Məhkəmə qərarları › İş №2-2(102)-227/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-227/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-227/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARI (açar sözlər:sığorta ödənişinin tutulması) 28.07.2020 GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, e-2-2(103)-821/2019 saylı qətnaməsindən cavabdeh ASC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış ******530 saylı, 10 avqust 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq 16.08.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə ödənilməli olan 42.002,10 AZN məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış ******530 saylı, 10 avqust 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə əsasən iddiaçının sifarişi ilə Almaniya Respublikasından Bakı şəhərinə gətiriləcək KBA Rapida 105 (seriya nö mrəsi 367300) markalı tipoqrafiya avadanlığı cavabdehdə sığortalanmışdır. xx.xx.2017 tarixdə iddiaçının ərazisi sayılan ünvan 1-də AE4022EE nişanı olan yük avtomobilində və onun AE7475XX nişanlı qoşqusunda olan sığortalı KBA Rapida 105-4 (seriya nömrəsi 367300) markalı tipoqrafiya avadanlığı cavabdehin nümayəndəsi, Y3 şirkətinin texniki Ü.Q, “Silkway Export & Advies şirkətinin rəhbəri və iddiaçının əməkdaşlarının iştirakı ilə boşaldılarkən müəyyən edilmişdir ki, avadanlıq Bakı şəhərinə gətirilərkən, yolda zədələnmişdir. Bu barədə akt tərtib edilmiş və orada olan şəxslər tərəfindən imzalanmışdır. Avadanlığa sığorta şirkətinin digər mütəxəssisləri (D1,D2) tərəfindən də xx.xx.2017-ci il tarixində baxış keçirilmiş və sığorta şirkətinin əməkdaşları bildirmişlər ki, yaranmış hal tamamilə aydınd ır və rəsmiləşdirmə aparıldıqdan sonra sığorta ödənişi həyata keçiriləcəkdir. Sığorta ödənişinin aparılacağı barədə razılıq əldə olunduqdan sonra, sığorta ödənişinin həyata keçirilməsi üçün ödəniləcək məbləğin müəyyənləşdirilməsi üçün müvafiq qiymətləndirilmə “Y3” şirkətinin mütəxəssisləri tərəfindən aparılmış, sonra aparılmış qiymətləndirmə barədə cavabdehə məlumat verilmiş və əldə olunmuş razılığa əsasən avadanlığın ilkin bərpa dəyəri cəmi 10.970 avro dəyərində qiymətləndirilmişdir. Bu zərər və ödəniləcək məbləğ aktda qeyd edildiyi kimi, “zahiri diaqnostika zamanı aşkarlanan zədələrdir. Maşın quraşdırıldıqdan sonra maşının həndəsi zədə alması, balansının itib itməməsi, eləcə də daxili zədələr və dəyişdirilməsi lazım olan digər hissələr barədə rəy vermək mümkün olacaqdır". Müqavilə şərtlə rinə əsasən şərtsiz azadolma 2.970 avro məbləğində olduğundan, cavabdeh tərəfindən iddiaçıya 8000 avro məbləğində ödəniş aparılacağı razılaşdırıldı. Lakin sığorta hadisəsinin baş verməsindən artıq yeddi ay müddət keçməsinə baxmayaraq sığorta ödənişi hələ də həyata keçirilməmişdir. iddiaçı 02.11.2017-ci il tarixli 03/179 saylı məktubla cavavbdehə müraciət edərək sığorta ödənişinin həyata keçirilməsini xahiş etmiş, lakin heç bir cavab almamışdır. Göstərilən müddət ərzində KBA Rapida 105 avadanlığı artıq mətbəədə quraşdırılmış və bu işlər vaxtı dəymiş zərərin 42.002,10 manat (qırx iki min iki manat 10 qəpik) müəyyənləşdirilmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-150-ci maddələrinə istinad edilərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış ******0530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə ödənilməli olan 42.002,10 manat məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-812/2019 saylı 04.09.2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.O) iddiaçıın cavabdehə qarşı “iddiaçı ilə cavabdeh arasında imzalanmış ******0530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə ödənilməli olan 42.002,10 manat məbləğində sığorta ödənişinin ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-821/2019 saylı xx.xx.2019-cu il tarixl i qətnaməsi ilə (sədrlik edən: Elmira Nağıyeva, hakimlər: Həmid Həmidov, Vüsalə Baxışova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-812/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(81)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfindən sığortalanmış KBA Rapida 105 (seriya nömrəsi (367300) markalı tipoqrafiya avadanlığına 16.08.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyana görə iddiaçıya sığorta məbləği ödənilməsi cavabdehə həvalə edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 11 dekabr 2019cu il tarixli qətnaməsindən cavabdeh və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış ******0530 saylı 10 avqust 2017-ci il tarixli yük sığortası müqaviləsinin şərtlərinə əsasən sığorta təminatından əvvəl və sonra baş vermiş hadisələr, təkrar yükləmə və boşaltma və eyni zamanda yükün düzgün qablaşdırılmaması nəticəsində baş vermiş hadisə ilə bağlı yaranan zərərlərə təminat verilməmişdir. Tərəflər arasında razılaşdırılaraq bağlanmış sığort a müqaviləsinə əsasən açıq aydın görünməkdədir ki, təkrar yükləmə və boşaltma sığorta təminatına daxil edilməmişdir. Lakin yükün Belqorod Gömrük Xidmətində boşaldılaraq təkrar yüklənməsi mübahisələndirilməyən faktdır. Artıq belə bir faktın olması sığorta müqaviləsi şərtlərinin pozulması və sığorta təminatının dayandırılması deməkdir. Amma cavabdeh bu haqda məlumat verilməmişdir. Məlumat verilmiş olsaydı, sığorta şirkəti sığorta müqaviləsinə xitam verə və ya şərtləri dəyişdirə bilərdi. Sənədlərə baxdıqda görmək olur ki, yük boşaldılıb, yenidən yüklənmə nəticəsində nəqliyyat vasitəsinə düzgün qablaşdırılmama və bərkidilməmə nəticəsində zərər görmüşdür (nəqliyyat vasitəsi heç bir qəzaya uğramadan təyinat məntəqəsinə çatmışdır). Halbuki yükün daşınma zamanı boşaldılması və yüklənməsi halları s ığorta müqaviləsi ilə qadağan edilmişdir. Lakin məhkəmə bu faktlara qiymət vermək əvəzinə sığorta hadisəsinin baş verməsini real olmayan sübutlara əsasən özlüyündə müəyyən etmişdir. 1-ci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş iddiaçının nümayəndəsi ifadəsində yük avtomobilinin sürücüsünün onlara vermiş məlumatına əsasən Belqorod Gömrük Xidməti əməkdaşları tərəfindən malın düzgün yerləşdirilməməsi nəticəsində zərərin əmələ gəlməsini bildirmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Cəmiyyətimizin Maliyyə Bazarlarına Nəzarət orqanı ilə razılaşdırmış olduğu və bu mübahisəli məsələni tənzimləyən “Yük Sığortası” Qaydalarının 10-cu maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır. Bu Qaydaların 10.1-ci maddəsinə riayət edilmədikdə sığorta çı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qaydaların da tələbindən göründüyü kimi sığorta riskinin artması halında iddiaçı Cəmiyyətimizə bu barədə məlumat verməli idi. Lakin iddiaçı müqavilə şərtlərini pozaraq Cəmiyyətimizə bu barədə heç bir məlumat verməmiş, sığorta riskinin artması nəticəsində də müqavilə üzrə hüquqlarımız pozulmuşdur. Belə ki, sığortalanmış yükün təkrar yüklənib boşaldılması zamanı sığorta hadisəsinin baş verməsi riski artır. Bu zaman qanunvericilik sığortaçıya bu səbəbdən müqaviləyə xitam vermək və ya şərtlərə yenidən baxmaq hüququ vermişdir. Halhazırki iş üzrə iddiaçı tərəfindən yükün təkrar yüklə nməsi və boşaldılması ilə bağlı Cəmiyyətimizə məlumat verilsə idi sığorta hadisəsi baş verməsi riski nöqteyi nəzərindən ya müqavilə ləğv olunacaqdı və ya sığorta haqqı və azadolma məbləği daha yüksək olacaqdı. Belə ki, Gömrük Xidmətində yükün boşaldılıb yüklənməsi zamanı peşəkarlıq səviyyəsinin hansı formada olması sual altındadır. Göründüyü qədərilə yük Belqorod Gömrük Xidmətinədək sığorta hadisəsi baş vermədən daxil olmuşdur. Həmçinin AR Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 912.1-ci maddəsinə əsasən i sə sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İddia tərəfi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə MPM-in 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin dəlillərini, iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2-2(103)-821/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan: 10 avqust 2017-ci il tarixli, ******0530 saylı yük sığortası şəhadətnaməsinin surətindən görünmüşdür ki, sığortalı iddiaçıya məxsus tipoqrafiya avadanlığı çıxış nöqtəsi olaraq Almaniyadan yük maşını vasitəsi ilə təyinat nöqtəsi olan Azərbaycana Almaniya-Polşa-Ukrayna-Azərbaycan marşrutu ilə daşındığı zaman, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh tərəfindən sığortalanmış, ümumi sığorta məbləğinin dəyəri 297.000 avro, azadolma məbləğinin dəyər i isə hər bir itki üzrə 2.970 avro müəyyən edilmişdir. Sığorta müqaviləsinin şərtlərinə əsasən, yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verilmişdir (buraxılış tarixinədək məlum və bildirilən itkilər olmaması şərti ilə). Sığorta təminatının yükün yüklənməsi başlandığı andan başladığı və təyinat məntəqəsinə boşaldıqdan sonra sona çatdığı qeyd edilmişdir. Sığorta təminatının başlanmasından əvvəl baş verən zərərlər: müharibə, vətəndaş müharibəsi, tətil, lokaut, iğtişaş, radioaktiv çirklənmə, temperatur dəyişikliyi, paslanmadan, ionizasiyadan, rəng dəyişikliyindən, cızılmadan irəli gələn zərərlər, sirli yox olma istisna edilmişdir. Müqavilədə aşkar edilmiş zərərlər barədə sığortaçıya 3 iş günü müddətində məlumat verilməsi nəzərdə tutulmuşdur. Müəyyən olunur ki, Şəhadətnaməyə əsas ən 1.039,50 avro sığorta haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsində işin araşdırılan hallarından görünmüşdür ki, yük Almaniyada maşına zədəsiz yükləndikdən sonra, daşıma zamanı zədə almış bu barədə sığorta şirkətinə müqavilə şərtlərinə uyğun məlumat verilmişdir. Yükün iddiaçı şirkətinin ərazisində boşaldılması zamanı 1 paletdə qablaşdırılmış hissədə zahiri qüsurlar (zədələr) aşkar olunması barədə iddiaçının əməkdaşları “Y” MMC-nin texniki X1-in, yükü daşıyan “Silkway Export & advies” şirkətinin rəhbəri Y3ün imzası ilə xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. cavabdehin nümayəndəsi Y1 aktı imzalamamışdır. Cavabdeh tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünmüşdür ki, iddiaçıya məxsus əmlaka 10.970 avro zər ər dəymişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, tərəflər arasında yük sığortası müqaviləsi bağlanıldığı üçün sığorta hadisəsinin baş verməsi halı müqaviləyə əsasən müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsi daşıma zamanı baş vermişdir. Yük müqavilə əsasında Almaniyadan alınmış, yük avtomobilinə yüklənmiş, Bakıda yük avtomobili açılan zaman paletin birinin qırıldığı və avadanlığın birinə zədə dəydiyi aşkar edilmişdir. Həmçinin, yük sığorta müqaviləsinə əsasən yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verildiyindən və dəymiş zərər sığorta hadisəsi nəticəsində meydana gəldiyindən sığorta şirkəti əsassız olaraq sığorta ödənişini həyata keçirm əmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. iddiaçı ilə cavabdeh arasında imzalanmış *******0530 saylı yük sığortası müqaviləsinin şərtlərinə əsasən, sığorta müddəti 04 avğust 2017-ci il tarixdən 31 sentyabr 2017-ci il tarixinədək olan dövrü (cəmi 31 gün) əhatə edir, təkrar yükləmə və boşaltma nəticəsində baş vermiş hadisə ilə bağlı yaranan zərərlərə təminat verilmir. İş materiallarında olan cavabdehin sorğusuna cavab olaraq Rusiya Federasiyasının Belqorod Gömrük Xidmətinin yazdığı 23 noyabr 2017-ci il tarixli məktubdan görünür ki, gömrük nəzarəti həyata keçirilərkən malın çəkisinin müəyyən edilməsi zamanı sənədlərdəki çəkiyə dair m əlumatlarda uyğunsuzluq aşkar edildiyindən sığorta olunmuş yük xx xxxxxx 2017-ci il tarixdə daşıyıcı tərəfindən kənar təşkilatın mütəxəssisləri və müvafiq texnika cəlb olunmaqla boşaldılıb yenidən yüklənmiş, malın və ya onun qablaşdırılmasının zədələnməsinə dair daşıyıcının nümayəndəsinin də imzaladığı gömrük baxışı aktında heç bir qeyd edilməmiş, daşıyıcının nümayəndəsindən şikayətlər daxil olmamışdır. Göründüyü kimi, yük sığortanın əhatə etdiyi dövrdə sığorta edənə məlumat verilmədən, onunla razılaşdırmadan təkrar boşaldılıb yüklənmiş, həmin hadisəyədək və ya hadisə zamanı yükə zərər dəyməmişdir. Bu faktları tərəflərdən heç biri mübahisələndirməmişdir. Hər iki tərəfin öz imza və möhürləri ilə təsdiq etdiyi yük sığortası şəhadətnaməsində təkrar yükləmə və boşaltma nəticəsində yaranan zərə rə təminat verilmədiyindən yükləmə və boşaltmadan sonra yükə dəymiş zərərə görə sığorta ödənişinin tələb etdilməsi əsassızdır. Çünki sığorta risqini artıran hadisə kimi sığorta müqaviləsi ilə istisna olunmuş təkrar yükləmə və boşaltma faktının baş verməsi sığortaçını dəymiş zərərə görə sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surə tdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəl lənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. İstinad olunan normalardan görünür ki, tərəflər öz aralarında sığorta müqaviləsi bağlayaraq sığorta hadisələrini və sığorta təminatının tətbiq olunmadığı halları özləri sərbəst şəkildə razılaşdırmışdırlar. Təkrar yükləmə və boşaltma müqavilədə sığorta təminatı ilə əhatə olunmayan hal hesab edilsə də, belə fakt baş verdiyindən və yolda avtomobil qəzası, yanğın və sair bu kimi hadisə isə baş vermədiyindən təkrar yükləmə və boşaltmadan sonra yük yolda olarkən ona zərər dəyməsi sığorta hadisəsi hesab edilərək sığorta ödənişinə səbəb ola bilməz. Bundan başqa, MM-in 911.2- ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 912.1-ci maddəsinə əsasən, sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Lakin sığorta olunan bu barədə sığortaçıya vaxtında məlumat verməməklə qanunun həmin tələblərini pozmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, sığorta ödənişinə səbəb olan sığorta hadisəsi baş verməd iyi halda apellyasiya instansiya məhkəməsi əsassız olaraq sığorta ödənişinin həyata keçirilməsini qət etmiş, bununla da maddi hüquq normalarını, habelə sübutların qiymətləndirilməsinə dair prosessual hüquq normalarını pozmuşdur. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı məhkəmə qətnaməsi bu tələblərə cavab vermir. Həmçinin apellyasiya instansiya məhkəməsi qətnamədə iddiaçının ape llyasiya şikayətini və iddiasını qismən təmin edərək iddiaçıya sığorta məbləğinin ödənilməsini cavabdehə həvalə etmişdir. Halbuki iddia yalnız həmin tələbdən ibarətdir, apellyasiya şikayəti də məhz qətnamənin tam ləğv edilərək iddianın tam təmin edilməsinə yönəlmişdir. İddiada başqa tələb qoyulmamışdır. Buna görə də apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini və iddiasını qismən təmin edərkən səhvə yol vermişdir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən apellyasiya şikayətinin dəlillərinin, işdəki sübutların araşdırılması və qiymətləndirilməsinə dair, habelə digər prosessual hüquq normalarının, eləcə də maddi hüq uq normalarının pozuntularına yol verildiyindən əsaslı hesab oluna bilməz, ona görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, e-2-2(103)-821/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2- 2(103)-821/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar