Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-224/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbi barədə kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)1072/2022 saylı qə tnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 20 sentyabr tarixində İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişləri əsasında baş verəcək hər bir sığorta hadisələrinin səbəblərini araşdırmaq və hadisə ilə bağlı yaranan zərər məbləğinin müəyyən olunması üzrə sığorta ekspertizası xidmətlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. 2. 2021-ci il 3 noyabr tarixli EBBL seriyalı 838262 nömrəli, 2021-ci il 8 dekabr tarixli EBBN seriyalı 795642 nömrəli, 2022-ci il 13 yanvar tarixli EBBP seriyalı 540861 nömrəli və EBBP seriyalı 541047 nömrəli, 2022-ci il 4 fevral tarixli EBBQ seriyalı 736874 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı 20.140 manat məbləğində xidmət göstərmişdir. 3. 2021-ci il 14 oktyabr və 9 noyabr tarixli, 2022-ci il 13 yanvar və 4 fevral tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktlarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, sığorta hadisələrinin səbəblərini araşdırmış və hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. 4. 2022-ci il 6 aprel tarixli MŞB/2-00532 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra - "xxxx") 2022-ci il 23 may tarixində Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il 20 sentyabr tarixli sığorta ekspertizası üzrə xidmət göstərilməsi haqqında müqavilənin şərtlərinə əsasən iddiaçıya ödənilməli olan 20.140 manat pulun, mediasiya xərci hesab olunan 200 manat məbləğində vəsaitin, əldən çıxmış fayda kimi 5.000 manat pulun, ümumilikdə 25.340 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2020-ci il 20 sentyabr tarixli sığorta ekspertizası üzrə xidmət göstəri lməsi haqqında bağlanmış müqavilənin şərtlərinə əsasən şirkət tərəfindən göndərilmiş işlər üzrə özəl ekspert qismində iştirak edərək qiymətləndirməni iddiaçı həyata keçirmişdir. Bu xidmətləri müqabilində bəzi ödənişlər həyata keçirilsə də, bu günədək 20.140 manat məbləğində şirkətin iddiaçıya borcu qalmışdır. Müxtəlif vaxtlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı iddiaçının müraciətləri cavabsız qaldığından, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25.1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.1.1, 6.1.8, 14.2.6, 16, 21.1, 21.2, 442, 443.2, 448.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bu ndan sonra – “MPM”) 4.1, 26.1-ci maddələrinə istinad edilmişdir.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunan elektron qaimələr məhkəmənin hazırlıq iclası mərhələsində deyil, məhkəmə baxışı mərhələsində təqdim edilmiş və bununla da MPM-in 167.1.2-ci maddəsinin tələblərinin pozulmuşdur. Eyni zamanda tərəflər arasında bağlanılmış müqavilə cavabdeh şirkətin direktoru tərəfindən imzalanmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 avqust tarixli e-2-2(113)-2975/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 20.140 manat əsas borc və 200 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilmiş, iddia digər hissədə rədd edilmişdir (hakim – E.Əliyev).
10. Birinci instansiya məhkəməsi qeyd etmişdi r ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh görülmüş işlərə görə xidmət haqqını ödəməmiş, buna görə də iddiaçının əsas borc və mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir.
11. Həmçinin, Məhkəmə iddiaçının 5.000 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı sözügedən tələblə bağlı qanunvericiliyin hər hansı normasına istinad etmədiyindən və məhkəməyə sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir.
12. Cavabdehin nümayəndəsi Nümayəndə1 istinad etdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı elektron qaydada məhkəməyə müraciət edərkən sistemə yüklədiyi cavabdehə ünvanla dığı 2022-ci il 28 fevral tarixli məktubda 20.140 manat tələbini əks etdirən 5 ədəd elektron qaimələrin nömrələri və tarixlərini göstərdiyinə görə həmin qaimələrin sonradan sistemə əlavə edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd deyil. Bununla yanaşı müqavilənin imzalanmaması iddianın rədd olunmasına əsas ola bilməz, belə ki, həmin müqavilə cavabdehin möhürü ilə təsdiq edilmiş və tərəflərin arasında məhz həmin müqavilə çərçivəsində xidmətlər göstərilmiş və bunun müqabilində pullar ödənilmişdir.
13. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1-ci, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2022-ci il 7 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi bar ədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)-1072/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya 20.140 manat məbləğində borclu olması həm təhvil-qəbul aktları, həm də elektron qaimələrlə təsdiq olunur. Təhvil-qəbul aktlarına dair kollegiya qeyd etmişdir ki, cavabdeh həmin aktların həqiqliyini mübahisələndirməmişdir. Eyni zamanda cava bdehin nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir ki, həmin aktları imzalamış M.Bayramov onların əməkdaşı olmuşdur.
17. Elektron qaimələrə dair kollegiya qeyd etmişdir ki, cavabdeh həmin elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində hər hansı etiraz bildirməmişdir. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi həmin qaimələrin mövcudluğunu mübahisələndirməmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən cəmi 12 ədəd elektron qaimə göndərilmiş, onlardan 7 ədədi üzrə ödənişlər həyata keçirilmiş, hazırda tələb olunan 5 qaimə üzrə isə ödəniş aparılmamışdır. Çünki iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq yazılı sifariş formaları təqdim edilməmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində yazılı sifariş formasının tərtib edilməsi nəzərdə tutulsa da, tərəflər arasında olan işgüzar adətlərin məhz həmin qaydada həyata keçirilməsi öz təsdiqini tapmır. Çünki həmin hala istinad edən cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Halbuki cavabdeh tərəfindən 7 ədəd elektron qaimə üzrə ödənişlər həyata keçirilib və həmin ödənişlər yazılı sifariş formasına əsasən həyata keçirilmiş olsaydı cavabdeh bununla bağlı sübutları təqdim edə bilərdi.
18. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən yerinə yetirilmiş işlər və onların dəyəri barədə qəbul-təhvil aktları tərtib edilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, yazılı sifariş formalarının tərtib edilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır və iddiaçı 20.140 manat məbləğində xid mət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1, 78.1-ci maddələrinə, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 2.6, 3.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.
20. Həmin qətnamədən cavabdeh 2023-cü il 24 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 389.1, 390.1, 405.1-ci maddələrinin tələbləri pozulmuşdur –müqaviləyə nəzər saldıqda məlum olur ki, sifarişçi və icraçı müqavilənin mühüm şərtləri barədə razılığa gəlmişlər, lakin qeyd edilən kommersiya mübahisəsi üzrə həm iddiaçının (müqavilə üzrə icraçı), həm də cavabdehin (həm də müqaviə üzrə sifarişçi) imzası ilə imzalanmış və möhürlənmiş şəkildə sifariş forması və sözügedən müqavilənin Şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmış əsli iddiaçı tərəfindən elektron informasiya məhkəmə sisteminə yerləşdirilməmiş və məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması yetərli olmadığından məhkəmənin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır.
22. MPM-in 78.1, 78.1-1-ci maddələrinin tələbləri pozulmuşdur – Sübutlar məhkəmə baxışı iclası nda o halda təqdim edilə bilər ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iş materiallarından göründüyü kimi iddiaçı sözügedən sübutları MPM-də nəzərdə tutulmuş qaydada, müddətdə məhkəmə elektron informasiya sisteminə yerləşdirməmiş və həmin sənədlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və bununla bağlı 1-ci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir. Bununla da məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmə klə və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, Maddi hüquq normasının pozuntusu kimi göstərilmiş “Sığorta Ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə”nin sığorta şirkəti tərəfindən imzalanmamasını bildirmiş və 2020-ci il 20 sentyabr tarixli həmin müqaviləni bu səbəbdən bağlanmamış hesab etmişdir. Bu hal onunla əsaslandırılmışdır ki, həmin müqavilədə cavabdeh tərəfin möhürü var, lakin qanuni təmsilçinin imzası yoxdur. Eləcə də, həmin müqavilə üzrə 7 e lektron qaimə üzrə işlərin görülməsini qəbul etsə də cəmi 12 elektron qaimə üzrə (o cümlədən işlərin görülməsini qəbul etmədiyi 5 elektron qaimə daxil) işlərin görülməsini elekton imza ilə təsdiq etsə də bunların içində 5 elektron qaiməni sifariş blankı olmaması əsasə ilə rədd etmişdir. Halbuki 12 elektron qaimə üzrə bütün sifarişlər fors major olaraq sifariş blanksız ərizələrin vat sapa şirkət əməkdaşı tərəfinədn göndərilməsi ilə icra edilmişdir. Cavabdehlə həmin müqavilə üzrə mübahisələndirilən dövr, yəni 2020-ci ilin sentyabr 2022-ci yanvar ayı üzrə bütün görülmüş işlərə dair (o cümlədən mübahisələndirilən 5 elektron qaimə də daxil olmaqla) iddiaçı tərəfindən cavabdehə 12 elektron qaimə göndərilmişdir ki, bütün elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və asan imza ilə təsdi q edilmişdir. Belə olan halda, həmin 12 elektron qaimə üzrə işlərin görülməsi cavabdeh tərəfindən elektron kargüzarlıqda təəsdiq edildiyi bir halda həmin qaimələrin əsaslnda qeyd edilən 2020-ci il 20 sentyabr tarixli müqavilənin olmasını da cavabdeh artıq təsdiq etmişdir. Habelə, 2021-ci il 14 oktyabr, 2022ci il 4 fevral, 2022-ci il 13 yanvar və 2021-ci il 9 noyabr tarixli təhvil qəbul aktları mövcuddur. Həmin aktlar üzrə iddiaçı tərəfindəön qiymətləndirmə aparılmış, onlar cavabdeh tərəfindən imzalanmaqla və görülmüş işlərin qəbulu təsdiq edilməklə hazırda mübahisələndirdiyi 2020-ci il 20 sentyabr tarixli müqavilə üzrə razılaşmanın mövcud olması və tarifləri əslində təsdiq olunmuşdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” 28. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən: “... Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”
29. A zərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6 və 3.9-cu bəndlərinə əsasən: “... 2.6-cı bəndinə görə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhviltəslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.... 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməli yyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli, 2-2(103)-1072/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
32. Kassasiya şikayətinin dəlillərinin əsası bundan ibarət olmuşdur ki, sifarişçi və icraçı müqavilənin mühüm şərtləri barədə razılığa gəlsələr də, həm iddiaçının həm də cavabdehin imzası ilə imzalanmış və möhürlənmiş şəkildə sifariş forması və müqavilənin şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmış əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçı sübutlarını MPM-lə nəzərdə tutulmuş qaydada və müddətdə işin birinci instansiya məhkəməsində baxılmağa hazırlanması yekunlaşanadək təqdim etməmiş, bunun ondan asılı olmayan səbəblərdən baş verməsini əsaslandırmamışdır.
33. Məhkəmələr bunun la əlaqədar düzgün olaraq qeyd etmişlər ki, iddiaçı elektron qaydada məhkəməyə müraciət edərkən sistemə yüklədiyi cavabdehə ünvanladığı 2022-ci il 28 fevral tarixli məktubda 20.140 manat tələbini əks etdirən 5 ədəd elektron qaimələrin nömrələri və tarixlərini göstərdiyinə görə həmin qaimələrin sonradan sistemə əlavə edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd deyil, həmçinin müqavilə cavabdehin möhürü ilə təsdiq edilib, tərəflərin arasında məhz həmin müqavilə çərçivəsində xidmətlər göstərilib və bunun müqabilində pullar ödənildiyindən müqavilənin imzalanmaması iddianın rədd olunmasına əsas ola bilməz.
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara da ir maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax §16-19).
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normalar ı ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edil məməlidir.
39. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(103)-1072/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.