Məhkəmə qərarları › İş №2-2(102)-226/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-226/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-226/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı «xxxx” MMC-nin cavabdeh «Cavabdeh” MMC-nə qarşı iş üzrə QƏRAR (açar sözlər: daşınma üzrə borcun ödənilməsi). 09.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, N.Nəcəfzadənin katibliyi ilə, iddiaçı «xxxx” MMC-nin cavabdeh «Cavabdeh” MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-811/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ndən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC və "Cavabdeh" MMC arasında "X7 X6" xx xxx 2017-ci il tarixli, 003/2017 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə görə İcraçı Sifarişçiyə aşağıdakı işlərin yerinə yetirilməsini və yaxud onların yerinə yetirilməsini təşkil etməyi öz üzərinə götürmüşdür: Sifarişçinin sifarişi əsasında yüklərin beynəlxalq daşınmasını təşkil etmək; Daşınma haqqında Müqavilə bağlamaq (Sifarişçinin adından və yaxud öz adından); Tərəflərin razılığı ilə digər xidmətlər. xx.xx.2018-ci il tarixində Şifarişçi "xxxx" MMC tərəfindən 17.510 avro məbləğindəki xxxx markalı elektrotexnika mallarının Almaniyan ın, Hamburg şəhərindən FCA Hamburg şərti ilə daşınması sifariş verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, "Tərəflər hazırkı müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməkdən imtina etdikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar." Müqavilənin 4.2-ci bəndinə əsasən, "Hazırkı müqavilənin şərtlərinin lazımı qaydada yerinə yetirilməməsi nəticəsində tərəflərin hər hansı birinin ucbatından dəyən ziyan digər tərəf müəyyən olunmuş cərimə sanksiyaları miqdarında ödəməlidir."

2. İcraçı "Cavabdeh" MMC isə sifarişi 70 avro sığorta haqqı daxil olmaqla 1,275 avro daşınma haqqı, cəmi 1 345 avro məbləği müqabilində yerinə yetirilməsi ilə qəbul etmişdir. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsas ən, daşınmaq üçün sifariş verilmiş malların sığortası "Cavabdeh" MMC tərəfindən həyata keçirilməli idi. "xxxx" MMC tərəfindən mallara görə 17.510 avro məbləğində pul vəsaiti xxxx Şirkətinə ödənilmiş, "Cavabdeh" MMC tərəfindən xx.xx.2018-ci il tarixində e-mail vasitəsilə malların itirildiyi barədə onlara məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı «xxxx” MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən itirilmiş malların 17 510 (on yeddi min beş yüz on) avro məbləğində dəyərinin, "xxxx" MMC və "xxxx"MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsi üzrə öhdəliklərinin cavabdeh tərəfindən zərər vurma nəticəsində yerinə yetirmədikləri üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tətbiq olunmuş 16 295,16 (on altı min iki yüz doxsan beş manat, 16 q) manat məbləğindəki cərimə məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "Cavabdeh" MMC arasında "X7 X6" xx xxx 2017-ci il tarixli, 003/2017 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, daşınmaq üçün sifariş verilmiş malların sığortası "Cavabdeh" MMC tərəfindən həyata keçirilməli idi. "xxxx" MMC tərəfindən mallara görə 17.510 avro məbləğində pul vəsaiti “xxxx” Şirkətinə ödənilmişdir. Müqavilə üzrə "xxxx" MMC tərəfindən bütün öhdəliklər vaxtında və dəqiq icra olunmuşdur. Yükün götürülmə, çatma məntəqəsi, növü, çəkisi, həcmi, çatdırılma müddəti və s. göstər ilməklə Sifariş təqdim edilmişdir. Sifarişə əsasən mallar xx.xx.2018-ci il tarixinədək çatdırılmalı olduğu halda, bu günki tarixədək mallar təhvil verilməmişdir. "Cavabdeh" MMC tərəfindən xx.xx.2018-ci il tarixində e-mail vasitəsilə malların itirildiyi barədə onlara məlumat verilmişdir. Həmin günkü tarixədək nə mallar tapılaraq İddiaçı MMC-yə təqdim edilmiş, nə malların sığortasına görə sığorta məbləği, nədə ki, mallar üçün ödənilmiş 17.510 avro məbləği "xxxx" MMC-yə ödənilmişdir. Bu hal da, sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin "Cavabdeh" MMC tərəfindən yerinə yetirilməməsi deməkdir.

5. Həmçinin, "Cavabdeh" MMC-nin öz öhdəliklərinin yerinə yetirməməsi nəticəsində "xxxx" MMC-yə xeyli məbləğdə maddi zərər vurulmuşdur. Belə ki,daşınmaq üçün sifariş verilmiş 17.510 avro məblə ğindəki mallar "xxxx" MMC və "xxxx" MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsi üzrə yerinə yetirilən işlər üçün nəzərdə tutulmuşdur. Malların catdırılmaması "xxxx" MMC və "xxxx" MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin vaxtında yerinə yetirilməməsinə səbəb olmuşdur. Müqaviləyə əsasən, xx.xx.2018-ci il tarixinədək iddiaçı müqavilə üzrə bütün işləri yerinə yetirərək, sifariş verilmiş malları təhvil verməli idi. "Cavabdeh" MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam, lazımi şəkildə və vaxtında icra etmədiyinə görə, iddiaçı tərəfindən "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsinin icrası üçün yenidən 17,510 avro məbləğində mallar sifariş verilməli, yenidən artıq bir dəfə dəyərini ödədiyi malların yenidən dəyəri ödənilməlidir. Yenidən sifariş verildikdə də, müqavilə üzrə tələb olunan malların tam komplektdə istehsalçı tərəfindən sifarişin yığılması vaxt aparacaq. Bundan əlavə yeni sifariş üçün 17.510 avro məbləğində pul vəsaitləri yoxdur, nəticədə onlar öz sifarişçiləri tərəfindən cəriməyə məruz qalmışlar. Belə ki, "xxxx" MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsi üzrə öz öhdəliklərinin vaxtında yerinə yetirmədikləri üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 28 gün müddətində gecikmə üçün "xxxx" MMC-yə tətbiq olunmuş maliyyə sanksiyasının məbləği 16 295,16 (ƏDV daxil) manat təşkil edir. 6. xxxx Şirkəti olaraq dəfələrlə yaranmış vəziyyətin məhkəmədən kənar həll edilməsinə nail olmağa çalışmışlar, lakin buna nail ola bilməmişlər. Belə ki, "Cavabdeh" MMC Azərbaycan şirkəti olaraq, sifarişlər üzrə malların daşınmasını avropada partnyoru olan alman şirkətinə tapşırmış, alman şirkətində səhlənkar və ya qəsdən cinayət hərəkətlərinə görə şirkətə məxsus yük itirilmiş və ya oğurlanmışdır. xx xxx 2017-ci il tarixli, 003/2017 saylı müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmədiyindən 17 510 (on yeddi min beş yüz on) avro itirilmiş malların dəyəri, "xxxx" MMC və "xxxx" MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma" müqaviləsi üzrə "Cavabdeh" MMC-nin daşınmanı yerinə yetirməyərək malları təhv il verməməsi səbəbindən öz öhdəliklərinin vaxtında yerinə yetirmədikləri üçün "xxxx" MMC tərəfindən tətbiq olunmuş 16.295,16 manat məbləğindəki və xxxx Şirkəti tərəfindən yük gömrük bəyannaməsinin (T-l) yük daşıma şirkəti tərəfindən bağlanılmaması səbəbindən "xxxx" MMC-dən tələb etdiyi vergi və dövlət rüsumu daxil olmaqla 4 377,50 avro dəyərində (qiymətləndirilən malın 25% dəyərində) cərimə məbləği, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məhkəmə qaydasında cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi xahiş edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-233/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim – Fərid Mədətli) iddiaçı “xxxx” MMC-nin iddia tələbi təmin edilərək, cavabdeh "Cavabdeh" MMC-dən itirilmiş malların 17.510 (on yeddi min beş yüz on) avro mə bləğində dəyəri, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım göstərilməsi üçün vəkil xidmətlərinin dəyəri, 5,60 (beş manat 60q) manat məbləğində məhkəmə xərcləri, itirilmiş avadanlığın yenidən sifarişi nəticəsində əvvəl ödənilmiş məbləğ arasında yaranmış 250 (iki yüz əili) avro məbləğində fərq (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,iddiaçı “«xxxx” MMC” şirkəti ilə «Cavabdeh” MMC arasında bağlanmış 003/2017 saylı “X7 X3” müqaviləyə əsasən ümumi dəyəri 17.510 avro dəyərində xxxx markalı elektrotexnika mallarının daşınmasını təşkil etməyi öhdəsinə götürmüşdür.

9. İddiaçı tərəfindən malın dəyə rini təşkil edən 17.510 avro və daşınma xərci olan 70 avro sığorta haqqı, 1275,00 avro, cəmi 1345,00 manat ödənilsə də, cavabdeh ödəliklərini yerinə yetirməmiş və mal iddiaçıya təhvil verilməmişdir.

10. İddiaçı «xxxx” MMC ilə «Cavabdeh” MMC (Ekspeditor) arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinə dair” müqaviləyə görə bu müqavilə Ekspeditor və Müştəri arasında yüklərin daşınması sahəsində Tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləmişdir. xx xxxx 2018-ci il tarixli, 015/2018 saylı “X7 X3” müqaviləyə yalnız «Cavabdeh” MMC tərəfindən imza edilməklə təsdiq edildiyindən, müqavilə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ödəniş sənədlərilə yanaşı, həmçinin email yazışmalarından da müəyyən edilmişdir ki, tərəflər arasında faktiki müqavilə m ünasibətləri müqavilənin müddəti bitdikdən sonrada da davam etdirilmişdir. Həmin münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçıya dəfələrlə yük daşımaları xidməti həyata keçirilmiş, lakin sözügedən sonuncu müqavilə xx xxx 2017-ci il tarixli müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçı tərəfindən sifariş edilən texniki avadanlıqların Almaniyanın Hamburq şəhərindən FCA Hamburq şərti ilə gətirilməsini öhdəsinə götürsə də, yükün iddiaçıya çatdırılmasını təmin etməmişdir. Bununla bağlı Cavabdeh MMC-nin direktoru X4 yükün çatdırılmamasının səbəbi olaraq Almaniya Federativ Respublikasının ərazisində itdiyini, buna görə də öhdəliyi icra edə bilmədiyini məhkəmə iclasında etiraf etmişdir. O cümlədən, cavabdeh yükü sığortalayan şirkət “xxxx” Sığorta Şirkəti tərə findən yükün itməsi nəticəsində ona sığorta ödənişinin edilməsindən sonra tələb edilən məbləği iddiaçıya ödəyəcəyini bildirmişdir. Beləliklə, iddiaçı tərəfindən sifariş verilmiş yüklərin cavabdeh «Cavabdeh” MMC tərəfindən çatdırılmaması iş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 850.1, 852.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)811/2019 saylı, xx.x x.2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər – E.Nağıyeva sədrlik edən, V.Baxışova və H.Həmidov) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki,iddiaçı “«xxxx” MMC” şirkəti ilə «Cavabdeh” MMC arasında bağlanmış 003/2017 saylı “X7 X3” müqaviləyə əsasən ümumi dəyəri 17.510 avro dəyərində “xxxx” markalı elektrotexnika mallarının daşınmasını təşkil etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən malın dəyərini təşkil edən 17.510 avro və daşınma xərci və sığorta haqqı olaraq cəmi 1.345,00 manat ödənilsə də, cavabdeh ödəliklərini yerinə yetirməmiş və mal iddiaçıya təhvil verilməmişdir. İddiaçı «xxxx” MMC ilə «Cavab deh” MMC (Ekspeditor) arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinə dair” müqaviləyə görə bu müqavilə Ekspeditor və Müştəri arasında yüklərin daşınması sahəsində Tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləmişdir. Cavabdeh MMC tərəfindən verilmiş iddia ərizəsində cavabdeh ASC “xxxx” Sığorta Şirkətinin YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək, müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx.xx.2018-ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17510 avro həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilmiş hər gününə görə h esablanmış ümumilikdə 3572 avro dəbbə pulunun, cəmi 21082 avro məbləğində vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə hesablanaraq cavabdeh “xxxx” Sığorta Şirkətindən tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 850.1, 852.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh tərəfindən ve rilmiş apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış xx xxx 2017ci il tarixli “X7 X6” qüvvədən düşmüş müqaviləni qanunsuz olaraq əsas sübut kimi qəbul etməsi, iddiaçı ilə cavabdeh arasında hazırki iddianın əsasını təşkil edən yükün daşınması ilə bağlı hər hansı öhdəlik yaradıcı müqavilənin olmadığı halda, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə qanunsuz və əsassız öhdəliyin qoyulması hallarına yol verilməsi və bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-233/2019 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılması apellyasiyya instansiyası məhkəməsindən xahiş edilmişdir. Lakin apellyas iya instansiyası məhkəməsi də iddiaçının sübut kimi istinad etdiyi müqavilənin müddətinin xx.xx.2018-ci il tarixdə sona çatdığından onun ləğv olunduğunu, hazırki məhkəmə mübahisinin predmetini təşkil edən və dəyəri 17.510 avro məbləğində olan “xxxx” markalı elektrotexnika mallarının Almaniyanın Hamburg şəhərindən Azərbaycan Respublikasına daşınması ilə bağlı tərəflər arasında qüvvəyə minmiş hər-hansı rəsmi müqavilənin olmadığını nəzərə almamış, həmçinin məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinin rədd edilməsi üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik normalarını qətnamədə göstərməmiş, onu hüquqi cəhətdən əsaslandırmamışdır.

17. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun “İ.Ağayevin şikayəti üzrə” xx xxxxxx 2013-cü il tarixli Qərarının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş üzrə” xx xxxxx 1993-cü il tarixli qərarının tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı 19.Cavabdehin vəkili V.Həziyev kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 20.İddiaçı «xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. 21.Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında l azımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 22.Məhkəmə kollegiyası iddiaçı «xxxx” MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

24. Məcəllənin 385.1-ci maddəsi nə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmi ş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

30. Məcəllənin 852.1-ci maddəsinə əsasən eksped itor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Məcəllənin 854.1.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqaviləni təsdiq edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual h üquqlarının həyata keçməsinə kömək göstərir.

32. Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə cavabdeh tərəf iddianın təmin edilmiş hissəsindən şikayət versə də, faktiki olaraq apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (M PM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-811/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, iddiaçı “«xxxx” MMC” şirkəti ilə «Cavabdeh” MMC arasında bağlanmış 003/2017 saylı “X7 X3” müqaviləyə əsasən ümumi dəyəri 17.510 avro dəyərində “xxxx” markalı elektrotexnika mallarının daşınmasını təşkil etm əyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən malın dəyərini təşkil edən 17.510 avro, daşınma xərci və sığorta haqqı olaraq cəmi 1.345,00 manat ödənilsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmiş və mal iddiaçıya təhvil verilməmiş, iddiaçı tərəfindən sifariş verilmiş yüklərin cavabdeh «Cavabdeh” MMC tərəfindən çatdırılmaması iş materiallarında olan sənədlər, email yazışmaları və tərəflərin izahatları ilə müəyyən edilmişdir.

37. Cavabdeh MMC tərəfindən verilmiş iddia ərizəsində cavabdeh ASC “xxxx” Sığorta Şirkətinin YBF2018-00046 nömrəli xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək, müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx.xx.2018- ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17.510 avro həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilmiş hər gününə görə hesablanmış ümumilikdə 3.572 avro dəbbə pulunun, cəmi 21.082 avro məbləğində vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə hesablanaraq cavabdeh “xxxx” Sığorta Şirkətindən tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayətinin “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış xx xxx 2017-ci il tarixli “X7 X6” qüvvədən düşmüş müqaviləni qanunsuz olaraq əsas sübut kimi qəbul etməsi, iddiaçı ilə cavabdeh arasında hazırki iddianın əsasını təşkil edən yükün daşınması ilə bağlı hər hansı öhdəlik yaradıcı m üqavilənin olmadığı halda, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə qanunsuz və əsassız öhdəliyin qoyulması hallarına yol verilməsi və bununla da maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilləri Mülki Məcəllənin 854.1.1-ci maddəsinin tələbləri baxımından əsassız hesab edilir. Tərəflər arasındakı müqavilənin müddəti xx xxx 2018-ci ildə bitsə də razılaşdırılmış yükün daşınmasına dair müvafiq sənədlərin, email yazışmaları və tərəflərin izahatları tərəflər arasında müqavilənin mövcudluğunu təsdiq etməklə kassasiya şikayətinin buna dair dəlillərinin əsassız olduğuna dəlalət edir.

39. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən sifa riş edilən texniki avadanlıqların Almaniyanın Hamburq şəhərindən FCA Hamburq şərti ilə gətirilməsini öhdəsinə götürsə də, yükün iddiaçıya çatdırılmasını təmin etmədiyini, cavabdehin direktoru X2, yükün çatdırılmamasının səbəbi olaraq Almaniya Federativ Respublikasının ərazisində itdiyindən, öhdəliyi icra edə bilmədiyini məhkəmə iclasında etiraf etdiyini, yükü sığortalayan şirkət “xxxx” Sığorta Şirkəti tərəfindən yükün itməsi nəticəsində ona sığorta ödənişinin edilməsindən sonra tələb edilən məbləği iddiaçıya ödəyəcəyini bildirdiyini, beləliklə, iş materiallarındakı sənədlər və tərəflərin izahatları ilə iddiaçı tərəfindən sifariş verilmiş, daşınma xərci, sığorta haqqı və dəyəri ödənilmiş yüklərin cavabdeh tərəfindən çatdırılmadığının müəyyən edildiyini nəzərə alaraq kassasiya şikayətinin digər dəlillərini əsassız hesab edir.

40. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-811/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-811/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls ın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar