Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-224/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxA.Ş-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Aysel Əhmədovanın və nümayəndəsi xxxin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxA.Ş-nin cavabdeh “xxxx” MMC-yə qarşı borc tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 19 mart 2019-cu il tarixli 2-2(103)-223/2019 qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı xxxA.Ş-nin cavabdeh “xxxx” MMC-yə qarşı əsas borc üzrə 40835,48 avro məbləğində borcun, öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən hesablanmış 4083,64 avro məbləğində faiz borcunun, maddi sübutların müvafiq qaydada təsdiqlənməsi üçün ödənilmiş 270 manat məbləğində vəsaitin, hüquqi xidmətə görə ödənilmiş 2771 ABŞ dolları məbləğində vəsaitin, 100 manat vəkil xərclərinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə cəmi 809225,6 manat və 75062,2 ABŞ dolları məbləğin, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi vəsatət təqdim edərək işin aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsi barədə qərarın qəbul ediməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli iş № 2-2(81)-267/2019, (sədrlik edən hakim F.Mədətli) qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli qərardadın ləğv edilməsini, işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.03.2019-cu il tarixli iş № 2-2(103)-223/2019 (ha kimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və Vəkil) qərardadı ilə birinci instansiya məhkəməsinin 11.02.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iş materiallarına əlavə edilmiş gömrük bəyənnaməsindən də göründüyü kimi, malın ölkəyə idxal edilməsi üçün tərəflər arasındakı münasibətin hüquqi əsası kimi, 10 yanvar 2017-ci il tarixli müqavilə çıxış etmişdir. Həmin müqavilənin əslinin tələb edilməsi ilə bağlı isə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən vermiş olduğu vəsatət təmin edilmədən qalmışdır. İddiaçı öhdəliyin icrası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də məqsədli şəkildə gömrük bəyənnaməsində də istinad edilən 10 yanvar 2017-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Səbəb isə ondan ibarət olmuşdur ki, 10 yanvar 2017-ci il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında hazırki müqavilənin qanuniliyi, təfsiri və icrası ilə bağlı bütün mübahisələr Türkiyə Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsində həll ediləcəyi müəyyən olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən mübahisəyə hazırkı məhkəmədə baxıla bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə isə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Göründüyü kimi, Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına malın göndərilməsi üçün hüquqi əsas olmuş və tərəflər arasındakı münasibəti tənzimləmiş olan 10 yanvar 2017-ci il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında hazırkı müqavilənin qanuniliyi, təfsiri və icrası ilə bağlı bütün münasibətlər Türkiyə Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsində həll edilməli olduğundan hazırkı iş ərazi aidiyyəti baxımından Azərbaycan Respublikası ərazisindəki məhkəmələrdə baxıla bilməz. Maraqlısı budur ki, məhkəmə kollegiyası 10 yanvar 2017-ci il tarixli müqavilənin əslinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi ilə əlaqədar olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 11 fevral 2019-cu il tarixli, 2-2(81)-267/2019 saylı qərardadını dəyişdirilmədən saxlasa da, 19 mart 2019-cu il tarixli qərardadında tərəflər arasında mövcud olan münasibətlərin müqavilə münasibətləri zəminində yarandığına istinad etməklə mübahisənin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-2(103)-223/2019 saylı qərardadını ləğv edib, işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyas ı məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2-2(103)223/2019 saylı qərardadını ləğv edib, işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili A.Əhmədova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixliqərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instan siyası məhkəməsinin 19 mart 2019-cu il tarixliqərardadın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi xxx də, iddiaçının vəkili A.Əhmədovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixliqərardadın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıd a qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2-2(103)-223/2019 saylı qərardadı ləğv edilməli, hazırkı iş Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olmadığından, iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə xitam verilməli, iddiaçı mübahisənin həlli məqsədi ilə Türkiyə Respublikasının Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinə müraciət etməlidir, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kolleg iyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 19 mart 2019-cu il tarixli, 22(103)-223/2019 saylı qərardadla, cavabdeh “xxxx” MMC-nin şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2-2(81)-267/2019 saylı qərardadının dəyişdirilmədən s axlanılması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 35.1, 35.2, 81, 89.3cü maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 15-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual qanunvericiliyin tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsi ayrıca olaraq 19 mart 2019-cu il tarixli qərardadında vurğulamışdır ki, “Aidiyyət qaydaları ilə əlaqədar xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 387 və 418-ci maddələrində isə məhkəmə qətnaməsinin apelyasiya və kasasiya qaydasında ləğv edilməsi üçün əsaslar sırasında məhkəmə aidiyyəti qaydalarının pozulması bilavasitə müəyyən olunmasa da, bu cür pozuntularla qəbul edilmiş məhkəmə aktı qanuni hesab edilə bilməz”. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin istinad etdiyi 10 yanvar 2017-ci il tarixli müqavilənin əsli məhkəməyə təqdim edilmədiyindən sözügedən bəndin həqiqətən də müqavilədə mövcud olub-olmaması müəyyən edilmədiyindən, lakin iş materiallarına əlavə edilmiş digər sənədlərdən və tərəflərin nümayən dələrinin məhkəmə iclasında verdikləri izahatlardan tərəflər arasında mövcud olan münasibətlərin müqavilə münasibətləri zəminində yarandığından və münasibətlərin tərəfləri hüquqi şəxslər olduğundan, hazırkı mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2019-cu il tarixli qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədə mübahisələrin aidiyyət məsələlərinə iki fəsil, yəni, “Məhkəmə aidiyyəti” adlandırılan İİİ fəsil və “Ərazi aidiyyəti” adlandırılan İV fəsil həsr olunmuşdur. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin İV fəslində yer almış “Müqavilə aidiyyəti” adlana n 40-cı maddəsi mövcuddur. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, 01 saylı 10 yanvar 2017-ci il tarixli kontraktın (müqavilənin) 8.2-ci bəndinə müvafiq olaraq tərəflər arasında hazırkı kontraktın (müqavilənin) qanuniliyi, təfsiri və icrası ilə bağlı bütün mübahisələr Türkiyə Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsində həll ediləcəyi müəyyən olunmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış həmin kontrakta (müqaviləyə) görə sözügedən məsələlər müqavilə aidiyyəti ilə Türkiyə Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsi tərəfindən baxılaraq həll edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən adıçəkilən kontraktın (müqavilənin) işdə əslinin olmaması səbəbi ilə kontrakta (müqaviləyə) şübhə ilə yanaşması və onu qəbul edilməməsi əsassızdır, belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadında özü yazır ki, tərəflər arasında mövcud olan münasibətlər müqavilə zəminində yaranmışdır, digər tərəfdən sözügedən 10 yanvar 2017-ci il tarixli kontrakta (müqaviləyə) işdə olan gömrük bəyannaməsinə də istinad olunur. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu təkzibolunmaz hallarını nəzərə almamış, prosessual hüquq normalarını səhv tətbiq etməklə iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2-2(103)-223/2019 saylı qərardadı ləğv edilməli, hazırki iş Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olmadığından, iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə xitam verilməli, iddiaçı mübahisənin həlli məqsədi ilə Türkiyə Respublikasının Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinə müraciət etməlidir, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 261.0.1, 262.3, 416, 417.1.5, 418-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəm əsi İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 22(103)-223/2019 saylı qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. İddiaçı hazırkı mübahisənin həlli ilə bağlı Türkiyə Respublikasının Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinə müraciət edə bilər. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-224/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-224/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver