Məhkəmə qərarları › İş №2-2(102)-224/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-224/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-224/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı alqı-satqı müqaviləsinə görə pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 5 dekabr tarixli, 2-2(103)-1094/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İcraçı İddiaçı MMC və sifarişçi Cavabdeh “X6” arasında 2018-ci il 1 iyul tarixli laborator xidmətlərin göstərilməsi ilə bağlı birgə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən bu müqavilə ilə İddiaçı MMC klinikanın sifarişi əsasında 1 nömrəli əlavədə göstərilən laborator xidmətlərini ATU-nun X1 kliniki-diaqnostik laboratoriyasında göstərilməsini öhdəsinə götürür. Hal-hazırda olan laboratoriyanın əməkdaşları öz fəaliyyətlərini İddiaçı-un nümayəndəsinin rəhbərliyi altında davam edir. Onun müavini isə klinikanın nümayəndəsi təyin olunur. - 2.1-ci bəndinə əsasən Cavabdeh X6 daxilində klinik-diaqnostik laboratoriyanın fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş otaqlarda cari təmir işləri aparmaq habelə lab oratoriya üçün qanalma kresloları, kompyuter, mebel və s. (tibbi avadanlıqdan başqa) təchiz etmək klinikanın vəzifəsidir. - 2.2-ci bəndinə əsasən müqavilə imzalanandan sonra göstərilən laborator xidmətlərin növləri qarşılıqlı razılaşma əsasında təsdiq edilmiş 3 nömrəli əlavədə qeyd edilən müvafiq qiymətlər əsasında İcraçı İddiaçı MMC tərəfindən aparılır. - 3.1-ci bəndinə əsasən aylıq dövriyyede olan bütün göstərilən ödənişli xidmətlərin 20 faizi “Klinika”ya aid olacaq, qalan hissəsi İddiaçıa aid olacaq. İddiaçı aldığı məbləğdən həkimə göndəriş faizi, personalın məvacibi, cihazların reaktivlərinin dəyərini (həmçinin onlara göstərilən texniki xidmətin dəyəri), laboratoriyada işləmək üçün əlavə cəlb olunacaq həkim və koordinatora məvacibi də ödəyəcək. - 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma müvafiq sənədlər təqdim olunduqdan sonra 30 iş günü müddətində tam şəkildə köçürmə yolu ilə qarşı tərəfin bank hesabına ödənilir. - 3.2. “Klinika” tərəfindən verilən sifarişlərə əsasən qarşı tərəfin təqdim etdiyi hesab AR Mərkəzi Bankının həmin günə bəyan etdiyi valyuta kursuna uyğun olaraq tərtib ediləcəkdir. - 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İcraçı İddiaçı MMC və cavabdeh sifarişçi Cavabdeh “X6” arasında 2021-ci il 1 may tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlər və qaydalara uyğun razılaşmaya əsasən İddiaçı Mmc ATU-nun X1 laboratoriya cihazlarına, eləcədə özünün balansınd a olan və “Klinika”ya istifadəyə verilən cihazlara lazım olan reaktivlərlə təmin etməyi və cihazlara texniki servis xidməti göstərməyi öhdəsinə götürür. “Klinika” laboratoriyada quraşdırılmış cihaz və avadanlıqlaıın istifadəsi, istismarı, qorunması və qəbul edilmiş reaktivlərin müvafiq standartlara uyğun saxlanılması üçün normal şərait yaratmağı öhdəsinə götürür. - 2.1.2-ci bəndinə əsasən qəbul olunmuş sifarişlərin dəyərini rəsmi sənədlərə (eqaimə) əsasən tam şəkildə ödəmək “klinika”nın vəzifəsidir. - 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma müvafiq sənədlər təqdim olunduqdan sonra 30 iş günü müddətində tam şəkildə köçürmə yolu ilə qarşı tərəfin bank hesabına ödənilir. - 3.2. “Klinika” tərəfindən verilən sifarişlərə əsasən qarşı tərəfin təqdim etdiyi hesab AR Mərkəzi Bankının həm in günə bəyan etdiyi valyuta kursuna uyğun olaraq tərtib ediləcəkdir. - 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh “X6”na elektron sistem vasitəsilə göndərilmiş təqdim edilmiş mallara dair elektron qaimələr (ƏDV daxil): - 2022-ci il 31 oktyabr tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaiməyə əsasən 25.598,47 manat; - 2022-ci il 10 noyabr tarixli, EBCİ seriyalı, 803862 saylı elektron qaiməyə əsasən 17.111,66 manat; - 2023-cü il 26 yanvar tarixli, EBCM seriyalı, 672255 saylı elektron qaiməyə əsasən 46.097,80 manat; - 2023-cü il 3 fevral tarixli, EBCM seriyalı, 000843 saylı elektron qaiməyə əsasən 42.770,45 manat; - 2023- cü il 10 fevral tarixli, EBCO seriyalı, 623884 saylı elektron qaiməyə əsasən 25.693,86 manat; - 2023-cü il 10 fevral tarixli, EBCO seriyalı, 614551 saylı elektron qaiməyə əsasən 46.614,34 manat; - 2023-cü il 7 iyun tarixli, EBDH seriyalı, 360290 saylı elektron qaiməyə əsasən 12.034,32 manat.

4. Cavabdeh “X1 2016-cı il 28 noyabr tarixdə Cavabdeh rektoru tərəfindən təsdiq edilmiş yeni redaksiyada Əsasnamənin 1.2-ci bəndinə əsasən klinika Cavabdeh tərkibində struktur bölməsi olub, tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyətlərini təmin etməklə yanaşı, əhaliyə geniş profilli ixtisaslaşdırılmış konsultativ-diaqnostik və müalicə-profilaktik xidmət göstərən tədris, elm və tibb müəssisəsidir.

5. İddiaçı MMC tərəfindən 1 saylı əlavədə qeyd edilən İddiaçı MMC-nin mülkiyyətində olan cihazların (1 ədəd biasan microspin 12, 1 ədəd biosan orbital psu 10i, 1 ədəd M2815 PR soyuduculu elektro-MAG Sentrifuga) geri götürülməsi ilə bağlı Cavabdeh “X6”na bildiriş göndərilmişdir. Bildiriş təhvil verən Qəhrəmanova Günay adlı şəxsin imzası ilə təsdiq edilmişdir. 6. 2022-ci il 3 yanvar – 2022-ci il 30 dekabr tarixləri arası dövrü əhatə edən hesabdan çıxarışa əsasən, EBCİ225406 saylı 2022-ci il 28 oktyabr tarixli qaimə üzrə 6000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

7. Cavabdeh X1 laboratoriyasının maliyyə dövriyyəsi barədə 2024-cü il 30 iyul tarixli arayışa əsasən, 2023-cü il 1 yanvar tarixindən 2023-cü il 31 dekabr tarixədək Cavabdeh X2 aparılmış müayinələrin dəyəri ümumilikdə 282.129 manat təşkil etmişdir.

8. Cavabdeh X1 laboratoriya üzrə göstərilmiş xidmətlərin cədvəlinə əsasən 2022-c i il üzrə laboratoriyanın göstərdiyi xidmətlərin sayı 76.864 olduğu halda 2023-cü ilin 6 ayı ərzində göstərilmiş xidmətlərin sayı 20.619 olmuşdur.

9. X9 məhkəmədə verdiyi ifadəsində 2019-cu ilin fevral ayından 2023-cü ilin fevral ayınadək X2 laboratoriya müdiri kimi fəaliyyət göstərdiyini bildirdi. Verilən suallara cavab olaraq şahid 2022-ci ilin dekabr- 2023- cü ilin fevral ayları ərəfələrində xəstə sayının xeyli azaldığını, reaktivlərə ehtiyac olduğunu rəhbərliyə bildirdiklərini, reaktivlərin və laboratoriyadakı avadanlıqların İddiaçı MMC– dən alındığını, avadanlıqlar xarab olduğu zaman İddiaçı MMC-nin müdaxilə etdiyini, təxminən 2023-cü ilin mart ayından etibarən İddiaçı MMC-yə ödənişlər edilmədiyinə görə reaktivlərin verilmədiyini, Cobas 6000 və Nuve Ln-120 adlı aparatların şahid orda olarkən İddiaçı MMC tərəfindən verildiyini, reaktivlərin anbara məsul şəxs tərəfindən təhvil alındığını, direktor tərəfindən siyahının imzalandığını və reaktivlərin xəstə sayına uyğun olaraq əldə edildiyini bildirdi.

10. X3 məhkəmədə verdiyi ifadəsində 2011-ci ildən 2023-cü ilin yanvar ayınadək X2 laborant vəzifəsində işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid, İddiaçı MMCdən ayrıldıqdan sonra laboratoriyanın fəaliyyətinin dayandırıldığını bildirdi.

11. Onlayn Kargüzarlıq sistemindən çıxarışdan müəyyən edilir ki, 2023-cü ilk 2 avqust tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh X4 borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, Cavabdeh X1 laboratoriyasında keçirilmiş yerində müayinə zamanı ön hissəsi sökülmüş vəziyyətdə a vadanlıq aşkarlanmışdır. Yerində müayinədə iştirak edən iddiaçının nümayəndəsi həmin avadanlığın onlara məxsus olan Cobas 6000 avadanlığının olmasını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh “X6”na (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, sadəcə Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqlarının cavabdeh tərəfindən qərəzli olaraq geri verilməməsi səbəbi ilə, Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN120 (Laminar kabin avadanlığı) avadanlıqlarının iddiaçıya geri qaytar ılması, habelə 208.429,58 manat məbləğində ödənilməmiş pulun, 99 manat dövlət rüsumunun və 400 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 208928,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir qayda olaraq mülki dövriyyədə tibbi cihazların satışı üzrə fəaliyyət göstərir. İddiaçı cavabdeh ilə 2018-ci il 1 iyul tarixli əməkdaşlıq müqaviləsi, 2021-ci il 1 may tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Əməkdaşlıq haqqında müqaviləyə əsasən, iddiaçı cavabdehə məxsus laboratoriyanı faktiki idarə etmiş, əldə olunan qazanc müqavilə şərtlərinə uyğun bölünmüşdür. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı tibbi cihazların lazım olan reaktivlərlə təmin etməyi öhdəsinə götürmüşdür. Cav abdeh isə müqavilələrin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Görülən işlər və göstərilən xidmətlər müəyyən dövriliklə e-qaimə əsasında cavabdehə təqdim olunmuş, sonuncu da öz növbəsində ödənişləri həyata keçirmişdir. Lakin 2022-ci ilin oktyabr ayından etibarən ödənişlər dayandırılmışdır. Laboratoriya üçün lazım olan tibbi vəsaitlər təqdim olunsa da cavabdeh tərəf ödəniş etməkdən imtina etmişdir. Ödənilməmiş e-qaimələr üzrə borc 208.429,58 manat təşkil edir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Təəssüf ki, mübahisənin həll edilməsi mediasiya vasitəsilə də mümkün olmamış, bu səbəbdən iddiaçı ona məxsus bütün avadanlıqları cavabdehə məxsus laboratoriyadan çıxarmışdır.

14. Daha so nra iddiaçı ərizə ilə müraciət edərək cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 2024-cü il 5 fevral tarixli qərardadı ilə, cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir.

15. Cavabdeh izahatında iddia tələbinin avadanlıqların qaytarılması hissəsində qəbul etdiklərini və Cobas 6000 avadanlığını qaytarmağa hazır olduqlarını, digər avadanlığın isə onlarda olmadığını bildirmiş, cavabdehə təqdim edilmiş mallara görə təqribi 20.000 civarında borclarının qaldığını, lakin borcun dəqiq məbləğinin yalnız audit nəticəsində müəyyənləşdirilə biləcəyini, borcun qalan hissəsi təhvil-təslim aktları ilə öz təsdiqini tapmadığından rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli, e-2-2(113)-316/2024 nömrəli qətna məsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən ƏDV xaric 15.693,62 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən Cobas 6000 (c501/e601) avadanlığın alınaraq iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

17. Məhkəmə ilk növbədə iddianın borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə tərəflər arasında mübahisə 2022-ci ilin oktyabr - 2023-cü ilin iyun aylarında iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların və göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə bağlıdır. İddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli dövrdə - 2022-ci ilin oktyabr - 2023-cü ilin iyun aylarında cavabdehə i ddia olunan məbləğdə malların verilməsi və xidmətlərin göstərilməsi faktlarını sübuta yetirmək üçün yalnız elektron sistem vasitəsilə cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir.

18. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturalara əsasən malların təqdim edilməsini və xidmətlərin göstərilməsini təsdiq edən sübutlar (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim edilmədiyindən, mübahisəli elektron qaimə-fakturalar həmin fakturalarda göstərilən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.

19. Bununla yanaşı məhkəmə bildirmişdir ki, iş materiallarında olan sübutlardan, o cümlədən şahid ifadələri və cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi 2022-ci ilin oktyabr-noyabr aylarından başlayaraq laboratoriyanın bir ay ərzində göstərdiyi xidmətlərin sayında kəskin azalma müşahidə olunmuşdur. Klinikanın verdiyi arayışa əsasən laboratoriyanın 2023-cü ildə maliyyə dövriyyəsi 282.129 manat təşkil etmişdir. Belə olan halda isə 2022-ci ilin oktyabr – 2023-cü ilin iyun ayları arasındakı dövrdə iddiaçı tərəfindən laboratoriyanın fəaliyyəti üçün 208.429,58 manat dəyərində reaktiv təqdim etməsi və xidmət göstərməsi ağlabatan görünmür.

20. Eyni zamanda məhkəm ə onu da qeyd etmişdir ki, mübahisəli elektron qaimələrdən ƏDV xaric 21.693,62 manat (ƏDV daxil 25.598,47 manat) dəyərində 2022-ci il 31 oktyabr tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaimə üzrə cavabdeh tərəfindən qismən – 6000 manat məbləğində ödəniş edilmişdir.

21. Məhkəmə sözügedən qaimə-faktura üzrə ödəniş edilməsini qaimə-fakturada göstərilən malların təqdim edilməsi faktının cavabdeh tərəfindən təsdiq edilməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, sözügedən qaimə-faktura üzrə ödənilməyən ƏDV xaric 15.693,62 (21.693,62-6000) manat məbləğində borcun tutulması hissəsində iddia təmin edilməlidir

22. Məhkəmə bildirmişdir ki, iddianın avadanlıqların geri qaytarılması hissəsi ilə bağlı işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli müqavilələr əsasən iddiaçı tərəfindən cavabdehə laboratoriyanın işləməsi üçün bir sıra avadanlıqlar təqdim edilmiş və həmin avadanlıqların bir hissəsi geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehin istifadəsinə verdiyi avadanlıqların arasında Cobas 6000 və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqların da olduğunu, lakin həmin avadanlıqların cavabdeh tərəfindən onlara qaytarılmadığını iddia edir.

23. Cobas 6000 avadanlığı ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, eləcə də avadanlığın hal-hazırda cavabdehin sahibliyində olması faktları cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, mülki prosessual qanunvericiliyə əsasən, iddiaçı tərəfindən həmin halları sübuta yetirmək vəzifəsindən azad edilir.

24. Belə olan halda məhkəmə Cobas 6000 avadanlığının iddiaçı tərəf indən cavabdehin əvəzsiz istifadəsinə verilməsi, hazırda həmin avadanlığın cavabdehin sahibliyində olması işin mübahisəsiz halları olduğundan, eləcə də cavabdehin həmin avadanlıqdan istifadə etməsi üçün əsas olmuş tərəflər arasında bağlanmış xidmət və alqısatqı müqavilələri üzrə münasibətlərə faktiki olaraq 2023-cü ilin iyun ayından xitam verildiyindən, yəni iddiaçının həmin avadanlıqdan istifadə etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxdığından iddiaçı mülki qanunvericiliyə əsasən həmin avadanlığın geri qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlığına gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən adda avadanlığın cavabdehə təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə araşdırması gedişində cavabdehin faktiki sahibliyində həmin avadanlığın olması müəyyən edilməmişdir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

26. Bununla bağlı məhkəmə Nuve LN-120 iddiaçı tərəfindən cavabdehin laboratoriyasının istifadəsinə verilməsi barədə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr sözügedən adda avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 567, 736.1, 736.2, 736.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 106.3, 107-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli, 2-2(103)-1094/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

30. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na istinadən qeyd etmişdir ki, elektron qaimələr təhvil-təslim aktları və digər sənədlər əsasında formalaşır. Odur ki, həmin e-qaimələr onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi fa ktının sübuta yetirilməsi üçün kifayət etmir. Bunun üçün digər sübutlar da olmalıdır. E-qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsi artıq iddiaçını mal təqdim etməsini və ya işlər görməsini sübutetmə vəzifəsindən azad edir. Odur ki, məhkəmənin cavabdehin inkar etdiyi halda yalnız elektron qaimələr əsasında iddianı təmin etməməsi barədə gəldiyi qənaət əsaslı və qanunidir. Elektron qaiməyə cavabdeh tərəfindən etiraz edilməməsi də müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini təsdiq edə bilməz. Məhkəmənin avadanlığın geri qaytarılması barədə tələbi təmin etməməsi nəticəsi işin hallarına uyğun olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 587.1, 587.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, MPM-in 77.1, 106.3, 107, 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

33. MM-in 404.2-ci maddəsi üzrə - Əvvəla, onun xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırki işdə mübahisə predmeti olan müqavilələr üzrə göstərilən xidmət və malların təhvil verilməsini tənzim edən və ya belə təhvil verilmənin xüsusi formasını tənzim edən xüsusi bir norma yoxdur. Başqa sözlə, təhvil verilmə hər hal üçün fərdi qaydada araşdırılmalı və sübutedilməlidir Təcrübədə malların və işlərin təhvil verilməsi əsasən təhvil-təslim aktları ilə rəsmiləşdirilir. Lakin təhvil - təslim aktının imzalanması da heç də hər bir halda malın təhvil verilməsi anlamına gəlmir. Məhkəmə təcrübəsi göstərir ki, müqavilə münasibətinin olmasını göstərmək məqsədilə bəzən formal təhvil-təslim aktları imzlana bilir. Eynilə, tam ə ksinə təhvil-təslim aktının olmaması da heç də hər bir halda malın və ya xidmətin verilməməsi anlamına gəlmir. Beləliklə, hər mübahisəyə münasibətdə məhkəmə bu faktı fərdi qaydada araşdırıb qiymət verməlidir.

34. İddiaçı qeyd edir ki, müqavilə münasibəti dövründə iddiaçı cavabdehə ümumilikdə 37 ədəd e-qaimə faktura göndərib. Onlardan 30 ədədi üzrə ödəniş edilib, 1-i üzrə natamam ödəniş edilib, 6-ı üzrə, ümumiyyətlə, ödəniş edilməyib.

35. Məhkəmə mübahisəni araşdırarkən tərəflər arasında malın təhvil-təslimi ilə bağlı yaranmış praktikanı nəzərə almamışdır. Belə ki, bütün əvvəlki e-qaimələr üzrə ödəniş və təhvil-təslim hansı qaydada həyata keçirilmişdirsə eynilə, 6 ödənilməyən e-qaimə ilə bağlı da təhvil təslim eyni qaydada həyata keçirilib. Yəni, xüsusi olaraq iki müəssisə arasında təhvil-t əslim sənədi olmayıb. Bunu cavabdeh də öz hərəkətləri ilə təsdiq edib. Belə ki, cavabdeh məhkəməyə ödənilmiş e-qaimələr üzrə xüsusi təhvil təslim sənədi təqdim etməyib. Hansı ki, belə bir sənəd mövcud olduğu və məhkəməyə təqdim edildiyi təqdirdə iddiaçının iddiası tamamilə puç olmuş olar və cavabdehin mövqeyini daha da gücləndirərdi.

36. Məhkəmə sadəcə e-qaimənin bir hissəsinin cavabdeh tərəfindən ödənildiyi üçün bir növ həmin e-qaimə üzrə göstərilən malın təqdim edilməsi qənaətinə gəlməsi və xüsusi təhvil-təslim sənədinin olmasına ehtiyac görməməsi anlaşılan deyildir.

37. Cavabdeh xüsusilə həmin e-qaimə üzrə xidmət aldığını da etiraf etməyib, bu o deməkdir ki, e-qaimənin natamam da olsa, ödənilməsi məhkəmə üçün xidmətin - malın təqdim edilməsinin yeganə dəlili kimi çıxış edib. Nəzərə alma q lazımdır ki, həmin e-qaimə üzrə xidmət yarımçıq təqdim edilə bilərdi və buna görə cavabdeh də ödənişi yarımçıq ödəyə bilərdi, yəni natamam ödənişin səbəbi xidmətin natamam göstərilməsi də ola bilərdi. Amma məhkəmə sadəcə bu e-qaiməyə münasibətdə xüsusi təhvil-təslim sənədinin olmaması halında onu təmin edir, digər 6 e-qaiməyə münasibətdə isə xüsusi təhvil-təslim sənədinin olmaması iddianın rədd olunmasına səbəb olur. Belə çıxır ki, məhkəmə mübahisəni prosessual tədqiqat prinispinin tələbinə uyğun, məhkəməyə təqdim edilmiş sübutlar əsasında yox, öz daxili inamı əsasında mübahisəni həll edir.

38. Məhkəmə Konstitusiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli qərarını da mübahisəyə yanlış tətbiq etmişdir. Belə ki, əvvəla, həmin qərarda Konstitusiya Məhkəməsi elektron vergi hesab fakturaların a münasibətdə yanaşmasını orataya qoyur. Çünki həmin işdə araşdırılan mübahisənin yarandığı dövrdə e-qaimə barədə qanunvericilik ümumiyyətlə qüvvəyə minməmişdi və elektron hesablaşmalarda e-qaimələrdən istifadə olunmurdu. Lakin apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində istinad etdiyi halı yanlış anlamış və bu arqumentə cavab olaraq Konstitusiya Məhkəməsinin adı çəkilən qərarının tarixinə əsaslanmışdır. Həmin qərar qüvvəyə minərkən e-qaimənin tətbiqi barədə qanunvericlik qüvvədə idi. Lakin araşdırılan mübahisənin cərəyan etdiyi dövrdə hələ həmin qanunvericlik qüvvəyə minməmişdi.

39. Digər tərəfdən, Konstitusiya Məhkəməsi də malların təqdim olunması faktının qiymətləndirilməsi baxımından tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın nəzərə alınmasını mütləq hesab edir. Hansı ki, cari mübahisənin araşdırılması zamanı məhkəmə bunu nəzər almamışdır.

40. Məhkəmə işin faktiki hallarını araşdırarkən nəzərə almamışdır ki, cavabdeh iddiaçı tərəfindən göndərilən e-qaimələri geri qaytarmamış, onların əsassız göndərilməsi ilə bağlı iddiaçıya heç bir rəsmi etiraz bildirməmişdir. Bu da dolayı yolla cavabdehin həmin eqaimələr üzrə həqiqətən borclu olduğunu təsdiq edir.

41. Məhkəməyə təqdim edilmiş e-qaimə siyahısına əsasən, 2022-ci il 10 noyabr tarixdə iddiaçı tərəfindən iki ayrı e-qaimə göndərilir. Cavabdeh onlardan birini ödəyir, digərini isə ödəmir. Lakin ödəməməklə yanaşı e-qaiməni geri də qaytarmır. Eyni hal 2023-cü il 7 iyun tarixdə göndərilmiş iki ayrı e-qaimə ilə bağlı da baş verir.

42. Bir digər məsələ isə odur ki, hər iki işə baxmış məhkəmə cavabdeh in laboratoriyanın iş həcmini “sübut” edən arayışlarına istinadən iddianı rədd etmiş, bu əsasla mal və xidmətin cavabdehə təhvil verilmədiyi qənaətinə gəlmişdir. Lakin burada diqqət ediləsi məqam odur ki, cavabdeh öz arayışları ilə laboratoriyanın az da olsa faktiki fəaliyyət göstərdiyini özü də elə həmin arayışlar vasitəsilə təsdiq etmişdir. Belə olan halda işə baxmış məhkəmələr ən azı həmin həcmə (Cavabdehin özünün təsdiq ertdiyi həcmə) mütənasib həcmdə iddianı təmin etməli idi. Əksinə məhkəmələr iddianı tamamilə rədd etmişlər, sanki laboratoriya müvafiq dövrdə, ümumiyyətlə, heç işləməyib.

43. MPM-in 88-ci maddəsi üzrə - Əgər məhkəmə şahidin obyektiv və səmimi ifadə verdiyini hiss edirsə necə ola bilər ki, onun ifadəsində göstərilən faktların bir qismini qəbul edib digərini rədd etsin. 4

4. Obyektivlik cavabdeh tərəfindən ona məxsus laboratoriyanın dövriyyəsini təsdiq edən arayışlara verilən qiymət zamanı da pozulub. Belə ki, 2022 və 2023-cü il üzrə aylıq xəstə sayı və müayinə sayı ilə bağlı cavabdeh məhkəməyə iki ayrı vaxtda ayrı arayış təqdim edib. Əvvəla, həmin arayışlar ümumiyyətlə mötəbər sübut kim qəbul edilə bilməz. Çünki cavabdehin elə özü tərəfindən hazırlanır və mötəbərliyi və doğruluğu başqa cür yoxlanıla bilmir. Digər tərəfdən bu iki arayışda göstərilən rəqəmlər heç bir-biri ilə uyğunluq təşkil etmir. Bu da həmin arayışların və orada göstərilən rəqəmlərin yalan və qeyrimötəbər olduğunun birbaşa və bariz göstəricisidir.

45. MPM-in 106.3-cü maddəsi üzrə - Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilən cihazlardan biri ilə bağlı cavabdehin etirafını qəbul etsə də bo rcla bağlı cavabdehin etirafını qəbul etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi bir neçə dəfə cavabdehin öz daxilində iddiaçıya olan borcun müzakirə olunması və təxminən 30.000 manat borcun olmasını etiraf etmişdir. Lakin təmin edilən məbləğ heç etiraf edilən məbləğ qədər deyil.

46. MPM-in 220.4-cü maddəsi üzrə - Cavabdehə verilən avadanlıqların cavabdehə məxsus laboratoriyada olmasını təsdiq edən disk daşıyıcıda olan video yazı barədə məhkəmə heç bir münasibət bildirməyib. Həmin video yazı birbaşa iddiaçının əməkdaşı tərəfindən və yerli baxışdan bir müddət əvvəl qeydə alınmışdır. Video görüntüdən Nuve Ln 120 avadanlığının laboratoriyada olduğu açıq şəkildə görünür. Təəssüf ki, məhkəmənin yerli baxışına qədər cavabdeh onu laboratoriyadan kənarlaşdırmış və onda belə avadanlığı olmadığını bildirmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halları n yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) b aşa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin n əticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin....”

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qayd alara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir....” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqd im edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara müna sibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı t ərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlığı ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilə prosessual qanunvericiliyin sübuetmə yükününün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına müvafiq olaraq tam, hərtərəfli, obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə qüvvədə saxlanılmalıdır.

54. Bununla belə kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddia tələbinin 6 ədəd elektron qaimə-faktura ilə bağlı hissəsində apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

55. Tərəflər arasında 2018-ci il 1 iyul tarixli əməkdaşlıq müqaviləsi (bundan sonra – “əməkdaşlıq müqaviləsi”) və 2021-ci il 1 may tarixli alqı-satqı müqaviləsi (bundan sonra – “alqı-satqı müqaviləsi”) imzalanmışdır. Əməkdaşlıq müqaviləsindən fərqli olaraq alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə görə klinikanın vəzifələrindən biri kimi qəbul olunmuş sifarişlərin dəyərini rəsmi sənədlərə (e-qaimə) əsasən tam şəkildə ödəməkdir. Həmçinin həmin müqavilənin 2.2.3-cü bəndinə görə iddiaçının əsas vəzifələrindən biri sifarişlərin dəyərinin ödənilməsi üçün lazım olan sənədləri (e-qaimə və s.) vaxtında təqdim etməkdir.

56. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 17.111,66 manat dəyərində 2022-ci il 10 noyabr ta rixli EBCİ seriyalı 803862 saylı, 46.097,80 manat dəyərində 2023-cü il 26 yanvar tarixli EBCM seriyalı 672255 saylı, 42.770,45 manat dəyərində 2023-cü il 3 fevral tarixli EBCM seriyalı 000843 saylı, 25.693,86 manat dəyərində 2023-cü il 10 fevral tarixli EBCO seriyalı 623884 saylı, 46.614,34 manat dəyərində 2023-cü il 10 fevral tarixli EBCO seriyalı 614551 saylı, 4.543 manat dəyərində 2023-cü il 7 iyun tarixli EBDH seriyalı 361208 saylı elektron qaimə-fakturalar (hər bir qaimə üzrə ƏDV daxil cəmi 182.831,11 manat) göndərilmişdir. Göndərilmiş bu elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində mübahisələndirilmədiyi üçün proqram təminatı tərəfindən təsdiq olunmuşdur.

57. Göründüyü kimi tərəflər arasında malların təqdim edilməsi və xidmətlərin göstərilməsi ilə bağlı alıcıya elekt ron qaimə-fakturanın göndərilməsi yuxarıda göstərilən müqavilələrin məzmunu nəzərə alınmaqla yetərlidir. Həmçinin bu faktı tərəflər arasında müqavilələr üzrə yaranmış münasibətlər də sübut edir. Belə ki, iş materiallarına görə 2022ci il 10 noyabr tarixli EBCİ seriyalı 803862 saylı və 2022-ci il 31 oktyabr tarixli EBCİ seriyalı 225406 saylı qaimələr əməkdaşlıq müqaviləsinə, digər qaimələr isə alqı-satqı müqaviləsinə əsasən alıcıya göndərilmişdir. İş materiallarına görə də tərəflər arasında 2018-ci ildən yaranmış münasibətlərdə malların təqdim edilməsi və xidmətlərin göstərilməsi ilə bağlı yalnız elektron qaimə-fakturalar göndərilmiş, bunun əksini təsdiqləyən hər hansı təhvil-təslim aktı və s. sənədlər isə təqdim olunmamışdır. Bu cür vəziyyət isə tərəflər arasındakı münasibətlərin məhz belə işgüzar qaydanın formalaşmaqla mövcud olmasına dəlalət edir.

58. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2022-ci il 10 noyabr tarixində EBCİ seriyalı iki ədəd elektron qaimə-fakturadan (803881 və 803862 saylı) 803881 saylı qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il 14 noyabr tarixində ödəniş edilmiş, 803862 saylı qaimə üzrə ödəniş edilməməklə yanaşı nə ona etiraz olunmuş, nə də geri qaytarılmışdır.

59. Bu cür hal 2023-cü il 7 iyun tarixində verilmiş EBDH seriyalı (360290 və 361208 saylı) iki ədəd elektron qaimə-faktura ilə bağlı da təkrarlanmışdır. Belə ki, cavabdeh 360290 saylı qaimə üzrə ödənişi cəmi 1 gün sonra, yəni 2023-cü il 8 iyun tarixində etsə də, 361208 saylı qaiməni ödəməməklə yanaşı ona da nə etiraz etmiş, nə də geri qaytarmışdır.

60. Beləliklə göstərilən bu hallar ona dəlalət edir ki, malların təqdim olunması və xidmətlərin göstərilməsi ilə bağlı alıcıya yalnız elektron qaimə-fakturaların göndərilməsi həm yuxarıda göstərilən müqavilələrin məzmunundan, həm də tərəflər arasında formalaşmış işgüzar təcrübədən irəli gəlmişdir. Həmçinin cavabdehin malların təqdim olunması və xidmətlərin göstərilməsi ilə bağlı ödənişini etdiyi elektron qaimə-fakturalarla bağlı əlavə olaraq hər hansı təhvil-təslim aktı və s. sənədlər iş materiallarında mövcud deyildir və cavabdeh də bunu təsdiqləyəcək hər hansı sənəd təqdim edə bilməmişdir. Belə hal, həmçinin daha əvvəl ödənilmiş elektron qaimə-fakturalarla bağlı da aşkarlanmamışdır.

61. Göründüyü kimi bu faktlar bir daha onu sübut edir ki, alıcının müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin həyata keçirilməsi nin yeganə forması elektron qaimə-fakturaların satıcı tərəfindən ona göndərilməsi qəbul olunmuşdur.

62. Məhkəmə kollegiyası, həmçinin onu da vurğulayır ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarının 3.3-cü bəndinə görə 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Həmin Qərarın 3.4-cü bəndinə əsasən isə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

63. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin mahiyyətinə zidd qənaətə gəlmiş, gəlinən bu qənaət tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş müqavilə şərtlərinə, eləcə də formalaşmış işgüzar münasibətlərə müdaxilə etməklə yana şı tərəflər üçün onların iradəsinə zidd yeni şərtin müəyyənləşdirilməsi ilə nəticələnmişdir.

64. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində qismən – 182.831,11 manat borc tələbi (bu Qərarın § 56-da göstərilən qaimələr üzrə cəmi məbləğ) hissəsində işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qətnamənin ləğv edilməsinə əsas olmuş maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi adı çəkilən həmin hissədə ləğv olunaraq yeni qərar qəbul edilməli, iddia tələbi bu borc hissəsində təmin olunmalıdır.

65. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 22(103)-1094/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – 182.831,11 manat borc tələbi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi bu borc hissəsində təmin olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar