Məhkəmə qərarları › İş №2-2(102)-223/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-223/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-223/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətsiz əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 13 dekabr tarixli 2-2(103)-975/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hal ları

1. İddiaçı MMC-nin və Cavabdeh MMC-nin möhürləri ilə təsdiq edilmiş, İddiaçı MMC-nin adından “X6”nun adından imzalanmış 2022-ci il 6 yanvar tarixli ***saylı müqaviləyə əsasən icraçı müqavilənin 2.2 və 2.3-cü bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verməyi, sifarişçi görülmüş xidmətlərə görə ƏDV daxil 224.200 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən icraçı aşağıda sadalanan xidmətləri sifarişçiyə təhvil verməyi üzərinə götürmüşdür: Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon ABŞ dolları məbləğində kreditin alınması üçün Maliyyə məsələlər üzrə məsləhət xidmətləri; Hüquqi sənədləşmə üzrə məsləhət xidmətləri; Girov qiymətləndirilməsi üzrə məsləhət xidmətləri; Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə məsləhət xidmətləri; Avropa Yenidənqurma və İnkişaf Bankı ilə faiz dərəcəsi, girov və digər əhəmiyyətli məsələlər üzrə məsləhət xidmətləri; Maliyyə, texniki, hüquq və layihəyə aid sorğu-sualların cavablandırılması-Avropa Yenidənqurma və İnkişaf Bankından əvəzsiz maliyyə yardımının alınması üçün məsləhət dəstək xidmətləri. Müqavilənin 4.2-ci bəndinə əsasən məbləğ tam həcmdə 2022-ci il 30 noyabr tarixinədək ödənilməlidir.

2. X4 2022-ci il 6 aprel tarixində əmək müqaviləsi əsasında İddiaçı MMC-də direktor müavini vəzifəsinə təyin edilmişdir.

3. X6 2022-ci il 31 avqust tarixində vəfat etmişdir. 4. 2022-ci il 1 sentyabr tarixli, 2 saylı təsisçi yığıncağının qərarı ilə X1 Cəmiyyətin direktoru vəzifəsinə təyin olunması və cəmiyyətin reyestrində və nizamnaməsində dəyişikləri n edilməsi qərara alınmışdır.

5. X4 əmək müqaviləsi əsasında 2023-cü il 14 fevral tarixində İddiaçı MMC-də Baş direktor vəzifəsinə təyin edilmişdir.

6. İddiaçı MMC-nin əvvəlki qanuni təmsilçisi X6 olmuş, 2023-cü il 9 mart tarixindən etibarən isə X2r (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarış). 7. 2022-ci il 30 oktyabr tarixli təhvil-təslim aktında Cavabdeh MMC-yə müqavilənin 2.2ci bəndi üzrə 70.800 ABŞ dolları və müqavilənin 2.3-cü bəndi üzrə isə 153.400 ABŞ dolları məbləğində xidmət göstərildiyi qeyd olunmuşdur. Qeyd edilən aktda İddiaçı MMC-nin adından aktın direktor X6 tərəfindən imzalandığı qeyd edilmişdir.

8. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Cavabdeh MMC arasında 2022-ci il 25 noyabr tarixində kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 2.000.000 ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur. 9. 2023-cü il 13 fevral tarixli elektron qaimədə İddiaçı MMC tərəfindən 2022-ci il 6 yanvar tarixli ***saylı müqavilə üzrə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 381.140 manat kimi qeyd olunmuşdur.

10. Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il 3 avqust tarixində "xxxx" MMC-yə ünvanladığı məktubunda bankla şirkət arasında 2022-ci il 25 noyabr tarixində imzalanmış Qrant Sazişi çərçivəsində şirkətə qrant məbləğini ödəməyi planlaşdırmadığını bildirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 224.200 ABŞ dollar ı məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən (bundan sonra-“cavabdeh”) onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 6 yanvar tarixli ***saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində, icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə xidmətləri təhvil vermiş, sifarişçi isə xidmətləri qəbul etmiş, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 2022-ci il 30 oktyabr tarixli təhvil-təslim aktına əsasən cavabdeh göstərilmiş xidmətləri qəbul etmiş və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 224.200 ABŞ dolları təşkil etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərə flər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, lakin hər hansı razılıq tərəflər arasında əldə edilməmişdir. Bununla da, Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/13/2023-00106 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 400 manat məbləğində pul vəsaiti ödənilmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edər ək, iddiaçı tərəfindən cavabdehə hər hansı xidmətin göstərilmədiyini, təqdim edilmiş müqavilə və təhvil-təslim aktı uydurma olmaqla görünüş üçün bağlanılan əqd olduğunu, 2022-ci il 6 yanvar tarixli müqavilənin iddiaçının direktoru Aydın Rizayev tərəfindən deyil, özünü iddiaçının direktoru kimi təqdim edən Ziya Hüseynzadə tərəfindən imzalandığını bildirmişdir. Etirazda iddia tələbi əsassız olduğundan onun təmin olunmaması xahiş olunmuşdur.

14. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 27 iyul tarixli ekspert rəyində ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1762/2023 nömrəli işin 1-ci cildinin 77-79-cu vərəqlərində 2022-ci il 6 yanvar tarixli ***saylı müqavilənin 3-cü vərə qəsində olan “10.Tərəflərin rekvizitləri” bölməsində İddiaçı MMC direktor Rzayev A.T.” qrafasındakı imza ilə i/v 80-də olan 2022-ci il 6 yanvar tarixli ***saylı müqaviləyə dair 2022-ci il 30 oktyabr tarixli təhvil-təslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur. İşin 1-ci cildinin 77-79-cu vərəqələrində 2022-ci il 6 yanvar tarixli ***saylı müqavilənin 3-cü vərəqəsində olan “10.Tərəflərin rekvizitləri” bölməsində İddiaçı MMC Direktor Rzayev A.T” qrafasındakı imza i/v 80-da olan 2022-ci il 6 yanvar tarixli ***saylı müqaviləyə dair 2022-ci il 30 oktyabr tarixli təhvil-təslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli e-2-2(113)-1762/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Namazova).

16. Birinci instaniya məhkəməsi tərəflər arasında olan yazışmaları və onların məhkəmə çəkişməsi zamanı irəli sürdüyü dəlilləri qarşılıqlı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddianın əsası kimi istinad edilmiş 2022-ci il 6 yanvar tarixli ***saylı müqavilə əqdlərin etibarlılıq şərtlərinə cavab vermədiyindən və uydurma əqd olduğundan etibarsızdır.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Avropa Yenidənqurma və İnkişaf Bankından (bundan sonra-"xxxx") kreditin alınması üçün həmin MMC-nin qanuni təmsilçisi K.Rəsulov ilə Z.Hüseynzadə arasında 2021-ci ildən etibarən müəyyən danışıqlıqlar və e-mail yazışmalar aparılmışdır. Bu hal hər iki tərəfin nümayəndələri tə rəfindən mübahisə edilməyən hal kimi qəbul edilmişdir. Lakin cavabdeh Z.Hüseynzadəni sadəcə fiziki şəxs olaraq tanıdığını, iddiaçı ilə heç bir müqavilə bağlanmadığını, müqavilənin isə formal olaraq imzalanmaqla hüquqi nəticə doğurmadan sonradan məhv olunmalı olduğunu bildirmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, Z.Hüseynzadə ilə K.Rəsulov arasında yazışmaların başlandığı 2021-ci ildə, hətta müqavilənin bağlanmasının iddia edilən 2022-ci il 6 yanvar tarixində Z.Hüseynzadə iddiaçının nə qanuni təmsilçisi olub, nə də həmin şirkətdə başqa vəzifədə işləməyib, həmin şirkət adından hər hansı müqavilənin bağlanması, danışıqlıqların aparılmasına səlahiyyətli olmayıb (bax §2,6).

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında mövcud olan heç bir sənəddə, çoxsaylı e-mail yazışmalarında iddiaç ının həmin dövrdə direktoru olmuş A.Rzayevin adı keçməmiş, o e-mail yazışmalarında iştirak etməmiş, yalnız müqaviləni imzalayan şəxs kimi direktor qismində A.Rizayevin adı qeyd olunmuşdur.

20. Bundan əlavə, işin materiallarında olan Elvin.NElektron ünvan 1 (cavabdehin bildirdiyinə görə Z.Hüseynzadə E.Nağıyevi öz işçisi kimi təqdim etmiş) ünvanından 2022-ci il 19 may tarixində, 2022-ci il 8 sentyabr və 2022-ci il 14 noyabr tarixlərində Elektron ünvan 2 ünvanından K.Rəsulovun elektron Elektron ünvan 3 ünvanına göndərilmiş e-maillərdan müəyyən olunur ki, mübahisələndirilən 2022-ci il 6 yanvar tarixli müqavilə və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktı qeyd olunan tarixlərdə imzalanmamış, word formatında və ilkin lahiyyə kimi K.Rəsulova göndərilmişdir. Məhkəmə hazırlıq iclaslarında i ştirak edən Z.Hüseynzadə müqavilənin məhz 2022-ci il 6 yanvar tarixində həmin dövrdə iddiaçı şirkətin direktoru olmuş A.Rizayev tərəfindən imzalandığını, təhvil-təslim aktını isə A.Rizayevin əvəzinə özünün imzaladığını bildirsə də, müqavilənin məhz 2022-ci il 6 yanvar tarixində və məhz A.Rizayev tərəfindən imzalanmasını sübuta yetirə bilməmişdir. Əksinə, yuxarıda qeyd olunan e-mail yazışmalarından da müəyyən olunur ki, 2022-ci il 6 yanvar tarixli müqavilə ən azından 2022-ci il 19 may, 2022-ci il 8 sentyabr və 2022-ci il 14 noyabr tarixlərində nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. Müqavilənin ən azından iddiaçı şirkət tərəfindən imzalanmış variantının (nə e-mail vasitəsi ilə pdf-formatında, nə də kağız daşıyıcıda) cavabdehə təqdim edilməsi iddiaçı tərəfindən sübuta yetirilm əmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 27 iyul tarixli ekspert rəyi ilə təsdiq olunmuşdur ki, 2022-ci il 6 yanvar tarixli PK 19/22 saylı müqavilənin İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza A.Rizayevə aid deyil. Yalnız ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçının nümayəndəsi Vəkil müqavilədə olan imzanın da Z.Hüseynzadəyə aid olmasını etiraf etmiş, lakin imzanın kimə məxsus olmasından asılı olmayaraq şirkətin möhürün olmasına istinad edərək müqavilənin etibarlı olduğunu iddia etmişdir. Lakin müqavilədə iddiaçının möhürünün olması müqavilənin məhz 2022-ci 6 yanvar tarixində bağlanması anlamına gəlməməlidir.

22. İşin materiallarında olan e-mail yazışmalardan görünür ki, Z.Hüseynzadə tərəfindən göndərilən bütün e-ma il məktubların imza hissəsində iddiaçı deyil, "xxxx" MMC (VÖEN **********) qeyd olunur. 2022-ci il 17 may tarixində Z.Hüseynzadə tərəfindən hazırlanıb (ərizənin bütün bölmələri doldurulmuş vəziyyətdə, pdf-formatında) K.Rəsulova göndərilmiş AYİB-ə təqdim edilməsi üçün “Layihə üçün müraciət ərizə”sində “Təkif etdiyiniz məsləhətçi” kimi yenə də iddiaçı deyil, "xxxx" qeyd olunmuşdur. Qeyd olunan məqamlara 2023-cü il 12 aprel tarixli məhkəmə hazırlıq iclaslarında Z.Hüseynzadə belə açıqlama vermişdir ki, 2022-ci il 6 yanvar tarixli (hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən) müqaviləni A.Rizayev imzalamışdır. İddiaçının direktoru olduğu üçün 2022-ci il 12 iyun tarixli müqaviləni özü imzalayıb. 2023-cü il 15 may tarixli məhkəmə hazırlıq iclaslarında da bildirmişdir ki, A.Rizayev iddi açının inzibati direktoru olmuşdur. İddiaçı şirkətinin tam təsis payları anasının adınadır, "xxxx" Şirkəti isə atasının adınadır. Hər iki şirkətin franşizasının sahibi özüdür. Daha sonra hüquqi rəsmiləşmə üçün onu "xxxx" Şirkətinə işə götürüblər. Mail yazmaq üçün hüquqi əsaslandırma lazım deyil. Hüquqi əsaslandırma müqavilə bağlamaq üçün lazımdır. A.Rizayevin isə kontrakt bağlamağa hüququ olmuşdur. "xxxx" MMC-də 2016-cı ildən işləyir. Lakin, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin 2016-cı il 11 iyul tarixindən bugünə kimi qanuni təmsilçisi A.Rizayevdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 324.1, 324.2, 337.1, 337.2, 337.3, 337.4 və 340.1-ci maddələri; Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 119.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.

24. İddiaçı tərəfinədn həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-975/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutlar, ekspert rəyi, tərəflərin izahatları, elektron poçt vasitəsi ilə aparılmış yazışmalar əsasında müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş 06 yanvar 2022-ci il tarixli ***saylı müqavilə cavabdeh tərəfindən 06 yanvar 2022-ci il tarixində deyil, 2022-ci ilin noyabr ayında imzalanmışdır. Qeyd edilən müqavilənin layihəsi 14 noyabr 2022-ci il tarixində Elektron ünvan 2 elek tron poçt ünvanından cavabdehin direktorunun elektron poçtuna (Elektron ünvan 3) göndərilmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən qeyd edilən müqavilənin ilk dəfə 2022-ci ilin may ayında cavabdehə göndərildiyini göstərsə də, məhkəmə tərəfindən tərəflərin iştirakı ilə 13 dekabr 2022-ci il tarixli məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi X5 elektron poçtuna daxil olan elektron məktublara baxış keçirərək müəyyən etmişdir ki, 19 may 2022-ci il tarixində Elvin.NElektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 3-(Kənan Rəsulova) ünvanlanmış məktuba qoşma olaraq göndərilmiş müqavilənin tarixi və şərtləri fərqli olmuşdur. Qeyd edilən elektron poçt məktubları işin materiallarına əlavə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən məhkəmə iclasın da təsdiq etmişdir ki, müqavilənin imzalı nüsxəsi cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayında verilmiş, müqavilə imzalananadək onun şərtləri barədə razılaşmalar şifahi olmuşdur.

27. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 06 yanvar 2022-ci il tarixli ***saylı müqavilə və 30 oktyabr 2022-ci il tarixli təhviltəslim aktı 31 avqust 2022-ci il tarixində vəfat etmiş İddiaçı MMC-nin əvvəlki direktoru X6 tərəfindən deyil, ümumi yığıncağının 01 sentyabr 2022-ci il tarixli qərarı ilə direktor təyin edilmiş X4 tərəfindən imzalanmış, lakin müqavilədə X3 adı qeyd olunmuşdur. İddiaçının nümayəndəsi müqavilədə və aktda əvvəlki direktorun adının qalmasını tex niki səhv kimi göstərmişdir. Halbuki 06 yanvar 2022-ci il tarixində Z.Hüseynzadənin İddiaçı MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır.

28. Cavabdeh tərəf iddiaya etirazında bildirmişdir ki, 06 yanvar 2022-ci il tarixli PK19/22 saylı müqavilə və 30 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktı görünüş üçün bağlanmışdır. Əslində cavabdehə Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almaq üçün məsləhət xidməti bu müqavilə bağlananadək X4 ilə şifahi razılaşma əsasında onun özü tərəfindən göstərilmiş və göstərilmiş xidmətin dəyəri olaraq 190.000 ABŞ dolları Z.Hüseynzadəyə ödənilmişdir. İddia ərizəsində istinad edilmiş və cavabdeh tərəfindən 2022-ci ilin noyabr ayında imzalanmış 06 yanvar 2022-ci il tarixli müqavilə əsasında hüquqi şəxs olaraq İddiaçı MMC tərəfindən cavabdehə hər hansı xidmət göstərilməmişdir. X4 bu müqavilənin və təhviltəslim aktının formal olaraq AYİB-dan tələb edildiyi üçün bağlandığını bildirdiyindən cavabdehin direktoru razılaşaraq imzalamışdır.

29. İddiaçının nümayəndəsi 05 may 2023-cü il tarixində keçirilmiş hazırlıq iclasında və işə apellyasiya qaydasında baxılarkən X4 tərəfindən məsləhət xidmətlərinin icrasına 2022-ci ilin yanvar ayında başlanıldığını və il ərzində bu xidmətlərin göstərildiyini bildirmiş və bunu təsdiq etmək üçün məhkəməyə email yazışmaları təqdim etmişdir.

30. Apellyasiya instansyası məhkəməsi mübahisə ilə bağlı aşağıdakı normaların tələblərinin nəzərə alınmasını zəruri hesab etmişdir; MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. MM-nin 324.1-ci maddəsinə ə sasən əqd bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradır. Eyni zamanda MM-nin 399.1-ci maddəsində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddədə nəzərdə tutulur ki, müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilməsi yalnız müqavilədə nəzərdə tutulduğu halda mümkündür.

31. Baxılan iş üzrə tərəflərin nümayəndələrinin izahatlarına və elektron poçtla göndərilmiş məktublara əsasən 06 yanvar 2022-ci il tarixli PK19/22 saylı müqavilənin sadə yazılı əqd olaraq 2022-ci ilin noyabr ayında imzalanması üçün cavabdehə təqdim edildiyi müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, həmin müqavilə şərtlərinin X4 tərəfindən 2022-ci ilin yanvar ayından cavabdehə göstərilmiş xidmətlərə tətbiq edilməsi və həmin xidmətlərə görə ödənişin xidmət göstərildikdən sonra bağlanmış yazılı müqaviləyə əsasında tələb edilməsi Mülki Məcəllənin tələblərinə ziddir.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, 2022-ci ilin noyabr ayında cavabdeh 06 yanvar 2022-ci il tarixli ***saylı müqaviləni imzaladıqdan sonra İddiaçı tərəfindən Cavabdehnə hər hansı xidmət göstərilmədiyindən və işin hallarına əsasən AYİB-dan kredit vəsaiti artıq 2022-ci ilin noyabr ayında alındığı üçün həmin aydan sonra belə bir xidmətin göstərilməsinə hər hansı zərurət olmadığından 06 yanvar 2022-ci il tarixli ***saylı müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Buna görə də, həmin əqd əsasında cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın məhkəm ə tərəfindən rədd edilməsi qanuni və əsaslı olmuşdur. Tərəflərin təqdim etdiyi, tərəflərin tələblərini müəyyən edən fakt və hallarla bağlı olmayan sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş və onlara hüquqi qiymət verilməsi zəruri hesab edilməmişdir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-22(113)- 1762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 340.1, 399.1, 399.2 və 407.2-ci maddələrinə və MPM-in 80-cı maddələrinə istinadla əsaslandırmışdır.

35. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və idd ianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 324.1 və 337-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi MM-nin 324.1-ci maddəsinə istinad edərək “əqdin bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradır” kimi göstərmişdir. Halbuki, qeyd edilən normada ancaq əqdin anlayışı və onun növləri göstərilmişdir. Məhkəmənin mövqeyi tam əsassızdır. Belə ki, müqavilənin və ya hər hansı sənədin göstərildiyi tarixdə imzalanmaması və ya təqdim edilməməsi həmin sənədin etibarsız və uydurma əqd olunmasına əsas ola bilməz. Bundan başqa, qarşı tərəf görülmüş xidmətin dəyərini iki dəfəyə qeyri-rəsmi olaraq ödədiyini qeyd etmişdir. Həmin məbləğ təhvil-təslim aktı il ə eyni olmuşdur. Lakin həmin məbləğin ödənilməsinin təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən bu məqama münasibət bildirilməmişdir. Halbuki, cavabehin xidmətin dəyərinin ödənilməsinin bildirilməsi artıq iddianın dolayı yolla qəbul etmiş olması anlamına gəlir. Bundan başqa, iş materiallarında mövcud olan yazışmalardan və sənəd dövrüyyəsindən görünür ki, xidmət tam görülmüş və görülmüş xidmətin nəticəsi olaraq cavabdeh AYİB-dən müvafiq kredit vəsaitini əldə etmiş və qrant müqaviləsi bağlamışdır.

37. MM-in 357, 358 və 399.2-ci maddəsinin tələbləri pozulmuşdur-MM-nin 357-ci maddəsi ilə tərəflərin müqavilənin nə zaman imzalanmasından aslı olmayaraq geriyə təsir qüvvəsinin olduğunu göstərir. Mübahisə predmeti olan müqavilə həmin dövrdə direktor olan A.Rizayev tərəfindən imzalanmasa da, sonradan məhkəmədə müqaviləyə istinadla iddianın qaldırılması, iddiaçı tərəfindən müqavilənin bəyənilməsi kimi və etibarsızlığı üçün əsasın olmaması kimi qəbul olunmalıdır. Məhkəmə MM-nin 399.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, müqavilənin şərtlərinin onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiqinin yalnız müqavilədə nəzərdə tutulduğu halda mümkün olduğunu qeyd etmişdir. Lakin qeyd olunan normada “şərtlərin əvvəlcədən razılaşdırması” faktının imperativ olaraq müqavilədə göstərilməsi nəzərdə tutulmayıb. Bundan başqa, iş materiallarında mövcud olan 1 il ərzində aparılan elektron yazışmalar, təqdim edilmiş sənədlər və həmçinin cavabdehin öz etirazında kredit vəsaitinin əldə edildiyini və xidmətin Z.Hüseynzadə tərəfindən g örüldüyünün bildirilməsi və sonda həmin müqaviləni öz imza və möhürü ilə təsdiq etməsi tərəflər arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli ***nömrəli müqavilənin şərtlərinin müqavilə imzalanana qədər müəyyənləşdiyini birbaşa təsdiq edir.

38. MPM-in 77 və 88-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq, məhkəmə cavabdehin sübuta söykənməyən mülahizəsinə əsaslanaraq, qətnamə qəbul etmişdir. Təqdim edilmiş sübutlara (təhvil təslim aktları, müqavilə, elektron yazışmalara və həmin yazışmalarda mövcud olan sənədlərə) hərtərəfli və tam baxılmamış, bununla da iddiaçı tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmamış və qətnamə qəbul edərkən onlara əsaslanılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilmiş, şikayətin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. Etirazın əsasları iddia tələbinə qarşı olan etirazın əsasları ilə eynilik təşkil edir (bax §13). Kassasiya baxışının hədləri

40. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələri baxımından tam yoxlanılacaqdır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istin ad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

331. Ya zılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə

399. Müqavilən in qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir....”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətənail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, gorüləcək, yaxud gorülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 41 6.1-ci maddəsi). 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsini n şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

46. Baxılan iş üzrə iddiaçı tərəflər arasında bağlanmış 2022-ci il 06 yanvar tarixli müqaviləyə əsasən pul tələb etdiyindən, işə baxmış məhkəmələr tərəfindən ilk növbədə həmin müqavilənin etibarlılığına hüquqi qiymət verilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

47. Həmin qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa hə min əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir

48. İşə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 2022-ci il 6 yanvar tarixli ***saylı xidmət müqaviləsi yalnız görünüş üçün bağlanmış əqd olaqla əhəmiyyətsizdir və hər hansı bir hüquqi nəticə yarada bilməz.

49. İddiaçının kassasiya şikayətində iddianın hüquqi əsasını təşkil edən 2022-ci il 6 yanvar tarixli xidmət müqaviləsinin və müqavilə üzrə işlərin təhvilinə dair aktın, həmin vaxt iddiaçı Cəmiyyətin rəhbəri tərəfindən imzalanmamasının məntiqli izahı verilməmiş, məhkəmələrin gəldiyi həmin n əticə tutarlı dəlillərlə təkzib olunmamışdır.

50. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 26-33-cü bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

51. Kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2 (103)-975/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov V.M.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar