM-in 445.5-ci maddəsinin tələbinin pozulmasına istinad etmişdir.
41. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi ölkədə Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri tətbiq olunduğu vaxtda- 2020ci il 1 iyul tarixində bağlanmışdır. Yəni müqavilə bağlandığı vaxt ölkədə mövcud olan vəziyyət müqavilə bağlandıqdan sonra dəyişməmiş, tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər də cavabdeh üçün gözlənilməz olmamışdır.
42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin MM-in 445.7-ci maddəsinin tələbinin pozulmasına dair dəlili ilə də razılaşmır və qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında yer inə yetirmədiyindən, iddiaçının xeyrinə gecikdirilən müddət üçün əsas borcun 5 %-i miqdarında pulun tutulması MM-in 445.7, 448.1 və 448.2-ci maddələrinin tələblərinə (bax yuxarıda §36), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
43. Qeyd olunan tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, «…icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir»
44. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
45. Cavabdehin ekspertiza təyin edilməsi haqqında vəsatətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən 2022-ci il 13 dekabr tarixində keçirilmiş məhkəmə iclasında müzakirə edilərək qiymətləndirilmiş, həmin vəsatətlərin təmin edilməməsi üçün əsaslar olmadığından məhkəmə iclas protokoluna qeyd olunmaqla, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxarılmışdır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 22(103)-926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov M.T.Əhmədova