Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-227/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh X3 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli, 22(103)-1114/2021 sa ylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 2020-ci il 30 iyul tarixli 300720 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı satış məqsədi üçün alıcıya “reklam” kateqoriyalı malları, müqavilənin ayrılmaz hissəsi olan invoysa əsasən alıcının sifarişinə uyğun formalaşdıraraq göndərir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən malların qəbulu alıcı və satıcının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilməlidir. Müqavilənin 6.1-ci bəndində qəbul olunan malların miqdarına görə ödəniş aparılacağı, 6.2ci bəndində isə ödəmə şərtlərinin hər sifarişdə ayrı-ayrı invoysda qeyd olunması və müqaviləyə əlavə olunması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və mö hürü ilə təsdiq edilmişdir. 2. 2020-ci il 21 may tarixli 005XOH********** saylı ödəniş tapşırığına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 2.500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 3. 2020-ci il 27 iyul tarixli 212OPXO202090525 saylı ödəniş tapşırığına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 2.200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 4. 2020-ci il 27 iyul tarixli 366658/00520 saylı ödəniş tapşırığına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 3.900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 5. 2020-ci il 27 iyul tarixli 623 saylı ödəniş tapşırığına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 4.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 6. 2020-ci il 30 aprel tarixli 366658/00476 saylı ödəniş tapşırığına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 2.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş sifariş aktına əsasən Nural Mirhadiyevə 1 ədədin qiyməti 3.550 manat olan 11 ədəd ATM bankomat üçün 1-li köşk, 1 ədədin qiyməti 450 manat olan 7 ədəd divariçi bankomat üçün çətir (735*1340 mm), 1 ədədin qiyməti 450 manat olan 5 ədəd divariçi bankomat üçün çətir (790*1400 mm), cəmi 44.450 manat məbləğində olan mal sifariş edilmişdir. ATM bankomat üçün 1-li köşkün 1 ədədi təhvil verilmiş, faktiki istehsal olunacaq say 10 ədəd təşkil edir.
8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X2 2020-ci il 17 noyabr tarixli pretenziya məktubu göndərərək, sonuncu ilə aralarında bağlanmış müqaviləyə birtərəfli qaydada xit am verildiyini bildirmiş və 2020-ci il 15 noyabr tarixinədək müəssisəyə olan 10.600 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh X2 (bundan sonra – “iddiaçı”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 10.600 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 30 iyul tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçının sifarişi ilə reklam kateqoriyalı malları göndərməlidir. İddiaçı tərəfindən ödənişin həyata keçirilməsinə bax mayaraq, cavabdeh tərəfindən mallar sifariş üzrə tam həmcdə çatdırılmamışdır. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehin bank hesabına müxtəlif vaxtlarda 2500, 3900, 2000, 4000, 2200 manat olmaqla, ümumilikdə 14.600,00 manat məbləğində vəsait köçürülmüş, lakin cavabdeh tərəfindən sifarişlərin yalnız bir hissəsi icra edilmişdir. Beləliklə, 10.600 manat məbləğində vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu ödəniş qarşılığında öhdəliklər icra edilməmiş, sifarişlər iddiaçıya çatdırılmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 may tarixli, e-2-2(113)-792/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 10.600 manat (on min altı yüz manat) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdi r (hakim – L.Əliyeva).
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh sifariş olunmuş mallardan bir ədəd köşkün və bir ədəd köşk karkasının hazır olması, lakin iddiaçının həmin malları təhvil almaqdan imtina etməsi, eləcə də 14.600 manat məbləğində qabaqcadan ödənişi köşk və çətirlərin hazırlanması üçün zəruri materiallara xərcləməsi barədə halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazışmaların həqiqiliyi müəyyən edilmədiyindən, həmin yazışmalar məhkəmə tərəfindən sübut qismində qəbul edilmir. Həmçinin, cavabdehin istinad etdiyi yazışmalar onun iddiaya etirazına əsas kimi istinad etdiyi halları, eləcə də məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən faktiki halları təsdiq edən məlumatları özün də əks etdirmir.
14. Alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 10.600 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq mallar iddiaçıya təqdim edilmədiyindən, sonuncu Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 567, 599.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 14.2, 76.1, 77.1, və 89.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli, 2-2(103)-1114/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), V.M.Məmmədov və E.E.Nağıyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh apelyasiya şikayətində həyata keçirilmiş ödənişlərin müqavilə bağlandığı tarixdən əvvəl hazırlanmış nümunələrə görə ödənildiyini qeyd etsə də, onun tərəflər arasındakı münasibətlər pozulduqdan sonra ödənilmiş məbləğdən 2.000 manat qaytarılmasına razılıq verdiyini təsdiq etməsi, hazırladığı köşkün dəyərini tələb e tməməsi, birinci instansiya məhkəməsində cavabdehin öz izahatında ödənişin müəyyən hissəsinin sifariş verildikdən sonra həyata keçirildiyini göstərməsi iddiaçının ödədiyi vəsaitin 44.450 manat məbləğində sifariş verilmiş malla əlaqədar ödənildiyini təsdiq edir.
19. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etdiyinə dair işdə mötəbər sübutlar olmadığından, birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 427.3, 442, 445.1, 445.2, 445.8, 752.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1 və 89.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öhdəliyini vaxtında icra etməmişdir. Lakin əlavə edilmiş yazışmalara görə, məhsullar cavabdeh tərəfindən vaxtında hazır edilsə də, iddiaçı onunla məbləğ mübahisəsi etdiyinə görə məhsulları qəbul etməmişdir. Yəni məhsulları qəbul etməkdən haqsız şəkildə imtina etmişdir. Məhkəmə bu hala əhəmiyyət verməmişdir.
23. Məhkəmə Mülki Məcəllənin 752.1-ci maddəsinə istinad etsə də, cavabdeh tərəfindən götürülmüş öhdəliyin icra edildiyi nəzərə alınmamışdır.
24. Məhkəmə hesab etmişdir ki, “Whatsapp” yazışmalarının mötəbərliyini, yəni həmin yazışmaların iddiaçının səlahiyyətli nümayəndəsi ilə aparılmasını sübut etmək mümkün olmamışdır. Halbuki, əlavə edilmiş sübutlarla bunun tam əksi sübut edilir və həmin sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır.
25. Kassasiya şikayəti Mülki Məcəllənin 445.2.1, 752.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 89.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh öhdəliyin son tarixi kimi müəyyən olunmuş 2020-ci il 05 sentyabr tarixinə qədər malların hazır olması və bu barədə iddiaçıya hər hansı məlumat verilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi yazışmalarda belə bu barədə hər hansı məlumat mövcud deyildir. Halbuki bu yazışmaların özü belə sübut kimi qiymətləndirilə və istinad oluna bilməz.
27. Cavabdeh aralarında başqa bir razılaşmanın da olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Tərəflər arasında yalnız bir razılaşma olmuş, bu isə 44.450 manatlıq sifarişlə əlaqədar bağlanmış müqavilədir. Cavabdeh birinci instansiya məhkəməsi zamanı izahatında, eləcə də apelyasiya şikayətində ödənişin qaytarılmasına müəyyən şərtlərlə razılıq verdiyini qeyd etmişdir. Əgər həqiqətən başqa razılaşma olsaydı, cavabdeh pulun qaytarılmasına razı olmazdı.
28. Cavabdeh müqavilənin təzyiqlə bağlanmasını bildirsə də, bu təzyin nədən ibarət olduğunu sübut edə bilməmişdir. Halbuki istənilən tərəf müqavilənin təzyiq nəticəsində bağlanması kimi böyük bir iddia ortalığa atırsa, bunu əsaslandırmalı və məhkəməyə təqdim etməlidir.
29. Cavabdehin şahid kimi dindirilməsini istədiyi Rüstəm Abbasovun tərəflərin hər hansı birinə aidiyyəti olmamış, o, tərəflər arasındakı mü nasibətlərdə iştirak etməmişdir. Həmin şəxs üçüncü tərəfi təmsil edən və işə dair hər hansı əhəmiyyətli məlumatı olmayan şəxsdir. İrina Mirhadiyeva ilə bağlı cavabdehin hər hansı vəsatəti olmamış, həmçinin müəyyən olunmuşdur ki, qeyd edilən şəxs iclasda iştirak üçün tələb olunan vaksin pasportuna yaxud sertifikata malik deyil. Ona görə də onun məhkəmə binasına girişi məhdudlaşdırılmışdır. Hətta məhkəmə videokonfrans vasitəsilə şəxsin dindirilməsinin mümkünlüyünü bildirsə də, cavabdehin nümayəndəsi bundan imtina etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsi), kassasiya şikayətin in məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
89. Yazılı sübutlar... 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun....”
34. Mülki Məcəllənin müvafiq müddəaların da aşağıdakılar nəzərdə tutulur: “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli, 2-2(103)-1114/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən sifariş edilmiş məhsulların vaxt ında hazır edilməsini, iddiaçı ilə məbləğdə razılığa gələ bilmədiklərinə görə sonuncunun məhsulları qəbul etmədiyini, cavabdeh tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etmiş, kassasiya şikayətinin qeyd edilən dəlillərinin tərəfindən təqdim edilmiş yazışmalarla təsdiq edildiyini bildirmişdir. İşə baxan məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilləri ilə razılaşmayaraq bildirir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən yazışmalara hüquqi qiymət verilmiş, həmin yazışmaların iddiaçının səlahiyyətli nümayəndəsi ilə həyata keçirildiyinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin həmin yazışmalarda mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məlumat olmadığı qənaətinə gəlinmişdir.
37. Məhkəmə kollegiyası həmçi nin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş yazışmaların həqiqiliyinin araşdırılmamasına dair dəlillərini ümumi ifadələrlə əsaslandırmış, həmin yazışmaların iddiaçının səlahiyyətli nümayəndəsi ilə aparılmasının hansı sübutlarla təsdiq edilməsinə və məhkəmə tərəfindən konkret olaraq hansı sübutların araşdırılmamasına dair kassasiya şikayətində heç bir əsaslı dəlil göstərməmişdir.
38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli, 22(103)-1114/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
40. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 dekabr tarixli, 2-2(103)-1114/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.