Məhkəmə qərarları › İş №2-2(102)-225/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-225/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Cavabdehna qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-225/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı-nin direktoru Qanuni nümayəndə, vəkili Vəkil2, Cavabdeh, vəkili Vəkil1 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı-nin Cavabdehna qarşı pul tələbxxxx dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-488/2018 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vək il1 tərəfindən verilmiş kassasiya şikayətxxxx əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsxxxx müraciət edərək, 255.000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh İddiaçı-nin xeyrxxxx tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xxx 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Namin” müəssisəsinin hüquqi varisidir və hazırkı adını təsisçinin xxx 2011-ci il tarixli qərarına və xxx 10.2011-ci il tarixli dövlət qeydiyatına əsasən almışdır. Cəmiyyətlə X3 arasında bağlanmış xxx 2013-cü il tarixli icarə müqaviləsxxxx əsasən Azərbaycan R espublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 00186 nömrəli Dağ Mədən ayrılması “Aktı” ilə bağlı “Sahil” əhəng daşı yatağında Cəmiyyətə ayrılmış sahədən 1 ha sahənin və mövcud texnika ilə ləvazimatların mişar daşı istehsalı ilə məşğul olmaq üçün 1 (bir) il müddətxxxx cavabdehə icarəyə verilməsi razılaşdırılmış, icarəyə verən texnika, ləvazimat və torpaq sahəsini sənədləşdirib icarəyə götürənə təhvil verməyi, icarəyə götürən isə həmin texnika və ləvazimatların mişar daşı istehsalı və satışı ilə məşğul olmağı, onları saz vəziyyətdə saxmaqla təhlükəsizlik tələblərxxxx əməl etməyi öhdəsxxxx götürmüşdür. Sonradan cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada və vicdanlı şəkildə yerxxxx yetirməmiş, nəticədə Cəmiyyət rəhbərliyi onun sahədən çıx masını tələb etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Cəmiyyətə məxsus avadanlıqlar da daxil olmaqla iddiaçıya məxsus Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Çuxur-ağıl” adlanan sahil əhəng daşı yatağında yerləşən torpaq sahəsindən çıxarılması, iddiaçıya məxsus və xxxx 2013-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə verilmiş dəzgah və avadanlıqların geri qaytarılması və tərəflər arasında bağlanmış 2011-ci ilin xxx tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xxx 2016-cı il tarixli qətnaməsi qismən, birgə fəaliyyət barəsində müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2014-cü il tarixli qərardadına əsasən həmçinin işə mahiyyəti üzrə baxılıb qurtaranadək Qaradağ rayonu, inzibati ərazisxxxx daxil olan Sahil əhəng daşı yatağında yerləşən İddiaçı-yə məxsus torpaq sahəsində fəaliyyət göstərmək Cavabdehna qadağan edilsə də, borclu R.Həsənov həmin qərardadın icrasını təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2014-cü il tarixli icra sənədi (iddianı təmin etmə tədbiri barədə) dərhal icra edilməli olduğu halda borclu X1 xxx 2017-ci il tarixədək ərazidə fəaliyyət göstərməklə, Cəmiyyətə maddi ziyan vurmuş, iddianı təmin etmə tədbiri ilə bağlı icra sənədi icra edilməli olduğu gündən (10.06.2014), X1 həmin sahədən çıxarıldığı xxx 2016-cı il tarixədək daş kəsimi və satışı nəticəsində əldə etdiyi gəlir, qanunsuz əsaslara görə əldə edildiyindən ondan alınaraq Cəmiyyətə verilməlidir. Cavabdeh qeyd olunan müddət ərzində 1.700.000-dən (bir milyon yeddi yüz min) çox mişar daşı kəsərək satmış, mişar daşının satış qiymətinin 50 faizi təmiz gəlir kimi götürülür, 2014-2016-cı il tarixlərdə mişar daşının ilkin satış qiyməti 0,30 manat (otuz qəpik) olmuş, 1.700.000 manat mişar daşının 0.30 manatdan satılması nəticəsində R.Həsənov 255.000 manat (0.30 x 1.700. 000 = 510.000; 510.000-nin 50 % = 255.000) gəlir əldə etmiş və həmin məbləğ cavabdehdən iddiaçı Cəmiyyətin xeyrxxxx tutulmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-59/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 45.676,8 manat pul və 10 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmiş, Cavabdeh 30 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir (hakim – A.Ə.Hüseyn). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-488/2018 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadəvə Ü.A.Mayılov) İddiaçı-nin və Cavabdeh apellyasiya şikayətləri təmin edilmə miş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə tərəfindən iddiaçıdan 2008-ci ildən bu günədək istifadə və istismar edilən torpaq ərazilərxxxx dair, əgər xüsusi mülkyyətdədirsə, təsdiqedici Şəhadətnamənin, icarədədirsə, icarə müqaviləs inin tələb olunmasına baxmayaraq, iddiaçı həmin sənədləri təqdim etməmiş, çünki bu sənədlər yoxdur, Qanuni nümayəndə təsisçisi olduğu İddiaçı tərəfindən 2008-ci ildən bu günədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan 20,0 ha torpaq sahəsinin, məhz hazırki mülki işdə sözügedən ərazi də daxil olmaqla qeyri-qanuni şəkildə zəbt edilməsi, qanunsuz şəkildə təyinatının dəyişdirilməsi, habelə həmin ərazidə baş vermiş cinayət xarakterli əməllərlə bağlı xxx 2018-ci ildə qaldırılmış cinayət işinin istintaqı, xüsusi dövlət nəzarətində olmaqla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsində aparılır, həmin cinayət işi üzrə o, zərərçəkən qismində tanınmışdır. Tərəflərin izahatları Cavabdeh və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı-nin direktoru Qanuni nümayəndə və Vəkil 2 kassasiya şikayətinin dəlillərxxxx etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsxxxx əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da a pellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçınin direktoru Qanuni nümayəndə, vəkili Vəkil2, Cavabdeh, vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-488/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında birgə fəaliyyət barədə müqavilə bağlanmış və onlar müqaviləyə əsasən fəaliyyət göstərmiş, bi müddət sonra aralarında narazılıq baş verdiyindən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı, xxxx 2014-cü il tarixli qətnaməsxxxx əsasən İddiaçınin Cavabdehna qarşı iddia tələbi təmin edilmiş, Cavabdeh ona məxsus avadanlıqları da daxil olmaqla, İddiaçı-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “*****” adlanan sahil əhəngdaşı yatağında yerləşən torpaq sahəsindən çıxarılması, İddiaçı-yə məxsus və xxx 2013-cü il tarixli təhvil-təslim aktı ilə X1 verilmiş dəzgah və digər avadanlıqların geri qaytarılması, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 2011-ci il xxx tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-06/16 saylı, xxx 2016-cı il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı, xxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx 2016-cı il tarixli, 2-2(102)-293/2016 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2016-cı il tarixli qətnaməsi qismən, birgə fəaliyyət barəsində müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2014-cü il tarixli, 2(81)-1559/2014 saylı qərardadı ilə İddiaçı-nin Cavabdehna qarşı iddia tə ləbxxxx dair iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə iddiaçının ərizəsi təmin edilmiş, işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək Qaradağ rayonu inzibati ərazisxxxx daxil olan “Sahil” əhəng daşı yatağında yerləşən İddiaçı-yə məxsus torpaq sahəsində X1 fəaliyyəti ilə məşğul olmaq qadağan edilmiş, həmin qərardadın icrası məqsədilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı, xxx 2016-cı il tarixli icra vərəqəsi verilmiş, Qaradağ rayon məhkəməsinin xxx 2014cü il tarixli, 3(002)-440/2014 saylı qərarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı, xxx 2014-cü il tarixli qərardadının icrasının halhazıradək təmin edilməməsi səbəbindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirl i bilxxxxrək 500 manat məbləğində cərimə edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xxx 2014-cü il tarixli, 3(103)611/2014 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Qaradağ rayon məhkəməsinin xxx 2016-cı il tarixli, 1(002)-21/2016 saylı hökmü ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı xxx 2014-cü il tarixli qərardadının icrası təmin edilmədiyi üçün Cavabdeh Azərbaycan Respublikasının CM-in 306.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfxxxx 10 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətxxxx islah işləri cəzasına məhkum edilmiş, 09 dekabr 2016-cı il tarixdə Cavabdeh İddiaçı-yə məxsus ərazidən çıxarılmış, bu barədə müvafiq akt tərtib edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdı raraq o nəticəyə gəlmişdir ki, cavabdeh R.Həsənovun iddianı təmin etmə tədbiri barədə xxx 2014-cü il tarixli 2(81)-15592014 saylı məhkəmə qərardadını vaxtında deyil, xxx 2016-cı il tarixdə icra etməsi, mübahisəli ərazini boşaldaraq iddiaçıya təhvil verməsi cavabdehin iddiaçıya ziyan vurmasını istisna etmir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2018-ci il tarixli, 31665/32126 saylı rəyxxxx görə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən İddiaçı-nin istismarında olan sahil əhəngdaşı yatağında yerləşən iki sahədə istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı, nəzəri hesablama yolu ilə kubatura metodu ilə cəmi 1.374.696 ədəd müəyyən edilir, xxx 2014-cü il tarixdən xxx 2016-cı il tarixə qədər olan dövrdə 1 ədəd miş ar daşının orta satış qiyməti 0,25 AZN (0,20-0,30 m) müəyyən edilir, iddia ərizəsxxxx görə cavabdeh 2013-cü ilin xxx ikinci sahə üzrə işə başlamaq niyyətində olmuş, iddiaçının nümayəndəsi də birinci sahənin kəsilib qurtarmadan ikinci sahənin kəsilməsinin mümkün olmadığını bildirmiş, ekspert rəyində 2-ci sahə üzrə 1 pillədən 57.096 ədəd, 14.274 manat dəyərində əmtəəlik mişar daşı hasil olduğu müəyyən edilmişdir ki, 8 pillə üzrə bu məbləğ 114.192 manat təşkil edir, iddia ərizəsində iddiaçı xərclərin 50 faiz təşkil etdiyini göstərmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir. İş materiallarına əsasən cavabdehin həm 1-ci instansiya məhkəməsində, həm də şikayətlərində əsas dəlili ondan ibarətdir ki, o, iddiaçıya deyil, “xxxx” MMC-yə məxsus ərazidə fəaliyyət göstərmiş, 2008-ci ildən iddiaçı da həmin ərazidə qanunsuz olaraq fəaliyyət göstərmiş, həmçinin iddiaçı hüquqi şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə barəsində cinayət işi gedir. Apellyasiya məhkəməsi cavabdehin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, həmin hallara İddiaçı-nin Cavabdehna qarşı olan “müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və avadanlıqların geri qaytarılması” barədə iş üzrə məhkəmə qərarlarında hüquqi qiymət verilmiş və yekunda Cavabdeh İddiaçı-yə məxsus Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Çuxurağıl” adlanan sahil əhəngdaşı yatağında yerləşən torpaq sahəsindən çıxarılması qət edilmiş, iddiaçı isə Cavabdeh ona məxsus ərazidən istifadənin d ayandırılması barədə iddianı təmin etmə tədbiri barədə qərardadın qəbul edildiyi tarixdən (xxx 2014-ci il) ərazinin iddiaçıya təhvil verildiyi 09.12.2016-cı il tarixə qədər olan müddətdə iddiaçının ərazidən istifadə etməsi nəticəsində əldə etdiyi gəlirin tutulmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşaraq, məhz həmin hallara istinad etməklə kassasiya şikayətinin analoji dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsxxxx əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsxxxx əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məcəllənin 103.1-ci maddəsxxxx əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin tələblərxxxx əsasən, hər kəsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsxxxx əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsxxxx əsasən zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.2.1-ci maddəsxxxx əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsxxxx dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məcəllənin 1096.1-ci maddəsxxxx əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsxxxx əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətxxxx və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsi n öhdəsxxxx qoyula bilər. Məcəllənin 1115-ci maddəsxxxx əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərxxxx işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh R.Həsənovun iddianı təmin etmə tədbiri barədə məhkəmə qərardadını vaxtında deyil, xxx 2016-cı il tarixdə icra etməklə, iddiaçıya ziyan vurduğunu, bu ziyanın məbləğinin isə ekspert rəyxxxx əsasən müəyyən edildiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrxxxx əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-488/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-488/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar